“Erməni zabitləri yalvarırdı ki, gəlin Laçını alın, biz də çıxaq gedək...”
Araşdırma
Oxunub: 5481
09 Oct 2018 | 10:02

“Erməni zabitləri yalvarırdı ki, gəlin Laçını alın, biz də çıxaq gedək...”
O dövrdə yenicə formalaşan Milli Ordumuzun “Laçın dəhlizi”nin azad edilməsi məqsədilə apardığı, onlarla şəhid verdiyi, lakin xarici və daxili məkrli güclərin təxribatı  nəticəsində başa çatdırılmayan uğurlu əməliyyatlarından 26 il ötür. 

Olayın tarixi və hərbi-siyasi əhəmiyyətini nəzərə alaraq  əməkdaşımızın bir neçə il öncə 7 şahidin iştirakı ilə apardığı və bir sıra gerçəklərin üzə çıxdığı araşdırmanı təkrar nəzərinizə çatdırırıq:

“Çoxları bilmir ki, Laçın rayonu bütövlükdə 1993-cü ilin avqustunda işğal olunub…”

“Illərdir ki, Laçının işğal günü kimi 18 may 1992-ci il tarixi yaddaşımıza həkk olunub. Amma faktiki olaraq həmin gün Laçın rayon mərkəzi və ətrafdakı “dəhliz” deyilən 5-10 kəndlik ərazi ermənilərin əlinə keçib. Və “Laçını qoydular, qaçdılar” deyənlərin çoxu bilmir ki, bütövlükdə Laçın rayonu yalnız 1993-cü il avqustun sonunda– Qubadlı rayonunun xeyli hissəsi düşmən tərəfindən zəbt edildikdən sonra ermənilərin tam nəzarətinə keçib. Minlərlə Azərbaycan övladının canı-qanı bahasına 1993-cü ilin martın sonuna, yəni Kəlbəcərin işğalınadək Laçının rayon mərkəzindən hava xəttilə cəmi 5-6 km-dəki kəndləri, 1993-cü ilin avqustun sonuna, Qubadlının işğalınadək isə cənubdan hava xətti ilə 7-8 km-dəki yaşayış məntəqələrimiz ordumuzun nəzarətində olub. Bu müddət ərzində baş vermiş hadisələr, təəssüf ki, tarix kitablarımızda, dərsliklərdə əks olunmur… 1992-ci il sentyabr-oktyabrında hər iki istiqamətdən ilk mərhələdə uğurlu başlanan “Laçın dəhlizi” əməliyyatı keçirilib. Nəticədə Kirs dağı istisna olmaqla əsas strateji yüksəkliklər azad edilib. Təəssüf ki, qələbəyə tam yaxınkən Laçın faktiki olaraq ikinci dəfə müəmmalı olayların qurbanı oldu. Bəs nədən? Həmin dövrdə hökumət və ordu rəhbərləri olmuş şəxslərin və əməliyyatın faktiki iştirakçılarının söylədiklərindən özünüz nəticə çıxarın:
Sabiq dövlət katibi Pənah Hüseyn ətraflı danışmadı:

“Laçın dəhlizi əməliyyatı Rusiya ordusunun müdaxiləsi nəticəsində baş tutmadı”

-1992-ci lin payızında həqiqətən Azərbaycan Milli Ordusu uğurlu əmliyyatlar keçirərək həm Kəlbəcər, həm də Qubadlı istiqamətlərindən Laçına xeyli yaxınlaşmışdılar. Lakin sonradan Rusiya ordusunun bilavasitə iştirakı, xüsusilə artilleriya dəstəyi ilə bizim qoşunlar ağır itkilər verərək geri çəkilməyə məcbur oldular. Laçın dəhlizindən qüvvələrimizin guya hansısa dövlətin və ya ATƏT-in təzyiqi ilə ölkə rəhbərliyinin, o cümlədən şəxsən president Əbülfəz Elçibəyin əmri, yaxud göstərişi ilə qəsdən çıxarılması barədə söz-söhbətlərin heç bir əsası yoxdur. İstər Elçibəy, istərsə də digər rəhbər şəxslər tərəfindən belə bir əmr verilməyib.

Keçmiş müdafiə naziri Rəhim Qazıyev:

”Laçın dəhlizi ikinci dəfə də hakimiyyət davasının qurbanı oldu”

-1992-ci ilin yayında biz Rusiyanın Gəncədə yerləşən hərbi qüvvələrinin komandanlığını müxtəlif vasitələrlə ələ almaqla uğurlu Ağdərə əməliyyatını keçirdik. Və igid oğullarımızın canı-qanı sayəsində ordumuz artıq Xankəndinin 5-10 km-də dayanmışdı. Sentyabrın əvvəllərində isə “Laçın dəhlizi” əməliyyatını hazırlamağa başladıq. Qubadlı istiqamətindən podpolkovnik Nüsrət Namazovun başçılıq etdiyi 706, Kəlbəcər istiqamətindən isə polkovnik Zadir (sənəddə adı belə olsa da, əksəriyyət onu Zaur kimi tanıyır-S.L.) Rzayevin başçılıq etdiyi 701 saylı briqadaların iştirakıyla əməliyyat başlandı. Bölgəyə 40-a yaxın zirehli texnika, 17 “Qrad” qurğusu göndərildi. Eyni zamanda Kəlbəcər tərəfdən 123 saylı əlahiddə tabor da iştirak edirdi. 360 nəfərdən ibarət xüsusi təyinatlı desant taboru hazırlamışdıq. Onlar qısa müddətdə heç bir itki vermədən gəlib oturdular Şuşanın Zarıslı kəndinin yaxınlığında. Plan belə idi ki, Qubadlıdan və Kəlbəcərdən gələn qüvvələr Laçında birləşməli, dəhliz bağlanmalı və biz Xankəndini aviasiya ilə bombaladığımız vaxt Zarıslı yaxınlığındakı qüvvələr də Şuşaya hücuma keçməli idi. Ermənilərin əməliyyatın detallarından heç bir xəbəri yox idi. Özü də oktyabrın 9-da Bakıda ordunun yaradılmasının 1-ci ildönümü ilə bağlı parad keçirməyə hazırlaşırdıq. Həmin paradda mən Laçının azad edilməsi barədə raport verməli idim. Əməliyyatın həlledici məqamında polkovnik Namazova məxfi məktub göndərmişdim ki, onu filan tarixdə filan saatda açmalısan. Orada Qubadlıdan bir taborun Laçın istiqamətinə göndərilməsi haqqında əmr var idi. Namazov məktubu bir sutka öncə açır. Bir taborun döyüşçülərini yığıb deyir ki, sabah filan saatda Laçın əməliyyatına gedirik, gedin ailələrinizlə sağollaşın. Bir saatdan sonra Qubadlının arvad-uşağı yolu kəsir ki, burdan heç bir hərbçi, nə də texnika çıxmayacaq. Beləliklə, əməliyyatın sirri vaxtından əvvəl açıldı. Komandiri olduğu tabor artıq Laçının hava xətti ilə 3-4 km-ində olan Fətəlipəyə kəndinə çatanda rəhmətlik Əlyar Əliyevi arxadan vurdular. Onun dəfninə mən də getdim. Həmin Namazovu həbs etdirdim. Beləliklə, bütün əməliyyat pozuldu. Bəs bu xəyanət niyə oldu? Bilirsiz, mən dövlət başçısı deyildim və mənə qarşı müdafiə naziri kimi dövlət səviyyəsində ölkənin başı olan prezident aparatından xəyanət olunurdu. Mən müdafiə naziri olaraq Laçın dəhlizi istiqamətində əməliyyatın dayandırılması, qoşunların geri çəkilməsi barədə əmr verməmişəm. Bütün şifahi və yazlılı əmrlər MN-də əməliyyat idarəsinin əmr dəftərində qeyd edilirdi. Əgər belə bir əmr olubsa, qoyulsun ortalığa. Elçibəy tərəfindən də mənə belə bir əmr verilməyib. AXC hakimiyyətində çoxları ermənilərlə ortaq məxrəcə gəlməyin yollarını axtardığı vaxt mən torpaqları azad etmək üçün əməliyyatlar keçirirdim. Hətta Qraçov məni bir neçə dəfə hədələdi ki, bu dəqiqə düz sənin kabinetini bombaladacam. Mən buna da əhəmiyyət vermədim. Əminəm ki, “Laçın dəhlizi” əməliyyatının baş tutmamasına Rusiyanın, Qərbin təzyiqlərindən, ermənilərin müqavimətindən daha çox öz içimizdə hakimiyyət davası edənlər səbəb oldu.

Keçmiş 123 saylı alayın qərargah rəisi polkovnik-leytenant Nazim Bayramov:

”Laçın əməliyyatına prezidentin türkiyəli müşaviri də etiraz etmişdi”

“Laçın dəhlizi” əməliyyatı bilavasitə 6-13 sentyabr 1992-ci ildə Baş Qərargahımız tərəfindən tam məxfi olaraq hazırlanıb. İstər rus, istərsə də Türkiyə hərbçiləri bu əməliyyatın hazırlanmasında iştirak etməyiblər. Əməliyyatın hazırlanmasında mən də iştirak etmişəm. Planın bəzi elementləri və davamında keçirilməli əməliyyat bu gün də hərbi sirr təşkil etdiyindən onlara toxunmuram. 1992-ci ilin hərbi əməliyyatlar planına həm Ağdərə, həm “Laçın dəhlizi” əməliyyatları əvvəldən daxil idi. Lakin planda nəzərdə tutulduğu kimi, əvvəlcə Ağdərə əməliyyatı Qarabağ Sıra Dağlarının mərkəzini (Ulubaba və başqa yüksəkliklər) tutmaqla bitməli, yalnız bundan sonra “Laçın dəhlizi” əməliyyatı reallaşdırılmalı idi. Hərbi nöqteyi-nəzərdən Ağdərə hücumunu bitirməmiş, 6 minlik qoşun qruplaşmasını üzü qışa yüksək dağlıq ərazidə əməliyyat keçirməyə yönəltmək, Qarabağ müharibəsində buraxılmış strateji səhvlərdən biri idi, çünki Qarabağ Dağ Silsiləsini tutmamış, yəni erməni qüvvələrinin müqavimətini hərbi nöqteyi-nəzərdən perspektivsiz hala gətirməmiş, yeganə “həyat yolları” olan Laçın dəhlizini bağlamaqla, biz onları (relyef tərəfdən hələki şanslı vəziyyətlərində) daha şiddətli müqavimətə sövq etmiş və Ermənistanla etibarlı ehtiyyat quru rabitə məsələsində “ayıltmış” olurduq. Bütün bu düşüncələr “Laçın dəhlizi” əməliyyatı qərarı qəbul edilən zaman Ali Baş Komandan Elçibəyə Baş Qərargah tərəfindən məruzə edilmişdi. Elçibəyin eürkiyəli yüksək rütbəli hərbi müşaviri Yaşar Paşa da Ağdərə əməliyyatını saxlayıb, “Dəhliz” əməliyyatını başlamaq qərarının səhv olduğunu Ə. Elçibəyə inandırmağa çalışmışdı, lakin siyasi məqsədəuyğunluq hərbi zərurətə üstün gəlmişdi...
Təxminən sentyabrın 10-u 2-ci korpusun qərargah rəisi polkovnik İlham Aslanovun əmri ilə mən Yevlaxdan 2-ci OK qərargahının bir qrup zabiti ilə birgə vertolyotla Laçın dəhlizi istiqamətinə rekoqnostirovkaya(planlaşdırılmış əməliyyatın məkanını öyrənmək, kəşfiyyat- S.L) göndərildim. Biz Qarabağ Dağ Silsiləsinin cənub hissəsini, o cümlədən Sarıbabanı və Xankəndi-Şuşa-Laçın-Kəlbəcər arası əraziləri geniş panoramda öyrəndikdən sonra hadisəsiz Yevlaxa qayıtdıq. Sentyabrın 13-ü gecə alayımız Laçına çatdı. Bizi Laçın polkunun komandiri Tahir Süleymanov və polkun qərargah rəisi Rafiq Nağıyev qarşıladılar. Biz Sarıbaba dağ massivinin ətəklərində əmrdə göstərilmiş hücum rayonunda cəmləşdik. Qərargahı Piçənisdə qurduq. “Dəhliz” əməliyatına oktyabrın 15-ə qədər polkovnik İ.Aslanov rəhbərlik edirdi. Oktyabrın 15-dən sonacan(noyabrın 15-ə) qədər isə rəhmətlik general-mayor Zaur Rzayev rəhbərlik etmişdi. Bu minvalla 14 sentyabr-15 oktyabr 1992-ci ildə genişmiqyaslı “Laçın dəhlizi” əməliyyatı keçirildi. Hoçazın əsas 5 hündürlüyündən 3-ü alındı, Sarıbaba iki yüksəkliyindən başqa ordumuz tərəfindən tutuldu, dəhliz qısa müddətli üç yerdən bağlandı(bəzi körpülər partladırdı, dəhlizin üzərindəki yüksəkliklər tutuldu), ön dəstələrimiz Şuşaya iki müxtəlif istiqamətdən 3-4 km yaxınlaşdı (gecələr Şuşanın işıqlarını görürdük), 778-ci hissənin xüsusi təyinatlıları və Ə. Qənizadənin reyd dəstəsinin kəşfiyyatçıları Laçın şəhərinə gecələr girib-çıxırdılar. Laçın şimal qruplaşması əməliyyat üçün tam cəmləşəndən sonra sentyabrın 15-i digər hissələrlə birlikdə alayımız Sarıbabada hücuma keçdi. Təxminən 10 günlük intensiv hücumların nəticəsində Sarıbabanın 5 əsas yüksəkliyindən ikisi ordumuz tərəfindən tutuldu. Bizə əmr verildi ki, dəhlizə hücuma keçmiş əsas qüvvələrimizi sol cinahdan və arxadan- Şuşa və Xankəndi istiqamətindən- düşmənin gözlənilməz zərbələrindən qoruyaq, bunun üçün Qozlu- Fingə-Kalafalıq xəttində fəal müdafiə quraq. Sentyabrın 29-u alay dağ yolları ilə Sarıbabadan Fingəyə gəlib qeyd etdiyim müdafiə xəttini tutdu. Alayın kəşfiyyat bölməsinin kiçik qrupları Şuşanın qərb ətəklərinə yaxınlaşır, şəhəri 3 km məsafədən müşahidə edirdilər. Hətta o zaman bu barədə AzTv-də xəbər vermişdilər, “qoşunlarımız Şuşanın 3 km-dədi”, halbuki belə deyildi, bunlar yalnız xüsusi əməliyatlar olmuşdu. 15 oktyabr 1992-ci ildə “Laçın dəhlizi” əməliyyatı əmrə əsasən rəsmən dayandırıldı...

Laçın alayının qərargah rəisi Rafiq Nağıyev:

”Zaur Rzayev məhkəmədə dedi ki, Laçına girməyə Surət Hüseynov icazə vermədi”

- Öncə onu deyim ki, 1992-ci ilin aprelində 811 saylı Laçın alayının ləğv olunması ilə bağlı əmr verilmişdi. Və maraqlıdır ki, ləğv olunmuş bu alay Laçın şəhərinin işğalı zamanı da, işğaldan sonra da cənub – Qubadlı istiqamətindən keçirilən əməliyyatlarda da iştirak edir, itkilər verirdi. Amma əmək haqqı, ərzaq, geyim almaq istəyəndə MN-də deyirdilər ki, sənəddə belə bir alay yoxdur. Və 1992-ci lin avqustunda da MN Baş qərargah rəisinin əmri ilə Laçın alayı Kəlbəcər istiqamətinə 701 saylı briqadanın tabeliyinə göndərildi. Avqustun 19-22-də mən 8 zabitlə bərabər Hoçaz zirvəsi istiqamətində Laçına doğru kəşfiyyat əməliyyatı keçirdik. Laçının hava xətti ilə bir neçə km-dək getdik və düşmənin dislokasiya nöqtələrini xəritəyə köçürdük. Sentyabrın 9-da 2-ci ordu korpusunun(OK) komandiri Surət Hüseynov Laçın istiqamətində əməliyyat keçirilməsi haqqında əmr verdi. Əmrə əsasən Laçın alayı sol cinahdan Qırxqız-Qorğundağ-Kalafalıq-İpək istiqamətində hücum edərək sentyabrın 10-da Sarıbaba yüksəkliyini götürməli, bundan sonra arxadan korpusun əlavə birləşmələri gəlməli və sentyabrın 13-də Laçın rayon mərkəzi alınmalıydı. Təklifimlə biz tapşırığı az itkilər və vaxtında həyata keçirmək üçün Sarıbaba zirvəsini klassik nəzəri formada deyil, başqa effektiv bir üsulla götürməyi qərara aldıq. Sadəcə, Qozlu kəndinin altındakı dərə ilə Ərdəşəvidən sızma yolu ilə 4 km məsafə qət edib Sarıbaba yüksəkliyində ermənilərin görmədiyi bir yerdə gizli mövqe qurmaq lazım idi. “Budulay” ləqəbli bölmə komandiri –rəhmtlik şəhid Mehman Əhmədov deyilən əməliyyata başladı və gecə saat 4-də artıq bizə Sarıbabadan məlumat verdi. Korpus rəhbərliyindən gələn Talıb Məmmədov artıq zirvədəki mövqelərimizi görəndə gözlərinə inanmadı. Həmin bölük orada səngər qazıb görünməz formada oturmalı və ayın 11-də korpusun əlavə qüvvələri gələndə ortada qalan erməniləri məhv edib yüksəkliyi tam nəzarətə almalı idi. Gecə təsadüfən ermənilər bizim Sarıbabada qüvvələrimiz olduğunu bildi və bizimkilər onlara hücum edərək xeyli hissəsini məhv edib yüksəkliyi tam nəzarətə götürdülər. Beləliklə, kiçik bir əməliyyatla böyük bir ərazini ələ keçirə bildik. Bizdən yalnız bir nəfər yaralanaraq itkin düşmüşdü. Amma maraqlıdır ki, geridə qalan korpusun əlavə qüvvələri hücuma keçmədi. Və nəticədə Laçın nəzərdə tutulduğu kimi, sentyabrın 13-də azad edilmədi.

“Erməni zabitləri yalvarırdı ki, gəlin Laçını alın, biz də çıxaq gedək...”

Oktyabrın 1-də bizə yeni əmr gəldi ki, ayın 6-dək Laçın yaxınlığındakı Tığık-1 və Tığik-2 kəndləri götürülməlidir. Yeni kəşfiyyat məlumatları əsasında əməliyyat hazırlandı. Yeganə səhvimiz ermənilərin 3 yerdə bir nəfərlik gizli atəş nöqtələrinin olmasını bilməməyimiz oldu. Oktyabrın 3-də Ayıbazarı kəndi istiqamətindən Tığiyə doğru hücuma keçdik. Komandir Tahir Süleymanovla mənim də bilavasitə xüsusi silahlarla iştirak etdiyimiz hücumda düşmənin bir neçə texnika və xeyli canlı qüvvəsini məhv etdik. Təəssüf ki, qeyd etdiyim gizlin atəş nöqtələri bizə əməliyyatı başa çatdırmağa imkan vermədi. Bizdən 5-6 nəfər yaralandı. Ayın 3-də artilleriya hazırlığından sonra - 4-də biz ermənilərin gözləmədiyi halda yenidən həmin istiqamətdən hücuma keçdik. Bu dəfə ermənilər artıq kütləvi şəkildə qaçmağa başladı. Yenə də düşmənin bir neçə zirehli texnikasını və xeyli canlı qüvvəsini məhv etdik. Əsgərlərimizdə böyük ruh yüksəkliyi yaranmışdı deyə, biz Laçın istiqamətində daha irəli gedərək oktyabrın 6-da Zerti kəndini də azad etdik. Cəmi iki əsgərimiz yaralandı. Təsəvvür edin, erməni zabitləri ratsiya ilə azərbaycanca bizə yalvarırdılar ki, ara, kişiliyiniz olsun, bir az da qabağa gəlin, biz çıxaq gedək evimizə-eşiyimizə. Bölük komandiri Sabir Xıdırov bir neçə nəfərlə Yuxarı Laçın kəndinin qəbirstanlığınadək getmişdi. Eyni vaxtda artıq Laçın polisi də sağ cinahda Hoçaz, və Laçın yaxınlığındakı telestansiya yerləşən Mərkiz yüksəkliyini tutmaqla şəhərə yaxınlaşmışdılar. Onu da deyim ki, biz həm sağ cinahdakı erməni qüvvələrini, həm də cənubdan Qubadlıdan gələn hissələrimizlə üz-üzə olan erməni qüvvələrinin yerdəyişmələrini aydın görürdük. Sadəcə, dəfələrlə müraciət etməyimizə baxmayaraq komandanlıq nədənsə bizim qüvvələrin qarşılıqlı əlaqəsi üçün şərait yaratmamışdı. Zertini alandan sonra qərargahdan Zaur Rzayev bizi çağırdı ki, mövqelərinizi möhkəmlədin və təcili müşavirəyə gəlin. Ərdəşəvidə əvvəlcə briqada komandiri və digərləri bizi çox sevinclə qarşılayıb uğurlu hücuma görə təbrik və təşəkkür etdilər. Ancaq müşavirədən sonra Rzayev alay komandiri ilə məni saxlatdı və bizə iradını bildirdi ki, nədən komanda olmadan Zerti kəndini almısız- qoçaq çıxmısız. Biz ona dedik ki, məgər torpağı azad etmək günahdır. Bu halda o, bir az yumşaq formada dedi ki, bəs guya prezident Elçibəy deyib ki, Laçın dəhlizini bağlamaq olmaz- ermənilər dünyanı üstümüzə qaldırarlar. Ancaq 1994-cü ilin sentyabrında mənim də mühakimə olunduğum məhkəmədə Zaur Rzayev tamam başqa cür izahat verdi. O dedi ki, ordu hissələri artıq Laçına yaxınlaşan vaxt OK komandiri Surət Hüseynov məni təcili Gəncəyə çağırıb dedi ki, əgər biz Laçını alsaq, Elçibəy hakimiyyətdə möhkəmlənəcək və biz bir daha hakimiyyətə gələ bilməyəcəyik. Hakim ona etiraz etdi ki, sən Milli Qəhrəman, baş nazir haqqında nə danışırsan? Maraqlıdır ki, məlum 1994-ci il 4-5 oktyabr olaylarından, yəni Surət baş nazirlikdən uzaqlaşdırılıb qaçdıqdan 15-20 gün sonra polkovnik Rzayev guya təzə məlumat vermək adıyla məhkəmənin növbəti iclasına gəldi və hakimə dedi: “Hanı sizin baş naziriniz, hanı sizin milli qəhrəmanınız?”

851 saylı Qubadlı taborunun komandiri Adil Həşimov:

“Kirsi almamış Laçına getmək ağılsızlıq idi...”

- Əməliyyat 1992-ci il sentyabrın sonunda MN Qərargah rəisi Nurəddin Sadıqov tərəfindən hazırlanmışdı. Biz Qubadlı zabitləri əvvəldən dedik ki, bu, strateji baxımdan düzgün əməliyyat deyil. Çünki ərazidə ən böyük yüksəklik olan Böyük Kirsi almadan Həkəri boyu Laçına hücum etmək ağılsızlıq idi. Biz təklif edirdik ki, Qubadlının Başarat kəndindən Hadrutun Xozabirt kəndi istqamətində Suarası kəndi və Susuzdağ yüksəkliyi, ardınca da Dəyhan kəndi alındıqdan sonra İrçan-Xumarta-Köhnəkənd istiqamətində hərəkət edib Kirsi almalıyıq. Bunu əvvəlcə Nurəddin Sadıqov qəbul etmişdi. Və əməliyyata ümumi rəhbərlik MN əməkdaşı Cahangir Cahangirova tapşırılmışdı. Briqada komandiri isə Balağa Rzayev idi. Təəssüf ki, Susuzdağ, ardınca Dəyhan alındıqdan sonra Laçına doğru istiqamət götürüldü. Nəticədə düşmənin ciddi müqaviməti ilə qarşılaşdıq. Tabor komandiri Əlyar Əliyev qəhrəmancasına həlak oldu. Amma Dəyhanı alanda kəşfiyyat xəbər gətirirdi ki, artıq ermənilər Şuşanın Qaladərəsi kəndindən də çıxıb qaçırlar. Səhv etmirəmsə, 1992-ci ilin sentyabrın əvvəlində bir dəfə biz Laçının Malxələf kəndi istiqamətində hücuma keçdik. Ancaq tezlklə ermənilər bizi kənddən vurub çıxardı. Əvvəlki briqada komandiri podpolkovnik Nüsrət Namazovu məhz Həkəri çayı boyu yenidən belə bir əməliyyat keçirmək barədə korpus komandiri Surət Hüseynovun əmrinə etiraz etdiyinə görə vəzifəsindn çıxararaq Yevlaxda tutmuşdular...

Laçın polisinin keçmiş əməkdaşı, baş serjant Füzuli Verdiyev:

”Laçına yaxınlaşanda arxamızdakı ordu qüvvələri kiminsə əmri ilə geri çəkildi”

- İyunun 5-də biz- rəis Akif Səlimovun başçılığıyla Laçın polisləri Kəlbəcərdə Yol evi deyilən yerə çatdıq. Pircahan kəndinə qədər demək olar ki, düşmənin güclü müqavimətinə rast gəlmədik. Bülüldüzdə fəal kəşfiyyat əməliyyatları keçirdik. Sentyabrın 19-dan başlayaraq Hoçaz uğrunda döyüşlər başladı. Oktyabrın 1-də heç bir itkiyə yol vermədən Hoçaz yüksəkliyini ələ keçirdik. Bir neçə nəfər yaralandı. Daha sonra oktyabrın 4-də Mərkiz dağını, 5-də Sus, 6-da Qızılca, 7-də Mollalar kəndlərini gərgin döyüşlərdən sonra azad etdik. Yadımdadır ki, ermənilər Sus və Qızılcada bütün evləri nömrələmişdilər. Ayın 6-da gecə Qızılcada qaldıq. Ertəsi gün Mollalara getdik. Oktyabrın 8-i biz, təxminən 100 nəfər Laçın polisi Qızılcadan Həkəri çayını keçib yağ-pendir zavodu istiqamətindən Laçına girməli idik. Mollalardan gəlib Qızılcadan keçəndə gördük ki, gecə bizim qaldığımız ev qumbaraatanla dağıdılıb. Buradan nəsə təxribat “iyi” gəlirdi. Biz arxayın idik ki, arxada, o cümlədən strateji Mərkiz dağında milli ordumuzun qüvvələri var. Qarşıdakı postu da götürüb Laçına girməli və Laçına bayraq sancmalı idik. Həmin postdakı 10-15 erməni ilə atışanda arxadan bizi atmağa başladılar. Biz durbinlə baxırdıq ki, Laçından ermənilər çıxırlar. Təəssüf ki, kimlərinsə təxribatı və xəyanəti sayəsində böyük çətinliklə mühasirədən çıxıb geri qayıtmalı olduq. Bundan bir neçə gün sonra mən Hoçaz yüksəkliyində Milli Qəhrəman Oqtay Güləliyevin də həlak olduğu döyüşdə ağır yaralandığımdan sonrakı əməliyyatlarda iştirak edə bilmədim.

851 saylı Qubadlı taborunun komandir müavini mayor Saleh Rüstəmov:

”Əməliyyat ərəfəsində Nüsrət Namazovun həbs edilməsi də müəmmalıydı”.

-1992-ci il sentyabrın sonunda briqada komandiri Nüsrət Namazov tabor komandirlərini Qubadlı rayon mərkəzinə müşavirəyə çağırdı. Onu da deyim ki, Namazovu kişi xarakterli, təcrübəli və savadlı bir hərbçi kimi tanıyırdım. Yadımdadır ki, rəhmətlik Milli Qəhrəman Əlyar Əliyev və digər komandirlər: Dağbəyi, Camal, güləbirdli Vaqif, Muxtar və kəşfiyyat komandiri Səfər də müşavirədə iştirak edirdilər. Namazov dedi ki, sabah səhər saat 5-də Laçın dəhlizi əməliyyatına başlayırıq; Laçıının Suaarsı kəndiini, ardınca da Tikanlı zəmi yüksəkliyini alıb çatmalıyıq Turşsu-Ağanus istiqamətinə. Əlyar müəllim etraz etdi ki, taktiki cəhətən düzgün əməliyyat deyil; Suarasında havayı itkilər çox verəcəyik və məqsədimizə çata bilməyəcəyik. Mən də Namazova dedim ki, cənab komandir, Suarasında çox itkimiz olacaq. O cavab verdi ki, itkimiz olmalıdır da, kimsə vətəni torpaqlarını almalıdırmı, Saleh, bəs bizim kişiliyimiz? Artıq deməyə sözüm qalmadı. Bu minvalla Əlyar Əliyev konkret olaraq imtina edib getdi. Namazov kəşfiyyat komandirindən məlumat istədi. O da cavab verdi ki, qarşı tərəfdə- Mazutlu və Xanalılar kəndləri ətrafındakı düşmən səngərləri boşdur. Xülasə, oktyabrın 1-i gecə gəldik Laçının Səfyan kəndinə. Orda elə bil, nəsə ürəyimə damdı, şübhələndim və kəşfiyyat komandirindən soruşdum ki, Səfər, erməni səngərlərinin boş olması dəqiq məlumatdı, axı hər gün o istiqamətdən bizim mövqeləri atəşə tuturlar. And içdi ki, Saleh, səngərlər bomboşdu. İndi bir daha gedirəm baxam. Doğrudan da gecə saat 12 radələrəində bir neçə nəfərlə gedib qayıtdı ki, arxayın olun, səngərlərdə erməni yoxdur. Yenə inanmadım. Dedim, bəlkə səni aldadırlar. Dedi, səhərə yaxın bir də gedəcəm. Rəhmətlik saat 4-də bir daha gedib gəldi ki, səngərlərdə heç kəs yoxdur. Sən demə, ermənilər “Laçın dəhlizi” əmliyyatından xəbər tutduqlarından tam hazırlıqlı vəziyyətdə bizim hücumu gözləyirmişlər. Belə ki, düşmən kəşfiyyatı gecəgörmə cihazları ilə Səfərgilin gəldiyini görür və onlar yaxınlaşınca səngərləri boşaldıb xeyli arxaya çəkilirlərmiş. Nə isə, bu minvalla səhər saat 5-də Dağbəyinin taboru kəndin yuxarısından hücuma keçdi. Bizim tabor isə birbaşa Suarasının içinə girdik. Demək olar ki, tam mühasirəyə düşdük; düşmən bizi hər tərəfdən özüyeriyən toplarla və digər silahlarla vurmağa başladı. O boş hesab etdiyimiz səngərlərə girəndə həmin kəşfiyyatçı Səfəri və üç biləsuvarlı döyüşçümüzü ermənilər qətlə yetirdi. Təxminən 6-7 nəfər həlak oldu, 7 nəfər yaralandı. Düşmən də xeyli itki verdi. Amma gücümüz az olduğundan məcbur olub geri çəkildik. Mənim də yanımda top mərmisi partladı, qəlpələri dəyməsə də, dalğası bədənimi qayaya çırpdı, ayağımın biri bərk əzilib şişdi. Mazutlu yaxınlığına toplaşanda Rəhmətlik Əlyar 4 “ZİL” maşınla taborun döyüşçülərini köməyə gətirdi. Məni döyüşə girməyə qoymadılar və Xanlıq kəndinə hospitala apardılar. Həmin vaxt Əlyar, Dağbəyi və Vaqiflə birgə hücum edib Suarasını azad edə bildilər. Hospitalda gecə yata bilmədim. Səhər tezdən xəbər çıxdı ki, Əlyarı vurublar. Sürücünü çağırdım və əlimdə çəliklə Tikanlı zəmiyə gəlib çıxdım. Əlyarın silahlanma üzrə müavini Asimdən soruşdum ki, Əlyarı harada, necə vurdular. Dedi, Laçının Fətəlipəyə kəndinin yanında hücuma keçəndə güləbirdli Vaqif Cabbarovla Əlyarın arasında bir balaca mübahisə oldu. Əlyar təklif etdi ki, düşməndən nə sliah ələ keçirsək, yarı böləcəyik. Vaqif isə razılaşmadı, dedi kim qabaqda getsə, silahın hamısını o götürəcək. Bu minvalla Əlyar Əliyev güləbirdli Vaqifdən təxminən 1 km irəlidə ermənilərlə atışma zamanı, necə olursa, maşından düşdü. Yerə düşən kimi, onu atəşə tutdular. Sürücüsü Əlisəadət də ona tərəf gedəndə onu da arxadan vurdular. Elə həmin anlar erməni tərəfdən peyda olan 5 maskalı qara geyimli döyüşçü Əlyarın meyidini götürməyə cəhd etdilər. Bu məqamda arxadan gələn Vaqifin taborundakı BMP onları atəşə tutdu, qaçdılar. Oktyabrın 3-ü gecə Tikanlı zəmidə qaldıq. Vaqif də orada idi. Mən ordan “TŞK” silahı ilə Gorus-Laçın yolu ilə gedən erməni maşınlarını vururdum. Erməni əhalisi qaçırdı. Səhər saat 5-də bizə əmr verdilər ki, Güləbirdə qayıdın. Yenicə təyin olunmuş briqada komandiri Balağa Rzayevdən soruşdum ki, bizi niyə geri qaytarırısız. Dedi ki, guya korpus komandiri Surət Hüseynov əmr verib ki, geri çəkilin. Kəlbəcər tərəfdən gələnlər də, Xankəndinin yanındakılar da geri çəkilib. Bunu briqada komandiri dedi. Nə qədər həqiqət olduğunu deyə bilmərəm. Nüsrət Namazovun da qəflətən azad olunub həbs edilməyi də müəmmalı idi...”

Sultan Laçın
Oxşar xəbərlər
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 21:33
Şəhid bacısına yüksək vəzifə verildi
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 21:26
Ərdoğan Rusiyadakı terrordan DANIŞDI
27 Mar 2024 | 21:30
“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
27 Mar 2024 | 21:32
"Atropatena"ya yox deməyin vaxtı çatıb...-Akif Nağıdan tariximizə fərqli baxış...
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 21:33
Şəhid bacısına yüksək vəzifə verildi
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 21:26
Ərdoğan Rusiyadakı terrordan DANIŞDI
27 Mar 2024 | 21:30
“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
27 Mar 2024 | 21:32
"Atropatena"ya yox deməyin vaxtı çatıb...-Akif Nağıdan tariximizə fərqli baxış...
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib