Xəbər lenti
26/09/2018 [00:08]:
Messi ilk dəfə Ronalduya səs verdi
25/09/2018 [23:53]:
Ərdoğan Trampın çıxışı zamanı zalı tərk etməyib - YENİLƏNİB
25/09/2018 [23:25]:
Tacikistanda sünnət qadağası...
25/09/2018 [23:04]:
Ermənistanın XİN başçısı Nyu-Yorkda ATƏT MQ-nin həmsədrləri ilə görüşüb
25/09/2018 [22:25]:
Ərdoğan Trampın çıxışı zamanı zalı tərk etdi
25/09/2018 [22:23]:
Ərdoğan Trampla ayaqüstü görüşdü - FOTO
25/09/2018 [22:15]:
Azərbaycanlı nazirin qızı da nazir təyin edildi
25/09/2018 [21:54]:
"Bu terror İranda daxili etnik zəmində münaqişələrin yaranmasına təkan verməkdir"
25/09/2018 [21:43]:
“Məşədi İbadın məşhur “Tarixi Nadir”in əlyazmasının üz qabığı - TARİXİ FOTO
25/09/2018 [21:33]:
Əfsanəvi pambıqçı yenə də iş başında - FOTOLAR
25/09/2018 [21:24]:
"Türkiyə qaçqınlara 32 milyard dollar xərcləyib"
25/09/2018 [21:12]:
“Azər-İlmə” Xalçaçılıq Mərkəzi ilə tanışlıq ali qonaqda xoş təəssürat yaratdı
25/09/2018 [21:10]:
Bağırovun həbsxanadakı son saatları – O, ancaq yazır, yeməkdən imtina edirmiş...
25/09/2018 [21:06]:
AXC-nin gənc təhsil nazirinin tarixi çıxışı – “Bunu etsək, universitet yenə də açılmayacaq”
25/09/2018 [20:38]:
"KQB-nin dəstəyi ilə qabağa gedən yazıçılar olub..."
25/09/2018 [20:36]:
Ermənistan hökümətinin psixoloji problemləri var...
25/09/2018 [20:31]:
Ərdoğan BMT sessiyasında qurumu tənqid etdi - “5 daimi üzvə xidmət edən bir forma alıb”
25/09/2018 [20:26]:
Netanyahu yenə Putinə zəng etdi - Təyyarə vurulması müzakirə edildi
25/09/2018 [20:23]:
Tramp iclasa gecikdi - Növbəsi başqa prezidentə keçdi
25/09/2018 [20:22]:
Ərdoğan BMT Gənclər Fondunun qurulmasını təklif etdi
25/09/2018 [20:15]:
İki başlı ilan görənləri çaşqına çevirdi - VİDEO
25/09/2018 [20:11]:
“Qarabağ” – “Arsenal” oyununa 20 min bilet satıldı
25/09/2018 [20:07]:
Növbəti hərracda yüksək rəqabət: 10 dövlət əmlakına 22 sifariş verildi
25/09/2018 [19:59]:
Ölü doğulan körpəsini rəfdə gizlətdi - DƏHŞƏT...
25/09/2018 [19:47]:
Ateist adam göz yaşları içində İslamı qəbul etdi - VİDEO
25/09/2018 [19:46]:
Ələt-Astara yolunun pullu olacağı tarix AÇIQLANDI
25/09/2018 [19:44]:
Sabah Bakı və Abşeronun bu ərazilərində qaz olmayacaq
25/09/2018 [19:43]:
Aİİ-nin Elmi Məcmuəsinin payız nömrəsinə məqalə qəbulu başlanıldı
25/09/2018 [19:39]:
“Bakcell”dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25/09/2018 [19:03]:
Son illərin ən əhəmiyyətli kəşfi: Tam 400 yaşındadır
25/09/2018 [18:59]:
İranla sərhəddə qaçaqmalçılara qarşı yeni avadanlıq quraşdırılacaq
25/09/2018 [18:31]:
“O vaxt ermənipərəst dövlətlər bizə pul ilə də silah-sursat vermirdilər”
25/09/2018 [18:30]:
“Ermənistanın bu təxribatçı addımı ağır fəsadlara yol aça bilər” -Azərbaycan XİN
25/09/2018 [18:13]:
“Azərbaycan ordusu İrəvan-Mehri yolunu topla vura bilər…” -Erməni komandirdən etiraf
25/09/2018 [17:50]:
Jennifer Beni razı saldı - 30 gündür xəstəxanadadır
25/09/2018 [17:44]:
Donald Tramp: "İran prezidenti Həsən Ruhani gözəl insandır"
25/09/2018 [17:38]:
ADNSU-da Unibook birinci kurs tələbələrinin istifadəsinə verildi
25/09/2018 [17:37]:
"Erməni siyasətçiləri hara, şərəf hara?"
25/09/2018 [17:30]:
2019-cu il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim olundu
25/09/2018 [17:28]:
Azərbaycan Dillər Universitetində Çin təbabəti üzrə seminar təşkil olundu
25/09/2018 [16:52]:
İşıq sürəti ilə hasil olan işıqlı məkanlar - Heydər Əliyev Fondundan yayılan ziya
25/09/2018 [16:39]:
Vüqar Abbasov: “Əlbəttə ki, evdə oturub “bu da belə olsa idi” demək asandır”
25/09/2018 [16:31]:
Pakistanlı alimlər ADAU-da oldular
25/09/2018 [16:30]:
Ramil Usubov sabiq polis rəisinə vəzifə verdi
25/09/2018 [16:29]:
Trampdan gözlənilməz KOMPLİMENT: “Ruhani gözəl insandı”
25/09/2018 [16:28]:
"Qaçqınkom" sədri məcburi köçkünlərlə görüşdü
25/09/2018 [16:27]:
Zeynab Kazımovaya gömrükdə yeni vəzifə verildi
25/09/2018 [16:26]:
Alimlərdən xəbərdarlıq: "Çox su içməyin, ölə bilərsiniz"
25/09/2018 [16:24]:
Votsapda təhlükəli qidalarla bağlı yayılan səsyazısına - Rəsmi reaksiya
25/09/2018 [16:17]:
ADAU-nun rektoru Aqronomluq fakültəsinə qəbul olan 1-ci kurs tələbələri ilə görüşdü
25/09/2018 [16:14]:
Qazaxın icra başçısı vətəndaşları fərdi şəkildə qəbul etdi -FOTOLAR
25/09/2018 [16:14]:
“İrandan bunu gözləməzdim” – Millət vəkili
25/09/2018 [16:11]:
Rəsmi saytlara giriş məhdudlaşdı - Problem yaranıb
25/09/2018 [16:08]:
Gövhər Baxşəliyeva: "Beynəlxalq qurumlar gərək Azərbaycan prezidentinin sözlərindən nəticə çıxarsınlar"
25/09/2018 [16:03]:
“Hər ikisinin öz yeri var...”- Şəhid zabitimizin atası...
25/09/2018 [15:49]:
Bakıda şirkət rəhbəri işə düzəlmək istəyən qıza intim təklif etdi - FAKT
25/09/2018 [15:40]:
Azərbaycanda Rusiya helikopterləri üçün servis mərkəzi yaradılacaq
25/09/2018 [15:40]:
"Lotu Quli"dən ismarıc: "Onu diri-diri yandıracam" - ŞOK SƏS YAZISI
25/09/2018 [15:14]:
Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşdü
25/09/2018 [15:03]:
İlham Əliyev sərgidə silahlarla tanış oldu -FOTOLAR
25/09/2018 [14:47]:
Laçın şəhərində daha bir erməni ailəsi xoşbəxt oldu... - FOTOLAR
25/09/2018 [14:43]:
Deputatdan təklif: "Süni mayalanma ilə bağlı büdcədən vəsait ayrılsın"
25/09/2018 [14:37]:
AMİP Konstitusiya Məhkəməsinin kreditlərlə bağlı qərarına görə bəyanat yaydı
25/09/2018 [14:33]:
Qətərin nüfuzlu qəzetindən separatçı Qarabağ rejimlə bağlı sərt xəbərdarlıq
25/09/2018 [14:29]:
"Dərs oxumayacaqsan, qabağına iki qoyun qatacaqsan sahəsi deyil" -İnam Kərimov
25/09/2018 [14:20]:
Putinin Bakı səfəri və Qarabağda aviasiya təlimi: Təsadüf, yoxsa düşünülmüş ssenari?
25/09/2018 [14:20]:
Körpəsi ilə evdən qaçan gəlinin qayınanası DANIŞDI: "Əri hərbi xidmətdədir..."
25/09/2018 [14:10]:
Zakir Həsənov Bolqarıstanlı həmkarı ilə görüşdü
25/09/2018 [14:07]:
“Azercell”dən maraqlı layihə: “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq”
25/09/2018 [14:03]:
İrəvanda xəstəxanada partlayış, ölən var
25/09/2018 [13:53]:
“Putin İlham Əliyevdən konkret nə istəyəcək?..” – Ayaz Mütəllibov cavab verir...
25/09/2018 [13:47]:
“Ürək-damar xəstəlikləri ilə bağlı xüsusi proqram yaradılsın” – Deputatdan təklif
25/09/2018 [13:44]:
Su üzünə həsrət qalan vətəndaş Gəncə “Su kanal” TSC-dən fəryad edir - FOTO + VİDEO
25/09/2018 [13:43]:
Qida Təhlükəsizliyi Agentliyi kərə yağı satışını YOXLAYIB
25/09/2018 [13:42]:
İranlı tələbəni öldürən şəxslərə ağır cəza - 95 il
25/09/2018 [13:39]:
Zaur müğənnilərin Tünzaləyə göndərdiyi pulun miqdarını açıqladı - VİDEO
25/09/2018 [13:33]:
Sabahdan hava pisləşəcək, güclü külək, leysan, daşqın gözlənilir - XƏBƏRDARLIQ
25/09/2018 [13:27]:
Həkim əməliyyatdan sonra xəstəni zorladı
25/09/2018 [13:20]:
"Heç olmasa mənə bir neçə vedrə versinlər ki, yağış yağanda suyun altına qoyum..."
25/09/2018 [13:11]:
Prezident “ADEX-2018” sərgisi ilə tanış oldu
Bütün arxiv bir sırada
14/09/2018 [17:01] - Cəmiyyət - ( 854 dəfə baxılıb)

- Deputatlardan Qafqaz İslam Ordusuna fərqli baxış: - "Yardım etmək Osmanlının borcu idi"



Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 100-cü ildönümü tamam olur. Bu, Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biridir. 15 sentyabr 1918-ci il tarixinin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Bu ordu Bakının azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib.


Moderator.az xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatları Modern.az-a bu dəfə Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100-cü ildönümü ilə bağlı danışıblar.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, tarixçi alim Musa Qasımlı bildirib ki, bolşevik Rusiyası Birinci Dünya Müharibəsindən çıxdıqdan sonra geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri Cənubi Qafqaza gəldilər.


“Bu zaman Cənubi Qafqazda üç hakimiyyət - müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdi. Regionda anarxiya hökm sürürdü. Rusiya ordu hissələri silahlarını ermənilərə vermişdi. Onlar buna qədər Anadoluda dinc türk-müsəlman əhaliyə qarşı törətdikləri qırğınları bu dəfə Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində törətdilər”.

Tarixçi qeyd edib ki, o zaman azərbaycanlıların ordusu yox idi. 

“Bu da səbəbsiz deyildi. Çünki çarizm türk və müsəlman olduqları üçün etibar etmədiyindən azərbaycanlıları hərbi xidmətə çağırmırdı. Onlar bununla həm hərb sənətini öyrənmirdilər, həm də əsgərliyə çağırılmadıqları üçün vergi də ödəyirdilər. Yalnız könüllərdən ibarət “Vəhşi diviziya” var idi”.

Deputat deyib ki, belə bir şəraitdə Bakıda qurulan sovet hakimiyyəti dinc türk, müsəlman əhaliyə zülm edirdi:

“Qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında Bakı şəhərində oldu. Qırğınlar digər yerlərdə də davam etdirildi. Transqafqaz Komissarlığı və Seymi bu qırğınların qarşısını ala bilmədi. 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edildi. Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Azərbaycan dövlətinin qurulması üçün lazım olan ilkin şərtlər-ərazi və əhali mövcud idi. Hökumət də quruldu. Azərbaycanın müvəqqəti paytaxtı Gəncə elan edildi. Lakin ölkənin əsas şəhəri olan Bakı düşmən əlində idi. Azərbaycanın şəhəri azad etmək üçün kifayət qədər qüvvəsi yox idi. Xarici yardıma ehtiyac duyulurdu. Bu da qardaş Osmanlının yardımı oldu. Osmanlı dövləti iyunun 4-də Batumda imzaladığı müqavilə ilə Azərbaycana yardım etməyi üzərinə götürdü. Belə bir şəraitdə Osmanlının hərb naziri Ənvər Paşa qardaşı Nuru Paşanı ordunun komandanı təyin etdi. Qafqaz hərəkatı başladı. Bakı azad edildikdən sonra problemlər çıxmaması və yerli əhalidən onun cərgələrini doldurmaq üçün ordu Qafqaz İslam Ordusu adlandırıldı”.

M.Qasımlı vurğulayıb ki, türk ordusunun Qafqaz hərəkatının hüquqi-siyasi təməllərini Batum müqaviləsi təşkil edirdi:

“Türk ordusunun yürüşünün mənəvi əsasları var idi. Osmanlı dövləti dünya türklüyünün və islamın mərkəzi idi. Dünya türkləri və müsəlmanları Osmanlı dövlətinə nicat gözü olaraq baxırdılar. Onunla dil, din, mədəniyyət və mənəviyyat baxımından bir olan Cənubi Qafqazın türk və müsəlman əhalisi erməni-daşnak və bolşevik dəstələrinin soyqırımına uğramışdılar. Özü nə qədər ağır vəziyyətdə olsa da, onlara yardım etmək Osmanlının borcu idi. Buna qədər çoxlu azərbaycanlı gənc Çanaqqala savaşında türk qardaşlarına yardım etmək üçün çarizm orqanlarından xəlvəti olaraq getmişdi. 

Bu hərəkatın hərbi-strateji, iqtisadi səbəbləri də var idi. Azərbaycan Cənubi Qafqazın açar ölkəsi idi. Bakıya sahib olan ölkə təkcə Azərbaycana və Cənubi Qafqaza deyil, Xəzərə nəzarət qazanırdı. Xəzər üzərində nəzarət isə Şimali Qafqaza nəzarət, Orta Asiyaya, oradan da Hindistana gedən yola çıxmaq, Orta Asiyaya sahib olmaq isə dünyanın ürəyi olan Avrasiyaya sahib olmaq demək idi. Azərbaycan qızıl körpü idi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi. Bakı zəngin neft mənbəyi idi. Dünya müharibəsinin son mərhələsində Yaxın və Orta Şərqdə, Qafqazda iki neft mənbəyi uğrunda ağır döyüşlər gedirdi. Bunlardan biri Mosul, digəri isə Bakı nefti idi. Neft hansı ölkənin əlində olacaqdısa, qələbə də onda olacaqdı. Osmanlı dövlətinin bu strateji yola və neft mənbəyinə yiyələnməsi üçün sosial, etnik baxımdan problemləri yox idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyon nəfər əhalinin 3 milyon nəfəri türk və müsəlman idi. Hücumların qarşısında tab gətirə bilməyən Bakıdakı sovet hakimiyyəti böhrana düşərək iyulun 31-də istefaya getdi. Onun yerində qurulan Sentrokaspi diktaturası general Denstervil başda olmaqla ingilis qüvvələrini Bakıya dəvət etdi. Bolşevik Rusiyası da müəyyən addımlar atdı. Qafqaz İslam Ordusunun Bakıya yürüşünün qarşısını almaq üçün Osmanlının müttəfiqi Almaniya bolşevik Rusiyası ilə avqustun 27-də bir müqavilə imzalayaraq, Bakı neftindən pay alacağı üçün Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Bakı məsələsində Almaniya Osmanlının müttəfiqi deyildi. Lakin bu da Qafqaz İslam Ordusunu dayandıra bilmədi. Bakı şəhəri mühasirəyə alındı. Ətraf yerlərdən gələn ərzaq təchizatı dayandığından şəhərdə ağır vəziyyət yarandı. Türk topçuları şəhəri elə dəqiqliklə atəşə tuturdular ki, tarixi-memarlıq binaları dağıdılmadı. Şəhər zərər görmədi. İngilislər və Sentrokaspi diktaturası türk hücumları qarşısında şəhəri qoyub qaçdılar. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti sentyabrın 17-də Gəncədən Bakıya köçdü”.

 

Musa Qasımlı, Bakının azad edilməsinin əhəmiyyətinə görə Cümhuriyyətin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə olduğunu vurğulayıb:

“Bakının azad edilməsi ilə Azərbaycan və türk silah qardaşlığının sayəsində Azərbaycan təbii, tarixi paytaxtına, milli, mənəvi, elm və mədəniyyət mərkəzinə qovuşdu. Bu, bir qardaşlıq yardımı idi. Şəhərin azad edilməsi ilə “başla bədən birləşdi". Azərbaycanlıların milli ruhu yüksəldi. Onlar çarizm tərəfindən işğal edildikdən sonrakı bütün dövrdə ilk dəfə olaraq Bakı küçələrində başlarını dik tutaraq, özlərinə güvənərək gəzməyə başladılar. Sovet dövründə ağır şərtlər altında yaşamasına, SSRİ-də türk düşmənçiliyinin, 30-cu illərin sonlarından 50-ci illərin ortalarınadək sovet-türk münasibətlərində gərginliyin olmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərlərinin məzarlarını qoruyub saxladı, dağılmağa qoymadı, ətraflarına çiçəklər, ağaclar əkdi, onları ziyarətgaha çevirdi. 
İndi Şəhidlər xiyabanındakı Türki şəhidliyi adamların təkcə ziyarət edərək əklil qoyduqları bir abidə deyil, qanı bir-birinə qarışmış Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının və əbədi birliyinin rəmzidir”.


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə də Azərbaycan Xalq Cümhuriyyətinin o zamanlar ordusunun olmadığını xatırladıb:

“Həmin zaman isə Qafqaz İslam Ordusu köməyə gələrək Bakını erməni-bolşevik işğalından azad etdi. Bu çox yaxşı haldır. Ancaq mən bir şeyi həmişə deyirəm və məni də həmişə buna görə söyürlər. Çünki mən həmişə deyirəm ki, Qafqaz İslam Ordusu muzdlu ordu idi. Onlar Gəncədə oturmuşdular. Ta ki, pul onlara gəlib çatdı, ondan sonra Bakıya doğru hərəkət etdilər. Bu zaman da onları qınamalı deyilik. Çünki muzdlu ordu idi. Düzdür, Bakını işğaldan azad etmək üçün gəliblər. Çox sağ olsunlar. Bu öz yerində. Amma Osmanlı ordusu mükəlləfiyyətli ordu deyildi. Bunu bəziləri başa düşmür. Adi bir şey deyim sizə. Sovet ordusunda əsgərlərimizə ayda 3-5 manat dilənçi pulu verirdilər. Məgər orduda maaş yoxdur? Olmalıdır! Qafqaz İslam Ordusunda da eləydi. Mən bunu deyən kimi başlayırlar məni söyməyə.  Yoxsa, başlarına at təpməmişdi ki, durub Türkiyədən bura gəlsinlər, pulsuz döyüşməyə. Axı da onlar bir şey yeməliydilər, içməliydilər, geyinməliydilər. Mən tarixçi kimi buna belə qiymət verəndə başlayırlar ki, Araz Əlizadə türklərin əleyhinədir”.


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas
 deyib ki, Qafqaz İslam Ordusunun Bakını pul müqabilində azad etməyə gəldiyini deyən şəxs kimliyindən asılı olmayaraq xalqını, türkçülüyü sevməyən insanlardı:

“Onlar ləkə yaxmaq istəyirlər. Bunu hamı bilməlidir ki, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu ölkəmizə gəlməsəydi nə Bakı azad olunacaqdı , nə də ümumiyyətlə Azərbaycan olacaqdı. Bunlar tarixi faktlardı və sənədlərdə göstərilib. Onlar Bakını azad etməyə gəliblər və neçə min şəhidlər veriblər. Baxın, Azərbaycanın hər bir yerində türk əsgərlərinin məzarı var. Düzdür, bizimkilər də 1915-ci ildə Çanaqqala müharibəsində iştirak ediblər. Bizim də orada şəhidlərimiz olub. Orada şəhid olan azərbaycanlıların məzarı Anıtqəbirdə adları ilə göstərilib. Qafqaz İslam Ordusu ölkəmizə gələrək erməni-bolşevik qırğınının qarşısını aldı və  Bakını işğaldan azad etdi. Hansı pulla Qafqaz İslam Ordusu döyüşmüşdü? Onda heç Azərbaycanın pulu vardı ki? Azərbaycan bir dövlətiydi ki? Bu dərəcədə cəfəng danışmaq, millətə şər atmaq olmaz axı. Əslində elə qanunlar olmalıdır ki, belə danışan adamlar məsuliyyətə cəlb olunsun. Bir sənəd çıxarıb göstərsinlər ki, pul vermişik. Bu cür cəfəng danışıqlar bütün millətə hörmətsizlikdi. Türklərin belə bir sözü var: “Ağzı olan konuşuyor”. Danışır da...”.

"Bu terror İranda daxili etnik zəmində münaqişələrin yaranmasına təkan verməkdir"
İki başlı ilan görənləri çaşqına çevirdi - VİDEO
Ölü doğulan körpəsini rəfdə gizlətdi - DƏHŞƏT...
Son illərin ən əhəmiyyətli kəşfi: Tam 400 yaşındadır
"Lotu Quli"dən ismarıc: "Onu diri-diri yandıracam" - ŞOK SƏS YAZISI
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
“Məşədi İbadın məşhur “Tarixi Nadir”in əlyazmasının üz qabığı - TARİXİ FOTO
Araşdırma
AXC-nin gənc təhsil nazirinin tarixi çıxışı – “Bunu etsək, universitet yenə də açılmayacaq”
Gündəm
“O vaxt ermənipərəst dövlətlər bizə pul ilə də silah-sursat vermirdilər”
Cəmiyyət
"Heç olmasa mənə bir neçə vedrə versinlər ki, yağış yağanda suyun altına qoyum..."
Siyasət
"Rusiyadakı hamilə qadınlar azərilərin yiyəsiz uşaqlarını dünyaya gətirəcəklər..."
Həftənin ən çox oxunanları
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
“Səməd Səmədov nə oxuyur ki, onun adını “hay-küy”qoymuşam...”
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK
“Bu qədər yoxsulluğun olduğu ölkədə lüks bir təyyarəyə minməkdən utanıram" - Prezident...
"Yaxın günlərdə gözləmədiyimiz bir məkanda mütləq terror aktı baş tutacaq" - PROQNOZ
“Nə qədər ki, prezidentin ətrafında iylənmiş məmurlar var, Bakını su basacaq”
Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi
“Ağılları yox imiş, Yezidə baş əyib vəzifədən-zaddan alıb yaşamayıblar...”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə