Xəbər lenti
15/11/2018 [13:40]:
Təbii qazın həcmi artırılıb
15/11/2018 [13:39]:
“Dövlətqaçqınkom”un sədr müavini işdən ÇIXARILDI ...
15/11/2018 [13:36]:
Əli Həsənovla bağlı ŞOK MƏLUMAT - 2 milyard manat mənimsəyib
15/11/2018 [13:30]:
Azərbaycan Türkiyədən milyonluq silahlar aldı - Dünyada 10-cudur...
15/11/2018 [13:26]:
Universitetdə atışma olub
15/11/2018 [13:16]:
Qocalar evinə yerləşdirilən bu qadın nazirin xalası qızıdır -FOTO
15/11/2018 [13:15]:
Nazir istefa verdi
15/11/2018 [13:14]:
Milli Məclisdə növbəti ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb
15/11/2018 [13:11]:
“Baku Business Factory” kovörker mərkəzi üçün layihələrin qəbulunu davam etdirir
15/11/2018 [13:08]:
Mahir Abbaszadəyə yüksək vəzifə verildi...
15/11/2018 [13:02]:
“Yeni yol nişanları” gülüş hədəfi oldu - FOTO
15/11/2018 [12:56]:
Deputat: "Reket jurnalistlər bizi biabır edir"
15/11/2018 [12:55]:
Sabahın hava proqnozu
15/11/2018 [12:55]:
Günəş enerjisi ilə qidalanan lövhələri oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı
15/11/2018 [12:53]:
Bakıda 10 min mənzil istiliksiz qalacaq – Səbəb
15/11/2018 [12:52]:
Hərbçiləri daşıyan avtobus aşıb
15/11/2018 [12:48]:
Zamirə Hacıyeva Londondakı bankları da işə saldı...
15/11/2018 [12:40]:
“Zaur verilişində uzunçuluq etdiyi üçün Mənzurə xanımın səbri çatmayıb...” -Müğənninin köməkçisi...
15/11/2018 [12:36]:
Tahir Kərimli: “Məni nə günə qoydular”
15/11/2018 [12:35]:
İlham Əliyev Federasiya prezidentini qəbul etdi
15/11/2018 [12:26]:
"Varlı gənclər həbs olunacaq"
15/11/2018 [12:25]:
Ağdam nə qədər şəhid verib?
15/11/2018 [12:14]:
Yasamalda qadın qətlə yetirilib
15/11/2018 [12:10]:
Azercell-in dəstəyi ilə IV Uşaq Paralimpiya oyunları keçirildi -FOTOLAR
15/11/2018 [12:02]:
Uşaq bağçasında qısaqapanma
15/11/2018 [12:00]:
Aqil Abbas: DUST BİPƏRVA, FƏLƏK BİRƏHM, DÖVRAN BİSÜKUN
15/11/2018 [11:57]:
Ayrapetyanın cəsədi soyuducuda çürüyüb, ekspertizaya yararsız olub -Erməni oliqarxın sirli ölümü
15/11/2018 [11:52]:
“Onun hər bir cümləsində kinomuzun vəziyyəti ilə bağlı son dərəcə ağrılı, dərin təhlil var”
15/11/2018 [11:49]:
Ermənistanda seçki yarışına 11 partiya qoşulub –Paşinyan müxalifətin mandat qazanacağına şübhə edir
15/11/2018 [11:41]:
“Ya qəbul edin, ya da xaosa hazır olun!” –Britaniya hakimiyyətində siyasi böhran zirvəyə çatdı
15/11/2018 [11:39]:
Daha bir yanğın
15/11/2018 [11:31]:
Donald Trampdan səfir təklifi
15/11/2018 [11:30]:
“Biabırçılıqdır, analar doğum evindən çıxarkən onlara zəng vurub körpə qidaları təklif edirlər”
15/11/2018 [11:29]:
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir -FOTOLAR
15/11/2018 [11:25]:
Ərzaq məhsullarının içindən mobil telefonlar çıxdı
15/11/2018 [11:18]:
Bu ərazidə su olmayacaq
15/11/2018 [11:15]:
Azərbaycanda daha bir səfirlik açılacaq
15/11/2018 [11:15]:
Çarşablı qadın Atatürkün heykəlini baltaladı - Yusif surəsində nə yazılıb?
15/11/2018 [11:12]:
İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən işlərlə tanış oldu
15/11/2018 [11:07]:
“Uşaq pulu” çoxdan bərpa edilməli idi”
15/11/2018 [11:03]:
Güclü qar məktəblərin bağlanmasına səbəb oldu
15/11/2018 [10:55]:
Nazir: "Pensiya yaşını azaltmağa ehtiyac yoxdur"
15/11/2018 [10:52]:
“Narkomaniya və erkən nikaha yox deyək” mövzusunda tədbir keçirildi...
15/11/2018 [10:46]:
Ermənilər Sərsəng SES-in 40 illik yubileyini də keçirdi... - Biz hələ 40 il də gözləyəcəyik?..
15/11/2018 [10:45]:
İdmançılar qəzaya uğradı
15/11/2018 [10:40]:
ADPU-da “Antropoloji dəlillər ermənilərə yox deyir” mövzusunda elmi seminar keçirilib
15/11/2018 [10:39]:
Azərbaycanda dərslərin dayanmasına səbəb...
15/11/2018 [10:34]:
Futbol məşqçisi dünyasını dəyişdi
15/11/2018 [10:25]:
Kapital Bank yeni Neftçilər Kart Mərkəzi filialını istifadəyə verdi
15/11/2018 [10:21]:
90 milyon sərnişinə xidmət göstəriləcək
15/11/2018 [10:09]:
Milli Məclisdə gərgin müzakirələr...
15/11/2018 [10:02]:
Bloger “iPhone” almaq üçün bir vanna pul gətirdi - VİDEO
15/11/2018 [09:52]:
Bakıda atanın qızına göndərdiyi səs yazısı ortaya çıxdı - “SƏNƏ NİFRƏT EDİRƏM” – VİDEO
15/11/2018 [09:51]:
Sürücülər üçün sonuncu gündür - XƏBƏRDARLIQ
15/11/2018 [09:48]:
Azərbaycanda vulkan təhlükəsi - PROQNOZ
15/11/2018 [09:47]:
Bu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİM
15/11/2018 [09:42]:
Yanğınlar zamanı ölənlərin sayı 58 nəfərə çatıb
15/11/2018 [09:39]:
Qəbələdə maşın ağaca çırpıldı: ölən var
15/11/2018 [09:36]:
Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
15/11/2018 [09:33]:
ADAU əməkdaşları Ukraynanın Sumi Milli Aqrar Universitetində - FOTOLAR
15/11/2018 [09:31]:
Bu ərazidə yaşayanlara ciddi təhlükə
15/11/2018 [09:28]:
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
15/11/2018 [09:15]:
“Hər çalma bağlayandan molla olmaz” - “Sərxoş molla” görüntülərinə rəsmi reaksiya + VİDEO
15/11/2018 [09:14]:
Milli Qəhrəmanın anım günüdür
15/11/2018 [09:02]:
Prezident İlham Əliyev ilk dəfə KTMT-də baş verənlərdən danışdı
15/11/2018 [08:54]:
İş adamlarımız Çindən 50 milyon dollarla qayıdıb
15/11/2018 [08:48]:
Manat bu günə hansı məzənnədə olacaq?
15/11/2018 [08:41]:
Bu gündən qış rejiminə keçirik
15/11/2018 [08:38]:
Saqqız haqqında bilmədiyimiz gerçəklər...
15/11/2018 [08:31]:
Dünyanın ən "fədakar" dietası
15/11/2018 [08:24]:
Avtomobillərin parklanması üçün yeniliklər ediləcək - VİDEO
15/11/2018 [08:19]:
21 gün enerji saxlayan telefonun təqdimatı oldu...
15/11/2018 [02:11]:
Günün qoroskopu: -Yel dəyirmanları ilə savaşmayın...
15/11/2018 [01:51]:
“Azərbaycandan alacağımız ərazilər var” – Separatçılardan həyasız iddia
15/11/2018 [01:36]:
CIA-nın projesi deşifrə oldu... Düz 149 nəfər...
15/11/2018 [01:33]:
Tramp yenə sosial medianın hədəfinə çevrildi - Minlərlə insanı unutduğu üçün...
15/11/2018 [01:30]:
Moskvada ilin toyu - 450 min dollarlıq gəlinlik, 25 "Limuzin"...
15/11/2018 [01:21]:
Parisdən Trampa ingiliscə cavab - “Common decency”
15/11/2018 [01:17]:
Ermənipərəst deputatın elə erməni xislətində olduğu da göz qabağındadır...
15/11/2018 [01:15]:
Eynəklər hansı müddətdən bir dəyişilməlidir? - Görmə zəifliyi olanların diqqətinə
Bütün arxiv bir sırada
15/10/2018 [11:29] - Cəmiyyət - ( 2144 dəfə baxılıb)

Vahid Əhmədov “Mənim kəndim” rubrikasında -“İlk sevgi insana qismət olmur”



Həyatımızın uşaqlıq illərini xatırladıqca hər birimizin çöhrəsində təbəssüm, gözlərində hüznlü bir ifadə canlanır. Elə “Mənim kəndim” rubrikamızda öz el-obası, ata yurdu haqqında danışan, uşaqlıq illərinə qayıdan ziyalılarımızın da.


Moderator.az xəbər verir ki, Modern.az-ın “Mənim kəndim” rubrikasında qonaq olan millət vəkili Vahid Əhmədov Quba rayonunun dağların qoynunda yerləşən Qonaqkənd qəsəbəsi, orada keçən uşaqlıq illərindən danışır: 
 

...dərsdən sonra meşəyə odun qırmağa gedirdim...”

- Qonaqkənd keçmişdə rayon olub. Dağların qoynunda yerləşən bu bölgə 1961-ci ildən Qubaya birləşdirilib və qəsəbə statusu alıb.

Qubanın ərazisi əsasən dağlardan ibarətdir. Yolları da buna görə çətin, enişli-yoxuşludur. Ona görə də mənim uşaqlıq dövrümdə gediş-gəliş üçün maşından deyil, atdan daha çox istifadə edilirdi.

Qonaqkənddə doğulmuşam. Atam mühasib, anam isə evdar qadın idi. Ailəmiz böyük idi, 7 qardaş, 2 bacı olmuşuq. Böyük qardaşım rəhmətə gedib. Qardaş-bacılarımın hamısı oxumuş olublar və sonralar Bakıda yaşayıblar.

Birinci sinifdən 11-ci sinifə kimi təhsil aldığım Qonaqkənd orta məktəbini əla qiymətlərlə bitirmişəm. Bütün bu 11 ildə “5”dən başqa qiymət almadım. Halbuki, çox çətin şəraitdə yaşayırdıq. 10-12 yaşımdan etibarən ailəmizin dolanışığına kömək etmək, çörəkpulu qazanmaq üçün dərsdən sonra meşəyə odun qırmağa gedirdim. Gətirib, həmin odunları kənddə satır, ailəmizin ehtiyaclarına xərcləyirdik. Bir müddət sonra böyük qardaşım Bakıda Tibb İnstitutuna daxil oldu. Artıq tələbə olan qardaşıma da maddi köməklik etmək lazım oldu...  

Bilirsiniz, kənddə bütün ailələr bizim kimi yaşamırdı. Bəzi ailələrdə uşaq sayı az olduğundan həyat şəraiti normal idi. Bizim kimi çoxuşaqlı ailələrdə isə uşaqların hamısının geyinib-keçinməsi, oxuması maddi problemlərə səbəb olurdu. Evimizdən yalnız atam işləyirdi. Gəlir az, külfət çox olduğuna görə, bütün ailənin atamın maaşı ilə dolanması mümkün deyildi. İşləməsəm oxumaq, Bakıda təhsil alan qardaşıma maddi kömək etmək imkanımız olmazdı. 

Doqquz qardaş-bacı arasında dava-dalaş...

-        Ailədə çox uşaq olduğumuza görə, çox dalaşırdıq. Kim böyük idisə, balacanı döyürdü. Mən sakit, oxuyan uşaq olmuşam. Rəhmətə gedən böyük qardaşım isə uşaq vaxtı çox nadinc idi. Ailəmizdə qoyulmuş qaydaları pozanlara cəza tətbiq edilirdi.

Evimizdə ən böyük cəza qulaq çəkmək olub. Atam səhv hərəkət etdiyimizdə, məktəbdən şikayət gələndə qulağımızı çəkərdi. Amma biz də valideynlərimizin hirslənməsinə şərait yaratmamışıq. Bütün fikrimiz-zikrimiz o idi ki, yaxşı oxuyaq, çox çalışaq, Bakıya gələk. Atam da bizi buna yönləndirirdi.

Mənim pozduğum qaydalar atamdan xəlvət futbol, voleybol oynamağım idi. Paltarlarımız cırılıb, üst-başımız pis vəziyyətə düşəndə artıq danlanırdıq. Dediyim kimi, imkansız ailə olduğumuza görə, paltar almaq da çətin idi. Ona görə atam danlayırdı, həmişə deyirdi ki, futbol sizə çörək verməyəcək, gedin, dərs oxuyun. 
 

"Müəllim səni döysəydi, qorxundan evdə deyə bilməzdin”

- Orta məktəb illərim həddindən artıq maraqlı keçib. 11 illik orta təhsil dönəmindən çox yaxşı müəllimlərdən dərs almışam. Necə deyərlər, zaman öz işini görür, indi o insanların çoxu rəhmətə gedib. Həmin dövrdə müəllimlərə hörmət çox yüksək səviyyədə idi. Müəllim-şagird münasibətləri də yaxşı qurulmuşdu. Məktəbimizin direktoru Şəmsəddin müəllim, Mürsəl müəllim, “Əməkdar müəllim” adını alan Güllü müəllimə və digərləri hələ də mənim xatirimdədi. Onları xoş təbəssümlə yada salıram hər vaxt. Biz orta məktəb illərində müəllimlərimizə o qədər hörmət edirdik ki, onları kənarda görəndə qaçıb gizlənirdik. Müəllimin üzünə söz qaytarmaq, mübahisə eləmək deyə anlayış ümumiyyətlə yox idi. Hətta müəllimlərimizin bizi döydüyü vaxtlar da olurdu. Heç bir halda onların sözünün üstünə söz deyə bilməzdik. Müəllim məni döysə, qorxumdan evdə deyə bilməzdim. Çünki valideynlər hər zaman müəllimlərə inanırdılar. Deyim ki, o zaman müəllimlər də həqiqətən inanmalı şəxsiyyətlər idi. Şagirdləri öz övladları kimi sevirdilər. Mən yaxşı oxuduğuma görə, döyülməmişəm. Həmin illərdə də yuxarı siniflərdə oxuyan uşaqlardan bəziləri siqaret çəkirdilər. Müəllimlər, ya da valideynlər bunu bilsəydi, uşağın “dərisini soyardılar”. Çünki müəllimi heç zaman haqsız çıxartmaq olmazdı. Valideynlər də hər zaman bizi tənbehləyirdilər ki, məktəbdə müəllim nə deyirsə, odur.

Məktəbimizdə qayda-qanun, təhsilin keyfiyyəti yüksək olduğuna görə, uşaqlar da savadlı yetişirdi. Orta məktəbi bitirəndə tək bizim sinifdən 4 nəfər - iki şagird gümüş, ikimiz isə qızıl medala laiq görüldük. Qızıl medal alan şagirlərdən biri mən idim, digər sinif yoldaşım isə indi Türkiyədə riyaziyyat üzrə fəaliyyət göstərir. Gümüş medal alanlardan biri rəhmətə gedib, digəri isə Azərbaycan Texniki Universitetində müəllimdir. Sözümün mahiyyəti odur ki, özümüz oxumağı çox sevdiyimiz kimi, müəllimlərin tələbkar olması da bizim məsuliyyətimizi qat-qat artırırdı. Bizimlə bərabər oxuyan uşaqlardan əksəriyyət ali məktəblərə daxil oldu.
 

Uşaqlıq dostları... 

-        Həmişə deyirlər ki, insanın nə qədər çox dost-tanışı olsa, o qədər yaxşıdır. Mənim isə ən yaxınım olan bir dostum var. Onunla orta məktəbdə eyni sinifdə təhsil almışıq, 60 ildən çoxdur dostuq. Ramazanov Adil Baba oğlu. İndi Xaçmaz rayonunda yaşayır. 2-3 gündən bir telefonla danışırıq, hərdənbir görüşürük. Ailə adamıdır, evimin bütün sirlərini bilir. Başqa dostlarım da var, sözsüz, amma ailə dostum yalnız Adildir.

Adil ali təhsilli deyil. Amma yaxşı musiqi savadı var, uzun müddət benzindoldurma məntəqəsində çalışıb. Yaxşı günlərimdə də, çətin günlərimdə də o, mənim yanımda olan bəlkə də yeganə dostumdur.
 


“Qız üstündə davalar olurdu...”

-        Qonaqkənd məktəbi onillik olduğundan ətraf kəndlərdən çox uşaq gəlirdi. Təxminən 12-13 kəndin uşaqlarının çoxu bizim kənddə təhsil alırdı. Hərdən uşaqlar arasında dava da düşürdü. Ən çox voleybol, futbol oynayanda dalaşırdıq. Buna baxmayaraq, kəndlər arasındakı münasibətlər o qədər yaxşı səviyyədə idi ki, ciddi fikir ayrılıqları yaşanmırdı. Yaxşı əlaqələrimiz, münasibətlərimiz var idi. Yeniyetmələrin davalarının əsas mövzularından biri də məhəbbət idi. Qız üstündə kiçik davalar yaşanırdı.

Məktəb evimizə bir qədər yaxın olduğuna görə, piyada gedib-gəlirdik. Evimiz yuxarıda - dağın başında, məktəb isə dağın ətəyində idi.

Dediyim kimi, Qonaqkənddə ən ümdə məsələ yaxşı oxumaq idi. Çox oxumağı ilə ad çıxaran şagird hörmətli olardı. Atalar övladlarının təhsilinə, yaxşı oxumasına xüsusi diqqət yetirirdilər. Qızları da oxudur, Bakıya da göndərirdilər. Qəsəbədə qız, oğlan üçün oxumaq heç zaman problem olmayıb, əngəl yaratmırdılar. 

Ailələrdə ciddi nəzarət var idi. Məsələn, mən oxuduğum illərdə məktəbə gedirdim, evə qayıdan kimi meşəyə odun qırmağa yollanırdım. Bunu da başa çatdırdıqdan sonra gecə, lampa, şam işığında dərslərimi həll edirdim. Hətta gecə saat 1-2-yə kimi üzü üstə uzanıb, kitab oxuyardım.

İşin yoxluğundan əlavə geyim məsələsi də problem idi. Bizə paltar alınanda onu elə səliqəli geyinirdik ki, özümüzdən kiçik qardaşlarımıza da yarasın. Hərə özündən bir az böyük olan qardaşının paltarını geyinirdi. Yadımdadır ki, qış aylarında biz pencəklə məktəbə gedib-gəlirdik. Orta məktəbdə oxuduğum vaxtda palto görməmişəm, geyinməmişəm. Yalnız tələbə olub, Bakıya gələndə paltonun nə olduğunu bildim.

Kənd uşaqlarının sevimli məşğuliyyəti

- Kənd uşaqları ilə bir yerə yığışıb, müxtəlif oyunlar oynayırdıq. Voleybola həddindən artıq marağımız var idi. Bir də məktəbdə çoxlu vaxt keçirirdik. Müxtəlif dərnəklər fəaliyyət göstərirdi. Uşaqlar o dərnəklərdə də aktiv idilər. Teatr düzəldir, səhnəcilər hazırlayır, rollar ifa edirdik. Mən isə bütün bunlardan çox voleybolu xoşlamışam.

Oxumağa o qədər həvəsli idik ki, uşaqlıq arzularımız da elə çox oxumaq, ali təhsil almaqla bağlı idi. Əvvəllər həkim olmaq istəyirdim. Amma sonra fikrimdən döndüm, mühəndis olmağa qərar verdim. Arzum bu idi, reallaşdıra bildim. Sonralar isə iqtisadiyyatı öyrəndim.

Orta məktəbdə oxuyanda hər zaman böyük qardaşımı özümə nümunə götürmüşəm. Həkim idi, Bakıda “Semaşko” xəstəxanasında işləyirdi. Çox təcrübəli doktor idi. Sonralar hərbi hospitalın rəhbəri kimi çalışdı və 56 yaşında vəfat etdi.
 

“Şəhərdən gələnlərə “ali insan” kimi baxırdıq...”
  

-        Kənddə yaşadığımız vaxtlarda Bakıdan bir maşın gələndə biz onu heyrətlə izləyirdik. Şəhərdən gələn həmkəndlilərimiz “ali insan” kimi qəbul edilirdi. Hətta həmin insan Bakıda fəhlə kimi çalışsaydı belə, bizim üçün qeyri-adi idi. Həmin insanları kənddə qonaq çağırır, yuxarı başda oturdurdular.

Qonaqkənddən Bakıda çalışan savadlı insanlar çox idi. Ali məktəblərdə, texnikumlarda oxuyanlar var idi. Xüsusilə müəlllimlərin sayı həddindən artıq idi. Həmçinin savadlı idilər. Qonaqkəndə Cimi, Ördüc, Yerfi və s. kəndlərdən müəllimlər gəlib dərs deyirdilər. Amma bu müəllimlər elə kəndimizdə yaşayırdılar. 


Məktəb illərimin sevgisi

- Mən inanmıram, elə insan olsun ki, orta məktəbdə oxuyanda sevib-sevilməsin. Şəhərə gələndən sonra yaşanan sevgi kənddəkindən tamam fərqlənir. Kənddəki sevgi çox ülvi idi. Düzdür, kənddə sevdiyin qızla görüşmək, danışmaq mümkünsüz idi. Elə uzaqdan baxışmaq, vəssalam...

O sevgi sanki evlənmək üçün deyildi. Hə onu da deyim ki, çox nadir hallarda ilk sevgi vüsala qovuşub. Mənim gördüyüm, müşahidə etdiyim odur ki, məktəb illərində biri-birini sevən gənclər sonradan ayrı düşüb. Amma gənclər sevirdilər. O illər hər şeyin dadı var idi. Sanki həyat başqa idi. Xatirladıqca, adamın burnunun ucu göynəyir.

Qonaqkənddə evlənmək məsələsində sərbəstlik var idi. “Mütləq öz elimdən-obamdan olmalıdır” fikri az idi. Haradan istəyirsən evlən, valideynlər övladlarına məhdudiyyət qoymurdular. Amma istər-istəməz ata –ana özlərinin tanıdığı, bildiyi insanla övladını evləndirmək istəyərdi. Övladlar isə ürəyinə yatanda bu məsləhətə qulaq asırdılar. İndi isə belə şeylər çox cüzidir.
 

“Kənd toylarına çadırların künc-bucağından, deşiklərindən baxırdıq”
 

-        Biz uşaq olanda toylara getmirdik, buna ixtiyarımız yox idi. Çadır qurulurdu, elin ənənəsinə uyğun böyüklər, ağsaqqallar yığılırdı, biz isə gizlin olaraq fürsət düşəndə çadırın deşiklərindən mağara baxırdıq. Yalnız 9-10-cu siniflərdən sonra müəyyən qədər toylara ayaq açardıq. Amma yenə də yaşlı, ağsaqqal insanları görəndə qaçıb gizlənirdik, toyda olduğumuza görə çəkinirdik. Çünki böyüklərə hörmət yüksək səviyyədə idi. Məsələn, biz atamın - rəhmətə gedəndə 79 yaşı var idi - heç vaxt qabağında söz qaytara bilməzdik. İnanın, böyük-kiçik münasibətləri elə qurulmuşdu ki, uşaqların böyüklər qarşısında dillənmək ağıllarına belə gəlmirdi.

Mənim bacımın biri Xınalıq kəndinə gəlin köçdü. Qaynatası həmin vaxt “Sovxoz”un direktoru, Böyük Vətən Müharibəsi əlili idi. Bacım gəlin köçəndə məni buraxmadılar ki, onun yanına gedəm. Yadımdadır, Qonaqkənddən Xınalığa qədər – təxminən 30 kilometr yolu piyada getmişdim.

O vaxt toylar ancaq çadır toyu idi. Qadınlar ayrı, kişilər ayrı oturaradı. Cavan qızlar uşaqlarla bərabər ancaq çadırın deşiyindən toya baxardılar. Bacımın toyu 7 gün çalınıb. Kənddə ən qısa toy 3 gün davam edirdi. İmkanı olanlar daha uzun müddət toy edirdi. 

126 yaşlı babanın nəvələrinə danışdıqları 

Mənim ana babam İsmayıl kişi rəhmətə gedəndə 126 yaşında idi. Biz onu çox istəyirdik. O kişi maşın görməmişdi. Qonaqkənddən aralı, Qaraulustü kəndində yaşayırdı. Çox dərrakli, dərin məlumatlı ağsaqqal olan babam hətta o zamanlar Şamaxı-Quba bölgəsindən ad çıxaran Qaçaq Mayılın yaxın qohumu idi. İsmayıl babam bizi – nəvələrini ətrafına yığır, qabağımıza baldan, yağdan qoyub, köhnə xatirələrindən danışardı. Qaçaq Mayıl həmin zonada ən tanınmış adamlardan biri olub. Onun haqqında çox şeylər danışırdı. Babamın dediyinə görə, 1918-ci ildə ermənilər Qubaya hücum edib, Qonaqkəndə tərəf gedəndə həmin ərazidəki Təngə dağında, mağarada gizlənən Qaçaq Mayıl kəndi ermənilərdən qoruyurmuş.

Babamdan savayı, atam da vaxtaşırı uşaqları başına yığıb, özündən böuyklərdən eşitdiklərindən, başına gələn əhvalatlardan danışırdı.


 

 


Böyük-kiçik məsələsi
 

- Kənddə ağsaqqallar çox idi. Mənim atam da ağsaqqal, hörmət sahibi insan idi. Dostum Adilin atası ilə dost olublar. Onlar bir yerə yığışır, söhbət edir, domino oynayırdılar. Amma bizim onların yanına daxil olmaq ixtiyarımız yox idi. Bakıya gələndə mən fərqli mühitlə qarşılaşdım. Burada böyük-kiçik məsələsi elə dərinliyi ilə qoyulmamışdı.

Evə qonaq gələndə biz süfrəyə yaxın getmirdik. Böyüklər qovurdular. Yalnız qonaqlar gedəndən sonra  süfrədə oturub, qonaqdan qalanlardan yeyərdik.

Kənddə abır-həya da hər zaman qorunan, saxlanan qəlib idi. Mənim anam 101 yaşında rəhmətə gedib. O, ölənə qədər mənim, digər qardaşlarımın yanında yaşmağını açmayıb. Kənddə kişi qadınını küçədə uzun müddət dayanmağa qoymazdı. Qadınlar qorxa-qorxa qonşu evə girər, söhbətini edib qaçardılar.
 

Qonaqkənd...

- Qonaqkəndin adı insanların qonaqpərvərliyindən gəlir. Biz qonaq üçün “ölürdük”. Ümumiyyətlə, Şimal zonasının adətinə görə, evdə hər şeyin yaxşısı qonağındır. Sənin çörəyin az ola bilər, yerin soyuq olar, amma qonaq yüksək səviyyədə qarşılanmalıdır.Tarixən də belə insanlar olublar, indi də. Qubaya qonaq getsəniz, ən kasıb insanlar belə nəyi varsa, sizin qabağınıza tökəcək. Sabah yeməyə çörəyi olmasa belə, bir tikəsini qonağından əskik etməyəcək. Bu dərəcədə qonaqpərvər əhalidir.

 

“Bakıdakı qonaqkəndli ziyalılar kənddən gələn tələbələrə dayaq olurdular”

 

-        Kimsə Bakıya ali məktəbə qəbul olanda, özbaşına bura gəlməzdi. Çünki dediyim kimi, həmin dövrdə ali məktəbə qəbul olmaq, Bakıya gəlmək çox çətin və əlçatmaz məsələ idi. Kimsə, Qonaqkəddən olan bir ziyalıya, tanıdığı, Bakıda yaşayan tanışına bir kəlmə deyər, zəng edərdisə, həmin insan üçün bu yetərli idi. Kişi sözü var idi, keçirdi. Məni isə tələbə olduğum vaxtlarda atamın dostu, sənaye sahəsində çalışan Zülfüqarova tapşırmışdılar. Atam bircə dəfə xəbər göndərdi ki, mən oğlumu Bakıya yola salıram, ona şəhərdə istiqamət göstər. Amma mən daha çox, böyük qardaşıma arxalanır, onun köməyindən yararlanırdım.

Ziyalılardan uzun müddət Bakıda həbsxanalar üzrə rəis müavini kimi çalışan  Abuzər Kərimov da qonaqkəndlilərə çox kömək edirdi. Mənim qardaşlarım isə Bakıda ali məktəbə qəbul olunduqda, yavaş-yavaş özlərinə burada yer etdikdə, qəsəbədən gələnlərlə maraqlanır, yardım edirdilər. Heç bir halda Qonaqkənddən gələnləri Bakıda özbaşına buraxmırdılar.

 

Çətinliklə keçən tələbəlik... Kənddən gələn məktublar...

 

- Qardaşım mən qəbul olunana qədər Bakıda yaşayırdı. “Semaşko”da həkim işləyirdi, yaxşı hörməti var idi. Mən şəhərə gələndə, təxminən 2 il onların evində qaldım. Atam da həmin vaxtlar Bakıya gəlir, bizə baş çəkirdi. Qardaşımgil Bakıda darıxmağa qoymurdular.

Hərdən kənddən məktublar gəlirdi, mən də yazırdım. Xəbər göndərənlər də var idi. Aydın məsələdir, sevgi, gənclik, ülvi hislər Bakıya gələndə də qalırdı. Mən çox az insan tanıyıram ki, ilk sevdiyi qızla evlənsin. İlk sevgi insana qismət olmur. Bu sevgi sadəcə müəyyən anları yaşamaq, xoş duyğular dadmaq üçün insana lazım olur.

Bakıya gələndə ilk olaraq, buranı gəzmək istəyirdim. Ali məktəbə qəbul olunmazdan əvvəl Bakıda cəmi bir dəfə olmuşdum, olimpiadaya gəlmişdim. Amma gəzməmişdim. Tələbə olanda gündüz işləyir, gecə oxuyurdum. Sonralar yataqxanada qaldım. Özüm maaş alırdım, dolanırdım.

Kənddən isə həmişə sovqat gəlirdi. Süd, qatıq, pendir, ət və s. kənd məhsulları gətirirdilər. Atam ya özü gətirir, ya da gələn olanda ondan göndərirdi.
 

Fəhləlikdən başladım

- Tələbəlik illərimdə Şmidt adına zavodda (indiki Səttərxan adına zavod) getdim. 1965-ci ildə böyük qardaşım uzun çətinliklə, tanışlıqla məni orada yerləşdirə bildi. Qardaşım həmin zavodun direktoru Həsən Nemətovun katibəsini əməliyyat etmişdi. Bu tanışlıq zavoda fəhlə düzəlməyimə kömək etdi.

İlk maaşımla hədiyyə alıb, valideynlərimə göndərmişəm. Ümumiyyətlə, hər ay maaşımdan atama pul göndərirdim.

Şmidt adına zavodda (indiki Səttarxan adına zavod) mən ilk olaraq, fəhlə işləmişəm. Sex süpürürdüm, təxmini 80 manat maaş alırdım. Həmin vaxt bu, böyük pul idi. Arxamda isə qardaşımdan başqa heç kimin yox idi. Mən özümü göstərdikcə, yaxşı işlədikcə, vəzifəm artırdı. Bir müddət keçəndən sonra usta kimi çalışdım. Artıq bu vaxtlarda hiss edirsən ki, sən cəmiyyətə lazımsan. Bundan sonra sahə rəisi kimi çalışdım və əsgər getdim. Amma hərbi xidməti bitirib, qayıdandan sonra fəaliyyətimim o zavodda davam etdirmədim. Bakı Radio Zavodunda çalışmağa başladım.

Həmin illərdə kənd üçün nə isə etməyə çalışırdım. Ən çox ata-anamın həyat şəraitini yaxşılaşdırmaq istəyirdim. Onların mənim üzərimdə çəkdiyi əziyyət çox idi, onların daha əzab çəkməmələri üçün əlimdən gələni edirdim. Həmçinin, Qonaqkəndin məktəbinin yaxşı yollarının olmasına səy göstərirdim. Uşaqların oxuması üçün hər şəraiti yaratmaq istəyirdim. Kənd yerində oxumaq çox çətindir. İndi imkanı, şəraiti olan belə oxumur. Amma o vaxt da, elə indi də imkanı olmayan uşaqlar oxumağa çalışır.


Tez-tez Qonaqkəndə getməliyəm...

Mənim atam, anam kənddə dəfn olunub. Ata ocağımda, böyüdüyüm həyətdə ev tikdirmişəm. Məqsədim odur ki, ora maraq artsın, insanlar bir növ qayıdış hiss etsin. Məndən sonra 7-8 nəfər də kənddə ev tikdirdi. Həyat yoldaşım mənə demişdi ki, deputat seçilsən, Qonaqkənddə məscid tikdirərsən. Bunu da reallaşdırdım.

Hər dəfə kəndə gedəndə, dağların qoynunda keçən uşaqlıq illərimi xatırlayıram. Dostum Adil dağlara necə qaldığımızı həmişə yadıma salır. Biz 1 mayda həmişə dağa qalxardıq. Ucuz çaxır, yumurta, çörək və s. götürüb, “1 may”ı doslarımızla qeyd edərdik.

Əvvəllər kəndin ab-havası çox yaxşı idi. İndi isə dəyişib. Son vaxtlar Qonaqkəndə əl gəzdirilməyib, amma köhnə əhvalı-ruhiyyə yenə də yoxdur. Məsələn, mən orta məktəbdə oxuyanda mindən çox şagird təhsil alırdı. Son illərdə Qonaqkənd məktəbi təmir edildi, maraqlandım ki, cəmi 130 şagird oxuyur. Əvvəlki müəllimlər də yoxdur. Camaat azalıb. Qonaqkənddə xalça fabriki, süd zavodu var idi, hamısı bağlanıb. Bu, tək Qonaqkəndə deyil, digər kəndlərə də aiddir. İnsanlar şəhərə axışıblar.

İndi qəsəbəyə yol çəkilir. Dediyim kimi, 7-8 nəfər ev tikdirdi. Çalışırıq ki, əvvəlki kimi olmasa da, kəndin o siması, aktivliyi müəyyən qədər özünə qaytarılsın.

Ümumiyyətlə, əvvəlki dad, həyatın ləzzəti nə Qonaqkənddə, nə də başqa yerlərdə qalıb. Adam var, pulu sayısız, işi qaydasında, hər şeyi var, amma həyatın dadı yoxdur. Çünki heç bir şeyə maraq göstərilmir. Əvvəlki hörmət-izzət də indi yoxdur. Böyük-kiçik yeri bilinmir.
 

Anam 101 il, ana babam 126 il, dayım isə 106 il yaşayıb...

-        Ana tərəfim uzunömürlü insanlar olub. İsmayıl babam Qonaqkənddən 2 kilometr kənarda olan Qaraulustü kəndində yaşayırdı. Həmin kəndin havası, suyu insanın uzun illər yaşamasına kifayət edir. Meşənin içində olan kəndin qidaları tamamilə təbii, təmiz olub. Çörəyi də özləri bişirirdilər. Elə anam da son illərə qədər özü çörək bişirirdi. Çox zaman təndirdə, sacda, hərdənbir sobada çörək yapardı.


Vahid Əhmədov üçün Qonaqkəndin anlamı

- Qonaqkənd mənim uşaqlığımdır, vətənimdir, anamdır. Harda oluramsa, olum, kəndimi yad edirəm. İndi kənddən olan dostlarla, ziyalılarla bir yerə yığışanda uşaqlıq xatirələrimizdən danışırıq. Mənim yaddaşıma həkk olunan, uşaqlıq illərimi xatırlayanda ilk ağlıma gələn hadisə qızıl medal alanda çəkdiyim əziyyətlər olur. Medalı mənə vermək istəmirdilər. Kimya müəllimim Lətif müəllim mənə görə, məsələnin üzərinə düşdü, iş o yerə çatdı ki, problem Bakıya qədər gəldi çatdı və nəhayət həll olundu.

Qonaqkəndə gedəndə bütün yerləri ziyarət edə bilmirəm. Amma oranın ab-havası yetərlidir ki, ruhum açılsın. Orada köhnə dost-tanışlar da var. İnsanlar tanıyıram, birdəfəlik kənddən çıxıblar, ziyarət etmirlər.

İndi, dediyim kimi, həyatın dadı qaçıb. Mən 40 ildir siyasətdəyəm. Az-çox bunu qavrayıram. Zavodda işləyəndən bu yana neç nəyə ehtiyacım olmayıb. Zavod direktoru işləyəndə həyata marağım çox idi. Gəzib, dolaşırdım. Onda kişi sözü üstün idi, sözü keçən kişilər, sözünün ağası kişilər hörmətli idi. İndi bu kişilər yoxdur. Məncə, həyatın dadı da məhz buna görə qaçıb.
 

Millət vəkilinin gənclərə tövsiyələri

- Əsas məsələ böyüklərə hörmətdir. Ata-ananın qədrini bilmək lazımdır. Çünki valideyn övladının yolunda çox əziyyət çəkir. Uşaqlar ata-analarının qədrini onlar sağ olanda bilsinlər. Atam həmişə deyərdi, mənə nə hörmət edirsiniz, sağkən edin, öləndə heç nə lazım deyil. Təhsilli də, təhsilsiz də yolunu tapıb dolanacaq. Əsas məsələ mənəviyyatdır.

"Palmali"nin prezidentindən görkəmli türkoloqa 9 cildlik SÜRPRİZ...
Hər yerə 12 kukla ilə gedir - MARAQLI
Pul üçün rinqə çıxan 13 yaşlı uşaq qorxunc şəkildə can verdi - DƏHŞƏT...
Ölkəni qarışdıran qadın danışdı: "Prezidentə alt paltarımı göstərdim”
“Ömür boyu istəmişəm futbol oynayım, bəxtim gətirməyib” – Millət vəkilindən etiraf – VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Şou-biznes
“Zaur verilişində uzunçuluq etdiyi üçün Mənzurə xanımın səbri çatmayıb...” -Müğənninin köməkçisi...
Cəmiyyət
“Biabırçılıqdır, analar doğum evindən çıxarkən onlara zəng vurub körpə qidaları təklif edirlər”
Dünya
Türkmənistanda polis “hədsiz tox olanları” axtarır: “doğrama” yemək olmaz
Dünya
Məruzədən təsirlənən yüzlərlə xristian müsəlman oldu - MARAQLI
Dünya
Dünyanın ən iri çəhrayı brilliantı neçəyə satıldı? - FOTO
Həftənin ən çox oxunanları
"KİA Motors" Azərbaycanda 1 milyon kilometr maşın sürən şəxsi ŞOKA SALDI...
Ayaz Mütəllibovdan şok açıqlamalar -"Danışmışdım, Qarabağ qaytarılacaqdı..."
"Bəlkə içimizdəki ermənilərdənsən ki, şəhid anasını təhqir etməyə özünü borclu bilirsən"
Xatirənin geyimi başına bəla oldu - FOTOLAR
Sehrli ingilis barmağı: Dumanlı Albiondan bir qudaya stop, digərinə yaşıl ışıq? + FOTOLAR
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...
“Ələkrəm Hümbətov Azərbaycan bayrağını parçalayıb yerə atdı və...”
Azərbaycanın talanan sərvətlərinin izi ilə daha bir ünvan: Ax, London, London...
Ermənistan artıq torpaqlarımızda istehsal edilmiş silahlarla silahlanmağa başladı? – FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə