Xəbər lenti
21/11/2018 [09:24]:
Dikdabanla maşın sürən xanım sürücülər cərimələnir? - AÇIQLAMA
21/11/2018 [09:22]:
Azərbaycanda kiçik və orta sahibkarlığa dəstək üçün yeni qanun layihəsi hazırlanıb
21/11/2018 [09:17]:
Müşfiqə məxsus olduğu qeyilən qalıqlar araşdırılır - Akademik: “İşçi qrupun üzvləri yenidən toplaşacaq”
21/11/2018 [09:10]:
Manat və dolların bugünkü məzənnəsi dəyişir?
21/11/2018 [08:47]:
Tramp "qaynar" nöqtələrdən birinə səfər edəcək
21/11/2018 [08:40]:
Payız tətili başa çatdı
21/11/2018 [01:18]:
Milyonçu Tağıyev barəsində heç zaman deyilməyən maraqlı faktlar, səhv çıxan proqnoz – TARİX
21/11/2018 [00:52]:
Qaşıqçının neçə öldürüldüyü haqda yeni detallar: "Satqın! Cəzanı alacaqsan!.."
21/11/2018 [00:50]:
Azay Quliyev prezidentə təşəkkür etdi
21/11/2018 [00:47]:
Polşa mediası İlham Əliyevin Minsk səfərindən yazdı
20/11/2018 [23:54]:
Nişanlısı Hiltondan 2 milyonluq üzüyünü geri istəyir
20/11/2018 [23:48]:
“Qaşıqçı cinayətindən şahzadənin məlumatı ola bilər” - Tramp
20/11/2018 [23:33]:
Aktyorun döydüyü direktorla bağlı rəsmi - Açıqlama
20/11/2018 [23:31]:
"Onun içki düşkünü olduğuna inanmıram, bunu deyənlərin xüsusi məqsədləri var"
20/11/2018 [23:22]:
Gürcüstan Saakaşvilinin və müxalifətin dəstəklədiyi Grigol Vaşadzeyə səs verəcək!
20/11/2018 [23:16]:
"Onda belə çıxır ki, “Rembo” rolunu oynayan Silvestr Stallone gərək qabağına çıxanı döyə?"
20/11/2018 [23:11]:
“Rəhmətlik Tofiq İsmayılov Tamerlan Qarayevə dedi ki, sən bizimlə gəlmə...”
20/11/2018 [22:43]:
İsrailin daxili işlər nazirinə şok iddia irəli sürüldü –Maliyyə fırıldağında ittiham olunur
20/11/2018 [22:29]:
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi –6 fiziki və 3 hüquqi şəxs "radar"a düşdü
20/11/2018 [22:26]:
"Məni ağlatmaq kişiləri xoşbəxt edir..."
20/11/2018 [22:10]:
Hədiyyəsinə sevinən uşağın duyğulu anları... VİDEO
20/11/2018 [21:52]:
Çiynində tülkü qatara mindi... VİDEO
20/11/2018 [21:44]:
Ermənilər Avropada 1 milyon avrodan çox pul diləndi - Ən çox Fransadan toplanıb...
20/11/2018 [21:38]:
Afrikalı ovçunun yaydığı görüntülər ölkəni ayağa qaldırdı - FOTOLAR
20/11/2018 [21:24]:
Prezidentin yeni vəzifə verdiyi rəis kimdir?
20/11/2018 [21:23]:
Gursaçlı yapon Canko FOTO
20/11/2018 [21:22]:
Fətəlibəyli Düdənginski nə məqsədlə qətlə yetirildi?
20/11/2018 [21:11]:
Tanınmış aktyor məktəb direktorunu döyüb - Vəziyyəti ağırdır
20/11/2018 [21:10]:
Dünyanın ən kiçik dinozavrının ayaq izləri tapıldı - MARAQLI
20/11/2018 [21:06]:
Qarışqalar yemlərini qurutdu VİDEO
20/11/2018 [21:01]:
Donmuş gölə girən qadın həyatının şokunu yaşadı - VİDEO
20/11/2018 [20:36]:
Mətbəx robotunda tapılan insan dişi qorxunc cinayəti ortaya çıxardı - DƏHŞƏT...
20/11/2018 [20:35]:
Pənah Süleymanov vəzifəsindən azad edildi - Prezidentdən yeni təyinat
20/11/2018 [20:08]:
"Azərbaycanda yaşanan İslamın Hz. Məhəmmədin təbliğ etdiyi İslamla bir əlaqəsi yoxdur"
20/11/2018 [20:00]:
“Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda tədbir keçirildi
20/11/2018 [19:51]:
“Bu layihə Mehriban Əliyevanın təşəbbüsüdür” -Sahil Babayev
20/11/2018 [19:47]:
“İndi də müəllimlərimi görəndə özümü itirirəm” – Novruz Novruzlunun məktəb acıları
20/11/2018 [19:42]:
Bu il narkotiklərlə əlaqədar 28 cinayətkar qrup zərərsizləşdirildi
20/11/2018 [19:23]:
"Banklara borcum olmasa da evimizin qabağındakı dükana 300 manat borcum var..."
20/11/2018 [19:16]:
Türkiyə həbsxanalarında neçə azərbaycanlı məhbus var? - RƏSMİ
20/11/2018 [19:07]:
“Sabiq məmurlara məxsus mülklərin kiminsə istəyi ilə müsadirəsi mümkün deyil”
20/11/2018 [18:59]:
Bu cəriməmərin məbləği 2 dəfə artırılır - DİQQƏT
20/11/2018 [18:52]:
Bakıda Suriya türkmənlərinə həsr olunmuş tədbir keçirildi -FOTOLAR
20/11/2018 [18:46]:
“Bloomberg”: "Dünyada neftin qiymətlərinə üç nəfər nəzarət edir..."
20/11/2018 [18:44]:
“Facebook” və “Instagram”da problemlər yaranıb
20/11/2018 [18:40]:
Bu da nazirliyin yeni loqosu - Saytın adı da dəyişdi
20/11/2018 [18:30]:
Bakıda və Abşeronda avtomobillərdən oğurluq edən şəxslər yaxalandı
20/11/2018 [18:22]:
“Türkiyəni necə məcbur edəcəyimizə qərar verəcəyik” – Karapetyandan gülünc bəyanat
20/11/2018 [18:15]:
Havanı çirkləndirən müəssisəyə 12500 manatlıq İDDİA
20/11/2018 [18:13]:
“Azərbaycan Cumhuriyyətinin 100-cü ilində Hüseyin Cavid” adlı proqram düzənləndi
20/11/2018 [18:12]:
Abel Məhərrəmovun milyonluq mülklərinin – Siyahısı
20/11/2018 [18:08]:
“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir
20/11/2018 [18:07]:
31 DOST mərkəzi yaradılacaq -SƏRƏNCAM
20/11/2018 [18:06]:
Nazir: “Onların pensiyası 35 faiz artacaq”
20/11/2018 [18:02]:
Rövşən Rzayev məcburi köçkünləri dinlədi
20/11/2018 [17:51]:
Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşdü
20/11/2018 [17:49]:
“İnsanlar hər gün İlham Əliyevlə söhbət etdiyimizi düşünürlər…” –Paşinyandan yeni bəyanat
20/11/2018 [17:41]:
Jek müdiri azadlığa buraxıldı - Binəqədidəki yanğında həbs edilmişdi
20/11/2018 [17:40]:
Dünya çempionu: "Ən böyük arzum Düdənginskinin nəşini Azərbaycana gətirməkdir"
20/11/2018 [17:37]:
Manat və dolların sabahkı məzənnəsi
20/11/2018 [17:31]:
“20 Noyabrdan sonra qəti bildim ki, mənim başım üzərinə kim balta qaldırıbsa…”
20/11/2018 [17:24]:
Təranə Səmədovaya ağır cəza istənilir - MƏHKƏMƏ
20/11/2018 [17:15]:
“Kanalizasiya xətlərinə atılan heyvan leşləri ilə bağlı illər boyu şikayətlər olur”
20/11/2018 [17:09]:
Rusiya daxili işlər nazirliyi bəyanat yaydı
20/11/2018 [16:50]:
Unikal memarlıq abidəsi aşkarlandı VİDEOREPORTAJ
20/11/2018 [16:36]:
Sabah bəzi ərazilərdə işıq olmayacaq
20/11/2018 [16:31]:
Prezident İlham Əliyev sərəncam imzalayıb - SİYAHI
20/11/2018 [16:15]:
Erməni millət vəkili Türkiyəni Van hava limanı məsələsində İrəvanla əməkdaşlığa səslədi
20/11/2018 [16:12]:
ADU-da “Kamança” pyesi səhnələşdirildi -FOTOLAR
20/11/2018 [16:10]:
Ayaqqabısında narkotik vasitə gizlətdi
20/11/2018 [16:07]:
“Absheron Hotel Group” turizm sahəsi üzrə əməkdaşlığa başlayır -FOTOLAR
20/11/2018 [15:57]:
"Məktəblərdə dini dərslər keçirilməsə İŞİD-ə qoşulanlar çox olacaq"
20/11/2018 [15:49]:
“Belarusdan hava hücumundan müdafiə sistemlərinin alınması daha aktualdır”
20/11/2018 [15:46]:
Müəllim və şagirdlər arasında kütləvi zəhərlənmə olub
20/11/2018 [15:32]:
Boş giliz və güllə aşkarlandı...
20/11/2018 [15:32]:
Novruz Novruzlunun vəfatı hər kəsi sarsıtdı - VİDEO
20/11/2018 [15:30]:
Avtomobil nəqliyyatı veteranından Ramin Quluzadəyə MÜRACİƏT...
20/11/2018 [15:06]:
İstanbulda təhlükəsizlik məsələləri ilə bağlı beynəlxalq sammit keçirilir - FOTO
20/11/2018 [15:03]:
190 nömrəli marşrut xəttinin fəaliyyəti dayandırılır
20/11/2018 [15:03]:
İngilis dilinin tədrisində peşəkar səviyyəli müəllim amili başlıca şərtdir
Bütün arxiv bir sırada
14/09/2018 [21:04] - Siyasət - ( 2770 dəfə baxılıb)

Beriyanın məhkəməsində təklənən Bağırovun çıxış yolları axtarması - GİZLİ TARİX



Moderator.az tanınmış tədqiqatçı Adıgözəl Məmmədovun M.C.Bağırovun gizli məchulları  və onu satan yaxın çevrəsinə gün işığı tutan maraqlı araşdırmasının dərc edirik. Bu geniş araşdırmada təkcə, Bağırov deyil, onun yaxın ətrafı, Stalindən tutmuş, tarix üçün bu gün də müəmma olan başqa şəxslərdən söz açılacaq...

IX Hissə
                                   ***

Ona görə də o, bu mövzudan qətiyyətlə yayınmağa çalışırdı. Həmin gün saat 2-də Moskvada plenum başlayır. 
Malenkov Beriyanın antipartiya və antidövlət fəaliyyəti barədə məruzə ilə  çıxış edir. Plenumda həmçinin Sovet İttifaqı KP MK-nın Rəyasət Heyətinin üzvləri Xruşşov, Molotov, Bulqanin, Ka¬qanoviç, Voroşilov, Mikoyan və MK-nın üzvləri ittifaq respubli¬kalarının və vilayət partiya komitələrinin I katibləri də çıxış edirlər. Plenumda həmçinin yoldaş İqnatev Sovet İttifaqı MK üzvlüyünə bərpa olunur və marşal Jukov isə MK namizədliyindən həqiqi üzvlüyə seçilir. Bildiyimiz kimi, plenumda çıxış edən natiqlər Beriyanı ittiham atəşinə tuturlar. Belə ki, Beriyanın təşəbbüsü ilə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanına uyğun aparılmış əfv prosesi tənqid olunur və həbsdən azad olunan vətəndaşları cinayətkar, residivist, ictimai stabilliyə ziyan gətirən şəxslər adlan¬dırırlar. On minlərlə azad olunan insanları təhlükəli cinayətkarlar adlandıraraq, Beriyanın guya avantürist siyasətini plenum iştirakçılarının nəzərinə çatdırırlar. Malenkov məruzəsində Beriyanın SSRİ Daxili işlər naziri olduqdan sonra Sovet İttifaqı KP və hökumətdə rəhbərliyi ələ keçirmək üçün apardığı siyasətin əsas şaxələrini iştirakçıların nəzərinə çatdırır. Məsələn, bu şa¬xələrdən biri kimi onun Belorusiyada, Baltikyanı respubli-kalarda, Ukraynada DİN rəhbərliyini dəyişdirməsi, öz adamlarını bu vəzifələrə təyin etməsi barədə məlumat verir. 
Ən nəhayət, plenumun 2-ci günü Bağırova söz verilir. O, öz çıxışında Beriyanı 30 ilə yaxın tanıdığını və onun antipartiya cinayətkar fəaliyyətini, düşmən mövqeyini görə bilmədiyi üçün özünə heç cür haqq qazandıra bilmədiyini söyləyirdi.
Bağırov çıxış etdiyi zaman Malenkov onun sözünü kəsərək:
«Nə üçün özünüzü müdafiə edirsiniz, sizi ki burada heç kim günahlandırmır. Siz Beriya ilə yaxın olmusunuz, siz onu ifşa edin» – deyir. 
Bu an özünü itirməyən Bağırov ona qarşı hücumların ssenari müəlliflərindən biri olan Mikoyana qarşı əks-hücuma keçir. 
Sonra Bağırov Beriyanın milli ordenlərlə əlaqədar zəngindən məlumat verərkən, yenidən Malenkov onun sözünü kəsərək, hansı ordenlərdən söhbət getdiyini soruşur.
Bağırov Malenkovun bu həyasızlığına dözməyərək:
«Onu get uzun illər dostluq etdiyin Beriyaya sual ver» – deyərək, çıxışını davam etdirir.
(Ümumiyyətlə, onu da qeyd etmək istəyirəm ki, Beriya milli ordenlərin təsis edilməsi barədə təklifi Özbəkistan və Gürcüstan rəhbərliyinə də etmişdi. – A.M.).
Sonra Xruşşov Bağırova qarşı hücuma keçərək deyir:
«Mənim sizinlə dünənki görüşümdə Beriyanın sizə zəng etməsini inkar etdiniz. Ancaq indi aydın olur ki, belə bir zəng olubdur».
Ssenariyə uyğun olaraq, Bağırovun təklənməsi başlanır. Bu dəfə Suslov hücuma keçir:
«Beriya həmişə sizin himayədarınız olubdur. Mərkəzi Komi¬tənin təlimatçıları sizin respublikaya getməyə qorxurdular».  
Ssenariyə uyğun olaraq Bağırova qarşı hücumlara Xruşşovun digər əlaltıları qoşularaq, onun Mərkəzi Komitənin apardığı siyasətdən uzaqlaşdığını qeyd edirlər. Sonra da Mikoyan plenumda söz alaraq, Bağırovun ona ünvanladığı suala aşağıdakı kimi cavab verir: 
«O dövr çətinliklə yadıma düşdüyündən indiyə qədər mənə elə gəlirdi ki, Beriya kommunistlər tərəfindən Müsavat kəşfiyyatına salınmışdı. Lakin indi aydın olur ki, bu belə deyilmiş».
Plenumdan sonra Bağırov Xruşşov və Malenkovun qəbuluna düşərək onlarla görüşür. Görüşdən sonra o, Mir Teymur Yaqubovu Xruşşovla görüşdən çəkindirərək onlarla məsələni həll etdiyini söyləyir. Mir Teymur Yaqubov Xruşşovun köməkçisi Şuyskoya zəng edərək görüşdən imtina edir. Bağırovla Yaqubov gecə ikən təyyarə ilə Bakıya qayıdırlar. Lakin SSRİ Ali Sovetinin büdcə komissiyasındakı işinə görə Moskvada bir neçə gün yubanan Teymur Quliyevi Xruşşov yanına çağıraraq, Bağırovla onun və Malenkov arasında olan söhbətin onları qane etmədiyini bildirir və Sov. İKP MK-nın şöbə müdiri P.N.Pospelovla Bakıya qayıdaraq AKP MK-nın və BKP-nin plenumunu təşkil etməyi tapşırır. 
Moskvadakı plenumdan bir neçə gün sonra M.C.Bağırovun siyasi taleyini həll etmək üçün Bakıda AKP MK-nın və Bakı KP MK-nın plenumu çağırılır və bu plenumda Moskvada baş verən hadisələr barədə məlumat plenum iştirakçılarının nəzərinə çatdırılır. 12 iyul 1953-cü ildə Bakıda keçirilən AKP MK və BŞ KP MK-nın plenumunda Moskvadakı hadisələrdən xəbər tutan kommunistlər geniş məruzələrlə çıxış edirlər.
Paradoksallıq buradadır ki, Bağırov Xruşşovla son görüşdən sonra onun mövqeyində 1800 dəyişiklik formalaşır. Bunu onun Bakıdakı plenumda çıxışında görəcəyik. Sual oluna bilər ki, nə səbəblərdən?
Səbəblər aşağıdakılar ola bilər:
     
Stalinin ölümündən sonra Kremldə tənha qalmış Beriya azğınlaşmış rus siyasi elitasının hücumlarını artıq hiss edirdi. Ona görə də çıxılmaz vəziyyətdə qalan Beriya özünə siyasi dəstəyi qeyri–rus respublikalarının siyasi rəhbərliyində axtarırdı. Ona görə də onun Bağırova milli ordenlərin təsis edilməsi və bu şəkildən olan təklifləri buradan doğurdu. Elə buna görə də Xruşşov başa düşürdü ki, Beriyanın sonuna çıxdıqdan sonra yerlərdə və xüsusən qeyri-slavyan müttəfiq respublikalarında ali hakimiyyətin birbaşa ruslaşdırılması və onun slavyan təəssübkeşli hissləri partiya ideyalarını kölgədə qoyurdu, bu da ictimaiyyətdə çaşqınlıq yarada bilərdi. Xruşşov M.Bağı¬rovu Moskvadakı məlum plenumdan sonra həbs etdirə bilərdi, lakin Bağırov ona hələ lazım idi. Beriya avtoritetini ölkədə məhv etmək, Xruşşov və onun əlaltılarının Beriyanın güllələnməsi hökmünün doğruluğunu əsaslandırmaq üçün Bağırov onlara hələ çox lazım idi. Belə ki, Bağırov qafqazlı və Beriyanın yaxın dostu idi. Bağırovu Beriyanın ifşasına qoşa bilmək onu Xruşşovun təbliğat aparatının ruporuna çevirirdi. Xruşşovun Bağırovu həbs etməməsi və ona əksinə, yeni bir vəzifə təklif etməsi yuxarıda göstərilən fikirlərdən irəli gəlirdi. Bu, Xruşşovun taktiki gedişi idi və bir neçə ildən sonra onun hakimiyyətdə möhkəmlənməsi Bağırovu Beriyanın aqibəti ilə üzləşdirdi. Artıq bu andan Bağırov Xruşşova lazım deyildi.
     
Təcili Moskvadan Bakıya dönən M.C.Bağırov nə edəcəyini düşünürdü. Hadisələri təhlil edir, qüvvələr nisbətini süzgəcdən keçirir, atacağı addımların planını cızırdı. İlkin olaraq, Kremldə ona kömək edə biləcək şəxsləri araşdırırdı. Lakin hakimiyyəti ələ keçirmiş qüvvələrin - Xruşşov-Mikoyan-Suslov və Malenkov-Molotov-Kaqanoviç «üçlük»lə-rinin M.C.Bağırova qarşı mü¬nasibətləri heç də yaxşı deyildi. Bunun bir neçə səbəbləri var idi: 

1. M.C.Bağırovun Respublikada xüsusən son dövrlər həyata keçirtdiyi milli siyasi kurs istər Mikoyanı, istərsə də Xruşşovu heç cür qane edə bilməzdi.
2. SSRİ dövlət büdcəsinin 1/3 hissəsinin Azərbaycanın sənaye-təsərrüfat sahələrinə yönəldilməsi istər Kaqanoviçi, istərsə də Malenkovu narahat etməyə bilməzdi. Belə ki, Dağlıq Qarabağa qarşı ermənilərin ərazi iddialarında onların havadarı həmişə Malenkov olmuşdur.
3. Hələ Cənubi Azərbaycandakı siyasi proseslər zamanından M.C.Bağırovla Molotov arasında kəskin ziddiyyət yaran¬mışdı (Bunu müəllifi olduğum “M.C.Bağırov – tam məxfi sənədlər” kitabımda göstərmişəm-A.M.)    
      
Qalırdı yalnız Voroşilov-Bulqanin cütlüyü. Onlar da yuxarıdakı qüvvələrin iradəsinin əleyhinə getməkdə ehtiyatlı idilər. M.C.Bağırov başa düşürdü ki, Kremldəki siyasi atmosfer onun əleyhinə yönəlib.
      
Bəs nə etməli?
      
Bəlkə respublikanın yerli kadrları ilə öz iradəsini ortalığa qoymaq!? Bu gülüncdür! Ona görə ki, artıq onların bir hissəsi Kremldən gələn «soyuq şimal küləyindən» özlərini qorumaq üçün M.C.Bağırova qarşı «ittiham» kampaniyasına qoşul-muşdular. 
       
Budur reallıq!
       
Müstəqilliyi əlindən alınmış millətin taleyi onun rəhbərinin taleyi¬nə oxşar olur. Hər iki halda bu tale açarı «böyük qardaşlar»ın əlində olur.
       
Bütün bu reallıqları saf-çürük edən M.C.Bağırov məntiqlə yalnız Bakıdakı plenumda etdiyi çıxışı edə bilərdi. Əgər M.C.Bağırov Azərbaycan milli hakimiyyətinin və Türkiyənin  agenti kimi ittiham olunan Beriyanın müdafiəsinə qalxmış olsaydı, o, həm özünü, həm də onun təq¬dimatı ilə irəli çəkilmiş AKP MK-nın və respublikanın bütün məsul vəzifəli şəxslərini zərbə altında qoymuş olardı. Belə ki, bu hal Kremldə dəfələrlə KP MK-nın Rəyasət Heyətində azərbaycanlıların türk olduğunu qeyd edən və onların depor¬ta¬siyasını məqsədyönlü şəkildə qaldıran qatı daşnak Mikoyanın niy¬yətlərini həyata keçirməyinə imkan yaradardı. Son nəticədə zərbə yenə də Azərbaycan xalqına dəyəcəkdi. Ona görə də M.C.Bağırov yuxarıdakı reallıqların hər birini düşünərək, özü də is¬təmədən L.P.Beriyanı ifşa edən ali hakimin nümayəndəsinə çevrilir! 
     
Bakıdakı plenumu Xruşşovun Moskvadan göndərilmiş emissarı, Sovet İttifaqı KP MK-nın şöbə müdiri P.N.Pospelov və onun rəhbərliyi altında olan T.Yaqubov aparırdı.
Plenumda M.C.Bağırov söz alaraq, Sovet İttifaqı KP MK-nın çıxardığı qərarları dəstəklədiyini və Beriyanın «antisovet» fəaliyyəti ilə əlaqədar mövqeyini bildirir: O, əvvəlcə çıxışında sosializm ideyalarının Çində geniş vüsət almasını və həmçinin AFR-in kansleri Adenaueri ABŞ agenti adlandıraraq sosializmin qatı düşməni kimi təsvir edir. Görünür, bu mövqe ondan irəli gəlirdi ki, «Beriya Almaniyanın yarısosializm-yarıkapitalizm formasında birləşməsi fikrinin tərəfdarı kimi çıxış edirdi. O cümlədən də, Bağırov Cənubi Koreya rəhbəri Li Sın Manı da ABŞ agenti kimi ittiham edir və Beriyanı da bu sıraya qoşaraq deyir:
«Yoldaş Malenkovun Beriyanın antidövlət, antipartiya fəaliy-yəti barədə məruzəsinə əsasən Sov. İKP MK Rəyasət Heyətinin qərarı bir daha təxribatçı, casus partiyanın qatı düşməni olan Beriyanın iç-üzünü açdı». 
Bağırov başa düşürdü ki, onun Moskvadakı çıxışı Sov. İKP MK Rəyasət Heyətinin üzvlərini qane etməmişdir. Xruşşovun Bağırovun üstüörtülü sualına aydın cavab verməməsi barədə MK-nın Moskvadan gələn məsul işçilərini təlimatlandırması və onların Bakıdakı plenumdakı çıxışlarındakı vurğuları onu yeni manevrlərə əl atmağa məcbur edirdi. 

"Onun içki düşkünü olduğuna inanmıram, bunu deyənlərin xüsusi məqsədləri var"
Afrikalı ovçunun yaydığı görüntülər ölkəni ayağa qaldırdı - FOTOLAR
Dünyanın ən kiçik dinozavrının ayaq izləri tapıldı - MARAQLI
Donmuş gölə girən qadın həyatının şokunu yaşadı - VİDEO
Mətbəx robotunda tapılan insan dişi qorxunc cinayəti ortaya çıxardı - DƏHŞƏT...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Araşdırma
Milyonçu Tağıyev barəsində heç zaman deyilməyən maraqlı faktlar, səhv çıxan proqnoz – TARİX
Cəmiyyət
“Rəhmətlik Tofiq İsmayılov Tamerlan Qarayevə dedi ki, sən bizimlə gəlmə...”
Hadisə
Fətəlibəyli Düdənginski nə məqsədlə qətlə yetirildi?
Siyasət
“Bloomberg”: "Dünyada neftin qiymətlərinə üç nəfər nəzarət edir..."
Cəmiyyət
Abel Məhərrəmovun milyonluq mülklərinin – Siyahısı
Həftənin ən çox oxunanları
Xəzər TV rektorun qovulmasının səbəbini açıqladı: Akademiki qara günlər gözləyir - VİDEO
“İsmət Qayıbov vertolyota minəndə Tamerlan Qarayev TƏKİDLƏ ONA DEYİB Kİ...”
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"
Bütün Rusiya AYAĞA QALXDI: Nurməhəmmədovdan İBRƏTAMİZ TƏKLİF...
"Abel Məhərrəmovdan sonra islahatçı rektor təyinatı BDU-nu daha tez böhrandan çıxara bilər"
"Başa düşə bilmirəm ki, hansı məntiqlə qadınları 65 yaşda pensiyaya çıxarırıq?"
Abel Məhərrəmovun rektorluq "kitabını bağlayan" SENSASİON SƏBƏB...
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
“Bizim sevgimiz də, nifrətimiz də, dostluğumuz da, düşmənliyimiz də kişi kimi olub”
Lüks hoteldə qeydə alınan görüntülər ölkəni ayağa qaldırdı - FOTO+VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə