Xəbər lenti
14/12/2018 [11:58]:
Qardaşının arvadına sataşam şəxslə bağlı yeni xəbər - Hadisə bu rayonda baş veribmiş - VİDEO
14/12/2018 [11:52]:
Dünyada cavan deputatların sayı artıb - RƏSMİ
14/12/2018 [11:45]:
"Belə bir mühüm görüşün Bakıda keçirilməsi onu göstərir ki..." - ŞƏRH
14/12/2018 [11:45]:
Ziyafət Əsgərovun qardaşından sərt açıqlama: “İşləniləsi deyil, nifrət olunmalı sistemdir”
14/12/2018 [11:44]:
15 ildə gənclər sahəsinə ayrılan vəsait 100 dəfə artırılıb
14/12/2018 [11:42]:
Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov
14/12/2018 [11:38]:
15 yaşlı qızı qaçıran oğlana cinayət işi açıldı
14/12/2018 [11:36]:
"Azərbaycan "Rosatom"un təklifini analiz etməlidir..."
14/12/2018 [11:36]:
“İki ölkə də Azərbaycanda AES tikmək üçün müraciət edib…"
14/12/2018 [11:35]:
Nasimi Paşayev yeni vəzifəyə təyin edilib
14/12/2018 [11:33]:
Bakıda mənzildən 7 kiloqrama yaxın narkotik vasitə AŞKARLANDI
14/12/2018 [11:31]:
Lavrov: “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı siyasi savaş meydanı olmamalıdır”
14/12/2018 [11:28]:
Lavrov və Çavuşoğlu Bakıda görüş keçirir
14/12/2018 [11:27]:
Azərbaycanlı mer 10 min lari qarşılığında azad olunub, amma...
14/12/2018 [11:13]:
Donald Tramp Ağ Evin aparat rəhbərliyinə öz kürəkənini gətirir
14/12/2018 [11:02]:
ADU-da Çinin siyasi tarixinə dair seminar keçirildi
14/12/2018 [10:55]:
Coli keçmiş əri Bred Piti müflis etmək niyyətindədir
14/12/2018 [10:54]:
Azərbaycanda kassa aparatları dəyişdiriləcək
14/12/2018 [10:44]:
Bakıda QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb
14/12/2018 [10:39]:
Bakıda “Dini qurumlar və sosial media” mövzusunda konfrans keçiriləcək
14/12/2018 [10:37]:
Ermənilər Azərbaycan torpaqlarının  51 min hektarını şumladı... -FOTOLAR
14/12/2018 [10:37]:
"Seçkiyə qədər ayda 2 dəfə Qarabağa gələn Paşinyan indi Saakyanı yanına çağırır..."
14/12/2018 [10:37]:
Spiker: "Gənclər ölkə həyatının bütün sahələrinə cəlb edilirlər"
14/12/2018 [10:31]:
Lavrov: “İstəyirik ki, Qarabağ münaqişəsi ədalətli həll olunsun”
14/12/2018 [10:28]:
Bu gün hava yağmurlu olacaq - Proqnoz
14/12/2018 [10:26]:
Qubada cinayətdə şübhəli bilinən 3 nəfər tutuldu
14/12/2018 [10:24]:
Ötən günün cinayət STATİSTİKASI: 31 nəfər saxlanılıb
14/12/2018 [10:20]:
Parlamentlərarası İttifaqın 5-ci Qlobal Konfransı başlayır
14/12/2018 [10:17]:
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirildi
14/12/2018 [10:11]:
Bakıda liftdəki qəzaya görə daha bir nəfər həbs olundu
14/12/2018 [10:09]:
İzafi təmizkarlığın təhlükəsi aşkarlandı...
14/12/2018 [10:02]:
Ələkbər “Maşın”da niyə yoxdur? - Murad söz vermişdi...
14/12/2018 [09:58]:
Ermənistan atəşkəsi 26 dəfə pozdu
14/12/2018 [09:57]:
ABŞ-ın Azərbaycandakı yeni səfiri təsdiqləndi
14/12/2018 [09:44]:
“Sadəcə, qorxaqlar belə hərəkət edir” - Qurban Qurbanov
14/12/2018 [09:41]:
Baş nazir sosial müdafiə ilə bağlı qərarlarda yenilik etdi
14/12/2018 [09:39]:
Turizmlə bağlı yeni mexanizmlər yaradılır
14/12/2018 [09:24]:
Erməni azarkeş London stadionunda separatçı rejimin bayrağı və  terrorçu Montenin əksi ilə yürüş etdi- FOTOLAR
14/12/2018 [09:21]:
“Rəşid Behbudov heç vaxt ad günü keçirmək istəmirdi” - XATİRƏ
14/12/2018 [09:12]:
Rəşad Məciddən maraqlı AÇIQLAMA: “Qələmsizlər...”
14/12/2018 [09:10]:
Səbailin icra başçısı köhnə müavini işdən azad etdi, yenisini gətirdi - TƏYİNAT
14/12/2018 [09:08]:
Fikrət Qocanın ABŞ-da yaşayan Günay qızı... - FOTO
14/12/2018 [09:02]:
Manatın bugünkü MƏZƏNNƏSİ
14/12/2018 [08:18]:
12 yaşlı Məhəmməd mental riyaziyyat üzrə dünya çempionu oldu-FOTO
14/12/2018 [07:18]:
Bu dünyadakı dövlətlilərə qibtə ilə baxmayın... -Onların çox ağır hesabı var...
14/12/2018 [00:09]:
"O, Paşinyanın Ermənistanda başlatdığı üsyana Xankəndində dəstək verənlərdən idi"
13/12/2018 [23:43]:
AMEA-nın əməkdaşı Brüsseldə təcrübə keçir - FOTO
13/12/2018 [23:26]:
Gecikmiş məhəbbət...
13/12/2018 [23:09]:
"Mendeleyev cədvəlindəki bu sirləri bilmədən kainatın dərki mümkün deyil..."
13/12/2018 [22:19]:
Avropa Birliyindən “dilənçilər ölkəsi”nə növbəti yardım...
13/12/2018 [21:59]:
Ermənistanda korrupsiya 2,5 dəfə artıb
13/12/2018 [21:53]:
Poroşenko Rusiyanın qorxularını sadaladı - “Putin nifrət edir”
13/12/2018 [21:13]:
Nazir iclasa gecikdi - Jurnalistlər zalı tərk etdi
13/12/2018 [20:50]:
Müəllimlər üçün “Nobel”in qısa siyahısı açıqlandı – Yenə də təmsilçimiz yox
13/12/2018 [20:46]:
İranda Ayaz Mütəllibovun ata Buşa tarixi etirazından bəhs edildi - Qarabağa görə...
13/12/2018 [20:37]:
Gömrük akademiyası ilə bağlı ən çox verilən suallar - Qəbul qaydaları, xüsusi tələblər
13/12/2018 [20:35]:
Xələf Xələfov Nazirlər Kabinetinə Aparat rəhbəri təyin olunur
13/12/2018 [20:32]:
Rumıniyada ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı -FOTOLAR
13/12/2018 [20:29]:
Statistika Komitəsi əhalinin siyahıyaalınmasını müzakirə etdi
13/12/2018 [20:28]:
Rus mühəndis Terminatorun oxşarını yaratdı - MARAQLI
13/12/2018 [20:13]:
“İnsan əti yeməkdən bezdim” deyərək polisə təslim oldu - DƏHŞƏT...
13/12/2018 [20:01]:
“Vətəndaş 2 min kredit əvəzinə 7 min ödəyib, bank yenə də əl çəkmir...” - REALLIQ
13/12/2018 [19:53]:
Bakıda “Azərbaycan gəncliyi ənənəylə müasirlik qovşağında” mövzusunda konfrans keçirilib
13/12/2018 [19:51]:
Doğuş keçirən qadını bu hala saldılar - DƏHŞƏT...
13/12/2018 [19:48]:
Ov silahı aşkarlandı...
13/12/2018 [19:47]:
Vladimir Putin: "Prezident olmaq istəmirdim"
13/12/2018 [19:47]:
Bakı Baş Gömrük İdarəsində könüllü qanvermə aksiyası keçirildi
13/12/2018 [19:45]:
Əl yükündən 5000 ədəd siqaret aşkarlandı
13/12/2018 [19:45]:
Sarı jiletlilər - İqtisadi liberalizmin sonunun başlanğıcı hərəkatıdır
13/12/2018 [19:43]:
Zakir Həsənov Anjey Kaspşik ilə qoşunların təmas xəttindəki vəziyyəti müzakirə edib
13/12/2018 [19:42]:
Dövlət Gömrük Komitəsinin Çağrı Mərkəzi 2467 müraciəti cavablandırdı
13/12/2018 [19:40]:
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib
13/12/2018 [19:25]:
Oğurluq üçün girdiyi binada 48 saat bu şəkildə qaldı - FOTO
13/12/2018 [19:12]:
“Biz heç Rusiya və Türkiyənin ədəbi məkanlarına lazımi səviyyədə girə bilmirik...”
13/12/2018 [19:02]:
“Rejissora ithaf olunan tamaşada onun görüntüləri və səsindən istifadə ediləcək”
13/12/2018 [18:56]:
Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib
13/12/2018 [18:54]:
Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib
13/12/2018 [18:28]:
Yasamalın sabiq icra başçısı: “Canımla əlləşirəm, nə şirkət, nə tikinti...”
13/12/2018 [18:23]:
UEFA-dan “Qarabağ”a 1 milyon 140 min avro
13/12/2018 [18:18]:
"Dərd almısan, qəm almısan sən İrandan Azərbaycan..."
Bütün arxiv bir sırada
21/09/2018 [21:54] - Araşdırma - ( 6363 dəfə baxılıb)

Mircəfər Bağırovun ömrünün sonundakı taleyi, həbs tarixçəsi - GİZLİ TARİX...



Moderator.az tanınmış tədqiqatçı Adıgözəl Məmmədovun M.C.Bağırovun gizli məchulları  və onu satan yaxın çevrəsinə gün işığı tutan maraqlı araşdırmasının dərc edirik. Bu geniş araşdırmada təkcə, Bağırov deyil, onun yaxın ətrafı, Stalindən tutmuş, tarix üçün bu gün də müəmma olan başqa şəxslərdən söz açılacaq...

XIII  Hissə


“M.C.Bağırov 1953-cü ilin axırına kimi həyat yoldaşı Yevgeniya Mixaylovna və oğlu Cenlə birlikdə Moskvadakı mənzilində yaşayaraq Sov.İKP MK-da yeni vəzifəyə təyinatını gözləyir. Bildiyimiz kimi, 1953-cü ildə Bağırovu Kuybışev şəhərində neft idarəsində kadrlar üzrə müdir müavini təyin edirlər.  
Bu təyinatdan sonra M.C. Bağırova hörməti olan bir qrup Azərbaycan jurnalistləri Kuybışevə gələrək onunla görüşürlər.  Azərbaycanda Bağırov yüksək vəzifələrdən azad ediləndən sonra, ictimaiyyətin və ziyalıların ona münasibəti birmənalı deyildi. 
Lakin 1954-cü ilin yazından hadisələr kəskin dəyişir. Şübhəsiz, hadisələrin  belə inkişafı Kremlin göstərişi olmadan ola bilməzdi.   Həm də Bağırova qarşı münasibətin kəskin dəyişməsində yuxarıda qeyd etdiyim kimi həm Mikoyanın, həm də Əfəndiyevin məktubu-nun xüsusi təsiri vardı.  13 mart 1954-cü ildə M.C.Bağırovu partiyadan xaric edirlər. 
Beriyanın və onun əlaltılarının ittiham işini araşdırarkən, bu işin məhkəmə prosesindən sonra gələn ərizələrdən və materillardan  müəyyən olundu ki, Azərbaycan KP MK katibi Mir Cəfər Bağırov uzun müddət Beriyanın yaxın və sədaqətli adamı olub, onun dəstəyi ilə Azərbaycanın XDİK-DİN orqanlarında Beriya kimi düşmənçilik işi aparılırdı.
Beriya kimi Bağırov da 1937-1938-ci illərdə çekist təşkilatlarına rəhbərlik edirdi,  həbs olunanları kütləvi surətdə döydürür, cinayət işlərini saxtalaşdırır,  arzulamadığı insanlara divan tutur və təmiz partiya-sovet kadrlarını məhv edirdilər.
 Bu məsələ ilə əlaqədar şahid, Azərbaycan XDİK-də işləmiş Şneyder bunları göstərdi:
  «Bağırov XDİK aparatının işçilərinə şəxsən özü göstəriş verirdi ki, bütün həbs olunanlara fiziki təzyiq göstərsinlər. Mən iki dəfə üçlüyün iclasında olanda onun belə göstərişlər verdiyini özüm eşitmişəm. Bununla bərabər Bağırov tələb edirdi ki, üçlüyün güllələnməyə məhkum etdiklərindən başqa şəxslər haqqında ifadə almaq üçün amansızcasına döysünlər. Mən iştirak etdiyim istintaqda Bağırov göstərişlər verirdi ki, güllələnməyə məhkum olunmuşları o dərəcədə döysünlər ki, onlar artıq güllələnmə yerinə gedə bilməsinlər, onları o yerə başqaları aparsın...
  1938-ci ilin yazında Azərbaycanın rəhbər partiya-sovet işçilərinin həbsi davam edirdi. Yeni trotskiçi mərkəzi «açıldı», onun mövcud olmağına həbs olunanları dindirən istintaqçılar da inanmırdılar. İstintaq Bağırov, Rayev və Borşovun rəhbərliyi ilə aparılırdı, həbsdə olanları işgəncə verməklə döyürdülər, onlardan uydurulmuş ifadələr alırdılar, sonra yeni günahsız insanların həbsləri gedirdi..». .
Həbs olunanların Bağırovun göstərişilə işgəncə ilə döyülməsi barədə Azərbaycan SSR DİK katibliyinin keçmiş rəisi Rıbak belə ifadə verdi:
«1937-ci ildə Azərbaycanın XDİK orqanları tərəfindən həbs olunmuşdular: Azərbaycan SSR XŞK sədri Hüseyn Rəhmanov, Bakı şəhər partiya komitəsinin katibi Sef və Bakı partiya komitəsinin katibi Qindin Aleksandr. Onların işinin istintaqını SPO rəisi Lev Tsinman aparırdı. Mən Azərbaycanın XDİK katibliyinin rəisi işləyərkən görürdüm ki, Xalq daxili işlər komissarı işləyən Sumbatov-Topuridzenin kabinetinə istintaq üçün Hüseyn Rəhmanovu, Sefi və Qindin Aleksandrı gətirdilər. Sumbatov-Topuridze və Tsinmanla birlikdə istintaqda Azərbaycan MK katibi Bağırov da iştirak edirdi» .    

   Bağırovun kiminlə ədavəti var idisə  o adamlara divan tuturdu. Buna misal olaraq Qlavlitin keçmiş senzoru, DTN təqaüdçüsü Qafar Sadıx oğlu Qafarlını göstərmək olar. O, Bağırovu və Azərbaycan SSR-in keçmiş xarici işlər xalq komissarı Yemelyanovu qeyri-düzgünlüyünə və cinayət işlərinə görə ifşa edirdi. Bu məsələ ilə bağlı Bağırovun göstərişi ilə Qafarlı həbs edilərək əsassız məhkum olundu, antisovet təbliğatına və  ziyankarlığa görə 10 il azadlıqdan məhrum edildi. İşə bu ilin 30 yanvarında baxılıb və  məhkum olunmuşun hərəkətlərində cinayət tərkibi olmadığı üçün iş dayandırılıb.
   Qafarlı ona məlum olan faktlar üzrə, Bağırov haqqında və onun Azərbaycandakı işi ilə əlaqədar bunları göstərdi:
    «Birinci imperialist müharibəsində Bağırov çar ordusunun “vəhşi diviziya”sında qulluq edirdi, inqilabdan sonra Azərbaycan FK-da işləməyə başlamışdır. O, FK sədri, Beriya isə onun müavini olub. O vaxtdan Beriya ilə Bağırov dost idilər, daima bir-birinə kömək edirdilər. Nə vaxt və hansı vəziyyətdə Bağırovun partiyaya daxil olduğunu mən bilmirəm...
     1933-cü ildə Bağırov Azərbaycan K(b)P MK-nın  katibi oldu. Azərbaycanın Xalq daxili işlər komissarı Bağırovun yaxını Sumbatov idi, bu vaxta qədər XDİK-də adi əməkdaş olmuş təxribatçı və sözbaz Borşov Azərbaycanın Xalq daxili işlər komissarının köməkçisi vəzifəsinə təyin olunur; onun rəhbərliyi altında xüsusi istintaq hissəsi işləyirdi. Bağırovun tapşırığı əsasında, həbs olunan şəxslərin araşdırılması ilə məşğul olurdu.
    İstintaqın işinə Borşov və Sumbatov rəhbərlik edirdilər, istintaq zamanı onlar qeyri-qanuni metodlardan istifadə edirdilər: həbs olunanları və şahidləri döyür, işgəncə verir, təxribat aparır, işləri saxtalaşdırırdılar. 1936-cı ildə bu işçilər çoxlu günahsız sovet adamlarını həbs etmiş, istintaq işlərini saxtalaşdırmış, onlara divan tutmuşdular...
    ...Beləliklə, Borşov və Sumbatov Bağırovun birbaşa köməkçiləri hesab olunurdular, əgər kimsə Bağırov haqqında pis söz desəydi onlar həmin insanlara divan tuturdular. Məhz onların köməyilə Bağırov Azərbaycanın partiya-sovet rəhbər işçilərini məhv etdi və onların yerinə öz yaxın adamlarını təyin etməyə başladı.
   Bağırovun ikiüzlülüyü onun öz həmfikri Beriyanın Sovet dövlətinə qarşı xəyanətini, partiyaya münasibətdə düşmənçilik işini ifşadan gizlətmək cəhdi aşağıdakı faktlardan məlumdur.
   
1936-cı ilin dekabrında Azərbaycan XDİK idarəsinin keçmiş rəisi Nodev öz işçiləri Akopov və Purnislə söhbətində bəyan etmişdi ki,  «Beriyanı ancaq Zaqafqaziyada görkəmli çekist hesab edirlər, Vladivostokdan Moskvaya qədər isə hər yerdə insanlarda onun haqqında mənfi rəy yaranmışdı, o, adamları işdən sıxışdırıb çıxarmaq üçün cürbəcür pis işlərdən istifadə edirdi..». .
   
Belə mülahizəyə görə Nodev Bağırovun təşəbbüsü ilə işdən çıxarıldı, partiya xəttilə ona töhmət elan olundu, 1938-ci ildə isə əksinqilabi cinayətdə ittiham olunaraq güllələndi.
   
Bağırov Beriyanın həyatına xüsusi qayğı göstərirdi. Bu məsələ barədə Beriyanın keşmiş mühafizə rəisi Sarkisov göstərdi:
   
«...1942-ci ildə bir dəfə Beriyanın tapşırığı ilə Moskvadan Bakıya qayıdan Bağırovu vağzala ötürürdüm, onda Bağırov mənə dedi: «Azərbaycan Kommunist Partiyası adından sənə tapşırıram: Beriyanı sayıqlıqla qoru». 
   
XDİK-in xüsusi şöbəsinin keçmiş rəisi, Leninqrad hərbi dairənin rəisi Samoxvalov K.A. (keçmiş SSRİ XDİK tərəfindən 1940-cı ildə məhkum olunmuşdur) şəxsi ərizəsində göstərir ki, “1937-ci ildə həbs olunmuş Axundovu dindirərkən axırıncı məlumat verdi ki, Bağırov və Beriya yoldaşlar S.Orconikidze şəxsiyyəti haqqında şər və böhtan yayırdılar”.
   
Beriyanın S.Orconikidzeyə qarşı bir neçə il apardığı mübarizəsindən, qərəzli intriqasından Bağırovun həqiqətən xəbəri var  idi və bu barədə o, 29 oktyabr 1953-cü il tarixdə istintaq zamanı göstərdi:
   
«...Beriyanın Serqo Orconikidzeyə alçaq münasibəti onun karyeryerizminin və namərdliyinin inandırıcı misallarından hesab oluna bilər..». . 
   
Bir neçə şəxs öz ərizələrində və ifadələrində göstərirlər ki, keçmişdə Bağırovun İran və müsavat kəşfiyyatları ilə əlaqəsi olub.
    
Bağırovun həbsi barədə sizin razılıq verməyinizi və onun barəsində araşdırmanın icraata götürülməsinə icazə verməyinizi xahiş edirəm. 

(ardı var)

"Mendeleyev cədvəlindəki bu sirləri bilmədən kainatın dərki mümkün deyil..."
Avropa Birliyindən “dilənçilər ölkəsi”nə növbəti yardım...
Rus mühəndis Terminatorun oxşarını yaratdı - MARAQLI
“İnsan əti yeməkdən bezdim” deyərək polisə təslim oldu - DƏHŞƏT...
Doğuş keçirən qadını bu hala saldılar - DƏHŞƏT...
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Azərbaycan "Rosatom"un təklifini analiz etməlidir..."
Mədəniyyət
“Rejissora ithaf olunan tamaşada onun görüntüləri və səsindən istifadə ediləcək”
Cəmiyyət
İntihar edən şəxsi xilas etmək üçün 13 TIR yan-yana düzüldü - İBRƏTAMİZ...
Dünya
“Bu əməliyyatın razılaşdırılmadan həyata keçirilməsi riskli olar”
Köşə
"Forbes” ən çox günah qazanan yazarların siyahısını da verəcəkmi...?
Müasir Ədliyyə
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
Putin Paşinyandan niyə çəkinir?
"Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq...”
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
"Bunu edən adam öz namussuzluğunu ictimailəşdirdi"
"Lotu Quli"nin azadlığa çıxdığı anın görüntüləri yayıldı - VİDEO
Kremlin Silah palatasında erməni fahişəliyin sübutu olan unikal eksponat... - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə