Yalnızlıq qorxusu...
Oxunub: 1169
24 Sep 2018 | 11:21
Yalnızlıq qorxusu...
Bəzi insanlar var yalnızlığı çox sevərlər, yalnız qalmaqdan zövq alarlar... Yalnızlıqda xəyala dalar, düşünərlər; bəzən qərar verər, bəzən də qərar dəyişdirərlər… Yalnızlıq sakitləşdirər onları... Ruhlarını qidalandırar, rahatlaşdırar... 

O, isə təkliyi sevməyənlərdən idi. Heç sevməzdi tək qalmağı, qorxardı yalnızlıqdan… Hətta olqun insan olanda belə eyni hissləri yaşayırdı yalnızlığında. Ona qəribə gələn o idi ki, bacı və qardaşı da onunla eyni hissləri yaşayırdılar. Uzun zaman bunun səbəbini arasa da, niyə belə olduğunu başa düşməyə çalışsa da aylarla, illərlə anlaya bilməmişdi. Ancaq zamanla – olqunlaşdıqca və mütaliə etdikcə səbəbini anlamağa başlamışdı niyə yalnızlığı sevmədkilərini bacı və qardaşı ilə… 

Bütün klassik ailələrdə böyüyən uşaqlar evdə ata-analarını, nənə-babalarını görməyi sevərlər və bundan xoşbəxtlik hissi duyarlar. Bu cür ailələrdə baba ya nənənin ikisi olmasa da ikisindən biri mütləq olar və ya bibi(lər), əmi(lər), əmilərin xanımları, onların övladları və başqaları olar. Bəzi ailələrdə isə bunlar olmasa da ata və ana olar və ən azından uşaqlar məktəbdən evə gələndə ata və analarını görər, üstlərinə atlanar, “ata, məni göyə qaldır!” ya da “anacan, məni qucaqla!” deyər… Bəzən uşaqlar dərsdən gələndə atalar evdə olmasalar da anaları evdə olar, övlad/larını qarşılayar. Axşam süfrəsində hamı bərabər olar… Amma elə ailələr də var ki, orda atalar olmaz… Axşamlar da gəlməz atalar... Analar tək böyüdər övlad(lar)ını. Uşaq dərsdən gələndə anasını görər, ürəklənər, qaçar üstünə və körpə əlləri ilə anasına sarılar, həsrət gidərər, atasının iyini də anasından alar… 

Onun həyatında bu sadalananların heç biri yox idi… Heç biri! Hə, anası vardı! Amma o, bacı və qardaşı kimi anasının üzünə də həsrət qalardı… Səhər dərsə gedəndə şirin çayla şor və yağ çəkilmiş (o da olanda) çörəkdən dişləyərək anasının kasıbçılıqdan, övladlarına “nə tapıb yedizdirim?!” düşünməkdən birtəhər olmuş qüssəli üzünə həsrətlə baxar, “kaş qayıdanda da anam evdə olaydı və beləcə bacı-qardaşımla qabağımıza yemək qoyaydı!” deyə düşünərdi… Amma bilirdi! Bilirdi ki, qayıdanda analarını evdə görməyəcək/lər. Cünki müəllim olan anasi da onlarla bərabər məktəbə gedəcək və onlardan tez də qayidib tütün sahəsinə gedəcəkdi. Orda işləyəcəkdi ta hava qaralana qədər. Hava qaralanda isə yorğun-arğın evə tələsəcəkdi – körpə üç balasının yanına. Anası tütün sahəsindən əlləri qapqara qır evə gələnə qədər onlar üçü də qorxudan titrəyəcəkdilər. O, dərs oxumağa çalışsa da konsentrə ola bilməyəcəkdi.. Ondan kiçik qardaşını və hələ körpə olan bacısına dəstək olmağa çalışacaqdı… 

Evləri daşdan hörüldüyü üçün hər zaman (yaz, yay, payız, qış) soyuq olardi. Demək olar ki, evlərində heç zaman hazır yeməkləri olmazdı… Onlar üçü də bu böyük evdən üşürgələndirdilər. Niyə?! Səbəbini bilmirdilər, amma bu evi sevdikləri qədər də qorxurdular… Anaları tütün sahəsində işləyəndə və onlar üçü də evdə tək qalanda hər tıqqıltı səsi gələndə onlar ölümü görüb qayıdırdılar. Kiçik ürəkləri qorxudan çırpınırdı... Sakit otaqda üçü də bir-birinin ürək döyüntüsünü duyurdular… O, isə böyük kimi bacı-qardaşına məsuliyyət daşıyaraq onları sakitləşdirməyə çalışsa da qorxunu onlardan daha çox hiss edirdi… Balacalar onu yanlarında görüb ürəklənirdilər, o da böyük kimi məsuliyyətini anlayır, ancaq körpə ürəyi qorxudan tir-tir tirəyirdi. Çöldə hər xışıltı səsi, hər qapı döyülməsi onun ürəyini ağzına gətirirdi… Evlərinın bir tərəfi dağ çayı, digər tərəfi maşın yolu, digər iki tərəfi isə qonşular idi. Amma hər iki qonşunun evi o qədər uzaqda idi ki, nəsə olub qışqırsaydılar belə onların səsini duyan olmayacaqdı... Həyətlərinin qırağı yaxşı bağlanmamışdı. Sökük, köhnə çəpərdən adam da heyvan da rahat keçib həyətə girə bilərdi. Bir tappıltı səsi gələn kimi üçü də qorxudan böyümüş gözləri ilə bir-birinə baxır, bir-birinə sığınırdılar. Bir də baxırdılar ayın pəncərəyə düşən işığında ya inək keçdi pəncərərənin önündən ya da it hürərək qaçdı. Amma qoxurlaının səbəbləri heyvanlar deyildi! Dəfələrlə həyətdə öskürək, addım səsləri eşitmişdilər. Sanki onları qorxutmaqdan zövq alırdilar bəziləri. Kənddə o qədər vicdansız vardı ki… 

Beləcə, qorxudan titrəyə-titrəyə analarını gözləyərdilər, üçünün də gözlərindən yaş damcılayardı yanaqlarına. Beləcə illər keçmişdi… Və zamanla nifrət yaranmışdı onlarda təkliyə, yalnızlığa qarşı... Onun işə 10 yaşı olsa da 70 yaşı dərdli insan sanardı özünü… Özündən başqa həm də bacısına və qardaşına dəstək olmalı idi o. Köməksiz, dəstəksiz, yiyəsiz…“Yalnızlıq, sən niyə bu qədər qəddarsan?!” deyə düşünürdu... Birdən anasının həyətdə səsi gələrdi. Onda bütün dünya onlara hədiyyə olardı. Üçü də yerindən qalxaraq qapiya qaçar və qapının arxasındakı uzun dəmiri qaldıraraq açardılar. Qapının arxasındakı bu uzun dəmir onların qılınc qarşısında duran “qalxanı” idi sanki. Qapının arxasında bu dəmir var olduqca onlar özlərini az da olsa təhlükəsizlikdə sanırdılar. Dəmiri qaldıran kimi analari içəri daxil olardı. O, içəri girən kimi üçü də gözləri yaşlı analarının köhnə, tozlu-topaqlı paltarının ətəyindən qucaqlayardılar. Anaları tütün sahəsində işləməkdən suluqlamış və sonradan qup-quru qurumuş və cadar-cadar olmuş əlləri ilə onların başını sığallayar, üzlərinə sürtərdi. Əlinin cadarları üzlərini cırsa belə bundan çox böyük xoşbəxtlik hissi duyardılar…

Analarının onlarla keçirməyə vaxtı olmazdı və onun qabar-qabar olmuş əlləri balalarının başını, üzünü hər an, hər dəqiqə siğallamaq istəsə də buna vaxtı olmazdı. Onlar da digər uşaqlar kimi bu sığalı, bu nəvazişi hər an görmək istəsələr də bu sığala, bu qayğıya həsrət idilər… Çünki analarının onlarla keçirtməyə zamanı yox idi. Övladlarına həm ata, həm də ana olan bu gənc qadın onlar ac qalmasın deyə 24 saatın 17-18 saatını işləyirdi: günün birinci yarısını məktəbdə, ikinci yarısını da tütün sahəsində. Uzlərini cızsa belə analarının kişi əllərinə bənzəyən əllərini başlarını sığallamasını, üzlərini oxşaması onlara xoşbəxtlik bəxş edirdi. Onlar üçü də haqqları olan nəvazişi istəyirdilər. Ancaq… Ancaq anaları onlara zaman ayırmırdı, ayıra bilmirdi! O, övladlarına ya sevgi verəcəkdi, həmişə yanlarında olacaqdı, amma yarı ac qalacaqdılar, məktəbə yeni təhsil ilində təzə paltar geyməyəcəkdilər, ya da nəvazişləri və sevgiləri olmayacaqdı, yalnız qalacaqdılar, qorxacaqdılar yalnızlıqdan, səssizlikdən, amma əvəzində yeməkləri olacaqdı; hər gün məktəbdə xərcləməyə pulları olacaqdı və onlar da digər yaşıdları kimi məktəbə təzə paltarla gedəcəkdilər; hər həftənin şənbə günü kənd klubuna gələn filmə baxmağa gedə biləcəkdilər… 

Anası övldalarının ağlamaqdan üzlərində ciğır əmələ gəlmiş üzlərinə baxar, onların nəvaziş və qayğı istəyən gözlərindən utanardı… Onlar da analarının yorğunluq və məzlumluq yağan üzündən və gözlərindən, övladları ac və paltarsız qalmasın deyə çıxış yolu axtaran, çıxış yolu tapmadığı üçün özünü bədbəxt sanan bu insandan nəvaziş istəyirdilər… Haqqları olan nəvazışı… Amma nəvaziş yox idi, əvəzində isə sonsuz bir yalnızlıq vardı… Bitib-tukənməyən, illərin yalnızlığı…

Mehriban Nəsibova
Oxşar xəbərlər
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:30
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
24 Apr 2024 | 19:24
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
24 Apr 2024 | 19:21
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Apr 2024 | 19:19
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
24 Apr 2024 | 19:17
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:09
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
24 Apr 2024 | 18:58
Krım körpüsü bağlanıb
24 Apr 2024 | 18:54
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
24 Apr 2024 | 18:48
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
24 Apr 2024 | 18:42
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 18:33
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Apr 2024 | 18:28
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
24 Apr 2024 | 18:20
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
24 Apr 2024 | 18:15
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
24 Apr 2024 | 18:11
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
24 Apr 2024 | 18:02
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 17:58
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:55
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 17:52
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 17:44
BDU-da Karyera Festivalı keçiriləcək
24 Apr 2024 | 17:40
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
24 Apr 2024 | 17:36
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
24 Apr 2024 | 17:33
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
24 Apr 2024 | 17:30
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
24 Apr 2024 | 17:27
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
24 Apr 2024 | 17:24
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:19
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
24 Apr 2024 | 17:18
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
24 Apr 2024 | 17:16
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
24 Apr 2024 | 17:12
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
24 Apr 2024 | 17:10
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
24 Apr 2024 | 17:08
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
24 Apr 2024 | 17:04
Büdcəyə yenidən baxılacaq? - FOTO
24 Apr 2024 | 17:00
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
24 Apr 2024 | 16:56
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
24 Apr 2024 | 16:52
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
24 Apr 2024 | 16:50
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
24 Apr 2024 | 16:48
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
24 Apr 2024 | 16:46
Bakıda 15 yaşlı oğlan həmyaşıdını niyə öldürmək istəyib? - TƏFƏRRÜAT
24 Apr 2024 | 16:44
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub - FOTO
24 Apr 2024 | 16:40
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək
24 Apr 2024 | 16:37
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
24 Apr 2024 | 16:36
ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib
GÜNLÜK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb
HƏFTƏLİK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb