Xəbər lenti
17/10/2018 [00:34]:
“Virtual Qarabağ” öz saytının yeni versiyasını təqdim edəcək
16/10/2018 [23:57]:
Gürcülər azərbaycanlı qıza görə ayağa qalxdı - FOTO
16/10/2018 [23:37]:
Tovuzda evin damından tullanan 39 yaşlı kişi ayaqlarını sındırdı
16/10/2018 [23:35]:
Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
16/10/2018 [23:33]:
“Heydər Əliyevlə gecə ikinin yarısınadək söhbət etdik”
16/10/2018 [23:23]:
Qaşıqçının konsulluqda öldürülməsi sübut olundu - Təcili
16/10/2018 [23:20]:
Etimad Əsədov Ərdəbildə anıldı
16/10/2018 [22:55]:
Azərbaycanın iqtisadi şaxələnmə siyasətinə bir baxış
16/10/2018 [22:40]:
Badamdarda tədqiqat aparılan ərazidə uçqun baş verdi - FOTO
16/10/2018 [22:31]:
Sarkisyan Paşinyanın istefasını qəbul etdi- YENİLƏNİB
16/10/2018 [22:09]:
Ermənistandan Qarabağa üçüncü magistral yol çəkilir -Kəlbəcərdə yeni şəhərcik salınacaq...
16/10/2018 [22:02]:
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunkturasına qəbul başladı
16/10/2018 [21:25]:
Pərvin Abıyeva: "Çox qısqancam, süründürürəm, sonra sürünürəm" (VİDEO)
16/10/2018 [21:16]:
Qənirə Paşayeva "Uşaqların zərərli informasiyadan qorunması" üçün qurumlara çağırış etdi
16/10/2018 [21:09]:
DTX-nin “Facebook”, “Twitter” və “Youtube” hesabları fəaliyyətə başladı
16/10/2018 [21:08]:
Prezident Xanlar Vəliyevin oğluna yüksək vəzifə verdi - SƏRƏNCAM
16/10/2018 [21:02]:
Nazirlikdən narazı şəhid ailələrinin birdəfəlik ödəmə ilə bağlı iddialarına CAVAB
16/10/2018 [20:49]:
“Artıq innən belə deməyə söz qalmayıb...” - Arif Paşa
16/10/2018 [20:33]:
"Get, qardaş, get, orda gözlə bizləri, burda bizə yer yox artıq..."
16/10/2018 [20:27]:
Paşinyan istefa verdi - Son dəqiqə
16/10/2018 [20:24]:
Gömrük əməkdaşlarının potensialının artırılması sahəsində tərəfdaşlıq əlaqələri gücləndirilir
16/10/2018 [20:22]:
Türkiyə telekanalında İlham Əliyevin prezidentliyinin 15 illiyi ilə bağlı süjet - VİDEO
16/10/2018 [20:06]:
Prezident sərəncam imzaladı
16/10/2018 [19:38]:
Ukraynada təyyarə qəzaya uğradı
16/10/2018 [19:25]:
Sərkisyan və Saakyan arvadları ilə Azərbaycan şəhərlərini gəzdi... -FOTOLAR
16/10/2018 [19:21]:
Həbsdə olan generalın bacanağı hakim qarşısına çıxarılacaq: Dələduzluq, rüşvət vermə...
16/10/2018 [19:19]:
Ankarada İsrail səfirliyinə traktorla hücum etmək istədilər - VİDEO
16/10/2018 [19:08]:
Azərbaycanın Mərakeşə yeni səfiri təyin edilib
16/10/2018 [19:03]:
Prezident bir qrup şəxsi təltif etdi - SİYAHI
16/10/2018 [19:01]:
İlham Əliyevdən - YENİ TƏYİNATLAR
16/10/2018 [18:56]:
Xəzər Gəncəliyə “Əməkdar artist” fəxri adı verilib
16/10/2018 [18:49]:
QHT Şurasının 10 illiyi ilə bağlı ictimai müzakirə keçirildi
16/10/2018 [18:46]:
Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək
16/10/2018 [18:45]:
Prezident büdcədən 15,1 milyon manat ayırdı
16/10/2018 [18:33]:
ADU-da alman dili müəllimlərinin görüşü keçirildi
16/10/2018 [18:20]:
Həbib Konorun revanş təklifinə cavab verdi
16/10/2018 [18:16]:
"Azərbaycandan çoxlu toy təklifləri almışam" -"Səni deyirlər"i oxuyan sənətçi
16/10/2018 [18:10]:
İnsan beynini proqramlaşdırmaq mümkün olacaq - İNANILMAZ...
16/10/2018 [17:46]:
İşçilər bütün gecəni yerdə yataraq keçirdilər - SƏBƏB...
16/10/2018 [17:35]:
Qənirə Paşayeva MM-də şəhid ailələrinin üzləşdiyi narahatlığı qaldırdı
16/10/2018 [17:31]:
ADU-da alman orta əsr sevgi hekayəsi səhnələşdirildi
16/10/2018 [17:28]:
Etimad Əsədov dəfn olundu -FOTOLAR
16/10/2018 [17:27]:
Manat və dolların sabahkı MƏZƏNNƏSİ
16/10/2018 [17:25]:
Eldar Əzizovdan Bakı Meriyasının Mətbuat xidmətinə yeni TƏYİNAT
16/10/2018 [17:23]:
ADU-da konsert keçirildi -FOTOLAR
16/10/2018 [17:12]:
Məcburi köçkünlərin növbəti qəbulu keçirildi
16/10/2018 [17:06]:
İclas zamanı tavandan ilan düşdü - VİDEO
16/10/2018 [17:02]:
Paşinyanın istefası təxirə salındı
16/10/2018 [16:55]:
Çarpayıdan yıxılan qadın iflic oldu - DƏHŞƏT...
16/10/2018 [16:52]:
“Dədə Şəmşirə olan münasibət vaxtilə Səməd Vurğuna da, Nizami Gəncəviyə də göstərilib”
16/10/2018 [16:24]:
Rəqəmsal televiziyanın “atası” öldü
16/10/2018 [16:22]:
Azərbaycan Qran-Prisinin biletləri satışa çıxarıldı - QİYMƏTLƏR
16/10/2018 [15:54]:
Camal Qaşıqçı cinayətinin animasiya çarxı hazırlandı - VİDEO
16/10/2018 [15:50]:
Polisdən qaçmaq üçün ölüm xəbərini yaydı- FOTOLAR
16/10/2018 [15:48]:
Sərdar Ortacın həyat yoldaşı ölümdən döndü - FOTO
16/10/2018 [15:46]:
Siyavuş Novruzov: "Haqqı olan insanlar kənarda qalıblar"
16/10/2018 [15:32]:
Bakıda liftdəki qəza ilə bağlı həbslər başladı
16/10/2018 [15:29]:
Dolların iflası proqnozlaşdırıldı
16/10/2018 [15:22]:
“Kitayski” dollar satanlar məhkəmədə ifadə verdi
16/10/2018 [15:20]:
Sabiq dövlət müşaviri: “Özləri deyəcəklər ki, götürün rayonları...”
16/10/2018 [15:15]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ
16/10/2018 [15:02]:
Aleksand Ramaşkanı məğlub edən Rail Rəcəbov kimir?
16/10/2018 [14:59]:
Sədr yumurta qıtlığından DANIŞDI: “Toyuğa deyə bilmərik ki, günə 3 dənə yumurtla”
16/10/2018 [14:48]:
İcazəsiz balıq ovlayan şəxs saxlanıldı
16/10/2018 [14:46]:
Ermənistanda 3 yeni qubernator təyin olundu
16/10/2018 [14:41]:
“Təəssüf ki, bu gün bizə “kəşf et” sözü deyilmir”
16/10/2018 [14:41]:
Nikol Paşinyan bu gün istefa verəcək
16/10/2018 [14:40]:
“Müğənni xanımla ailə qurmaram”
16/10/2018 [14:36]:
Parlament uşaqlarla bağlı qanun layihəsini ikinci oxunuşda qəbul etdi
16/10/2018 [14:28]:
“Aşıq Şəmşir bir nəslin, bir rayonun deyil, bütün Azərbaycanın dəyəri və qürurudur”
16/10/2018 [14:22]:
Ermənistanda qalmaqallı səs yazısını aparanlar tutuldu
16/10/2018 [14:20]:
Ağdam istiqamətindəki erməni postlarının görüntüləri yayıldı- VİDEO
16/10/2018 [14:20]:
“Bu qanun layihəsinə dini xurafat anlayışı əlavə edilsin” -Amaşovdan təklif
16/10/2018 [14:18]:
“Zamirə Hacıyeva məsələsində maliyyə amnistiyasından söhbət gedə bilməz”
16/10/2018 [14:14]:
"Məni ömrünü tənhalıqla başa vuran Lev Tolstoyun vəziyyətinə salmayın..."
16/10/2018 [14:06]:
MSK üzvlərinə diplomatik pasport verilə bilər
16/10/2018 [14:01]:
Deputat HİDDƏTLƏNDİ: “3-cü sinif dərsliyində erotika var”
16/10/2018 [14:00]:
Fazil Mustafa şəhid ailələrinin problemini qaldırdı - 11 minlik ödəniş
16/10/2018 [13:58]:
Oqtay Əsədov 11 minlik ödənişi ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verdi
16/10/2018 [13:57]:
Tramp Paşinyanla görüşəcək
Bütün arxiv bir sırada
22/09/2018 [09:59] - Köşə - ( 2865 dəfə baxılıb)

“Üzrü günahından betər” olanlar...

Əmrah Fəqanoğlu

Hər kəs kimi, mənim də başıma gəlib. Özü də bir yox, bir neçə dəfə. Bəzən özümə “boş ver, bu da keçər”lə təskinlik vermişəm, bəzənsə nə qədər çalışsam da, ovuna bilməmişəm,  layiq olduqaları kəlməni üzlərinə deməklə yanaşı, səlahiyyət həddini aşdıqlarına, öz vəzifələrini düzgün icra etmədiklərinə  görə layiq olduqları cəzanı almaları üçün böyüklərinə şikayət yazmışam.  Başlayım elə yol polislərindən. Təxminən beş ay bundan əvvəl Nizami rayon yol  polisinin inspektoru heç bir fakta istinad etmədən məni qayda pozmaqda günahkar bilib, tərtib etdiyi protokola imza atmağıma təhrik etmişdi. Özü də komandiri ilə birlikdə. Bu barədə daxili işlər nazirinin elektron poçtuna onlayn qaydada ümvanladığım şikayət ilkin mərhələdə Bakı şəhər Baş Polis İdarəsinin təhqiqatçısına yönləndirilmişdi, o da məni dəvət edib, izahat aldı, sonda da dedi, arxayın ol, həmin yol polisi cəzalandırılacaq, protokol ləğv ediləcək. Əsas tələbim iddia olunan qayda pozuntusunu törətməyimə dair video, yaxud foto görüntünün təqdim edilməsi idi. Üstündən xeyli vaxt ötdü, həmin təhqiqatçıya zəng edib araşdırmanın nəticəsi ilə maraqlandım. Mənə kobud cavab verib, “o videogörüntülər var” dedi, amma təsvir etməyindən başa düşdüm ki, doğru danışmır. Çünki onun təsvir etdiyi istiqamətdə ümumiyyətlə hərəkət etməmişdim. Bununla belə, razılaşıb, “xahiş edirəm, o görüntü mənə təqdim olunsun” söylədim. Acıqla cavabı bu oldu ki, yaxşı, ünvanınıza göndəriləcək. O “yaxşı”- bu “yaxşı”, həmin gündən nə təhqiqatçıdan soraq gəldi, nə də foto-video görüntü üzə çıxdı. Bununla da şikayətimin uzun sürən hekayəti birdəfəlik qapadılıb tarixə kömüldü. Cəriməni də üstünə dəbbə pulu gəlməsin deyə, banka gedib ödədim... Mənim qənaətimə görə, həm haqsız yerə cərimə ödəməli oldum, həm də sürücülük sənədimə üç bal yazıldı... Şikayətimə baxılmamasına və tələbimin nəticəsiz qalmasına görə isə nə üzrxahlıq edən oldu, nə də özünü günahkar bilən... 

O gün də yanacaqdoldurma stansiyasında “Kapital” bankın kartı vasitəsilə ödəniş edəndə bank sistemində yaranan nasazlığa görə kart bağlandı. (Sözügedən bank sistemində belə hallarla şəxsən bir neçə dəfə rastlaşmışdım.) Ertəsi gün səhər saatlarında bankın metronun Həzi Aslanov stansiyası yaxınlığındakı  filialına gəldim, 1 saatlıq növbədən sonra əməliyyatçya yaxınlaşanda sistemin dayandığını və bir qədər gözələməymi bildirdi. Yenidən iyirmi dəqiqə də gözlədim, üç manata yaxın ödəniş etməyim müqabilində guya kartı açdı. Guya ona görə deyirəm ki, bankın qarşısındakı bankomat yenə də kartı qəbul etmədi. Filial müdirinə yaxınlaşıb, problemi dedim, həm də vaxtilə kartın bankdan iki surət verildiyini, ikisində də eyni problem yarandığını izah etdim. Sözü bu oldu ki, sabah o biri kartı gətir, növbədənkənar həll olunar. Ertəsi gün ikinci kartla gəldim və yenə də həmin problem. Filial direktoru isə, üzrxahlıq etmək əvəzinə, yenidən uzun-uzadı növbəyə durub, əməliyyatçıya müraciət etməyi məsləhət gördü. Bankda yaranan sistem fəaliyyətsizliyi ilə bağlı itirdiyim vaxta və xidmətin sıfır səviyyəsində olmasına görə üzrxahlıq etmək əvəzinə, məni borclu çıxarmağa mənasız cəhd göstərdi. Təsəvvür edin, bank sistemində yaranan problemə görə kartının kodu bağlanır, banka gəlirsən, səndən üç manata yaxın pul alırlar ki, kartı aktivləşdirdik, onların gözü qarşısında yenə də kartdan pul çıxara bilmirsən və sonda səni borclu çıxarırlar.

İctimai nəqliyyatdan, xüsusən də avtobuslardan istifadə zamanı da tez-tez sürücülərin kobudluğu ilə qarşılaşıram, əslində isə sərnişinlərlə nəzakətli davranmaq onların bir nömrəli vəzifəsidir. Məsələn, bu günlərdə Yasamaldakı ASAN xidmətin qarşısında 18 saylı marşrut üzrə hərəkət edən avtobuslardan birinə minmək istəyirdim, içəri boş ola-ola sürücü qapını açmırdı. Nəhayət, nazlana-nazlana qapını açdı, “niyə bayaqdan açmırdınız?” soruşanda hikkə ilə “siz camaata yaxşılıq yoxdu də, deyirdim arxaya keçsinlər, sonra açım”-deyə minnət qoymağa başladı. Mən isə salonu göstərib, “burada heç bir sıxlıq yox idi” cavabladım, amma sürücü avtobus idarə edəndən daha çox “razborka” edən sifəti alıb, uca səslə qıcıq doğuran sözlər işlətməyə, hədə-qorxu gəlməyə  davam elədi. Əvvəldə dediyim kimi, “bu da keçər” düşüncəsi ilə sürücünün intizamsız  və kobud davranışından  dostumuz Mais Ağayevin qurumuna şikayət etməkdən daşındım... Bilirdim ki, qurum işə qarışandan sonra uzaqbaşı məndən üzr istəyəcək, o da “üzrü günahından betər” formasında. Buna da heç zaman ehtiyac duymamışam.

Marketlərdəki xidmətlər də kimini razı, kimini narazı salır, təbii. “Bizim market”də bir dəfə mühafizəçilər arabada boş su butılkası tapıb, buna görə mənə ödəniş etdirmək istəyirdilər. Üç-dörd cantaraq oğlan yarım lirtrlik boş su butılkasına görə bir hay-həşir salmışdı ki, gəl görəsən. Deyəsən, o suyun qiyməti 20 qəpik idi, ödəyib sakit gedə bilərdim. Amma ödəmədim, indi də orada yarım saatlıq vaxtımın xərclənməsindən qətiyyən təəssüflənmirəm. İçmədiyim suya görə nə üçün pul ödəməli idim, özü də kütlənin arasında yaradılan o boyda həngamədən sonra? Hə, nəhayət, mühafizəçilərindən biri “tədbirli” çıxıb, kamera görüntülərinə baxmağı məsləhət gördü, mən də kinayə ilə gülümsünüb, “əlbəttə,baxın” dedim. Üçü getdi, biri qaldı... Yarım saat keçəndən sonra biri qayıtdı, “müəllim, gedə bilərsiniz, o butılka səbətdə əvvəldən var imiş, sizlik deyil” - dedi. “Bəs mənə vurduğunuz mənəvi ziyana görə kim üzr istəyəcək?” sualıma cavab olaraq, “xətir qalmasın” formasında elə üzrxahlıq elədi ki, etməsəydi, ondan min dəfə  yaxşıydı.  Lap elə Molla Nəsrəddinin bayaqdan bəri xatırlatdığım məşhur “üzrü günahından betər” lətifəsində olduğu kimi... “Səbət” marketin işçilərinin marketdən iyirmi manatlıq yağ oğurlayanı qovub tutandan sonra necə  amansızlıqla şil-küt etdiklərini görəndən sonra isə düşünürəm ki, mən mühafizəçilərdən yaxşı, yəni sağ-salamat  qurtulduğuma görə oturub-durub, gündə on dəfə Allahıma şükr etməliyəm. Sağlamlığımı itirəndən sonra nəyimə lazımdı cinayət törədənə nə qədər həbs cəzası kəsirlər, yaxud hakimin “mərhəməti” sayəsində “aç-burax” eləyib, “get yaşa” deyirlər? Gərək həkimlərə ətək-ətək pul tökəsən ki, sağlamlığını bərpa edəsən, hələ o da ya qismət. Ya da ömür boyu sürünə-sürünə yaşamaq məcburiyyəindəsən.  Görəsən adamları mühafizə işinə götürən rəhbər bunlara niyə əməlli-başlı təlimat keçmir ki, “ay oğul, vurmaq olmaz, axı qarşındakı daş-qaya parçası deyil, adamdı, əzilər, ölər.”  Ən əsası da sən ictimaiyyətə xidmət sahəsində çalışırsan, nəzakətli, mədəni olmaq peşə borcundur, sənin davranışın təmsil etdiyin qurumun birbaşa imicini formalaşdırır. Öz “ayı xidmətinlə” qara piar xidməti göstərmiş olursan axı. İctimaiyyətdə necə qıcıq və ikrah doğurmağın isə ayrı söhbətin mövzusudur. Nə isə... Sözümün canı budur ki, Allah hər birimzi “üzrü günahından betər” olanların əməllərindən qorusun. Həm da çalışıb özümüz özümüzü belələrindən qoruyaq.

 

ƏMRAH FƏQANOĞLU

 

“Heydər Əliyevlə gecə ikinin yarısınadək söhbət etdik”
İclas zamanı tavandan ilan düşdü - VİDEO
Çarpayıdan yıxılan qadın iflic oldu - DƏHŞƏT...
Nikol Paşinyan bu gün istefa verəcək
"Məni ömrünü tənhalıqla başa vuran Lev Tolstoyun vəziyyətinə salmayın..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Ermənistandan Qarabağa üçüncü magistral yol çəkilir -Kəlbəcərdə yeni şəhərcik salınacaq...
Şou-biznes
"Azərbaycandan çoxlu toy təklifləri almışam" -"Səni deyirlər"i oxuyan sənətçi
Cəmiyyət
“Dədə Şəmşirə olan münasibət vaxtilə Səməd Vurğuna da, Nizami Gəncəviyə də göstərilib”
Dünya
Polisdən qaçmaq üçün ölüm xəbərini yaydı- FOTOLAR
Dünya
Sərdar Ortacın həyat yoldaşı ölümdən döndü - FOTO
Həftənin ən çox oxunanları
Cahangir Hacıyevin xanımı hər gün 2500 dollarlıq şərab içirmiş -Dünya belə pul xərcləyən qadın görməyib
"Cavan oğlanı nə edirsən, pul xərcləməyəcək" - Rövşanədən müğənniyə
"Tikintidəki özbaşınalığa Abid Şərifovla Hacıbala Abutalıbov cavab verməlidir"
İstanbulda küçəyə erməninin adı verildi
Dədə Şəmşirə uzanan yaman dil "kəsildi"...
“Bütün ölkə müharibəyə köklənməlidir”
“Erməni-rus qruplaşması hansı halda Azərbaycanla döyüşə girə bilər?”- General cavab verir (Video)
Bakıda bu restorana parolsuz daxil olmaq mümkün deyil - VİDEO
"Bunun üçün ölkə başçısına müraciət etmişəm, İqtisadiyyat Nazirliyi ilə söhbətimiz olub"
Paşinyan Ermənistan bayrağını ayağına geyindi…- Kanadalı həmkarı ilə birgə- FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə