Xəbər lenti
28/11/2020 [13:53]:
Ruhani İranın nüvə aliminin qətlində İsraili ittiham edib
28/11/2020 [13:52]:
Azərbaycanda məhkəmə hakimi vəfat etdi
28/11/2020 [13:48]:
Ermənistan vəziyyətdən bu cür çıxmaq istəyir – 12 bənd
28/11/2020 [13:45]:
Həsən Ruhani iranlı alimin qətlini cavabsız qoymayacaqlarını bildirib
28/11/2020 [13:43]:
Aqil Abbas Ağdamı ziyarət etdi
28/11/2020 [13:41]:
"Tərtərə 16 277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”
28/11/2020 [13:13]:
Hikmət Hacıyev: “Bütün bunlar Ermənistanın mülki əhalini atəşə tutmasının işarəsidir” - FOTO
28/11/2020 [13:12]:
Azərbaycanda evi tərk edən COVID-19 xəstələri saxlanıldı - FOTO
28/11/2020 [13:09]:
DİN-dən Gəncə şəhər Baş Polis İdarəsinin rəisi ilə bağlı AÇIQLAMA
28/11/2020 [12:51]:
“Nə oldu ə, arzuların ürəyində qaldı?” - Xalq artistindən Paşinyana...
28/11/2020 [12:24]:
"Zaur Rzayevlə Cıdır düzündə deyişmişik, o yerlərdə çoxlu konsertlər vermişik..."
28/11/2020 [12:16]:
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlandı
28/11/2020 [12:07]:
Ermənistan prezidenti Rusiyadadır
28/11/2020 [12:05]:
Diplomatik korpusun nümayəndələri Tərtərdə səfərdədir - FOTOLAR
28/11/2020 [12:01]:
“Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər bütün islam coğrafiyasında problemlərə qarşı mübarizə yolunu tutub”
28/11/2020 [11:58]:
Ermənilər sülhməramlılara Rusiya və  xunta bayrağı sancılmış tortla təşəkkür etdi...-VİDEO
28/11/2020 [11:58]:
BTQ-nin yükdaşıma, gömrük işlərini həll edən mərkəzin tikintisi yekunlaşır
28/11/2020 [11:56]:
“Qələbə dövrünün şeirlərində daha da böyük təntənə, qürur, əzəmət, mənlik hiss olunur...”
28/11/2020 [11:53]:
Türkiyə Rusiyaya görə ABŞ-la yaxınlaşır - Blumberq
28/11/2020 [11:53]:
Diplomatik korpusun nümayəndələri Tərtərdədir
28/11/2020 [11:53]:
Ermənistanda son sutkada COVID-19-a 1 248 yoluxma qeydə alınıb, 31 nəfər ölüb
28/11/2020 [11:50]:
Evi tərk edən COVID-19 xəstələri saxlanıldı...
28/11/2020 [11:46]:
Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
28/11/2020 [11:44]:
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanıldı - FOTO
28/11/2020 [11:39]:
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlandı
28/11/2020 [11:19]:
Fuad Poladov: "Azərbaycan kinosunda ruslar, ermənilər, gürcülər ağalıq edib"
28/11/2020 [11:18]:
Donbasdakı son durum açıqlandı
28/11/2020 [11:13]:
Kəlbəcər rayonunun İstisu qəsəbəsindən videogörünütlər - VİDEO
28/11/2020 [11:07]:
“M.Melkonyan, V.Sisliyan kimi terrorçuları azad etmiş Fransa ədalətdən danışa bilməz...”      
28/11/2020 [11:07]:
Tanınmış təhsil eksperti dünyasını dəyişdi
28/11/2020 [11:07]:
“Qələbə münasibəti ilə ilin sonunda həm əfv, həm də amnistiya gözlənilir” - Hüquq müdafiəçilərindən müjdə
28/11/2020 [11:05]:
Musa Quliyev: “SMS icazə sisteminə qayıtmalı, qaydaları sərtləşdirməliyik”
28/11/2020 [11:01]:
"Erməni keşişləri Qarabağdakı alban xristian mirasına sahib çıxmaq üçün əsrlərlə mübarizə aparıb"
28/11/2020 [11:00]:
Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bu tarixdə açıla bilər
28/11/2020 [10:58]:
“Şuşada tamaşa oynayandan sonra tamaşaçılar gəlib bizlə söhbət edirdi, xoş sözlər deyirdilər”
28/11/2020 [10:58]:
Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”
28/11/2020 [10:57]:
Naxçıvana dəmir və avtomobil yolu projesi: qarşı duran güclərin mübarizəsi nə vəd edir?
28/11/2020 [10:53]:
“Övladlarımıza normal şərait yaradın”- Erməni əsgərlərinin anaları fəryad etdi...
28/11/2020 [10:46]:
M.Ə.Rəsulzadə: “Türkiyənin dostları” - Nəsiman Yaqublunun təqdimatında
28/11/2020 [10:41]:
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
28/11/2020 [10:37]:
“Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”
28/11/2020 [09:32]:
“Hazırda Ukraynanın, ya da Moldovanın Rusiyanı qarşısına alacağı real deyil”
28/11/2020 [09:26]:
Zaqatalada yeniyetmə dəm qazından zəhərlənərək ölüb
28/11/2020 [09:25]:
Maradonanın ölümünün dəqiq səbəbi açıqlandı
28/11/2020 [09:25]:
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
28/11/2020 [09:22]:
Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO
28/11/2020 [07:56]:
Erməni uşaqlar Xankəndində məktəbə Putinin portreti  və separatçı "bayraq"la getdi...-FOTO
28/11/2020 [07:12]:
Vandalizm və ermənizm...
28/11/2020 [01:24]:
Rusiyada minik maşını ilə yük qatarı toqquşub, 4 nəfər ölüb
28/11/2020 [01:22]:
Moskvada son sutkada koronavirusdan 76 nəfər ölüb
28/11/2020 [01:00]:
Makron: Zorakılıq edən polislərimiz bizi biabır edir
28/11/2020 [00:58]:
Maradonanın karyerası ərzində qazancı məlum oldu
28/11/2020 [00:37]:
"Dağ kəndindəki qoca erməni də anlayır ki, xəyanətin bir gün bir bədəli olur..."
28/11/2020 [00:31]:
Ağdam yolu minalardan təmizlənir - FOTO
28/11/2020 [00:22]:
Avropada quş qripinə yoluxma aşkarlandı
28/11/2020 [00:05]:
Restoran, bərbərxana və gözəllik salonları şənbə və bazar günləri işləməyəcək
28/11/2020 [00:04]:
Bu gündən noyabrın 30-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək
28/11/2020 [00:00]:
Bakı-Quba yolunda sürücü idarəetməni itirərək qəza törətdi - FOTO
27/11/2020 [23:51]:
Azərbaycanlı əsgər rusiyalı sülhməramlılarına dilimizi öyrədir - VİDEO
27/11/2020 [23:25]:
Tərtər çayı daşaraq sahibkarlara "divan tutdu", rəsmilərsə əcaib cavabla kifayətləndi - VİDEO
27/11/2020 [23:09]:
Biləsuvarda şəhid dəfn edilib
27/11/2020 [23:04]:
İcevana gedən qatar yola düşür...
27/11/2020 [22:55]:
Bakıda “təcili yardım” BÖHRANI – 103 cavab vermir, xəstələr ölümə məhkumdur...
27/11/2020 [22:52]:
Ürəyiniz sarımsaq istədiyi, gözünüz acı qida axtardığı zaman mütləq yeyin, çünki...
27/11/2020 [22:50]:
Ermənilərin Qarabağda törətdikləri ekoloji terror ərəb mətbuatında gündəmə gətirilib
27/11/2020 [22:44]:
Ermənistan Rusiyanı günahlandırmaqda haqlıdır...
27/11/2020 [22:40]:
"Çin infeksiyanı bilə-bilə bütün dünyaya yaydı, amma bu gün Çində yoluxma yoxdur, çünki..."
27/11/2020 [22:18]:
Bu həkimlər də yanvaradək əlavə maaş alacaqlar
27/11/2020 [22:01]:
Su krantlarından "odlu su" axdı - VİDEO
27/11/2020 [21:52]:
Qazaxın işğal altında olan yeddi kəndi də qaytarılacaq - RƏSMİ + FOTO
27/11/2020 [21:49]:
Paşinyan Moskvaya gedir
27/11/2020 [21:47]:
Xalq artistinin qardaşı özünü maşının altına atdı - FOTO
27/11/2020 [21:40]:
Yaralansa da döyüşü davam etdirib, düşmən hərbçilərini əsir götürüb - Şəhid mayorumuzun döyüş yolu...
27/11/2020 [21:33]:
5 min illik balina skleti tapıldı - MARAQLI
27/11/2020 [21:25]:
Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib
27/11/2020 [21:12]:
Azərbaycanın iki gimnastı Avropa Çempionatının finalına yüksəlib
27/11/2020 [21:10]:
Bir ay ərzində hamilə buraxdığı 6 qadınla poz verdi...+ FOTO
27/11/2020 [21:06]:
XTQ giziri: “Bir nəfər də qalsaq, o bayraq sancılmalı idi” - VİDEO
27/11/2020 [20:56]:
Rusiyada müəllim dərs dediyi şagirdin qohumları tərəfindən döyülüb - FOTO
27/11/2020 [20:48]:
Öldüyü düşünülərək morqa qoyulan adam qışqıraraq həyata qayıtdı...
Bütün arxiv bir sırada
19/09/2018 [11:25] - Ədəbiyyat - ( 2817 dəfə baxılıb)

Ruhulla Axundov o dərəcədə döyülürdü ki... - V məqalə



       

Repressiyanın 80 illiyinə həsr olunur...

 

IV məqalə burda: http://www.moderator.az/news/239974.html

 

Azərbaycanda repressiyaya start 1936-cı ilin yazında verildi. XI ordunun işğalı da yaz aylarına təsadüf etmişdi…

1930-cu illərdə  Azərbaycanda repressiyaya  məruz qalan dövrün əsas tragik simalarından  biri də Ruhulla Axundov olmuşdur. Cəmi 41 il (1897-1938) yaşayan, amma bu qısa ömründə Azərbaycan xalqının ictimai-siyasi, elmi-mədəni həyatında   əvəzsiz xidmətləri olan R.Axundov da N.Nərimanov kimi əsil faciə qəhrəmanı idi. N.Nərimanovla eyni partiyada fəaliyyət göstərsə də, bir çox məsələlərdə onunla müxalif mövqedə olmuşdur. Daha sonralar isə M.Bağırovun 1 nömrəli düşməni, rəqibi olan R.Axundov məhz elə M.Bağırovun təqdimatı və xüsusi canfəşanlığı ilə güllələnmişdir. Stalinin R.Axundova münasibəti müsbət idi.  Dəfələrlə onu cəzadan azad etmiş, işdən çıxarıldığı zamanlarda yenidən vəzifəyə təyin olunmasına mane olmamış, hətta 1934-cü ildə Moskvada Kommunist partiyasının 17-ci qurultayında hamının gözü qarşısında onu qucaqlayıb görüşmüşdür. 1935-ci ildə isə R.Axundovu o zamanlar üçün xüsusi təltiflərdən biri olan “Lenin” medalına layiq görmüşdür.

Tiflisdə yaşayarkən  “Sırtsov və Lominadzenin antipartiya qrupu”nun üzvü kimi ittiham olunan R.Axundov yenə də sovet hökumətinin idarəetmə strukturlarında mövqe tuta bilir...

1954-cü ildə M.Bağırov dindirilən vaxt R.Axundovun həbsinə Stalindən icazə istədiyini xatırlamışdır. Qeyd etmişdir ki, Stalin əvvəlcə Bağırovdan soruşur ki, onu əvəz edəcək, Azərbaycan dilini onun qədər mükəmməl bilən, tərcüməçi, redaktor, rəhbərlik təcrübəsi olan başqa adam varmı?  ( İki hissəli “Rusca-türkcə lüğət”in (1928-1929) tərtibçilərindən biri və redaktoru olmuş R.Axundov marksizm-leninizm klassikləri əsərlərinin Azərbaycan dilinə ilk tərcüməçilərindən idi. Nəşriyyat və poliqrafiya işini mükəmməl bilirdi. Azərbaycan dilində siyasi terminlər lüğətinin yaradılması və yeni əlifbaya keçilməsində xidmətləri vardı. Tarix, ədəbiyyat və digər sənət növlərinə aid yaradıcı fəaliyyəti onu universal bilik, bacarıq sahibi kimi tanıtmışdı.)  Bağırov Stalini əmin edəndən sonra onun mühakimə qovluğu Moskvaya göndərilmiş və həbsinə razılıq alınmışdır. 17 dekabr 1937-ci ildə səhər tezdən  yaşadığı binanın qarşısında işə gedərkən tutulur. “Əksinqilabçı millətçi təşkilat”ın üzvü kimi həbs edilən R.Axundov  “trotskçi” kimi mühakimə olunur, 1938-ci ildə güllələnir.

Bu məqamda təkcə repressiya qurbanlarının taleyinə deyil, həm də bu taleni onlara yaşadan zamanın-XX əsrin 20-30-cu illər dövrünün ictimai-siyasi, sosial-mədəni hadisələrinin mənzərəsinə ötəri də olsa,  diqqət yönəltmək istərdim.

O zamanlar Bakı türk intellektuallarının elmi-mədəni mərkəzinə, fəaliyyət arenasına çevrilmişdir. Türkçülük, milli müstəqillik ideyaları nümayiş, üsyan və müxalifət aksiyalarında deyil, daha dərin qatlarda-təfəkkür tərzində, elmi-mədəni inkişaf strategiyalarında, qədim türk ədəbi-mədəni irsinə münasibət fonunda reallaşır, təlqin və təbliğ edilirdi.  Qədim türk abidələrinin (“Divani-lüğəti-it türk”, “Manas”, “Kitabi Dədə Qorqud” və s.) tərcümələri, nəşri, yayımlanması, türk dillərini və mədəniyyətini yaxınlaşdıran, qohum dillər və xalqlar ailəsində birliyə, yekdilliyə səsləyən dilçilik araşdırmaları və bu istiqamətli işlər indiyə qədər görünməyən bir inkişaf mərhələsinə qədəm qoymuşdu. Təkcə türk əsilli mütəxəssislər deyil, rus, eston və başqa millətlərdən olan alimlərin də bu prosesdə iştirakı istər-istəməz ədəbi-mədəni, elmi mühitdə çoxlu suallar doğurmuşdur. Bu fəallığın artıq həm də  “siyasi məqsədlər” güddüyü bəlli idi. Sovetləşmiş türk xalqlarını Rusiyanın cəngindən xilas etmək və yeni “Türk Xalqları Birliyi” adını mahiyyətində daşıyacaq dövlət, hökumət yaratmaq...  Bu məqsədin adamları mühakimə zamanı müxtəlif adlarla (“pan- türkist”, “pan-islamist”, “Trotskçi”, “millətçi”, “əksinqilabçı”, “müsavatçı”, “terrorist”, “xarici dövlətlərə işləyən agent” və s.) cəzalanırdı.

R.Axundov AK(b)P MK-da şöbə müdiri, AK(b)P BK katibi, “Bakinski raboçi”, “Kommunist” qəzetlərinin redaktoru, 1924-1930-cu illərdə AK(b)P MK katibi, Azərbaycan SSR maarif komissarı, “Azərnəşr”in direktoru olmuş, 1930-cu ildə ÜİK(b)P Zaqafqaziya Ölkə Komitəsinin katibi vəzifəsinə təyin edilmişdir. Azərbaycan SSR və SSRİ MİK-lərinin bütün çağırışlarının üzvü seçilmiş, Azərbaycan SSR XKS yanında İncəsənət  işləri idarəsinin rəisi olmuş, ÜİK(b)P-nin X-XVII qurultaylarına, Kominterin II konqresinə nümayəndə seçilmişdir. R.Axundov modern dünyagörüş sahibi, beynəlmiləlçi  olsa da (həyat yoldaşı Frida Naumovna Şlyomova yəhudi qızı idi), həm də bir türkçü və millətçi idi. Tük ziyalılarının, xüsusən də Avropa mədəniyyətinə sahib, müasir dünya elmi və mədəniyyətindən xəbərdar olan türkçü alimlərin mövqeyini bütün məqamlarda müdafiə edir və onlara genişmiqyaslı fəaliyyət üçün şərait yaradırdı. Ərəb əlifbasından latın qrafikasına keçmə məsələsində də o məhz Türkiyədəki türkçü ziyalıların fikirləri ilə hesablaşır və bu sahədə digər türk xalqlarından fərqli olaraq ilk addımın atılmasına cəhd edirdi. Türk xalqlarının elm adamlarını Bakıya dəvət edib onları məqsədyönlü fəaliyyət sahəsində yerləşdirirdi. Onu mühakimə edərkən uzun illər B.Çobanzadəni müdafiə edib qoruması faktı da “cinayət” xarakteri daşımışdır. Təsadüfi deyil ki, repressiya zamanı “gizli millətçi təşkilat”ın əsas üzvləri kimi cəzalandırılan adamların əksəriyyətini  akademiyanın “Dil və ədəbiyyat”,  “Tarix və arxeologiya” institutundan “tapıb” çıxarmışdılar. Bu institutların rəhbərləri isə ağır işgəncələrlə məhv edilmiş repressiya qurbanları A. R. Zifeld-Simumyagi və R.Axundov olmuşdur. H.Zeynallının işgəncə altında R.Axundovun əleyhinə verdiyi ifadələrində də bu yanaşma xüsusi vurğulanır. H.Zeynallı demişdir ki, R.Axundov daima və tədricən rus kadrları azərbaycanlılarla əvəz edirdi. Onun barəsində Moskvaya göndərilən şikayət məktublarında da (bu məktubdakı şikayətə baxılmaq üçün Moskvadan komissiya da göndərilir)  onun bu davranışı-azərbaycançılıq, millətçilik  ideyası tənqid olunurdu. SSRİ Elmlər Akademiyasının müxbir üzvü S.G.Tomsinski SSRİ EA-nın Partiya Komitəsinə şikayət məktubu yazıb bildirirdi ki, “Elmlər Akademiyasının Azərbaycan bölməsinin rəhbərliyi türk olmayan kommunistlərin burada çalışmasına mane olur”...

Və qəribədir ki, zaman gəldi,  bir-birlərinə müxalif mövqedə olan, sovet hakimiyyətində vəzifə, nüfuz qazanmış hər iki milli liderin - N.Nərimanovun və R.Axundovun narazılığı, etirazı, barışmazlığı və üsyanı eyni mahiyyət daşıdı. N.Nərimanov da praktiki olaraq millətin intibahı üçün mücadilə etdi, R.Axundov da. N.Nərimanov şikayət və etirazlarını V.İ.Leninə yazırdı, müstəqilliyin şərtlərini xatırladır, mədəni şəkildə tələblər, suallar qoyurdu ortaya və səlahiyyəti daxilində (bəzən daha cəsarətli, təhlükəli addımlar ataraq səlahiyyəti xaricində belə), xalqın dəyərlərini və millətin dəyərlilərini qorumağa çalışırdı. N.Nərimanovun ölümü (1925) onu repressiya sorğulamasından xilas etsə də, o yenə də repressiya qurbanı kimi məhv edildi...

R.Axundov N.Nərimanovdan 13 il sonra öldürüldü, amma o da N.Nərimanov barışmazlığının davamçısı oldu. Onun haqqında hazırlanan ittiham qovluğunda rus sovet hakimiyyətinin əleyhinə onun dilindən çıxmış bu cümlələri “Məhv edilmiş türkoloqlar” kitabından oxuyuruq: “Alim deyil, partiya təşviqatçısı, təbliğatçısı hazırlayırlar”, “Azərbaycan dili bərbad hala düşmüş və təhqiramiz bir  duruma salınmışdır”, “ Moskvada Azərbaycana neft və pambıq deposu kimi baxırlar” və s.

Rusiyanın Azərbaycandakı hakimiyyətində ali vəzifələr adətən ruslara, erməni və gürcülərə həvalə edilirdi (S.M.Kirov, L.İ.Mirzoyan, N.F.Çikalo və b). Zaqafqaziya miqyaslı böyük tədbirlərdə çox zaman ermənilərin adından erməni nümayəndələr, gürcülərin adından gürcü nümayəndələr, Azərbaycan adına isə ya rus və erməni, ya da gürcü və erməni əsilli nümayəndələr göndərilirdi. Halbuki xalqımızın həmin illərdə çox layiqli mütəfəkkir şəxsiyyətləri var idi. Bu cür təhqiramiz münasibəti isə necə ki vaxtilə N.Nərimanov görür və mənsub olduğu partiyaya qarşı çevrilirdi, sonrakı illərdə də R.Axundov bu yanaşmanın altqatda olan aşağılama anlamlı mahiyyətini dərk edirdi.   R.Axundov isə istisnalardan oldu, yəni S.Kirov və L.Mirzoyan hakimiyyəti aralığında rəhbər vəzifəni əlinə ala bildi.  Amma onun üçün bütün titullar, bütün səlahiyyətlər, imtiyazlar və vəzifələr xalqa, onun elminə, mədəniyyətinə, tarixinə, dilinə və ədəbiyyatına xidmətə istiqamətlənmişdir...

Siyasi baxışlarında dəfələrlə mövqeyini dəyişən R.Axundov fəaliyyəti boyunca sırf Azərbaycan xalqının xidmətkarı olmuş, onun elminə, ədəbiyyatına, tarixinə, mədəni görüşlərinin inkişafına xeyli töhfələr vermişdir. Vaxtilə Bakıda Trotski platformasının tərəfdarı kimi çıxış edən, səs verən R.Axundov Moskvada mövqeyini dəyişərək leninçi kimi çalışır və onun xeyirinə səs verir. 1919-cu ildən bolşevik təşkilatının fəal üzvünə çevrilir. 1920-ci ilin mart ayında gizli şəkildə Krasnavodska, oradan da Moskvaya gedir. XI ordunun “aprel səfəri”ndən sonra isə artıq R.Axundov Azərbaycanda bu hakimiyyətin üzdə olan, açıq fəaliyyət göstərən liderlərindən olur. 1924- cü ildə Azərbaycan KP MK-nın ikinci katibi təyin edilir. Həmin dövrdə bir müddət xarici ölkələrə səfərə çıxır. Bu səyahət onun bioqrafiyasında “göz müalicəsi ilə bağlı” gediş kimi qeyd olunsa da, sonralar mühakimə qovluğunda “anti-sovet fəaliyyət səfəri”tək səciyyələndirilir.

R.Axundov M.Bağırovu Azərbaycanı təkbaşına, Moskva siyasətinə uyğun şəkildə idarə etdiyinə, ətrafında heç kimlə hesablaşmadığına görə həmişə  tənqid edirdi. Onun həyat yoldaşı F.N.Şlyomova öz xatirələrində göstərirdi ki, M.Bağırovla R.Axundov daima bir-birinə düşmən mövqedə olmuşlar. Hətta bir dəfə M.Bağırov sərxoş olarkən R.Axundova belə demişdir: “Mənim tanıdığım bir neçə kişi varsa onlardan biri sənsən. Əsəbiləşirsən, amma daha bir də belə hirslənməyəcəksən, sən qarşımda ağlayacaqsan”... (“Məhv edilmiş türkoloqlar”)

1936-cı ildən etibarən gözdən salınan, hakimiyyətdən uzaqlaşdırılan R.Axundov haqqında artıq “qərar” verilmişdi... R.Axundov həbs olunan dövrdə B.Çobanzadə, V.Xuluflu, H.Zeynallı, Qubaydullin və başqaları da tutulmuşdu. Onların hər biri R.Axundovun əleyhinə ifadə vermişdi. Bu adamların çoxu R.Axundovun himayəsi ilə fəaliyyət göstərən insanlar idi. Hamısı da R.Axundovu təkcə köhnə trotskçi kimi yox, həm də əksinqilabi təşkilatın üzvü, millətçi kimi təqdim edirdi. Əlbəttə ki, zorən yazdırılan, işgəncələr hesabına imzalanan şahid ifadələrindən gedir söhbət... B.Çobanzadə özü bu məzmunlu izahat və şahid ifadələrinə imza atır və əksinqilabçı, millətçi kimi fəaliyyət göstərən adamların siyahısını alırlar ondan.  50-dən çox ad çəkir...  Ü.Hacıbəyovun, S.Vurğunun da adı var idi bu siyahıda. Onu da qeyd edim ki, təkcə R.Axundova yazdırılan siyahıda deyil, bir çox repressiya məhkumlarının “əksinqilabçılar” haqqındakı  təqdimatında S.Vurğunun adı verilirdi. Amma bu gün Azərbaycanda bütün SSRİ miqyasında baş verən, milyonlarla insanı qılıncdan keçirən repressiya faciəsinin az qala yeganə mənfi qəhrəmanı kimi S.Vurğunun adı tez-tez çəkilir... Bununla bağlı növbəti məqalədə fikir bildirəcəm. İndi isə dövrünün faciə qəhrəmanı, fədakar ziyalı, millətsevər şəxsiyyət və qeyri-adi istedad, iradə sahibi R.Axundova qarşı M.Bağırovun kinli və ədavətli münasibətinin sonunu diqqətə çatdırmaq istərdim. M.Bağırov R.Axundovun haqqında kifayət qədər “məlumat” toplayıb onu ölümə məhkumlar siyahısına saldırmışdı. Bağırov Stalinin Azərbaycan üçün qoyduğu repressiya öhdəliyini bu xalqın say-seçmə oğul və qızlarını, mütəfəkkir şəxsiyyətlərini qurban verməklə yerinə yetirirdi. Bağırovun R.Axundovla köhnə hesabı, rəqib və daha nüfuzlu düşmənə (R.Axundova) bu yolla qalib gəlmək hesabı vardı... Onu (M.Bağırovu) başa düşmək olar. Amma bu gün M.Bağırova bəraət qazandırmaq istəyən müəllifləri isə anlamaq mümkün deyil. M.Bağırovun bu millətə hansı rəğbəti vardı ki, onun tərəqqisi naminə cavan yaşında canını və ailəsini güdaza verən R.Axundovu erməni bolşevikin otağında mütəmadi olaraq döydürürdü: “25 avqust 1954-cü ildə Azərbaycan Xalq Daxili İşlər Komissarlığının daha bir əməkdaşı İ.A.Xanumov deyir: Sumbatov və Bağırovun tez-tez ifadə alıb danışdırdığı Axundov Sumbatovun otağında davamlı şəkildə döyülürdü. Bağırov mütəmadi olaraq tutulanların sorğulanmasında iştirak etmək üçün Daxili İşlər Komissarlığına gəlirdi. Ruhulla Axundov o dərəcədə döyülürdü ki, axırda onu Sumbatovun otağından xərəkdə çıxarırdılar. Ruhulla Axundovun Sumbatovun otağında vəhşicəsinə döyüldüyünü orada uzun müddət işləyənlərin çoxu bilirdi. Biz xəstə bir insanın, üstündə aparılan bu eksperimentlərə və bir insanın bu qədər zülmlərə necə dayana bildiyinə təəccüb edirdik”... (“Məhv edilmiş türkoloqlar”)

Yuxarıda adı çəkilən kitabda bir maraqlı və ürək ağrıdan şahid ifadəsi də var. 1921-ci ildən 1954-cü ilə qədər Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin (əvvəllər müxtəlif cür adlandırılıb. Məsələn, ÇEKA, QPU və s.) daxili həbsxanasında nəzarətçi işləyən A.M.Tağıyev danışırdı ki, tutulanları hər zaman döyürdülər.Onları istintaqa çağıran bütün müstəntiqlər və digər  rəhbər şəxslər belə döyürdü. Bağırov və Beriyanın vaxtında kameralarda su o qədər çox olurdu ki, dustaqlar bəzən boğulub ölürdü. 1921-1922-ci illərdə Tağıyevin özü məhbusların dənizdə batırılması üçün onlara daş bağlamışdı. Sonra bu üsul qadağan olundu. Çünki o zaman Bakıda balıq ətindən kütləvi zəhərlənmələr olmuşdu... Tağıyev bir də ona təəccüb etdiyini bildirirdi ki, ölümə, güllələnməyə aparılan adamları da həmin gün möhkəm döyürdülər...

 

IV məqalə burda: http://www.moderator.az/news/239974.html

 

Ardı var..

07.01.2018

İradə Musayeva

 

 

loading...
Ermənilər sülhməramlılara Rusiya və  xunta bayrağı sancılmış tortla təşəkkür etdi...-VİDEO
"Erməni keşişləri Qarabağdakı alban xristian mirasına sahib çıxmaq üçün əsrlərlə mübarizə aparıb"
“Övladlarımıza normal şərait yaradın”- Erməni əsgərlərinin anaları fəryad etdi...
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
Ürəyiniz sarımsaq istədiyi, gözünüz acı qida axtardığı zaman mütləq yeyin, çünki...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Araşdırma
“M.Melkonyan, V.Sisliyan kimi terrorçuları azad etmiş Fransa ədalətdən danışa bilməz...”      
Cəmiyyət
“Şuşada tamaşa oynayandan sonra tamaşaçılar gəlib bizlə söhbət edirdi, xoş sözlər deyirdilər”
Cəmiyyət
"Nepal kimi geridə qalmış ölkədə plastik torbalara çoxdan qadağa qoyulub, bizdə isə..."
Araşdırma
“Fransa senatının 30 il öncə ləğv olunmuş qurumu “tanıması”  savadsızlıqdır”
Cəmiyyət
Bakıda yaşayan Nehrəm ağsaqqallarından Prezident İlham Əliyevə MÜRACİƏT...

Yazar
İlham İsmayıl
Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə... - İLHAM İSMAYIL
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Həftənin ən çox oxunanları
Şuşa meşəsində şok hadisə: 6 gün yaralı vəziyyətdə gizlənən erməni polisi tapıldı
"İlham Əliyev həyasız elit BBC jurnalisti ilə ona görə belə asan və sərbəst danışır ki..."
"İran həm sinifdə qaldı, həm də Qarabağ müharibəsində əsas itirənlərdən biri oldu..."
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və...” - Rusiya mediası 
Ermənistan Xankəndinin bərpası üçün 200 min dollar ayırdı – HƏYASIZLIQ...
“O əsgəri dünyaya tanıtmaq üçün planlar qurmuşdum, amma eşitdim ki, şəhid olub...”
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
Terrorçu Araik Azərbaycanın Xocavənd şəhərini gəzib "bərpa"dan danışdı...-FOTO
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın... - MARAQLI FAKTLAR
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247