Xəbər lenti
16/12/2018 [09:31]:
"Neftçi"nin futbolçusu: "FİFA referisi düzgün görməli, 9 metr əvəzinə 12 metr saymamalıdır"
16/12/2018 [09:22]:
Çaylarda suyun səviyyəsində artım müşahidə olunub
16/12/2018 [09:13]:
Dünyanın ən çox turist cəlb edən məkanları - SİYAHI
15/12/2018 [23:48]:
"Təhqir olunan hər bir şəhidin haqqını qorumaq bizim borcumuzdur"
15/12/2018 [23:21]:
Məhkəmə Züleyxaya yeddi il iş kəsdi...
15/12/2018 [23:00]:
Daha bir məşhur üçün "Maşın" əldən getdi
15/12/2018 [22:46]:
Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan tarixi -“Ruhani diplomatiyası”
15/12/2018 [22:43]:
“Beşiktaş” Pepe ilə yollarını ayırdı
15/12/2018 [22:38]:
Şərəfsizlik lövhəsinə gətirən səhv addım...
15/12/2018 [22:30]:
“Məni Salatın Əsgərova ilə birgə şəhid olmaqdan cəmi beş dəqiqəlik zaman ayırdı...”
15/12/2018 [22:27]:
“Zəng vurdum ki, İlham, mənə təcili 900 milyon dollar lazımdır…”
15/12/2018 [22:21]:
Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda - FOTOLAR
15/12/2018 [21:50]:
Şeyx Zahid Gilani Lənkəranda da anıldı - FOTO
15/12/2018 [21:35]:
“Ağstafadakı evinin muzey olmasını istəyirdi, bu, vəsiyyəti idi” – İsa Muğannanın qızı
15/12/2018 [21:24]:
“Ona yalnız bunu arzulayıram, qalan hər şey Ramizdə var” - Cavanşir Quliyev
15/12/2018 [21:06]:
Rusiyalı biznesmenlər Davos forumunda iştirak edə biləcəklər - Qadağa ləğv edilib
15/12/2018 [21:03]:
"O, çox orijinal filosofdur” – Ramiz Rövşənə dost və adaş təbriki...
15/12/2018 [21:00]:
“BMW” və “Tesla” qiymətləri aşağı salıb- ABŞ-ın qərarından sonra
15/12/2018 [20:55]:
“Boeing”in Çində ilk yığım zavodu işə başlayıb - Növbəti 20 ildə 7700 yeni təyyarəyə ehtiyac olacaq
15/12/2018 [20:39]:
Yüksək vəzifəli siyasətçiləri yeni il hədiyyəsi gözləyir - Məvacibləri 9 faiz artırılır
15/12/2018 [20:34]:
Bank işçisi, hüquqşünas, auditor, kassir… - Bu kimi peşələr növbəti 10 illər ərzində aradan çıxacaq
15/12/2018 [20:31]:
Tarix kitablarını tullantıya çevirən iddia: Dollar sayəsində baş verib
15/12/2018 [20:24]:
Ekstrasenslərin III dünya savaşı haqda duyumları -“Müsəlmanlar Avropanı alacaq, bir çox xalqlar yox olacaqlar”
15/12/2018 [20:21]:
Ən etibarlı avtomobillərin adları açıqlanıb- SİYAHI
15/12/2018 [19:53]:
Tramp ABŞ-ı 1,9 trilyon ziyana salıb
15/12/2018 [19:51]:
Oqtay Əsədov Salome Zurabişvilinin inauqurasiyasında iştirak edəcək
15/12/2018 [19:37]:
"Cəmiyyət görün nə gündədir ki, onun qəhrəmanlığını şübhə altına alanlar meydan sulayır"
15/12/2018 [19:28]:
Yalnız şagirdlərin hər şeyə qərar verdiyi sərbəst məktəb -FOTO+VİDEO
15/12/2018 [19:27]:
Budları ilə yatak və stul qırdı - İNANILMAZ....
15/12/2018 [19:07]:
Əsgərovun qardaşı istefasından danışdı: Nifrət olunası sistem…
15/12/2018 [19:01]:
Mətbuat Şurası şikayətləri araşdırdı
15/12/2018 [19:01]:
185 qram kalium permanqanat aşkarlanıb
15/12/2018 [19:00]:
“Gəl, əl-ələ tutub gedək” deyən şairə...
15/12/2018 [18:49]:
Oyuncaq yaxalama videosu izləyicilərdə şok yaratdı - VİDEO
15/12/2018 [18:26]:
Kitab oğurlayan it sosial mediada marağa səbəb oldu - MARAQLI+ VİDEO
15/12/2018 [18:20]:
“Ümid edirik ki, Türkiyə bundan sonra da hərbi təcrübəsini Azərbaycanla bölüşəcək”
15/12/2018 [18:08]:
Mahir Abbaszadə Laçından olan bir qrup seçicini Milli Məclisdə qəbul elədi - FOTOLAR
15/12/2018 [17:50]:
Ankara İraqı xəbərdar etdi: Əməliyyatlar davam etdiriləcək
15/12/2018 [17:49]:
Pişik 15 kilometr yol qət edərək liseyə geri qayıtdı - İNANILMAZ...
15/12/2018 [17:48]:
Avrokomissiya rəhbəri hamını təəccübləndirdi - VİDEO
15/12/2018 [17:32]:
Ermənistanda rus və erməni snayperlərin birgə təlimləri başladı-FOTO
15/12/2018 [17:13]:
Son yüzilliyin ən dəbdə olan qadını müəyyən edildi - SİYAHI...
15/12/2018 [17:11]:
Rusiya Aralıq dənizi hövzəsini təyyarələr və gəmilər üçün bağladı
15/12/2018 [17:09]:
Planetdə ən "xoşbəxt" yer məlum oldu
15/12/2018 [16:59]:
“Facebook” cərimələnə bilər
15/12/2018 [16:46]:
Gürcüstanda 65 yaşlı azərbaycanlı qadın başı kəsilərək qətlə yetirildi
15/12/2018 [16:42]:
Azərbaycan Prezidenti Bəhreyn Kralını təbrik edib
15/12/2018 [16:36]:
Azərbaycan Prezidenti Qazaxıstanın dövlət başçısını təbrik etdi
15/12/2018 [16:35]:
Qəzəbli məhkum zibil vedrəsini hakimin üzərinə atdı - VİDEO
15/12/2018 [16:28]:
Məşhur futbolçu Argentina komandasının baş məşqçisi olacaq
15/12/2018 [16:23]:
“Məktəblərin mühafizəsində qadın polislər də olmalıdır”
15/12/2018 [16:23]:
Prezident İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edildi - SİYAHI
15/12/2018 [16:17]:
Lukaşenko ermənilərə “Polonez” təklif etdi - Bəs nə cavab aldı...
15/12/2018 [16:15]:
Müştərinin yeməyini yeyən kuryer işdən qovuldu
15/12/2018 [16:15]:
AFFA “Neftçi”nin idman direktorunun cəzasını azaltdı
15/12/2018 [16:12]:
Fransada etirazların “beşinci akt”
15/12/2018 [16:12]:
Pentaqon Rusiya ilə danışıqlardan qaçır
15/12/2018 [16:06]:
UNESCO Ümumdünya İrs Komitəsinin sessiyası Bakıda təşkil olunacaq
15/12/2018 [15:56]:
Milli Məclisin 3 komitəsinin səlahiyyəti artırılır
15/12/2018 [15:45]:
“Pirotexniki vasitənin partladılması nəticəsində dörd otaqlı ev yanaraq kül oldu...”
15/12/2018 [15:39]:
Sabunçuda ev yanıb
15/12/2018 [15:35]:
Bakıda II Avrasiya Hüquq Qurultayı keçiriləcək
15/12/2018 [15:14]:
Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək
15/12/2018 [15:12]:
Erməni gənclər əsgər getməmək üçün aksiya keçirdilər - VİDEO
15/12/2018 [15:09]:
Fransada etirazlar yenə başladı, polis gözyaşardıcı qaza əl atdı
15/12/2018 [15:06]:
“Qarabağ” altı milyon manatdan çox qazandı
15/12/2018 [15:04]:
Faiq Ələkbərlinin yeni kitabı işıq üzü gördü - FOTO
15/12/2018 [14:58]:
Qazaxıstan prezidenti Nursultan Nazarbayev 6 azərbaycanlını mükafatlandırdı
15/12/2018 [14:56]:
2018-in səs-küylü hadisələri: Hökumətdə yenilik, enerji qəzası, Gəncə hadisələri, hərbi parad...
15/12/2018 [14:48]:
Arılar da izlənəcək - VİDEO
15/12/2018 [14:42]:
"Azərbaycanlıların etnik təmizləməyə məruz qalması terrorun necə təhlükəli olmasının bariz nümunəsidir"
15/12/2018 [14:32]:
180 ədəd “Metadon” qanunsuz dövriyyədən çıxarıldı
15/12/2018 [14:27]:
Sabahdan güclü külək əsəscək
15/12/2018 [14:21]:
"Bizimlə rəqabət aparan əvvəlcədən fəaliyyətdə olan dəhlizlər var, amma..." - VİDEO
15/12/2018 [14:08]:
Çindən Azərbaycana karqo ilə mal gətirilməsi qaydaları dəyişib
15/12/2018 [14:06]:
Azərbaycana casusluq edən 20 erməni "ilişib" - Ermənistan Xüsusi İstintaq Xidməti...
15/12/2018 [14:04]:
“Arsenal”dan “Qarabağ”la oyundakı insidentlə bağlı açıqlama...
15/12/2018 [14:02]:
Zakir Qaralov Xızıda görüş keçirib
15/12/2018 [14:01]:
Bomba xəbərindən sonra təyyarə təcili eniş etdi
15/12/2018 [13:59]:
Ermənilər Qarabağ təbiətinin səfasını çəkir – 26 çeşid bitkidən ibarət 3 metrlik qutab...
Bütün arxiv bir sırada
22/09/2018 [23:13] - Araşdırma - ( 5205 dəfə baxılıb)

Bağırovun həbsdə dindirilməsi, etirafları, istintaq materialları- Gizli tarix




Moderator.az tanınmış tədqiqatçı Adıgözəl Məmmədovun M.C.Bağırovun gizli məchulları  və onu satan yaxın çevrəsinə gün işığı tutan maraqlı araşdırmasının dərc edirik. Bu geniş araşdırmada təkcə, Bağırov deyil, onun yaxın ətrafı, Stalindən tutmuş, tarix üçün bu gün də müəmma olan başqa şəxslərdən söz açılacaq...

XIV Hissə

   Həbs olunanın istintaq protokolu

SSRİ-nin baş prokuroru, həqiqi dövlət ədliyyə müşaviri Rudenko həbs olunan Bağırov Mir-Cəfər Abbasoviçi 9 aprel 1954-cü il tarixdə SSRİ DİN-in Butırka həbsxanasında dindirdi.
O göstərdi:
SUAL: Siz bolşevik partiyasına nə vaxt daxil oldunuz?
CAVAB: 1917-ci ilin martında Azərbaycan SSR, Quba şəhərində.
SUAL: Partiyaya daxil olmaq üçün ərizə yazmısınız və kim tərəfindən baxılıb?
CAVAB: O vaxt Quba şəhərində partiya təşkilatları yox idi. Penza hərbi drujinasında o vaxt  poçtun, xəzinənin, bankın mühafizəsini aparırdım, mən kənd müəllimlərindən olan üç gizirlə - Zonflebellə, İvanovla, üçüncüsünün familiyası yadımda qalmayıb, yoldaşlıq etdim. Bu şəxslər özlərini sosial-demokrat bolşevik adlandırırdılar, mən onların siyasi görüşlərinə şərik olurdum. Biz onlarla yığışırdıq, məsləhətləşirdik ki, ən kasıb təbəqələrin durumunu necə yaxşı etmək olar, bu təbəqələri şəhərlərdə yaşayan bəylərin, qolçomaqların və başqa kapitalist-mülkədar elementlərin təzyiqındən qurtarmaq üçün yollar axtarırdıq. Partiyaya qəbul ərizəsi mən yazmamışam, bu üç adam məni bolşeviklər partiyasına qəbul etdilər. Əslində bu şəxslər mənim zəmanətçilərim idi.
SUAL: Nə üçün 1920-ci ildə təzədən qeydiyyata düşərkən siz başqa zəmanətçiləri göstərdiniz - Vilkovu, Şarapovu, Narçişaşvilini və Ağayevi?
CAVAB: Mən bu yoldaşları ona görə göstərdim ki, onlar qeydiyyat zamanı mənu tanıyırdılar.
SUAL: İndi siz deyirsiz ki, partiyaya 1917-ci ilin martında  Qubada daxil olmusunuz, ancaq 16 noyabr 1920-ci ildə yenidən qeydiyyat olanda demisiniz ki, siz partiyaya 1918-ci ilin iyununda Bakı şəhərində daxil olmuşam. Siz bu suala cavab verərkən hansı vaxtı düzgün deyirsiniz?
CAVAB: Mən bilmirəm bu necə alındı.
SUAL: Sizə 6 nömrəli xüsusi şöbənin və revtribunalın 1-ci atıcı diviziyasının partiya üzvlərinin 16.XI.1920-ci il tarixdə yenidən qeydiyyatı ilə bağlı ümumi yığıncaq protokolunun surəti təqdim olunur. Siz təsdiq edirsinizmi ki, bu protokolda sizin partiyaya qəbul haqqında ərizəniz “iyun 1918-ci il, Bakı şəhərində” kimi əks olunub?
CAVAB: Bəli, həqiqətən baxdığım protokolun surətində bu belədir. Nə üçün belə oldu, partiyaya daxil olmağımın vaxtı və yeri istintaq zamanı göstərdiyimdən fərqlidir, izah etməyə çətinlik çəkirəm.
SUAL: Siz təsdiq edirsinizmi ki, partiya stajınızı oktyabra qədər əlavə yazmısınız?
CAVAB: Obyektiv bu belə alınır, lakin mənim fikrimdə olmayıb özümə partiya stajı əlavə edim, ona görə ki özümü partiyada III. 1917-ci ildən hesab edirəm.
SUAL: 1917-ci ildə siz Quba qəzası komissarlığında böyük mülkədar, görkəmli müsavat kapitanı Əli bəy Zizinskinin  müavini idiniz, o, quldur dəstəsinin başçısı idi, yerli əhaliyə divan tutmuşdu. Siz bunu təsdiq edirsinizmi?
CAVAB: Bəli, məni yəhudi qəsəbəsində komissar vəzifəsindən üç şəxsin təşəbbüsü ilə, hansılar ki məni partiyaya qəbul etmişdilər, Zizinskinin müavini təyin etdilər. Bu vəzifədə mən sentyabr 1917-ci ilə qədər işlədim, sonra müəllimlik etdim. Mənim vaxtımda bu cür vəhşilik yox idi.
CUAL: Siz 1921-ci ildə partiya məsuliyyətinə cəlb olunmusunuz?
CAVAB: Yox, cəlb olunmamışam. 1922-ci ilin yayında mənə dedilər ki, MK-nın qərarı ilə məni partiyada saxladılar. 1921-ci ildə  partiya məsələmlə əlaqədar məni heç yerə çağırmadılar.
SUAL: Əksinqilabçı, quldur Zizinski qeyri-leqal vəziyyətdə ikən Şamaxıda olarkən əksinqilabçı elementlərlə əlaqə quranda, nə üçün siz Azərbaycan FK sədri  kimi onun həbsinə heç bir tədbir görmədiniz və onu məsuliyyətdən qoruyurdunuz?
CAVAB: Zizinskinin gizlənməsini və antisovet işi aparmağını mən bilmirdim, biz onu axtarırdıq.
SUAL: Siz düzünü demirsiniz. Zizinskinin cinayət işləri barəsində Şamaxı qəzasının Siyasi büro rəisi Krasnov xəbər vermişdi. Siz bunu təsdiq edirsinizmi?
CAVAB: Siyasi büroda - y.Krasnovda belə xəbərlərin olduğu yadımda deyil.
SUAL: Necə oldu ki 1923-cü ildə Zizinski aşkara çıxdı, siz FK rəhbəri kimi bu barədə bilməli idiniz?
CAVAB: Zizinski mənim göstərişimlə aşkarlığa çıxdı, o məqsədlə ki gələcəkdə onu repressiya etmək imkanı olsun.
SUAL: Siz bunu ona görə etmisiniz ki, Zizinski ilə Qubada bir işləmisiniz ?
CAVAB: Xeyr. Buna görə deyil.
SUAL: Siz Zizinskinin şuluqluğunun, vəhşiliklərinin şahidi olmusunuz. Nə üçün  repressiya etmək əvəzinə, onu leqallaşdırırdınız?
CAVAB: Zizinskinin vəhşiliklərini mən həqiqətən bilirdim. Onun repressiya əvəzinə leqallaşması, hesab edirəm, mənim səhvim idi.
SUAL: Sizə keçmiş qərargah rəisi Şukripaşa-Əhməd Bedin tanışdır, onun rəhbərliyilə türk qoşunları Quba şəhərini zəbt etdilər, orada erməni əhalisini qırdılar və Quba revkomunun sədr müavini Məhəmməd Mehdini asdılar?
CAVAB: Əhməd Bedin, o həmçinin Əhməd Triniç idi, mənə 1922-ci ildən tanışdır, mən onunla partiya yığıncaqlarında, konfranslarda görüşmüşəm və onu Azərbaycanın rəhbər işçilərindən biri kimi tanıyıram. 1920-ci ildə Bakıda şayiələr gəzirdi ki, guya Bedin-Triniç türklərlə bir yerdə vəhşiliklər edib, lakin bu məsələdə aydınlıq yox idi.
SUAL: Siz yenə düzünü demirsiniz. Bedin-Triniçin keçmişi haqqında yoxlanmış xəbəri siz kəşfiyyat xəttilə Əfəndiyevdən, partiya xəttilə Qulam Məmmədovdan, Bulqeyis Məmmədovadan və b. almışdınız. Siz bunu təsdiq edirsinizmi?
CAVAB: Bəli, təsdiq edirəm. Təxminən 1937-ci ilə qədər, bizdə Triniç barədə fəal işləmə yox idi, ona görə onun cinayətləri haqqında məlumatlar bir-birinə zidd idi.
SUAL: Nə üçün Triniç kimi böyük kəşfiyyatçı uzun müddət öz cinayətlərinə görə məsuliyyətdən sizin tərəfinizdən qorunurdu?
CAVAB: Mən artıq göstərdim ki, onun cinayətı barəsində bir-birinə zidd xəbərlər var idi. Həqiqətdə 1933-cü ildə onun haqqında Baba Əliyev ərizə yazmışdı, lakin ondan sonra bəziləri onu təmizə çıxartdılar, başqaları isə ittiham edirdilər, başa düşmək çətin olurdu. Mən Triniçi müdafiə etmirdim.
SUAL: Siz təsdiq etdiniz ki, həbsə qədər Beriyanın ən yaxın adamı idiniz. Siz təsdiq edirsinizmi ki, onu həmişə dəstəkləmisiniz, bəd əməllərini ört-basdır etmisiniz?
CAVAB: Bəli, mən onunla dostluq edirdim.
SUAL: 1921-ci ilin martında kommunist Şəmsov sizi kobudluqda, lovğalıqda ittiham etdi və tələb etdi ki, siz qanuna riayət edəsiniz. Bunun cavabında Beriya öz çıxışında bəyan etmişdi: «Bağırov yeganə insandır ki, ən yaxşı yoldaşlardandır, məsul vəzifə tutaraq heç bir qruplaşmaya qoşulmadı». Bu, Beriya tərəfindən müdafiə idi?
CAVAB: Bəli, bu onun müdafiəsi idi.
SUAL: Həmin iclasda iştirak edənlərə Beriyanın amoral hərəkəti sübut olundu. Siz çıxış etdiniz və dediniz: «...Beriya tənbəllərə qarşı tələbkardır, bu yoldaşlar ondan qisas almaq üçün qəsdən təmizləmə oynayırlar..». .
Nə üçün siz Beriyanı  müdafiə etdiniz, o, onu ittiham edən şəxsləri pisləmirdi?
CAVAB: Bəli, mən onun müdafiə edirdim.
SUAL: Siz təsdiq edirsinizmi Nodevi ona görə cəzalandırdınız ki, o, Beriya haqqında çekist kimi pis danışdı?
CAVAB: Bəli, təsdiq edirəm.
SUAL: Beriyanın Gürcüstan BSİ-də işləməsi üçün kim zəmanət vermişdi?
CAVAB: Mən doğrudan da Beriya haqqında yaxşı xasiyyətnamə vermişdim.
SUAL: Beriyanı Bakıdan Gürcüstana başqa işə keçirmək nə ilə əlaqədardı?
CAVAB: Onu oraya ona görə götürdülər ki, o, gürcü idi.
SUAL: Siz düz danışmırsınız. Sizə məlum idi ki, Beriyanı işdən çıxartmış və ona FK orqanlarında işləməyi qadağan etmişdilər və o, partiya töhməti almışdı.
Düzgün cavab verin, nə üçün partiya qərarına riayət etməyərək  siz Beriyaya Gürcüstan FK-ya keçmək üçün kömək etdiniz?
CAVAB: O vaxt partiyanın belə qərarından xəbərim yox idi və mənə Beriya bu haqda bir söz demədi.
SUAL: 1929-cu ildə Azərbaycan BSİ-nin sədri vəzifəsinə qayıtmağa sizə kim kömək etdi?
CAVAB: Beriya.
SUAL: Deməli, siz bir-birinizə kömək edirdiniz və  bir-birinizi irəli çəkirdiniz?
CAVAB: Obyektiv bu belə olur.
SUAL : Beləliklə, sizin Beriya ilə sıx şəxsi əlaqələriniz 1920-ci ildən yaranmışdır?
CAVAB: Bəli. Daha doğrusu, 1921-ci ilin fevralından.
SUAL: Beriyanın müsavatın kəşfiyyatındakı xidmətindən sizin xəbəriniz var idi, bu barədə nə vaxt və hansı şəraitdə öyrənə bildiniz?
CAVAB: Bəli, bilirdim. Bu barədə mənə Beriya özü danışıb, ertəsi günü 1921-ci il fevral ayında Azərbaycan FK-ya işə gələndə, o, SOÇ rəisi və mənim müavinim idi. Mənə danışırdı ki, bu kəşfiyyatda o, partiyanın tapşırığı ilə işləyirdi. Partiyanın və Sovet dövlətinin yanında mənim ən böyük səhvim ondan ibarətdir ki, mən Beriyanın sözünə inandım  və onun məlumatını həbsinə qədər heç yerdə yoxlamadım. Burdan, doğrusu, əgər belə demək olarsa, Beriya ilə mənim  dönüklük  tarixçəm başlayır.
SUAL: Beriya söz vermişdi ki, sizi Moskvaya gətirəcək?
CAVAB: Bu heç vaxt olmayıb.
SUAL: Siz düzünü demirsiniz. Beriyanın keçmiş mühafizə rəisi Sarkisov göstərdi:    «Təxminən 1947-1948-ci illərdə Beriya maşında Bağırovla bir gedirdilər və ona o belə dedi: «Gözlə, biz səni də tezliklə Moskvaya  gətirərik». Bu vaxt mən maşında idim».
Siz Sarkisovun ifadəsini təsdiqləyirsiniz?
CAVAB: Ola bilsin belə söhdət olsun, lakin mən onu xatırlamıram.
SUAL: Siz bilirdiniz ki Beriya Serqo Orconikidzeyə münasibətdə qəzəbli intriqa ilə mübarizə aparır?
CAVAB: Bəli, bilirdim ki, Beriya şərəfsiz və  alçaqcasına Serqo Orconikidzeyə münasibət bəsləyirdi.
SUAL: Siz dediniz ki Serqo Orconikidze ən yaxşı  rəhbərlərdən idi, onun sizə qarşı ürəkdən səmimi və doğma münasibəti var idi. Nə üçün siz bir iş görmədiniz ki, Beriyanın namərdliyini və alçaqlığını ifşa edəsiniz, axı o, Serqo Orconikidzeni təqib edirdi?
CAVAB: Vicdanla deyirəm ki, məndə buna cəsarət çatmadı.
SUAL: Bəs siz özünüz Beriya kimi Serqo  Orconikidzeyə qarşı intriqa mübarizəsini aparırdınız?
CAVAB: Yox, belə ittihamı mən qətiyyətlə inkar edirəm, mənim tərəfimdən Serqo Oconikidzeyə qarşı heç bir kin, ədavət olmayıb.
SUAL: Sizi Azərbaycan KP katibi vəzifəsinə irəli çəkəndə Serqo Orconikidze neçə yanaşdı?
CAVAB: Mənim irəli çəkilməyimə o, mənfi münasibət bəslədi, hesab edirdi ki mən partiya rəhbərliyinə layiq deyiləm. Lakin onun belə fikri məni incitmədi və Serqoya qarşı  fikir yaratmadı.
SUAL: Siz Azərbaycan KP MK katibi olarkən insanların həbslərində və dindirmələrdə şəxsən iştirak etmisinizmi?
CAVAB: İnsanların həbsləri üçün əsaslar olanda, mən elə göstərişlər verirdim, bir neçə nəfər həbsdən sonra mənim iştirakımla dindirildi. İndi çətinlik çəkirəm, ona görə də xatırlamıram belə hadisələrin hamısını.
SUAL: Siz həbs olunanları döyürdünüz?
CAVAB: Şəxsən mən həbsdə olanlarını döyməmişəm, bu barədə kiməsə göstəriş vermişəm – yadımda deyil.
SUAL: Azərbaycanda, belə desək, Beriyaya və sizə qarşı terror aktları üzrə neçə iş yaradılmışdır?
CAVAB: Mənə məlum olanı belə 16 -17 iş.
SUAL: Bu işlər üzrə nə qədər insan güllələndi?
CAVAB: Deyə bilmərəm, ona görə ki yadımda qalmayıb, bu cür hallarda adətən güllələyirdilər.
SUAL: Siz ciddi inanırdınız ki, sizə qarşı terror aktları hazıırlayırdılar?
CAVAB: Yox. İnanmırdım.
SUAL: Onda nə üçün siz imkan yaradırdınız ki, belə uydurma terror aktlarının hazırlanması ilə əlqəli   “işlər” yaransın, insanlar güllələnsin?
CAVAB: Əgər belə “işlər” süni yaranırdısa, kimlər ki bu işlə məşğul olubsa, bu, ən böyük əclaflıqdır. Ayrı işlər haqqında mənə məruzə edirdilər, ancaq mən onların dərinliyinə xüsusi diqqət vermirdim və sayını bu ilin martına kimi  dəqiq bilmirdim.
SUAL: Belə olduqda siz hesab edirsiniz ki, bu cür işlərin yaranması düşmənin işi ola bilər?
CAVAB: Bəli, bu, əclaf düşmənin işidir.

İfadə mənim sözlərimdən düz yazılıb və mənim tərəfimdən oxunuldu. 
Bağırov
MODERATOR.AZ


Budları ilə yatak və stul qırdı - İNANILMAZ....
Oyuncaq yaxalama videosu izləyicilərdə şok yaratdı - VİDEO
Kitab oğurlayan it sosial mediada marağa səbəb oldu - MARAQLI+ VİDEO
"Türk kimi doğulsalar da amerikalı kimi böyüdülər, elə düşünməyin ki, günahkar mənəm..."
İnsanda paralel aləmə çıxış nöqtələri var – ELMİ-LƏDUN
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Ədəbiyyat
“Ağstafadakı evinin muzey olmasını istəyirdi, bu, vəsiyyəti idi” – İsa Muğannanın qızı
Dünya
“Ümid edirik ki, Türkiyə bundan sonra da hərbi təcrübəsini Azərbaycanla bölüşəcək”
Dünya
Pişik 15 kilometr yol qət edərək liseyə geri qayıtdı - İNANILMAZ...
Dünya
Son yüzilliyin ən dəbdə olan qadını müəyyən edildi - SİYAHI...
Cəmiyyət
Planetdə ən "xoşbəxt" yer məlum oldu
Müasir Ədliyyə
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
Qazax və Ağstafada döyüş postlarının DSX-ya təhvil verilməsi nə ilə bağlıdır?
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
"Mübarizlə qeyri-bərabər döyüşdə düşmən 12 itki verir, 17-si ağır yaralanır..."
İranda Ayaz Mütəllibovun ata Buşa tarixi etirazından bəhs edildi - Qarabağa görə...
"Lotu Quli"nin azadlığa çıxdığı anın görüntüləri yayıldı - VİDEO
Kremlin Silah palatasında erməni fahişəliyin sübutu olan unikal eksponat... - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə