Xəbər lenti
23/10/2018 [18:06]:
Dövlət Komitəsində tatarıstanlı qonaqlarla görüş keçirildi - FOTO
23/10/2018 [18:05]:
ADU-da “Erməni dilinin qrammatikası” kitabının təqdimatı keçirildi
23/10/2018 [17:55]:
Bələdiyyədən pulunu ala bilməyənlər deputatı hədəfə alıb...
23/10/2018 [17:47]:
“Məmurlar üzərində parlament nəzarəti çoxdan yaradılmalı idi”
23/10/2018 [17:41]:
"Paşinyan "küçə" amilindən məharətlə istifadə edir"
23/10/2018 [17:34]:
Gömrük Komitəsidən kartofla bağlı -AÇIQLAMA
23/10/2018 [17:30]:
Aİİ-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tələbələrlə görüşü keçirildi
23/10/2018 [17:24]:
Temperatur 10 dərəcə aşağı düşəcək - Leysan, qar gözlənilir
23/10/2018 [17:17]:
Erməni oliqarxın məclisində Azərbaycan rəqsi - Buzova oynadı
23/10/2018 [17:03]:
"Nazirlər Kabineti qanundan “tərbiyə” sözünü çıxarır, biz çinsi tərbiyə barədə “baş sındırırıq”"
23/10/2018 [16:58]:
Dövlət Gömrük Komitəsinin Hədəf Mərkəzindən -REPORTAJ...
23/10/2018 [16:41]:
Rufikin “Bank Standard” əməliyyatı: On milyonlarla manat necə mənimsənilib…
23/10/2018 [16:36]:
“Ərim uşaqlıq sevgilisini dostuyla...” -Televiziya verilişində qadından şok açıqlama...
23/10/2018 [16:30]:
İşğalçılar Kəlbəcərin kəndində yeni ikimərtəbəli məktəb tikintisinə başladı -FOTOLAR
23/10/2018 [16:28]:
Dövlət Gömrük Komitəsinin sədri Meksikanın Azərbaycandakı səfiri ilə görüşdü
23/10/2018 [16:23]:
Deputatlara yeni məhdudiyyətlər qoyulur
23/10/2018 [16:20]:
2019-ci ildə 34 rayon və şəhərə dotasiya ayrılmayacaq - SİYAHI
23/10/2018 [16:03]:
“Nar TV” tətbiqini yüklə, smartfonda sevdiyin kanallara bax
23/10/2018 [16:01]:
Rövşən Rzayev vətəndaşları qəbul etdi
23/10/2018 [15:41]:
“Sofiya”nın Azərbaycana gətirilməsinə pul xərclənməyib - RƏSMİ
23/10/2018 [15:40]:
Nazirlik 78 insan alveri qurbanına yardım göstərdi
23/10/2018 [15:39]:
Prezidentin Ehtiyat Fondu 100 milyon manat artırılır
23/10/2018 [15:38]:
Robot “Sofiya”: “İlham Əliyevlə görüşdən məmnun oldum”
23/10/2018 [15:37]:
19 dövlət əmlakı özəlləşdirildi -FOTOLAR
23/10/2018 [15:35]:
Məşhur robot “ASAN Xidmət”də rəy sorğuları aldı
23/10/2018 [15:32]:
Baş Prokurorluqdan MTN polkovniki ilə bağlı açıqlama
23/10/2018 [15:28]:
“Kaşıkçının qətli iyrənc səhvdir, böhran içərisindəyik” - Səudiyyəli nazir
23/10/2018 [14:52]:
Murtuza Nağıyevin 110 illiyinə həsr olunmuş tədbir keçirildi
23/10/2018 [14:48]:
Mehriban Xanlarovanın verilişi bağlandı
23/10/2018 [14:41]:
Əməkdar artistin konsertinə məhdud sayda bilet qaldı...
23/10/2018 [14:31]:
ADAU-nun rektoru əcnəbi tələbələrlə görüşdü
23/10/2018 [14:22]:
Lələtəpədən düşmən mövqelərinə baxış - FOTOREPORTAJ
23/10/2018 [14:20]:
Əməliyyat olunan Rəşid Mahmudovdan xəbər var - Həyat yoldaşı danışdı...
23/10/2018 [14:16]:
İcazəsiz balıq ovlayan şəxslər saxlanıldı
23/10/2018 [14:14]:
Gələn il Bakı şəhərinin gəlirləri 6 milyard 600 milyon manat PROQNOZLAŞDIRILDI
23/10/2018 [14:13]:
“Əgər orada Mikayıl Müşfiqin hətta az ehtimal olunan qalığı varsa..."
23/10/2018 [14:06]:
ADAU-nun kitabxanasına 800-ə yaxın yeni nəşr hədiyyə olundu
23/10/2018 [14:00]:
Ərdoğan jurnalisti öldürənlərin Türkiyəyə verilməsini İSTƏDİ
23/10/2018 [13:57]:
Qarabağda Fransa dövlət bayrağı qaldırıldı - Separatçı rejiminki ilə yanaşı..+FOTOLAR
23/10/2018 [13:35]:
AST Telman Putinə 12 səhifəlik məktub yazdı - “Qurbanam...”
23/10/2018 [13:35]:
Terrorizmə qarşı beynəlxalq Bakı konfransının qətnaməsi: “Biz şərə birlikdə qalib gələcəyik!”
23/10/2018 [13:33]:
"“Star" layihəsindən ilk 5 ildə 853 milyon dollar gəlir gözlənilir”
23/10/2018 [13:32]:
Gömrük Komitəsinin sədri vətəndaşlarla görüşəcək
23/10/2018 [13:30]:
“Rusiya bu addımı ilə Ukraynanı vadar edəcək ki...”
23/10/2018 [13:30]:
Daşkəsəndə oğul ata və anasını baltaladı
23/10/2018 [13:25]:
Türkiyədə MHP-AKP ittifaqı dağıldı
23/10/2018 [13:21]:
"Azərbaycan Ordusu arxalana biləcəyimiz yeganə gücdür"
23/10/2018 [13:08]:
Sabahın havası - 28 dərəcə isti olacaq
23/10/2018 [13:06]:
“Paşinyan üçün əsas problem o deyil ki, komandası yoxdur, əsas problem odur ki...”
23/10/2018 [13:04]:
“Bu səfər İsrail-Azərbaycan hərbi əməkdaşlığına töhfə verəcək”
23/10/2018 [12:59]:
Məşhur fizikin şəxsi əşyaları satışa çıxırıldı - FOTOLAR
23/10/2018 [12:58]:
Milli qəhrəmanlarımız İtaliya və Ukrayna “Vikipediya”sında
23/10/2018 [12:51]:
Bağda külli miqdarda narkotika aşkarlandı
23/10/2018 [12:49]:
Gələn il pensiyalara 3 milyard 743 milyon manat ayrılacaq
23/10/2018 [12:47]:
İtkin jurnalist Camal Kaşıkçının cəsədi tapıldı
23/10/2018 [12:44]:
Bakıda İmam Hüseyn məscidinin təmirdən sonra açılışı gözlənilir
23/10/2018 [12:37]:
"Kimin nə ixtiyarı var ki, mənim üçün qabağa düşüb toy danışsın...” - Əməkdar artist...
23/10/2018 [12:28]:
Dünyada bir ilk: Bu oteldə robotlar çalışır...
23/10/2018 [12:14]:
Nəcməddin Sadıkov İsrailə getdi
23/10/2018 [12:08]:
Xəstəxanalarda daha bir qalmaqal: “Əlcək gətir, əməliyyat ol”
23/10/2018 [12:07]:
Şeyx Əbdül “Qış nağılı” adlı yeni filmə çəkilir
23/10/2018 [11:59]:
Test imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ
23/10/2018 [11:54]:
DİN əməliyyat keçirdi: 19 nəfər saxlanıldı
23/10/2018 [11:53]:
Azərbaycanda son 10 ilin ən isti oktyabrı yaşanır
23/10/2018 [11:48]:
Parlament onun Seçki Məcəlləsinə etmək istədiyi dəyişiklikləri qəbul etmədi -Paşinyana növbəti zərbə
23/10/2018 [11:35]:
"Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir" -Nazir
23/10/2018 [11:25]:
Rüstəm Behrudi Mahmud Kaşqari mükafatına layiq görüldü
23/10/2018 [11:19]:
Azərbaycanda xanım müğənni klipində həmcinsi ilə öpüşdü -VİDEO
23/10/2018 [11:18]:
Prezidentliyə namizəd küçədə mariuxana payladı
23/10/2018 [11:07]:
Tanınmış fizikin əşyaları satışa çıxarılır...
23/10/2018 [11:06]:
“Orada insanlara əzab və işgəncələr verilməsi ifşa edilib” – Tahir İmanovun əsər təhlili
23/10/2018 [10:57]:
“Elə adamlara professor deyirlər ki, insan məəttəl qalır...” - İlham İsmayıl
23/10/2018 [10:41]:
Deputatlar üçün 27 milyon ayrılacaq...
23/10/2018 [10:37]:
Corc Sorosa evində sui-qəsd cəhdi - Poçt qutusuna...
23/10/2018 [10:31]:
“İndi o faizlə heç bir yerdə kredit almaq mümkün deyil” - İlham Əliyev
23/10/2018 [10:30]:
Bakı metrosunda problem - Qatarlar gecikdi
23/10/2018 [10:28]:
“Lotu Quli” yenidən Türkiyədə saxlanıldı
23/10/2018 [10:20]:
ADPU-da “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirildi -FOTOLAR
23/10/2018 [10:17]:
Sovet rejimindən narazı yaradıcı ziyalılar...
23/10/2018 [10:14]:
Məşhur diplomatlardan Dövlət Komitəsi ilə bağlı AÇIQLAMALAR
Bütün arxiv bir sırada
12/10/2018 [11:47] - Cəmiyyət - ( 1029 dəfə baxılıb)

"Orqan mafiyası" şousunun siqnalı: Əslində təhlükə hələ qabaqdadır

Və ya "əcnəbi seyrə balonlarla çıxır" biz isə bibər qazı ilə məktəbə gedirik...


"Hövsanda: "koneçni" deyilən ərazidə, "Limon" kafesinin yanında məktəbdən gələn beşinci sinif şagirdi qız qaçırılıb", "Hövsanda 280 nömrəli məktəbin dördüncü sinif şagirdini oğurlayıblar, böyrəyini çıxarıblar, cəsədini gətirib məktəbin yanındakı quyuya atıblar", "Zabitlər parkında 4 yaşlı uşağı anasının yanından oğurlayıblar, böyrəyini çıxarıblar, gətirib özünü parkdakı yellənçəkdə oturdublar".

Bunları biz demirik, oxuduğunuz xəbərlər artıq bir neçə gündür ki, məktəbli övladı olan valideynlərin "WhatsApp" qruplarında yayılıb. Rüfət Məmmədov adlı profilin sahibi bu barədə sosial şəbəkə vasitəsilə xəbər yayıb və valideynləri ehtiyatlı olmağa çağırıb. Hətta bəzi "xəbər saytları" bu xəbərləri dəqiqləşdirmədən sosial mediada tirajlayıb.

Təəssüflər olsun ki, valideynlər də hər zaman olduğu kimi, bu dəfə də əsassız xəbərlərə çox tez inanıblar. Öz aləmlərində "uşaq oğrusu"na qarşı "tədbir görməyi" qərara alıblar. Beləliklə də öz uşaqlarını bibər qazı, qaz balonu ilə "silahlandıraraq" məktəbə göndəriblər. Tapşırıblar ki, "oğru yaxınlaşanda, dərhal bunu onun gözünə püskürt və ya başına çırpıb, qaç".

Dünən məktəbə bibər qazı ilə gedən 76 nömrəli məktəbin altıncı sinif şagirdləri isə tənəffüs zamanı oğrunu öz aralarında "zərərsizləşdiriblər". Valideynlərinin onlara verdiyi "silah"ın təhlükəsindən xəbərsiz olan uşaqlardan biri digər sinif yoldaşı ilə birləşərək bibər qazını sinif yoldaşlarının gözünə püskürdüb. Nəticədə 9 məktəbli zəhərlənib.

İndi görək valideynləri təşvişə salan, az qala faciəyə səbəb olacaq bu xəbərlərin arxasında nə dayanır? Bəli, Hövsanda, elə deyilən ünvanda qızqaçırma olub. Lakin söylənilən kimi yox, 1998-ci il təvəllüdlü bir qız evlilik məqsədi ilə sevgilisi tərəfindən qaçırılıb. Ailələr razılığa gəlməyiblər deyə, gənclər çıxış yolu kimi qaçmağı seçiblər. Qızın nənəsi də polisə hadisə barədə məlumat verib və şikayətçi olub.

Qız qaçırılarkən isə yanında məktəbdən qayıdan, 281 saylı orta məktəbin ikinci sinfində oxuyan qardaşı olub. Bacısının maşına mindirilərək aparılmasından qorxan uşaq çantasını ataraq qışqıra-qışqıra oradan uzaqlaşıb. Hadisə şahidləri qızın maşına mindirildiyini görmədiklərindən elə zənn ediblər ki, qaçırılan uşaqdır. Həmçinin, məktəbli çantasına "baxış" keçirdikləri üçün öz aləmlərində "dəqiqləşdiriblər" ki, uşaq oğurlanıb. Bu xəbər də ildırım sürəti ilə "WhatsApp" qruplarında, sosial şəbəkələrdə yayılıb və valideynlərin ciddi təşvişinə səbəb olub.

Qorxuya düşən valideynlərdən biri xəbərlər yayılan günün səhəri 280 saylı məktəbin 4-cü sinfində oxuyan uşağı gözündən yayınıb deyə, oğurlandığını düşünüb. Polisə məlumat verib, qısa vaxt ərzində uşaq tapılaraq anasına təhvil verilib (hadisənin video-görüntüsü də yayılıb).

"WhatsApp xəbərçiləri" isə bu hadisəyə də bir başqa "don geyindiriblər". Elə düzüb-qoşublar ki, guya 280 saylı məktəbin 4-cü sinif şagirdini oğurlayıblar, böyrəyini çıxarıblar, cəsədini məktəbə yaxın yerdəki quyuya atıblar. Və ya parkda oynayan 4 yaşlı uşağı anasının yanından oğurlayıblar, böyrəyini çıxarıblar, özünü gətirib skamyada oturdublar.

Təsadüfən həmin gün 280 saylı məktəbdə keçirilən tədbiri çəkmək üçün TV kanallarının birindən çəkiliş qrupu gəlibmiş. Bunu da elə qələmə veriblər ki, guya vəziyyət çox ciddidir, artıq işə TV müdaxilə edir. Nəticədə də bu gün məktəblərin birində əvvəldə qeyd etdiyim zəhərlənmə hadisəsi yaşanıb. Təbii ki, ehtiyatsızlıqdan və ya bilməyərəkdən məktəblilər bibər qazını alovlandıra da bilərdilər və dəhşətli partlayış baş verərdi….

Təəssüflər olsun ki, bu tip əsassız, dəqiqləşdirilməmiş xəbərlər ilk dəfə deyil yayılır və bundan sonra yayılmayacağına da kimsə zəmanət verə bilməz. Çünki ancaq İP güdən bəzi üzü qarası "qara media" nümayəndələrinin də bu tip xəbərlərin istehsalında və ya yayılmasında rolu var. Bu xəbərlər tirajlananda isə aidiyyatı qurumlar da nədənsə məsələyə çox gec münasibət bildirir. Ancaq faciəyə bir addım qalmış və ya faciə baş verdikdən sonra açıqlama verilir.

Bibər qazı ilə zəhərlənmə hadisəsi baş verən gün Daxili İşlər Nazirliyi (DİN) tərəfindən valideynlər arasında yayılmış "orqan mafiyası" məsələsinə aydınlıq gətirildi. Bildirildi ki, sosial şəbəkələrdə, o cümlədən bir sıra xəbər saytlarında yayılan belə məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir: "Bu cür məlumatlar şayiə və dezinformasiyadan başqa bir şey deyil. Ümumiyyətlə, respublikanın heç bir bölgəsində belə hallar qeydə alınmayıb. Bu məsələ ilə bağlı polis orqanlarına hər hansı məlumat və müraciət daxil olmayıb, heç bir fakt qeydə alınmayıb" — deyə DİN-in məlumatında bildirildi.

DİN-in bu açıqlaması, əlbəttə ki, sevindiricidir. Ancaq bu məsələnin ciddi narahatlıq doğuran tərəfi də var. Aydınlarımız deyəndə ki, bu millətin evini təhsilsizlik, cahillik yıxacaq, çoxumuz bəlkə də inanmırdıq. İndi isə görürük ki, "saman"dan "Zaman" düzəldən savadsız, cahil valideynlərimiz, həqiqətən də, cəmiyyətimiz və gələcəyimiz üçün böyük təhlükədir. Bir kitab oxumaqdansa, maariflənməkdənsə, bütün günü "WhatsApp" qruplarında dedi-qodu ilə məşğul olan, "manısların" evlərini, geyimlərini, məşuq və məşuqələrini, müəllimlərə hansı bayramda nə qədər pul yığılacağını müzakirə edən valideynlər öz övladlarını potensial cani kimi böyüdürlər.

Məntiqsiz, avam valideynlər düşünmürlər ki, biz artıq 21-c əsrdə yaşayırıq, bəşəriyyəti elm-texnika, az qala robotlar idarə edir. Dünyanın bu başında oturub, o biri başında baş verənlərdən agah oluruq. İstədiyimiz saatda dünyanın istənilən nöqtəsi ilə görüntülü əlaqə yarada bilirik. Aidiyyatı orqanlar beş dəqiqə çəkmir ki, terrorçu dəstələri belə, zərərsizləşdirir. Belə bir zamanda az qala, quş da icazəsiz qanad çala bilmir. Nəinki, günün günorta çağı uşaq oğurlana, "orqan mafiyası" "at oynada", polis orqanları isə hadisəyə biganə qala…

Bu yerdə rəhmətlik Sabirin məşhur misralarını xatırlamamaq qeyri-mümkündür. "Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz". Demək, məsələ avtomobildə yox, cahillikdəymiş. İngilisin, almanın, amerikalının Aya, Günəşə raketlə getdiyi bir zamanda biz bisavadlar isə uşaqlarımızı məktəbə "qaz balonu" ilə göndəririk…

Rumiyyə Miraslan
(sputnik.az)

“Əgər orada Mikayıl Müşfiqin hətta az ehtimal olunan qalığı varsa..."
Xəstəxanalarda daha bir qalmaqal: “Əlcək gətir, əməliyyat ol”
“Elə adamlara professor deyirlər ki, insan məəttəl qalır...” - İlham İsmayıl
"Hamiləlik zamanı qadın stres keçirərsə, körpədə nevrologiya xəstəliyi əmələ gələ bilər”
Tənəffüsdə danışmaq qadağan olundu: Səs çıxaranlar cazalandırılacaq...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
“Ərim uşaqlıq sevgilisini dostuyla...” -Televiziya verilişində qadından şok açıqlama...
Cəmiyyət
Əməkdar artistin konsertinə məhdud sayda bilet qaldı...
Cəmiyyət
Bakıda İmam Hüseyn məscidinin təmirdən sonra açılışı gözlənilir
Mədəniyyət
Şeyx Əbdül “Qış nağılı” adlı yeni filmə çəkilir
Araşdırma
Sovet rejimindən narazı yaradıcı ziyalılar...
Həftənin ən çox oxunanları
Ağır vəziyyətdə olan Qazimizin xilası üçün şəxsi təyyarəsini təklif etdi - İBRƏTAMİZ...
Azərbaycanlı xanım müğənniyə ŞOK – “oteldən intim görüntüləri…” – FOTOLAR
Rüfət Aslanlının "göyün yeddinci qatı"nda 6 milyon dollarlıq "stadion"u tapıldı...
"Atası, qardaşı, oğlu sahib çıxdığı qadın bu cür addımlar ata bilərmi?" - HƏYƏCAN TƏBİLİ...
“Tovuzdan gəlib seks-simvol oldun....”
Sərkisyan və Saakyan arvadları ilə Azərbaycan şəhərlərini gəzdi... -FOTOLAR
Paşinyan istefa verdi - Son dəqiqə
Qanda hemoqlobinin miqdarını qaldıran 6 məhsul - Mütəxəssislər tövsiyə edir...
Dul kişilər daha darıxmayacaq...
Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə