Xəbər lenti
26/04/2019 [15:44]:
"Son 3 ayda istehsalatda 8 nəfər həyatını itirib, 34 nəfər isə xəsarətlər alıb"
26/04/2019 [15:37]:
Çernobıl faciəsi 33 il -Əməliyyatda 126 azərbaycanlı da iştirak edib
26/04/2019 [15:34]:
"Bu vəziyyət ölkə prezidentinin həyata keçirdiyi sosial islahatlarla uzlaşmır"
26/04/2019 [15:27]:
Türkiyədə zələzələ oldu –4,4 bal gücündə
26/04/2019 [15:21]:
Qarabağdakı qondarma rejim yalnız ordumuzdan deyil, mediamızdan da qorxurmuş...
26/04/2019 [15:18]:
Ərdoğanın cangüdənlərinin vəkili döymə görüntüləri yayıldı –VİDEO
26/04/2019 [15:05]:
Formula 2 üzrə sıralama yarışının vaxtı dəyişdirildi -Tras yoxlanılır
26/04/2019 [15:03]:
Bakıda qəza keçirən pilot: "Hazırda heç bir yerim ağrımır, hər şey qaydasındadır"
26/04/2019 [14:59]:
Stalinin nikahdankənar oğlu - Jdanovun yaxını, Beriyanın həbs etmək istədiyi Kuzakov
26/04/2019 [14:57]:
Tanrısına təpik atdığına görə Allahın qarğışına düçar olan nankor millət...
26/04/2019 [14:53]:
“Diqlas”ın sökülməsiylə bağlı komissiya yaradılıb
26/04/2019 [14:51]:
“Mətbuatda İçərişəhərlə bağlı yer alan məlumatlar ürək ağrıdır”
26/04/2019 [14:44]:
Vladimir Putin: "Azərbaycanla münasibətlərin inkişafından məmnunuq"
26/04/2019 [14:39]:
Orucluğa az qaldı – Həkimdən xəbərdarlıq
26/04/2019 [14:38]:
“Ulduz” filminin “Nazik”i vəfat etdi
26/04/2019 [14:28]:
Narkomoniyanı təbliğ edən daha bir meyxanaçı həbs olunub
26/04/2019 [14:21]:
Formula 1 Qran-Prisinin birinci sərbəst yürüşü ləğv olundu – “Bütün kanalizasiya qapaqları yoxlanılmalıdır” – RƏSMİ
26/04/2019 [14:13]:
Gömrük Komitəsinin sədri Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb
26/04/2019 [14:01]:
Bakı trasında bu ilin ilk qəzası - FOTO
26/04/2019 [13:49]:
"Ağdam Muğam Mərkəzində də çıxışlarımız olacaq, amma hələ ki, tarix bəlli deyil"
26/04/2019 [13:46]:
“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk sərbəst yürüş başlayıb
26/04/2019 [13:39]:
Elman Rüstəmov yenə üzən məzənnədən DANIŞDI
26/04/2019 [13:37]:
XİN sözçüsü: "Suriya ilə təhlükəsiz əraziyə Türkiyə nəzarət etməlidir"
26/04/2019 [13:29]:
Bakıda tıxacların aradan qaldırılması üçün qərargah yaradıldı
26/04/2019 [13:28]:
Sabah 25 dərəcə isti olacaq
26/04/2019 [13:24]:
ADU-da SƏLİS-in e-vətəndaş proqramı təqdim olunub - FOTOLAR
26/04/2019 [13:14]:
“Kitab qapağında gərək kitabın içinə aid olan, onu ifadə edən bir illüstratsiya olsun...”
26/04/2019 [13:10]:
Məşhur Elina da vəfat etdi
26/04/2019 [13:06]:
"“İçərişəhər”də hər hansı ciddi tikililər aparılırsa, mütləq ictimai müzakirəyə çıxarılmalıdır"
26/04/2019 [13:00]:
İlham Əliyev Pekində Putinlə görüşdü
26/04/2019 [12:43]:
“İçərişəhər” İdarəsinin aparat rəhbəri: “Müxalif qüvvələrin bu təxribatları keçməyəcək”
26/04/2019 [12:31]:
"Bir uşağımızı idarə etməkdə çətinlik çəkiriksə müəllim 30 şagirdi necə idarə etsin?”
26/04/2019 [12:30]:
Serjik Sərkisyanın  kiçik qızı da istefa verdi... 
26/04/2019 [12:28]:
Mərkəzi Bank: Bir ildə 20 manatlıqların 60 faizi köhnəlir
26/04/2019 [12:16]:
"Qondarma “DQR”nın hesabatının BMT-nin saytında dərc edilməsi siyasi həyasızlıqdır"
26/04/2019 [12:15]:
Qadın özündən 9 yaş kiçik sevgilisi tərəfindən öldürüldü - BAKIDA FACİƏ
26/04/2019 [12:11]:
Azərbaycanın pul nişanlarının müdafiə qabiliyyəti artırılır
26/04/2019 [12:11]:
Müəllimi uşaq kimi ağladırlar...
26/04/2019 [12:06]:
"Çernobıl hadisəsinin 186 nəfər qurbanı Qorbaçovun boynuna yazılmalıdır"
26/04/2019 [12:01]:
“Nar” 2019-cu ilin birinci rübünün nəticələrini açıqladı
26/04/2019 [11:59]:
10 min dollardan yuxarı kreditlərə güzəşt olmayacaq - Mərkəzi Bankın sədri
26/04/2019 [11:46]:
Türkiyədə yaşayan azərbaycanlı müəlliməni qaçırdılar – FOTO
26/04/2019 [11:41]:
Azərbaycanda uçot dərəcəsi aşağı salındı
26/04/2019 [11:29]:
Elman Rüstəmov manatın məzənnəsinə proqnoz verdi
26/04/2019 [11:21]:
Ramil Usubov polkovnik-leytenantı vəzifəsindən azad etdi
26/04/2019 [11:19]:
Paytaxtda daha bir yol bağlanır
26/04/2019 [11:15]:
Millət vəkili: “Elə məktəb psixoloqları var, onların özünə ayrı bir psixoloq lazımdır”
26/04/2019 [11:13]:
28 cinayətin üstü “isti izlər”lə açıldı
26/04/2019 [11:08]:
Məşhur müğənninin oğlu bıçaqlandı
26/04/2019 [10:58]:
Azərbaycan nefti BAHALAŞDI
26/04/2019 [10:51]:
Zelenski Türkiyəyə getdi
26/04/2019 [10:48]:
Qaradağın bəzi ərazilərində işıq olmayacaq
26/04/2019 [10:44]:
Rusiyanın “Birinci kanal”ı Qarabağdan reportaj hazırladı - TƏXRİBAT
26/04/2019 [10:35]:
Bakıda konsert və atəşfəşanlıq olacaq - VİDEO
26/04/2019 [10:30]:
BSU-da türk gənclərinin bayramı qeyd olunub
26/04/2019 [10:21]:
"Mən sülhə inanmıram, tarixdə heç vaxt müharibə ilə alınan torpaqlar sülhlə qaytarılmayıb"
26/04/2019 [10:13]:
Dövlət qulluğuna sınaq imtahanı keçiriləcək
26/04/2019 [10:12]:
DTX və DİN Zaqatalada birgə əməliyyat keçirib
26/04/2019 [10:05]:
Bakıda “Formula 1” yarışlarına start verilir
26/04/2019 [10:02]:
Kiprli hərbi zabitin silsilə qətlləri: ana və qızlarını öldürürmüş - FOTO
26/04/2019 [09:59]:
Köçkünlərin əvvəlki yataqxanasında yanğın olub
26/04/2019 [09:57]:
Bu günə olan hava proqnozu
26/04/2019 [09:56]:
Prezident “Bir kəmər, bir yol” forumunda iştirak edir
26/04/2019 [09:23]:
Naməlum uçan obyektin göründüyünü hərbçilər etiraf etdi - VİDEO
26/04/2019 [09:17]:
ABŞ-da senator olmaq istəyən azərbaycanlı...
26/04/2019 [09:03]:
Ermənistanda saxlanılan ruhi xəstə vətəndaşımız əməliyyat olundu-İşğalçıdan növbəti “humanistlik”...-FOTO
26/04/2019 [07:30]:
Aeroportda 1 milyon xurma paylanacaq- İbrətamiz...
26/04/2019 [06:41]:
“Allahım, bizim aqibətimiz necə olacaq?!..”
26/04/2019 [00:55]:
Sumqayıt Dövlət Dram Teatrında maraqlı layihə...
26/04/2019 [00:39]:
Mixail Qorbaçov xəstəxanaya düşdü
26/04/2019 [00:20]:
Zelenski seçkilərdən sonra adını dəyişdi
26/04/2019 [00:09]:
Simonyan: "Rusiya müsəlman ölkəsi, Həbib Nurməhəmmədov da onun prezidenti olacaq"
25/04/2019 [23:26]:
Lütfi Zadə ilə Rafiq Əliyevin dünya elminə səs salacaq kitabı çap olunub – FOTO-ANONS
25/04/2019 [23:22]:
Belçika parlamenti qondarma “erməni soyqırımı”nı rədd etdi
25/04/2019 [23:20]:
Gələn ay kartof və soğan ucuzlaşacaq
25/04/2019 [23:09]:
Çingiz Abdullayev: “Şəhərin müdafiəsi üçün mitinq olsa, ilk mən çıxacam”
25/04/2019 [23:04]:
Türkiyədə 3 PKK terrorçusu məhv edildi
25/04/2019 [23:03]:
Rusiya FTX-nin bölmə rəisi rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
25/04/2019 [23:02]:
Karib dənizində 33 Venesuela vətəndaşı itkin düşüb
25/04/2019 [22:46]:
"Şikəst doğulanların sayının artması cadugərliyin geniş yayılması ilə əlaqədardır"
Bütün arxiv bir sırada
14/09/2018 [18:04] - Cəmiyyət - ( 786 dəfə baxılıb)

ADPU-nun Elmi Şurasının iclası keçirilidi




Sentyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2018-2019-cu tədris ili üçün ilk iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq Şura üzvlərini yeni tədris ili münasibətilə təbrik edib, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, iclasın gündəliyinə yaz və yay semestrlərinin imtahan sessiyasının nəticələri və yeni tədris ilində qarşıda duran vəzifələr haqqında, ADPU-da 2018-2019-cu tədris ili üçün tələbə qəbulunun nəticələri haqqında və cari məsələlər daxildir.

Rektor Cəfər Cəfərov çıxışında qeyd edib ki, bu il pedaqoji təhsilə dair nəticələr ürəkaçandır. Bu nəticələr Təhsil Nazirliyinin son günlər keçirdiyi iki tədbirdə də xüsusi vurğulanıb. Təhsil naziri Ceyhun Bayramov bildirib ki, bu yaxınlarda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsinin 5 ili tamam olacaq. Bu müddət ərzində məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib, uşaqların vaxtında məktəbə getmələri nizama salınıb, məktəbə qəbul elektron qeydiyyat vasitəsilə aparılıb. Ali təhsil müəssisələrinə qəbulda müsbət dinamika müşahidə edilib. Bu müsbət dinamika özünü həm kəmiyyət, həm də keyfiyyət baxımından göstərir. Cəmiyyətdə müəllim peşəsinin ictimai nüfuzu artıb. Müəllim peşəsinə marağın artmasında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi, onların əməkhaqlarının artırılması, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin işə qəbulunda şəffaflığın və obyektivliyin təmin edilməsi böyük rol oynayıb. 2018-2019-cu tədris ilində ali məktəblərə 41 min nəfər tələbə qəbul olunub. 500-dən yüksək bal toplayan 2090 nəfər gənc müəllimlik peşəsini seçib. ADPU-ya bu il filiallarla birlikdə 566 nəfər gənc 500-dən çox bal toplayaraq qəbul olunub. Cari tədris ilində 500-dən çox bal toplayan 129 gənc ADPU-nun “İbtidai sinif müəllimliyi” ixtisasını seçib. Filiallarla birlikdə 15 nəfər gənc 600-dən çox bal toplayaraq təhsil almaq üçün ADPU-nu seçib. Müqayisə üçün qeyd edək ki, ötən il filiallarla birlikdə 3 nəfər 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub.

Təhsil Nazirliyi tərəfindən yeni tədris ilinin prioritetləri müəyyən edilib. Yeni tədris ilində yeni qəbul qaydaları tətbiq ediləcək, xarici dillərin öyrənilməsinə, şagirdlərin dərs yükünün yüngünləşməsinə, onların hərtərəfli inkişafına, istedadlı şagirdlərin üzə çıxarılmasına, vətənpərvərlik və vətəndaşlıq hislərinin gücləndirilməsi məqsədilə keçirilən tədbirlərin mənalı və məzmunlu təşkil edilməsinə, sağlam həyat tərzinə, təhsilin keyfiyyətinə nəzarətə xüsusi önəm veriləcək. Eyni zamanda ali təhsil müəssisələrinin ölkədaxili inteqrasiyası,

Boloniya sisteminin prinsiplərinə düzgün əməl edilməsi, tyutor xidməti, ingilisdilli proqramlar diqqət mərkəzində saxlanılacaq.

Biz fəaliyyətimizi bu müsbət dinamika əsasında qurmalı, təhsil xidmətlərimizi müasir əmək bazarının sürətlə dəyişən və artan tələblərinə uyğun şəkildə təşkil etməliyik. Məqsədimiz ADPU-nun müasir beynəlxalq tələblərə cavab verən ali təhsil müəssisəsi olmasıdır.

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov yaz və yay semestrlərinin imtahan sessiyasının nəticələri və yeni tədris ilində qarşıda duran vəzifələr haqqında məlumat verib. Dosent E.Aslanov bildirib ki, imtahan sessiyasının keçirilməsi barədə müvafiq əmr imzalanıb. 2017-2018-ci tədrs ilində universitetdə bütün aralıq qiymətləndirmələr, semestr və dövlət imtahanları Tədris Departamentinin İmtahan və monitorinq şöbəsi tərəfindən həyata keçirilib və vahid mərkəzdən idarə olunub. Semestr və həmçinin dövlət imtahanlarında mütəşəkkilliyin təmin olunması məqsədilə mərkəzin ümumi təşkilatçılığı və koordinatorluğu ilə universitet üzrə 30 nəfər təşkilatçı, o cümlədən 100 nəfər nəzarətçi əməkdaşdan ibarət İmtahan Qrupu yaradılıb və bütün imtahanların təşkili və imtahanlarla əlaqəli bütün funksiyaların icra edilməsi bu qrupa həvalə edilib.

Bütövlükdə imtahan sessiyası şəffaf və obyektiv keçirilib, vaxtında yekunlaşıb. Apelyasiya Komissiyasına və İmtahan Qərargahına edilən müraciətlər çevik şəkildə, qanun çərçivəsində araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Dosent E.Aslanovun hesabat məruzəsində ADPU və filiallarında, həmçinin ADPU-nun nəzdində ADPK-də yaz və yay semestrlərinin imtahan sessiyasının nəticələri konkret rəqəmlər əsasında öz əksini tapıb. Elmi Şura dosent E. Aslanovun hesabatını qəbul edib.

Sənəd Qəbulu Komissiyası üzrə məsul şəxs, professor İbrahim Bayramov ADPU-ya 2018-2019-cu tədris ili üçün tələbə qəbulunun nəticələri haqqında məlumat verib. Qeyd edib ki, ADPU-ya ali təhsilin bakalavriatura səviyyəsində 8 fakültə, 22 ixtisas üzrə Azərbaycan bölməsinə 2035, rus bölməsinə isə 190 yer olmaqla 2225 plan yeri ayrılıb. Bu, ötən tədris ilinin qəbul planından 25 nəfər çoxdur. 2018-2019-cu tədris ilində bakalavriat səviyyəsində Azərbaycan bölməsinə 2013 nəfər, rus bölməsinə 153 nəfər tələbə olmaqla 2166 nəfər tələbə qəbul olunub. Bu da qəbul planının 97,3 faizini təşkil edir. ADPU-ya qəbul olunan 2166 nəfər tələbənin 936 nəfərini dövlət sifarişi əsasında, 1230 nəfərini isə ödənişli əsaslarla qəbul olunanlar təşkul edir.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) 9 illik təhsil əsasında 7 ixtisas üzrə 699 nəfər tələbə, 11 illik təhsil əsasında 6 ixtisas üzrə 452 nəfər tələbə qəbul olunub. Ümumilikdə ADPK-yə 1151 nəfər tələbə qəbul olunub.

Son illər yüksək bal toplayan abituriyentlər arasında davamlı olaraq ölkəmizdə müəllim hazırlığının əsas mərkəzi hesab edilən ADPU-nu seçənlərin sayı artıb. Belə ki, 2014-2015-ci tədris ilində ADPU-ya qəbul olunmuş tələbələrdən cəmi 20 nəfəri 500-dən çox bal topladığı halda, 2017-2018-ci tədris ilində 273 nəfər, bu il isə 527 nəfər ADPU-da təhsil almaq arzusunu gerçəkləşdirib. Bu da 5 ildə təxminən 27 dəfə, 1 il ərzində isə 2 dəfə artım deməkdir. Builki tədris ilində 11 nəfər 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub.

2018-2019-cu tədris ilində ADPU-ya ali təhsilin magistratura səviyyəsində 17 ixtisas, 18 ixtisaslaşma üzrə 286 nəfər qəbul olunub. Onlardan 106 nəfəri dövlət sifarişi əsasında, 180 nəfəri isə ödənişli əsaslarla qəbul olunub. Magistraturaya qəbul planı 86,6% olub.

Məlumat üçün onu da qeyd edək ki, bu il ADPU-nun SABAH qruplarına 2 ixtisas – “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 25 nəfər tələbə, “Riyaziyyat və informatika müəllimliy” ixtisası üzrə isə 20 nəfər tələbə qəbul olunub.

ADPU-nun Şəki Filialına 8 ixtisas üzrə 189 nəfər, Quba Filialına 6 ixtisas üzrə 181 nəfər, Ağcabədi Filialına 5 ixtisas üzrə 133 nəfər, Şamaxı Filialına 5 ixtisas üzrə 118 nəfər, Cəlilabad Filialına 4 ixtisas üzrə 121 nəfər qəbul olunub. Filiallara 742 nəfər tələbə qəbul olunub. Bütövlükdə ADPU-ya filiallar, SABAH qrupları və kolleclə birlikdə 4104 nəfər tələbə qəbul olunub.

ADPU-nun 5 filialı üzrə 35 nəfər 500-dən çox, 4 nəfər isə 600-dən çox bal toplayıb.
Elmi Şura professor İ. Bayramovun hesabatını qəbul edib.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev cari məsələləri, Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Axundov Elmi Şuranın iclasında qəbul edilən qərarları, Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov reytinq qiymətləndirilməsi ilə bağlı görülən işləri Elmi Şura üzvlərinin diqqətinə çatdırıblar. Cari məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

"Mən sülhə inanmıram, tarixdə heç vaxt müharibə ilə alınan torpaqlar sülhlə qaytarılmayıb"
Müəllim hər kəsin gözü qarşısında şagirdləri belə döydü - VİDEO
Düşüncələri səsə çevirən cihaz hazırlandı - MARAQLI
Polis tutuquşunu nəzarətə götürdü -İNANILMAZ...
114 metrlik qüllənin zirvəsində qolf oynadılar - MARAQLI...+ VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Çernobıl faciəsi 33 il -Əməliyyatda 126 azərbaycanlı da iştirak edib
Gündəm
Qarabağdakı qondarma rejim yalnız ordumuzdan deyil, mediamızdan da qorxurmuş...
Gündəm
“Mətbuatda İçərişəhərlə bağlı yer alan məlumatlar ürək ağrıdır”
Ədəbiyyat
“Kitab qapağında gərək kitabın içinə aid olan, onu ifadə edən bir illüstratsiya olsun...”
Hadisə
"Qondarma “DQR”nın hesabatının BMT-nin saytında dərc edilməsi siyasi həyasızlıqdır"
Həftənin ən çox oxunanları
"İran fəlakət qarşısında- Azərbaycana da böyük təhlükə var..."
Ukraynanın yeni birinci xanımı: Yelena Zelenskaya kimdir? (FOTOLAR)
“Qarabağ Ermənistanla birləşməlidir” – Prezidentliyə namizəddən sərsəm bəyanat
"Özümü də biabır etdim, onları da" - Nazpərinin qardaşı qızından yeni AÇIQLAMALAR - VİDEO
Kəndin imamı evə ikinci arvad gətirdi, mərəkə qopdu - Davanın GÖRÜNTÜLƏRİ - VİDEO
Direktorun təcavüz etdiyi tələbə yandırıldı - DƏHŞƏT...
“A.Mamikonyan və qrupu 1997-ci ildə Xətai metrosu yaxınlığında  yaşayıb və...” 
ABŞ-da 1 milyard dollardan çox sərvətə sahib olan Azərbaycanlı kimdir? - MARAQLI
“Bakıya gələcək erməni jurnalistləri hava limanından aparıb Müdafiə Nazirliyinə təhvil vermək lazımdır”
"Bu millət erməniyə necə qalib gələ bilər?" - Millət vəkilindən həyəcan təbili...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]