Suriyada Rusiyaya məxsus hərbi təyyarənin vurulması Kremlin hiddətinə səbəb olub. Bu arada, Rusiya-Ukrayna münasibətlərinin də yenidən gərginləşməsi müşahidə edilir.
Rusiyanın Suriya və Ukraynada yeni qarşıdurma və ziddiyyətlərə cəlb olunması Kremlin Cənubi Qafqaz regionuna olan diqqət və təzyiqinin azalmasına səbəb ola bilərmi?
Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru Cümşüd Nuriyev bu ehtimalı yüksək hesab etmədiyini qeyd edib:
“Suriyada Rusiya təyyarəsinin vurulması Kremli qızışdırıb. Hesab eedirəm ki, Rusiya özünə partnyor saydığı İsraili də bir növ sıradışı edəcək. Rusiya təyyarəsinin vurulması təsadüfi deyil. Türkiyə ilə Rusiya arasında yaxınlaşmanın olması Amerika üçün arzuedilməzdir. Bu yaxılnlaşmanı cəzası Rusiyaya kəsildi. Lakin Rusiya bu fakturadan daha da qızışacaq. Habelə, hesab etmirəm ki, baş verənlərin Rusiyanın Qafqaza təsirini azaldacaq. Rusiya bütün cəbhələrdə kifayət qədər güclü işləyir. Rusiya mediası, televiziyası bu məsələdə xüsusilə fəaldır. Ukrayna daxilində də Rusiya yaxşı işləyir. Lvovda aparılan sorğu göstərir ki, insanlaırn əksəriyyəti baş verənlərə görə Ukrayna rəhbərliyini günahlandırır.
Suriyadan da Rusiya çıxan deyil. Rusiya ilə yaxınlaşmaq Türkiyənin maraqları baxımından faydalı olsa da, Ankaranın İdib məsələsində nə dərəcədə böyük uğura nail olacağı hələlik bəlli deyil ”.
Seymur ƏLİYEV