Xəbər lenti
17/10/2018 [00:34]:
“Virtual Qarabağ” öz saytının yeni versiyasını təqdim edəcək
16/10/2018 [23:57]:
Gürcülər azərbaycanlı qıza görə ayağa qalxdı - FOTO
16/10/2018 [23:37]:
Tovuzda evin damından tullanan 39 yaşlı kişi ayaqlarını sındırdı
16/10/2018 [23:35]:
Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
16/10/2018 [23:33]:
“Heydər Əliyevlə gecə ikinin yarısınadək söhbət etdik”
16/10/2018 [23:23]:
Qaşıqçının konsulluqda öldürülməsi sübut olundu - Təcili
16/10/2018 [23:20]:
Etimad Əsədov Ərdəbildə anıldı
16/10/2018 [22:55]:
Azərbaycanın iqtisadi şaxələnmə siyasətinə bir baxış
16/10/2018 [22:40]:
Badamdarda tədqiqat aparılan ərazidə uçqun baş verdi - FOTO
16/10/2018 [22:31]:
Sarkisyan Paşinyanın istefasını qəbul etdi- YENİLƏNİB
16/10/2018 [22:09]:
Ermənistandan Qarabağa üçüncü magistral yol çəkilir -Kəlbəcərdə yeni şəhərcik salınacaq...
16/10/2018 [22:02]:
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunkturasına qəbul başladı
16/10/2018 [21:25]:
Pərvin Abıyeva: "Çox qısqancam, süründürürəm, sonra sürünürəm" (VİDEO)
16/10/2018 [21:16]:
Qənirə Paşayeva "Uşaqların zərərli informasiyadan qorunması" üçün qurumlara çağırış etdi
16/10/2018 [21:09]:
DTX-nin “Facebook”, “Twitter” və “Youtube” hesabları fəaliyyətə başladı
16/10/2018 [21:08]:
Prezident Xanlar Vəliyevin oğluna yüksək vəzifə verdi - SƏRƏNCAM
16/10/2018 [21:02]:
Nazirlikdən narazı şəhid ailələrinin birdəfəlik ödəmə ilə bağlı iddialarına CAVAB
16/10/2018 [20:49]:
“Artıq innən belə deməyə söz qalmayıb...” - Arif Paşa
16/10/2018 [20:33]:
"Get, qardaş, get, orda gözlə bizləri, burda bizə yer yox artıq..."
16/10/2018 [20:27]:
Paşinyan istefa verdi - Son dəqiqə
16/10/2018 [20:24]:
Gömrük əməkdaşlarının potensialının artırılması sahəsində tərəfdaşlıq əlaqələri gücləndirilir
16/10/2018 [20:22]:
Türkiyə telekanalında İlham Əliyevin prezidentliyinin 15 illiyi ilə bağlı süjet - VİDEO
16/10/2018 [20:06]:
Prezident sərəncam imzaladı
16/10/2018 [19:38]:
Ukraynada təyyarə qəzaya uğradı
16/10/2018 [19:25]:
Sərkisyan və Saakyan arvadları ilə Azərbaycan şəhərlərini gəzdi... -FOTOLAR
16/10/2018 [19:21]:
Həbsdə olan generalın bacanağı hakim qarşısına çıxarılacaq: Dələduzluq, rüşvət vermə...
16/10/2018 [19:19]:
Ankarada İsrail səfirliyinə traktorla hücum etmək istədilər - VİDEO
16/10/2018 [19:08]:
Azərbaycanın Mərakeşə yeni səfiri təyin edilib
16/10/2018 [19:03]:
Prezident bir qrup şəxsi təltif etdi - SİYAHI
16/10/2018 [19:01]:
İlham Əliyevdən - YENİ TƏYİNATLAR
16/10/2018 [18:56]:
Xəzər Gəncəliyə “Əməkdar artist” fəxri adı verilib
16/10/2018 [18:49]:
QHT Şurasının 10 illiyi ilə bağlı ictimai müzakirə keçirildi
16/10/2018 [18:46]:
Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək
16/10/2018 [18:45]:
Prezident büdcədən 15,1 milyon manat ayırdı
16/10/2018 [18:33]:
ADU-da alman dili müəllimlərinin görüşü keçirildi
16/10/2018 [18:20]:
Həbib Konorun revanş təklifinə cavab verdi
16/10/2018 [18:16]:
"Azərbaycandan çoxlu toy təklifləri almışam" -"Səni deyirlər"i oxuyan sənətçi
16/10/2018 [18:10]:
İnsan beynini proqramlaşdırmaq mümkün olacaq - İNANILMAZ...
16/10/2018 [17:46]:
İşçilər bütün gecəni yerdə yataraq keçirdilər - SƏBƏB...
16/10/2018 [17:35]:
Qənirə Paşayeva MM-də şəhid ailələrinin üzləşdiyi narahatlığı qaldırdı
16/10/2018 [17:31]:
ADU-da alman orta əsr sevgi hekayəsi səhnələşdirildi
16/10/2018 [17:28]:
Etimad Əsədov dəfn olundu -FOTOLAR
16/10/2018 [17:27]:
Manat və dolların sabahkı MƏZƏNNƏSİ
16/10/2018 [17:25]:
Eldar Əzizovdan Bakı Meriyasının Mətbuat xidmətinə yeni TƏYİNAT
16/10/2018 [17:23]:
ADU-da konsert keçirildi -FOTOLAR
16/10/2018 [17:12]:
Məcburi köçkünlərin növbəti qəbulu keçirildi
16/10/2018 [17:06]:
İclas zamanı tavandan ilan düşdü - VİDEO
16/10/2018 [17:02]:
Paşinyanın istefası təxirə salındı
16/10/2018 [16:55]:
Çarpayıdan yıxılan qadın iflic oldu - DƏHŞƏT...
16/10/2018 [16:52]:
“Dədə Şəmşirə olan münasibət vaxtilə Səməd Vurğuna da, Nizami Gəncəviyə də göstərilib”
16/10/2018 [16:24]:
Rəqəmsal televiziyanın “atası” öldü
16/10/2018 [16:22]:
Azərbaycan Qran-Prisinin biletləri satışa çıxarıldı - QİYMƏTLƏR
16/10/2018 [15:54]:
Camal Qaşıqçı cinayətinin animasiya çarxı hazırlandı - VİDEO
16/10/2018 [15:50]:
Polisdən qaçmaq üçün ölüm xəbərini yaydı- FOTOLAR
16/10/2018 [15:48]:
Sərdar Ortacın həyat yoldaşı ölümdən döndü - FOTO
16/10/2018 [15:46]:
Siyavuş Novruzov: "Haqqı olan insanlar kənarda qalıblar"
16/10/2018 [15:32]:
Bakıda liftdəki qəza ilə bağlı həbslər başladı
16/10/2018 [15:29]:
Dolların iflası proqnozlaşdırıldı
16/10/2018 [15:22]:
“Kitayski” dollar satanlar məhkəmədə ifadə verdi
16/10/2018 [15:20]:
Sabiq dövlət müşaviri: “Özləri deyəcəklər ki, götürün rayonları...”
16/10/2018 [15:15]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ
16/10/2018 [15:02]:
Aleksand Ramaşkanı məğlub edən Rail Rəcəbov kimir?
16/10/2018 [14:59]:
Sədr yumurta qıtlığından DANIŞDI: “Toyuğa deyə bilmərik ki, günə 3 dənə yumurtla”
16/10/2018 [14:48]:
İcazəsiz balıq ovlayan şəxs saxlanıldı
16/10/2018 [14:46]:
Ermənistanda 3 yeni qubernator təyin olundu
16/10/2018 [14:41]:
“Təəssüf ki, bu gün bizə “kəşf et” sözü deyilmir”
16/10/2018 [14:41]:
Nikol Paşinyan bu gün istefa verəcək
16/10/2018 [14:40]:
“Müğənni xanımla ailə qurmaram”
16/10/2018 [14:36]:
Parlament uşaqlarla bağlı qanun layihəsini ikinci oxunuşda qəbul etdi
16/10/2018 [14:28]:
“Aşıq Şəmşir bir nəslin, bir rayonun deyil, bütün Azərbaycanın dəyəri və qürurudur”
16/10/2018 [14:22]:
Ermənistanda qalmaqallı səs yazısını aparanlar tutuldu
16/10/2018 [14:20]:
Ağdam istiqamətindəki erməni postlarının görüntüləri yayıldı- VİDEO
16/10/2018 [14:20]:
“Bu qanun layihəsinə dini xurafat anlayışı əlavə edilsin” -Amaşovdan təklif
16/10/2018 [14:18]:
“Zamirə Hacıyeva məsələsində maliyyə amnistiyasından söhbət gedə bilməz”
16/10/2018 [14:14]:
"Məni ömrünü tənhalıqla başa vuran Lev Tolstoyun vəziyyətinə salmayın..."
16/10/2018 [14:06]:
MSK üzvlərinə diplomatik pasport verilə bilər
16/10/2018 [14:01]:
Deputat HİDDƏTLƏNDİ: “3-cü sinif dərsliyində erotika var”
16/10/2018 [14:00]:
Fazil Mustafa şəhid ailələrinin problemini qaldırdı - 11 minlik ödəniş
16/10/2018 [13:58]:
Oqtay Əsədov 11 minlik ödənişi ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verdi
16/10/2018 [13:57]:
Tramp Paşinyanla görüşəcək
Bütün arxiv bir sırada
21/09/2018 [09:49] - Reportaj - ( 3271 dəfə baxılıb)

Tatar çölü Rusiya: Kazandan tarixi-infantil foto-reportaj





İyirmi ilin söhbəti olar, telefonuma “Mayak” radiosunun çağrı siqnalını yazdırmışdım. Bəlkə xatırlayarsınız, “Moskva gecələri” melodiyasının ilk taktı idi. Hər zəng gələndə telefonum bir vaxtlar sovet xalqını yuxudan oyadan o məşhur musiqini çalırdı.

Bir dəfə varşavalı polyak tanışım zəngi eşidib qəribə nəzərlərlə üzümə baxmışdı: “Sənin də sovetə nostaljin varmış?” Məni kommunistlərdən zəhləsi gedən kimi tanıdığından təəccüblənmişdi.

“O mənə soveti yox, uşaqlığımı xatırladır”, demişdim. Başa düşməyəndə izah eləmişdim ki, bu musiqi müxtəlif adamlarda fərqli duyğular doğurur: birində uşaqlıq dövrə xiffət, birində tarixə nifrət, bir başqasında da sovetə nostalji. Mənim uşalığım sonralar öyrənib dəhşətə gəldiyim sovetdən uzaq, atalı-analı, qayğısız idi.

Brejnevle

SSRİ lideri Brejnevin portreti. Kazan Milli muzeyi

İndiki gəncliyin mən yaşda keçmiş sovet adamını sonacan anlaması bir qədər qəliz məsələdi. Bizim nostalji duyğularımız onları da polyak tanışım kimi yanılda bilər. Amma neyləyəsən, bu da bizim ömrümüzdü – dünyanın ikrah qarışıq qorxuyla andığı bir ölkədə keçən uşaqlıq ömrü.

***

Avropa ölkələrinə bir-iki tranzit keçidi hesaba almasam, axırıncı dəfə Rusiyada uzaq 1993-cü ilin yayında olmuşdum. Cəlbedici gəlməyib, əksinə, elə bil, hansısa daxili qüvvə məni uzaq tutub bu ölkədən.

Rusiya (SSRİ qarışıq) xalqımızın Avropanı, onun kültürünü, ümumbəşər dəyərlərini tanımasında, bu dəyərləri mənimsəyib müsəlman Şərqinin ilk sekulyar mədəniyyətini formalaşdırmasında əsas körpü, həlqə olub. Bunu mən də bilirəm.

Eyni zamanda onu da bilirəm ki, o, bizim tarixi bəlalarımızın baiskarıdı. Çox uzaqlara getmirəm heç, şahidi olduğum 20 yanvar qırğını, Qarabağın işğalında erməni yandaşlığını deyirəm. Bu bəlaları yaşamış, acısını ömründən keçirmiş biri kimi yazıram.

Mədəni təsir dairəsindən bir qədər uzaqlaşsaq da, bu gün Rusiyanın siyasi, hərbi basqısını qorxulu hənirti kimi hələ də duyuruq.

Dediyim odu ki, içi biz qarışıq metropoliya xalqları müstəmləkəsi olduğu dövlətə ikili duyğu bəsləyir, sıx əlaqə telləri müstəqillik qazanandan sonra da qalır. Bu əlaqələrin başında dil, mədəni, iqtisadi bağlar durur. Məsələn, Fransanın Əlcazir xalqının başına açmadığı oyun qalmamışdı, bu gün Əlcazirdə əhalinin 40 faizi ərəb diliylə yanaşı fransızca da danışır.

Yəqin sizdə də belə gizli duyğu var – özümdən deyim ki, rus xalqına məhrəm duyğuların baş qaldıran anları az olmayıb məndə, qəlb tellərinə toxunan, uşaqlıq yaddaşını oyadan filmlər, kitablar, musiqilərlərlə baş-başa qalanda.

kazan geceleri

Kazan gecələri

Misal üçün ikisini deyim. İsveçə qastrola gələn Sankt-Peterburq Marinsk teatırının ifasında “Qu gölü” baletinə baxmaq üçün məni 600 kilometrlik yol qət etməyə də, Rostov musiqi teatrının qala-konsertinə aparan da o duyğular olub. Bu konsertlərin təsiri mənə “Sonalar gölü”nün sahilində”,  bir də “Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı” esselərini yazdırdı. Bloqumda var, oxusanız demək istədiklərimi daha aydın biləcəksiniz.

Amma bu yazdıqlarım o fikrə gəlməsin ha, mən də nənnisində “bayu bayuşki” ilə yuxuya getmişlərdənəm. Əsla! Mən nənəmin laylaları ilə yatar, evlərinin məhəccərindəki radiodan gələn aşıq musiqiləriylə oyanardım.

Qəlb duyğuları öz yerində, beynin yadda saxladığı acılar “qapı köpəkləri” təki oyaqdı, sərvaxtdı. Bu “qapı köpəkləri” çox qorxuncdular. Qorxuda isə sevgiyə yer olmur. “1813”, “28 aprel”, “20 yanvar” çoxsaylı “qapı köpək”lərindən yalnız üçcə dənəsidi.

sosialist muzeyi

Sosializm muzeylərdə yaşayır

Rusiyaya bu təzadlı duyğularımın təbii ki, izahı var. Bu yazıda qəsdim o deyil. Qəsdim heç Tütçevin razılaşmadığım məşhur “Rusiya ağılla dərk edilməz” misrasına şərh yazmaq da deyil.

Bir də ki, Rusiya ruslar üçün dərkedilməz ola bilər, onun əsarətində yaşamış xalqlar onu yaxşı tanıyır, yaxşı dərk edirlər.

***

Kazana onun “beliy noç” saatlarında çatdıq – səhər saat 3 idi, amma elə bilirdin günün günorta çağıdı. Bu 10 günlük səfərdə uşaqlıq dostlarım Müşfiq, Rauf, Moskvadan görüşümüzə gələn İlqar mənə illərin sevincini bəxş etdilər.

Otuz ildi Kazanda yaşayan uşaqlıq dostum Müşfiq Qənizadəyə qonaq gələcəyimi neçə il idi söz verirdim. Bu yay alındı. Bəribaşdan onu deyim ki, səfərin bu yay baş tutmasının orada keçirilən futbol üzrə dünya çempionatına qəti dəxli yox idi. Dünya çempionatının oyunlarına həvəslə baxsam da, biletə ən azı 200 avro verməyə əlim gəlməzdi. Dostumun yanında xəsis görünməmək üçün bəhanə də fikirləşmişdim: “Bir “avropalı” kimi mən də bu çempionatı boykot edirəm!”

Müşfiq də məni tək qoymadı, aldığı bileti səfərdə mənə yoldaşlıq edən oğlum Uğura bağışladı. “Onların yaşında biz dünya çempionatına Ağdamda televizorda baxardıq, nə vaxtsa stadionda tamaşa eləmək heç ağlımızın ucundan belə keçməzdi. Qoy gedib baxsınlar”.

Polşa – Kolombuya oyununa baxmağa oğullar getdi.

kazan arena

Polşa – Kolombiya oyunu. Kazan arenası

…Səfər öncəsi görüb gəzmək istədiyimiz yerlərin siyahısını tutmuşdum. İlk günlər bizi qonaq çağıran tatar dostların məsləhət bildikləri yerləri də siyahıya əlavə etdim.

Bu səfərdə oğluma həm uşaqlıq dostlarımı, həm də neçə əsr taleyimizlə oynamış bir ölkəni tanıtmaq istəyirdim. Araya salıb Avrasiya qitəsinin az qala yarısını tutan türklərdən də danışır, Kazan tatarlarının timsalında qədim etnosumuzdan da söz salırdım.

Rus dərisi geymiş türk

Yalan-gerçək deyir, Napoleon bir dəfə belə söz işlədib: “Rusu siyirsən altından türk çıxar”.

Bəlkə də məğlubiyyətinə bəraət axtarırmış böyük sərkərdə, yəni demək istəyirmiş ki, ruslara yox, Avropanı fəth etmiş Atillanın törəmələrinə, neçə-neçə imperiyalar qurmuş türklərə uduzub.

Sizi bilmirəm, mənim beynimə batır Napoleonun sözü – rus xalqının xəmiri türklə, özü də qıpçaq türkləri ilə yoğrulub. Bunu bilmək üçün akademik biliyə gərək yoxdu. Bir az tarixdən, bir az etimologiyadan, bir çimdik də etnoqrafiyadan başın çıxırsa, buyur düş Rusiyanın çöllərinə. Rastladığın hər yer adı özü tarixi səhifə-səhifə açacaq sənə.

Tatar çölünü görəcəksən!

…Kazan Kremli Moskva Kremlindən qədimdi. Kazanın, eləcə də Tatarıstanın ən çox turist cəlb eləyən tarixi yeridi. Tatarlar onunla qürur duyurlar.

İç-içə yığılmış “Matroşka” suvenir-oyuncağı Uğura göstərib deyirəm ki, ən böyük fiquru indiki rus təsəvvür elə, ondan sonrakını rusla türkün qarışığı və beləcə, ən xırdası xalis – cır türkdü, Tenqriyə sitayiş edən türk.

matroshka

Matryoşka

Rusiya suvenir bazarının məşhur fiqurunu zarafatla oğluma belə izah elədim ki, Napoleonun dediyini daha aydın anlada bilim.

 

Hələ Qızıl Orda imperiyası çöküb, yerində Kazan xanlığı yaranmazdan əvvəl bu yerlərdə İtil bolqarları yaşayıb, Volqaboyu böyük mədəniyyət yaradıbmışlar. Bilməyənlər üçün balaca haşiyəyə çıxıb deyim ki, İtil Volqa çayının əvvəlki adıdı. Üzdə sakit göründüyünə baxmayın, iti axır. Elə ilkin adı da buradan yaranıb.

Əvvəl çar Rusiyasının, sonra bolşeviklərin tarixçiləri nə qədər əlləşsələr də, bu yerlərdən türkün izini silib qurtara bilməyiblər. Onlarla işim yoxdu, mənim hörmətim Lev Qumilyov kimi tarixçi-etnoqraf alimədi. Odur ki, Kazanda heykəlini görən kimi yaxınlaşıb, türkiyəlilər demiş, önündə sayğı duruşu yapdım.

Lev Qumilyovun heykeli

Lev Qumilyovun heykəli önündə

Gənc oxucu dostlarıma onun kitablarını, xüsusən də “Qədim türklər”, “Yerin etnogenezi və biosferi” kimi əsərlərini oxumağı tövsiyyə edirəm.

Nə isə, uzun söhbətdi, tarixi-Rusiya açsam səfər söhbətlərimə yer qalmaz. Bircə onu deyim ki, “Rusiya tarixinin ata”sı Karamzinin (tatarca Kara Murza) özü türkün rusa “çevrilmə”sinə ən bariz nümunədi.

Nə qədər qəribə görünsə də, qoyun deyim, bu türk-rus qovuşma-çevrilmə prosesini izah edəsi olsam, “assimilyasiya” sözüylə bərabər “təkamül” kəlməsindən də istifadə edərdim. Xristianlığı qəbul etmiş Kreşin tatarlarını misal çəkərdim. Əriyib qarışmışların sayı isə ölçüyə gəlməz.

İvan Qroznının erməni cəsusları

Kazanka çayının sağ sahilindən baxanda Kremlin əzəmətini daha çılpaq görürsən. Dəfələrlə rus knyazları bu şəhərə hücum çəkiblər, mühasirədə saxlayıblar.

Tatar dostumuz danışırdı ki, Kazanı İvan Qroznıya ermənilr satıb. Acığı, əvvəl-əvvəl onun sözlərinə şübhə elədim, mənim azərbaycanlı olduğumu bildiyindən ermənilər haqda belə deyir, deyə düşündüm. Sonra dedikləri xeyli ağlabatan göründü.

volqa

Kremlin Kazanka çayının sağ sahilindən görünüşü

Sən demə, dəfələrlə mühasirəyə alınan Kazanı sonunda İvan Qroznıya erməni sənətkarlar satıb. Şəhərin kanalizasiya sistemini quran ermənilər gizli yeraltı yolların yerini ruslara bildiriblər. Tatarlar yeraltı tunellərlə rus ordusunun arxasına keçib onlara ciddi zərbələr vururmuşlar.

Deyilənə görə, tatar tarixçiləri məhz bu faktı inandırıcı dəlillərlə sübut edib, Tatarıstan prezidenti Şaymiyevi inandırdıqlarına görə erməni kilsəsinin tikintisi yarıda dayandırılıb.

Kremlə gəlsəniz, gözəlliyi ilə artıq Kazanın simvoluna çevrilmiş Gül Şərif məscidini, onun nəzdindəki islam muzeyini ziyarətlə kifayətlənməyin. Burada çoxsaylı muzeylərə də vaxt ayırın. Ermitajın Kazan filialı, Təbiət Tarixi muzeyi, Tatarıstan Respublikasının Milli muzeyinə baş çəkin. Bu muzeylərdə sərgilənən tatar xalqının etnoqrafiya nümunələri sizdə tanış hisslər, doğma duyğular doğuracaq.

kremli kazan

Kremlin cənub girişi

***

Kazandan 60 kilometr qərbdə Sviyajsk çayının Volqaya tökülən yerində Ostrovqrad deyilən ada-kənd var. Bu kəndi İvan Qroznı Kazan yürüşlərinin birində salıb. Ordu burada dincini alarmış, yaralılar yerbəyer edilər, müalicə olunarmış, rahatlanıb, toparlanıb yenə hücuma keçərmişlər.

Ostrovqraddan Volqaya, üfüqədək uzanan çöllərə baxıb xəyala dalırsan. Xəyal da tatar çölündə əsən külək kimidi, adamı elədən-beləyə, belədən-eləyə aparır.

ostrov grad

Ostrovqrad

Bizə görə Kür nədisə, Volqa da bu yerlərin adamları üçün elə odu. Volqa təkcə çay deyil, özündə bütöv bir tarixi, etno-kültürəl yaddaşı saxlayan simvol daşıyıcısıdı.

Deyilənə görə, İslamla tanış olan İvan Qroznı, az qala, bu dini qəbul edəcəkmiş. Tək maneə İslamın içkini haram buyurması olub. Kazan yürüşləri zamanı özünə qala tikdirdiyi Ostrovqradın hündür təpəsindın Svyajsk çayının Volqayla qovuşuğuna baxa-baxa onun İslamı qəbul edəcəyi halda bizim bölgə də daxil Avrasiyanın sonrakı taleyini – müsəlman Rusiyanı təsəvvür etməyə çalışdım. Qəribə mənzərə alındı…

kassey

“Ölməz Kaşşey” filmindən kadr

Bax o Volqaboyu tatar çölündə gözüm önünə böyük bir ordu gəldi. Ordunun başında da qorxunc biri. Uşaq vaxtı baxdığım “Ölməz Koşşey” adlı köhnə sovet filminin qorxulu qəhrəmanı Koşşeyə oxşayırdı. O vaxt hamı kimi mən də şərqi slavyanların bu mifik obrazından qorxurdum. Sonralar, xüsusən də qumuk kökənli rusiyalı türkoloq Murad Acının kitablarından öyrəndim ki, bu obraz rusların folklorunda monqol-tatar istilasından qalıb. Koşşey rusların gözündə qədim türklərin qorxunc obrazıymış.

Rusiyanı “ağılla dərk etmək istəsəniz” Tütçevə yox, mənə qulaq asın – zarafatımı ciddi qəbul edib Murad Acının kitablarını oxuyun. Ən azından “Qıpçaq çölünün yovşanı” əsərini. Mən oxuyanda indiki Rusiya torpaqlarında neçə min illik türk tarixinin gizləndiyini öyrənmiş, sanki o Böyük Çöldə bitən yovşan qoxusunu duymuşdum.

Geri dönən uşaqlıq

Gəlin sizə bu səfərin ən məhrəmani anlarından danışım. Əvvəl onu deyim ki, qonağı olduğum Müşfiq Qənizadə ilə əvvəl uşaq baxçasına bir getmişik, sonra da on il eyni sinifə. Mən jurnalistlik oxumağa Bakıya gedəndə o, hərbçi olmaq üçün Vladiqafqaza üz tutdu. Elə o qalan qaldı Rusiyada. Kazanda polis rəisi oldu, rütbəsi podpolkovnikəcən qalxdı, böyük nüfuz qazandı.

dostlarla

“Toz adamlar”

Rauf Ələsgərov da Kazanda yaşayan canlaradəyən dostumdu. İşdən başını qaşımağa macalı olmayan İlqar Məmmədovsa Moskvadan iki günlüyə çaparaq özünü yetirdi. İndi illər uzunu üzünü görmədiyim uşaqlıq dostlarımla görüşəndə yaşadıqlarımı özünüz təsəvvür eləyin.

“Ruhlar şəhəri” kitabının sinfimizə həsr etdiyim “Toz adamlar” bölümündə belə yazmışdım: “Fələk (Ağdamsızlıq) divara dəyən tabaşirli yastıqcadan qopan toz dənələri kimi hərəmizi bir yana uçurtdu, bir diyara saldı. Elbrus haqq dünyasına, Bəhruz tutulub Vladivostoka (Allah qapısını açsın!), Rauf, Müşfiq Kazana, İlqar Moskvaya üz tutdu. Burda qalanların isә biri Şəkiyə, digəri Bakıya – hər yerə, hər yana səpələndilər. Harda desən varıq, Ağdamdan savayı…”

Səhər obaşdan Moskva qatarında İlqarı qarşılayıb Müşfiqin bağına gətirəndə, gecədən yarımçıq qalan məclisi davam edəndə, dostların şaqqanaqlı gülüşlərini dinləyəndə oyuncaq mağazasındakı uşaq kimi sevindiriyə düşmüşdüm. Səhər alatoranlığının o ucunda günəşin titrək şüalarını görəndə içimdən qopan körpə sevinciylə ayağa qalxdım, bu “toz adamlar”a sarıldım, bağrıma basdım, “sizə şükür” dedim.

sovet herb formasi

“Xoşbəxt uşaqlıq” muzeyində

Həmin gün görən olsaydı, bizə saqqallı uşaqlar deyərdi. Söhbətimiz də, davranışımız da eynən 35 il əvvəlki kimiydi. Kazanın sovet illərini xatırladan “Sosialist məişəti”, “Xoşbəxt uşaqlıq” muzeylərində elə bildik ki, zaman maşını bizi uşaqlığımıza qaytarıb.

Bu muzeylərdə rastladığımız hər eksponat bizə qayğısız uşaqlıq illərindən bir xatirat oldu. Elə bildik, 70-80-ci illərin Ağdamındayıq. Burada pioner qalstukumuz da vardı, partamız da. Stolüstü futbol meydançamız da öz yerində. Vısotskinin səsi də gəlirdi qonşu Vahid əminin ötüb keçən “Jiquli”sindən.

Müşfiqlə İlqar televizora baxırmış kimi yerə oturanda elə bildim uşaqlar Ağdamdakı evimizə gəliblər, indi ağ-qara “Qorizont” televizorumuzda “Elektronikin macəraları” filminə baxacayıq…

Bir sözlə, qınayan olmasa, axşamacan burada qalar, uşaq kimi əylənərdik. Sovet içki butulkaları arasında “Ağdam” çaxırının boş şüşəsini görəndə isə səsimiz muzeyi başına götürdü, sevincdən elə təsirləndik ki, az qala, muzey bələdçisi kövrələcəkdi…

***

İlqarı yola saldığımız günün səhəri Müşfiqin təkidiylə Kazanın mərkəzinə velosipedlə getdik. Çoxdan sürmürdüm, amma dala qalmamaq üçün bütün gücümü dizlərimə verirdim. Usaq vaxtı nə qədər yalvarıb-yaxarsaq da atalarımız bizə velosiped almadılar. Ağdamda onu sürmək təhlükəliydi deyə. Uşaqlıq arzusunu 35 il sonra gerçəkləşdirdik. Sürüb gəldik şəhərin mərkəzinə.

kazanda velosipedle

Hələ qocalığa çox var.

Bauman Kazanın yalnız piyada gəzintiyə icazə verilən tarixi mərkəzi küçəsidi. Seyrəngah kimi bir yer. Parisin Yelisey çölü, İstanbulun İstiqlal caddəsi, bizim Torqovı kimi. Kazan xanlığı zamanında bu küçəyə Noqay yolu deyərmişlər.

Bauman Kazanda doğulmuş bolşevik inqilabçıdı. Açığı, belə bir gözəl küçənin hələ də bolşevik adıyla adlanması heç ürəkaçan deyil. Küçəyə başqa bir Kazan doğumlu məşhur rus müğənnisi Fyodor Şalyapin adının verilməsi təklifi neçə vaxtdı gündəlikdədi. Yəqin dəyişərlər. “Şalyapin palas” otelinin yanından keçəndə önündəki heykəlinə yaxınlaşdım, bu təklifə dəstək əlaməti olaraq bir zamanların dünya şöhrətli opera müğənnisiylə selfi çəkdirdim.

Yeridi, Şalyapinin Bakı səfərlərindən bir neçə kəlmə deyim, sonra gəzintiyə davam edək.

Dünya opera sənətinin korifeyi “Həyatımın səhifələrindən” adlı avtobioqrafik kitabında 1891-ci ildə, hələ 18 yaşındaykən, Bakıya ilk qastrol səfərindən, burada başına gələn müsibətlərdən, aclıq, şəhəri bürüyən vəba epidemiyasından yazır. Hansısa səbəbdən teatrın sahibi qastrola gələnlərin pasportunu alıb vermirmiş.

shalyapin

Şalyapinlə selfim yaxşı çıxmadı deyə bu fotonu seçdim internetdən

“Paltomu satmalı oldum. Qənaətlə yeməliydim, yalnız çörək və çay. Qış gəlmişdi. Soyuq küləklər əsirdi. Bir yandan da yağış kəsmək bilmirdi. Daha park skamyalarında yatmaq mümkün deyildi… Kilsə xorunda oxumağa cəhdim uğursuz oldu. Əzilmiş, pərişan, kirli görkəmimlə məni əyyaşa, oğruya oxşadırdılar. “Qafqaz və Merkuri” limanında günü 30 qəpiyə yük daşıdım… Dəhşətli vəba sürətlə yayılıb qorxunc hal aldı. Şəhərdə ölüm dolaşırdı, qubernator kimi…”

Sonralar o, yenidən Bakıya qastrol səfərləri edəcəkdi. 1900-1915-ci illər arası hər səfəri şəhərin həyatında böyük hadisəyə çevriləcəkdi. “Kaspi” qəzeti 1900-cu ilin mart, aprel saylarında konsertdən böyük məqalələr dərc edəcəkdi.

Böyük sənətkar dünya şöhrətini 1922-ci ildə mühacirətə gedəndən sonra qazandı.

Elə “Şalyapin palas” otelindən təzəcə aralanmışdıq ki, Kolombiya azərkeşlərinin böyük bir izdihamına düşdük. Onlar mahnı oxuyur, rəqs edir, əylənir, küçədən keçənlərdə xoş təəssürat oyatmağa çalışırdılar.

Sabantoy – tatar Novruzu

Kazan səfərimiz Sabantoy bayramına təsadüf elədi. Bu, Volqaboyu türk xalqlarının yaz bayramıdı. Balkan, noqay kimi Qafqaz türkləri də Sabantoy bayramını keçirirlər. “Saban” İdel-Ural türklərində kotan deməkdi, “toy” sözü də elə bizim anladığımız toy-bayramdı. Yaz əkini başa çatan kimi elliklə yığışıb şənlik edirlər. Kişilər atları cıdırda sınayır, güləş yarışı keçirirlər. Qadınlar biş-düş edir, ən ləziz yeməklərini, şirniyyatlarını bişirirlər.

sabantoy

Əsl el bayramıdı Sabantoy

Əvvəllər Sabantoy yarışmalarının qalibinə qoç verərdilər. İndi dövlət səviyyəsində keçirilir,  qalibə maşın bağışlayırlar.

Axşam bizi evində ağırlayan tatar dostumuz İlham Şarafuddinovla xüsusi olaraq belə şənliklər üçün tikilmiş arenada görüşdük. Builki qalib pəhləvan onun yetirmələrindən imiş.

Kommunist şinelli Rusiya

Həqiqət iri reklam ekranlarında yox, bəzən kitabxana güncündə gizlənir. Rusiya mətbuatı futbol çempionatını təbliğat vasitəsinə çevirdi. Tam boğaz gücüylə, gur səslə. Rəsmilər ölkənin azad, təhlükəsiz olduğunu dünyaya nümayiş etdirməyə çalışdılar. Amma boykota qoşulmayıb gələnləri bilmirəm, məni buna inandıra bilmədilər.

ulyanovsk

Ulyanovskdan çəkdiklərim də ürəyimcə olmadı. Bu da internetdəndi.

Bu günlərdə gəzdiyim Ulyanovsk, Çeboksarı, Kazan kimi şəhərlərdə əvvəllər hər yerdə rastlanan sərxoş “bomjlar”, içkili gənclər, kriminal dazlar, kobud milislər yox idi. Bəlkə də bu, dünya əhəmiyyətli bir çempionatın keçirildiyi günlərdə beləydi, müvəqqəti halıydı, bilmirəm.

Amma bütün bunlar ilk görüntülərdi, bilirəm. Rusiya hələ də dünya üçün təhlükə mənbəyi sayılır. Bunun da əsas səbəbi bu ölkənin azadlıqları boğması, demokratik fikirləri təqib, dünyanı sovetdən qalma köhnə hərbi gücüylə təhdid etməsi, qonşu ölkələri ərazi iddiaları, hərbi təxribat və başqa təzyiqlərlə qorxu altında saxlamasıdı.

Kazanın ən böyük kitab mağazasında keçirdiyim iki saatda minlərlə siyasi, hərbi, tarixi kitab içində Rusiya həqiqətlərinə işıq salan kitablara rastlamadım. Məsələn, Nobelçi yazar Svetlana Aleksiyeviçin bir kitabını belə tapmadım. Soruşdum, dedilər, yoxdu.

Satışı qadağan olunub!

kazan bauman

Kazan “Arbat”ı Bauman küçəsi

…Bauman küçəsindən burulub gəzə-gəzə məşhur Kazan universitetinə gəlirsən. Dünya proletarlarının rəhbəri Vladimir Lenin burada oxuyurmuş. Universitetin qarşısında onun tələbə vaxtının heykəli ucaldılıb. Sovet tarix kitabları onun inqilabi fəaliyyətinə görə buradan qovulduğunu yazır. Daha o vaxtkı avam deyilik ki, hər yazılana inanaq.

Totalitar rejimlər elə istedadla saxta tarix uydururlar ki, adamları inandıra bilsinlər. Lenin Kazan universitetində cəmi 4 ay, 1887-ci ilin 13 avqustundan 5 dekabrınacan oxuyub. Özü də onu hansısa inqilabi fəaliyyətinə-zada görə yox, tələbə adına yaraşmayan oğru “razborka”sında iştiraka görə universitetdən qovublar.

Tatarıstan Milli muzeyinin bütöv bir divarını tutan nəhəng tabloda isə gənc Ulyanov tələbə dostları qarşısında inqilabi təbliğat çıxışı edir. Bütün saxta qəhrəman obrazları tarixin həqiqət küləkləri ilə sovrulur. Lenin də, onunla bağlı hər şey də beləcə.

Ulyanovska gedəndə tarixin bu acı ironiyasına şahid oldum. Bu vilayətin Tatarıstanla sərhədində. Varlı Tatarıstanın sərhədi şüşə kimi hamar asfalt yol çala-çuxurla, yaraşıqlı evlərin tikildiyi abad tatar kəndləri nimdaş, yarı uçuq, tərk edilmiş rus kəndləriylə əvəz olunanda.

Lenin burada doğulub deyə bir vaxtlar Ulyanovsk şəhərinin dövlət səviyyəsində xüsusi imtiyazı vardı. Ətraf yerlərdən camaat tapa bilmədiyi ərzağı, başqa malları burada tapardılar. Ac Volqaboyu ellər içində bura cənnət köşəsiydi. Lenin və onun ideyaları ölən kimi şəhər köhnə Simbirsk halına qayıtdı.

***

Səfəri başa vurub geri dönürdük. Aeroportda Müşfiqlə vidalaşıb ayrıldıq. Yoxlama keçidini ötəndə çevrilib geriyə baxdım. Neçə üz içində dostumun üzünü tapdım. Getməmişdi, gözləyirdi. Qəribə baxışlı gözlərində uşaqlıq həsrətini duydum.

…elə bil Kazana yox, uşalığımın Ağdamına gəlmişdim, qayıdıb uzağa – bu günə gedirdim…

Vahid Qazi

Kazan, Rusiya – Helsinborq, İsveç

Yay, 2018

P.S. Yazıdakı fotoların əksəriyyətini özüm çəkmişəm, bəzi fotolar internetdən götürülüb.

agdam caxiri 1

Müşfiq “Ağdam” çaxırının boş şüşəsini göstərir

dostlar ve usaqlar

Kazanka sahilində. Uğur dostlarımla da, onların balalarıyla dostlaşdı.

muzeyde usaqliq ani

Uşaqlığı təkrar yaşamaq

gul serif mesdici

Gül Şərif məscidi. Kazan Kremli

uzaqlar tv baxir

“Xoşbəxt uşaqlıq” muzeyində

visotski

“Heydər Əliyevlə gecə ikinin yarısınadək söhbət etdik”
İclas zamanı tavandan ilan düşdü - VİDEO
Çarpayıdan yıxılan qadın iflic oldu - DƏHŞƏT...
Nikol Paşinyan bu gün istefa verəcək
"Məni ömrünü tənhalıqla başa vuran Lev Tolstoyun vəziyyətinə salmayın..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Ermənistandan Qarabağa üçüncü magistral yol çəkilir -Kəlbəcərdə yeni şəhərcik salınacaq...
Şou-biznes
"Azərbaycandan çoxlu toy təklifləri almışam" -"Səni deyirlər"i oxuyan sənətçi
Cəmiyyət
“Dədə Şəmşirə olan münasibət vaxtilə Səməd Vurğuna da, Nizami Gəncəviyə də göstərilib”
Dünya
Polisdən qaçmaq üçün ölüm xəbərini yaydı- FOTOLAR
Dünya
Sərdar Ortacın həyat yoldaşı ölümdən döndü - FOTO
Həftənin ən çox oxunanları
Cahangir Hacıyevin xanımı hər gün 2500 dollarlıq şərab içirmiş -Dünya belə pul xərcləyən qadın görməyib
"Cavan oğlanı nə edirsən, pul xərcləməyəcək" - Rövşanədən müğənniyə
"Tikintidəki özbaşınalığa Abid Şərifovla Hacıbala Abutalıbov cavab verməlidir"
İstanbulda küçəyə erməninin adı verildi
Dədə Şəmşirə uzanan yaman dil "kəsildi"...
“Bütün ölkə müharibəyə köklənməlidir”
“Erməni-rus qruplaşması hansı halda Azərbaycanla döyüşə girə bilər?”- General cavab verir (Video)
Bakıda bu restorana parolsuz daxil olmaq mümkün deyil - VİDEO
"Bunun üçün ölkə başçısına müraciət etmişəm, İqtisadiyyat Nazirliyi ilə söhbətimiz olub"
Paşinyan Ermənistan bayrağını ayağına geyindi…- Kanadalı həmkarı ilə birgə- FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə