Xəbər lenti
19/05/2019 [10:23]:
"Belələri nəinki Allahın, elə Kantın və ya Nyutonun qarşısında da ciddi görünmürlər..."
19/05/2019 [10:13]:
Türkiyədə hərbi xidmət müddəti azaldılacaq
19/05/2019 [10:11]:
Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək
19/05/2019 [10:09]:
Bu gün 35422 abituriyent II və III qruplara qəbul imtahanı verəcək
19/05/2019 [10:07]:
“Boeing” səhvini düzəltdi
19/05/2019 [10:05]:
Səudiyyə kralı Ərəbistan liderlərini təcili yığır
19/05/2019 [10:03]:
Türkiyə və Rusiya birgə S-500 istehsal edəcəklər
19/05/2019 [09:59]:
Azərbaycana “Avroviziya – 2019”da maksimal və minimal xal verən ölkələr
19/05/2019 [09:54]:
27-ci dəfə Laçında ermənilərin  yallı getməsinə dözdük-Axı biz tolerantıq…- FOTOLAR
19/05/2019 [09:50]:
“Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO
18/05/2019 [23:53]:
FHN-in Yanğından Mühafizə Qərargahının rəisi: "Yanğın zamanı geyim malları yanıb" - FOTO - MÜSAHİBƏ
18/05/2019 [23:47]:
İndi bunun nə yeri, nə də zamanıdır...
18/05/2019 [23:29]:
Ananın diri-diri basdırdığı uşağı it tapıb xilas etdi
18/05/2019 [22:50]:
İftardan qalan yeməkləri imsakda yeyənlərə CİDDİ XƏBƏRDARLIQ...
18/05/2019 [22:45]:
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
18/05/2019 [22:35]:
“Bavariya” ardıcıl yeddinci dəfə çempion oldu
18/05/2019 [22:32]:
Tovuzda avtomobil uşağı vurub öldürdü
18/05/2019 [22:31]:
“Eurovision”da qalmaqal
18/05/2019 [22:30]:
Uşağı üçün bilet vermək istəyən konduktoru avtobusdan aşağı atdı - VİDEO
18/05/2019 [22:00]:
Sevdiyi qadını xilas etmək üçün əvvəl böyrəyinin birini verdi, sonra "ürəy"ini...
18/05/2019 [21:56]:
Sadəcə göz oxşayan ətirli gül deyil, həm də dərdlərin dərmanı imiş...
18/05/2019 [21:10]:
Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı
18/05/2019 [21:09]:
Fələstinlilər “Eurovision”un bənzərini yaratdılar - Eyni vaxtda yayımlanacaq
18/05/2019 [20:57]:
Afrikada Şvarsneqqerin kürəyindən vurdular - VİDEO
18/05/2019 [20:51]:
Soçi aeroportu təcili boşaldılıb
18/05/2019 [20:14]:
"Söyüş mübarizəsi düşmən dəyirmanına su tökür və Azərbaycana zərər vurur"
18/05/2019 [19:11]:
Masallıda qəza - 2 müəllim öldü
18/05/2019 [19:06]:
İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı
18/05/2019 [19:00]:
Bakıda “Hyundai” əsgərləri daşıyan maşına çırpıldı - FOTO/VİDEO
18/05/2019 [18:38]:
UEFA Avropa Liqasının kuboku Gəncədə nümayiş olunacaq
18/05/2019 [18:36]:
Penitensiar Xidmət: Məhkum Babək Həsənovla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil
18/05/2019 [18:31]:
Laçınlı ana və kəlbəcərli idmançı “torpaqlarımıza azadlıq!” çağırışı etdi-FOTOLAR-
18/05/2019 [18:26]:
Çingiz Mustafayev dünya azərbaycanlılarına səsləndi - VİDEO
18/05/2019 [18:01]:
“Bakı Nəqliyyat Agentliyinin tabeliyində bu işi icra edəcək bir qurum yoxdur…”
18/05/2019 [17:50]:
Atatürkün Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı arxivlərində saxlanılan FOTOLARI
18/05/2019 [17:32]:
Prezident icra başçısını təltif etdi
18/05/2019 [17:29]:
Koçaryan azadlığa buraxıldı
18/05/2019 [17:27]:
Tanınmış idmançımız Avropa çempionatında medal qazandı
18/05/2019 [17:24]:
Qayıqda Ukraynaya keçmək istəyən azərbaycanlı saxlanıldı
18/05/2019 [17:04]:
"Yeraltı külək" kitabının təqdimat mərasimi keçiriləcək
18/05/2019 [17:00]:
Tərtərdə “Son nəfəsədək” filmi nümayiş olundu -FOTOLAR
18/05/2019 [16:53]:
İranda 5 baladək zəlzələ oldu
18/05/2019 [16:50]:
Trampın tablosunu baxın nə ilə çəkdi - İNANILMAZ...+ VİDEO
18/05/2019 [16:44]:
Əlilliyi olan şəxslər protez üçün DOST mərkəzlərinə müraciət edə bilər
18/05/2019 [16:43]:
Poroşenko Zelenskiyə bir neçə məsləhət verdi
18/05/2019 [16:35]:
İranın ordu komandanı: “Düşmən strateji səhv edərsə, çox peşman olacaq”
18/05/2019 [16:28]:
Alnında üz şəkli yaratdı - MARAQLI...+ VİDEO
18/05/2019 [16:12]:
Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlanılıb - FOTO
18/05/2019 [16:02]:
Facebookla başqalarının həyatını izləmək insanın psixologiyasını pozur -XƏBƏRDARLIQ...
18/05/2019 [15:55]:
Oğluna erməni adı qoymağa hazırlaşan Kardaşyan fikrindən döndü -FOTOLAR
18/05/2019 [15:38]:
Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, qayğılarını dinləyib
18/05/2019 [15:35]:
Üzərinə “KAMAZ” təkəri aşan azyaşlı öldü
18/05/2019 [15:29]:
Dövlət Komitəsində Laçının işğalı anıldı
18/05/2019 [15:19]:
Sabah 35 mindən çox abituriyent imtahan verəcək
18/05/2019 [15:12]:
Dilənçilik edən 19 nəfər saxlanıldı
18/05/2019 [15:01]:
Elmar Məmmədyarov Fransada görüş keçirdi
18/05/2019 [14:48]:
Gürcüstanda etnik azlıqlarla bağlı – Şok tədqiqat
18/05/2019 [14:47]:
Azərbaycan torpağında erməni terrorçusunun nəhəng portreti çəkildi-FOTOLAR
18/05/2019 [14:45]:
Telefon həyatınızı xilas edə bilər - Ekspertdən tövsiyə
18/05/2019 [14:40]:
Putinin İranı şoka salan mesajı: ABŞ zərbə endirsə...
18/05/2019 [14:36]:
Azərbaycanda artıq çəkidən əziyyət çəkən 2 minə yaxın insan əməliyyat olunub
18/05/2019 [14:31]:
"İndi mən mənasız yerə bu quldurlara pul ödəməliyəm...?"
18/05/2019 [14:27]:
İberiyanın Türk əslli dövlət və din xadimləri: I-X əsrlər
18/05/2019 [14:26]:
Vəkillər kollegiyasının sədri 2019 Peterburq Beynəlxalq hüquq forumunda iştirak etdi
18/05/2019 [14:10]:
Nazirlik əlilliyi olan 90 nəfəri istirahətə göndərdi
18/05/2019 [14:04]:
“Nar TV” istifadəçilərinin sayı 117% artdı
18/05/2019 [14:02]:
"Heykəlinin ucaldılması Arif Məlikovun yaddaşımızda əbədiləşməsinə kömək edəcək”
18/05/2019 [13:52]:
“Cənab məmurlar, siz də ayılın…” –Xalq artisti Afaq Bəşirqızından etiraz
18/05/2019 [13:48]:
Azərbaycanla Aİ arasında yeni saziş üzrə fikir ayrılığı…. - Əsas səbəbləri məlum oldu
18/05/2019 [13:32]:
“Elə bir ailə yoxdur ki, onun gəlirlərində artım olmasın”
18/05/2019 [13:29]:
“Azərsu”nun rəhbəri sakinlərlə görüşdü -FOTOLAR
18/05/2019 [13:24]:
“Müğənninin verdiyi tərbiyəni heç kim edə bilməz” -Röya
18/05/2019 [13:22]:
Döydüyü modelə 3 ay yaxınlaşa bilməyəcək
18/05/2019 [13:13]:
Keçmiş icra başçısının ailəsində faciə - Oğlu və qardaşı eyni gündə öldü
18/05/2019 [13:06]:
“Hücum əmri verilməlidir!..”- Laçın və Kəlbəcər sakinləri Prezidentə müraciət etdi
18/05/2019 [13:01]:
“Şəmistana fəxri ad versələr, inciyərəm...”
18/05/2019 [12:59]:
Bu gün “Eurovision 2019”un finalıdır
18/05/2019 [12:57]:
Sabah 34 dərəcə isti olacaq
18/05/2019 [12:50]:
"Təəssüf ki, bizdə çarıqla papağın yeri dəyişik düşüb" - Professor qızıl xırdalayır...
18/05/2019 [12:38]:
İbrahimoviç cəzalandırıldı- VİDEO
Bütün arxiv bir sırada
26/09/2018 [10:10] - Cəmiyyət - ( 754 dəfə baxılıb)

Mehriban Əliyeva: "Bizdə multikulturalizm həyat tərzidir "



Sentyabrın 25-də Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi ziyafət verilib.

Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi ziyafətdə iştirak edib.

Əvvəlcə İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib. Azərbaycanın birinci vitse-prezidenti tədbirdə çıxış edib. Birinci vitse-prezident qonaqları salamlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salıb.

Diqqətə çatdırıb ki, həmin dövrdə ölkəmiz üçün çox vacib addımlar atılıb: Azərbaycanda demokratiya institutları formalaşmağa başlayıb, azad seçkilər nəticəsində çoxmilli və çoxpartiyalı parlament yaradılıb, ölkəmiz üçün bir sıra vacib qanunlar qəbul edilib, milli ordumuz yaranıb.

“Biz ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşırıq. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Azərbaycanda və tərəfdaş ölkələrdə geniş şəkildə qeyd olunur”, - deyən birinci vitse-prezident belə bir gecənin Azərbaycana dost olan İtaliyada, bu ölkənin gözəl paytaxtında – Romada keçirilməsindən məmnunluğunu ifadə edib.

Bu gün Azərbaycanın zəngin, qədim tarixə və mədəniyyətə malik olduğunu, Şərqlə Qərb arasında - qədim İpək Yolu üzərində yerləşdiyini deyən Mehriban Əliyeva əsrlər boyu burada müxtəlif sivilizasiyaların, mədəniyyətlərin, dinlərin, millətlərin nümayəndələrinin sülh, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını vurğulayıb. 

“Biz fəxr edirik ki, bu ənənələr bu gün də qorunub saxlanılır. Azərbaycanda multikulturalizm, dözümlülük, qarşılıqlı hörmət artıq həyat tərzidir”, - deyən birinci vitse-prezident bu gün ölkəmizin dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınmasının təsadüfi olmadığını, Azərbaycanda millətlərarası dialoqun qurulmasına həsr olunan bir sıra beynəlxalq tədbirlərin keçirildiyini və belə tədbirlərin BMT, UNESCO, ISESCO kimi mötəbər beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyini vurğulayıb.

Ölkəmizin müstəqillik illərində qazandığı nailiyyətlərdən danışan Mehriban Əliyeva müxtəlif sahələrdə əldə edilən uğurları qeyd edib. Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun artdığını deyən birinci vitse-prezident 2011-ci ildə ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini, Azərbaycanın həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olduğunu, 2008-ci ildə Bakı şəhərində Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin görüşünün təşkil olunduğunu, bu təşəbbüsə “Bakı Prosesi” adının verildiyini bildirib və vurğulayıb ki, “Bakı Prosesi” xalqlar və millətlər arasında səmərəli dialoq qurmağa xidmət edir.

İtaliya-Azərbaycan münasibətlərindən danışan Mehriban Əliyeva bildirib ki, əlaqələrimiz strateji tərəfdaşlıq əsasında inkişaf edir, həm siyasi, həm də iqtisadi sahədə uğurlu əməkdaşlıq qurulub. Bu gün Azərbaycanda çox sağlam investisiya mühitinin mövcudluğunu bildirən Birinci vitse-prezident İtaliyanın iş adamlarını ölkəmizə dəvət edib.

Humanitar sahədəki əlaqələrə xüsusi toxunan birinci vitse-prezident son illər Azərbaycandan İtaliyaya təhsil almaq üçün gedən tələbələrin sayının artdığını xoş hal kimi dəyərləndirib. Həm Azərbaycanda, həm də İtaliyada qarşılıqlı mədəniyyət günlərinin keçirildiyini, müxtəlif sərgilərin, konsertlərin, görüşlərin baş tutduğunu söyləyib.

“Mən qeyd etmək istəyirəm ki, Romanın məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəviyə ucaldılan abidə Azərbaycan xalqı tərəfindən çox böyük hörmətlə qarşılanır və çox yüksək qiymətləndirilir”, - deyən Mehriban Əliyeva bu sahədə gələcəkdə də əməkdaşlığın möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Azərbaycanın birinci vitse-prezidenti “Milan Ekspo” sərgisində Azərbaycan pavilyonunun ən çox ziyarət edilən pavilyonlardan biri olduğunu qeyd edərək bildirib ki, ölkəmiz “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün Bakı şəhərinin namizədliyini irəli sürüb.

“Bizim bu sahədə böyük təcrübəmiz var. Bakıda, paytaxtımızda dəfələrlə böyük beynəlxalq tədbirlər keçirilib və ümidvaram ki, əgər bizim namizədliyimiz qalib gəlsə, biz gözəl bir beynəlxalq tədbir keçirməyə nail olacağıq”, - deyən Mehriban Əliyeva İtaliyanın bu sahədəki təcrübəsinin əhəmiyyətini də vurğulayıb.

İtaliyanın iqtisadiyyat və maliyyə naziri Covanni Tiran ziyafətdə çıxışında maddi və mədəni zənginliyə malik Odlar Yurdu Azərbaycanın böyük təbii ehtiyatlarının olduğunu diqqətə çatdırıb.

Qeyd edib ki, Azərbaycan bu təbii ehtiyatlardan səmərəli istifadə edərək ölkənin sürətli inkişafına nail ola bilib və dünya iqtisadiyyatında mühüm rol oynayır.

Bu gün Azərbaycanda təhsilə, elmə böyük diqqətin ayrıldığını bildirən nazir cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsinin əhəmiyyətinə toxunub.

O, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın böyük inkişaf yolu keçdiyini, bu uğurların əsasında Azərbaycan rəhbərliyinin insan kapitalına böyük diqqət yetirdiyinin durduğunu deyib. Nazir “Ekspo-2025”ə Bakının namizədlik üçün seçdiyi mövzunun “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olduğunu xatırladaraq onun əhəmiyyətini vurğulayıb.

Azərbaycan-İtaliya əlaqələrindən bəhs edən Covanni Trian 2017-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğunu bildirib və bu gün ölkələrimiz arasında əlaqələrin genişləndiyini məmnunluqla vurğulayıb.

O qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda çox mühüm ölkədir. Asiya ilə Avropa arasında körpü rolunu oynayan Azərbaycan sabitlik məkanıdır, qədim İpək Yolunun mərkəzindədir.

Nazir bildirib ki, bu gün Azərbaycan zəngin mədəniyyətinə, qədim adət-ənənələrinə əsaslanaraq yeni təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslər mədəniyyətlər və xalqlar arasında əlaqələrin genişlənməsinə xidmət edir.

Heydər Əliyev Fondunun İtaliyada mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi layihələrdən danışan nazir bunlara görə birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

O, Azərbaycan ilə İtaliya arasında qarşılıqlı sərmayə qoyuluşu sahəsində əməkdaşlığın genişləndirildiyini bildirdi, Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb.

“Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm addımlar atır. Bizim strateji tərəfdaşlığımız ticari əlaqələrimizin möhkəmlənməsinə töhfə verir. Biz sənaye sahələrinə qarşılıqlı sərmayələr yatırırıq, biz birgə çalışırıq”, - deyə nazir Covanni Trian vurğulayıb..

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair sənədli film nümayiş etdirilib. Ziyafət Azərbaycan musiqilərindən ibarət konsert proqramı və milli mətbəximizin nümunələrinin təqdimatı ilə davam etdirilib.

Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgi maraqla qarşılanıb. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi tarixi yol, onun yaradıcıları və qazandığı uğurlar barədə məlumat verilib. Burada Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti, diplomatik uğurları, o dövrdə hərbi, mədəni, sənaye sahələrində həyata keçirilən islahatlar barədə də geniş məlumatlar yer alıb.

Sərgidə, eyni zamanda, Azərbaycanın müstəqilliyinin bərpası, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkəmizin qazandığı nailiyyətlərlə bağlı məlumatlar təqdim olunur.

Sərgidə Heydər Əliyev Fondunun ölkəmizlə bağlı nəşrləri də nümayiş etdirilir.

loading...
loading...
"Belələri nəinki Allahın, elə Kantın və ya Nyutonun qarşısında da ciddi görünmürlər..."
İftardan qalan yeməkləri imsakda yeyənlərə CİDDİ XƏBƏRDARLIQ...
Sadəcə göz oxşayan ətirli gül deyil, həm də dərdlərin dərmanı imiş...
Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı
"Söyüş mübarizəsi düşmən dəyirmanına su tökür və Azərbaycana zərər vurur"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Uşağı üçün bilet vermək istəyən konduktoru avtobusdan aşağı atdı - VİDEO
Maraqlı
Sevdiyi qadını xilas etmək üçün əvvəl böyrəyinin birini verdi, sonra "ürəy"ini...
Cəmiyyət
“Bakı Nəqliyyat Agentliyinin tabeliyində bu işi icra edəcək bir qurum yoxdur…”
Dünya
Facebookla başqalarının həyatını izləmək insanın psixologiyasını pozur -XƏBƏRDARLIQ...
Cəmiyyət
"Heykəlinin ucaldılması Arif Məlikovun yaddaşımızda əbədiləşməsinə kömək edəcək”
Həftənin ən çox oxunanları
Bakirə çıxmadığı deyilən gəlindən şok sözlər: "Ərim güzgüdə özünə baxıb..." - VİDEO
"Fahişə belə, bu hərəkəti eləməz, amma bizim "zapravka"lar edir, müvafiq qurumlarsa..."
Rusiya üçün “S-400”-ü yaratmış azərbaycanlı haqda yeni film çəkildi-VİDEO
Azərbaycanda bəy toyu günü gəlinin görüntüsünü paylaşdı - VİDEO
“Şuşadakı taborlarda tibb bacısı adıyla erməni agenturasına xidmət edən rus qızlar var idi...” 
İcra başçısına zərfdə güllə göndərdilər: "Çox yaxşı bilirəm ki..."
Xərçəngdən əziyyət çəkən xanım: “Qoy onlar bu əhvalatdan nəticə çıxarsınlar...”
Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI
İrana görə on minlərlə əsgər, təyyarədaşıyanlar, desant gəmiləri, bombardmançılar...
İrana gündə 500 raket zərbəsi!
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]