Xəbər lenti
26/09/2018 [00:08]:
Messi ilk dəfə Ronalduya səs verdi
25/09/2018 [23:53]:
Ərdoğan Trampın çıxışı zamanı zalı tərk etməyib - YENİLƏNİB
25/09/2018 [23:25]:
Tacikistanda sünnət qadağası...
25/09/2018 [23:04]:
Ermənistanın XİN başçısı Nyu-Yorkda ATƏT MQ-nin həmsədrləri ilə görüşüb
25/09/2018 [22:25]:
Ərdoğan Trampın çıxışı zamanı zalı tərk etdi
25/09/2018 [22:23]:
Ərdoğan Trampla ayaqüstü görüşdü - FOTO
25/09/2018 [22:15]:
Azərbaycanlı nazirin qızı da nazir təyin edildi
25/09/2018 [21:54]:
"Bu terror İranda daxili etnik zəmində münaqişələrin yaranmasına təkan verməkdir"
25/09/2018 [21:43]:
“Məşədi İbadın məşhur “Tarixi Nadir”in əlyazmasının üz qabığı - TARİXİ FOTO
25/09/2018 [21:33]:
Əfsanəvi pambıqçı yenə də iş başında - FOTOLAR
25/09/2018 [21:24]:
"Türkiyə qaçqınlara 32 milyard dollar xərcləyib"
25/09/2018 [21:12]:
“Azər-İlmə” Xalçaçılıq Mərkəzi ilə tanışlıq ali qonaqda xoş təəssürat yaratdı
25/09/2018 [21:10]:
Bağırovun həbsxanadakı son saatları – O, ancaq yazır, yeməkdən imtina edirmiş...
25/09/2018 [21:06]:
AXC-nin gənc təhsil nazirinin tarixi çıxışı – “Bunu etsək, universitet yenə də açılmayacaq”
25/09/2018 [20:38]:
"KQB-nin dəstəyi ilə qabağa gedən yazıçılar olub..."
25/09/2018 [20:36]:
Ermənistan hökümətinin psixoloji problemləri var...
25/09/2018 [20:31]:
Ərdoğan BMT sessiyasında qurumu tənqid etdi - “5 daimi üzvə xidmət edən bir forma alıb”
25/09/2018 [20:26]:
Netanyahu yenə Putinə zəng etdi - Təyyarə vurulması müzakirə edildi
25/09/2018 [20:23]:
Tramp iclasa gecikdi - Növbəsi başqa prezidentə keçdi
25/09/2018 [20:22]:
Ərdoğan BMT Gənclər Fondunun qurulmasını təklif etdi
25/09/2018 [20:15]:
İki başlı ilan görənləri çaşqına çevirdi - VİDEO
25/09/2018 [20:11]:
“Qarabağ” – “Arsenal” oyununa 20 min bilet satıldı
25/09/2018 [20:07]:
Növbəti hərracda yüksək rəqabət: 10 dövlət əmlakına 22 sifariş verildi
25/09/2018 [19:59]:
Ölü doğulan körpəsini rəfdə gizlətdi - DƏHŞƏT...
25/09/2018 [19:47]:
Ateist adam göz yaşları içində İslamı qəbul etdi - VİDEO
25/09/2018 [19:46]:
Ələt-Astara yolunun pullu olacağı tarix AÇIQLANDI
25/09/2018 [19:44]:
Sabah Bakı və Abşeronun bu ərazilərində qaz olmayacaq
25/09/2018 [19:43]:
Aİİ-nin Elmi Məcmuəsinin payız nömrəsinə məqalə qəbulu başlanıldı
25/09/2018 [19:39]:
“Bakcell”dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25/09/2018 [19:03]:
Son illərin ən əhəmiyyətli kəşfi: Tam 400 yaşındadır
25/09/2018 [18:59]:
İranla sərhəddə qaçaqmalçılara qarşı yeni avadanlıq quraşdırılacaq
25/09/2018 [18:31]:
“O vaxt ermənipərəst dövlətlər bizə pul ilə də silah-sursat vermirdilər”
25/09/2018 [18:30]:
“Ermənistanın bu təxribatçı addımı ağır fəsadlara yol aça bilər” -Azərbaycan XİN
25/09/2018 [18:13]:
“Azərbaycan ordusu İrəvan-Mehri yolunu topla vura bilər…” -Erməni komandirdən etiraf
25/09/2018 [17:50]:
Jennifer Beni razı saldı - 30 gündür xəstəxanadadır
25/09/2018 [17:44]:
Donald Tramp: "İran prezidenti Həsən Ruhani gözəl insandır"
25/09/2018 [17:38]:
ADNSU-da Unibook birinci kurs tələbələrinin istifadəsinə verildi
25/09/2018 [17:37]:
"Erməni siyasətçiləri hara, şərəf hara?"
25/09/2018 [17:30]:
2019-cu il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim olundu
25/09/2018 [17:28]:
Azərbaycan Dillər Universitetində Çin təbabəti üzrə seminar təşkil olundu
25/09/2018 [16:52]:
İşıq sürəti ilə hasil olan işıqlı məkanlar - Heydər Əliyev Fondundan yayılan ziya
25/09/2018 [16:39]:
Vüqar Abbasov: “Əlbəttə ki, evdə oturub “bu da belə olsa idi” demək asandır”
25/09/2018 [16:31]:
Pakistanlı alimlər ADAU-da oldular
25/09/2018 [16:30]:
Ramil Usubov sabiq polis rəisinə vəzifə verdi
25/09/2018 [16:29]:
Trampdan gözlənilməz KOMPLİMENT: “Ruhani gözəl insandı”
25/09/2018 [16:28]:
"Qaçqınkom" sədri məcburi köçkünlərlə görüşdü
25/09/2018 [16:27]:
Zeynab Kazımovaya gömrükdə yeni vəzifə verildi
25/09/2018 [16:26]:
Alimlərdən xəbərdarlıq: "Çox su içməyin, ölə bilərsiniz"
25/09/2018 [16:24]:
Votsapda təhlükəli qidalarla bağlı yayılan səsyazısına - Rəsmi reaksiya
25/09/2018 [16:17]:
ADAU-nun rektoru Aqronomluq fakültəsinə qəbul olan 1-ci kurs tələbələri ilə görüşdü
25/09/2018 [16:14]:
Qazaxın icra başçısı vətəndaşları fərdi şəkildə qəbul etdi -FOTOLAR
25/09/2018 [16:14]:
“İrandan bunu gözləməzdim” – Millət vəkili
25/09/2018 [16:11]:
Rəsmi saytlara giriş məhdudlaşdı - Problem yaranıb
25/09/2018 [16:08]:
Gövhər Baxşəliyeva: "Beynəlxalq qurumlar gərək Azərbaycan prezidentinin sözlərindən nəticə çıxarsınlar"
25/09/2018 [16:03]:
“Hər ikisinin öz yeri var...”- Şəhid zabitimizin atası...
25/09/2018 [15:49]:
Bakıda şirkət rəhbəri işə düzəlmək istəyən qıza intim təklif etdi - FAKT
25/09/2018 [15:40]:
Azərbaycanda Rusiya helikopterləri üçün servis mərkəzi yaradılacaq
25/09/2018 [15:40]:
"Lotu Quli"dən ismarıc: "Onu diri-diri yandıracam" - ŞOK SƏS YAZISI
25/09/2018 [15:14]:
Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşdü
25/09/2018 [15:03]:
İlham Əliyev sərgidə silahlarla tanış oldu -FOTOLAR
25/09/2018 [14:47]:
Laçın şəhərində daha bir erməni ailəsi xoşbəxt oldu... - FOTOLAR
25/09/2018 [14:43]:
Deputatdan təklif: "Süni mayalanma ilə bağlı büdcədən vəsait ayrılsın"
25/09/2018 [14:37]:
AMİP Konstitusiya Məhkəməsinin kreditlərlə bağlı qərarına görə bəyanat yaydı
25/09/2018 [14:33]:
Qətərin nüfuzlu qəzetindən separatçı Qarabağ rejimlə bağlı sərt xəbərdarlıq
25/09/2018 [14:29]:
"Dərs oxumayacaqsan, qabağına iki qoyun qatacaqsan sahəsi deyil" -İnam Kərimov
25/09/2018 [14:20]:
Putinin Bakı səfəri və Qarabağda aviasiya təlimi: Təsadüf, yoxsa düşünülmüş ssenari?
25/09/2018 [14:20]:
Körpəsi ilə evdən qaçan gəlinin qayınanası DANIŞDI: "Əri hərbi xidmətdədir..."
25/09/2018 [14:10]:
Zakir Həsənov Bolqarıstanlı həmkarı ilə görüşdü
25/09/2018 [14:07]:
“Azercell”dən maraqlı layihə: “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq”
25/09/2018 [14:03]:
İrəvanda xəstəxanada partlayış, ölən var
25/09/2018 [13:53]:
“Putin İlham Əliyevdən konkret nə istəyəcək?..” – Ayaz Mütəllibov cavab verir...
25/09/2018 [13:47]:
“Ürək-damar xəstəlikləri ilə bağlı xüsusi proqram yaradılsın” – Deputatdan təklif
25/09/2018 [13:44]:
Su üzünə həsrət qalan vətəndaş Gəncə “Su kanal” TSC-dən fəryad edir - FOTO + VİDEO
25/09/2018 [13:43]:
Qida Təhlükəsizliyi Agentliyi kərə yağı satışını YOXLAYIB
25/09/2018 [13:42]:
İranlı tələbəni öldürən şəxslərə ağır cəza - 95 il
25/09/2018 [13:39]:
Zaur müğənnilərin Tünzaləyə göndərdiyi pulun miqdarını açıqladı - VİDEO
25/09/2018 [13:33]:
Sabahdan hava pisləşəcək, güclü külək, leysan, daşqın gözlənilir - XƏBƏRDARLIQ
25/09/2018 [13:27]:
Həkim əməliyyatdan sonra xəstəni zorladı
25/09/2018 [13:20]:
"Heç olmasa mənə bir neçə vedrə versinlər ki, yağış yağanda suyun altına qoyum..."
25/09/2018 [13:11]:
Prezident “ADEX-2018” sərgisi ilə tanış oldu
Bütün arxiv bir sırada
14/09/2018 [11:10] - İqtisadiyyat - ( 1868 dəfə baxılıb)

Aqrar sektorun müasir durumu və inkişaf perspektivlərinə baxış...



 Dünya maliyyə-iqtisadi böhranın  Azərbaycan iqtisadiyyatına, xüsusən də  onun maliyyə-bank sisteminə təsirinin hiss olunmağa başladığı 2014-cü ildən etibarən iqtisadiyyatımızın yeni  çağırışlara cavab verən formada yenidən təşkili əsas prioritet istiqamət olaraq ön plana çıxmağa başlayıb. Bu baxımdan ölkənin iqtisadi gücünün  və onun baş verə biləcək yeni  iqtisadi kataklizmlərə qarşı dayanıqlığının artırılması üçün iqtisadiyyatın neftdən asılılığının zəiflədilməsi və tədricən aradan qaldırılması, eləcə də  idxalı əvəz edən və yüksək  ixrac potensiallı  qeyri-neft sektorunun inkişaf etdirilməsi başlıca vəzifələrdəndir. Həmin vəzifənin öhdəsindən layiqincə gəlməkdən ötrü, yaxın və orta perspektivdə daha çox real imkanlar Azərbaycanın kənd təsərrüfatı və onunla bağlı olan sahələrdədir. Kənd təsərrüfatı ölkənin iqtisadi və sosial problemlərinin həllində,  xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Aqrar sahənin hərtərəfli inkişafı ölkənin iqtisadi sabitliyinin, sosial dayanıqlılığının, ərzaq təhlükəsizliyinin etibarlılığının artırılmasının, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı, onun ixrac imkanlarının genişlənməsinin əsas istiqamətlərindən biri kimi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan əhalisinin iqtisadiyyatla məşğul kəsiminin 36 faizdən çoxunun aqrar sektorda çalışması ilə, bu sahənin güclü inkişafı  həm də böyük sosial yük daşımaqla əhalinin işlə təminatı, işsizliyin və yoxsulluğun azaldılması baxımından xüsusi əhəmiyyət kəsb edir.



Son illər qeyri-neft sektorunda mühüm yeri olan aqrar sahənin inkişafı istiqamətində mühüm addımlar atılır.Bu sahəyə sərmayə qoyuluşu artır,güzəşt və təşviq mexanizmi genişləndirilir. Kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, bütün digər vergilərdən azad edilib. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət tərəfindən subsidiyalar ayrılır. Yeni texnikaların alınması işi ilbəil genişlənir. Müasir aqro xidmət sahələri yaradılır. Fermerlərə güzəştli şərtlərlə gübrə, yanacaq, lizinqlə kənd təsərrüfatı texnikası və avadanlıqlar verilir. Güzəştli şərtlərlə verilən kreditlər hesabına istehsallar genişlənir, yeni aqrar istehsal sahələri yaranır. Aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar, xüsusən son illərdə ilbəil artır. Azərbaycan prezidenti tərəfindən 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi kənd təsərrüfatının inkişafına xidmət edəcək islahatlara sistem xarakteri verilməsi və onun yeni mərhələyə daşınmasına impuls verilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Həmin sərəncamdan ötən dövr ərzində kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirılməsi, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatlarının təşkili sahəsində və sair istiqamtlərdə xeyli işlər görülüb.
Son illər kənd təsərrüfatının artım templəri ümümilikdə ölkə iqtisadiyytaının artım templərini xeyli üstələyir. 2017-ci ildə aqrar sahədə 4 faizdən yüksək, bu ilin 7 ayında isə 6,5 faiz artım olub. Lakin, təəssüflə qeyd etməliyik ki,aqrar sahədə həyata keçirilən tədbirlərə rəğmən Azərbaycan özünə lazım olan kənd təsərrüfatı və ərzaq məhsullarının bir hissəsini hələ də xaricdən almaqda davam edir və son illərin statistikası göstərir ki, hər il orta hesabla 1,5 milyard dollar, əslində daha çox vəsiat sərf olunur. Son illər bəzi məhsullar üzrə idxal artır. Ölkəmizdə əhalinin hər nəfərinə ildə 676 manatlıq, ayda 56 manatlıq, gündə isə 2 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunur. Aqrar sahənin timsalında iqtisadiyyatda çalışanların 36 faizi ölkənin ÜDM-nin cəmi 6 faizə yaxınını yaradır. Azərbaycanda mövcud olan 1milyon 666 min hektar əkin sahəsinin 1 milyon hektara və  ya 60 faizə yaxını dənli və dənli-paxlal bitkilərin əkini üçün ayrılsa da, biz hələ də xaricdən taxıl alırıq. Çünki son 40 ilə yaxın bir dövrdə taxıl əkini sahələri 491 min hektradan 977 min hektara çatdırıaraq 2 dəfə artırılsa da, Azərbaycanda bu sahədə hər hektardan məhsuldarlıq son 40 ilə yaxın bir dövrdə 20 faiz, son 30 ildə isə cəmi 12 faiz artıb. Müqayisə üçün qeyd edək ki, son 40 il ərzində dünya üzrə əkin sahələri təqribən 10% artdığı halda, bitkiçilik məhsulları istehsalının həcmi 2,3 dəfə artıb. Bu rəqəmlər və müqayisələr Azərbaycan üçün çox mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sahə olan kənd təsərrüfatında əmək məhsuldarlığının və istehsalının digər səmərəlilik göstəricilərinin nə qədər aşağı olduğunun əyani nümunəsidir. Çoxşaxəli kənd təsərüfatı istehsal sahələri yaratmaq və bu sahədə inkişafın yüksək səviyyəsinə nail olmaq üçün yetərincə imkanı olan bir ölkə üçün sadalanan rəqəmlər çox kiçik olmaqla daha çox simvolik məna kəsb edir. Ona görə də mövcud potensial fonunda kənd təsərrüfatının hazırkı inkişaf səviyyəsni qənaətbxş hesab etmək olmaz. Çünki aqrar sahədə yetərincə yüksək templi artım olsa da, bu hələ kəndlərin ölkəmizin potensial imkanlarına layiq sosial-iqtisadi inkişafına gətirib çıxarmayıb. 
Son illər Azərbaycanda aqrar sahənin eksportu yüksək templərlə artır. Kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyası da genişlənir. 2017-ci ildə 570,5 milyon dollar məbləğində kənd təsərrüfatı məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin göstəricisindən 40 % çoxdur. Bununla belə hələlik ölkəmizdə kənd təsərrüfatı məhsullarını ixracı ümüumi ixracımızın cəmi 4 faizini təşkil edir ki, bu da mövcud potensialdan qat-qat aşağıdır. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və ixrac potensialı çoxşaxəlidir. Ona görə də, kənd təsərrüfatının yeni əsaslar üzərində yenidən qurulması, həmin potensildan istifadənin səmərəliliyinin və yerli tələbatın ödənilməsində rolunun artırılması, əhalinin bu sahənin məhsulları ilə təminatının yaxşılaşdırılması, eləcə də kənd təsərrüfatının neftdən sonra ixracımızın vacib sahələrindən birinə çevrilməsi günün tələbindən doğan zərurətə çevrilib. 
Kənd təsərrüfatı xarakterinə görə yetərincə ağır, əməktutumlu və riskli sahə olduğundan, burada qısa müddətli sıçrayışlı inkişafın əldə edilməsi çətindir. Ona görə də bütövlükdə iqtisadi sahədə olduğu kimi, kənd təsərrüfatında da islahatların sürəti üstümüzə gələn problemlərin sürətindən yüksək olmalıdır ki, itkilərimizi minimuma endirməklə, kənd təsərrüfatında sürətli inkişafa nail ola bilək. Bu baxımdan bütün digər sahələrdə olduğu kimi, kənd təsərrüfatının tərəqqisinə nail olmaqdan ötrü mütərəqqi sistem dəyişiklikləri ilə müşayət olunan çevik kompleks islahataların həyata keçirilməsi çox vacibdir. Bu mənada vacib amillərdən biri də çatışmayan mütərəqqi sistem dəyişiklikləri kontekstində islahatçı və çevik hökumət modelinə keçidin sürətləndirilməsidir. Bu gün ölkəmiz müasir dövrün çağırışlarına uyğun öz inkişafının yeni mərhələsinə keçid dövrünü yaşayır. Bu mərhələdə xalqın güzəranının yaxşılaşdırılması və əhalinin bütün təbəqələrinin həyat keyfiyyətinin yüksəldilməsi üçün bütün sahələrdə sistemli demokratik islahatların həyata keçirilməsi obyektiv tələbata çevrilib. Həmin demokratik və sistemli islahatlar kontekstində, hər şeydən əvvəl, dövlət idarəetmə və tənzimləmə sistemi əsaslı surətdə modernləşdirilməlidir. Mövcud problemlərin həllinə tez, operativ reaksiya verən, optimal qərarlar qəbul edən və maksimum şəffaf fəaliyyət göstərən “yaxşı idarəetmə modeli”nə keçilməli, bu əsasda idarəetmənin çevikliyi artırılmalı və səmərəliliyi yüksəldilməlidir. Bu baxımdan, hazırkı islahatlar zamanı kadr islahatları ilə müşayiət olunan idarəçilik sisteminin əsaslı surətdə təkmilləşdirilməsi, idarəçiliyə öz sahəsinin bilicisi olan, reputasiyası zədələnməmiş təcrübəli kadrlardan istifadə etməklə yanaşı, gənc, şəfafaf reputasiyaya malik, peşakarların cəlb edilməsi, idarəçiliyə innovativ yanaşmanın ortaya qoyulması vacibdir. Ona görə də prezident seçkilərindən sonra yeni təyinatlar olan dövlət qurumlarındakı kadr dəyişikliklərinin bir hissəsini, xüsusən də gənc kadrların irəli çəkilməsini və islahatlar kontekstində onlara şans verilməsi müsbət hal kimi dəyərləndiriməlidir. Komandadakı bu dəyişikliklər cəmiyyətdə müəyyən gözləntilər yaradıb.
Həmin gözləntilərin özünü doğrultmasından ötrü, digər sahələrdə olduğu kimi aqrar sahədə də optimal vaxt kəsiyində qarşıda duran əsas məqsədə nail olunmalı, kənd təsarrüfatında əmək məhsuldarlığını yüksəltmək, istehsalın səmərəliliyini xarakterizə edən digər göstəriciləri yaxşılaşdırmaqla əhalini daxili istehsal hesabına kənd təsərrüfatı məhsulları ilə təmininatını daha da artırmaq və bu sahənin ixrac imkanlarından geniş istifadə etmək və onu əsas gəlirli sahələrdən birinə çevirmək istiqamətlərində nəzərəçarpan müsbət nəticələr əldə edilməlidir. Həmin məqsədlərə nail olmaqdan ötrü rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi sahəsində islahat xarakterli çoxşaxəli tədbirlərin həyat keçirilməsinə ciddi ehtiyac var. Bu baxımdan optimal müddətdə aşağıdakı istiqamətlərdə sistemli tədbirlərin həyat keçirilməsi obyektiv zərurətə çevrilib: 
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndə kənd təsərrüfatının inkişafı prioritet elan olunmuş, təsərrüfatının dayanıqlı inkişafına nail olunması və onun rəqabətqabliyyətli sektora çevrilməsinin strateji hədəf kimi götürülmüşdür.Ona görə də birincisi, ölkənin müharibə şəraitində olduğunu və çox mürəkkəb beynəlxalq  vəziyyəti nəzərə alaraq, aqrqr sahənin inkişafına yönələn qaydalar kənd təsərrüfatında məhsuldarlığın artırılması, keyfiyyətinin yaxşılaşdırılması, rəqabət qabiliyyətliliyinin gücləndirilməsini təmin edən istiqamətində əlavə təsirli tədbirlər görməlidir. Kənd təsərrüfatında strateji hədəfləri müəyyənləşdirən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapmış tədbir və məqamları da nəzərə almaqla Azərbaycanda güclü Aqrar-Sənaye Komplekslərinin yaradılması üzrə konkret mərhələlərə, istiqamət və sahələrə bölünmüş üzunmüddətli STRATEGİYANIN və xüsusi dövlət proqramının, o cümlədən onun ayrı-ayrı komponentlərinin inkişafının sürətləndirilməsinə yönəlik stimullaşdırıcı proqramların və tədbirlər paketinin hazırlayıb, optimal müddətdə həyat keçirilməsi təmin edilməlidir. Həmin STRATEGİYAda, xüsusi dövlət proqramlarında və mövcud tədbirlər planlarında prioritetlərə yenidən baxılmalı, aqrar sektora istehsal sahəsi olmaqla yanaşı, həm də innovasiyaların mühüm tətbiq arenası, sosial proseslərin tənzimlənməsi, demoqrafik, əmək resursları, ekoloji,ətraf mühitin və sair bu kimi iqtisadi və sosial xarakterli problemlərin həllini yerinə yetirən çoxistiqamətli mürəkkəb sistem kimi baxılmalıdır. Dünya təcrübəsi göstərir ki, son zamanlar bir sıra ölkələrdə kənd təsərrüfatı yüksək texnologiyalı sahə kateqoriyasına keçid alır. Bu vacib məsələ Azərbaycanda həyata keçirlən aqrar siyasətdə hərtərfli şəkildə nəzərə alınmalıdır. Hökumətin kənd təsərrüfatına  dəstəyinin dövrün tələbinə uyğunlaşdırılmasına xidmət edən islahatlar həyata keçirilməlidir. Aqrar sahədə innovasiyaların tətbiqi genişləndirilməli, elmi potensialın artırılması, yeni, daha müasir resursqoruyucu texnologiyanın tətbiq edilməsi, yüksək peşəkarlığa malik ixtisaslı kadrların, alimlərin, mütəxəssislərin hazırlanması, elmi araşdırmalara daha geniş imkanların yaradılması və onların nəticələrinin aqrar sahəyə tətbiqinin sürətləndirilməsi istiqaqamtlərində sistemli tədbirlr hazırlanıb həyat keçirilmlidir. 
İkincisi, aqrar sahədə idarəçiliyin və tənzimləmənin səmərəliliyi artırılmalıdır. Yuxarıda qeyd etdiyimiz kimi, bütövlükdə iqtisadi idarəetmədə, o cümlədən kənd təsərrüfatı sahəsində rasional intitusional islahatlara nail olmaqla proseslərə operativ reaksiya verən, çevik və optimal qərarlar qəbul edən, maksimum şəffaf fəaliyyət göstərən “yaxşı idarəetmə modeli”nə keçilməsidir. Müşahidələrimiz əsasında deyə bilərik ki, yeni kənd təsərrüfatı naziri İnam Kərimov idarəetmənin çevikliyinin artırılması və səmərəliliyin yüksəldilməsi istiqamətində islahat xarakterli bir sıra tədbirlərin həyata keçirilməsinə səy göstərir və bu istiqamətdə müsbət yüklü işlər həyata keçirməyə başlayıb. Bu mənada kənd təsərrüfatı idarəçiliyində şəfaflığın və səmərəliyin artırılmasına töhvə verə biləcək yeni innovasiyaların tətbiqini, kənd təsərrüfatının ayr-ayrı sahələri ilə məşğul olan fermerləri özündə birləşdirən fermer assosasiyalarının yaradılmasını, həmçinin rasional istifadə yönümündə yararlanmaq şərtilə tərkibində iri sahibkarları birləşdirən Məşvərət Şurasının təsis edilməsini bu sahədə müsbət təmayüllərin təzahürü kimi dəyərləndirmək olar. Amma bura Azərbaycandır və monopoloya hər yerə,o cümlədən son vaxtlar aqrar sektora da sirayət etməyə başlayıb. Son zamanlar iri təsərrüfatların yaradılması prosesindən müsbət təcrübə ilə yanaşı, vəziyyətdən sui istifadə edib, heç bir iş görmədən zəhmətsız gəlir götürmək səyləri artıb ki, bunun qarşısı alınmasa,yaxın illərdə aqrar sahəyə ciddi yük olub, Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən və çox perspektivli sahənin sürətli inkişafına mane olacaq. Ona görə də etibarlı və işlək mexanizmlər hazırlayıb həyata keçirmək lazımdır ki, islahatlar istiqamətində atılan addımlar kənd təsərrüfatında monopoliyanın güclənməsinə, onların bu sahənin inkişafını ləngidən amilə çevrilməsinə yox, iri, orta və kiçik təsərrüfatların fəaliyyətinin effektiv kombinasiyasına nail olmaqla kooperasiya əlaqələrinin genişlənməsinə və məhsuldarlığın yüksəldilməsinə,eləcə də iqtisadi səmərəliliyin digər göstəricilərini yaxşılaşdırılmasına, ölkəmizin ərzaq sarıdan xaricdən asılılığının maksumum azaldılmasına və ərzaq təhlükəsizlinin etibarlılığının artırılmasına xidmət etsin. Fikrimizcə, qabaqcıl beynəlxal təcrübədən yaradıcılıqlı bəhrələnib, fermer asossasiyaları ilə mütamadi koordinə edilmiş təmas və fəaliyyətin qurulması, kənd təsərrüfatının ayrı-ayrı sahələrində mövcud olan problemlərin daha tez üzə çıxarılması və onların səmərəli, optimal həlli yollarının aranıb tapılması, dövlət-fermer münasibətlərinin tənzimlənməsinin səmərəliliyinin artırılması, fermerlərlə yaxınlıq baxımından olduqca əhəmiyyətlidir.
Kənd təsərrüfatının güclü inkişafına nail olmaqdan ötrü üçüncü başlıca şərt düzgün və səmərəli fəaliyyət göstərən təsərrüfat sturukturunun qurulmasına nail olmaqdan ibarətdir. Düzgün təsərrüfat sturukturu dedikdə ayrı-ayrı bölgələrimizin hava-iqlim şəraiti və torpaqların verimlik imkanları, həmçinin əhalinin tarixi ənənəvi məşğulluq prinsipləri nəzərə alınmaqla düzgün optimal istifadə modeli başa düşülməlidir. Belə ki, hazırda fermerlərimiz tərəfindən bir çox hallarda bazarın tələbi nəzərə alınmadan ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin əkini həyata keçirilir ki, bu da son nəticədə onların ziyana düşmələri ilə nəticələnir. Həmin amilin yetərincə nəzərə alınmaması aşağı səviyyəli məhsuldarlığın davamı deməkdir. Bu həm də kənd təsərrüfatına ayrılan vəsaitin bir hissəsinin boşuna sərfinə gətirib çıxaracaq. Ona görə də regionlar üzrə kənd təsərrüfatı məhsullarının istehsalının dairəsini genişləndirn zaman aqrqr sahənin spesifikliyindən doğan çoxsaylı məlum şərtlər lazımı səviyyədə nəzərə alınmalıdr. Burada Kənd Təsərrüfatı Nazirliyinin məsləhətverici, yönəldici funksiyasının genişləndirilməsinə ehtiyac vardır. Son illər kənd təsərrüfatına  qoyulan sərmayələr artır. Kənd təsərrüfatında artım tendensiyasını saxlamaq üçün dövlət tərəfindən bu sahəyə yönələn subsidiya və güzəştli kredit siyasəti yürüdülür. Bu il dövlət büdcəsindən kənd təsərrüfatına 714 milyon manat vəsait ayrılması nəzərdə tutulub ki, bu əvvəlki ildəkindən 30 milyon manat və ya 4 faiz çoxdur. Bununla belə büdcə xətti ilə kənd təsərrüfatına yönəldilən vəsait büdcə xərclərinin 3 faizi ətrafındadır. Son 10 ildə ölkəmizdə əsas vəsaitə yönəldilmiş 140 milyard manatdan artıq investiyaların cəmi 4,5 milyard manatı və ya hər il orta hesabla 3,2 faizi, 2017-ci ildə isə ölkə iqtisadiyyatına yönəldilmiş 17,4 milyard manatlıq əsas vəsitin cəmi 618 milyon manatı və ya 3,5 faizi kənd təsərrüfatının payına düşüb. Bununla belə investisiya tələtı baxımından yetərli hesab etmədiyimiz həmin vəsitlərdən belə öz təyinatına görə səmərəli istifadə edilsə, eləcə də aqrar sahənin əlverişli faizlərlə kredit resurslarına çıxış imkanları genişlndirilsə və həmin mənbə hasabına hər il iqtisadiyyta yönəldilən kreditlrin cəmi 7-10 faizə qədəri, yəni 1 milyard manatı əlverişli şərtlərlə kənd təsərrüfatına yönəldilsə, bu üç mənbə hesabına yaxın bir neçə ildə aqrar sahənin maliyyə təminatının əsaslı surətdə yaxşılaşdırılmasına və deməli məhsul istehsalının əhəmiyyətli dərəcədə genişləndirilməsinə və eksportun daha sürətlə artmasına nail olmaq olar. Kənd təsərrüfatının əlverişli şərtlərlə kreditləşdirilməsinin etibarlı mexanizmini yaratmaqdan ötrü digər şərtlərlə yanaşı, valyuta ehtiyatlarımızın 2-3 faizi qədər cüzi bir hissəsi və digər sərfəli maliyyə resursları cəlb etmək hesabına güclü Aqrar-Sənaye Bankının yaradılmsı və kənd təsərrüfatının əlverişli şərtlərlə kreditləşdirilməsi işinin genişləndirilməsinə böyük ehtiyac var. Amma çalışmaq lazımdır ki, kənd təsərrüfatının çoxşaxəli inkişafına diqqətin xeyli artdığı hazırkı yeni mərhələdə bu sahə bir vaxtlar yol tikintisində olduğu və üstündən bir il keçməmiş dağılmağa başlaması ilə sübut olunduğu kimi, indi də aqrat sahə dövlət vəsaitinin, kreditlərin və digər mənbələrdən daxil olan maliyyəə vəsitinin “silinmə arenasına” çevrilmısin. Hökümət yeni şəraitdə yerli və xarici sərmayədarları aqrar sahəyə yeni sərmayələr qoymağa, yeni layıhələr həyata keçirməyə, kənd təsərrüfatı üçün yararlı torpaqların dövriyyəyə cəlb edilməsinə, mütərəqqi təcrübəni, texnika və texnologiyanı, qabaqcıl əkinçilik mədəniyyətini tətbiq etməklə istifadəsiz torpaqlarımızdan da səmərəli istifadə etməyə inandırması və həvəsləndirməsi istiqamətində əlavə tədbirlər görməlidir. 
Azərbaycanda kiçik torpaq sahibliyi və kiçik təsərrüfatlar məsələsi kənd təsərrüfatında səmərəliliyin və rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə mane olan problemlər sırasında xüsusi təsirə malikdir. Fermer təsərrüfatlarının əksəriyyətinin torpaqları və təsərrüfatları kiçikdir deyə yüksək nəticələr əldə olunmur, geniş təkrar istehsalın qurulması və yüksək gəlir əldə edilməsinə imkan verən ixraca işləmək imkanı məhduddur. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində yer alan məlumata əsasən, hər hektar sahədə aparılan əkin sahələri üzrə yanacaq və motor yağlarına görə dövlət yardımı almaq üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət edən 372 min istehsalçının malik olduqları torpaq sahələrinin orta ölçüsü 3,4 hektar olsa da, istehsalçıların mütləq əksəriyyətinin malik olduğu əkin sahələri orta göstəricidən aşağıdır. Torpaq sahəsi 3 hektara qədər olan təsərrüfatlar cəmi təsərrüfatların 71 faizini, 3-4,9 hektara qədər olanlar 17,1 faizini, 5-9,9 hektara qədər olanlar 8,4 faizini, 10-19,9 hektara qədər olanlar 2,2 faizini, 20-49,9 hektara qədər olanlar 1 faizini, 50 hektar və bundan çox olanlar 0,4 faizini təşkil edir. Oxşar vəziyyət heyvandarlıq təsərrüfatlarında da müşahidə olunur. Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına əsasən, iribuynuzlu heyvandarlıq təsərrüfatlarında mövcud olan heyvanların bir təsərrüfata düşən orta sayı 7,7 baş olmaqla, təsərrüfatların təqribən 82 faizində 10 başa qədər iribuynuzlu heyvan vardır. Heyvanların sayı 1-4 baş olan təsərrüfatlar cəmi təsərrüfatların 40 faizini,  5-10 baş olanlar 42 faizini, 11-19 baş olanlar 14 faizini, 20-49 baş olanlar 4 faizini, 50 və daha çox olanlar 1 faizini təşkil edir. Kənd təsərrüfatı ilə məşğul olanların xeyli hissəsinin gəlirləri aşağıdır, maddi və maliyyə resurslarının məhdudluğu istehsalı genişləndirmək üçün yetərli deyil. Kiçik təsərrüfatların üstünlük təşkil etməsi ümumilikdə kənd təsərrüfatı məhsulları istehsalında müasir texnologiyalardan və təkmilləşdirilmiş istehsal vasitələrindən istifadə səviyyəsinin aşağı olmasını şərtləndirir. Bu sahədə mütərəqqi dönüş yaratmaqdan və yüksək nəticələrin əldə edilməsi üçün digər şərtlərlə yanaşı xırda, rentabelliyi aşağı olan kiçik ölçülü kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyalarda birləşməsinə və beynəlxalq praktikanın qabaqcıl nümunələrinin yaradıcılıqlı tətbiqinə əsaslana kooperasiya münasibətlərinin inkişaf etdirilməsinə ehyiyac var. Kooperasiya kənd təsərrüfatında gəlirlərin artırılmasına, az xərclərlə böyük mənfəət əldə edilməsinə, kənd təsərrüfatımda çalışanların işinin effektivliyinə kömək edəcək. Hökumət kooperasiya əlaqələrinin genişləndirilməsinə təsirli stimul yaratmaq,eləcə də kooperativlərin, aqroparkların yaradılmasının genişlənməsini lazımı səviyyədə dəstəkləməklə aqrar sahədə inkişafın əhəmiyyətli dərəcədə sürətlənməsinə nail ola bilər.  
Azərbaycanda 2007-ci ildən bəri aqrar sektora subsidiyalar ayrılır.İndiyədək kənd təsərrüfatı istehsalçılarına 1 milyard manatdan artıq subsidiya verilib. On ildən artıq müddətdə əldə edilən təcrüb göstərir ki, bunun məlum müsbət tərəfləri olsa da, mövcud subsidiya sistemi kənd təsərrüfatında məhsuldarlığın və iqtisadi səmərəliliyin yaxşılaşdırılmasına yetərincə təsir edə bilmir. Ona görə də aqrar sektorda subsidiyalar siyasətinin səmərəliliyinin artırılmasına nail olmaq üçün bir sıra vacib məsələlər öz həllini tapmalıdır. Dünyanın əksər ölkələrində olduğu kimi bizdə də subsidiyaların verilməsi son məhsulun həcmi və keyfiyyəti nəzərə alınmaqla həyata keçirilsə, bu istehsalın stimullaşdırılması və məhsuldarlığın yüksəldilməsi üçün ciddi təkan olar. Məsələn, taxılçılıq Azərbaycanın ənənvi kənd təsərrüfatı sahələrindən sayılır. Müharibə şəraitində olmağımız bu sahəyə xüsusi aktaullıq verir. Bununla belə hazırda Azərbaycanda adambaşına buğda istehsalının həcmi dünya üzrə müvafiq göstəricidən geri qalır. Azərbaycan taxılın 40 faizini xaricdən alır. Müharibə vəziyyətində xaricdən taxıl alınmasının bütün çətinliklərini əyani şəkildə görmüş bir adam kimi, bu problemin həllinin maksimum sürətləndirilməsini hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə ölkəmiz üçün həyatı əhəmiyyəyli bir məsələlərdən biri hesab edirik. Paradoksal haldır ki, xaricdən taxıl alınmasına, subsidiya mexanizmi tətbiq edilməzdən əvvəlki illərdə olduğundan çox pul xərcləyirik. Son 10 ildə Azərbaycan xaricdən buğda gətirilməsinə ümumilikdə 3 milyard dollar, ildə orta hesabla 300 milyon dollar, 2017-ci ildə isə 227 milyon dollar xərcləyib. Bu, daha çox yerli buğdanının keyfiyyət göstəriciləri ilə əlaqələndirilir. Dünyada olan 11 iqlim qurşağının 9-u Azərbycandadır. Ölkə ərazisinin əksər hissəsi buğda yetişdirilməsi üçün yararlıdır. Belə olduğu halda ola bilməz ki, Azərbaycanda istehsal olunan buğdanın keyfiyyəti hər yerdə ucdantutma  pis olsun. Halbuku həmin 3 milyard dollaın az bir hissəsini məqsədli şəkildə aqrar sahənin əsas həlqəsi  olan taxılçılıqda innovasiya yönümlü inkişafı təmin edən strategiyaya keçməklə çoxdan özümüzü keyfiyyətli buğda ilə təmin edə bilərdik və həmin 3 milyard dollar da ölkədə qalardı. Eyni zamanda taxılçılqda subsidiyaların  əmtəəlik məhsula görə verilməsi taxıl məhsulları istehsalını artırmaqla yanaşı, məhsulun keyfiyyətinin də yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə təsir edib, ölkədə tələbatımıza uyğun dayanıqlı taxıl məhsulları istehsalı təmin olunmasında mühüm rol oynaya bilər. Bu, daxili istehsal hesabına çörək və un məmulatlarına olan tələbatı davamlı olaraq ödəyə, yemçiliyin inkifafına təkan verməklə heyvandarlığın inkişafını da sürətlədircək. Bununla yanaşı həmçinin qeyd etdiyimiz kimi, taxıl məhsullarının idxalı üçün hər il xərclənən 300 milyon dollarlıq böyük maliyyə resursları ölkə daxilində qalacaq, fermerlərin gəlirləri artacaq, yeni emal müəssisələri və iş yerləri yaradılacaqdır. Ona görə də aqrar sektora dəstəyin təşviq aləti kimi subsidiya mexanizminə yenidən baxılmasına, onun məhsuldarlığın artırılmasına təkan verən üsullarına keçilməsinı,eləcə də prioritet istehsal sahələri üzrə subsidiyaların məbləğının artırılmasını zəruri hesab edirik.
Son illər kənd təsərrüfatında müşahidə olunan meyllərdən biri də budur ki, əllərində maliyyə resursları olanlar dövlət torpaq fondundan və kəndlilərdən torpaq alıb iri fermer təsərrüfatları yaradırlar. Həmin prosesin təsiri ilə torpağı qiymətləri də artır. Bu işlər yeniliklərin tətbiqinə geniş meydan verməklə düzgün qurulsa, orta perspektivdə ölkədə güclü aqrar-sənaye kompleksi yaratmaq, bu sahədə 2 dəfə və ondan da çox artıma,  ərzaq bolluğuna nail olmaq və bu sahənin ixrac imkanlarını xeyli artırmaq olar. Böyük tələbat olan bir sıra rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalının və ixracını genişləndirilməsi ölkənin əksər regionlarının, xüsusən də meyvəçilik və tərəvəzçiliklə məşğul olan rayonların sosial-iqtisadi inkişafını xeyli sürətləndirə bilər.Çünki tcrübə göstərur ki, bu gür modern təsərrüfatlarda məhsuldarlıq keçik təsərrüfatlardan xeyli yüksəkdir. Bundan ötrü aqrar sahənin səmərəli inkişafına mane olan məlum amillərin aradan qaldırılması, xüsusən də monopoliyanın acgöz və dağıdıcı manevrlərindən qorunması istiqamətində təsirli tədbirlərin görülməsini zəruri hesanb edirik.
Azərbaycan torpaq ehtiyatları məhduq olan ölkələr sırasın aiddir.Ərazımızın 20 faizi,əkin sahələrinin 10 faizdən çoxu işğal altındadır. Ölkədə hər nəfər hesabı ilə 0,5 hektarın altında kənd təsərrüfatı üçün yararlı torpar,0,2 hektarın altında əkin yeri düşür. Öna görə də kənd təsərrüfatı üçün yararlı torpaqlardan və əkin yerlərindən öz təyinatına görə maksimum istifadənin təmin edilməsi qarşıda duran vacib məsələlərdəndir. Bu baxımdan aqrar sahə üzrə diqqət yetirməyi lazım bildiyimiz məsələ, sanki hamının yadından çıxan sahə olan Kənd Təsərrüfatı İstehsalat Müəssisələri ilə bağlıdır. Bildiyimiz kimi hazırda sayı 19 olan həmin müəssisələr 1999-cu ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsis edilmiş, daha sonra 2016- cı ildə Nazirlər Kabinetinin digər bir qərarı ilə onların bir neçəsinin birləşməsi ilə daha iri təsərrüfatlara çevrilmişlər. Təəssüflər olsun ki, balansında  təxminən 15.000 ha dan çox torpaq sahəsi (əkinə yararlı və örüş) olan coxsahəvi istehsalla məşğul olmağa imkan verən bu müəssisələrin fəaliyyəti olduqca acınacaqlı duruma düşmüşdür. Həmin müəssisələrin hər birinin hazırda xeyli borcu var, təsərrüfat qurğuları dağılıb. Onları bu vəziyyətdən çıxarmaqdan ötrü hazirkı mərhələnin tələblərinə uyğun aydın məqsədli strategiya və məqsədli fəaiyyət proqramları hazırlamaqla dövlətin ciddi maliyyə dəstəyinə ehtiyac vardır. 
Aqrar sahə üzrə digər problem bu müəssisələrə aid torpaqların böyük hissəsinin əvvəlki illərdə bu və ya digər şəxslər tərəfindən hüquqi əsası şübhəli istifadə və ya icarə müqavilələri ilə, həmçinin qeyri-qanuni zəbt etmək yolu ilə mənimsənilməsi və öz təyinatına görə istifadə edilməməsi faktıdır. Bu kimi halların aradan qaldırılması üçün adiyyatı dövlət qurumlarının Kənd Təsərrüfatı Nazirliyinə əməli yardım göstərmələri vacibdir. Burada əsas yük Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə düşür. Belə ki, qeyd edilən müəssisələrin əksəriyyətinin torpaq sahələrinin xalq arasında “çıxarış” adandırılan Dövlət Aktları yoxdur ki, bu da yuxarıda qeyd etdiyimiz zəbt hallarına imkan yaradır. Düşünürük ki, yüksək səmərə ilə işləyən özəl təşəbbüslərə ziyan vurmadan Kənd Təsərrüfatı Nazirliyi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin birgə səyləri ilə bu problem qısa zaman kəsiyində öz həllini tapa bilər. Bu mənada cari ilin sentyabr ayının 12-də Kənd Təsərrüfatı Nazirliyi ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında  memorandumun imzalanmasını hər iki qurumun arasında birgə əməkdaşlığa  qurulmasına müsbət təsir edəcəyini düşünürük.
Kənd Təsərrüfatı İstehsalat Müəssisələrinin  əsas önəmi onlarda yerli şəraitə daha çox uyğun gələn bitki növlərini yetişdirilməsi üzrə məqsədli proqramlar əsasında istehsal prosesinin təşkilinin mümkünlüyü ilə yanaşı, elmi-tədqiqat işlərinin aparılması imkanlarının mövcudluğu, bitki və heyvan genefondunun qorunub saxlanılmasına töhvə verə bilmələri ilə bağlıdır. Məsələn, Şəkidə fəaliyyət göstərən “Şəki Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi MMC” bir zamanlar Cənubi Qafqazın ən böyük camışçılıq üzrə damazlıq təsərrüfatı hesab olunurdu. Burada Hindistandan gətirilərək yerli şəraitə uyğunlaşdırılmış “ qara mirvari” adlandırılan  “mürrək cins” camışlar saxlanılırdı. Bundan əlavə bu müəssisədə bir zamanlar məşhur yerli at növümüz olan dilbaz at cinsləri yetişdirilirdi. Müəssisənin balansında olan torpaqlarda çəltikdən tutmuş demək olar ki, bölgə üçün xarakterik  olan bütün bitki növlərini yetişdirərək böyük mənfəət əldə etmək mümkündür. Eyni imkanlar respublikamızın digər bölgələrində fəaliyyət göstərən Kənd Təsərrüfatı İstehsalat Müəssisələrində də mövcuddur. Lakin, təəsüflə qeyd etməliyik ki, artıq bu təsərrüfat digər kənd təsərrüfatı istehsalat müəssisələri kimi uzun illər diqqət göstərimədiyindən dağılmaq üzrədir və bu vəziyyətdən çıxmaq üçün dövlətin həmin müəssisələrə yanaşması dəyişilməli, onlara konkret təşkilatı və maliyyə dəstəyi göstərilməlidir. Apardığımız müşahidələr zamanı son aylarda Kənd Təsərrüfatı Nazirliyində sözügedən təsərrüfatlara münasibətdə yeni ümidverici yanaşmanın ortaya qoyulmasını görürük. Amma problemlərin miqyası o dərəcə genişdir ki, digər müvafiq qurumların, xüsusən Nazırlər Kabinetinin, Maliyyə Nazirliyinin və digər aidiyyatı qurumların ciddi dəstəyinə ehtiyac var. Sözügedən qurumların birgə səyləri ilə, köhnə modelin bərpası kimi perspektivsiz yanaşmadan uzaq olmaq şərtilə innovativ üsullarla dövlətin, biznesin fəaliyyətinin və innovasiyanın effektiv kombinasiyasına nail olmaqla, özəl təşəbbüslərə geniş meydan vermək, birgə müəssisələr yaratmaq və sair yollarla yaxın illərdə bu sahədəki problemlərin öhdəsindən gəlməklə aqrar sahənin inkişafına əlavə impuls vermək olar. 
Həmin tədbirlərin optimal müddətdə və sistemli şəkildə həyata keçirilməsi aqrar sahənin potensialından səmərəli istfadə etmək və müasir texnologiyaların mütərəqqi təsərrüfatçılıq üsullarının tətbiqi yolu ilə kənd təsərrüfatının intensiv inkişafına nail olmaqla qısa bir zaman ərzində ciddi sosial-iqtisadi effektlər götürülməsinə, ölkədə yerli istehsal hesabına təlabatı dolğun şəkildə ödənilməsinə, ixracın maksimum dərəcədə artmasına, kənd təsrrüfarının ölkəyə böyük valyuta gətirən sahəyə çevrilməsinə, kəndlərin simasının əsaslı surətdə dəyişməsinə və kənd əhalisinin güzəranının əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxarar.


Əli Məsimli, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputet 

"Bu terror İranda daxili etnik zəmində münaqişələrin yaranmasına təkan verməkdir"
İki başlı ilan görənləri çaşqına çevirdi - VİDEO
Ölü doğulan körpəsini rəfdə gizlətdi - DƏHŞƏT...
Son illərin ən əhəmiyyətli kəşfi: Tam 400 yaşındadır
"Lotu Quli"dən ismarıc: "Onu diri-diri yandıracam" - ŞOK SƏS YAZISI
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
“Məşədi İbadın məşhur “Tarixi Nadir”in əlyazmasının üz qabığı - TARİXİ FOTO
Araşdırma
AXC-nin gənc təhsil nazirinin tarixi çıxışı – “Bunu etsək, universitet yenə də açılmayacaq”
Gündəm
“O vaxt ermənipərəst dövlətlər bizə pul ilə də silah-sursat vermirdilər”
Cəmiyyət
"Heç olmasa mənə bir neçə vedrə versinlər ki, yağış yağanda suyun altına qoyum..."
Siyasət
"Rusiyadakı hamilə qadınlar azərilərin yiyəsiz uşaqlarını dünyaya gətirəcəklər..."
Həftənin ən çox oxunanları
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
“Səməd Səmədov nə oxuyur ki, onun adını “hay-küy”qoymuşam...”
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK
“Bu qədər yoxsulluğun olduğu ölkədə lüks bir təyyarəyə minməkdən utanıram" - Prezident...
"Yaxın günlərdə gözləmədiyimiz bir məkanda mütləq terror aktı baş tutacaq" - PROQNOZ
“Nə qədər ki, prezidentin ətrafında iylənmiş məmurlar var, Bakını su basacaq”
Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi
“Ağılları yox imiş, Yezidə baş əyib vəzifədən-zaddan alıb yaşamayıblar...”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə