Xəbər lenti
14/12/2018 [00:09]:
"O, Paşinyanın Ermənistanda başlatdığı üsyana Xankəndində dəstək verənlərdən idi"
13/12/2018 [23:43]:
AMEA-nın əməkdaşı Brüsseldə təcrübə keçir - FOTO
13/12/2018 [23:26]:
Gecikmiş məhəbbət...
13/12/2018 [23:09]:
"Mendeleyev cədvəlindəki bu sirləri bilmədən kainatın dərki mümkün deyil..."
13/12/2018 [22:19]:
Avropa Birliyindən “dilənçilər ölkəsi”nə növbəti yardım...
13/12/2018 [21:59]:
Ermənistanda korrupsiya 2,5 dəfə artıb
13/12/2018 [21:53]:
Poroşenko Rusiyanın qorxularını sadaladı - “Putin nifrət edir”
13/12/2018 [21:13]:
Nazir iclasa gecikdi - Jurnalistlər zalı tərk etdi
13/12/2018 [20:50]:
Müəllimlər üçün “Nobel”in qısa siyahısı açıqlandı – Yenə də təmsilçimiz yox
13/12/2018 [20:46]:
İranda Ayaz Mütəllibovun ata Buşa tarixi etirazından bəhs edildi - Qarabağa görə...
13/12/2018 [20:37]:
Gömrük akademiyası ilə bağlı ən çox verilən suallar - Qəbul qaydaları, xüsusi tələblər
13/12/2018 [20:35]:
Xələf Xələfov Nazirlər Kabinetinə Aparat rəhbəri təyin olunur
13/12/2018 [20:32]:
Rumıniyada ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı -FOTOLAR
13/12/2018 [20:29]:
Statistika Komitəsi əhalinin siyahıyaalınmasını müzakirə etdi
13/12/2018 [20:28]:
Rus mühəndis Terminatorun oxşarını yaratdı - MARAQLI
13/12/2018 [20:13]:
“İnsan əti yeməkdən bezdim” deyərək polisə təslim oldu - DƏHŞƏT...
13/12/2018 [20:01]:
“Vətəndaş 2 min kredit əvəzinə 7 min ödəyib, bank yenə də əl çəkmir...” - REALLIQ
13/12/2018 [19:53]:
Bakıda “Azərbaycan gəncliyi ənənəylə müasirlik qovşağında” mövzusunda konfrans keçirilib
13/12/2018 [19:51]:
Doğuş keçirən qadını bu hala saldılar - DƏHŞƏT...
13/12/2018 [19:48]:
Ov silahı aşkarlandı...
13/12/2018 [19:47]:
Vladimir Putin: "Prezident olmaq istəmirdim"
13/12/2018 [19:47]:
Bakı Baş Gömrük İdarəsində könüllü qanvermə aksiyası keçirildi
13/12/2018 [19:45]:
Əl yükündən 5000 ədəd siqaret aşkarlandı
13/12/2018 [19:45]:
Sarı jiletlilər - İqtisadi liberalizmin sonunun başlanğıcı hərəkatıdır
13/12/2018 [19:43]:
Zakir Həsənov Anjey Kaspşik ilə qoşunların təmas xəttindəki vəziyyəti müzakirə edib
13/12/2018 [19:42]:
Dövlət Gömrük Komitəsinin Çağrı Mərkəzi 2467 müraciəti cavablandırdı
13/12/2018 [19:40]:
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib
13/12/2018 [19:25]:
Oğurluq üçün girdiyi binada 48 saat bu şəkildə qaldı - FOTO
13/12/2018 [19:12]:
“Biz heç Rusiya və Türkiyənin ədəbi məkanlarına lazımi səviyyədə girə bilmirik...”
13/12/2018 [19:02]:
“Rejissora ithaf olunan tamaşada onun görüntüləri və səsindən istifadə ediləcək”
13/12/2018 [18:56]:
Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib
13/12/2018 [18:54]:
Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib
13/12/2018 [18:28]:
Yasamalın sabiq icra başçısı: “Canımla əlləşirəm, nə şirkət, nə tikinti...”
13/12/2018 [18:23]:
UEFA-dan “Qarabağ”a 1 milyon 140 min avro
13/12/2018 [18:18]:
"Dərd almısan, qəm almısan sən İrandan Azərbaycan..."
13/12/2018 [18:11]:
LDU-da Şeyx Zahid Gilaninin 800 illik yubileyi ilə bağlı Beynəlxalq simpozium keçirilib
13/12/2018 [18:07]:
Özəldəki həkimlərin fantastik qazancı - Günə 3-5 min manat...
13/12/2018 [17:43]:
ADU-nun xəlifə-rektoru Venesuelanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili ilə görüşüb
13/12/2018 [17:41]:
"Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb"
13/12/2018 [17:32]:
Ağasəlim Mircavadov: "Prezidentimizin sayəsində"... - AÇIQLAMA
13/12/2018 [17:24]:
İntihar edən şəxsi xilas etmək üçün 13 TIR yan-yana düzüldü - İBRƏTAMİZ...
13/12/2018 [17:20]:
Yüz yaşını keçmiş insanların gənclik və indiki görüntüləri - Təkcə dəyişməyən şəxsiyyətdir...
13/12/2018 [17:09]:
Prezidentin mənzillə mükafatlandırdığı idman xadimlərinin adları müəyyənləşib - SİYAHI
13/12/2018 [17:04]:
Manat sabah bu MƏZƏNNƏDƏ olacaq
13/12/2018 [16:53]:
Kremlin Qarabağdakı baş agenti  “Qərbin adamı” Paşinyanın hüzuruna getdi...-Foto
13/12/2018 [16:45]:
Nura Suri: "Aygün Kazımovanı belə təqdim etməməliydilər"
13/12/2018 [16:34]:
Nazənin Təranə Qumralı susdurdu:"Çaşma" - QALMAQAL
13/12/2018 [16:30]:
XİN sabahkı beynəlxalq tədbirlə bağlı məlumat yaydı
13/12/2018 [16:25]:
İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE
13/12/2018 [16:18]:
Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif edib - SİYAHI
13/12/2018 [16:11]:
Xətai rayonunun icra başçısı vəzifəsindən azad edilib
13/12/2018 [16:10]:
“DaimOnline” kampaniyası daha iki universitetdə
13/12/2018 [16:10]:
ETSN neftlə çirklənmiş ərazilərin təmizlənməsinə təcrübəli xarici şirkətləri cəlb edib
13/12/2018 [15:47]:
Ermənistanda ETİRAF: “Belə ordu ilə qalib gələ bilmərik”
13/12/2018 [15:45]:
Avropa parlamentində Azərbaycanın maraqlarına tam cavab verən qətnamə qəbul edildi
13/12/2018 [15:31]:
İlham Əliyev Ərdoğana başsağlığı verdi
13/12/2018 [15:28]:
“Bu əməliyyatın razılaşdırılmadan həyata keçirilməsi riskli olar”
13/12/2018 [15:22]:
Diplomatların davası, müəmmalı məktublar və çat verən səfirlik – Kiyevdən reportaj - FOTOLAR
13/12/2018 [15:10]:
ADAU-nun rektoru valideynlərlə görüşüb
13/12/2018 [15:08]:
Azərbaycanın xarici ölkələrdə rəsmi turizm nümayəndəlikləri açıldı
13/12/2018 [14:49]:
“Nar MiFi” paketini al, 6 aya qədər pulsuz internet əldə et!
13/12/2018 [14:47]:
"Forbes” ən çox günah qazanan yazarların siyahısını da verəcəkmi...?
13/12/2018 [14:47]:
İlham Rəhimov: “ÜAK-ın ləğvindən ən çox narahat olan prezident Əliyevdir”
13/12/2018 [14:42]:
"İndidən qırılıb ölürük, bəlkə heç 65 yaşa çıxmadıq..."
13/12/2018 [14:41]:
“Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının növbəti sayları çap olunub
13/12/2018 [14:36]:
“SÖNMƏZDİR, ƏBƏDİDİR HEYDƏR ƏLİYEV!” adlı anım mərasimi keçirilib
13/12/2018 [14:34]:
"İndi toylarda söyüşlə deyilənlər meyxana deyil, bir-birilərinin valideynlərini təhqir edirlər..."
13/12/2018 [14:29]:
Pornoulduz Trampa böyük məbləğ ödəməli olacaq - Ağ evin rəhbərinə "ilişməyin" bədəli...
13/12/2018 [14:24]:
Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi
13/12/2018 [14:14]:
100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazır olduğunu bəyan etdi...
13/12/2018 [14:13]:
Bakı merinin qardaşına yüksək vəzifə verildi
13/12/2018 [14:09]:
İsraildə niyə xərçəng yoxdur? - Yəhudi həkimdən xərçəng və qriplə bağlı maraqlı açıqlama...
13/12/2018 [13:53]:
Hansı kommunal xidmətə borclular çoxdur?..
13/12/2018 [13:42]:
Ofisiant yeməyi Kral Akademiyası prezidentinin üstünə tökdü - VİDEO
13/12/2018 [13:41]:
Əməkdaşlıq münasibətləri vergi nəzarətinin zəifləməsi demək deyil
13/12/2018 [13:37]:
Tünd rənglər daha çox ciddiyyəti, soyuqluğu simvolizə edir? - Məşhur xanımların rəyi...
13/12/2018 [13:34]:
2018-ci ilin iqtisadi HADİSƏLƏRİ - Uğurlar, problemlər və təkliflər...
13/12/2018 [13:21]:
Bakıda evə qənim kəsilən Gürcüstan vətəndaşı tutuldu
13/12/2018 [13:16]:
Bakının priotexniki vasitələr satılan Yeni il yarmarkaları - REPORTAJ
13/12/2018 [13:08]:
“Maşın Şou”nun yayımlanacağı vaxt açıqlandı
Bütün arxiv bir sırada
18/09/2018 [16:57] - Cəmiyyət - ( 966 dəfə baxılıb)

Fərhad Əhmədov və italyanların “bağ məsələsi” – YENİ FAKTLAR



İtaliyanın “Paghera” şirkətinin azərbaycanlı milyarder Fərhad Əhmədova qarşı iddia qaldırması ilə bağlı yeni maraqlı faktlar üzə çıxıb. 

Moderator.az xəbər verir ki, Oxu.Az bununla bağlı “Paghera Green Service Societa Agricola S.R.L.” şirkətinin icraçı direktoru Massimo Alberti və bu şirkətin Azərbaycandakı vəkili Kamandar Nəsibovla əlaqə saxlayıb. 


Vəkil deyib ki, 2017-ci ilin noyabrından başlayaraq, “Baku Caspian Real Estate Limited” şirkəti müştəri qismində “Paghera” şirkətinə iddia məktubu göndərib. 

“Onlar Fərhad Əhmədovun Bilgəhdə yerləşən igamətgahında yaşıllaşdırma işləri dövründə yaranan nöqsanların aradan qaldırılmasını tələb ediblər. “Paghera” əməkdaşları göstərilən nöqsanların aradan qaldırılması üçün iqamətgaha gəliblər. Ancaq hər dəfə onların işləməsinə icazə verilməyib. 

Bu absurddur. Onlar deyirlər ki, nöqsanları aradan qaldırmaq lazımdır, ancaq özləri işləri görməyə qoymurlar”, - o deyib. 

Müsahibimizin sözlərinə görə, “Paghera Green Service Societa Agricola S.R.L.” şirkətinin icraçı direktoru Massimo Albertinin nöqsanları aradan qaldırmaq üçün iqamətgaha gəldiyini sübut edən videogörüntülər var. Mühafizəçilər radioəlaqə vasitəsilə bunu məruzə edəndə belə cavab alırlar: “Rədd elə onları oradan!”

“Beləliklə, nöqsanların aradan qaldırılmasında ləngimələr onların öz günahı səbəbindən yaranıb. Bundan başqa, bizə qarşı iddia irəli sürüblər ki, təmir işlər zamanı istifadə edilən metal konstruksiyalar Bakının Babək prospektindəki sexdə hazırlanıb. 

Bu, yalandır. Şirkətin əlində həmin konstruksiyaların İtaliyadan gətirilməsi və gömrük sənədləri ilə bağlı kifayət qədər sübut var”, - vəkil bildirib. 

Bakıda bağ evində qalmaqal. Massimo Alberti: Hələ başımıza belə iş gəlməmişdi
K.Nəsibovun sözlərinə görə, Fərhad Əhmədova məxsus şirkətin təmir işləri zamanı Azərbaycanda istehsal olunan elektrik kabelindən istifadə edilməsi ilə bağlı iddia isə uğurlu səslənmir. 

“İtalyan şirkəti bunu təkzib etmir. Bəli, təmirdə Azərbaycanda istehsal olunan kabeldən istifadə edilib, çünki o, İtaliyada istehsal olunandan daha keyfiyyətli olub. İtalyan şirkətinin əməkdaşları Azərbaycan malının keyfiyyətinə heyran olublar. Həqiqətən də, bu kabel baha və daha keyfiyyətli olub. Qərar verildi ki, bu kabeldən istifadə olunsun.

Ən başlıcası, Azərbaycan kabelindən istifadə edilməsi sifarişçi ilə şifahi şəkildə razılaşdırılıb. Fərhad Əhmədov bu kabelin keyfiyyətsiz olmasını yalnız Azərbaycanda istehsal olunması ilə izah edir. Bu, öz ölkəsinə hörmətsizlik və təhqirdir”, - vəkil deyib. 

O bildirib ki, Fərhad Əhmədovun şirkətinin “Paghera”ya qarşı iddiaları əsassızdır. 

“Səbəbini izah edim. Onlar iddia edirlər ki, Əhmədovun iqamətgahında “Paghera” tərəfindən görülən bütün işlər düzgün aparılmayıb və keyfiyyətsizdir. 

Xatırladım ki, bu, Əhmədovun “Paghera” ilə ilk müqaviləsi deyil. Birinci müqavilədən sonra heç bir narazılıq olmayıb. İşə görə ödəniş də vaxtında edilib. Əgər narazılıq varsa, niyə pul ödənilsin? Buna görə ikinci sifariş də gəldi. Daha bir sual yaranır: Əgər işindən narazısansa, niyə ikinci dəfə müraciət edirsən?”, - müsahibimiz qeyd edib. 

İtalyanların vəkili bildirib ki, daha bir iddia “Paghera” şirkətinin sənədləri saxtalaşdırmasına aiddir. İddiaya əsasən, şirkət Fərhad Əhmədovun imzası olan bəzi saxta sənədlər hazırlayıb. 

“Bu da absurddur. Bu, tamamilə yolverilməz bir şeydir. Fərhad Əhmədovun şirkəti iddia edir ki, araşdırma zamanı İtaliya şirkəti prokurorluğa pul göndərib. Belə bir şey olmayıb. Heç kim heç yerə pul göndərməyib”, - Nəsirov deyib. 

Vəkil əlavə edib ki, Əhmədovun tabeliyində olan şəxslər uzun müddət “Paghera” şirkətinin əməkdaşlarına və rəhbərliyinə təhdidlər ünvanlayıb. 

“İtalyanlar Azərbaycan qanunvericiliyi ilə tanış deyildilər. Onlar bu faktdan istifadə edərək, həmişə deyirdilər ki, “Paghera” şirkəti Azərbaycan qanunlarını pozur. İtaliya şirkətinə cinayət işindən qaçması üçün başqa işlər tapşırılırdı. Bunu edin, onu edin, yoxsa həbsxanaya düşəcəksiniz. Təhdidlər, demək olar ki, hər gün səslənirdi”, - müsahibimiz qeyd edib. 

Massimo Alberti bildirib ki, Bakını sevir və azərbaycanlılara hörmət edir. 


“Bakı mənim üçün ikinci evdir. Mən İtaliyada da bu gözəl ölkənin tərzini inkişaf etdirməyə çalışıram. Ümid edirəm ki, bu münasibətlər bir oliqarxın kaprizlərinə görə təhlükə altına düşməyəcək. Pulla hər şeyi almaq olar, ədaləti isə əsla olmaz. 

Onlar mənim əməkdaşıma 50 min dollar təklif ediblər ki, o, mənə qarşı ifadə versin. Əgər təmizsənsə, şahidləri niyə alırsan? Nəsibov öz işini yaxşı bilir və rusiyalı milyarderin belə Azərbaycan qanunlarını yerinə yetirməli olduğunu hər kəsə başa sala bilər”, - Alberti bildirib. 

Xatırladaq ki, 2016-cı ildə “Paghera” şirkəti iş adamı Fərhad Əhmədova məxsus şirkətlə Bilgəh qəsəbəsindəki altı hektarlıq ərazidə təmir və yaşıllaşdırma işlərinin görülməsi üçün müqavilə bağlayıb. 

Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov Rusiyanın 200 varlı insanı arasında 67-ci yerdədir. 

“Paghere Green Service Societa Agricola SR” şirkəti azərbaycanlı milyarder və onun şirkətinə qarşı iddia qaldırıb. 

İddiada bildirilib ki, iş adamı Fərhad Əhmədova məxsus “Baku Caspian Real Estates Limited” şirkəti italyan şirkətinə borclu olduğu üç milyon avronu ödəməyib. 

Müqaviləyə əsasən, bu işlərə görə şirkət italyanlara 12 milyon avro və əlavə ödənişlər etməlidir. Ancaq işin sona çatmasına az qalmış Fərhad Əhmədova məxsus şirkət üç milyon avronu ödəməkdən imtina edib və İtaliya şirkətinin nümayəndələrinə qarşı təhdidlər səsləndirib. 

Hazırda “Paghere Green Service Societa Agricola S.R.” şirkəti London məhkəməsinə müraciət edərək, maddi və mənəvi zərərə görə beş milyon avroluq iddia irəli sürüb. 

"Mendeleyev cədvəlindəki bu sirləri bilmədən kainatın dərki mümkün deyil..."
Avropa Birliyindən “dilənçilər ölkəsi”nə növbəti yardım...
Rus mühəndis Terminatorun oxşarını yaratdı - MARAQLI
“İnsan əti yeməkdən bezdim” deyərək polisə təslim oldu - DƏHŞƏT...
Doğuş keçirən qadını bu hala saldılar - DƏHŞƏT...
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Mədəniyyət
“Rejissora ithaf olunan tamaşada onun görüntüləri və səsindən istifadə ediləcək”
Cəmiyyət
İntihar edən şəxsi xilas etmək üçün 13 TIR yan-yana düzüldü - İBRƏTAMİZ...
Dünya
“Bu əməliyyatın razılaşdırılmadan həyata keçirilməsi riskli olar”
Köşə
"Forbes” ən çox günah qazanan yazarların siyahısını da verəcəkmi...?
Hadisə
Pornoulduz Trampa böyük məbləğ ödəməli olacaq - Ağ evin rəhbərinə "ilişməyin" bədəli...
Müasir Ədliyyə
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
Putin Paşinyandan niyə çəkinir?
"Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq...”
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
Arif Əsgərov hardan biləydi ki, baldızı oğlu təhlükəli sularda üzür: Bir həbsin izi ilə...
"Bunu edən adam öz namussuzluğunu ictimailəşdirdi"
"Lotu Quli"nin azadlığa çıxdığı anın görüntüləri yayıldı - VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə