Xəbər lenti
10/12/2018 [18:58]:
Qubada məktəbdə yanğın - İcra başçısı hadisə yerinə gəldi
10/12/2018 [18:44]:
Tahir İmanov “Bu şəhərdə”ni tənqid etdi - “İti satiraları yoxdur”
10/12/2018 [18:41]:
Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi -FOTOLAR
10/12/2018 [18:38]:
“O video saxtadır, tərbiyəm imkan verməz ki...” - Ziyafət Əsgərov
10/12/2018 [18:33]:
“Maşın”da onların iştirakı dəqiqləşdi -FOTOLAR
10/12/2018 [18:30]:
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin nümayişi keçirildi
10/12/2018 [18:17]:
Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir - “Judo Club 2012” idman kulubunda
10/12/2018 [18:03]:
Ustadını minnətdarlıq əlaməti olaraq  odda yandırdı... 
10/12/2018 [18:01]:
Prezident övladlığagötürmə ilə bağlı fərman imzaladı
10/12/2018 [17:52]:
İlham Əliyev Burkina-Fasonun dövlət başçısını təbrik etdi
10/12/2018 [17:41]:
Azərbaycan Dillər Universitetində ümummilli lider Heydər Əliyev anılıb
10/12/2018 [17:39]:
Kanada azərbaycanlıları erməni təxribatına etiraz edir
10/12/2018 [17:37]:
Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM
10/12/2018 [17:35]:
İlham Əliyev onlara fəxri adlar verdi - SİYAHI
10/12/2018 [17:30]:
Zərgər mağazasına girən qadın çalışanlara böyük qorxu yaşatdı - VİDEO
10/12/2018 [17:30]:
ADP idarə heyətinin növbəti toplantısı keçirilib
10/12/2018 [17:23]:
Manat və dolların sabahkı MƏZƏNNƏSİ
10/12/2018 [17:19]:
ADPU-da "Milli-mənəvi, maddi-mədəni dəyərlərimiz və erməni qəsbkarlığı" adlı elmi-praktiki seminar keçirilib
10/12/2018 [17:11]:
Bakı meriyası “Qarabağ mitinqi”nə “YOX” dedi
10/12/2018 [17:07]:
“Bakutel 2018” təşkilatçıları “Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verdi
10/12/2018 [17:04]:
Aksiyaya qoşulan əlil gənc polisin hücumuna məruz qaldı - VİDEO
10/12/2018 [17:03]:
“Nar” gənclərə karyera qurmaqda dəstək olur
10/12/2018 [17:00]:
Azərbaycanda şok hadisə: Evli kişi məktəbli qızı zorladı, daha sonra qaçırdı
10/12/2018 [16:59]:
Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir - “Judo Club 2012” idman kulubunda
10/12/2018 [16:55]:
Azercell könüllü gənclərlə həmrəy oldu
10/12/2018 [16:51]:
Siam əkziləri bir yaşını qeyd edəcək -FOTOLAR
10/12/2018 [16:50]:
AXC-nin yaranmasının 100 illiyi Bosniya və Herseqovinayada qeyd olundu - FOTOLAR
10/12/2018 [16:35]:
Bakıda qadından həmcinslərinə qarşı cinayət
10/12/2018 [16:30]:
“Çünki, onlar şərəfsizdirlər” - Ərdoğan Qərbin İÇ ÜZÜNÜ açdı - VİDEO
10/12/2018 [16:14]:
Qurban Qurbanov unutmasın ki... - “Xəzər-Lənkəran”ın rəsmisindən SƏRT AÇIQLAMA
10/12/2018 [16:06]:
Aİİ-də Qarabağla bağlı müzakirələr aparıldı
10/12/2018 [16:01]:
Ramil Usubov işdən çıxarılan rəis müavininə vəzifə verdi
10/12/2018 [15:55]:
"Bezdim" - Koçaryanın vəkili azərbaycanca danışdı - VİDEO
10/12/2018 [15:51]:
Gəncədə qızla oğlan dəm qazından zəhərləndi - Biri öldü
10/12/2018 [15:46]:
Aydın Mehdiyev: ”Kikboksinq idman növü ölkədə öz populyarlığı ilə seçilir”
10/12/2018 [15:43]:
Ermənistanda Paşinyanın heykəlini dağıtdılar -FOTOLAR
10/12/2018 [15:40]:
Ombudsman: "İnsan hüquqları sahəsində problemlərdən biri də gender bərabərliyinin pozulmasıdır"
10/12/2018 [15:34]:
Daha 110 dövlət əmlakı hərraca qoyuldu –Şəkidə istirahət mərkəzi satışa çıxarıldı
10/12/2018 [15:30]:
Xaşuqçinin son sözləri açıqlandı –Musiqi səsləri altında öldürülən jurnalist nə deyib?
10/12/2018 [15:22]:
Xarici ölkə səfirləri BSU-da...
10/12/2018 [15:15]:
Tramp üçün qorxunc ehtimal REALLAŞIR: 2019-cu ilin yanvarında...
10/12/2018 [15:14]:
ADPU-da Heydər Əliyevin anım mərasimi keçirildi -FOTOLAR
10/12/2018 [15:03]:
Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşdü
10/12/2018 [15:02]:
Bayram yarmarkalarına start verildi - 23 YERDƏ
10/12/2018 [14:58]:
Saakaşviliyə qarşı daha bir ittiham irəli sürüldü
10/12/2018 [14:57]:
Külli miqdarda pirotexniki vasitə aşkarlandı
10/12/2018 [14:57]:
Avtomobilin yanacaq çəninin içərisindən pirotexniki vasitələr tapıldı
10/12/2018 [14:56]:
Kremldən “sarı jiletli”lər haqda AÇIQLAMA: “Böhtandan başqa bir şey deyil”
10/12/2018 [14:56]:
Gömrük Komitəsinin sədri Hindistanın Azərbaycandakı səfiri ilə görüşdü
10/12/2018 [14:52]:
Respublika Veteranlar Təşkilatında Heydər Əliyeyin anım mərasimi keçirildi
10/12/2018 [14:42]:
Vitse-spiker: "Azərbaycanda siyasi fəaliyyətinə görə heç kim təqib olunmur"
10/12/2018 [14:39]:
“Ziyalılarımızı başqasının ailə məsələsinə burun soxmalarından çəkinməyə çağırıram...”
10/12/2018 [14:33]:
Milli Məclisin builki işi hansı məqamlarla parlament jurnalistlərinin yadında qaldı?..
10/12/2018 [14:33]:
Başı qırxılan qadının bacısı: "Bacımın ərinin birinci həyat yoldaşının əxlaqsız olduğunu deyirdilər"
10/12/2018 [14:27]:
Gəncədə məktəb direktoru icra başçısının müavini təyin edildi
10/12/2018 [14:18]:
Paşinyana AĞIR ZƏRBƏ: Ermənistan tarixində ilk dəfə...
10/12/2018 [14:11]:
Ermənistan rus silahı ilə yenə "xox gəldi": S-300 TƏHDİDİ...
10/12/2018 [14:03]:
Ermənistan parlamentində qüvvələrin yeni NİSBƏTİ
10/12/2018 [13:56]:
Parlamenti götürən Paşinyan - pusquda duran Koçaryan və Sarqsyan - ŞƏRH
10/12/2018 [13:55]:
Görün, Paşinyan arvadı ilə necə arxayın izləyir səsvermənin gedişini...-FOTO
10/12/2018 [13:50]:
“Rusiyanın sərhədlərimiz yaxınlığında güclənməsi bizim üçün təhdiddir”
10/12/2018 [13:48]:
Baqdasaryan ŞOK FAKTI AÇDI: "Seçki günü Paşinyanın..."
10/12/2018 [13:37]:
Professor Fəxrəddin Veysəlli: “Axı bu, oğurluqdur, fakt göz qabağındadır”
10/12/2018 [13:30]:
1625 maşına “jalüz-pərdə protokolu” yazıldı
10/12/2018 [13:29]:
Kaşıkçının işi beynəlxalq məhkəməyə veriləcək
10/12/2018 [13:22]:
Umayra Tağıyeva yeni vəzifəyə təyin olundu
10/12/2018 [13:20]:
Azərbaycanda tələbə itkin düşdü - FOTO
10/12/2018 [13:17]:
Bakıda gecə klubunda faciəvi hadisə - Əcnəbi vətəndaş öldü
10/12/2018 [13:09]:
Restoranda robot ofisiantların xidməti müştəriləri təəccübləndirdi -VİDEO
10/12/2018 [13:07]:
Əsir yaxınlarının ermənilərlə danışıqları faciə ilə bitib - RƏSMİ
10/12/2018 [13:03]:
Külli miqdarda aksiz markasız siqaret aşkar olundu
10/12/2018 [13:00]:
DTX-nin hospitalında xüsusi yer ayrılıb, 1943 itkinlə bağlı 5889 nümunə toplanıb
10/12/2018 [12:58]:
Sabahın hava PROQNOZU - İsti olacaq
10/12/2018 [12:56]:
Sergey Markov: "Diplomatik istedadı sayəsində Heydər Əliyev Dağlıq Qarabağda müharibəni dayandıra bildi"
10/12/2018 [12:43]:
Bahar Muradova: "Ermənistanda "seçki oyunu" oynanıldı"
10/12/2018 [12:42]:
Müğənni Elnarə: " Uşaqların artığı ilə dolanıram "
10/12/2018 [12:41]:
Şabranda hamilə qadın döyüldü, uşağı qarnında öldü - FOTO
10/12/2018 [12:36]:
Ərzağın qiymətinin qalxması haqda son -AÇIQLAMA
10/12/2018 [12:34]:
Bakıda lüks avtomobilin etdiyi HƏR KƏSİ HİDDƏTLƏNDİRDİ – FOTO
10/12/2018 [12:28]:
Bakının məşhur bazarı söküldü
Bütün arxiv bir sırada
02/10/2018 [14:00] - Köşə - ( 4065 dəfə baxılıb)

“Məşhur model “Məhsul” stadionunda striptiz göstərəcək...” – Pulsuz!..

Bax, budur son 30 illik hərəkatımızın və hərəkətsizliyimizin MƏHSULU...
Sultan Laçın

25 ildən sonra, nəhayət, özümüzü toparlayıb bir Qarabağ mitinqi keçirdik... Təşkilatçıların çoxu deyir ki, sayın əhəmiyyəti yoxdur... Əsas odur ki, mitinq alındı, sözümüzü dedik... 

*** 

Düzdü, çəkinmədən deyə bilərik ki, “Məhsul” stadionunda minlərlə Azərbaycan vətəndaşı “Qarabağ bizimdir!” hayqırdı... Ən azı, Bakının mərkəzində bir “Qarabağ” harayı qalxdı.... Və bu həyəcanı, ordakı minlərdən əlavə, kənardakı göydələnlərdən və ətraf küçədən keçənlər də duydu, yaşadı... Və buna görə Qarabağ Mitinq komitəsinə, Qarabağ Azadlıq Təşkilatına təşəkkür etmək gərəkdir... Amma bu, həmdə bir test oldu. Həm cəmiyyət, həm iqtidar, həm də ermənilər və beynəlxalq güclər üçün... Bu mənada sayın böyük əhəmiyyəti var... Əgər hələ bölgələri demirik, 3 milyonluq şəhərdə, azı, 300 minə yaxın Qarabağ, 100 mindən çox Ermənistan qaçqınının yaşadığı bir şəhərdə Qarabağ harayına, ən azı, bir stadion dolmursa...

*** 

Bunun səbəblərini araşdırmaq lazımdır... Əvvəla, hər hansı bir iş dalınca getmək üçün maraq lazımdır... Qarabağı, gərək sevəsən ki, onun harayına toplaşasan... Qarabağı sevənlər əsasən 1-ci Qarabağ savaşında gerçək döyüşlərdə olmuş qazilər, əlillər, bir də o torpaqlardan didərgin düşmüş 35-70-80... yaşlılardır... Onlar arasında da ahılların bəzisinin internetlə, sosial şəbəkələrlə əlaqəsi olmadığından mitinqin keçiriləcəyindən xəbəri olmayıb... 

*** 

Əgər telekanallardan birində Qarabağ mitinqi barədə elan verilsəydi, bu da işturakçıların sayına xeyli təsir göstərərdi...

***

Bəziləri gəlmək istəyib, amma yaşı, yaxud sağlamlığı imkan verməyib.... Digərləri isə artıq ümidlərini itiriblər; 1988-ci ildən bəri tanıdıqları siyasi liderlərin təşkilatçılığıyla keçən mitinqlərin yenə də kimlərinsə marağına xidmət etməsindən şübhələnirlər... 

*** 

Hətta 1-ci Qarabağ döyüşçüləri, qaziləri arasında eləsi oldu ki, sosial şəbəkədə mitinqə gəlməməsinin səbəbini belə izah etdi:”Qarabağ mitinqlə azad edilmir, Qarabağı döyüşlə almaq lazımdır”. Digərləri isə ölkənin o boyda – 20 faiz torpaqlarının işğalı ilə bağlı adi bir stadionda mitinq keçirməyi xalq üçün təhqir hesab etdi...

*** 

Hələ bu, şükürlü oldu. Bakı meriyası əvvəlcə Əmircan qəsəbəsindəki balaca bir klub zalı təklif etmişdi... Sonra nədənsə insafa gəldilər...

***

O da var ki, 1988-1992-ci illərdən fərqli olaraq kütlələrin, o cümlədən elə Ermənistan, Qarabağ qaçqınlarının xeyli hissəsinin başı “bir qarın çörək pulu qazanmaq” üçün “20 Yanvar”(!) metro keçidində, 20 Yanvar(!) dairəsindəki ticarət mərkəzlərində, qanunsuz-qanuni taksi və avtobus dayanacaqlarında, “Sədərək”də, “Binə”də və s. ticarətə, alverə qarışıb... Qazancını qoyub Qarabağ harayına gələnlərin sayı çox az oldu...

*** 

Həm də 1988-ci ildən bəri Qarabağ, Meydan dalğasında hakimiyyətə gəlmiş-getmiş bir para siyasi liderlər artıq öz rollarını bitirdiyindən onların da özləri və tərəfdarlarının çoxu 30 il sonrakı Qarabağ mitinqinə gəlmədi...

***

Bir sözlə, “Məhsul” stadionundakı Qarabağ mitinqində, əslində, 1988-ci ildən bəri gedən proseslərin məhsulunu dərdik və gördük... Bəs niyə belə az “bar” verdi 30 illik zəhmətimiz... Ona görə ki, Qarabağ dalğasında başlanan “xalq hərəkatı” adlandırdığımız prosesin aparıcı qüvvəsi gerçəkdən xalq kütlələri olsa da, sonunda hərəkat xalqın istədiyi istiqamətdə getmədi... SSRİ-ni dağıtmaqla Azərbaycanın da altına-üstünə yiyələnməyi planlayanların və Bakıda mərhələ-mərhələ hakimiyyətə gəlmək məqsədi güdənlərin, o hərəkatın, AXC-nin-filanın içində, başında agentura şəbəkəsi quranların, Meydana maya buraxanların, peraşki, sosiska, kabab daşıtdıranların istədiyi istiqamətdə getdi... Artıq bunları gizlətməyin adı yoxdur...

*** 

Yəni həmişə dediyimiz kimi, azadlıq hərəkatının özü də azad olmalıdır... Xalq hərəkatı məkrli xarici və daxili güclər tərəfindən idarə olunanda onun məhsulunu, bəhrəsini də elə o güclər yeyir...

*** 

Bəziləri bizimlə razılaşmaya bilər ki, yox bu, xalq hərəkatına böhtandı, hərəkatı xalq özü, onun içərisindən çıxmış liderlər idarə edirdi...

***

Amma o vaxt Meydanda olmuş hər kəsin yadındadır ki, ilk vaxtlar göstəri üçün milislə bir neçə qarşıdurma olsa da, bir-iki nəfər həbs edilsə də, sonradan xalq kütlələrinin meydanı doldurması üçün hər cür şərait yaradıldı.... O vaxtkı tələbələrin də yaxşı yadında olar ki, 17-18 noyabr 1988-ci ildə sərbəst şəkildə universitetdən, institutlardan, yataqxanalardan toplaşıb Azadlıq meydanına tərəf üz tutanda bizləri yol milisinin avtomobulləri müşayiət edirdi... Sanki elə sovet dövründəki yuxarıdan tapşırıqla təşkil olunan 1 May nümayişinə çıxırdıq... Amma fərq onda idi ki, iştirakçıların xeylisi bu tədbirə, doğrudan da, könüllü şəkildə, Vətən, Qarabağ sevgisi ilə qatılırdı...

*** 

1988-1989-cu illərdə ali məktəb prorektoru, partkomu və s. işləmiş müəllimlər də bu gün etiraf edir ki, tələbələrin mitinq üçün toplaşaraq dərs prosesini pozmaları haqda rektorlara məlumat verəndə deyirdilər ki, heç kəsə toxunmayın, qoyun, toplaşıb meydana getsinlər – yuxarıdan GÖSTƏRİŞ(!) belədir...

*** 

Bəli, GÖSTƏRİŞ... ABŞ-dan Qorbaçova, Qorbaçovdan “KQB”-yə, “KQB”-dən Mərkəzi Komitəyə, ordan da Bakıya, İrəvana, Tiflisə, Kiyevə və s. verilən GÖSTƏRİŞ... Həmin göstərişin sonu yerlərdəki şəhər, rayon, ali məktəblərə, zavod, fabrik və s. rəhbərlərinə çatırdı... Onlar da canla-başla icra edirdi... Yəni TƏŞKİL edirdi.... GÖSTƏRİŞ VƏ TƏŞKİLATANMA...

*** 

Məhz həmin GÖSTƏRİŞ və TƏŞKİLATLANMALARLA neçə hakimiyyətləri adlayıb bu günkü günlərə gəldik çıxdıq... “Azadlıq aşiqi” Nemət Pənahlının Meydanda dediyi, “müstəqillik illərində torpaqlarımızı örtəcək” o “5 sm-lik qızıl” da xərcləndi, vullalara, xarici banklara, ofşorlara sovruldu... Və Amerika jurnallarının “İlin ən qeyrətli xalqı” adlandırdığı, o boyda SSRİ-ni “yıxan”, sovet tanklarının qarşısına çıxıb şəhid olan, Azərbaycana hüquqi müstəqillik qazandıran, onun üçrəngli bayrağını, gerbini qaldıran bir xalq torpağının beşdə birinin 2-3 milyonluq Ermənistanın əlində qalmasına 25 il dözdü, üstəlik bir ovuc korrupsioner oliqarxın əlində girinc qaldı... Bax, budur son 30 ilimizin, 30 illik hərəkatımızın və hərəkətsizliyimizin MƏHSULU...

*** 

Odur ki, “Qarabağ” harayına “Məhsul” stadionunu doldura bilmədik.... Nə çatmırdı? GÖSTƏRİŞLƏ TƏŞKİLATLANMA və MARAQ...

*** 

Əgər Qarabağ mitinqini birbaşa hakim partiya təyin etmiş olsaydı, indi bütün bağçalardan, məktəblərdən, ali məktəblərdən tutmuş iri müəssisə, şirkət, komitə və nazirliklərədək hamı GÖSTƏRİŞlə azı 100 minlik mitinq TƏŞKİL etmişdi... Necə ki, bəzi tədbirlər bu qaydada təşkil edilir... Daha bunu da gizlətməyin adı yoxdur...

*** 

Bu gün Qarabağın harayına gəlməyən 10 minlər dırnaq içində “Qarabağ”ın futbol oyununa 50 minə yaxın bilet alıb.... MARAQ!..

*** 

Sınaq üçün hər hansı bir QHT-filan bu gün belə bir elan versin:”Oktyabrın 3-də məşhur müğənni “Məhsul” stadionunda lüt soyunub striptiz-şou göstərəcək. Nümayiş stadiondakı iri ekranlardan da yayımlanacaq. Giriş pulsuzdur”. İnanın ki, hətta pullu olsa belə, sabah vaxtından 1 saat öncə həmin stadion dolar, artıq içəri girməyə də yer qalmaz... Biletsiz bayırda qalan nəinki yeniyetmələr, gənclər, hətta yekəqarın, bığıburma kişilər də hasarın bu tayında inək görmüş kələlər kimi ağızları sulana-sulana, ayaqlarını yerə döyə-döyə dəlmə-deşikdən içəri baxmağa çalışacaq... 

***

Marağın, nəfsin, tamahın gücü belə olur... Və bundan dünyanın və ölkələrin varidatlarının 80 faizini əllərinə toplamış transmilli və milli oliqarxlar kütlələri idarə edib istədikləri “MƏHSUL”u toplamaq üçün istifadə edirlər...

*** 

...İndi Qarabağın taleyini düşünənlərin, mitinqlərin torpaqlarımızın azadlığına təkan verəcəyinə tərəfdar olanları bir sual MARAQLANDIRIR: hakimiyyət bundan sonra Qarabağ mitinqlərinin böyüyərək bölgələrə, Azadlıq meydanınadək genişlənəcəyinə imkan, yaxud göstəriş verəcəkmi?..

Zərgər mağazasına girən qadın çalışanlara böyük qorxu yaşatdı - VİDEO
Aksiyaya qoşulan əlil gənc polisin hücumuna məruz qaldı - VİDEO
Başı qırxılan qadının bacısı: "Bacımın ərinin birinci həyat yoldaşının əxlaqsız olduğunu deyirdilər"
Paşinyandan seçici fəallığının az olmasına şərh: "İndi avtobuslarla seçici daşınmır"
Türkiyənin insan kimi rəqs edən ilk robotu səhnədə aşdı: ""Mini ada"nın digital ekranı və başı zədələnib"
Ədliyyə: 1918-2018
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Ziyalılarımızı başqasının ailə məsələsinə burun soxmalarından çəkinməyə çağırıram...”
Dünya
Restoranda robot ofisiantların xidməti müştəriləri təəccübləndirdi -VİDEO
Cəmiyyət
“Onun yanında özümü azərbaycanlı qadın hiss edirdim” – Fərman Salmanovun xanımı
Cəmiyyət
Bakı kəndlərində qəbiristanlıqlar belə zəbt edilir -FOTOLAR
Araşdırma
Cümhuriyyət parlamentinin açılış saatında yaşanan maraqlı olaylar – Şifrəli ifadələr və böyük hədəflər
Həftənin ən çox oxunanları
"Əgər Prezident Leyla xanımı bu vəzifəni qəbul etməyə razı sala bilsə..." - TƏKLİF
Fitnəkar ruslar ermənilərə Naxçıvanı da vəd etdilər: Bəs bizimkilər niyə susur...?
Bu deputat Cəbrayılın kəndindəki erməni ailələrinin hər birinə 10 min dollar bağışlayıb...-VİDEO
Raket belə onu dayandırmaqda acizdir! - Putinin təkərli sığınacağı...
“Vəfa Quluzadə, Tofiq Zülfüqarov və mən istefa verməsəydik, böyük problemlər olacaqdı”
"Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq...”
Putin Paşinyandan niyə çəkinir?
Gələcək intim necə olacaq? - Alimlərdən maraqlı açıqlama...
“Fağır” Ermənistan silahlanma sürətinə görə dünyada üçüncü, Avropada birinci oldu...
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə