“Andropov əllərimin arasında öldü...” – Kremlin baş həkimi, sirr xəzinəsi, akademik Çazov
Oxunub: 1633
24 Sep 2018 | 11:28
“Andropov əllərimin arasında öldü...” –  Kremlin baş həkimi, sirr xəzinəsi, akademik Çazov
O, Kremlin dəhlizlərində ərklə gəzməyi, istədiyi qapını şəstlə açmağı bacaran şəxslərdən biri olub. Müasirlərinin söylədiklərinə görə, onun siyasi fəaliyyəti həkimlik fəaliyyətindən daha çox olub. Yeri gələndə kadr siyasəti ilə bağlı son qərarlar verilərkən onun fikirləri də vacib sayılıb. Ancaq özü bunları təkzib edir.

89 yaşı var. Sağlamlığında problemlər yetərincədir. Amma yaddaşı ilə bağlı hər şey qaydasındadır. Kremldə baş verən hadisələri son incəliklərinə qədər xatırlayır...

Uzun illər Kremlin baş həkimi olmuş məşhur kardioloq, akademik Yevgeni Çazov SSRİ-nin siyasi elitasının səhhəti ilə məşğul olub. Əslində “Kremlin baş həkimi” vəzifəsi mövcud olmayıb. SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsi birbaşa partiya rəhbərlərinin sağlamlığına cavabdeh olduğundan həmin idarənin rəisi Kremlin baş həkimi kimi tanınıb. Elə bu idarəni Brejnevin göstərişi ilə ilk yaradan da Yevgeni Çazov olub.


Bu idarə təkcə dövlət məmurlarına deyil, tanınmış mədəniyyət, incəsənət nümayəndələrinə, elm xadimlərinə, ölkənin inkişafına xüsusi töhfələr verən insanlara da xidmət edib. 1967-ci ildən 1986-cı ilə qədər Çazov bu idarəyə rəhbərlik edib.
Ancaq həmin dövrdə Çazovun üzərinə düşən ən böyük məsuliyyət Brejnevin səhhətinə cavabdehliyi olub. Baş katibin şəxsi həkimi olmaq, sözsüz ki, gərgin elmi-praktiki fəaliyyətlə yanaşı, həm də psixoloji və yeri gəldikcə siyasi manevrlər etmək bacarığı tələb edib. Leonid İliçin səhhətində baş verən ən adi dəyişiklik olduqda belə, Çazovdan hesabat tələb olunub.

Akademikin fəaliyyəti bununla yekunlaşmayıb, o, Siyasi Büronun digər üzvlərinin sağlamlıq durumunu da nəzarətdə saxlayıb.

89 yaşlı kardioloq öz xatirələrində həmin illərin gərgin iş rejimindən söhbət açıb:


“O illər olduqca gərgin iş rejimində çalışırdım. Üstəlik, kənar təzyiqlər də olurdu. Bəzən mənim hansısa bir xüsusi orqana xidmət etdiyimi də deyirdilər. Hətta belə söhbətlər də gəzirdi ki, guya mən “KQB”-yə xidmət edirəm. Mən heç vaxt bu quruma xidmət etməmişəm. Bütün bunlar boş şayiələr idi. Mən sadəcə öz həkimlik fəaliyyətimlə məşğul olurdum. Siyasi Büronun üzvlərinin çoxu yaşlı insanlar idi. Onların səhhətində yaranan problemlər təkcə yaşları ilə bağlı deyildi. Uzun illər partiya işində çalışan bu siyasətçilər pillə-pillə vəzifələrə yüksəlmişdilər. Bir çoxları müharibəni görmüşdü və təbii ki, bu da onların sağlamlıqlarında mənfi izlər buraxmışdı. Səhiyyə Nazirliyində yaratdığımız 4-cü idarə olduqca məhsuldar fəaliyyət göstərirdi. Digər xarici ölkələrdən bu təcrübəmizi götürmək istəyənlər çox idi. Vaxtlı-vaxtında pofilaktik və diaqnostika tədbirləri həyata keçirilirdi. Brejnev idarənin işindən razı idi. Bu razılığa görə də 1975-ci ildə dövlət mükafatına layiq görülmüşdüm. Leonid İliçin şəxsi həkimi kimi onun səhhətini daima nəzarətdə saxlayırdım. Necə deyərlər, Brejnev harada, mən də orada olmalıydım. Bütün vasitələrlə onun sağlamlığında yaranan problemləri aradan qaldırmağa çalışırdıq. Brejnev daha çox stomatoloji problemlərdən əziyyət çəkirdi. Həmin dövrdə səhiyyənin bu sahəsi Almaniyada daha çox inkişaf etmişdi. Buna görə də mən Almaniyadan üç nəfər yüksək ixtisaslı mütəxəssisləri Moskvaya dəvət etmişdim. Onlar yerli həmkarları ilə mütəmadi olaraq baş katibin bu problemi ilə məşğul olurdular. Brejnev yaşlaşdıqca səhhətində problemlər də artırdı.

Bir gün Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropov məni yanına çağırdı. Onunla münasibətlərim dostluq səviyyəsində idi. Mənə qarşı çox isti münasibət bəsləyirdi. Kabinetində görüşdük. Qısa söhbətdən sonra mənə tapşırıq verdi ki, xarici ölkələrdə yeni tibbi texnologiyalar, yeni dərman pereparatları haqqında ona müntəzəm məlumatlar verim. Bu mənim üçün çox da çətin tapşırıq deyildi. Çünki həmin vaxtlar xarici ölkələrdəki həmkarlarımla sıx əlaqələrim var idi. Onlarla tez-tez fikir və təcrübə mübadiləsi aparırdıq. Həmin ərəfədə amerikalı həmkarlarımdan biri mənə məlumat vermişdi ki, öz ölkələrinin institutlarının birində yeni preparat hazırlanıb. Bu preparat insanın fəallığını, iş qabiliyyətini artırır. Yəni orqanizmə əlavə enerji verir. Həmkarım onu da mənə demişdi ki, bu preparatın hazırlanması hələ sirr olaraq saxlanılır və bu haqda heç kimə demək lazım deyil. Ancaq mən bu sirri Andropova açdım. “KQB” rəhbəri həmin andaca öz qərarını verdi və bildirdi ki, Brejnev günü-gündən zəifləyir, həmin dərmanı biz təcili əldə etməliyik. Çox qısa müddətdən sonra biz həmin preparatın əldə edilməsinə nail olduq. Ən başlıcası isə Leonid İliç həmin dərmanı qəbul etdikdən sonra özünü çox gümrah və enerjili hiss edirdi. İnanın ki, Baş katibin yerişində yeni bir sürət var idi. Andropovla aramızdakı dərman preparatı söhbəti təkcə Brejnevlə yekunlaşmadı. Andropov dəlicəsinə futbol azarkeşi idi. “Dinamo” komandasına azarkeşlik edirdi. Komanda hər dəfə məğlub olanda ona çox pis təsir edirdi. “Dinamo”nun növbəti məğlubiyyətlərinin birində məni çağırıb dedi: “Yevgeni İvanoviç, mənim bu məğlubiyyətləri seyr etməyə daha gücüm yoxdur. Komandanın məşqçisini göndərəcəm yanınıza, həmin preparatlardan onlara verin və qəbul qaydalarını başa salın”. Mən onun xahişini yerinə yetirdim.


Andropovun səhhətində də hər şey qaydasında deyildi. O, xüsusilə böyrəklərindən əziyyət çəkirdi. Mən öz növbəmdə çalışırdım ki, bu problemlər aradan qalxsın. Həkimlər fərdi şəkildə onun müalicəsi ilə məşğul olurdular. Həftədə ən azı iki dəfə mən onunla görüşürdüm. Onda olan xəstəliklə hələ uzun illər yaşamaq olardı. Andropovun ölümü ilə yayılan müxtəlif söz-söhbətlərə gəlincə, mən həkim kimi qeyd edirəm ki, bunlar boş söhbətlərdir. Andropovun ölümünü sürətləndirən öz günahı, sağlamlığına qarşı məsuliyyətsizliyi olub. 1983-cü ildə artıq baş katib vəzifəsində olarkən Andropov məzuniyyətini Krımda keçirməyi qərara almışdı. Mən onda Almaniyada xidməti ezamiyyətdəydim. Krımda olarkən Andropov dağları gəzməyə çıxıb, bir az iqlim dəyişikliyi, bir az havanın nisbətən soyuq olması, digər tərəfdən də gəzintidən sonra daşların üzərində əyləşmək Andropovun böyrək problemlərini kəskinləşdirib. Təcili onu istirahət evinə gətiriblər və Moskvaya xəbər veriblər. Həmin andaca Ustinov mənə zəng vurdu və bildirdi ki, artıq 40 dəqiqədən sonra təyyarə Almaniyada məni gözləyəcək, təcili gəl. Ustinovla Andropov həmkar olmaqla yanaşı, həm də yaxın dost idilər. Mən birbaşa Krıma uçdum. Andropovun vəziyyəti ağır idi. Biz onu Moskvaya xəstəxanaya çatdırdıq. Ancaq gec idi. O mənim əllərimin arasında öldü, çox sakit və səssiz-küysüz. Yalnız bir cümlə dedi: “Yevgeni İvanoviç, bağışlayın, mən həkimə qulaq asan xəstə olmadım”.
Akademik Çazov SSRİ rəhbərlərinin arasında çox hadisələrin şahidi olub. Tanınmış kardioloq öz xatirələrində həmin məqamlara da toxunub:

“Brejnevin sağlamlıq durumu kəskinləşəndə mən bu haqda ilk olaraq Andropova məlumat verdim. Andropov xahiş etdi ki, Suslova təcili məruzə edim. Suslov məni dinlədikdən sonra dedi ki, mən bu məsələlərə qarışmıram. Gələcək baş katib məsələsini mən tək həll etmirəm. Bu ümumi şəkildə həll olunmalıdır. Təbii ki, mən siyasətçi olmadığıma görə, müdaxilə etmirdim. Məsələ çox tezliklə həll olundu. Brejnevin ölümündən sonra Andropov ölkənin yeni rəhbəri oldu. Andropov Brejnevdən fərqli olaraq çox sadə həyat tərzi sürürdü. Brejnev mükafat, ailəsi isə brilyant həvəskarı idi. Andropovun kabineti isə mənim kabinetimdə bəlkə də üç dəfə kiçik idi. Həmçinin mənzili də. O bütün həyatını işə bağlamışdı. Səhər 9-da gəlirdi, axşam 11-də işdən çıxırdı. Belə iş saatı istirahət günləri də davam edirdi. Çox təsirli lirik şeirlər yazırdı. Mən deyərdim ki, o, vətəninin əsl əsgəri idi. Andropov hakimiyyəti davam etsəydi, siyasi hadisələr istiqamətini başqa səmtə yönəldəcəkdi. Ən əsası isə Qorbaçov Kremlin birinci kürsüsünə sahib olmayacaqdı.


Qorbaçovla mənim aramda vaxtilə hələ o, Stavropolda işləyən dövrlərdən dostluq münasibətləri olub. Bu münasibət uzun illər davam edib. Mən onun hakimiyyəti dövründə səhiyyə naziri təyin olunmuşam. Bir dəfə televiziya kanallarının birində kiçik bir tənqidi fikir söyləmişdim. Səhərisi günü Qorbaçov özü mənə zəng vurub incikliyini bildirdi. Mən isə elə telefonda onu hara lazımdırsa, ora göndərdim. Həmin gündən biz düşmən kimiyik. Mən onu çox məsələlərdə günahlandırıram və onun haqqında hər şeyi bilirəm.

Akademik Yevgeni Çazov jurnalistlərlə müsahibələrinin birində bildirib ki, növbəti xatirələr kitabında Mixail Qorbaçov haqqında bildiyi son hərfi də işıqlandıracaq.(musavat.com)
Oxşar xəbərlər
19:22, Bu gün
"Rusiya yenidən Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək" - Sırski
19:19, Bu gün
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
19:13, Bu gün
Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi baş tutdu
19:00, Bu gün
Sakinlər Cəlilabadın kəndini niyə tərk edirlər? - VİDEO
18:50, Bu gün
Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb
18:45, Bu gün
“Qarabağ” mövsümün sonuna qədər “Azərsun Arena”ya qayıtmayacaq
18:40, Bu gün
️Tacikistanda Novruz bayramında terror aktları planlaşdıran 15 nəfər həbs edilib
18:35, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevə zəng edib
18:30, Bu gün
BDU-da Respublika elmi konfransı: “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” - FOTO
18:26, Bu gün
Ləzgi xalqının tarixində böyük xidmətləri olan XANIM...
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:08, Bu gün
Paşinyanın etirafı: “Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir” - ŞƏRH + FOTO
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi