Xəbər lenti
19/06/2019 [00:23]:
Abşeronda toy mərasimində kütləvi dava olub, bıçaqlananlar var
19/06/2019 [00:17]:
Polşada sərxoş kişi şəhər küçələrində tank idarə edib- VİDEO
18/06/2019 [23:57]:
Azərbaycanın iki güləşçisi Avropa çempionu olub, biri bürünc medal qazanıb
18/06/2019 [23:54]:
İki gün öncə ərə gedən müğənni boşanır
18/06/2019 [23:49]:
Azərbaycanda əhalinin əsas ölüm səbəbləri - İlk yerdə bu xəstəlik durur- VİDEO
18/06/2019 [23:48]:
Zaqatalada “Vəhdət dəyərimizdir” adlı üç günlük seminar öz işinə başlayıb
18/06/2019 [23:26]:
Fuad Abbasov həbsxanadan vəkil Elman Paşayevə cavab verdi: "Vəkilim deyil"
18/06/2019 [23:25]:
“Boeing” aviakonserni rüsvay oldu: Şirkət bir dənə də olsun, sifariş ala bilmədi
18/06/2019 [23:24]:
“Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - SƏBƏB
18/06/2019 [23:23]:
Serbiya Prezidenti Azərbaycan alimlərinin nümayəndə heyətini qəbul edib - FOTOLAR
18/06/2019 [23:17]:
Tramp Pentaqonun yeni başçısını təyin edib
18/06/2019 [23:17]:
"Forbes" jurnalından Azərbaycana qarşı haqsızlıq: Milyarderlərimizə "paxıllıq" edilir...
18/06/2019 [23:11]:
Prezidentdən DGK və FHN-lə bağlı - Sərəncam
18/06/2019 [23:09]:
Polis Votsap yazışmalarını izləyəcək
18/06/2019 [23:03]:
Sosial sahədə inqilabın növbəti mərhələsi: 2 milyondan çox insanın maaşı artırıldı
18/06/2019 [22:59]:
Zakir Həsənovu təkzib cəhdi rüsvayçılıqla nəticələndi...
18/06/2019 [22:41]:
Çernobıl faciəsi ilə əlaqədar bugünə qədər eşitmədiyiniz dəhşətli 19 həqiqət- MARAQLI
18/06/2019 [22:27]:
Bakıda qorxulu qəzalar: “ölüm-dirim savaşı” - VİDEO
18/06/2019 [22:24]:
Vasif Talıbovdan yeni təyinat
18/06/2019 [22:23]:
“Kollec məzunlarının universitetlərə imtahansız qəbulunun bu kimi faydaları var...”
18/06/2019 [22:12]:
"Rüşvətxor məmurlar bilməlidir ki, yaşadıqlarına görə Şəhidlərimizə can borçları var və..."
18/06/2019 [22:07]:
28 yaşlı gəncin meyitini xəstəxananın həyətinə qoyub qaçdılar - FOTO
18/06/2019 [21:54]:
Məzahir Pənahovun maaşı 1020 manat artdı
18/06/2019 [21:53]:
Yaponiyada 6,8 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı
18/06/2019 [21:50]:
Yazıçılar Birliyinə qəbul qaydaları sərtləşdiriləcək? – Fikrət Qocadan cavab
18/06/2019 [21:48]:
“Əhalinin sosial müdafiəsini gücləndirəcək yeni qanun layihələri gəlir” - ŞAD XƏBƏR...
18/06/2019 [21:41]:
Onların da maaşı artırıldı - SİYAHI
18/06/2019 [21:36]:
Azərbaycan müəllimlərinə şad xəbər: MAAŞLAR ARTDI
18/06/2019 [21:34]:
Minimum əməkhaqqı artırıldı - SƏRƏNCAM
18/06/2019 [21:33]:
Prezidentdən hərbçilərin əməkhaqqının artırılması ilə bağlı - SƏRƏNCAM
18/06/2019 [21:28]:
“KISS” markalı qatarların bazar qiyməti nədir? - ARAŞDIRMA
18/06/2019 [21:20]:
Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib - FOTOLAR
18/06/2019 [21:16]:
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Yaponiyadan olan qonaqla görüş keçirilib
18/06/2019 [21:14]:
Azərbaycanın məhkəmə-hüquq sahəsində islahatları təqdir olunur
18/06/2019 [21:09]:
Bu qrupun üzvlərini qətlə yetirib orqanlarını satırlar - QANDONDURAN İDDİA
18/06/2019 [21:03]:
Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb
18/06/2019 [20:40]:
““QRU” ermənilərlə döyüşənlərə qarşı  Yevlaxda   işgəncə mərkəzi yaratmışdı...”
18/06/2019 [18:57]:
Boşanma uşaqların kilo almasına səbəb olur - MARAQLI ARAŞDIRMA
18/06/2019 [18:45]:
23 il boyunca qarnında bununla yaşadı - İNANILMAZ...
18/06/2019 [18:22]:
“Mən öz torpağımda tikirəm...”- Erməni deputat Qarabağda bu adda kitab buraxdı...
18/06/2019 [18:11]:
Paşinyan Aprel döyüşlərinin məğlub generallarını orduya qaytarır
18/06/2019 [18:10]:
Niyaməddin Orduxanlı “Xəzər Aktual”ın qonağı olub - VİDEO
18/06/2019 [18:05]:
Azərbaycan Ermənistan ordusunun təlimlərini nəzarətə götürdü, görüntü yaydı - VİDEO
18/06/2019 [17:35]:
Türkiyədə şair-publisist Tofiq Abdin haqqında kitab çap olunub
18/06/2019 [17:28]:
Vətəndə yaşamaq daha yaxşıdır...
18/06/2019 [17:24]:
Ramil Usubovdan yeni - TƏYİNAT
18/06/2019 [17:23]:
“İsti hava Vaqif müəllim üçün heç əlverişli deyil, onu Türkiyəyə aparacağıq...”
18/06/2019 [17:20]:
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
18/06/2019 [17:18]:
Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb
18/06/2019 [17:06]:
Koçaryanın tərəfdarları və etirazçılar arasında Yerevanda toqquşmalar baş verdi
18/06/2019 [17:04]:
Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA
18/06/2019 [17:03]:
Dövlət əmlakları özəlləşdirildi
18/06/2019 [16:58]:
Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı
18/06/2019 [16:36]:
"Onun söylədikləri tamamilə cəfəngiyyatdır"
18/06/2019 [16:31]:
Zelenski ilə görüşdə Merkeli titrəmə tutdu - VİDEO
18/06/2019 [16:19]:
Azərbaycanlı gənclər artıq bu ölkələrdə oxumaq istəmirlər -SƏBƏB
18/06/2019 [16:12]:
Sumqayıt bulvarının ərazisi genişləndirilir - REPORTAJ
18/06/2019 [16:09]:
Azərbaycanlı turistlərin ən çox getdiyi xarici ölkələr - SİYAHI
18/06/2019 [16:09]:
ABŞ konqresmenindən Qarabağla bağlı sərsəm bəyanat: “Birbaşa əlaqələr qurulsun!”
18/06/2019 [16:02]:
“Ad günündə həmişə atəşfəşanlıq olardı, səbəb isə...” -Məleykə Abbaszadənin sinif yoldaşı
18/06/2019 [15:59]:
Dillər Universiteti Türk Sinologiya mərkəzləri ilə əlaqələri genişləndirir
18/06/2019 [15:59]:
Nazir açıqladı: Aprel döyüşləri necə dayandırılıb?
18/06/2019 [15:56]:
Məktəb direktoru işdən çıxarıldı
18/06/2019 [15:54]:
“Azərxalça”nın Qazax, Tovuz və Şəmkir filiallarının xalçaları qəbul edilib - FOTOLAR
18/06/2019 [15:48]:
“Bu oyuncaqla hər kəs istədiyi kimi oynayır”
18/06/2019 [15:41]:
Pentaqon İranın tankerlərə hücum etdiyini təsdiqləyən kadrlar yaydı – FOTO
18/06/2019 [15:40]:
Yəhudilər Qüdsün mərkəzinə yüksək sürətli dəmiryolu xətti çəkməyə qərar verdi
18/06/2019 [15:37]:
“Düşünürəm ki, gələcəkdə yenə qiraət müsabiqəsinin davamı olacaq...”
18/06/2019 [15:37]:
Azərbaycan Milli Elmlər Akademiyasında vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilmişdir - FOTOLAR
18/06/2019 [15:34]:
Azərbaycanlı müğənni təyyarədə stüardessa ilə cinsi əlaqədə oldu - ŞOK OLAY - FOTO
18/06/2019 [15:31]:
51 nəfərin öldürüldüyü teraktın görüntülərini paylaşana 21 ay iş verildi
18/06/2019 [15:24]:
3 uşaq anası Bəturə Məmmədovanı qaçırıb vəhşicəsinə öldürdülər - VİDEO
18/06/2019 [15:22]:
“Fərid telefonda Mübarizin şəkilin mənə göstərib dedi ki...” - Şəhid zabitimizin anası
18/06/2019 [15:21]:
DİN-dən mollanın döyülməsi xəbərinə reaksiya
18/06/2019 [15:13]:
Rüşvət almaqda ittiham olunan polis müstəntiqi ifadə verib
18/06/2019 [14:57]:
Elmira Süleymanova: “Ombudsmanın fəaliyyəti dövründə indiyədək 699 məhkum azadlığa buraxılıb”
18/06/2019 [14:56]:
OPEC+ ölkələri görüşün tarixi ilə bağlı razılığa gələ bilmirlər
18/06/2019 [14:50]:
Metro yay qrafikinə keçir - Qatar sayı azalır, interval artır
18/06/2019 [14:49]:
“Azərbaycanda bank sektoru bu sahələrdən daha çox asılıdır”
18/06/2019 [14:22]:
Əflatun Amaşov qəzet və jurnallarla bağlı təklif verdi
Bütün arxiv bir sırada
12/10/2018 [19:03] - Müsahibə - ( 1624 dəfə baxılıb)

Vahid Əhmədov: "Dədə-baba məhsullarımız xaricdən gələnlərdən dadlı olur"



Moderator.az Oxu.Az-a istinadən sabiq birinci vitse-premyer, iqtisadçı millət vəkili Vahid Əhmədov ilə müsahibəni təqdim edir:

- Yaxın günlərdə növbəti ilin dövlət büdcəsinin müzakirələri baş tutacaq. Növbəti ildə neftin qiyməti necə olacaq, yəni, builki səviyyə saxlanılacaq, yoxsa artım müşahidə olunacaq?

- Dövlət büdcəsini, yəqin ki, bu yaxınlarda komitədə müzakirə edəcəyik. Hələlik büdcə zərfi parlamentə daxil olmayıb. Belə hesab edirəm ki, dünyada gedən proseslər nəticəsində neftin qiyməti bir qədər də artarsa, onu büdcədə 55-60 dollar səviyyəsində götürmək olar. Yəni, hesab etmirəm ki, neftin qiyməti bundan aşağı düşsün və ya düşəcək. Çünki həm ABŞ-ın öz neftini dünya bazarına çıxarması, həm İranda müəyyən  proseslərin baş verməsi, noyabrın 1-dən bu ölkəyə qarşı embarqoların, sanksiyaların qüvvəyə minməsi, Rusiya ilə bağlı müəyyən sanksiyaların tətbiq edilməsi və s. neft bazarına, heç şübhəsiz ki, öz təsirini göstərəcək.

Hesab edirəm ki, neftin qiyməti 55-60 dollar arasında olar. Amma heç kim zəmanət verməz ki, gələn ilin ikinci yarısında neftin qiyməti hansı səviyyədə olacaq. İndi artan xətt üzrə gedir. Bu, 100 dollara da çata bilər. Amma elə bir məqam gələr ki, neftin qiyməti yenə enməyə başlayar. Buna hazır olmaq lazımdır. Ona görə  Azərbaycanın qeyri-neft sektorunda çox ciddi irəliləyişlərə nail olmalıyıq. 

- Qeyri-neft sektorunun inkişafında, yəni, Azərbaycan reallığında daha çox hansı sahələr prioritet olmalıdır?

- Azərbaycanda, ümumiyyətlə, başlıca irəliləyən sahələr sənaye, kənd təsərrüfatı, turizmdir. Bu üç sahəyə Azərbaycanda diqqət yetirilir. Fikir verirsinizsə, cənab prezident son vaxtlar, xüsusilə, 2017-ci ildən başlayaraq kənd təsərrüfatına nə qədər diqqət yetirir.

Əlavə vəsaitlər verir, subsidiyalar verir, dotasiya verir ki, kənd təsərrüfatı inkişaf etsin. Həm özümüzü ərzaqla təmin edək, həm də xaricə ixracımız artsın və qeyd edim ki, kənd təsərrüfatı ilə əlaqədar olaraq 2017-ci ildən ixracımız kəskin artıb.

Bir sıra kənd təsərrüfatı məhsullarımızı qonşu dövlətlərə ixrac edirik. İkinci sahə sənaye sahəsidir. Bu, çox ciddi sahədir və sənayesi inkişaf etmiş dövlətlərdə deyirlər ki, həmişə mədəniyyət yüksək olur. Yəni, mədəniyyəti gətirən bir sahədir. Bu sahəyə müəyyən qədər diqqət artırılıb, sənaye məhəllələri, sənaye parkları yaradırlar, amma hələlik oradan ciddi bir nəticə əldə edə bilmirik. Çünki orada kooperasiya üsulları çoxdur və məhsuldarlıq o qədər yüksək deyil. Ona görə bu sahəyə diqqəti daha da artırmaq lazımdır. 

Bir neçə dəfə demişəm, Azərbaycan 70 ildən artıq bir dövr ərzində neft maşınqayırması sahəsində avanqard rollardan birini oynayıb. Bizim haradasa 25-30 ölkəyə ixrac məhsulumuz var idi. Onları sovetlər dönəmində xarici dövlətlərə göndərirdik. Amma hazırda məcburuq ki, bəzi avadanlıqları, məhsulları xaricdən gətirək və dollarla ödəyək. Buna görə də Azərbaycanda neft maşınqayırmasının inkişafına çox böyük ehtiyac var.

Bir neçə iri zavodlar tikmək lazımdır ki, bu zavodlarda neft maşınqayırması məhsulları istehsal olunsun. Həm Azərbaycanın daxili tələbatını ödəsin, həm də xaricə ixrac edək. 

- Bəs qeyri-neft sektorunun əsas qolu olan kənd təsərrüfatının inkişafında vəziyyəti necə xarakterizə edərdiniz, orada durum nə yerdədir?

- Düzdür, kənd təsərrüfatının inkişafı ilə əlaqədar müəyyən işlər görülür, müsbət nəticələr var. Xüsusilə də, yeni rəhbərlik tərəfindən ciddi işlərə başlanılıb. Amma müəyyən yanlışlıqlar da var. Misal üçün, belə bir göstəriş verildi ki, hər yerdə fındıq kolları əkilsin. Azərbaycanın tarixi, doqquz iqlim qurşağı var. Və tarix boyu Azərbaycanda hansı zonada hansı məhsullar istehsal olunur, bunu hamı bilir.

Misal üçün, Quba-Xaçmaz zonası meyvə-tərəvəz zonasıdır. Bu, tarix boyu belə olub. İndi orada aparıb fındıq kolları əksən də, Xaçmazda müəyyən qədər əmələ gələr, amma Qubada mümkün deyil. Çünki Quba soyuq olan rayondur. Yaxud, Lənkəran-Astara zonasını götürək. Burada həmişə subtropik bitkilərin istehsalı ilə məşğul olublar, bu gün də məşğuldurlar.

Digər aqrar rayonlar var ki, hansı ki, pambıqçılıqla məşğuldurlar, şimal rayonları var - Balakəndir, Şəkidir, orada daha çox tütünçülüklə məşğul olurlar və sairə. Yəni, bu sahələr artıq bilinir. Biz özümüzdən təzə Amerika açmırıq. Orada məhz bu sahələri inkişaf etdirmək lazımdır ki, daha böyük gəlirlər əldə etmək mümkün olsun.

Bakının özündə vaxt var idi gül istehsalı ilə çox ciddi məşğul idilər. İndi pomidor, xiyar və digər kənd təsərrüfatı məhsulları istehsal edilir. Fikir verirsinizsə, Azərbaycanda pomidor ixracı çox yüksək səviyyədə həyata keçirilir. Yəni, müəyyən xarici firmalar Azərbaycanda işləyiblər, qurublar bu istixanaları. Artıq bu istehsal nəinki özümüzü təmin edir, hətta Rusiya, digər dövlətlərə də ixrac edilir.

Yerli məhsullara daha çox diqqət yetirmək lazımdır. Son vaxtlar bəzi sahibkarlar gedirlər Fransadan, nə bilim İsraildən, digər yerlərdən meyvə-tərəvəz məhsulları gətirib burada yetişdirirlər. Amma bizim öz məhsullarımız, dədə-baba məhsullarımız daha çox keyfiyyətli olur, daha çox dadlı olur, nəinki xaricdən gələn məhsullar. Bunlara diqqət yetirmək lazımdır. 

- Həmin məhsulların saxlanılması üçün bəs lazımi şərait, soyuducular, anbarlar varmı, onlar yetərlidirmi? Yəni, məhsulu satmaq üçün fermerə və ya sahibkara istənilən şəraiti yaratmaq, təmin mümkün olubmu?

- Bilirsiniz, ən ciddi məqamlardan biri, əlbəttə, fermerin və ya sahibkarın istehsal etdiyi məhsulun satılmasıdır. Bu, bizdə problemdir. Fikir verirsinizsə, biz daim bu məsələ ilə bağlı tez-tez şikayətlər eşidirik, alırıq. Misal üçün, Qubada meyvə-tərəvəz alma yetişdirilir.

Quba həmişə öz alması ilə tanınıb, bu gün də tanınır. Ancaq almanı satmaqda müəyyən problemlər var. Düzdür, indi Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. O, təzə yaranıb, yerlərdə müəyyən qurumları fəaliyyətə başlayıb. Onlar çox ciddi işlərlə məşğul olurlar. Yəni, artıq elə edirlər ki, əhali, birincisi, Azərbaycan təmin olunsun həmin məhsullarla, sonra xaricə ixrac olunsun. İkincisi, çalışmaq lazımdır ki, əhali, yəni, fermer, sahibkar, istehsal etdiyi məhsulun satılmasında problem yaşamasın.

Üçüncüsü, bilirsiniz ki, cənab prezident xüsusilə son 4-5 ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə soyuducuların tikilməsinə çox böyük diqqət yetirir. Bütün bölgələrdə soyuducular tikilməyə başlayıb. Soyuducular kifayət qədər olsa da, amma orada saxlama məsələsi var. Yəni, fermerlərə sərf etmir ki, aparıb orada öz məhsullarını saxlasınlar. Çünki qiymətdə müəyyən qədər problem yaranır. Bu məsələ ilə də İqtisadiyyat  Nazirliyi ciddi şəkildə məşğul olmalıdır.

- Bu gün dünyada ən ciddi problemlərdən, insan sağlamlığı üçün ən zərərli məsələlərdən biri də geni dəyişdirilmiş məhsullar - GMO-lardır. Onların Azərbaycanda satışının, ölkəmizə gətirilməsinin qarşısının alınması üçün daha hansı addımlar atılmalıdır? Qida Təhlükəsizliyi Agentliyi bunu önləyə biləcəkmi?

- Bu, bir tək Qida Təhlükəsizliyi Agentliyinin məsələsi deyil. Ümumiyyətlə, buna məsuliyyət daşıyan digər qurumlar var, hansılar ki, onlar hamısı bu işlərlə birlikdə məşğul olmalıdır. Sərhəddən başlamış ta ki istehlakçıya gedib çatana qədər. Birincisi, GMO adlanan məhsul dünyanın hər yerində var. Avropa dövlətlərində də var, Amerikada da var, MDB dövlətlərində də var, hər yerdə istifadə edilir.

Düzdür, bəzi alimlər sübut edirlər ki, həmin məhsullardan zərərli olanı da var, amma xeyirli olanı da var. Azərbaycanda da çalışılır ki, həmin məhsullar ölkəmizə daha az daxil olsun.

Misal üçün, Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə fəaliyyət göstərirlər. Sərhəddə xüsusi laboratoriyalar var. O laboratoriyalarda həmin məhsullar ekspertizadan keçirilir və sair. Hesab edirəm ki, bu işlər bir qədər sürətləndirilməlidir. 

Məndə olan məlumatlara görə, Qida Təhlükəsizliyi Agentliyinin də müəyyən addımlar atması nəzərdə tutulur ki, bununla GMO məhsullarının ölkəmizə daxil olmasının qarşısını müəyyən qədər alınacaq.

- Ümumiyyətlə, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar qaneedicidirmi, burada hədəflənən məqsədlərə çatmaq mümkün olacaqmı? 

- Əlbəttə, müəyyən işlər görülür, göz qabağındadır, amma tendensiya, gedişat məni hələlik tam qane etmir. İstərdim ki, Azərbaycanda iri müəssisələr fəaliyyət göstərsin. Bir vaxtlar var idi, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir sənaye şəhərləri idi və insanlar hətta rayonlardan gəlib burada işləyirdilər, müəyyən vəsaitlər qazanırdılar. İstərdim ki, bu şəhərlər yenidən tam gücü ilə sənaye şəhərlərinə çevrilsin.

Bununla belə, indi rayonlarda müəyyən qədər şərait yaradılıb. Vaxt var idi, rayonlarda qaz, su, elektrik enerjisi, yol problemi var idi. Amma bu problemlər müəyyən qədər aradan qaldırıldı. Bu dəqiqə ölkədə elektrik enerjisində elə bir ciddi problem yoxdur. Müəyyən kəndlərdə qazla bağlı problem olsa da, aradan qaldırılıb. Su problemi faktiki olaraq yox səviyyəsindədir. Yollar çəkilir, müəyyən qədər vəsaitlər ayrılır. İnfrastruktur layihələri həyata keçirilir və çalışırlar ki, dövlət başçısının tapşırığıdır, rayonlarda müəyyən qədər iş yerləri açılsın.

Sənaye müəssisələri, kənd təsərrüfatı emalı müəssisələri açılsın. Bu gün “Azərxalça”nın faktiki olaraq əksər rayonlarda filialları açılmağa və fəaliyyət göstərməyə başlayıb. Yəni, belə işlər görülür. Amma bunlar kifayət etmir.

Ona görə qeyri-neft sektorunun inkişafını mən daha çox istərdim. İstədim ki, buna daha çox diqqət yetirilsin. Neftin qiyməti qalxdı, əllər tez soyudu, belə olmamalıdır. Dövlət proqramları var, həmin proqramlara uyğun olaraq bu sektoru inkişaf etdirməliyik. 

- Bir az öncə dövlət büdcəsinə qısaca olaraq toxunduq. Büdcədə artımlar və ya azaldılmalar gözlənilir?

- Azaldılmalar olmayacaq. Mənim aldığım məlumata görə, əksinə, artımlar olacaq. Biz hələ büdcəni almamışıq. Eyni zamanda, neftin qiymətini 55-60 dollar götürürüksə, bu il 45 dollar götürmüşdük, ona görə müəyyən artımlar olacaq. Ancaq hansı sahələrə artımlar olacaq, bu, artıq prezidentin səlahiyyətində olan məsələdir.


loading...
loading...
“Əhalinin sosial müdafiəsini gücləndirəcək yeni qanun layihələri gəlir” - ŞAD XƏBƏR...
Boşanma uşaqların kilo almasına səbəb olur - MARAQLI ARAŞDIRMA
23 il boyunca qarnında bununla yaşadı - İNANILMAZ...
3 uşaq anası Bəturə Məmmədovanı qaçırıb vəhşicəsinə öldürdülər - VİDEO
"Anaların yuxusuz gecələri hədər getməyib..."
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Zakir Həsənovu təkzib cəhdi rüsvayçılıqla nəticələndi...
Ədəbiyyat
Yazıçılar Birliyinə qəbul qaydaları sərtləşdiriləcək? – Fikrət Qocadan cavab
Gündəm
“Bu oyuncaqla hər kəs istədiyi kimi oynayır”
Cəmiyyət
“Fərid telefonda Mübarizin şəkilin mənə göstərib dedi ki...” - Şəhid zabitimizin anası
Cəmiyyət
DİN-dən mollanın döyülməsi xəbərinə reaksiya
Həftənin ən çox oxunanları
"Erməni ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu Azərbaycana verib, geri çəkilsə..."
Naxçıvanda yer yerindən oynadı, düşmənin başına od ələndi - VİDEO
Ailələrin gəldiyi çimərlikdə lüt gəzən kişini döydülər - VİDEO
Qarabağda xidmət keçmiş zabit Belarusda daxili işlər naziri oldu: Erməni mediası şokda...
Lamiyə həmin zabitlə 29-cu otaqda görüşüb hamilə qalmışdı
Keçmiş nazirin oğlu ilə eşq yaşayan müğənni: "Gör başqa qızların başına nə oyunlar açır..."
Böyrəkləri dağıdan vitaminin adı açıqlandı - ALİMLƏRDƏN XƏBƏRDARLIQ...
"Düşmənə zərbə vuracaq mövqelər seçməliyik, məsələn, Sərsəng Dağlıq Qarabağın canıdır..."
“Azərbaycanın təyyarələri qorxuludur, onlar sərhəddimizi keçsə...”
"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)