Xəbər lenti
13/12/2018 [00:42]:
Türkdilli yazarların “Forbes” əlçaztmazlığı – “Dilimiz hələlik böyük auditoriyaya nüfuz edə bilmir”
13/12/2018 [00:18]:
“İllərdir ki, bu arzu ilə yaşayıram, məndən onu soruşun” – Ənvər Həsənov
12/12/2018 [23:48]:
ADAU-nun startapları Ümumrespublika müsabiqəsində mükafat qazandı
12/12/2018 [23:45]:
“Rafiq Hüseynovun barelyefi yaşadığı binada qoyulacaq” – Diktorun xanımı
12/12/2018 [23:24]:
Aydan götürülən süxur nümunələri ilə bağlı AÇIQLAMA
12/12/2018 [23:11]:
Trampın keçmiş vəkili həbs edildi
12/12/2018 [22:58]:
Fransa çempionatında daha iki oyun etirazlara görə təxirə salınıb
12/12/2018 [22:46]:
Məmmədov və Əliyev Gürcüstanda ən çox yayılmış soyadların ilk üçlüyünə daxil olub
12/12/2018 [22:42]:
Ağrı kəsici verilərək kameraya göndərilən məhkum təkbaşına doğuş keçirdi - FOTO
12/12/2018 [22:35]:
Bakı-Quba yolunda piyada öldü - QƏZA
12/12/2018 [22:16]:
İndoneziya səfiri: "Bu işğala son qoyulmalıdır"
12/12/2018 [22:14]:
2019-ci ilin Günəş tutulmaları ədalətin bərqərar olacağını xəbər verir – ELMI-LƏDUN
12/12/2018 [22:11]:
Bakıda əhaliyə göstərilən xidmətlərin dəyəri 4 milyard manatdan çox olub
12/12/2018 [21:51]:
1 ton şokolad yola dağıldı - FOTO
12/12/2018 [21:39]:
CNN: "Bakı-Tbilisi-Qars dəmir yolu səyahətlər haqqında təsəvvürləri dəyişəcək"
12/12/2018 [21:37]:
5 yaşlı uşağa əməliyyat zamanı oksigen əvəzinə azot verildi - DƏHŞƏT...
12/12/2018 [21:32]:
Alkasarın Azərbaycandakı diplomatik missiyası başa çatdı
12/12/2018 [21:16]:
Ermənistanın yeni parlamenti nə vaxt toplaşacaq?
12/12/2018 [21:03]:
Bədəninə 30 santimetr uzunluğunda polad çubuq sancıldı - DƏHŞƏT...
12/12/2018 [20:58]:
DÇ-2020: millimizin rəqibləri bəlli oldu
12/12/2018 [20:40]:
"Düşündük ki, bu qəhrəmanlığı əks etdirən xatirə kitabı və qısametrajlı bir film çəkək"
12/12/2018 [20:34]:
Bakıda metrosunda dava - Saxlanılanlar var
12/12/2018 [20:31]:
Ədliyyə işçiləri Heydər Əliyevin xatirəsini yad ediblər
12/12/2018 [20:28]:
İbrahim Mehdiyev danışdı - “Cinayət işi xəbərinin əsası yoxdur”
12/12/2018 [20:26]:
Sənət əbədidir, ömür əmanət...
12/12/2018 [20:20]:
Sumqayıtda Heydər Əliyevin anım mərasimi keçirilib - FOTOLAR
12/12/2018 [20:09]:
Həştərxan şəhərində Heydər Əliyevin xatirəsi anıldı -FOTOLAR
12/12/2018 [20:04]:
Əsgəran erməniləri Ağdamda payızlıq taxıl əkir...
12/12/2018 [20:01]:
ADNSU-nun rektoru vyetnamlı məzunlarla görüşdü
12/12/2018 [19:53]:
Dövlət Komitəsində ulu öndərin xatirəsi anıldı -FOTOLAR
12/12/2018 [19:44]:
Qüdrətdən səngərli, qalalı dağlarda Vətən keşikçiləri ilə keçirilən 2 qürurlu gün...
12/12/2018 [19:30]:
"Ədəbiyyat bu dünyanın maddi hadisələrinə biganəlikdir, amma bu o demək deyil ki..."
12/12/2018 [19:27]:
Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
12/12/2018 [19:23]:
Heydər Əliyev Qars şəhərində ehtiramla yad olunub - FOTOLAR
12/12/2018 [19:16]:
Nazirlikdə Heydər Əliyevin xatirəsi yad edildi - FOTO
12/12/2018 [19:13]:
“İstefam ölkənin gələcəyini təhlükə altında qoyacaq” - Baş nazir
12/12/2018 [19:10]:
Heydər Əliyev 1967-c ildə 39 erməni daşnaqını necə həbs etdirib? — FAKTLAR
12/12/2018 [18:56]:
Heydər Əliyev Belqradda anıldı...
12/12/2018 [18:46]:
İrəvandan məyusluq dolu Türkiyə etirafı: “Sanki təkbaşına tanqo oynayırıq”
12/12/2018 [18:42]:
Özbəkistandan idxal edilən 31 ton kişmiş zərərsizləşdirildi
12/12/2018 [18:37]:
Oqtay Əsədov Zurabişvilinin andiçməsində iştirak edəcək
12/12/2018 [18:36]:
Nəcməddin Sadıkov Gerasimovla hərbi əməkdaşlığı müzakirə etdi
12/12/2018 [18:34]:
Balakəndə evdən 1400 manat pul oğurlayan yeniyetmə saxlanıldı
12/12/2018 [18:31]:
Sərhədi saxta sənədlərlə keçmək istəyənlər tutuldu
12/12/2018 [18:18]:
“Nar”dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri
12/12/2018 [18:16]:
Bakcell qalib məktəbliləri mükafatlandırdı
12/12/2018 [17:53]:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anım mərasimi keçirilib
12/12/2018 [17:40]:
“Qarabağ məsləsində Rusiyaya ABŞ və Fransadan ona görə çox üstünlük veririk ki...”
12/12/2018 [17:36]:
"Xalqımız dahi rəhbərin əziz xatirəsini unutmur" -Səfər Mehdiyev
12/12/2018 [17:27]:
“Kişini hansı qadınla tutsalar, onunla da evləndirirlər...” - Qədim qəbilənin bağışlanmayan adətləri...
12/12/2018 [17:26]:
Heydər Əliyevin xatirəsi “Azərxalça”nın filiallarında etiramla yad edildi
12/12/2018 [17:21]:
ADPU-da “İngilis dili müəllimliyi” ixtisası üzrə yeni tədris planı layihəsi hazırlanır
12/12/2018 [17:15]:
Türkiyənin məşhur jurnalisti kikboksinq federasiyasının idarə heyətinin üzvü oldu
12/12/2018 [17:14]:
Polis rəisi Rəqsanənin EVİNİ ƏLİNDƏN ALIR - 419 min manat borc alıbmış
12/12/2018 [17:10]:
Əflatun Amaşov: "Ulu öndər Heydər Əliyev mətbuata böyük dəyər verirdi"
12/12/2018 [16:57]:
Bu il dünyasını dəyişən TANINMIŞLAR
12/12/2018 [16:45]:
Fransa müxalifətinin parlamentdən TƏLƏBİ
12/12/2018 [16:35]:
Xəzər Universitəsində “Elm və Sənət Məclisi”nin 68-ci məşğələsi keçirilib
12/12/2018 [16:32]:
ABŞ Ermənistana gedən vətəndaşlarına xəbərdarlıq etdi
12/12/2018 [16:20]:
Vergi Məcəlləsinə son dəyişikliklərdə sahibkarlıq üçün bu güzəştlər nəzərdə tutulub - SİYAHI
12/12/2018 [16:11]:
Yanvarın 1-dən bərbərlər, ofisiantlar və dərzilər vergi ödəyəcək
12/12/2018 [16:03]:
Hikmət Hacıyev: "Azərbaycan strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir"
12/12/2018 [16:00]:
“Yerli müəlliflərdən ilin favoriti olan kitab olmayıb...”
12/12/2018 [15:51]:
Bakıda vəzifəli şəxsin törətdiyi dəhşətli qətllə bağlı HƏKİM DANIŞDI - "Bu narkotik..."
12/12/2018 [15:50]:
Berdımuhammədov məmurları məzəmmət etdi və boulinq üzrə master-klass keçdi - VİDEO
12/12/2018 [15:40]:
İlham Əliyev Rusiya və NATO generallarının Bakı görüşündən danışdı
12/12/2018 [15:37]:
Laçınlı keçmiş döyüşçülər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR
12/12/2018 [15:34]:
Polşanın "sarı jiletlər"i yolu bağladı
12/12/2018 [15:33]:
"Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi"
12/12/2018 [15:29]:
Vergilər Nazirliyi: “Son dəyişiklik əməkhaqqının artması anlamına gəlməməlidir” - MÜSAHİBƏ
12/12/2018 [15:15]:
Dillər Universitetində maraqlı layihə - tələbələr əməkhaqqı alacaq
12/12/2018 [15:13]:
Banklarda nağd satılan xarici valyutanın həcmi artıb - Kimlər alıb?
12/12/2018 [15:11]:
Rusiya yağlarında DONUZ PİYİ AŞKAR EDİLDİ...
12/12/2018 [15:11]:
"21 Azər" Hərəkatına 73 il sonra baxış - Rüfət Muradlı
12/12/2018 [15:07]:
Bakı Meriyası Atatürk parkındakı bəzi obyektlərə dəyməyəcək - AÇIQLAMA
12/12/2018 [15:00]:
“O, əlimdən tutub “Alagöz” mahnısını mənimlə birlikdə sona qədər oxudu...”
12/12/2018 [14:56]:
Leyla Əliyeva babasını belə yad etdi - VİDEO
12/12/2018 [14:53]:
"Nə qədər Heydər Əliyev var..." - Əli Həsənov
12/12/2018 [14:46]:
Gömrük Komitəsinin kollektivi Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi
12/12/2018 [14:44]:
Sumqayıtda oğurluq edənlər saxlanıldı
Bütün arxiv bir sırada
21/09/2018 [15:27] - Siyasət - ( 1315 dəfə baxılıb)

Aleksandr Duqinin neoavrasiyaçılığı və Moskva – Bakı – Ankara oxu...



Avrasiyaçılıq ideya kimi 1917-ci ildə rus mühacirəti mühitində yaranıb. Nikolay Serqeyeviç Trubetskoy (1890-1938) və Pyotr Nikilayeviç Savitski (1895-1968) avrasiyaçılığın yaradıcıları hesab olunurlar.                                                                  
Müəyyən vaxtlarda onların sıralarına Q. V. Vernadski, Q. V. Florovski, P. M. Bitsilli, A. V. Kartaşev, N. N. Alekseev və başqaları qoşulublar.

İdeyanın mahiyyəti

Avrasiyaçılığın mahiyyətini qısaca olaraq belə izah etmək mümkündür: “Onlar rus xalqının spesifik xüsusiyyətini dərk etməyin açarını Trubetskoyun rusların sintetik dövrü haqqında işlədiyi ideyanın iki mühüm komponentində — slavyan ariçiliyi və turan (türk) etnoslarının mövcudluğunda görürdü. İki, bir-birinə zidd olan ariçilik və turançılıq qütblərindən üçüncüsü yarandı. Ruslar heç də slavyan və ya türk deyil, ari, yaxud da asiyalı deyil. Onlar avropa, asiya düşüncə tərzindən, kultur təsəvvüründən fərqli yüksək missiyaya malik, özünnəməxsus dərin mədəniyyəti olan bir cəmiyyətdir.
Dualizm landşaftı — Meşələr və Çöllər — bu irqi dialektikaya tam uyğundur. Əsasən oturaq həyat sürən, şimal slavyanlarının məskunlaşdığı Meşə rus dövlətinin yaranmasında mühüm əhəmiyyət kəsb edib. Türklərin üstünlük təşkil etdiyi köçəri, cənubi Çöl isə, bu dövlətin ikinci tərkib özəyidir. Avrasiya Rusiyası bu iki elementin birliyindən meydana gəlib”. 
Sovet dönəmində bu ideya böyük rus alimi, iki dahiyanə şair Nikolay Qumilyov və Anna Axmatovanın oğlu Lev Qumilyovun əsərləri sayəsində daha geniş yayıldı. L. Qumilyovun kitabları təkcə ruslar arasında deyil, həm də türk xalqları arasında, o cümlədən də Azərbaycanda çox populyardır. L. Qumilyovun özünü “sonuncu avrasiyaçı” adlandırmağına baxmayaraq, Kommunist ideologiyasının və Sovet İttifaqının süqutundan sonra bu ideya təkcə Rusiyada deyil, digər ölkələrdə də çoxlarını özünə cəlb etdi. İndiki Türkiyədə Avrasiya ideyasının xeyli tərəfdarları var.   

Duqin ideyanın davamçısı kimi

Bu ideyanın dirçəlməsində rus politoloğu, filosof, avrasiyaçılıq hərəkatının ideoloğu,Aleksandr Qelyeviç Duqinin mühüm rolu var. Hazırda Rusiya Federasiyasında onun ideyaları çox yüksək nüfuza malikdir.  Məhz onun sayəsində. daxilində avrasiyaçılıq nəzəriyyəsini inkişaf etdirdiyi geopolitika, təkcə Rusiya universitetlərində deyil, eləcə də hakim elita mühitində, Rusiya patriotları arasında və hərbi dairələrdə ciddi mövqelər qazanıb.  

Bir qədər filosofun bioqrafiyası barədə

Aleksandr Duqin 7 yanvar 1962-ci ildə Moskvada anadan olub. Atası — Qeliy Aleksandroviç Duqin (1935—1998) hüquq elmləri namizədi, SSRİ Silahlı qüvvələri Baş Qərargahının Baş kəşfiyyat idarəsinin general-leytenantı, anası — Qalina Viktorovna Duqina (Onufriyenko) (1937—2000) həkim, tibb elmləri namizədi olub. O bütün yaradıcı adamlar kimi çox maraqlı, ziddiyyətlərlə dolu həyat yolu keçib. Hələ Sovet dövründə BKİ generalının oğlu antisovet, antikommunist baxışları ilə tanınıb. Duqinin öz sözlərinə görə, o hətta balaca oğlunu "İlyiçin heykəlinə tüpürməyə" də aparıbmış. Amma sonradan bunun peşmançılığını çəkib. Məktəb illərində onun ünsiyyət dairəsi Yujinski döngəsində Mamleyevin mənzilində keçirilən «Yujinskiy krujokun» (Yujin dərnəyi) yığıncaqlarında formalaşıb. Duqin Heydər Camal və Yevqeniy Qolovinlə birlikdə həmin dərnəyin üzvü olub. O Fridrix Nitşenin fəlsəfəsi, Mirçi Eliadenin əsərləri, Avropa "yeni sağçılarının", alman nəzəriyyəçilərinin müharibələrarası dövrlərdəki "konservativ inqilab" ideyaları ilə maraqlanıb. Rusiya Ali Sovetinin müdafiəsində iştirak etmiş Duqin parlamentin məğlubiyyətini öz şəxsi faciəsi kimi qəbul edib. Duqin o dövrdə radikallığı, antiliberalizmliyi və antiamerikanizmliyi ilə fərqlənən, prezident Boris Yeltsinə qarşı barışmaz mövqedə duran Nasional-bolşevik partiyasını yaradıb. Dövlət Dumasının sədri Qennadiy Sleznyovun məsləhətçisi olub, Dövlət Dumasının sədri yanında milli təhlükəsizlik problemləri üzrə Ekspert-məsləhət Şurasının qeopolitik ekspertiza Mərkəzinə rəhbərlik edib. Elə həmin dövrdə də Aleksandr Duqin Rusaya Baş Qərargahında geopolitika üzrə üzrə mühazirələr oxuymağa başlayıb.

Duqin və Putin

Vladimir Putinin hakimiyyətə gəlməsi ilə Aleksandr Duqinin siyasi fəaliyyətində yeni dövr başlayır — o radikal müxalifətdən mövcud hakimiyyətə qarşı loyal mövqeyə keçir və onun  bütün düşüncələrini Rusiya Dövlətinin dirçəldilməsinə ximətə yönəldir. Və Rusiyaya, sonradan hakim elitanın da qəbul etdiyi yeni ideologiya təklif edir. Onu indi yalnız Rusiyada deyil, bir çox ölkələrdə yeni Rusiyanın əsas ideoloğu hesab edirlər.    
Putinlə Duqin arasında qarşılıqlı böyük simpatiya var və əlbəttə ki, bir çox məsələlərdə İdeoloji ziddiyyətlər də mövcuddur. Amma bunu da hiss etməmək mümkün deyil ki, vaxt ötdükcə Putinin siyasəti, həmçinin də Duqinin siyasi baxışları dəyişir və bu iki nüfuzlu şəxsin mövqeləri bir-birinə yaxınlaşır. 
Son illər Rusiyaya qarşı Qərb tərəfindən tətbiq edilən siyasi və iqtisadi izolyasiyaya görə ölkə rəhbərliyi yeni ideya istiqamətləri axtarışındadır. Bu cəhətdən Duqinin təklif etdiyi Avrasiyaçılıq ideologiyası vəziyyətdən çıxış yolunu göstərir, Rusiya Dövlətinə de-fakto yeni impuls verir. Bu ideya həm hakim elita, həm də hərbi dairələr üçün cəzbedicidir. Rusiyanın öx qüdrətini itirməsinə, ümumən tənəzzülə uğramasına görə ümidsizliyə qapanmış və patriotikliyi ilə seçilən Rusiya əhalisinin xeyli hissəsi də Duqinin ideyalarına simpatiya ilə yanaşır.  

İlham mənbəyi

Duqin öz ideyaları üçün bəhrələndiyi məlumat mənbələrini müxtəlif (bəzən ziddiyyətli) cərəyanlardan, həmçinin də okultizm nəzəriyyəsindən götürür. 
Mədəni pessimizm cərəyanının nümayəndələri Suxraverdi, Fridrix Nitşe, Osvald Şpenqler, Martin Xaydeqqer, siyasi nəzəriyyəçi Karl Şmidt, Mirçe Eliade, həmçinin də onlara yaxın olan ənənəçilər Rene Qenon və Yulius Evola və digərlərini Duqin özünün ideya mənbəyi sayır. Öz əsərlərində o həm sağçı, həm də solçu müəlliflərə istinad edir və maraqlıdır, çox vaxt bu müəllifləri bir-birindən bütöv siyasi spektrlər ayırır. Bir ara Duqin Martin Xaydeqqerin fəlsəfəsi barədə silsilə mühazirələr oxuyub və bunun nəticəsi olaraq mühazirələrdə ümumiləşdirdiyi "rus xaydeqqerçılıyini" Rusiya tarixinə tətbiq edib. Bundan əlavə, o da qeyd olunmalıdır ki, Duqin  —  yalnız nəzəriyyəçi deyil və öz ideyalarının realllaşması üçün aktiv qaydada çalışır.  

Əsərləri

O çoxlu əsərlər müəllifidir. Amma zənnimcə onun əsas əsəri “Dördüncü siyasi nəzəriyyədir”.
Bu kitabın əsas ideyası uduzmuş və udmuşların klassik siyasi nəzzəriyyələrindən imtina etmək – öz təxəyyülünü cəmləyib yeni qlobal dünyanın gerçəkliyini qavramaq, Postmodernizmin çağırışlarını açıqlamaq, XIX və XX əsrlərin siyasi mübarizəsindən o tərəfdə yeni nəsə yaratmaqdır. Belə baxış Dördüncü siyasi nəzəriyyənin kommunizm, faşizm və liberalizmdən o tərəfdə yenidən işlənib hazırlanmasına bir dəvətdir.  
Burada o Modern epoxasının, industralizasiya dövrünün bitməsini bildirir. Duqinə görə ХХ əsrin, Modern epoxasının üç əsas ideyası olub: birinci liberalizm, ikinci kommunizm və üçüncü isə, faşizm. Faşizm liberalizmə və kommunizmə, kommunizm isə, liberalizmə uduzub. Amma liberalizmin qələbəsi onun sonu ilə eyni vaxta təsadüf edir. Liberalizm qələbə çalaraq başqa bir məfhuma, Postliberalizmə keçir. Onun digər siyasi ölçüsü yoxdur, o azad siyasi seçim məhsulu deyil, amma buna baxmayaraq o özünəməxsus «taleyə» dönür (postindustrial cəmiyyət tezisi: «iqtisadiyyat — taledir» də burdan yaranıb).   
Beləliklə, XXI əsrin əvvəli ideologiyaların son momentləri ilə üst-üstə düşür. Özü də hər üçünün. Onların sonluqları müxtəlifdir: — Üçüncü siyasi teoriya «gəncliyi» dövründə məhv edilib, İkinci zəifləyib taqətsiz hala düşərək məhv olub, Birinci nəsə başqa bir məfhuma — Postliberalizmə, «qlobal bazar cəmiyyətinə» çevrilib. Hər halda sözü gedən hər üç siyasi nəzəriyyə ХХ əsrdə mövcud olduğu formada əhəmiyyətini itirib, və artıq yararlı, aktiv deyil. Onlar bizə heç nəyi izah edə və baş verənləri anlamağa kömək edə bilmir, qlobal çağırışlara cavab vermir. Burdan da Dördüncü siyasi nəzəriyyəyə tələbat yaranır. 
Duqinin Dördüncü siyasi nəzəriyyəyəsinə görə, dünya siyasi cəhətdən biopolyardı: onun bir tərəfi — Avrasiya kontinental dövlətləri, ikinci tərəfi isə, liberal-demokratik quruluişa malik dəniz dövlətləri ABŞ və Böyük Britaniya ilə birgə təmsil olunmuş atlantik dövlətlərdir. Onun sözlərinə görə, onların bundan sonrakı birgə mövcudluğu münkünsüzdür. 
Çoxqütblü dünyanın restavrasiyasını geopolitikanın əsas məqsədi sayan Duqin Avrasiyada lider rolunda Rusiyanı və onun müttəfiqlərini görür. O Avrasiyaçılığı artan, inkişaf edən və bununla yanaşı özlərinin xüsusi dünyəvi hegemonluğunu möhkəmləndirməkdən ötrü digər, fərqli mədəniyyətə malik ölkələrə, öz yaşam tərzini tətbiq etməklə onları zəiflədən qlobalizasiyaya qarşı alternativ kimi təqdim edir. Duqin məhz tənəzzülə uğrayan Qərbi daha tutarlı, daha sərrast ifşa edir.
Moskva Bakı Ankara oxu
Atlantika dövlətləri artıq çoxdan İslam dünyasına və rus pravoslavlığına qarşı açıq-aşkar müharibə aparırlar. 
Yeni xaç yürüşü İrağı, Suriyanı, Liviyanı, Əfqanıstanı, Ukrainanı xaosa çevirib.
Türkiyə və Rusiyaya qarşı əsasən iqtisadi müharibə aparılsa da, əlverişli mövqe düşən kimi dövlət çevirilişi etməyə səy göstərərək bu ölkələri dağıtmağa çalışırlar. Qlobalistlərə böyük ölkələr lazım deyil, qlobalistlərə böyük istehlak bazarı və Yer kürrəsinin resursları lazımdır. 
Duqin Avrasiya xalqlarına (təkcə onlara deyil) qlobalistlərə cavab kimi, onlara qarşı birləşərək yeni Xaç yürüşü təklif edir. Bu cəhətdən Rusiyanın əsas müttəfiqləri sırasında o Türkiyəni və Azərbaycanı görür. ABŞ “diktatına”, transatlantizmə və liberal Qərbə qarşı “Böyük, işıqlı Turan” yaratmağı təklif edir.
Bu məqalədə mən Duqinin Turan barədə görüşləri üzərində durmaq istəmirəm, amma bu istəklərin xoş niyyətli olmasını vurğulamaq istəyirəm. 
Duqinin Turanında həm arilərə, həm də türklərə yer var. O Rusiyanı və Türkiyəni daha sıx əməkdaşlığa çağırır. Çıxışlarının birində dediyi kimi “Moskva və Ankaranın strateji ittifaqı Avrasiya meydanında” “amerikan imperializminə” və “dağılma ərəfəsində olan” Avropaya qarşı duracaq. 
Türkiyədə nəşr olunan kitabında (Moskva –Ankara oxu) Duqin yazır: “biz türklərlə dəfələrlə barrikadaların yalnız əks tərəflərində deyil, həm də eyni tərəfində olmuşuq. Və hər dəfə də biz bir yerdə olanda böyük uğurlar qazanmışıq. Bu gün insanlar bununla bağlı tarixi kitabların, xronikaların səhifələrini həyacanla oxuyur,  keçmişi, – Kamal Atatürkü, Osmanlı imperiuyasını, rus dəniz donanmasının Misir sultanı Ali-paşaya antiosman çevirilişi etməyə imkan verməməsini xatırlayır; onlar bunu yalnız tarixin maraqlı faktları ilə tanış olmaqdan ötrü deyil, həm də işıqlı gələcək naminə edirlər”.
O türk və rus xalqlarının işıqlı gələcəyinin konturlarını müəyyənləşdirməkdən, cəngavər pravoslavların, müsəlmanların onlara yad mədəniyyətin qlobal ekspansiyasına qarşı çiyin çiyinə birgə mübarizə apara bilməsindən ötrü təmas nöqtələri axtarır.
Bununla bağlı o təkcə hakim elitaya deyil, həmçinin də cəmiyyətə müraciət edir. “Cənubi islam ölkələri, türk dövlətləri, Türkiyə və Azərbaycan və böyük Rusiya – biz hamımız Yaxın Şərqdə bütün strateji arxitekturanın güc balansının əhəmiyyətli dərəcədə dəyişilməsinə hazırlaşırıq”. O “Türkiyənin Avrasiya strategiyası” məqaləsində Türkiyədəki potensial partnyorların siyahısını da açıqlayir: “Avrasiyaçılığa [Türkiyədə] tam bir-birinə zidd olan qüvvələr maraq göstərir — sağ millətçilər, mərkəzçilər, bəzi dini dairələr, hərbi rəhbərliyin müəyyən hissəsi, Yasavi Fondu kimi intelektual fondlar, “Dialoq Avrasiya Platforması” hərəkatı, Arkan Suverin “Avrasiya Forumu” kimi iqtisadi strukturlar, Türkiyə Ticarət-sənaye palatasının Avrasiya departamenti, RUTAM Rusiya və Türkiyə avrasiya əməkdaşlıq təşkilatı, “Yarın” nonkonformist jurnalı” və s. 
Gülənin “Dialoq Avrasiya Platforması” hərəkatı bir vaxtlar Azərbaycanda da güclü mövqeyə malik olub. Əsasən yaşlı nəsildən olan ziyalıların iştirak etdiyi bu hərəkatın gənclər arasında təsiri çox zəif idi. Hazırda bu təşkilat artıq mövcud deyil. Amma üfüqdə artıq yeni nəsil avrasiyaçıları, İşıqlı Turanın pərəstişkarları görünür.

Azərbaycanın xüsusi rolu

A.Duginin yeni geopolitik görüşündə Azərbaycan xüsusi rol oynayır. O Azərbaycanı Qafqazda Rusuyanın yeganə və əsas müttəfiqi sayır. O bildirir ki, “Türkiyə və İranla münasibətlərdə Bakı xüsusi rol oynayır. Biz həm türklərlə, həm də iranlılarla strsteji müttəfiqik. Əgər əvvəllər yalnız bu ölkələrlə birlikdən söhbət gedirdisə, indi Bakının bu birliklərdə yerindən söhbət gedir”.
O bu kiçik ölkəyə, onun dəyərlərinə, ərazi bütövlüyünə böyük hörmətlə yanaşır. 
Işqalçılardan azad edilimiş Cocuq Mərcanlı kəndində təşkil edilən mətbuat konfransında o bildirirdi ki: “Rusiya üçün Qarabag – Azərbaycan ərazisinin bir hissəsidir. Eyni mövqedən həmçinin dünya birliyi də çıxış edir. Bu dünya dövlətlərinin hüquqi baxımdan öz aralarında gəldiyi konsensusdur. Beş rayonun qaytarılması danışıqlar prosesinin bərpası üçün yeganə alternativ həlldir. Tərəflər razılığa yaxın olublar. Azərbaycan güzəştə getməyə hazır idi. Bu razılaşmalara əməl edilməlidir. Bu Rusiyanın mövqeyidir, Rusiya prezidentin mövqeyidir”. 
“Moskva-Bakı-Tehran”, “Moskva-Bakı-Ankara”  “oxlarının” həyata keçməsində Duqin heç də son rol oynamır. Burada əlbəttə ki biz, prezidentlərimizin, İ. Əliyevin və V. Putinin müdrik siyasətinin yüksək rolunu qeyd etməyə bilmərik. Son dövrlərdə Rusiya və Azərbaycan arasında çox sıx münasibət yaranıb və prezidentlərin intensiv görüşləri böyük bir geopolitik gəlişimdən xəbər verir. Dünya Dördüncü siyasi nəzəriyyəyə uyğun dəyişir. Və indi “Rusiya regionda İrana və Türkiyəyə qarşı çıxmır, əksinə onların siyasi müttəfiqi kimi çıxış edir və Bakı bu məsələdə çox mühüm rol oynayır. Bu müasir Azərbaycana tam yeni bir missiyanı yerinə yetirmək imkanı verir. Azərbaycan ərazidən üç nəhəng gücün və imperiyanın bir-biri ilə uzlaşma mərkəzinə çevrilir. Əyər biz tarixi baxımdan yanaşsaq, təbii ki, Azərbaycanın İran, Rusiya və Osmanlı imperiyalarının qarşıdurma zonası olmasının şahidi olarıq. Bütün bü imperiyalar bir-biri ilə vuruşa-vuruşa Qərb tərəfindən dağıdılıb”.  Böyük türk mütəfəkkiri və ensiklopedisti Mahmud Kaşqarinin Avrasiya xəritəsi var və o Duqinin Avrasiyasına çox oxşayır. Dördüncü siyasi nəzəriyyə öz sərhədlərini genişləndirir. 

 Elxan Zal Qaraxanlı

Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti 

Ağrı kəsici verilərək kameraya göndərilən məhkum təkbaşına doğuş keçirdi - FOTO
1 ton şokolad yola dağıldı - FOTO
5 yaşlı uşağa əməliyyat zamanı oksigen əvəzinə azot verildi - DƏHŞƏT...
Bədəninə 30 santimetr uzunluğunda polad çubuq sancıldı - DƏHŞƏT...
Sənət əbədidir, ömür əmanət...
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Mədəniyyət
“Rafiq Hüseynovun barelyefi yaşadığı binada qoyulacaq” – Diktorun xanımı
Cəmiyyət
"Ədəbiyyat bu dünyanın maddi hadisələrinə biganəlikdir, amma bu o demək deyil ki..."
Dünya
“Kişini hansı qadınla tutsalar, onunla da evləndirirlər...” - Qədim qəbilənin bağışlanmayan adətləri...
Cəmiyyət
“Onun tapşırığından bir gün sonra mənə xalq artisti adı verdilər...” - Heydər Əliyevlə bağlı xatirə...
Köşə
Zırramanın biridir, amma özünü alim kimi göstərir...
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
Putin Paşinyandan niyə çəkinir?
"Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq...”
Gələcək intim necə olacaq? - Alimlərdən maraqlı açıqlama...
Tramp ata Buşun dəfnində yarıməsrlik ənənəni pozdu - FOTO+VİDEO
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
Arif Əsgərov hardan biləydi ki, baldızı oğlu təhlükəli sularda üzür: Bir həbsin izi ilə...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə