Xəbər lenti
18/02/2019 [00:51]:
Belə etsəniz, vəhy qəbul edərsiniz – Elmi-lədun
18/02/2019 [00:43]:
Prezidentliyə namizəd seçki proqramını Hitlerin proqramı ilə qarışdırmaqla biabır oldu - VİDEO
18/02/2019 [00:35]:
Musa Yaqub, "Sevgilim" şərabı, yanında da keçi pendiri...
17/02/2019 [23:48]:
Müğənni Afət Fərmanqızı: “Nəsiminin daha bir qəzəlinə mahnı yazdırmışam”
17/02/2019 [23:48]:
Misir ABŞ-dan qədim kahin sarkofaqının qaytarılmasına nail oldu - FOTO
17/02/2019 [23:06]:
Çeçenistan müxalifətinin lideri Azərbaycana müraciət etdi: “Çeçenləri təxribata çəkirlər...”
17/02/2019 [23:03]:
"Neolit" davasına görə məşhur bloger həbs edildi
17/02/2019 [23:00]:
İbrahim Cəfərovdan ADAU tələbələrinə çağırış: "Xahiş edirəm yazdıqlaıma şərh yazmayın..."
17/02/2019 [22:58]:
Saakaşvili erməni olmadığını genetik testlə sübut etdi - FOTO
17/02/2019 [22:56]:
“Azərbaycanlıları məyus olmamağa çağırıram”- Nazirdən növbəti açıqlama
17/02/2019 [20:41]:
Uşağınız bunları etmirsə diqqətli olun - XƏBƏRDARLIQ...
17/02/2019 [20:28]:
“Belə təxribatların arxasında Azərbaycanı qəbul etməyən qüvvələrin maraqları var”
17/02/2019 [20:20]:
Rüstəm İbrahimbəyov uzun aradan sonra Bakıya gəldi və tanınmışları restorana topladı - FOTOLAR
17/02/2019 [20:15]:
Sabirabad sakini armaturların altında qalaraq ölüb
17/02/2019 [20:00]:
Sadiq və sədaqətli! – Deputat öz həmkarı haqda yazdı
17/02/2019 [19:00]:
Solsberi kilsəsindən nəhəng Rusiya bayrağı asıldı
17/02/2019 [18:57]:
Telefondan başını ayıra bilməyənlər üçün qoruyucu yastıq hazırlandı - MARAQLI
17/02/2019 [18:44]:
“Kalaşnikov”dan kamikadze PUA - VİDEO
17/02/2019 [18:43]:
ABŞ-dan Bəşər Əsədə ciddi mesaj
17/02/2019 [18:39]:
Avropa Liqasının finalına 100 gün qaldı!
17/02/2019 [18:34]:
21 yaşlı oğlan dəm qazından zəhərləndi
17/02/2019 [17:30]:
“Real” öz meydanında məğlub oldu
17/02/2019 [17:28]:
Rusiyadan Venesuelaya zərbə - Neft şirkətinin hesabını dondurdu
17/02/2019 [17:21]:
Bariyerlərə çırpılan motosiklet sürücüsü körpüdən aşağı düşdü - DƏHŞƏT...+ VİDEO
17/02/2019 [17:01]:
"İstanbula sevgilimi görməyə getdim" - Oksana
17/02/2019 [16:59]:
Azərbaycanlı qadınların pasportlarını alıb fahişəliyə cəlb etdilər -FOTOLAR
17/02/2019 [16:56]:
“İsraillə müharibə riski böyükdür” - İranın XİN başçısı
17/02/2019 [16:34]:
Anna Akopyan ofisini hökumət binasına köçürdü
17/02/2019 [16:32]:
Hansı tip qadınlar kişiləri özünə yaxınlaşdırmır... -MARAQLI
17/02/2019 [16:27]:
"Qumarda 130 min uduzduğuna görə nazirlikdən çıxarıldı" -Dələduz qadının ilginc əməlləri
17/02/2019 [16:22]:
Rusiyada “şəhid kəməri” gəzdirənlərin saxlanılması xəbəri yalan çıxdı
17/02/2019 [16:17]:
Kubada tornadodan ölənlərin sayı artıb
17/02/2019 [16:16]:
NASA Ayda yaşamaq üçün baza tikməyə hazırlaşır - FOTO
17/02/2019 [15:44]:
“Qəribəsi o idi ki, Əfsanə ağlamırdı...” – Ər-arvad intiharının təfərrüatı
17/02/2019 [15:44]:
Türkiyədə sabahdan benzin və dizel yanacağının qiyməti qalxacaq –Mütəxəssislər hökumətə çağırış etdi
17/02/2019 [15:42]:
Hizer Noyert Trampın təklifindən imtina etdi –Ağ ev BMT-dəki səfir postuna yeni namizəd axtarır
17/02/2019 [15:38]:
Evdə köməksiz qalan 2 azyaşlı xilas edildi
17/02/2019 [15:34]:
Qadınların sayının kişilərdən çox olduğu ölkələr - SİYAHI
17/02/2019 [15:32]:
Məşhur generalın külli miqdarda borcu üzə çıxdı - Bankla şok qalmaqal
17/02/2019 [15:13]:
Almaniyada erməni təxribatının qarşısı alındı
17/02/2019 [15:09]:
Nazir təyyarədə narahat olan sərnişinə ilkin yardım göstərdi - FOTO
17/02/2019 [15:02]:
Rusiyada brakonyerlikdə şübhəli bilinən deputat saxlanılıb
17/02/2019 [15:01]:
Parisdə Dünya Müharibəsinə aid bombaya görə 1600 insan köçürüldü
17/02/2019 [14:59]:
“Çeçen xalqı bunu heç vaxt unutmayacaq...” - Nazirdən növbəti açıqlama
17/02/2019 [14:55]:
Firdovsi Umudovdan çeçenlərlə bağlı insidentə reaksiya
17/02/2019 [14:51]:
Dünyanın ən gözəl adaları açıqlandı - FOTO
17/02/2019 [14:51]:
Azərbaycan atleti Dünya Kubokunda gümüş medal qazandı
17/02/2019 [14:49]:
Əmanətlərlə bağlı mühüm dəyişiklik
17/02/2019 [14:48]:
Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü
17/02/2019 [14:48]:
Müğənni Afət Fərmanqızı: “Nəsiminin daha bir qəzəlinə mahnı yazdırmışam”
17/02/2019 [14:47]:
Ramil Usubovdan kadr dəyişikliyi ilə bağlı - ƏMR
17/02/2019 [14:46]:
Rafael Ağayev yenə Bakıya əliboş gəlmir
17/02/2019 [14:44]:
Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı - 300 pasport və silahlarla
17/02/2019 [14:42]:
Noyert ABŞ-ın BMT-də daimi nümayəndəsi olmaqdan imtina etdi
17/02/2019 [12:51]:
Ramzan Kadırov azərbaycanlılarla çeçenlərin davasına belə reaksiya verdi – FOTO
17/02/2019 [12:38]:
Vergilər Nazirliyini "ağ gün"ə çıxardı, indi də əmanətləri sığortalayacaqmış...
17/02/2019 [12:27]:
“Ermənilər bacımın bütün ailə üzvlərini yer üzündən sildilər...” -Xocalı sakini...
17/02/2019 [12:21]:
Azərbaycanda bir ayda 3,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib
17/02/2019 [12:19]:
Bakıda 75 min manata ağac satılır - VİDEO
17/02/2019 [12:18]:
KXDR lideri Vyetnama fevralın 25-də səfər edəcək
17/02/2019 [12:04]:
Şeirlərinə mahnılar bəstələnmiş Amerikadakı azərbaycanlı xanım...
17/02/2019 [11:51]:
Mehriban Əliyevanın adından Gəncənin “İmamzadə” dini kompleksində ehsan verildi -FOTOLAR
17/02/2019 [11:48]:
“Bəzən bu kəbini rəsmi din xadimləri yox, digərləri oxuyurlar” -İlahiyyatçı...
17/02/2019 [11:38]:
“Onun adıyla bağlı keçirilən yarışlar bizim üçün böyük təsəllidir...” -Aprel şəhidimizin atası...
17/02/2019 [11:03]:
Qobustanda zəncirvari qəza, xəsarət alan var
17/02/2019 [11:02]:
“Sarı jiletlilər” polis maşınına hücum edib, 26 nəfər saxlanılıb
17/02/2019 [11:00]:
ABŞ-da insanlar girov götürüldü, 4-ü öldürüldü
17/02/2019 [10:58]:
Tovuzda qəza baş verib, iki nəfər yaralanıb
17/02/2019 [10:56]:
Ermənistandan Rusiyaya ixracat 20 faiz artdı- Bəs deyirdilər?..
17/02/2019 [10:56]:
Fətullah Gülənin tutulub? - Türkiyə rəsmisindən açıqlama
17/02/2019 [10:46]:
Bakını bombalamağı təklif edən Yevseyev Azərbaycan jurnalistinin sualından qaçdı - VİDEO
17/02/2019 [10:42]:
24 il həbs, 50 milyon dollar cərimə –Trampın keçmiş müşavirinə hökm oxunacaq
17/02/2019 [10:40]:
Bakıda yağış və sulu qar gözlənilir –Qeyrı-sabit hava şəraiti fevralın 20-dək davam edəcək
17/02/2019 [10:34]:
Ermənistanın xarici işlər naziri: “Məmmədyarovla dəhlizdə salamlaşa bilərik...”
17/02/2019 [10:31]:
Ermənilər atəşkəsi 22 dəfə pozublar
17/02/2019 [10:24]:
Elmar Məmmədyarov Yan Hekerlə görüşüb –Fikir mübadiləsi aparılıb
17/02/2019 [10:17]:
"Rusiya ilə Avropanın iqtisadi əlaqələrinin kəsilməsinə qarşıyıq" -Angela Merkel
17/02/2019 [10:14]:
Bu gün “Qarabağ” və “Qəbələ” komandaları qarşılaşacaq –Hər iki kollektiv üçün qələbə vacib əhəmiyyət kəsb edir
17/02/2019 [10:14]:
"Sən demə, bu 50 ili boşu-boşuna yaşamamışam..."
17/02/2019 [10:04]:
Trampdan Avropaya gözlənilməz çağırış...
Bütün arxiv bir sırada
22/09/2018 [15:17] - Araşdırma - ( 2102 dəfə baxılıb)

Salahlıdan Amasyaya Polkovnik Məmməd Qazaxın izi ilə...



Azərbaycan və Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən əsas amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli oluğu kimi, Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə Azərbaycan türklərinin maddi, mənəvi və hərbi yardım göstərmələri Türkiyə üçün bir o qədər önəmli olmuşdur.

Bu gün Qafqaz İslam Ordusunun Azərbaycandakı fəaliyyətləri və göstərdikləri xidmətlər haqqında ciddi elmi araşdırmaların aparılması, bu barədə xeyli sayda məqalələrin, kitabların yazılması, sənədli filmlərin çəkilməsi olduqca təqdirə layiq bir haldır. Lakin gərəkdir ki, milli mücadilə dönəmində Türkiyə ordusuna qatılaraq müxtəlif cəbhələrdə Anadolu türkləri ilə çiyin – çiyinə savaşan Azərbaycan hərbi birliklərinə də eyni dəyəri və önəmi verək.

1920 – ci ilin iyul ayında Türkiyəyə mühacirət etmiş Azərbaycan Cümhuriyyəti ordusunun bir süvari, bir piyada alayındın və topçu batareyalarından ibarət 1200 (bəzi qaynaqlarda 2000) nəfərlik bir birlik Türkiyə Böyük Millət Məclisinin qərarıyla Kazım Qarabəkir Paşanın komandanlıq etdiyi Şərq ordusunun ( 15 – ci ordu korpusu) sıralarına qəbul olunmuş, Qurtuluş savaşında iştirak etmişlər. Həmin birlikdə olan zabitlərdən bir çoxu savaşdan sonra da Türkiyə Silahlı Qüvvələrində xidmətlərini davam etdirmiş, bəziləri general və polkovnik rütbələrinə qədər yüksəlmişlər.

Cümhuriyyətin mühacir zabitləri haqqında silsilə məqalələr çərçivəsində bu dəfə sizlərə milli mücadiləyə qatılaraq Türkiyənin qurtuluş savaşında iştirak etmiş Azərbaycan türklərindən daha bir zabit, polkovnik Məmməd Qazax haqqında söhbət açacam.

Kimdir Məmməd Qazax?!


Qurtuluş savaşı iştirakçısı, Türkiyə Silahlı Qüvvələrinin polkovniki Məmməd Qazax, Azərbaycan Cümhuriyyəti ordusunun 3 – cü süvari alayının zabiti Gülməmməd Gülməmmədovdur. Türkiyəyə mühacirət etdikdən sonra ad və soyadını Məmməd Qazax olaraq dəyişmişdir.

Cümhuriyyət mühacirləri ilə bağlı qaynaqlarda Gülməmməd Gülməmmədov haqqında məlumatlar olduqca azdır. Bu onun hərbi xidmətdə olmasıyla bərabər, həm də Ankara, İstanbul və İzmirə nisbətən daha kiçik bir şəhərdə yaşaması ilə əlaqədar olmuşdur. Onun adı ilk dəfə qarşıma “Cümhuriyyət” qəzetinin 30.08.1933 – cü il tarixdə çıxan sayında, əsgəri təltif siyahısında çıxmışdı. Adları mənə məlum olan bir neçə azərbaycanlı zabitin sırasında, adının önünə Gəncədən olduğu yazılan Gülməmməd adlı bir zabitin yüzbaşı (kapitan) rütbəsi ilə təltif olunması diqqətimi cəlb etmişdi. Cümhuriyyət ordusunun mühacir zabitlərindən Məmməd Ağpoladın arxivindən əldə etdiyim fotoların birində Məmməd Ağpoladın, Baba Behbudun, Osman Qazaxın, Əyyub Sayqının kimliyini təsbit etsəm də, kimliyini təsbit edə bilmədiyim iki nəfərdən biri Gülməmməd Gülməmmədov idi. Cümhuriyyət dönəminin dəyərli tədqiqatçılarından Dilqəm Əhmədin İstanbuldan aldığı və bir surətini də mənə göndəriyi Cümhuriyyət orusunun zabitlərinin 8 nəfərinin təsviri olduğu çox dəyərli bir fotonun arxasına yazılan qeyd sayəsində Gülməmməd bəylə bərabər başqa bir neçə azərbaycanlı zabitin də kimliyini aşkar etməyə müvəffəq olduq.

Salahlıdan Amasyaya - polkovnik Məmməd Qazaxın izi iləSoldan: Məmməd Ağpolad (Rzayev), Baba Behbud, Məmməd Qazax (Gülməmməd Gülməmmədov. Oturanlar, sağdan: Osman Qazax (Gülməmməd Gülməmmədovun əmisi, polkovnik Osman ağa Gülməmmədov), Əyyub Sayqın (Əyyub Rəfibəyli)

Gülməmməd Gülməmmədovla bağlı başqa bir məlumata isə Azərbaycanın Qars konsulu İ. Hacıbəyovun 1922-ci ilin yanvarın 31-də Azərbaycan Xarici İşlər Komissarı Mirzə Davud Hüseynova göndərdiyi məktubda rast gəlmək mümkündür.

1921-ci ilin sonunda Azərbaycanın Qarsda baş konsulu təyin edilən İ.Hacıbəyov Qarsa yola düşməzdən əvvəl Azərbaycanın Türkiyədəki səfiri İbrahim Əbilovdan aşağıdakı məzmunda tapşırıq almışdı.

1) Azərbaycan vətəndaşlarının qeydiyyatı aparılmalı

2) Qarsda və ətraf rayonlarda yaşayan Azərbaycandan qaçmış əksinqilabçı elementləri aşkar etməli;

3) Bu şəxslərin adı, soyadı, anadan olduğu yer haqqında Ankarada ona və Bakıda Xarici İşlər Komissarlığına məlumat verməli, müvəffəq olarsa onları Qarsdan uzaqlaşdırıb Azərbaycana göndərməli.

Bu tapşırığın icrası ilə əlaqədar İ. Hacıbəyov 1922-ci il yanvarın 31-də Azərbaycan Xarici İşlər Komissarı Mirzə Davud Hüseynova göndərdiyi məktubunda yazırdı: “agentura məlumatları əsasında müəyyən edilmişdir ki, Qarsda “Başçılar” (“Vojaki”) adı altında komitə fəaliyyət göstərir. Onun əsas iştirakçılarından müəyyən edə bildiyimiz şəxslər bunlardır.

1) Ağdamdan Bayram bəy Əhmədov
2) Qazax qəzasından Gülağa Gülməmmədov
3) Aleksandropoldan (Gümrüdən) Məmməd Ağa Allahverdi oğlu
4) Ağdaşdan Hacı Səfər Məhərrəm oğlu
5) Gəncədən Qafar bəy Rəfibəyov.
6) Qarabağdan olan mülkədar, müsavat ordusunun keçmiş zabiti Baba
Mustafa oğlu Fərhadov

Əgər Sovet ordusu ilə Türkiyə arasında müharibə olsa bu şəxslər də “Başçılar” (“Vojaki”) Türkiyə korpuslarına bələdçilik edəcəklər. Onlar Sovet respublikalarından informasiyalar alır və Şərq Cəbhəsinin siyasi Şöbəsinə məlumat verirlər. Onların Qarsda qərargahı – konspirativ mənzilləri vardır.

1922 – ci il fevralın 22 – də İ.Hacıbəyov Qarsdan göndəriyi digər məktubunda bir daha göstərir ki, “Başçılar” komitəsinə Müsavat ordusunun keçmiş zabitləri rəhbərlik edirlər. O, Əhməd bəy Ağayevin Malta sürgünündən qayıtmasından sonra bu zabitlərin çoxunun Türkiyənin təbəəliyini qəbul etdiklərini və 6 – cı diviziyanın zabitləri olduqlarını yazırlar. İ. Hacıbəyov Azərbaycan ordusunun keçmiş zabitlərindən Səməd bəy Rəfibəyovun, Gülağa Gülməmmədovun, Baba bəy Fərhadovun, Əhməd bəy Əhmədovun, Qafar bəy Rəfibəyovun, unter – zabitlər Bəkir bəyin, Adil bəy Tarxovskinin, idmançı – kavalerçi Mirzə bəyin, Səfər bəyin, Məmməd bəyin adlarını çəkir və bütün bunların Kazım Qarabəkir paşanın qərargahında qulluq etdiklərini, vəzifələrinin sovet respublikalarının orduları haqqında məlumat toplamaqdan ibarət olduğunu göstərir.

Hər iki məktubda Gülməmməd bəyin adının yalnışlıqla Gülağa yazılması heç də təsadüfi deyildi. Çünki Gülməməd bəyə bütün silahdaşları “Gülül ağa” deyə müraciət edərdilər. Ona doğulub boya – başa çatdığı Salahlı kəndində də bu cür müraciət edərmişlər.

Salahlıda başlayan məşəqqətli və şərəfli ömür yolu

Gülməmməd ağa 1899 – cu ildə Qazax mahalının Salahlı kəndində bəy ailəsində anadan olmuşdur. Mənsub olduğu Gülməmmədovlar ailəsindən görkəmli şəxsiyyətlər yetişmişdir. Gülməmməd 5 yaşında olarkən atası Məmməd ağa, bir müddət sonra isə anası Qiymət xanım vəfat etmişdir. Anası Qiymət xanım Qazax mahalının başqa bir tanınmış sülaləsi olan Vəkilovlar nəslindən idi. Hər iki valideyinini itirən Gülmməmməd ağa əmisi Əhməd ağa Gülməmmədovun himayəsində böyümüşdü. Salahlıda ibtidai məktəbi yaxşı qiymətlərlə başa vurduqdan sonra təhsilini Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasında davam etdirir. 1917 - ci ildə təhsilini bitirib vətənə qayıdır. Lakin müəllimlik etməyə macal tapmamış Qafqazda savaş başlayır. Vətənin darda olduğunu görən Gülməmməd bəy yeni yaradılmaqda olan Azərbaycan ordusuna qoşulan ilk könüllülərdən olmuşdur. O, hərbi xidmətə Gəncədə polkovnik Süleyman bəy Əfəndiyevin komananlıq etdiyi hərbi hissədə başlamışdır.

İlk döyüş

İnqilabdan sonra Zaqafqaziya Komissarlığının tələbi əsasında Cənubi Qafqazı tərk edən rus hərbi hissələri silahlarını təhvil verməli, həmin silahlar yeni yaradılmış milli hissələrin təhcizinə yönəldilməli idi. Lakin bir çox hallarda Rus qoşun hissələri silahları təhvil vermək istəmir, Gürcüstandan Azərbaycana keçib, Şimala doğru hərəkət edərkən bolşeviklərin və rus qoşunlarında xidmət edən erməni hərbiçilərin təhriki ilə silahlarını Bakıda Stepan Şaumyanın başçılıq etdiyi bolşevik – daşnak qüvvələrinə təhvil verirdilər. 1918 – ci ilin yanvar ayının 9 – da Gürcüstandan Azərbaycana keçən Rus ordusuna aid hərbi eşelonların silahları təhvil verməməsi Şəmkir dəmiryol stansiyasında minlərlə insanın həlak olması ilə nəticələnən silahlı münaqişəyə səbəb olmuşdur. Bu döyüşlərdə konüllü dəstələrlə birgə Azərbaycan hərbi birlikləri də iştirak edir. Rus orusunun tərk – silah edilərək 20 ədəd topun, 70 ədəd pulemyotun, 15000 ədəd tüfəngin ələ keçirilməsi ilə nəticələnən döyüşlərdə gənc əsgər Gülməmməd Gülməmmədov da igidliklə vuruşmuşdur.

Azərbaycanın istiqlaliyyəti elan olunduqdan sonra Gülməmməd Gülməmmədov 1918 – ci ilin iyun ayında Gəncə şəhərində Azərbaycan ordusunu zabit kadrları ilə təmin edilməsi üçün açılan hərbi məktəbə qəbul olur. Təhsilini tamamladıqdan sonra “mülazimi əvvəl” (leytenant) rütbəsi ilə Azərbaycan Cümhuriyəti Ordusunun tatar süvari alayında hərbi xidmətini davam etdirir.

Qarabağ savaşında

Qafqaz İslam Ordusunun Bakı şəhərini işğaldan azad etməsindən sonra, 23 sentyabr 1918-ci il tarixdən etibarən Qarabağı erməni zülmündən xilas etmək üçün Qarabağ hərəkatı başlamışdır. Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı qüvvələrinə Cəmil Cahid bəy komandanlıq edirdi. Qarabağ hərəkatına qatılan qüvvələrə 9-cu və 106-cı türk alayları, milli könüllü birliklər və 1 – ci Azərbaycan diviziyası daxil idi. Gülməmməd bəy bu döyüşlərə öz əmisi, tatar süvari alayının zabiti olan Osman ağa Gülməmmədovun komandiri olduğu süvari bölüyünün tərkibində qatılmışdır. Qafqaz İslam Ordusu oktyabr ayının 4 – də Ağdamdan başlayaraq Şuşa istiqamətində hücuma keçmiş, 8 oktyabr 1918 – ci ildə Şuşa çəhəri bütünlüklə erməni – daşnak qüvvələrindən təmizlənmişdir.

Osmanlının birinci dünya savaşında məğlub olması və Mudros sülh sazişinin imzalanmasından sonra, 1918 – ci ilin noyabr ayından etibarən Qafqaz islam Ordusu Azərbaycandan çəkilmək məcburiyyətində qalır. Qafqaz İslam Ordusunun çəkilməsinən sonra Azərbaycan Cümhuriyyəti ordusunda yeni hərbi birliklər yaradılmağa başlanır. Belə hərbi birliklərdən biri də 1 – ci süvari diviziyası idi. Tatar süvari alayının əsasında yaradılan diviziyaya 1 – ci tatar süvari alayı, 2 – ci Qarabağ süvari alayı, 3 – cü Şəki süvari alayı daxil idi. 1918 – ci ilin oktyabr ayından etibarən Qarabağda və Zəngəzurda dinc əhaliyə qarşı qırğınlar törədən erməni separatçılarına qarşı döyüşlərdə qəhrəmanlıqla iştirak edən Gülməmməd bəy 1919- cu ildən yeni formalaşqda olan 3 – cü Şəki süvari alayında xidmət etməyə başlayır.

1920 – ci ildə Qarabağda erməni – daşnak terrorçuları Ermənistan hökumətinin və rus – bolşevik hökumətinin dəstəyi ilə Qarabağda kütləvi üsyan hazırlıqları görürlər. Martın 22 – də gecə saat 3 – də eyni vaxtda Şuşa, Xankəndi, Əsgəran, Xocalı və Tərtərdə yerləşən qoşun bölmələrimizə qəfləti hücuma keçirlər. Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfləti hücum edən daşnaklar qeyri bərabər döyüşdə postlarda keşik çəkən əsgərləri qətlə yetirərək Əsgəran keçidini ələ keçirirlər. Bununla da Xankəndi və Şuşada yerləşən hərbi qarnizonlar çətin vəziyyətə düşür. 1920 – ci il martın 26 – da Azərbaycan ordusu daşnak terrorçularına qarşı genişmiqyaslı hücuma başlayır. Hücumun ilk günündə milli ordunun gənc zabiti Gülməmməd Gülmməmmədovun da sıralarında olduğu 3 – cü Şəki süvari alayı Tərtər istiqamətində hücuma keçərək Çaylı və Bürcü kəndlərini tuturlar. Aprelin 2 – də Talış kəndi istiqamətində hücuma keçirlər. İlk hücum uğursuzluqla nəticələnsə də ikinci hücumda Talış, daha sonra isə Levonarx kəndi tutulur

Qarabağda başlanan döyüş əməliyyatları aprel ayının ortalarında Azərbaycan ordusunun zəfəri ilə yekunlaşır. Əsgəran qalası ilə bərabər Qarabağın digər bölgələri də daşnaklardan təmizlənir.

Qarabağ üsyanı və “32 – lərin dastanı”

Azərbaycan ordusunun əsas qüvvələrinin Qarabağda erməni-daşnaklarına qarşı mübarizə aparmasını fürsət bilən, Rusiya hökuməti yüz minlik 11 – ci Qızıl ordunu Azərbaycana yeridir. 28 aprel 1920 – ci ildə Azərbaycan Qızıl ordu tərəfindən işğal olunandan sonra ölkədə olduqca acınacaqlı bir vəziyyət yaranır. Qızıl ordu Bakıda bolşeviklər, ermənilər və ruslar tərəfindən gül-çiçəklə qarşılandığı bir zamanda Azərbaycan xalqının milli mübarizəsinin əsas mərkəzi olan Gəncə şəhərində üsyan hazırlıqları gedirdi.

Buna qədər isə Qarabağda XI Qırmızı Ordu hissələri ilə Azərbaycan ordusunun əsgərləri arasında bir neçə lokal toqquşmalar baş vermişdi. Hələ mayın 21 – də bolşeviklər Qırmızı Ordunun Tərtərdə yerləşən 32 – ci piyada diviziyasının və 282 – ci alayının yerinə yeni hərbi hissələr gətirirlər. Yerlərini təhvil verib gedən 282 – ci alay özləri ilə Tərtərdə yerləşən 3 – cü Şəki süvari alayının atlarını da aparmağa cəhd etdikdə, əsgərlər müqavimət göstərmişlər, əks tərəf isə öz növbəsində top atəşləri ilə cavab verdikdə sıralarına Gülməmməd Gülməmməovun da oluğu 3 – cü Şəki süvari alayı hücuma keçərək 282 – ci alayın əsgərlərinin demək olar ki, hamısını qırmışdılar. Yeni hərbi birləş- mələrlə Tərtərə gələn Çingiz İldırım və Dadaş Bünyadzadə həlak olanların dəfn mərasimində “müsavatçılardan intiqam alacaqlarını” bildirmişdilər. Doğrudan da bu xainlərin rəhbərliyi ilə hadisənin səhərisi günü Tərtər əhalisinə divan tutuldu.

Bunun üzərinə may ayının 24 – dən 25 – nə keçən gecə Gəncədə də milli qüvvələrin üsyanı başlayır. Xəbəri dəqiqləşdirmək və Gəncə üsyanına kömək məqsədi ilə Yevlaxa yola düşən 3 – cü Şəki süvari alayının komandiri Ehsan xan Naxçıvanski onu müşaiyət edən bir neçə hərbçi ilə birlikdə həbs edilərək XI Qırmızı Ordunun Yevlaxda yerləşən qərargahına gətirilərək orada öldürülür. Alay komandirinin güllələnməsindən sonra 3 – cü Şəki süvari alayı parçalanaraq pərakəndə hala düşür. Gülməmməd Gülməmmədov alayın özü ilə bərabər 4 nəfər zabit, qalanı isə əsgərlərdən ibarət olan 32 nəfərlik kiçik bir birliyi ilə Qarabağa doğru hərəkət edir. Onlar Bərdənin sağ sahilinə keçərək sayı 1200-1500 nəfərə yaxın olan yerli üsyançılarla birləşirlər. Əsas qüvvələrin Gəncəyə yeridilməsi və yaz yağışlarından daşmış Tərtər çayının aranı kəsməsi səbəbindən Bərdənin sağ cinahında XΙ ordu hissələrinin mövqeyi zəif idi. Yaranmış əlverişli şəraitdən istifadə edən “32-lər” partizanları səfərbərliyə alaraq Bərdənin sağ sahilindəki qüvvələri şəhərin kənarına sıxışdırıb Qarabağa hərəkət üçün ciddi strateji əhəmiyyət kəsb edən bu mövqeyi bir həftəyə qədər nəzarət altında saxlaya bilirlər. Bu hadisə xalq içərisində və tarixi ədəbiyyatda “32 – lərin dastanı” kimi qalmışdır.

Ç. İldırım və D. Bünyadzadə ilə birlikdə konspirativ şəkildə Ağdama, Şuşaya, Qaryaginə gedərək, yerli kommunistlərdən M. Məmmədxanov, A. Qaragözov, S. Səfərov, A. Saturyan və b. köməyi ilə özünü müdafiə komitələri, bolşeviklərdən ibarət könüllü birliklər yaratmağa çalışırdılar. Bərdədə isə “32-lər” partizanlarla birlikdə hələ ki, XΙ ordu birliklərinin həmlələrinə sinə gərməkdə idi. Vəziyyətin ciddiləşdiyini görən Ç. İldırım üsyan başçılarının təhvil verilməyəcəyi təqdirdə Bərdənin bombardman ediləcəyini bildirir. Bu ultimatumdan sonra üsyançılar şəhəri tərk edib Şuşa istiqamətində geri çəkilməyə məcbur olurlar. Gülmmməd ağanın əmisi Osman ağa da 1 – ci tatar süvari alayının zabiti idi. Gülməmməd bəy silahdaşları ilə geri çəkilərək Osman ağa Gülməmməovun da sıralarında olduğu tatar süvari alayı, daha sonra Cavanşir piyada alayı və digər hərbi birliklərlə birləşirək Nuru Paşanın komandanlığı altında iyun ayının 3 – dən 4 – nə keçən gecə Şuşaya girərək inqilabi komitənin üzvlərini və fəal kommunistləri həbs edirlər. İyun ayının 15 – nə qədər davam edən Qarabağ üsyanı əlavə güclərin gətirilməsi və düşmən təyyarələrinin bombardımanı ilə Qırmızı Ordunun qələbəsi ilə başa çatır. Azərbaycan ordusunun bir piyada alayı, bir süvari alayı və topçu batareyalarından ibarət qüvvələri Cəbrayıl, Qaryagin istiqamətində geri çəkilməyə məcbur olurlar. Onlar Araz çayından keçib İrana daxil olurlar.

İstiqlal savaşında


Uzun və məşəqqətli yolları qət edərək Türkiyəyə gəlib çatan Azərbaycan süvari alayı və digər birliklər Türkiyə Böyük Millət Məclisinin qərarıyla Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun (15-ci kolordu) sıralarına qəbul olunurlar. Azərbaycan hərbi birliyinin Türkiyə ordusuna qoşulacağı ilə bağlı xəbəri 8 iyul 1920-ci il tarixdə TBMM-də ümumi hərbi vəziyyətlə bağlı çıxış edən İsmət İnönü verir.

Gülməmməd bəy 1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən qurtarılması ilə sona çatan Şərq hərəkatında igidliklə vuruşur. Sarıqamışın, Qarsın, İqdırın, Kağzmanın Gümrünün geri alınmasında iştirak edir. Xitmətlərinə görə böyük öndər Mustafa Kamal Atatürk tərəfindən İstiqlal Medalı ordeni ilə təltif edilir. Savaşdan sonra “Şeyx Səid”, 1-ci Ağrı, 2-ci Ağrı üsyanlarının qarşısının alınmasında iştirak edir.

1928-ci ildə İstanbulda hərbi məktəbə daxil olur. 1929-cu ildə hərbi məktəbdən məzun olduqdan sonra, baş leytenant (üst teğmən) rütbəsi ilə Türkiyə silahı Qüvvələrindən xidmətini davam etdirir. Hərbi xidməti boyunca bacarıqlı və intizamlı bir zabit kimi müntəzəm olaraq təltif olunur. Polkovnik rütbəsində olarkən yaş səbəbi ilə təqaüdə çıxır.

“Kür axırmı, Qarayazı ona baxırmı”


Bu kövrək sətirləri 1960 – cı illərdə Gülməmməd ağa bir məktubda əmisi oğlu Fərhad Gülməmmədova yazmışdı. Gülməmməd ağa atasını və anasını itirdikdən sonra əmisi Əhməd ağanın himayəsində böyümüşdü. Fərhad Gülməmmədov da həmin əmisinin oğlu idi. Həmin dövdə Bakıa məktəb direktoru işləyən Fərhad Gülməmmədov Türkiyəyə getmək, əmisi oğlu ilə görüşmək istəsə də, Sovet təhlükəsizlik orqanları buna imkan vermir. Gülməmməd Gülməmmədov əmisi Osman ağa ilə Türkiyəyə mühacirət etdikdən sonra, Azərbaycanda qalan əmisi Əhməd ağa Gülməmmədov uzun müddət Sovet təhlükəsizlik orqanlarının təqibinə məruz qalmış, “1925 – ci ildə gizli fəaliyyət göstərən antisovet Müsavat Firqəsinə üzv olması, Qarsda yaşayan qardaşı, keçmiş zabit Osman ağa və qardaşı oğlu Gülməmməd ağa Gülməmmədovla yazışması” iddiası ilə 17 mart 1927 – ci ildə həbs olunmuşdu. Əhməd ağa “AzÇK” kollegiyasının 15 mart 1928 – ci il tarixli qərarı ilə 3 il müddətinə həbs olunur, lakin bir müddət keçdikdən sonra sürgünə yollanır. Sürgündə olarkən sürgün müddətini 3 il daha uzadırlar. Əhməd ağa 1935 – ci ildə vətənə qayıdır, lakin 1937 – ci ilin dekabr ayının 12 – də təkrar həbs edilərək “sürgündən qayıtdıqdan sonra müsavatçılarla əlaqələrini bərpa edib antisovet böhtançı xarakterli söhbətlər aparması” iddiası ilə 1938 – ci ilin yanvar ayının 16 – da güllələnmişdir.

Qazax ailəsi

Məmməd Qazax Amasya şəhərində xidmətdə olduğu zaman, orada əslən Qazaxın Aslanbəyli kəndindən olan məşhur din xadimi Hacı Mahmud əfəndinin nəvəsi – böyük övladı Veyis əfəndinin oğlu İbrahim Karanın qızı Semiha xanım (1921 – ci il doğumlu) ilə evlənmişdir. Semiha xanımın anası əslən Daş Salahlıdan olan Gülsəba xanım Mustafa ağa qızı Miralayevadır, 1920 – ci ildə qardaşları Yasin bəy və Nəsib bəylə birlikdə Türkiyəyə mühacirətə getmişdi. Gülsəba xanımın anası isə Sayalı xanım Hacı Mahmud əfəndinin qızıdır, yəni Gülsəba xanım dayısı oğluna ərə getmişdi.

Salahlıdan Amasyaya - polkovnik Məmməd Qazaxın izi ilə

Məmməd Qazaxın toy mərasimindən bir fotoşəkil

Polkovnik Məmməd Qazaxın Semiha xanımla evliliyindən üç övladı olmuşdur: Əyyub, Qiymət və Zəkiyyə. Əyyub 5 yaşında ikən vəfat edib.

Məmməd bəyin qızları evli-eşiklidir - Qiymət Erdör, torpaq mütəxəssisidir, Kənd Təsərrüfatı Nazirliyində çalışmış, hazırda təqaüddədir. İstanbulda yaşayır, iki oğlu var. Böyük oğlu Burak Erdör (bir qızı var) mühəndisdir, kiçik oğlu Murad Erdör isə özünə aid bi şirkətin idarə heyyətinin sədri Salahlıdan Amasyaya - polkovnik Məmməd Qazaxın izi iləvəzifəsində çalışır. Zəkiyyə xanım isə Amasyada yaşayır, iki qızı var.

Məmməd Qazax ömrünün son illərini Amasya şəhərinə yaşamış, 1970-ci ildə vəfat etmişir. Həyat yoldaşı Semiha xanım isə 1996-cı ildə Amasyada vəfat etmiş və ömür-gün yoldaşı Məmməd bəyin yanında dəfn edilmişdir.

Orxan Cəbrayıl

Belə etsəniz, vəhy qəbul edərsiniz – Elmi-lədun
Uşağınız bunları etmirsə diqqətli olun - XƏBƏRDARLIQ...
Bariyerlərə çırpılan motosiklet sürücüsü körpüdən aşağı düşdü - DƏHŞƏT...+ VİDEO
Nazir təyyarədə narahat olan sərnişinə ilkin yardım göstərdi - FOTO
Qabırğadan yaranması qadınların xarakterinə təsir edir - MARAQLI
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Anna Akopyan ofisini hökumət binasına köçürdü
Maraqlı
Hansı tip qadınlar kişiləri özünə yaxınlaşdırmır... -MARAQLI
Maraqlı
Qadınların sayının kişilərdən çox olduğu ölkələr - SİYAHI
Cəmiyyət
Məşhur generalın külli miqdarda borcu üzə çıxdı - Bankla şok qalmaqal
İqtisadiyyat
Ermənistandan Rusiyaya ixracat 20 faiz artdı- Bəs deyirdilər?..
Həftənin ən çox oxunanları
“Ölkəyə un gətirəndə kömək etdiyim çeçenlər və dağıstanlılar mənə çox böyük dəstək oldular...”
Çay sakinlərin gözü önündə yox oldu!..- “Qiyamətin başlanğıcıdır?!.”-VİDEO
“Vertolyotla Yevlağa kimi pul səpəcəm....- Başınız qarışacaq pul yığmağa..."
Saakyan atası azərbaycanlı olan generalı  xüsusi nümayəndə təyin etdi...-FOTOLAR
Ramzan Kadırov azərbaycanlılarla çeçenlərin davasına belə reaksiya verdi – FOTO
Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?..
"Əgər ANS yenidən açılarsa və fəaliyyət göstərdiyi ilk 15 ildəki ANS olarsa..."
“Fevralın 14-də həmin sənədi imzalasaydım, Xocalı faciəsi baş verməzdi...” - ETİRAF
Bakıda dəhşətli qəza: "Qaqaş, neylədin, nə içmişdin, nə vurmuşdun?" - VİDEO
"Çeçenlər qardaşlarımızdır və Çeçenistanda da xalqım haqda eyni fikirləri səsləndirirlər”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə