Xəbər lenti
17/12/2018 [15:49]:
Prezident Mingəçevirə yeni başçı təyin etdi
17/12/2018 [15:44]:
Gömrükçülər maşının benzin çənində "zırpaket" aşkarladı - FOTO
17/12/2018 [15:42]:
ADU və İndoneziya Universiteti arasında memorandum imzalandı - FOTO
17/12/2018 [15:39]:
Nazir: “Prezidentin qarşımıza qoyduğu vəzifələrin icrası üçün 4 prinsipə əsaslanacağıq”
17/12/2018 [15:39]:
“Prezidentin qarşımıza qoyduğu vəzifələrin icrası üçün 4 prinsipə əsaslanacağıq” - Nazir
17/12/2018 [15:30]:
“Onun millət üçün gördüyü işlər böyük fədakarlıqdır...”- Şirməmməd Hüseynova doğum günü təbriki...
17/12/2018 [15:29]:
“Məqsəd məmur kimi məni nüfuzdan salmaqdır” - Əli Həsənov
17/12/2018 [15:26]:
Sabir Rüstəmxanlı müğənniyə ev bağışlayıb?
17/12/2018 [15:23]:
STP ilklər siyahısına Danimarkanı da əlavə etdi
17/12/2018 [15:20]:
İlham Əliyevdən Ermənistana SƏRT MESAJ: "Ordumuz istənilən vəzifəni icra etməyə hazırdır"
17/12/2018 [15:19]:
Aysel “Maşın”dan planlı gedib - İstanbula bilet alıb
17/12/2018 [15:16]:
Qalmaqala Dilarə də qoşuldu - “Xatirə çox aqressivdir”
17/12/2018 [15:13]:
“Əgər səngərdəki erməni əsgəri yazıqdırsa, öz dövlətinə qarşı çıxsın”
17/12/2018 [15:08]:
“Qlobal məsələlərin müzakirəsi üçün məhz ölkəmizin seçilməsi heç də təsadüfi deyil”
17/12/2018 [15:07]:
Ermənilər Ermənistandan və Qarabağdan qaçırlar - “Elə kəndlər var ki, ancaq yaşlı adamlar qalıb”
17/12/2018 [15:05]:
76 dövlət əmlakı hərraca çıxarılır - FOTO
17/12/2018 [15:04]:
Salatın Əsgərovanın qana bulaşmış şəxsi əşyalarını şəhadət yerindən ilk götürən şəxs üzə çıxdı...
17/12/2018 [15:03]:
Prezident şəhid vərəsələrinə verilən birdəfəlik ödəmədən DANIŞDI
17/12/2018 [14:59]:
Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı - FOTOLAR
17/12/2018 [14:55]:
Nərmin Şahmarzadə üzr istədi - VİDEO
17/12/2018 [14:49]:
Umayra Tağıyevanın yerinə yeni təyinat
17/12/2018 [14:41]:
Rusiya separatçı qurumları niyə tanıya bilmir? – Lavrovdan ŞOK ETİRAF
17/12/2018 [14:24]:
“Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ diqqət mərkəzindədir”
17/12/2018 [14:24]:
“Elə dağ rayonlarımız var ki, orada qış şinlərindən istifadə mütləqdir...” - Ekspert...
17/12/2018 [14:14]:
Sovet rəhbərlərinin gecə ziyafətləri, bahalı içkilər, qadınlar və dövlətin havaya sovrulan pulları… - FOTOLAR
17/12/2018 [14:09]:
Qatı duman 21 uçuşun ləğvinə səbəb oldu
17/12/2018 [13:57]:
“Nar” tələbələr üçün yeni iş imkanları təklif edir
17/12/2018 [13:55]:
Ana, oğul və nəvənin öldüyü hadisə ilə bağlı YENİ FAKTLAR
17/12/2018 [13:55]:
Dövlət Gömrük Komitəsi daha bir maarifləndirici videoçarx hazırlayıb
17/12/2018 [13:54]:
Rus şairinin Kremlə atdığı “bomba” və... Sumqayıtın yolları
17/12/2018 [13:54]:
"Azərbaycan hökuməti bütün kompensasiyaları vaxtında ödəyir"
17/12/2018 [13:51]:
"Belarusda ermənilər daha yaxşı yaşayır, nəinki Ermənistanda..."
17/12/2018 [13:47]:
Azərbaycan və İran gömrükçüləri arasında görüş keçirildi
17/12/2018 [13:45]:
Qazaxda əkin aparılacaq sahələrə baxış keçirildi -FOTOLAR
17/12/2018 [13:44]:
ABŞ Türkiyənin qarşısını ALA BİLMƏDİ - Müharibə başlayır və Rusiya...
17/12/2018 [13:32]:
UNEC-dən iqtisad elminin tədrisinə daha bir töhfə - FOTO
17/12/2018 [13:31]:
İcra başçısının birinci müavini səs-küylü məhkəmədə ifadə verdi
17/12/2018 [13:28]:
Vətəndaşların şərəf və ləyaqəti ilə bağlı yeni qanun hazırlanır
17/12/2018 [13:13]:
Hava KƏSKİN SOYUYACAQ, yollar BUZ BAĞLAYACAQ - XƏBƏRDARLIQ
17/12/2018 [13:07]:
Millət vəkili: "Sosial şəbəkə sosial media deyil"
17/12/2018 [13:04]:
Əli Ağami Fədayə Laçının məhkəməsində son söz dedi - "Bu adamlara görə..."
17/12/2018 [12:58]:
“Görün bu millətin nə qədər atasını yandıranları, bizdən olmayanları varmş...”
17/12/2018 [12:45]:
Deputat: “Vəzirov mənə dedi ki, sən cinayətkarsan, qan tökmüsən”
17/12/2018 [12:37]:
Azərbaycan ərazisində hərbi xidmət keçən daha  bir Ermənistan vətəndaşı yaralandı...
17/12/2018 [12:27]:
Mübariz İbrahimovu "qatil" adlandıran qız məhkəməyə verildi - VİDEO
17/12/2018 [12:23]:
Dağlıq Qarabağda erməni əsgəri gözündən yaralandı
17/12/2018 [12:21]:
Ermənistandan Azərbaycana kiber hücum ittihamı: İrəvanın “yalan maşını” susmaq bilmir
17/12/2018 [12:12]:
Şəhid qızından millət vəkilinə MÖHTƏŞƏM CAVAB: "İçində atamın nəfəsi var" - FOTO
17/12/2018 [12:07]:
Deputatdan radar cərimələri ilə bağlı təklif: "Ləğv edilsin"
17/12/2018 [12:03]:
Putin yapon qadınların TRENDİ OLDU - Bir neçə gün içində... - FOTOLAR
17/12/2018 [11:57]:
ABŞ televiziyasından Azərbaycana qarşı təxribat
17/12/2018 [11:51]:
Lerikdə 15 qızılağac ağacını kəsən şəxs cəzalandırıldı
17/12/2018 [11:46]:
Rövşən Lənkəranskinin ölümündən əvvəl son VİDEOSU
17/12/2018 [11:42]:
"Ermənistana bir daha çağırış edirik ki, Azərbaycan torpaqlarından çıxsınlar..."
17/12/2018 [11:40]:
Dini Komitənin sədri həyəcan təbili çaldı
17/12/2018 [11:39]:
“Belə olsaydı, onda heç cəza evlərinə ehtiyac qalmazdı...”
17/12/2018 [11:39]:
"Bir dəli quyuya bir daş atıb, minlərlə ağıllı da o daşın “çıxarılması” ilə məşğuldur"
17/12/2018 [11:35]:
90 yaşlı Sibir alimindən ŞOK müalicə üsulları - Dua oxunmuş su və yemək dərmandır
17/12/2018 [11:34]:
Əli Məsimli: “Azərbaycanın AES-ə ehtiyacı yoxdur”
17/12/2018 [11:25]:
Putindən “seks, narkotik və üsyan musiqisi” ilə bağlı göstəriş...
17/12/2018 [11:21]:
Prezident hərbçilərə ev verdi
17/12/2018 [11:18]:
“Sədərək”dəki mağazalardan 14 minə yaxın partlayıcı vasitə müsadirə olundu
17/12/2018 [11:15]:
"O, elə yerə daş atıb ki, millətin heysiyyatına toxunduğuna görə bu cür şiddətlə qınanır"
17/12/2018 [11:15]:
Kürdəxanının qədim tarixi abidələri - FOTOLAR
17/12/2018 [11:09]:
Aptekdən 6300 manatdan çox pul oğurlayan tutuldu
17/12/2018 [11:09]:
Məşhurlarımızın kitab hobbisi: Kim hansı əsəri oxuyub, oxuyur...
17/12/2018 [11:02]:
Yeni ildə bütün hərbi hissələr valideynlərin üzünə açılacaq -Zakir Həsənov əmr verdi
17/12/2018 [11:00]:
Səudiyyə Ərəbistanı Xaşuqci ilə bağlı ittihamları rədd edir – Ər-Riyad ABŞ Senatına cavab verdi
17/12/2018 [10:57]:
Ötən iki gündə ölkədə 209 cinayət törədilib – Axtarışda olan 33 nəfər saxlanıldı
17/12/2018 [10:55]:
Alim Qasımov bir müddət pərəstişkarlarını intizarda qoymalı olacaq...
17/12/2018 [10:50]:
Dayanma və durma qaydalarını pozan sürücülərə XƏBƏRDARLIQ
17/12/2018 [10:48]:
Dövlət Komitəsi Avropa təcrübəsindən yararlanır - FOTO
17/12/2018 [10:36]:
“Restoranlarda insanlara ən təhlükəli qidalar təklif olunur” - Ekspertdən xəbərdarlıq
17/12/2018 [10:28]:
Yazıçı-publisist Ayaz Əhmədov vəfat edib
17/12/2018 [10:22]:
Avtomobil bazarında kəskin artım
17/12/2018 [10:17]:
“Brilliant Dadaşova vəsiqəsində yaşını azaldıb”
17/12/2018 [10:02]:
Rusiya Ermənistanda zirehli texnikaların dağlıq relyefdə təlimlərini keçirdi - FOTO
17/12/2018 [10:00]:
ABŞ-da alimlik dərəcəsi alan ilk azərbaycanlı xanım - FOTOLAR
17/12/2018 [09:58]:
"Özünü aldadıb real olmayan obraza inandırmaq sayrışan hallar nevrozunun əlamətidir"
17/12/2018 [09:44]:
“İmzasına hörmət edən jurnalist…” - Mirşahinlə Ehsan Zahidovun qrup yoldaşı DANIŞDI - FOTOLAR
Bütün arxiv bir sırada
07/10/2018 [16:19] - Ədəbiyyat - ( 1448 dəfə baxılıb)

Bəstəkarın dost, şairin isə qeyri-adi poetik təbriki – Qanadlı Vaqif Bayatlı Odər üçün...



Ötən həftəni Azərbaycan ədəbiyyatında Vaqif Bayatlı Odər həftəsi adlandırmaq olar. Oktyabrın birində çağdaş Azərbaycan poeziyasının ən fərqli şairlərindən olan, yaradıcılığı ilə tam başqa bir poeziyanın əsasını qoyan şairin 70 yaşı tamam oldu.
Bununla bağlı istər sosial şəbəkələrdə, istərsə də çap və elektron mediasında şairlə  bağlı xeyli sayda təbrik yazıları yazıldı.


Moderator.az da bu ənənədən geri qalmadı, hətta bu işin öncüllərindən biri oldu. Bu səbəbdən də, ənənəyə sadiq qalaraq, böyük şairin yubileyi ilə bağlı yazılarını bu gün də davam etdirir.

Hazırda xaricdə yaşayan tanınmış bəstəkar, professor Cavanşir Quliyev Moderator.az vasitəsilə özünün qədim-qayım dostunu bu cür təbrik edib:

“Vaqif Bayatlı bugünkü poeziyamızın ən önəmli təmsilçilərindəndi. Yaradıcılığı çox işıqlıdır, genişdir, dərindir. Yeni Azərbaycan poeziyasının görkəmli nümayəndəsidir. Mənim çox sevdiyim şairlərdəndir. Uzun illər tanışlığımız, dostluğumuz var. Yubileyi münasibəti ilə Vaqifi ürəkdən təbrik edirəm, möhkəm can sağlığı və yeni gözəl şeirlər arzulayıram”.

Poeziyada Vaqif Bayatlı Odər üslubuna ən yaxın şair kimi göstərilən şair Zahid Sarıtorpağın təbriki isə tam fərqli və poetik olub:

“Sevdiyim nəsnələrin rəsmini cızmaq əlimdən yetərincə gəlmir. Sevdiyim insanların haqqında söz deməyə də həmişə zorlanıram.
Elə şeylər var, istəsən də, istəməsən də, rəsmlərinimi deyim, bir hal kimi ağlasığmaz kölgə-görüntülərinimi deyim, şüurun, hissin qavramağa acizlik etdiyi ilahi səslərinimi deyim – nələrini isə, sinirlərinə çəkib yaşasan da izah edə bilmirsən. Amma qəribə də olsa, bir də ayılıb görürsən, onları haçansa sirli-sirli Can Kətanına köçürmüsən artıq. Bir də görürsən içinin divarlarında sərgilənib, barın-barxanan kimi yükünə dönüb və bunların ömür saxlancına çevrilməsindən məmnunsan. Bunlar qazanc-qismətlərindir, sözlə bəyana gəlməyənlərdir, fırçaya yatmayanlardır, nota düşməyənlərdir. Onların arasında bir üzün işığı da ola bilər, bir duanın sehri də ola bilər, sularda axıb gedən bir gül ləçəyi də, bir şeirin ovqatı da… Qavramda bəyansız qalan bu sürreal ştrixlər, dərinlərə getsən, lap ilahi işarələr kimi də yozular. Amma sən ixtiyar sahibi olmadığın üçün neyləyə bilərsən axı? Şərhdən ötrü qiyam etsən, yozumun urvatsız olar. Bəyanı mümkün olan hər hansı çəkdiyimiz  bir yük qeyri-şüuri ola bilər, amma qeyri-hissi ola bilməz heç vaxt. Yəni ağzı bağlı çuvalda nə olduğunu bilməyə bilərsən, amma bu çuval çiynindədirsə, ağır, ya yüngül olduğunu hiss etməməyin olumsuz bir şey... 

Vaqif Bayatlı Odər şeirinin  tutumu heç də məna zənginliyi, yəni şüura güclü təsir göstərərək kontakt yaratması ilə deyil, daha çox onun hissi çalarlarınin  insan  ruhunda sərbəst gəzişmələri, oralarda ərköyün-ərköyün bir uşaq çılğınlığı ilə, necə deyərlər, dinc durmaması, aləmi biri-birinə vurmasıyla ölçülür. Onun şeirləriylə tanış olurkən içində təlatümlər yaşayan oxucunu yalnız  bir yol gözləyir: sevgi yolu. O yol da özlüyündə başqa bir yola – barış yoluna aparır.O sevə-sevə sevdirir, sevdirə-sevdirə barışdırır. Sevgi və barış bu ilginc poeziyanın ən mühüm dayaqlarıdır.

Elmi arşınları Vaqif şeirinə tətbiq eləmək çox primitiv görünərdi. Bunu ona görə demirəm ki, bu məsələlərin fərqində olanlar bu gün yox dərəcəsindədir.Yox, sadəcə hər cür  “izm”lər onun şeirləri üstünə hayqırıb gələ bilər, amma son nəticədə utanc içində, pərt halda yanından ötüşər. “Niyə”sinin şərhə ehtiyacı yoxdu ki... İlgilənənlər bunu şeirlərdən sorsun gərək. Ən doğru cavab elə şeirlərin özündədir.

Hər şairin bir özək şeiri olur. Qalan bütün şeirləri o özəyin kökündən, budağından su  içir əslində. Vaqif Bayatlı Odərin özək şeiri yoxdur. Onun bütün şeirləri qaib bir mənbəyə söykənərək (mücərrəd yox, anlaşılan, duyulan – amma qaib) çox güclü qidalanır, özü də, bu zaman tükənmək bilməyən enerji çağlayanına çevrilir. Öz-özlüyündə o, ortalığa qoyduğu məhsula görə yalnız  həmən sirli, qaib ucalığa borcludur. Deyən tapılar ki, onun yaradıcılığında irfanın islamdan öncəki dönəmlərinin, lap antiklərə gedib çıxan çağlarının ahəngləri var. Amma necə? Güclü Tanrıçılıq baxımından bu, kənardan belə görünə bilər. Bu anlamın islamda təsəvvüflə, sufi dünyagörüşləri ilə kamilləşdiyini və tarixə azman söz ustaları doğurduğunu nəzərə alsaq ortada bitkin bir konsepsiya durmalıdı. Hərdən Vaqif Bayatlı Odər şeirində bu dünyagörüşlərinin çox güclü elementləri ortaya çıxsa da, əslində bir küll halında götürsək onun yaradıcılığında belə bir konkret konsepsiya yoxdur. Əvəzində belə bir ovqat var: sanki uzaqlara əbədi getdiyini dərk edərək evdən tələsik çıxan mifik bir varlıqdı söz yiyəsi; o, nəyisə unudub evdə qoyduğunu anlayaraq, sürətlə geri dönür, evi ələk-fələk eləyir, amma axtardığını tapır, ya tapmır, bu sirr olaraq qalır. O, yenidən yoluna davam eləyir, yol onu yenidən kərən-kərən həmən ünvana gətirir, yenidən həmən proses təkrarlanır. O, bu gəlim-gedimin sirrini hamıdan gizlədərək,  oxucunu intizarda saxlayır.  Oxucu isə öz növbəsində hər şeyi unudaraq, yalnız  o sirri öyrənməyə can atdığı üçün bu ovqata qatılaraq ona tabe olur, özündən xəbərsiz, sözün yaxşı mənasında,  itaət  edir – sehirlənmənin sadə anlamını təxminən belə yozur: ələk-fələk olunan yalnız və yalnız ucalar ucası, sirlər məkanı Göy Üzüdü.  Bəs axtarılan nə idi? O tapıldımı? Bəs bu mübhəm sevda hardan çilənir? Bu sirr açılacaqmı? Insanı insana, gülü gülə sevdirən bu sirri öyrənmək mümkün olacaqmı? Hara gedir o mübhəm sirlər  sahibi? Yenidən Göy Üzünə! İtiyinin ardıyca! Və gərdiş beləcə başlanır Könül Kainatında – dövrə vura-vura, rəqs edə-edə, sonralar özü də etiraf edəcək bunu, hamını bu rəqsə çağıracaq...

Bu hisslərin aurası içində olmaq hər cür kamil, bitkin konsepsiyadan,  proqramdan ucalarda dayanır. Bayaq qeyd etdiyim  kimi bir uşaq çılğınlığıyla dinc durmadan aləmi biri-birinə vurmağa bənzəyən bu bədii hökmüranlığa olduqca səmimi bağlılıq əslində heç şairin  düşünülmüş amacı da deyil. Bunu ilk baxışda çox sadə, bənzərsiz, öz təbirincə desək, “qanadlı şeirlər”in özləri diqtə eləyir. Elə buna görə də, V.B.Odər yaradıcılığında şeirin klassik anlamı çökmür və itirmir, çağdaş anlamı isə ucalaraq qazanır. Burda da onun sevdirici və barışdırıcı mövqeyi özünü göstərir. Onun poeziyası, sadə şəkildə izah etsək, nəinki insanların, eləcə də, şeirimizin dünəniylə bu günü arasında sevgi və barış nöqtəsidir. Dünyagirlikdən çox-çox uzaq olan şairin şeirlərində bir damla göz yaşıyla, bir şamla, ya bir gül ləçəyilə üzə çıxan dərdlərdən, sevdalardan şeirə tapınan bütün haqq aşiqlərinə ruh yükü bağlamaq daha asandır, nəinki mücərrədliyin daşqırmaz aynalarında oynaşan dərkolunmaz kabuslardan.

Bütün bu hisslərimi şairin ilk kitabını oxuduqda da keçirirdim, onun axarıncı, haqdan ədəbiyyatımızın uğuru sayıla biləcək “Yupyumru bir eşq ilə” kitabını oxuduqda da. 

Olur ki, insan çox vaxt sövq-təbii nəsə cana yaxın bir itkisini axtarmaq durumuna düşür, hisslərin caynağında ümidsizlikdən üzülür. Amma bilmir neyləsin. Bax elədə o,  həmişə təzə-tər olan Vaqif Bayatlı Odər şeirinə üz tutsa, uzun illərin müşahidələrindən doğan qənaətimə görə, həm yarası qaysaqlanar, həm də dili şükran dualarına gələr tezliklə. Yəni sehrin bircə düyməsi də olsa qırılıb düşər ovcuna.
O, ayrılıqları da sevdirir – Itkiləri qaytarırmış kimi...
O, həm də dərdlə barışdırır – duyulmadan, “yupyumru bir eşq ilə...”

"Bir dəli quyuya bir daş atıb, minlərlə ağıllı da o daşın “çıxarılması” ilə məşğuldur"
“Paşinyana dedim ki, niyə susmusan, Putindən qorxursan?” - Lukaşenko (Video)
Əlincəqala qədər əyilməz, Əshabi-Kəhf qədər müqəddəs torpağın qurucu rəhbəri...
Qaban ilində doğulan yüksək vəzifəli məmurlar - SİYAHI
Budları ilə yatak və stul qırdı - İNANILMAZ....
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Onun millət üçün gördüyü işlər böyük fədakarlıqdır...”- Şirməmməd Hüseynova doğum günü təbriki...
Cəmiyyət
“Elə dağ rayonlarımız var ki, orada qış şinlərindən istifadə mütləqdir...” - Ekspert...
Cəmiyyət
"O, elə yerə daş atıb ki, millətin heysiyyatına toxunduğuna görə bu cür şiddətlə qınanır"
Cəmiyyət
Kürdəxanının qədim tarixi abidələri - FOTOLAR
Cəmiyyət
Azərindən Mübarizi təhqir edən məxluqa cavab: "Şərəfsizə sənin ən gözəl cavabın..."
Müasir Ədliyyə
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
Qüdrətdən səngərli, qalalı dağlarda Vətən keşikçiləri ilə keçirilən 2 qürurlu gün...
Sənin də döşünü kəssəydilər...
Qazax və Ağstafada döyüş postlarının DSX-ya təhvil verilməsi nə ilə bağlıdır?
Azərindən Mübarizi təhqir edən məxluqa cavab: "Şərəfsizə sənin ən gözəl cavabın..."
Aparıcının “Bahalaşmaya etiraz edək” şərhi Ərdoğanı qəzəbləndirdi: "Ey əxlaqsız, bura Parisdirmi?"
“Anamın şəxsi əşyalarını şəhidliyindən 23 il sonra mənə çatdırdılar…”- Ceyhun Əsgərov-VİDEO…
"Mübarizlə qeyri-bərabər döyüşdə düşmən 12 itki verir, 17-si ağır yaralanır..."
"Cəmiyyət görün nə gündədir ki, onun qəhrəmanlığını şübhə altına alanlar meydan sulayır"
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə