Xəbər lenti
17/06/2019 [06:33]:
Din xadimi kənddə “Məscid kuboku” uğrunda tennis turniri keçirdi-İbrətamiz-FOTO
17/06/2019 [05:53]:
Xurafatla düzgün mübarizə aparmaq üçün Qurana diqqət etmək gərəkdir...
16/06/2019 [23:57]:
İran ABŞ-ın tankerlərə hücumla bağlı ittihamlarına cavab verib
16/06/2019 [23:48]:
“Gerilla” savaşı: bunu etməsək, Qarabağ əldən gedəcək!
16/06/2019 [23:30]:
"Qurtuluşdan tərəqqiyə" devizi altında Gəncəyə sürət qatarı ilə səfər təşkil edildi
16/06/2019 [23:26]:
Qəbiristanlıqda başlayıb, qəbiristanlıqda bitən həyat - FOTOLAR
16/06/2019 [23:19]:
Şəkidə 14 yaşlı yeniyetmə intihar edib
16/06/2019 [22:54]:
Ərdoğandan S-400 açıqlaması: İyulun birinci yarısında çatdırılacaq
16/06/2019 [22:28]:
Gözlənilən debat baş tutdu - CANLI YAYIN
16/06/2019 [21:45]:
Pompeo İranı ittiham edib
16/06/2019 [21:44]:
"O cür düşük şərləmələrə də elə axmaq adamlar inanar, qələt eləyir, başın daşa döyür" - VİDEO
16/06/2019 [21:15]:
Siqaret kötüyünü yerə atanları böyük cərimə gözləyir - Portuqaliyada
16/06/2019 [21:09]:
Göygöldə mikroavtobus aşdı - Yaralılar var
16/06/2019 [20:46]:
Baş nazir istefadan sonra nə ilə məşğul olacağını açıqladı: "Yemək bişirəcəm..."
16/06/2019 [20:41]:
“Yuventus”un yeni baş məşqçisinin adı məlum oldu
16/06/2019 [20:02]:
"Ölkənin belə günündə arvadını qoltuğuna vurub Avropanı, Amerikanı gəzmək nə deməkdir?
16/06/2019 [19:55]:
Salah yekun qərar verdi
16/06/2019 [19:53]:
İstanbulda festivalda gözlənilməz hadisə: çox sayda yaralı var - VİDEO
16/06/2019 [19:51]:
Oynaqları məhv edən, ürəyi zəiflədən xəstəlik...
16/06/2019 [19:46]:
"Məkkəgülü çiçəyi"nin çayını için, özünüzü Cənnətdə hiss edin...
16/06/2019 [19:43]:
Damla əcaib geyimdə əndamını nümayiş etdirdi - FOTO + VİDEO
16/06/2019 [19:20]:
Netanyahunun həyat yoldaşı cərimələndi – Dövlətin pulu ilə yemək yeyib
16/06/2019 [19:13]:
"Türk xalqları milli mücadiləyə hələ də davam edirlər"
16/06/2019 [19:13]:
İsti havaya görə kəskin xəstəlik yayıldı, 83 uşaq öldü
16/06/2019 [19:05]:
Üç çeçen orucluqda alkoqol içdiyi üçün ictimaiyyət önündə üzr istədi-FOTO
16/06/2019 [18:59]:
Azərbaycan vətəndaşı əfsanəvi futbolçunun həyat yoldaşını maşınla vuraraq öldürdü - FOTO
16/06/2019 [18:55]:
“Çernobıl”ın keçmiş direktoru "od püskürdü": Bu cür şeyləri necə göstərə bilərsiniz?
16/06/2019 [18:39]:
Cənubi Amerikanın üç ölkəsində elektrik enerjisi kəsildi
16/06/2019 [18:34]:
Düşmən üçün görünməz olan yeni zenit-raket kompleksi nümayiş olundu - VİDEO
16/06/2019 [18:27]:
OPEC-in növbəti görüşünün keçiriləcəyi vaxt açıqlandı
16/06/2019 [18:27]:
Sumqayıtda ər arvadını bıçaqladı - SƏBƏB
16/06/2019 [18:05]:
Prezident təmirə 40 milyon manat ayırdı - Məktəblərdə yenə də şagirdlərdən pul yığılır
16/06/2019 [17:58]:
Binəqədidə üçmərtəbəli yaşayış binasında YANĞIN
16/06/2019 [17:57]:
Azərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblər - FOTOLAR
16/06/2019 [17:32]:
Qurban Qurbanov: "Bizə son variant kimi baxırlar" - MÜSAHİBƏ
16/06/2019 [17:27]:
Rusiyanın "Ural hava yolları" şirkəti Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata yol verib - FOTO
16/06/2019 [17:14]:
Qətərdəki səfirimiz bu ölkənion Gömrük Baş İdarəsinin rəhbəri ilə görüşüb
16/06/2019 [16:38]:
“Neftçi” fransalı hücumçunun transferini rəsmiləşdirib - VİDEO
16/06/2019 [16:05]:
Azərbaycan yığması inkişafda olan ölkələrin çempionatında 10-cu olub
16/06/2019 [16:04]:
“Flame Towers” yaxınlığında yanğın olub - VİDEO
16/06/2019 [15:53]:
G20 ölkələri plastiklərlə mübarizə üzrə beynəlxalq orqan yaradacaq
16/06/2019 [15:51]:
Türkiyədə 3 nəfər seldə boğulub
16/06/2019 [15:50]:
IX sinif şagirdləri üçün buraxılış imtahanının II mərhələsi keçirilib - YENİLƏNİB
16/06/2019 [15:44]:
Qurban Qurbanov oğlunun oyunundan danışdı
16/06/2019 [15:42]:
Messi Kolumbiyaya məğlubiyyətdən danışdı
16/06/2019 [15:16]:
"Erməni ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu Azərbaycana verib, geri çəkilsə..."
16/06/2019 [15:10]:
11 ildir aslanla dostluq edən adam - MARAQLI...
16/06/2019 [14:10]:
Ermənilərin Qarabağ yalanına ağır zərbə: İrəvan aciz durumdadır
16/06/2019 [14:09]:
Qəbul imtahanında az bal topladı, özünü öldürdü - Dəhşətli intiharın təfərrüatı
16/06/2019 [14:06]:
Yaponiya ABŞ-dan İranın tankerlərə hücumu ilə bağlı sübut tələb edib
16/06/2019 [13:56]:
Məşhur aktrisa qiymətini qaldırdı: 6 milyon...
16/06/2019 [13:54]:
Britaniya gəmilərini qorumaq üçün Fars körfəzinə xüsusi təyinatlılar göndəriləcək
16/06/2019 [13:51]:
ABŞ-ın F-15C “Eagle” qırıcısı, yoxsa Rusiyanın Su-57 savaş təyyarəsi daha təhlükəli silahdır..?
16/06/2019 [13:26]:
Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir?
16/06/2019 [13:02]:
Husilər piotsuz aparatlarla Səudiyyə Ərəbistanının iki aeroportuna hücum edib
16/06/2019 [13:01]:
Xəstəxanalar icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərlə bağlı hər ay hesabat verəcək
16/06/2019 [12:27]:
Azərbaycanda məcburi köçkün futbol mərcində 427 min dollar pul uduzdu
16/06/2019 [12:09]:
"Sənədlərin icrası ilə bağlı vəziyyət ürəkaçan deyil"
16/06/2019 [11:55]:
Gözəlliyi ilə baş gicəlləndirən 23 yaşlı tibb bacısı - FOTOLAR
16/06/2019 [11:52]:
Ailələrin gəldiyi çimərlikdə lüt gəzən kişini döydülər - VİDEO
16/06/2019 [11:48]:
Vəkillər arasında keçirilən şahmat turnirinə yekun vuruldu - Nəticələr (FOTO)
16/06/2019 [11:42]:
Gənc qız sevgilisi ilə öpüşəndən dərhal sonra öldü - ƏCAİB SƏBƏB
16/06/2019 [11:17]:
"Əgər tüpürdüyümüzü yalasaq..." - Ərdoğan
16/06/2019 [11:10]:
Ukrayna prezidentindən təəccüblü hərəkət - VİDEO
16/06/2019 [11:04]:
Azərbaycanda zəlzələ oldu
16/06/2019 [11:02]:
Milli Qəhrəmanın adı əbədiləşdirildi- Atası açılış etdi-FOTOLAR
16/06/2019 [10:59]:
“Əsas odur ki, xalqımız musiqi bayramı yaşadı, muğamımıza yeni səslər, ifaçılar gəldi...”
16/06/2019 [10:17]:
Kaliforniyada ermənilər "Karabakh" adı ilə lavaşları kor olmuş "gözümüzə soxurlar"...
16/06/2019 [10:12]:
Məmməd Əmin Rəsulzadə Türk dünyasının böyük şəxsiyyətləri haqqında...
16/06/2019 [10:08]:
Azərbaycan, Rusiya və İran prezidentləri avqustda Soçidə görüşəcək
16/06/2019 [10:03]:
Hindistanda anomal istilər 29 nəfərin ölümünə səbəb olub
16/06/2019 [10:00]:
Moskvada minlərlə müsəlman ildırım və yağış altında cümə namazı qıldı-FOTO+VİDEO
16/06/2019 [09:45]:
Televiziyadan şok: ABŞ sabah İrana hücum edəcək
16/06/2019 [09:37]:
Ruhanidən ABŞ açıqlaması: "Sabitliyimiz üçün..."
16/06/2019 [09:24]:
Türkiyə SQ İraqın şimalında 51 terrorçunu zərərsizləşdirib
16/06/2019 [09:14]:
Fuad Abbasovun səhhəti pisləşib
16/06/2019 [09:10]:
AB ölkələri Maduroya qarşı sanksiya imkanlarını gözdən keçirir
16/06/2019 [09:00]:
“Boeing” irqçilikdə ittiham olundu
16/06/2019 [08:59]:
Qubada ölümlə nəticələnən yol qəzası baş verdi
16/06/2019 [08:59]:
Azərbaycanda tanınmış kikboksinq ustasının oğlunu 1 manata görə öldürdülər - YENİLƏNİB + FOTO
Bütün arxiv bir sırada
18/09/2018 [23:53] - Cəmiyyət - ( 5296 dəfə baxılıb)

Kəlbəcərə gələn adam, heç Kəlbəcərdən qayıdan günün olmasın!



“Kəlbəcər. Xoş gəlmisiz!” – Kəlbəcərə gələn adam işğalın başa çatdığını xəbər vermək üçün bu sözü rayonun girişinə yazdırdı.
Yazı yazıldı qurtardı, Kəlbəcərə gələn adam yazının qabağında dayandı, bir az aralıdan baxdı, yaxınlaşdı, yaxından baxdı, əlini yazının daş gövdəsinə söykədi, sonra alnını söykədi, bir xeyli beləcə dayanıb durdu: “Kəlbəcər. Xoş gəlmisiz!”

Daşın daş yaddaşı oyandı, daşlar onu tanıdı.

Qayalar qəddini dikəldib əsgər sayağı farağat dayandı, qayalar onu tanıdı.
Dağlar gen sinəsini açıb yollara yol verdi, dağlar onu tanıdı.

Yollar qolunu uzadıb çayların üstünə körpü saldı, yollar onu tanıdı.

Körpülər onu çaylardan-sulardan ovcunda keçirtdi, körpülər onu tanıdı.
Çayların kefi dibinəcən duruldu, çaylar-sular onu tanıdı.

İllərin işğalında yapıxmış kəndlər silkinib mamırını tökdü, tozunu çırpdı, kəndlər onu tanıdı.

Evlər sınıq pəncərələrdən kirpiyini qaldırıb baxdı, evlər onu tanıdı.

Qapılar paslı cəftələrini qırıb atdı, qapılar onu tanıdı.

Meşələr saqqalını tərpətdi, bığaltı gülümsündü, meşələr onu tanıdı.
Atlar qulağını şəklədi, itlər quyruğunu buladı, quşlar yuvasından çıxdı, ceyranlar, cüyürlər yol qırağına yüyürüşdü, bulaqların gözü qaynadı, güneyə gün doğdu, quzeyə kölgə düşdü, cığırlar cığırlandı, yoxuşlar dartınıb yoxuş oldu, enişlər yayxanıb eniş oldu, dərələr dağların böyrünə yıxıldı, təpələr kəlləsini qabartdı, yaylaqlar yaylağına, qışlaqlar qışlağına qayıtdı, ağaclar başını yerdən qaldırdı, otlar kökü üstə dikəldi, çiçəklərin burnu ətirləndi, tikanlar itiləndi, kollar bir-birinə sarmaşıb kollandı…

Kəlbəcər. Xoş gəlmisiz!

Torpaq doğma qədəmlərin tappıltısını qurtuluş xəbəri kimi dağ boyu, dərə boyu yaydı.

Kəlbəcərə gələn adam özünü dağların dumanına vurdu, duman çəkildi, dağlar, dərələr aydınlığa çıxdı.

Dəlidağın zirvəsinə qalxdı, Dəlidağ dəli oldu.

Sarı yerdən keçdi, Sarı yerin rəngi saraldı.

Qara güneyi qara basdı, Göy dərə göyərdi, Ağ körpü ağardı, Taxta başının başına hava gəldi.
Ala qayanın gözü bərəldi, Dəmirçidamın gözü dörd oldu.

Uluxan qalası əcdad nəfəsi duydu, Comərd qalasının qanı coşdu, Bağırlı bağırdı, Zağalar nərə çəkdi.

Kəlbəcər. Xoş gəlmisiz!

İsti suyun donu açıldı.

Turş suyun dişi qamaşdı.

Tunelə işıq düşdü.
Xudavəng məbədi Tanrısını gördü.

İmam binəsi imana gəldi.

Dədə Şəmşirin sazı köynəyindən sıyrıldı.

Ağdabanın külü yarasına basıldı.

Məmməd Aslanın, Şamil Dəlidağın məzarları Bakıda nur saçdı, Göygöldə Bəhmən Vətənoğlunun, Sücaətin, Allahverdi Qəmkeşin qonşu məzarları bir-birinə baxışdı.

Kəlbəcərə gələn adam dağları, dərələri adıyla çağırdı, dağlar, dərələr adını eşidib hay verdi.
Yamacları, düzləri çağırdı, yamaclar, düzlər adını eşidib hay verdi.

Yaylaqlardan keçdi, yaylaqlar yaylaqlandı.

Qışlaqlardan keçdi, qışlaqların qırışığı açıldı.

Biçənəklərdən keçdi, biçənəklər dalğalandı.

Bağ-bostan yerlərindən keçdi, bağ-bostan yerlərinin damağına dad gəldi.

Yellicəni yel vurdu, Heyvalının çiçəyi çırtladı, Başlıbelin beli dikəldi, Bağlıpəyənin düyünü, Quzeyçirkinin bəxti açıldı.

Qalaboynu daha boynuburuq qalmadı, Susuzluq sərinlədi, Qızılqaya qızıl qırmızı, Tamaşa tamaşa oldu, Şənliyə şenlik doldu, Ağ yatağın könlü sinəsinə yatdı.
Kəlbəcərə gələn adam kəndləri, obaları çağırdı, ellər, obalar hay verdi, el-oba yerinə-yurduna axışdı.

Kəlbəcərdən gedən adamlar at belində, maşın üstündə, quş qanadında qayıtdı, Kəlbəcər Kəlbəcər oldu.

Qayıda bilməyənlərin ruhuna dualar oxundu. İtkinlərimizin sümükləri dağlardan, dərələrdən, meşələrdən yığıldı. Yağı pusqusuna düşəndə özünü qayadan atmış qız-gəlinlərin namusuna and içildi. Şəhidlərimizin qanı yerdən qalxdı. Qəbiristanlıqlarımız doğma ağıların laylasına uyudu.

Kəlbəcərə gələn adam, sənə qarğış eləyimmi? Heç Kəlbəcərdən qayıdan günün olmasın! (Novator.az)
Azər Qaraçənli

loading...
loading...
Jirnovski erməni jurnalisti susdurdu: "Biz Türkiyə və Azərbaycanla işləməyə bilmərik"
"Həlimə xanım mənim üçün Elçibəyin yarısı idi"
3 kişiyə təcavüz edən keçmiş nazir həbs olunacaq - RƏZALƏT...
"Cəmiyyət olaraq əziyyət çəkdiyimiz yeganə, başlıca xəstəliyimiz dözümsüzlükdür"
“İstəsəydim, bu gün doğum günüm olduğunu televiziyalara, radiolara deyərdim, amma...”
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Baş nazir istefadan sonra nə ilə məşğul olacağını açıqladı: "Yemək bişirəcəm..."
Şou-biznes
Damla əcaib geyimdə əndamını nümayiş etdirdi - FOTO + VİDEO
Maraqlı
11 ildir aslanla dostluq edən adam - MARAQLI...
Cəmiyyət
“Əsas odur ki, xalqımız musiqi bayramı yaşadı, muğamımıza yeni səslər, ifaçılar gəldi...”
Cəmiyyət
“VİCTORY TOUR” şirkəti Milli Dirçəliş günü ilə Milli Qurtuluş gününü səhv saldı...
Həftənin ən çox oxunanları
Naxçıvanda yer yerindən oynadı, düşmənin başına od ələndi - VİDEO
Qarabağda xidmət keçmiş zabit Belarusda daxili işlər naziri oldu: Erməni mediası şokda...
Lamiyə həmin zabitlə 29-cu otaqda görüşüb hamilə qalmışdı
Keçmiş nazirin oğlu ilə eşq yaşayan müğənni: "Gör başqa qızların başına nə oyunlar açır..."
Bakının mərkəzində BİABIRÇILIQ - Oğlan qızı parkda... - VİDEO
Böyrəkləri dağıdan vitaminin adı açıqlandı - ALİMLƏRDƏN XƏBƏRDARLIQ...
"Düşmənə zərbə vuracaq mövqelər seçməliyik, məsələn, Sərsəng Dağlıq Qarabağın canıdır..."
"Erməni ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu Azərbaycana verib, geri çəkilsə..."
70-ci illərdə yaponlar nə üçün SSRİ-dən şüşə qırıqları alıb dənizə tökürdülər?
“Xüsusi təyinatlılarımızı Azərbaycan sərhəddində cəmləmişik” – Savaş qapımızda...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)