Xəbər lenti
20/02/2019 [23:49]:
Proqnoz doğru çıxdı - Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ
20/02/2019 [23:15]:
“İnşaat konstruksiyaları” MMC öz öhdəliklərini yerinə yetirmir: Yasamal İcra Hakimiyyəti isə...
20/02/2019 [22:29]:
Türkiyədə hərbi məktəbdə partlayış - Yaralılar var
20/02/2019 [22:24]:
Tahir İmanov sənətsevərlərə və dövlət telekanalına təşəkkür etdi
20/02/2019 [22:01]:
Vəkillər Kollegiyasının Rəyasət Heyəti Bəyanat yaydı
20/02/2019 [21:37]:
Ermənilər Azərbaycan şəhərində növbəti konsert verdi - FOTOLAR  
20/02/2019 [21:14]:
Krımın Rusiya tərəfindən işğalının 5 ili tamam olur - Ukraynanın baş diplomatı Kremli ifşa etdi...
20/02/2019 [21:03]:
Gəncədə tələbə qız qaçırıldı
20/02/2019 [20:46]:
Universitet rektoru 10 min dollar rüşvət almaqda suçlandı...
20/02/2019 [20:31]:
Tarix İnstitutu beynəlxalq əlaqələrini genişləndirir - FOTOLAR
20/02/2019 [19:48]:
MHP başqanı İbad Hüseynlini qəbul etdi: "Qapımız hər zaman üzünə açıq..."
20/02/2019 [19:47]:
Ermənilər onları “vəhşi” adlandıran yazıçının heykəlini ucaltdı: Bu dəfə evdə!
20/02/2019 [19:38]:
“Ana dilimizi sevək, sevdirək” mövzusunda tədbir keçirildi - FOTOLAR
20/02/2019 [19:25]:
Leyla Əliyevanın sözlərinə yazılmış mahnıya videoçarx hazırlandı - VİDEO
20/02/2019 [18:54]:
Bütün Avropa Qarabağ deyəcək
20/02/2019 [18:52]:
Estoniya müharibəyə hazırlaşır - Müdafiə Nazirliyi açıqladı
20/02/2019 [18:48]:
Təyyarədəki sərnişin bir anda ayağa qalxıb şalvarını çıxardı - FOTOLAR
20/02/2019 [18:44]:
Əli polislə bağlı açıqlamasına görə cəzalandırıldı
20/02/2019 [18:28]:
Kiyevdə Xocalı soyqırımına həsr olunmuş tamaşanın premyerası keçiriləcək
20/02/2019 [18:25]:
Ərdoğan: "Ermənilər Türkiyəyə ona görə gəliblər ki..."
20/02/2019 [18:22]:
AMEA magistraturalarına qəbul üçün müsahibə mərhələsi ləğv olundu
20/02/2019 [18:12]:
"O qədər biabırçı vəziyyətdə oxuyan müğənnilər var ki, Afət də onlardan biridir”
20/02/2019 [18:06]:
Tramp demokrat rəqibini “dəlisov” adlandırdı
20/02/2019 [18:02]:
Ev tapşırıqlarını yazdırmaq üçün robot aldı - MARAQLI
20/02/2019 [17:53]:
Bakıda film kimi olay: Bəy toy günü başqa qıza qoşulub, ölkədən qaçdı
20/02/2019 [17:49]:
Qərbi Kaspi Universiteti beynəlxalq konfrans keçirəcək
20/02/2019 [17:46]:
Ermənilər Haaqada Azərbaycana qarşı etiraz aksiyası keçirəcək
20/02/2019 [17:39]:
“Qaçqınkom” Zabratda evi yanan köçkünlərə ev verəcək
20/02/2019 [17:31]:
Meriya mitinqlə bağlı müraciətə cavab verdi
20/02/2019 [17:22]:
Ölən modelyerin 195 milyonluq sərvəti pişiyinə qalacaq
20/02/2019 [17:20]:
Göyçay Xəstəxanasında ölən qadınla bağlı iclas -Həkim işdən çıxarıldı
20/02/2019 [17:18]:
Rezidenturaya sənəd qəbulu davam edir
20/02/2019 [17:10]:
"Hecə oldu ki, “diplomsuz diplomat” oldum..."
20/02/2019 [17:08]:
İlham Rəhimov "Neolit"-dəki insidentdən danışdı: “Xəbər tutan kimi dərhal Moskvaya...”
20/02/2019 [16:55]:
Səs sürətini aşan sərnişin təyyarəsi rekord qırdı - MARAQLI
20/02/2019 [16:51]:
XİN-dən Elşad İskəndərovla bağlı bəyanat
20/02/2019 [16:50]:
Pulu saymağa 4 işçi ayrılıbmış... - 5,5 milyardlıq iş
20/02/2019 [16:35]:
Ermənilərin Gürcüstanda yeni “dəsti-xətti”
20/02/2019 [16:32]:
Yol polisindən vəfat etmiş şəxsin adına tərtib olunan cərimə ilə bağlı - Açıqlama
20/02/2019 [16:29]:
"Sağlam gələcək, İdmanla gələcək" - Regional voleybol yarışı layihəsinin zona seçimləri – Ağcabədi
20/02/2019 [16:27]:
Artur Rasizadə danışdı: “Yerdə qalan ömrümü...”
20/02/2019 [16:02]:
UNEC tələbələrinin məqaləsi SCOPUS-da
20/02/2019 [16:01]:
Azərbaycan Dillər Universitetinin tələbələri Cocuq Mərcanlıda pedaqoji təcrübə keçirlər
20/02/2019 [16:00]:
Xocalı soyqırımının qurbanları bir çox ölkələrdə yad ediləcək
20/02/2019 [15:58]:
“Nar” 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib
20/02/2019 [15:57]:
Ermənistan Cavaxetiya separatçılarının liderini axtarışa verdi
20/02/2019 [15:56]:
Amerikaya yarışa gedən azərbaycanlı şagirdlərin siyahısı AÇIQLANDI
20/02/2019 [15:55]:
""Porsche" nə vaxtdan bahalı maşın olub, deputatın "Porsche"si ola bilməz?" — Deputat
20/02/2019 [15:54]:
Hərbi attaşelər Azərbaycan silahları ilə tanış oldular - FOTO
20/02/2019 [15:52]:
Türkiyədə bir neçə terror aktının qarşısı alındı
20/02/2019 [15:47]:
Məşhur moda markasının yeni dizaynı dünyanı ayağa qaldırdı: "İntihar dəb ola bilməz"
20/02/2019 [15:39]:
Sabah 8 bal gücündə zəlzələ olacaq? — Seysmoloji Mərkəzdən AÇIQLAMA
20/02/2019 [15:36]:
Netanyahu Moskva səfərini təxirə saldı
20/02/2019 [15:34]:
Qurban Qurbanov mövqeyini qorudu
20/02/2019 [15:33]:
QAT ömürlük və vicdan məhbuslarının əfv olunmasını xahiş etdi
20/02/2019 [15:28]:
"Hansısa yurdsuzu ocağının başında oturdasan, o da sənin tarixinə genosid yazsın"
20/02/2019 [15:26]:
Qəbələ və ətraf rayonların əhalisinin diqqətinə: Pulsuz hüquqi yardım
20/02/2019 [15:18]:
Abutalıbovun ən yaxın kadrının işdən çıxarılma səbəbləri...
20/02/2019 [15:16]:
Sibirə qara qar yağdı - İNANILMAZ FOTOLAR...
20/02/2019 [15:11]:
Tahir İmanov: “Məhəllə”miz dəyişir, dəyişməyən təkcə Eliş və Roşkadır - MÜSAHİBƏ
20/02/2019 [15:03]:
Prezident: "Milyardlarla dollarlıq sərmayə cəlb etdik, yeni iş yerləri açdıq" - VİDEO
20/02/2019 [14:59]:
Əflatun Amaşov: "Prezidentin fərmanı böyük önəm daşıyır"
20/02/2019 [14:54]:
“Hakimiyyətdəki rüşvətxorlar islahatlardan narahatdır, əlimdə faktlar var ki...”
20/02/2019 [14:53]:
“Bu şəkil onu gördüyüm ilk dövrün əmanətidir” Əməkdar artistin ustadı ilə bağlı xatirəsi...
20/02/2019 [14:51]:
Sərkisyanın qardaşı həbs olunmamaq üçün 18.5 milyon dollar ödəyib -Paşinyan höküməti azadlıq satır
20/02/2019 [14:44]:
"Brüsseldə Xocalı mitinqi üçün hazırlıq görülür" -Elnur Eltürk
20/02/2019 [14:31]:
ADU tələbələri Cocuq Mərcanlıda təcrübədə
20/02/2019 [14:28]:
5 dövlət orqanında 88 yer vakantdır
20/02/2019 [14:25]:
İlham Əliyev nazirliyə 2 milyon ayırdı
20/02/2019 [14:23]:
“Barışsaq, bir kişi oğlu deməsin ki, qeyrətin necə götürdü?!”
20/02/2019 [14:21]:
Azərbaycan səfirinin Türkiyəyə girişinə qadağa qoyuldu
20/02/2019 [14:15]:
Çadralı oğlanlar...
20/02/2019 [14:11]:
Sonsuz ailələr tibbi sığorta hesabına süni mayalanmanı edə biləcəklər - Gələn ildən
20/02/2019 [14:04]:
Azərbaycanı seçən ukraynalı idmançıların sayı açıqlandı
20/02/2019 [13:58]:
Mülki insanları qorumağa getdilər, məlum oldu ki, özlərinin müdafiəyə ehtiyacı var: RÜSVAYÇILIQ!
20/02/2019 [13:49]:
Ombudsmanın parlamentə hesabat günü açıqlandı
20/02/2019 [13:48]:
İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşdü
20/02/2019 [13:40]:
2019-cu ilin seks trendləri -FOTOLAR
20/02/2019 [13:34]:
İlkin Həsəni ilə komandasını Zərdab və Balakənə buraxmadılar
20/02/2019 [13:28]:
Arda Turandan arvadına: “Əziyyət çəkməliyəm ki, 4-5 uşağımız olsun”
Bütün arxiv bir sırada
11/10/2018 [09:58] - Siyasət - ( 2712 dəfə baxılıb)

"Zəhər olsun Qarabağa bu sitəmi yaşadan belə sülhə!"



Qayıtmaq istəsək də, gedib çata bilmirik. Yollar bağlanıb üzümüzə. Bir qorxu dolaşır içimdə. Qorxuram Qarabağa qədər itirdiklərimizlə necə barışmışıqsa Qarabağla da o cür barışaq.  Asıb kəsməklə torpaq "gəlməz" yanımıza. Cürət gərək!.. Döyüş xəttində atılan beş-altı gülləyə görə atəşkəsə əməl etməyin peşinə düşən bir məmləkət insanının sabah ğöyü-yeri lərzəyə gətirən topun, tankın gurultusuna səbri, cəsarəti dözəcəkmi? Allah bilər! Su bogaza çatır artıq. Sonra saman çöpünü tapa bilməyəcəyik... Tarixin ibrət dərsləri bizi yaralanmış vətənin bütövlüyünə səsləyir. Gedən gedib. Heş olmazsa Qarabağa bu sitəmi yaşatmayaq. Qeyrət, namus tələb edir bunu bizlərdən!
  
114 min kv.km-dən 68 min kv. km-ə gəlib düşmüşük. Söhbət 3-5 mindən yox,  46 min kv. km. itkidən gedir. Necə alıblar bu qədər əraziləri ilahi bizdən?!  Təkcə Ermənistan götürməyib...Ruslar Qədim Dərbəndi Qarabağdan əvvəl işğal ediblər. Türkməncay, Gülüstan müqavilələri ilə  Azərbaycanın bağrına ən ağır baltanı saplayıblar. İndi necə sülh müqaviləsinin dalınca qaçmırıq, o zaman da adını sülh müqaviləsi qoyub ərazilərimizin işğalı faktına hüquqi don geyindirdilər. İndi iki əsrdir təpəmizə döyürük. Şovinist rus-fars siyasəti nəinki dayanır, əksinə daha məkrli və daha iyrənc xarekter  almaqdadır. Üzücü səbəblər təkcə buna bağlı deyil. 
   
Öz doğulduğum yurddan başlayacağam ki, qarabağlı və Borçalıdakı qardaşlarımın qınağına tuş gəlməyim. İyirminci əsrdə düz dörd dəfə Ermənistan dediyimiz torpaqlardan didərgin düşmüşük. 1905-1918-ci illərin deportasiyası zamanı əhalinin böyük bir hissəsi Türkiyə və İrana üz tutmuş, az bir qismi isə indiki Azərbaycan ərazilərinə səpələnmişdir. 1948-ildə Qərbi Azərbaycanın demək olar ki,  əhalisinin yarıdan çoxu zorakı dovlət siyasəti nəticəsində oz doğma ocağını tərk etməyə məcbur olmuşdur. 1988-ci ildə isə erməni-rus təcavuzü  nöqtəni bir dəfəlik qoyaraq monoermənistan respublikasının yaradılması faktını reallaşdırmışdır.
    
Ermənini qudurdub üzərimizə qısqırdanın hansı gücə dayandığı məlumdur. Lakin dörd qaçqınlıq dövrünə aid yazılı mənbələrdə düşmənə qarşı tarixə düşəcək hansısa ciddi dirəniş  faktına, mübarizəsinə rast gələ bilməmişəm. Eyni fikirləri qədim yurd yerlərimiz olan Borçalı  haqda da söyləmək mümkundür. Son illərə qədər yerli azərbaycanlıların təzyiqlər altında saxlanılması, azad və sərbəst yaşayışının məhdudlaşdırılması Gürcüstanın hökumət siyasətinin birbaşa təsiri ilə bağlıdır ki, nəticədə də İndinin özündə belə kəskin olmasa da milli ayrı- seçkiliyə görə  azərbaycanlılar doğma ocaqlarından və tarixi torpaqlarından ayrılmağa məcbur  olurlar. Yenə də ciddi bir etirazın, eyni zamanda hansısa müqavimətin, dirənişin şahidi olmamışıq. Qərbi Azərbaycanla iş bitdi. Bu acı taleyi doğma ocağından hələ ki, tam üzülməyən borçalılı bacı-qardaşlarıma arzulamıram. Ermənistan və Gürcüstandakı
 soydaşlarımızın vəziyyətini çətinləşdirən amillər sırasında onların özgə dövlətin içərisində yaşamalarıdır ki, bunun da yaratdığı problemi  etiraf etməliyik. 
   
Qarabağ isə başqa dövlətdə deyildi, öz ərazimizdə idi. Bəs niyə qoruya bilmədik? Əlbəttə ki, bütün uğusuzluqları qarabağlı qardaşlarımızın üzərinə yıxmağı son dərəcə ədalətsizlik hesab edərdim. Düşmənlə döyüşdə  qarabağlıların özü minlərlə şəhid verib. Bu qəhrəmanlığa dəyər verməyimiz  hər birimızim borcudur. Təəssüf ki, dövrün mürəkkəb və qarışıq vəziyyətinin doğurduğu problemlər buradan da yan keçməmişdi. Müxtəlif qrupların siyasi maraqları, könüllü dəstələr arasındakı narazılıqlar, xüsusi ilə Bakıda hakimiyyət davası və qoşun hissələrinin mərkəzə gətirilərək siyasi oyunlara cəlb olunması, məqsədli təxribatlarla mülki əhalinin yaşayış yerlərini tərk etmələrinə rəvac verən cinayətlərin qarşısının alınmaması sonda Qarabağın işğalı ilə nəticələndi. 
  Gecikirik, çox gecirik! Mən artıq sülh sözünün nə demək olduğunu başa düşə bilmirəm. Ərazi bütövlüyü pozulan Azərbaycandır. 1 milyon qaçqını olan yenə də Azərbaycandır. Amerikan da, rus da, fransız da, hətda düşmən də sülhə çağırır. Qəribəsi odur ki, biz də sülh deyirik. Nə olan şeydi bu sülh ki, 25 ildi bizi aldatmaqla məşğuldu? Zəhər olsun belə sülhə! 
   
Doğrudan, dözümə, səbrə gələndə dünyada tayımız- bərabərimiz yoxdur. Nə qədər yatmaq olar? Axı nə qədər? İstərsiniz məni parça-parça edin, lap daşqalaq edin, deyəcəyəm,  bu minvalla hara gedirik? Bu minvalla xalqın öyünməyə, sinəsinə döyməyə haqqı-ixtiyarı varmı? Gəlin soyumuza, kökümüzə bir nəzər salaq. Bütün səhvlərimizə rəğmən iftixar ediləsi keçmişimiz olub. Yuxarıda dedim, təkrar bir də demək istərdim. Əcdadlarımız bizə əmanət olaraq 114 min kv. km-lik böyük bir ərazini qoyub getmişlər. Dilim gəlmir deməyə, amma bu bir gerçəklikdir ki, itirilən torpaqların 20 faizi bizim payımıza düşür. Azdırmı? Xeyr. İndiki Ermənistanın yarıdan çox ərazisi deməkdir. Gur-gur o vaxt danışa bilərik ki, Azərbaycanın gözü olan Qarabağı yadların tapdağından xilas edək. Amma bu tərpənişlə deyəsən, illəri gözləməli olacağıq. Dözümlü millətik. Allah belə dözümü kəssin!

ELDAR SABİROĞLU

Krımın Rusiya tərəfindən işğalının 5 ili tamam olur - Ukraynanın baş diplomatı Kremli ifşa etdi...
MHP başqanı İbad Hüseynlini qəbul etdi: "Qapımız hər zaman üzünə açıq..."
Ev tapşırıqlarını yazdırmaq üçün robot aldı - MARAQLI
Məşhur moda markasının yeni dizaynı dünyanı ayağa qaldırdı: "İntihar dəb ola bilməz"
Mir Cəfər Bağırovun ölümündən 60 il sonra basdırıldığı qəbir - FOTOLAR - VİDEO
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Təyyarədəki sərnişin bir anda ayağa qalxıb şalvarını çıxardı - FOTOLAR
Cəmiyyət
"O qədər biabırçı vəziyyətdə oxuyan müğənnilər var ki, Afət də onlardan biridir”
Gündəm
Mülki insanları qorumağa getdilər, məlum oldu ki, özlərinin müdafiəyə ehtiyacı var: RÜSVAYÇILIQ!
Maraqlı
Məşhur tarixi abidənin sirri açıldı...
Şou-biznes
"Xalqın ona çox ehtiyacı var" - Mənsum İbrahimov
Həftənin ən çox oxunanları
“Ölkəyə un gətirəndə kömək etdiyim çeçenlər və dağıstanlılar mənə çox böyük dəstək oldular...”
Ramzan Kadırov azərbaycanlılarla çeçenlərin davasına belə reaksiya verdi – FOTO
“Vertolyotla Yevlağa kimi pul səpəcəm....- Başınız qarışacaq pul yığmağa..."
Çay sakinlərin gözü önündə yox oldu!..- “Qiyamətin başlanğıcıdır?!.”-VİDEO
Saakyan atası azərbaycanlı olan generalı  xüsusi nümayəndə təyin etdi...-FOTOLAR
Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?..
"Əgər ANS yenidən açılarsa və fəaliyyət göstərdiyi ilk 15 ildəki ANS olarsa..."
“Fevralın 14-də həmin sənədi imzalasaydım, Xocalı faciəsi baş verməzdi...” - ETİRAF
Vergilər Nazirliyini "ağ gün"ə çıxardı, indi də əmanətləri sığortalayacaqmış...
Bakıda dəhşətli qəza: "Qaqaş, neylədin, nə içmişdin, nə vurmuşdun?" - VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə