Bəradəri-mehribanım...
Oxunub: 1520
19 Sep 2018 | 18:06
Bəradəri-mehribanım...

Sizin rəhbərlik etdiyiniz saytın 18 sentyabr 2018-ci il tarixdə dərc olunan “Milyonçu Tağıyevin Hacıbəyov qardaşlarına ayırdığı pulu mühasib niyə gizlədir” yazısını oxudum. “Mederator.az ” hörmətli Fərhad Cabbarlının “araşdırdığı faktı” oxuculara təqdim edir.

Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, Üzeyir bəyin 1918-1920-ci illərdə “Azərbaycan” qəzetində dərc olunan məqalə və felyetonlarının bir hissəsini ərəb əlifbasından latın qrafikasına çevirib 1995-ci ildə “Fitnələr qarşısında”, tam şəkildə isə 2011-ci ildə “Bayrağımız sarsılmaz” adı ilə nəşr etdirmişik. Üzeyir bəyin “Nuri-didə Ceyhun” müraciəti ilə kiçik qardaşına yazdığı məktublar da həmin kitabda öz əksini tapıb.

Ceyhun bəy isə qardaşı Üzeyir bəyə məktublarında “Bəradəri-mehribanım” deyə müraciət edirdi. Həmin məktublar da latın qrafikasına çevirilib ilk dəfə 2016-cı ildə “Qürbətdən gələn səslər” adı altında nəşr olunub.

Nəzərinizə çatdırım ki, hörmətli Fərhad bəyin müraciət etdiyi məktub 1912-ci ilin dekabr ayının 21-də yox, həmin ilin oktyabr ayında (hansı gündə qeyd yoxdur) yazılıb.

Qeyd edək ki, “məktubdan” təqdim olunan parçada təhriflərə rast gəlinir. Maraqlananlar həmin məktublarla Azərbaycan Milli Arxiv İdarəsinin Dövlət Ədəbiyyat və İncəsənət arxivində tanış ola bilərlər.

Mederator.az saytının oxucularına həmin məktubun tam mətnini təqdim edirik.

3. Bəradəri-mehribanım.

İki aydan bəri bir dəfə yazılan məktubunu aldım. Çox şad oldum ki, bizi bir mərrə yaddan çıxarmayubsan. İndi ki, belə oldu, əhvalatı sənə nəql edim: Mən bizim qohum-əqrabanın bərəkətindən bu ili itirmişəm. Çünki gərək mən oktyabrın birində Peterburqda olub özümü yazdıra idim. Onu ki, eləməmişəm, indi daha çətindir, götürməzlər. Xülasə, bu il itdi. Gözəl il özü də bihudə keçdi. Mən deyəndə ki, işlər beylədir, sən deyirsən yox. Beylədir, indi özün görürsən ki, bizim qohum-əqrabada nə qədər bənə sadəcə bir “soçuvstvye” da yoxdur. Pənahın pulu ortalığa gəlməsə idi, mən bir ilimi itirməzdim, tez qurtarıb, külfətə kömək olardım. Xülasə, boylə oldu. Məlum olsun ki, sən yazdığın kağız ki, yüz manat avans və iki yüz manat bank pulu ev üçün bu qərar üzrə oldu. Əvvəla avansı vermədilər, dedilər pul yoxdur, vekseli bir neçə gün ona-buna göstərəndən sonra yenə nə yaxşı İsa bəy qol çəkdi və mənə borclular kimi məvacib verməkdən bir söz demədi. Mən çox pis oldum. Sonra Həsən ağa mənim əhvalatımdan xəbərdar olub mənə Peterburqa getməyi məsləhət gördü. Çünki Parisdən “Kaspi” üçün mən bir o qədər şey yaza bilmərəm ki, mənim üçün orada dolanmaq mümkün ola. Vaynberq, həmçinin, bunu tövsiyyə etdi. Çünki mən gərək nə tövr olsa universite qurtaraydım və Həsən ağa da mənə bildirdi ki, mən universite qurtardıqdan sonra “Kaspi” üçün çox lazım olacağam, yəni müdir ola bilərəm. Mən buna da razı oldum. Doğrudan da mən Peterburqda olsam yaxşıdır, həm universitedə oxuyaram və həm də qəzetələrdə yazaram. İndi ayın birində mənim barəmdə danışıq olacaq ki, mənə neçə versinlər. Hər halda ümidim var ki, mənə ayda 100 manat və ya heç olmasa 75 manat verəcəkdirlər. Ondan sonra Peterburqda tazə qəzetə çıxıb “Russkaya molva” ki, orada “Kaspi”nin sabiq sekretarı müdirdir, nə edim. Dedim ki, evin nə qədər şeyi var hamısını lombarda qoyub sonra gedim Peterburqa və ən vacib –– səninlə görüşüm, əhvalatı nəql edim – dedim. Bəs sonra necə olsun. Fikrimə gəldi ki, gedim Hacı Zeynalabdinin yanına. Çünki borclular vaxt gələn kimi genə məni qısnıyırdılar. Bir gün getdim. Hacı məni çox mehriban qəbul etdi və səni də soruşdu. Dedim Moskvada konservatoriyada oxuyur. Dedi ki, çox yaxşı olub, bizim musiqiyə çox ehtiyacatımız var. Dedim ki, mən də irəli Parijdə musiqi oxuyurdum, lakin sonra pulum olmadı, qayıdıb gəldim. Dedi ki, musiqi çox yaxşı şeydir və məni musiqi oxumaq üçün Parijə getməyi tövsiyyə elədi və dedi ki, mən Həsən ağaya deyərəm sənə “Kaspi”dən müəyyən məvacib verərlər ki, sən Parijdə dolana biləsən. Mən çox məmnun olub evə qayıtdım. Lakin indi üç həftədir ki, gözləyirəm Hacıdan bir xəbər yoxdur. Həsən ağadan soruşdum, dedi ki, məndən spravka sordu. Lap “bukvalno” boğazımı üzən günü 194 manat pul verdi. Borcluları bir qədər sakit etdikdən sonra (pulunun hamısını verə bilməzdim) 60-70 manat pul qalmışdı ki, ona həmi kəbin kəsdirə idim, həm də Peterburqa gedə idim. Bədəl isə məsləhət görəndən sonra dedilər ki, gəlin bizdə edək və dost-aşinadən bir-ikimizi də dəvət edək. Mən də razı oldum və ürəgimdə dedim ki, belə ucuz düşər və yaxşı da olar. Çünki nənəmgil mənə təkidlə deyirdilər ki, tək bir molla çağırıb kəbin kəsdirsən pis düşər, çünki dul degil qızdır, flandır. Qərəz, qurban bayramı günü kəbin kəsdirdik və Bədəlgildə beş-on nəfər yaxın adamlardan dəvət etdik; qızın da heç bir şeyi olmadığına görə və öz məvacibin də külfət üçün məsrəf etdiginə görə 25 dəgərə bir ağ paltar aldıq – vəssalam. Qərəz, həmən pul da boylə getdi. Sonra qaldım, Venberq dedi ki, məni yəqin oraya dəvət edərlər, xülasə, Peterburqda mədaxil mənbəi çoxdur. İndi mən Allah qoysa ayın 5-də, 6-da buradan çıxıb əvvəl sənin yanına və sonra da Peterburqa gedəcəgəm. Ancaq bu var ki, evin işi hələlikdə düzgün degildir. Müslümdən və ya “Nicat”dan bizə çox bivəxt və az pul gəlir. Bu ay yüz manat avans və bu ayın vacibi yerində cümlətani 73 manat pul verdilər, o da ayın onunda. Quran haqqı, borclular məni daha lap əldən salıbdırlar. 30 manat “Kaspi”dən avans almışdım, o da getdi. Zuryanın məvacibinin həpsi də getdi. Amma genə də düzələ bilir. Mən Zuryadan utanıram. Yazığın vallahi geyməyə paltarı yoxdur, yatmağa təxti yox (divan üstə yatırıq), amma külfət üçün pul verməyə məcbur olur. İndi ayın biri olan kimi çörəkçi bir yandan qəssab, bir yandan suçu, nefitçi (15 manat 5 qəpik), dükançı, ələlxüsus ev yiyəsi, çox ofisalni adam gəlib həman saət cibindən kitabçanı çıxarır “çtobı predupredit vozmojnost otstroçki”, “pryamu” utanıb yerə girirəm. Evdə də uşaqların əgni-başı tökülüb. Aişə paltosuz və çəkməsiz gəzir. Məhbub naxoş, Səyad naxoş – pis halət, gərək pul ola ki, bunların
hamısı düzələ. Ona görə sən nə tövr olsa “Nicat”a yazsan ki, bu ay bizim üçün 120 manat verilsin ki, köhnə borcdan asudə olub, tazələri də verək və naxoşları da həkimə aparaq, çünki Səyad üçün gərək “ukol” iləsinlər. Bahadur və Ağalar gəlmişdilər. Bahadur indi dokturdur, o dedi ki, gərək 30 ukol olunsun, yoxsa halı pisdir, “Mamirovi i katar jeludke”, mən də boylə-boylə şeyləri görüb genə nervinçat edirəm, özüm də utanıram. Mən sənə necə ki, sənə yazmışdım və genə də də yazıram ki, bizim külfətin tək bir yemək xərci, ev kirayəsi 100 manat edir. Sən birdəfəlik bunu İsa bəyə yaz ki, ayın biri olan kimi bizə yüz manat versinlər və sənə 150 manat göndərsinlər, yoxsa “çerez Muslima” çox gec və “neakuratno” olur. Həkim puludur, uşaqların və nənəmgilin geyim puludursa bunları da Zuriya verir, çünki o özü heç vəxt bizim evə müftə olmaq istəmiyur. Eylə eyləmə Kamal ki, o öz pulunun hamısını bizlərə məsrəf edib özü yalavac və qardaşları ac gəzsinlər, əyibdir. İnşallah ki, görüşəndə bu barədə səninlə danışarıq. İndi sən tezlikdə İsa bəyə yaz ki, bir ay bizə 120 manat versinlər, oylə olmasa vallahi bir bu əlac qalıbdır ki, hər bir şeyi başdı-başına töküb hərə bir yerə qaçıb getsin. Mən özüm səndən bir kömək istəməyirəm, yüz manat olsun yeddi nəfərin, 150 manat da sizin. Bunu da bil ki, Bakı Moskvadan ucuz yer degildir. Ətin girvənkəsi 24 qəpiyə çıxıbdır. Elə edək ki, evdəkilər də yazıqdırlar, bizim yaxşı günləri görməyə ümidləri olsun.

Reklam işindən ötəri Haşım bəyi gördüm, dedi çox yaxşı olar və özü də 50 faiz verir. Mən də Peterburq üçün götürəcəgəm. Sabah kağız alıb, sənə göndərərəm. Sən orada “enerqiçno terpis” çox pul qazana bilərsən. Yarısı sənin, yarısını da göndər ona. Və üzüg də Şəmsinin üzügüdür, çünki deyirlər ki, o çox millətpərəst adamdır, istəyir ki, rusları qovub, yerlərinə müsəlman qoysun. Yəqin sənə qulluq verər və özü də çox “solidni” qulluq, gör bir yer də Ağalar üçün tapa bilmərsənmi, o da istəyir Moskuya gələ. Allah qoysa mən Peterburqa gələndən sonra inşalla yaxşı keçər. Və “Nicat”dan avans-flan gözləmə çünki pulları yoxdur. Gəl ki, aldığın pul sənə çatsun. Və həman kağızı da tez yaz, Müslümə də yaz, İsa bəyə də. Vəssəlam, bəradərin

Ceyhun.

Oktyabr, 1912-il.
Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir