Xəbər lenti
16/02/2019 [13:27]:
“Növbəti tarixin anların şahidləriyik ki...” – ELDƏNİZ SƏLİMOV
16/02/2019 [13:26]:
Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşlarına olan insani münasibətinin nəticəsidir
16/02/2019 [13:19]:
“O, böyük insan, gözəl pedaqoq, istedadlı bəstəkar olub”
16/02/2019 [13:18]:
Azərbaycanın ən varlı rayonu hansıdır? - RƏSMİ RƏQƏMLƏR
16/02/2019 [13:07]:
“Fuad Poladovdan müsahibə götürəcəm, o, həmişə var...”
16/02/2019 [12:47]:
"Elməddin də bu çirkaba bulaşdı"
16/02/2019 [12:41]:
"Tariximizi öyrənək və təbliğ edək !"
16/02/2019 [12:24]:
Yeni işıqforlar Bakının hansı ərazilərində quraşdırılacaq? - BNA açıqladı
16/02/2019 [12:18]:
Qondarma “respublika”nın idmançıları Gürcüstandakı yarışlarda iştirak edib
16/02/2019 [12:10]:
“Xocalı faciəsinin tanınması ilə bağlı görülən işlər təqdirəlayiqdir...”- Xalq artisti...
16/02/2019 [12:06]:
Vüsalə Mahirqızı: "ONA yeni brenddir, heç bir başqa qurumun davamçısı deyil"
16/02/2019 [12:00]:
"Qırmızı Körpü"də növbəti siqaret əməliyyatı - VİDEO
16/02/2019 [11:51]:
Baş redaktora ağır itki üz verdi
16/02/2019 [11:48]:
Konqress Trampa qarşı yeni istintaq başlatdı
16/02/2019 [11:38]:
Azərbaycana xeyli qızıl gətirilməsinin qarşısı alındı
16/02/2019 [11:31]:
Axtarışda olan 29 nəfər saxlanıldı
16/02/2019 [11:25]:
İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü
16/02/2019 [11:17]:
“O cür gözəl balalarını şəhid verən ana gərək öləydi...”- Üç oğlu və həyat yoldaşı Xocalıda qətlə yetirilən qadın....
16/02/2019 [11:16]:
ABŞ-da yaşayan beynəlmiləl ailənin istadadlı qızları... - FOTOLAR
16/02/2019 [11:03]:
Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO
16/02/2019 [11:02]:
“Elmi Qarabağ” jurnalının təqdimatı keçirildi- Bakıda yox a!..-FOTOLAR
16/02/2019 [10:59]:
Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi
16/02/2019 [10:53]:
Rutgers Universitetinin professorundan Təhsil Nazirliyinə 7 TƏKLİF
16/02/2019 [10:53]:
Ceyhun Əli: “Mənə “Səndə bu alınmayacaq” söyləyənlər də olmuşdu” - FOTOLAR
16/02/2019 [10:36]:
Qərbi Kaspi Universiteti Türkiyənin daha bir universiteti ilə əməkdaşlığa başlayır
16/02/2019 [10:21]:
Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı
16/02/2019 [10:15]:
Alimlərimizdən yeni tədqiqat: Yarımadada banan, manqo yetişdirdilər...
16/02/2019 [10:13]:
ABŞ-dan Rusiyaya yeni sanksiya dalğası - şimal qonşumuz çətin durumda...
16/02/2019 [10:10]:
Avtobus gənc qadını vuraraq öldürdü - VİDEO
16/02/2019 [10:05]:
Cəbhədə erməni təxribatı - kəndlərimi atəşə tutuldu
16/02/2019 [10:01]:
Azərbaycan çaylarında son durum...
16/02/2019 [09:58]:
Tramp Türkiyəyə yeni səfir təyin etdi
16/02/2019 [09:43]:
Molla dustaqlarla görüş keçirdi- Onlara sovqat payladı-İbrətamiz...
16/02/2019 [08:44]:
Donuz əti yeyən  adamda qeyrətsizlik artar və  o, namusunu qorumaz...
16/02/2019 [00:26]:
Döyüşdən sonra dava Həbibə 250 min dollara başa gəldi
15/02/2019 [23:51]:
Tramp fövqəladə vəziyyət rejimini tətbiq etdi - YENİLƏNİB
15/02/2019 [23:43]:
Mərkəzi Bankın keçmiş əməkdaşından Prezidentə müraciət: "Məsələni Sizdən başqa heç kəs həll etmək iqtidarında deyil"
15/02/2019 [23:39]:
"Hər şey apreldə İrana qarşı sanksiyaların nə qədər güclü olmasından asılı olacaq"
15/02/2019 [23:29]:
Çılpaq ofisiantlar 100 yaşındakı qadının doğum gününə gəldi - FOTOLAR
15/02/2019 [23:27]:
“İctimai Şura”nın üzvləri Dövlət Pedoqoji Kollecində imtahan sessiyasını müşahidə edib
15/02/2019 [23:26]:
Putindən gözlənilməz bəyanat: "Dünyada tam müstəqil dövlət yoxdur"
15/02/2019 [22:58]:
Terrorçunun abidəsi və Azərbaycana qurulan tələ...
15/02/2019 [22:47]:
“Ölüm vaxtı insan çəkisinin 21 qramını itirir - Deməli,  ruhun çəkisi cəmi 21 qramdır?..”
15/02/2019 [22:44]:
Ermənilərdən Ərdoğana qarşı təxribatda iştirak etdikləri ilə bağlı ETİRAF...
15/02/2019 [22:33]:
Kanallar niyə Röyanı çəkməyə gəlmədi?
15/02/2019 [22:28]:
Gülnarə Kərimovanın oğlu prezidentdən kömək istədi: "Bacımla birlikdə bizi eşitməyini xahiş edirəm"
15/02/2019 [21:57]:
Leyla Əliyeva psixonevroloji müəssisənin açılışında -FOTOLAR
15/02/2019 [21:39]:
Ötən il ən böyük hərbi büdcəyə malik ölkələr bəlli olub –SİYAHI
15/02/2019 [21:37]:
Azərbaycan vətəndaşları Türkiyədə şəxsiyyət vəsiqəsi ala biləcək
15/02/2019 [21:28]:
Erməni əsgər yerlibazlığın qurbanı olub
15/02/2019 [20:47]:
ABŞ Venesuelanın neft nazirinə sanksiya qoydu
15/02/2019 [20:47]:
“Nəsimini bəzi dövlətlər oxusa da, anlamır, çünki...” - Araşdırmaçı
15/02/2019 [20:38]:
Ərdoğanın seçki mahnısı seçdiyi əsərin bəstəkarı: ”Buna çox sevinirəm”
15/02/2019 [20:26]:
"Əgər ANS yenidən açılarsa və fəaliyyət göstərdiyi ilk 15 ildəki ANS olarsa..."
15/02/2019 [20:21]:
Əli Həsənovdan “Neolit” kafesindəki insidentlə bağlı - Açıqlama
15/02/2019 [20:11]:
Putin zədəsindən danışdı
15/02/2019 [19:59]:
Poroşenko seçki kampaniyasına nə qədər xərcləyib?
15/02/2019 [19:57]:
Dağıstanda dəhşətli qəzanın kadrları yayıldı – VİDEO
15/02/2019 [19:57]:
Erməni separatçıları şəhərimizdə yeni özəl klinika açdı - FOTOLAR
15/02/2019 [19:54]:
Lukaşenko ölkəsinə və Rusiyaya görə narahatdır - “Əbədi deyilik”
15/02/2019 [19:52]:
Everest dağına turist səfəri bağlı elan edildi - SƏBƏB
15/02/2019 [19:48]:
Qərbi Kaspi Universiteti Türkiyənin daha bir universiteti ilə əməkdaşlığa başlayır
15/02/2019 [19:37]:
Uşağının bədəninə yuyucu tozu suyu yeridən ananın ifadəsi şok yaratdı: "Qızıma alışa bilmədim, ölməsi üçün etdim"
15/02/2019 [19:27]:
Bakıda 23 yaşlı gənc müdirini öldürüb: “Söyməzdi, vurmazdım”
15/02/2019 [19:19]:
"Təltif olunmağım anti-Azərbaycan qüvvələrinə cavabdır"
15/02/2019 [19:13]:
Eltisinə qəzəbləndi, uşağını öldürüb qanını içdi - DƏHŞƏT...
15/02/2019 [18:48]:
Azərbaycan himninin oxunmasına və dinlənilməsinə dair yeni tələblər müəyyənləşib
15/02/2019 [18:38]:
Siqaret çəkən ataların nəvə sahibi olmaq şansı azdır - ARAŞDIRMA...
15/02/2019 [18:36]:
Pəhriz saxlayır, amma kökəlib - Trampda piylənmə gedir
15/02/2019 [18:33]:
Bakıda ağır qəza törədən sürücü öldü - VİDEO
15/02/2019 [18:31]:
ƏDV-nin qaytarılması üçün yeni kassalar quraşdırılır
15/02/2019 [18:30]:
Lukaşenkonun Almaniya səfərindən imtinasının səbəbi açıqlandı
15/02/2019 [18:20]:
Məmmədyarov və Mnatsakanyan Münhendə görüşə bilər
15/02/2019 [18:16]:
Vasif Əzimov xanımlara “podxod” edib, kontur istəyib? - FOTO
15/02/2019 [18:10]:
Azərbaycanda sürücü sərnişinin qucağında oturub, avtobusu idarə edir- VİDEO
15/02/2019 [17:56]:
Mediaya açıq Prezident: "İlham Əliyev fikirlərini KİV-lə bölüşür"
15/02/2019 [17:55]:
Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaratdılar
15/02/2019 [17:52]:
Azərbaycanda açıq məkanda reklam qaydaları dəyişdirilir
15/02/2019 [17:38]:
Azərbaycan Məmmədyarov və Rəcəbovsuz qaldı
15/02/2019 [17:34]:
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
Bütün arxiv bir sırada
11/10/2018 [15:22] - Köşə - ( 3323 dəfə baxılıb)

Azərbaycanda “Sərxoş”, “Nadan” adlı adamlar da varmış... -Vay, nə qədər başımızı itirmişik?

Əsl mənada ayılmaq üçün isə gərək dini mövhumatçılıqla yanaşı, kişilərimizin, qadınlarımızın kütləvi şəkildə sərxoşluq etməsini də xurafat, cahillik hesab edək...
Sultan Laçın

Bu günlərdə təsadüfən ölkənin gələcəyinə cavabdeh olan mötəbər rəsmi qurumlardan birinin təqdim etdiyi bir siyahıdakı adlara baxarkən kiçik bir müəssisə rəhbərinin ad-soyadından sonra diqqətimi “Sərxoş oğlu” ifadəsi çəkdi. Dəhşətə gəldim... Əvvəllər bəlkə də belə adlı adamın varlığı rastıma çıxıb,  unutmuşam... Ancaq bu dəfəki reaksiyam bambaşqa oldu... Sonradan öyrəndim ki, atasının adı belə olan azı, iki vətəndaş bu günümüz, gələcəyimiz üçün cavabdeh olan qurumlarda rəhbər vəzifələrdə çalışır. O hesabla hələ, yəqin ki, neçə-neçə sadə vətəndaş da var bu adda... Söhbət əsla kiminsə şəxsiyyətindən getmir. Bəlkə də Sərxoş adlı atalar da, onların  övladları da ləyaqətli, ölkə üçün kifayət qədər faydalı işlər görmüş vətəndaşlardır və ya keçmişdə belə olublar. Onların özü də əgər bu materialı oxusalar, xahiş edirəm, inciməsinlər. Amma belə adlara rast gələndə qeyri-iradi kimə ünvanlanacağı bilinməyən  çox sayda suallar çıxır... 

Yadınızdadırsa, sovet dövründə övladlarımıza, şəhər, kəndlərimizə və s. erməni, o cümlədən “Şaumyan” adı qoyulmasından bəhs etdiyimiz keçmiş bir köşəmizdə 2010-cu il parlament seçkiləri zamanı  seçki siyahısında “Nadan” adlı 1921-ci il təvəllüdlü bir qadın adına rast gəldiyimi yazmışdım. Təsəvvür edin: “Sərxoş bəy və Nadan xanım seçkilərdə iştirak edir...” Bu sözün mənasını hələ də bilməyənlər olsa, lüğətlərə baxa bilərlər: “nadan” –fars mənşəli söz olub  “biliksiz”, “qanmaz”, “cahil” anlamına gəlir. “Sərxoş” da fars mənşəli söz kimi əsasən 3 mənada işlənir: 1) məst, bərk kefli; 2) içki, işrət düşkünü; 3) heyvanların döl vaxtı qızması. Göründüyü kimi, hər iki sözün heç bir mənası ürəyə yatan, xoşa gələn deyil.  Bizdə belə adların olması yalnız Azərbaycan xalqına, müsəlmanlığa düşmən olaraq onların mənasını anlayan, yaxud da aramızdakı bir para bayağı düşüncəli adamcıqların ürəyincə ola bilər. O halda çox və faciəvi dərəcədə maraqlıdır: belə adlar Azərbaycan övladlarına kimlər, hansı ata-anaları,  əzizləri, qohumları,  yaxud qonşuları tərəfindən qoyulub?.. 

“Nadan” sözünün mənasını 1921-ci ildə xeyli hissəsi savadsız olan soydaşlarımızın çoxu bəlkə də anlamazdı.  Ona görə də bu adın ya anlamazlıqdan, yaxud hansısa,  xalqımıza üzdə dost, qəlbində düşmən olan qonşunun-filanın qəsdən verdiyi təkliflər sayəsində qoyulduğunu söyləmək mümkündür. Yəni düşmənlərin məqsədi xalqımızı doğrudan da nadan yerinə qoymaq olub. “Sərxoş” adına gəldikdə isə həmin adın mənasını, hətta XX əsrin əvvəllərində əksəriyyətin bilməməsi mümkün deyildi. Bəs valideynləri niyə qoyub belə bir adı övladlarına? Adamın dili gəlmir deyə ki, yəqin, alkoqollu, haram içkidən “vurub” sərxoş olmaq ləzzət edib bu adamlara, oğullarının da belə olmasını istəyiblər, yəni, xoşbəxtliyi yeyib-içib sərxoşluq etməkdə görüblər... Yaxşı, deyək ki, övladlarının adını “Nadan”, “Sərxoş” qoyanların ata-anaları savadsız, biliksiz olub. Bəs son 80, lap 50-60 ildə onların bir savadlı, canıyanan qohumu olmayıbmı, desin ki, ay Nadan xanım, ay Sərxoş bəy, axı sizin adınız nəinki insana, müsəlmana, azərbaycanlıya, heç sovet adamına da   layiq ad deyil. Axı hamı gözəl bilir ki, məhz 1920-ci illərdən başlayaraq bolşevik-kommunist sovet hökuməti, təbii ki, öz gələcək ideoloji məqsədləri üçün  savadsızlığa qarşı mübarizəyə başlayıb, ən yaşlı adamlara belə oxuyub-yazmağı öyrətmək üçün xüsusi məktəblər, kurslar açılıb. Sovetlər İttifaqında, həmçinin, spirti içkilər qadağan olunmasa da, açıq, kütləvi satışda olsa da belə, o hökumət daim əyyaşlığa qarşı mübarizə aparıb, bunun üçün “Ayıqlar” cəmiyyətləri təşkil edib ki, vətəndaşlar zavodlara, fabriklərə, məktəblərə, Mərkəzi Komitəyə sərxoş gəlib “SSRİ-nin işıqlı gələcəyi”nə əngəl törətməsinlər. Bəs bu adamlar “NKVD”-dən, “KQB”dən, Mərkəzi Komitədən qorxmayıblar ki, özlərinə “sovet əxlaqına, həyat tərzinə” uyğun gəlməyən adlar qoyublar? Yaxşı, bizim bu “çestnı” kommunistlər, partkomlar, həmkarlar, məmurlar-filan hara baxıb? Partiya və hökumət orqanlarından bunlara bir təklif edən olmayıb ki, ay qardaşım, ay bacım, ay yoldaş, sizin adınız “müasir kommunist ideologiyasının tələblərinə” də uyğun deyil,  dəyişilməlidir?..  Axı o vaxtın partokrat məmurları mütləq Nəriman Nərimanovun “Nadanlıq” pyesini oxumuş olardılar... 
Belə çıxır ki,  müstəmləkə illərində  cəmiyyətə kütləvi şəkildə nadanlıq, sərxoşluq mərəzi yoluxdurulub ki, heç kəs haqqı, gerçəyi dərk etməsin. Qızlarımıza “Nadan”, oğullarımıza “Sərxoş” adları qoyulduğu illərdə şovinist ruslardan savayı, erməni, yəhudi millətçilərinin də at oynatdığı qansız, imansız  bolşevik hökuməti  “Allahsızlar ittifaq”ı yaradaraq dinimizə, milli-mənəvi dəyərlərimizə  qarşı açıq səlib yürüşü başlatmışdılar. Və əslində, “Allah yoxdur” , “insan meymundan  törəyib” deyən iblis xislətli alimlərin, “oxuma, tar” deyən nadan, kölə ruhlu şairlərin, “ziyalı” adlananların olduğu cəmiyyətdə övladlarımıza belə adlar qoyulması da təbii hal idi. Amma, ən azı, sonrakı 60-70-80-ci illərdə bu cür adları dəyişmək mümkün idi. Necə ki, xeyli vətəndaşımızın ağılları başlarına gəlib Şaumyan, Stepan, Levon kimi erməni adlarını dəyişiblər... 
Bütün hallarda övladlarımıza “Nadan”, Sərxoş” kimi adlar qoyulması da bir xurafatın, cahilliyin nəticəsi olub.  O cahillik oradan başlayıb ki, savadlanmaq, elmlənmək üçün əzmlə dərslərinə çalışan uşaqlara “mama uşağı” deyilib,  papiros çəkməyən, araq içməyən oğlanlara “kişi deyilsən” təhqirləri edilib. Nadanlıq oradan başlayıb ki, repressiyalar, qırğınlar, sürgünlər sayəsində İslamdan uzaqlaşaraq əvəzində ruslardan, ermənilərdən araq, çaxır içməyi, fərəhlə fransızların “Şampan”ını partlatmağı öyrənmiş atalar, əmilər oğullarına da fəxrlə araq içməyi, söyüş söyməyi öyrədiblər...  Doğrudan da belə çıxır ki sovet dövründə, bizim xeylimizin başı, səri rus naçalniklərin qarşısında meymunluq edən Qurbanəli bəylər kimi əməlli-başlı çönübmüş ki, sərxoşluqla fəxr edib, övladlarımıza, vətəndaşlarımıza “Nadan”, “Sərxoş” adları qoyulmasına göz yummuşuq... 
Alkoqollu içkinin “küpünə girmək”lə yalnız ruhunu şeytana təslim edənlər fəxr edə bilər...  Ruhumuzu erməninin tut arağı, qızları vasitəsi ilə Şuşada, İsa bulağında, Cıdır düzündə, Şahbulaqda şeytana təslim etdik ki, axırda da torpaqlarımız əlimizdən çıxdı... 

Barı, bundan sonra ayıq olaq ki, olan-qalan layiqli adlarımız da yadımızdan çıxmasın... Bunun üçün gərək öncə mənəviyyatca, imanca bütövləşək, dünyəvi elmlərlə yanaşı, dinimiz İslamı, milli ənənələrimizi, tariximizi gerçək mənbələrdən öyrənməyə, dərk etməyə çalışaq... Bundan ötrü  “bozbaş” mollalarının müsəlmanlıq, Quran adına təbliğ etdiyi bəzi mövhumat elementləri kimi, gərək ölkədə sərxoşedici içkilərin  kütləvi şəkildə satılmasını, evlərdə, toy-nişan məclislərində içilməsini, cavanların, hətta qadınların sərxoşluq etməsini də xurafat, cahillik hesab edək... Və s. və i.a.

Amma dərindən düşünüb qədimlərdən üzü bəri baxanda hələ şükür edirsən ki, görün, bu xalq  nə qədər güclü genofonda, kökə malik imiş ki, bu günədək bir belə imperiyaların zülmləri, müharibələri, soyqırımları altında əzilməsinə rəğmən adını, dilini unudub tamamilə yox olmayıb... Şükür ki, bu gün də Məhəmməd, Əli, Hüseyn, Ömər, Murad, Süleyman, Osman, Orxan, Camal, Heydər və s. kimi layiqli adlarımız var... Amma görək özümüz, əməllərimiz həmin adlara layiqdirmi? Bax, bu artıq başqa mövzunun söhbətidir. İnşallah, bir dəfə o haqda danışarıq...

Sultan Laçın    

Mərkəzi Bankın keçmiş əməkdaşından Prezidentə müraciət: "Məsələni Sizdən başqa heç kəs həll etmək iqtidarında deyil"
Çılpaq ofisiantlar 100 yaşındakı qadının doğum gününə gəldi - FOTOLAR
“İctimai Şura”nın üzvləri Dövlət Pedoqoji Kollecində imtahan sessiyasını müşahidə edib
Everest dağına turist səfəri bağlı elan edildi - SƏBƏB
Uşağının bədəninə yuyucu tozu suyu yeridən ananın ifadəsi şok yaratdı: "Qızıma alışa bilmədim, ölməsi üçün etdim"
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Fuad Poladovdan müsahibə götürəcəm, o, həmişə var...”
Cəmiyyət
Donuz əti yeyən  adamda qeyrətsizlik artar və  o, namusunu qorumaz...
Araşdırma
“Ölüm vaxtı insan çəkisinin 21 qramını itirir - Deməli,  ruhun çəkisi cəmi 21 qramdır?..”
Hadisə
Erməni separatçıları şəhərimizdə yeni özəl klinika açdı - FOTOLAR
Müsahibə
"Qız-gəlini düşmən əlində olan bir ölkənin partiyalara bölünməyə haqqı yoxdur!"
Həftənin ən çox oxunanları
Çay sakinlərin gözü önündə yox oldu!..- “Qiyamətin başlanğıcıdır?!.”-VİDEO
“Fevralın 10-da səhər Xankəndində piyada  işə gedərkən gördüm ki, ermənilər...”
“Fevralın 14-də həmin sənədi imzalasaydım, Xocalı faciəsi baş verməzdi...” - ETİRAF
Saakyan atası azərbaycanlı olan generalı  xüsusi nümayəndə təyin etdi...-FOTOLAR
“Tamaşaçılarım AzTV-yə qayıtmağımı israrla xahiş edirlər...” - Nailə İslamzadə...
Bu dəfə 52-si birdən gəldi: Rusiyada fövqəladə vəziyyət elan edildi...
Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?..
Ruzigar elə dəyişər ki,  siz bu sayil qocaya möhtac olarsız…
Şəmistan Əlizamanlının ifa etdiyi “Bismillah” mahnısı AKP-nin seçki marşı oldu - VİDEO
“Qızım, bax, sən də Röya kimi olsan - sənin də dördmərtəbəli villan olar...”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə