Sentyabrın 20-də Azərbaycanda cüdo üzrə dünya çempionatına start veriləcək. Maraqlıdır, bu cür yarışlar Azərbaycanda idman iqtisadiyyatının inkişafına necə təsir göstərir? Belə tədbirlərin siyasi əhəmiyyəti ilə yanaşı, həm də iqtisadi əhəmiyyəti varmı?
Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bu cür yarışların bir çox baxımdan Azərbaycana divident gətirdiyini vurğuladı:
“Azərbaycanda idmana diqqət həddindən artıq böyükdür. Faktiki olaraq bütün idman növləri ilə bağlı Azərbaycanda müəyyən tədbirlər keçirilir. Beynəlxalq turnirlər təşkil edilir. Bu cür yarışların keçirilməsi ilk növbədə ölkəmizin imici baxımından müsbət hadisədir. Azərbaycan bu idman yarışları ilə beynəlxalq aləmdə təbliğ olunur, tanıdılır. Idmançılarımız əldə etdikləri uğurla bayrağımızın yüksəlməsini, himnimizin səslənməsini təmin edirlər. .
Idman yarışları üçün ölkkəmizə gələn turistlər müəyyən məbləğdə vəsait xərcləyirlər. Dövlət büdcəsinə müəyyən qədər vəsait daxil olur. Odur ki, bu cür yarışlar iqtisadi baxımdan da ölkəmiz üçün önəmlidir”.
Seymur ƏLİYEV