Xəbər lenti
17/11/2018 [14:21]:
Məhərrəmovun general qardaşının işdən çıxarılmasını - Nazirlik təkzib etdi
17/11/2018 [14:18]:
Gömrük postunda Ermənistana aid xəritələr saxlanıldı -FOTOLAR
17/11/2018 [14:15]:
“Sona Vəliyeva öz ərizəsi ilə MTRŞ üzvlüyündən çıxıb”
17/11/2018 [14:07]:
Ukraynada uydurma erməni soyqırımı abidəsinin açılış cəhdi etnik qarşıdurmaya səbəb oldu
17/11/2018 [13:58]:
Bakının bu rayonu susuz qalacaq
17/11/2018 [13:57]:
Sabiq nazirin qardaşının nədə ittiham edildiyi məlum oldu - Kürdəxanıda saxlanılır
17/11/2018 [13:53]:
“Ona ən böyük arzum Kəlbəcər dağlarındakı çiçəkləri öz əllərimlə təqdim etməkdir”
17/11/2018 [13:50]:
“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaratdı
17/11/2018 [13:42]:
Sahil Babayev Şəmkirdə kiçik ailə təsərrüfatlarına baxış keçirdi
17/11/2018 [13:39]:
Sabah Bakıda 16 dərəcə isti gözlənilir - PROQNOZ
17/11/2018 [13:37]:
"Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində faktaraşdırıcı missiyanın həyata keçirilməsinə imkan vermir"
17/11/2018 [13:37]:
Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərə müraciət etdi
17/11/2018 [13:19]:
Bakıda zibil yeşiyindən silah-sursat tapıldı
17/11/2018 [13:15]:
Netanyahu İsrailin Müdafiə Nazirliyinə rəhbərlik edəcək
17/11/2018 [13:14]:
Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda -FOTOLAR
17/11/2018 [13:12]:
Sumqayıtda avtomobil oğruları yaxalandı
17/11/2018 [13:11]:
“Vəsaitin yarısı kənardan dəvət edilmiş şəxslərə xərclənib" -DİM sədrindən ittiham
17/11/2018 [13:07]:
DİM sədri: "Yüksək vəzifələrə sənəd verən yoxdur"
17/11/2018 [12:39]:
“Bizim sevgimiz də, nifrətimiz də, dostluğumuz da, düşmənliyimiz də kişi kimi olub”
17/11/2018 [12:38]:
"Bizə azadlığı bağışlamadılar, xalqımız azadlığına mübarizə apararaq qovuşdu"
17/11/2018 [12:31]:
Ramil Quliyev Türkiyə ordusunda... - FOTO
17/11/2018 [12:24]:
Azərbaycan əhalisinin sayı açıqlandı - RƏSMİ
17/11/2018 [12:21]:
26 yaşlı qadın erotik fantaziyasına qurban getdi - FOTO
17/11/2018 [12:14]:
Azadlıq Meydanında ilk dövlət himnimizi ifa edən və noyabr mitinqlərinin ilk aparıcısı...
17/11/2018 [12:01]:
Türkiyədə nazirlik namazın vaxtını dəyişdirdi
17/11/2018 [11:38]:
Gəncədə intihar: 32 yaşlı kişi özünü binadan atdı
17/11/2018 [11:23]:
İngilislər Dərələyəzdə qızıl çıxarırdı... – Güclü uran ehtiyatı tapdılar?!..- FOTOLAR + VİDEO
17/11/2018 [11:16]:
"Gələn il keçiriləcək imtahanlarda ciddi dəyişikliklər olacaq"
17/11/2018 [11:03]:
Röya unitazda FOTOLARINI paylaşdı
17/11/2018 [10:47]:
Kriminal XRONİKA: 117 cinayət törədildi, 24 nəfər saxlanıldı
17/11/2018 [10:47]:
MKİ dəqiqləşdirdi: Xaşoginin ölüm əmrini vəliəhd şahzadə verib
17/11/2018 [10:31]:
Prezident cinayət məcəlləsi ilə bağlı sərəncam imzaladı
17/11/2018 [10:28]:
“Azərsun”un keçmiş vitse-prezidenti narazıdır
17/11/2018 [10:22]:
Paşinyan Lukaşenko və Nazarbayevdən izahat istəyir
17/11/2018 [10:14]:
Yük və sərnişin daşınmada da artım var
17/11/2018 [10:11]:
Payız depressiyasından qurtulmağın yolları
17/11/2018 [10:06]:
İnterpol rəhbəri postuna namizədlər
17/11/2018 [10:00]:
"CinemaPlus"da daha bir premyera baş tutdu
17/11/2018 [09:53]:
26 illik "525"
17/11/2018 [09:46]:
Bu il 103 mindən çox körpə doğulub
17/11/2018 [09:40]:
ABŞ gömrük rüsumlarını saxlamaq niyyətindədir
17/11/2018 [09:36]:
Vüqar Mahmudovun həbs müddəti uzadıldı
17/11/2018 [09:35]:
Ağ Ev Gülənin təhvil veriləcəyi iddiasını yalanladı
17/11/2018 [09:32]:
Əhalimizin sayı artıb
17/11/2018 [09:22]:
Atəşkəs 30 dəfə pozulub
17/11/2018 [09:18]:
"Qol.az" saytı 10 yaşında
17/11/2018 [09:17]:
Müğənni qızıl yedi - “O qızılyeyən “əjdaha”dan bizdə niyə yoxdu?..” + VİDEO
17/11/2018 [09:14]:
Rəsmi Parisdən Bakının etirazına cavab
17/11/2018 [09:12]:
Azərbaycan Milli Dirçəliş Gününü qeyd edir
17/11/2018 [09:12]:
Həftəsonu İstirahətini havaya görə planlaşdıranlara...
17/11/2018 [09:02]:
Həkim səhlənkarlığı: Hər iki böyrəyi çıxdı
17/11/2018 [09:01]:
Emin Ağalarov uzun müddətdir ki, parikdən istifadə edib? - ŞOK FOTO
17/11/2018 [01:12]:
Trampın iradəsinin əksinə SNN-in jurnalisti yenidən Ağ evə döndü...
16/11/2018 [23:43]:
Kamal Abdulla yeni vəzifəyə seçildi
16/11/2018 [23:37]:
KXDR və Koreya Respublikası arasında birbaşa aviasiya əlaqəsi yaradıla bilər -Danışıqlar başlayıb
16/11/2018 [23:34]:
Küveytin hava limanı suyun altında qalıb - VİDEO
16/11/2018 [23:16]:
İspan şərabı, Kataloniya presedenti, biznesmen diplomata möhtac Qarabağ dərdi...
16/11/2018 [23:07]:
Dövlət Gömrük Komitəsi media tur təşkil etdi - FOTO
16/11/2018 [23:04]:
Prezident daha bir sərəncam imzaladı
16/11/2018 [22:56]:
Qazaxıstanda dəhşətli avtobus qəzası: ölən və yaralananlar var
16/11/2018 [22:54]:
Məleykə Abbaszadə Xızı rayonunda vətəndaşları qəbul etdi
16/11/2018 [22:43]:
"Belə bir böyük irəliləyiş aparılan islahatların məntiqi nəticəsidir" -İlham Əliyev
16/11/2018 [22:26]:
“Azərbaycandan gəlmələr” İrəvanda ayağa qalxdı: “Bizi insan yerinə qoymurlar” - VİDEO
16/11/2018 [22:20]:
General Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə baş çəkdi
16/11/2018 [22:06]:
“Heydər Əliyev mənə xəbər göndərmişdi ki...” - Sabiq təhsil naziri SİRLƏRİ AÇDI
16/11/2018 [22:03]:
Braziliyalı təyyarəçi 5500 metr yüksəklikdə İslamı qəbul etdi - VİDEO
16/11/2018 [22:00]:
Şərab qurbanları... - "Ötən günlərimi qaytaraydılar" mahnısı son təsəlli kimi + VİDEO
16/11/2018 [21:47]:
Yataq xəstəsi olan Könül Xasıyevanın son halı - FOTO
16/11/2018 [21:38]:
30 manatla işə başlayıb milyonlar qazanan Əzizə Mustafazadə sirrlərini açdı - FOTO/VİDEO
16/11/2018 [21:25]:
Daşkəsəndəki dəhşətli yanğınla bağlı cinayət işi açıldı
16/11/2018 [21:05]:
Cinsi əlaqəyə girmək qripin qarşısını alır - MARAQLI
16/11/2018 [20:46]:
“Amaliya Pənahova və Səyavuş Aslan üçün xüsusi ssenarilər yazıb, filmlərə cəlb etmək lazım idi”
16/11/2018 [20:44]:
“AYB-yə üzvlük və sənəd qəbulunu gələnilki qurultaya qədər dayandırmışıq”– Fikrət Qoca
16/11/2018 [20:40]:
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşdü
16/11/2018 [20:38]:
Məhkəmə CNN-i haqlı bildi - Tramp uduzdu
16/11/2018 [20:36]:
İclasdan qayıdan Putin yolüstü aptekə girdi
16/11/2018 [20:23]:
10 yaşlı qızcığaz təcavüzkarı karate fəndi ilə uzaqlaşdırdı - MARAQLI...+ VİDEO
16/11/2018 [20:14]:
“Bədbəxtlər, səviyyəsizlər, istəyiniz qursağınızda qalacaq” - Mübariz Mənsimov
16/11/2018 [20:06]:
Telefonla çox oynadığı üçün 7 yaşlı qızını boğaraq öldürdü - DƏHŞƏT...
16/11/2018 [20:04]:
Beynəlxalq konfrans tolerantlığa həsr olunmuş sərgi ilə başa çatıb
Bütün arxiv bir sırada
15/10/2018 [16:35] - Müsahibə - ( 5237 dəfə baxılıb)

“Bizim Mahatma Qandimiz yox idi…” - Azərbaycanın ilk prezidenti belə deyir…

“Müstəqillik uğrunda mübarizəni geniş xalq kütlələri qidalandırırdı…”


18 Oktyabr  -Müstəqillik günü ərəfəsində ölkəmizin suverenlik və müstəqillik əldə etməsində xidmətləri olmuş birinci Azərbaycan prezidenti  Ayaz Mütəllibovla görüşərək geniş müsahibə götürdük. Müsahibədə eks-prezident SSRİ-nin çöküşü ərəfəsində baş verən proseslər, ölkənin müstəqil dövlətinin formalaşdığı ilk aylarda atılan siyasi, iqtisadi addımlar və s. haqda  maraqlı fikirlər və faktlar səsləndirdi.. 

-Ayaz müəllim, 27 il əvvəl -18 oktyabr 1991-ci ildə  sizin bilavasitə yeni formalaşan dövlətin başında durduğunuz bir vaxtda Azərbaycan hüquqi müstəqilliyini əldə etdi. Öncə sizinlə bərabər ölkəmizə bu nemətin qazandırılmasında zəhməti olan hər kəsi təbrik edirik…

Dünyanın altıda birini təşkil edən nəhəng bir dövlətin dağıntıları arasından respublikaya müstəqillik qazandırmaq hansı ağrılar hesabına başa gəldi?..

-Müstəqillik haqqında dildə danışmaq asandır… Bu gün biri deyir ki, biz əldə etmişik müstəqilliyi, o biri deyir ki, yox biz etmişik, o birilər yalan danışır.  Əslində, bu müstəqilliyin əsası qlobal proseslərin və nəhəng bir dövlətin uçuruma getməsi və xalq kütlələrinin bunun əziyyətlərinə qatlanması sayəsində qoyuldu... 


Mən o dövrkü hadisə və prosesləri izləyir, dəyərləndirir və buna uyğun qərarlar verirdim. Tədbirlərin çoxunu da Moskva vasitəsi ilə görürdük. Çünki bunu gizlətməyin adı yoxdur, hər şey Moskva ilə bağlı idi. Moskva nə buyursa,  o da olacaqdı. Düzü, mən inanmazdım ki, minillik bir dövlət belə asanlıqla çökəcək. Maraqlıdır ki, tarixin ən  ağır çətinliklərindən, Böyük Vətən müharibəsindən keçən rus xalqı Qorbaçovun əlində aciz qaldı, onun saxta yenidənqurma siyasəti ilə bacarmadı... Düzdü, indi müstəqillik qazandıqdan sonra biz neytral danışırıq... Amma məsələlərə obyektiv yanaşanda görürsən ki, keçmiş sovet ərazisində yaşayan milyonlarla insan ev-eşiyindən qaçqın düşdü, qətlə yetirildi,  yaralandı, şikəst oldu. Buna necə qiymət vermək olar? O “yenidənqurma”nın  son illərində mən öz-özümə deyirdim; bu bina necə gəldi sökülür, günlərin birində aşa da bilər... Bax, o məqamda Azərbaycan olaraq biz harda olmalıyıq? Və bizim başımıza nə gələ bilər?.. Üstəlik, o vaxt ermənilər artıq soydaşlarımızı Qərbi Azərbaycandan qovmuş,  Azərbaycan Respublikasına qarşı təcavüzə başlamışdılar. Yəni digər sovet respublikalarından fərqli olaraq bizim vəziyyətimiz çox gərgin idi... Və Azərbaycanın həmin ən mürəkkəb, ziddiyyətli  dövrü bir rəhbər kimi mənim taleyimə qismət oldu. Mən daim düşünürdüm ki, öz xalqıma qarşı necə rəftar etməliyəm ki, nə daxildən,  nə də xaricdən müdaxilə olsun... 


Sonradan bir müddət Azərbaycanda da işləmiş suriyalı Adnan adlı bir ərəb dostum mənimlə siyasi təcrübəsini bölüşürdü.  Ərəb Ölkələri Liqasının üzvü idi. Hərdən onunla görüşürdük. Adnan  geniş dünyagörüşünə malik idi, 9 dil bilirdi. Bir növ böyük siyasətdən mənə dərs verirdi. O deyirdi ki, Ayaz bəy, siz hələki xoşbəxtsiniz... Yan-yörənizə diqqətlə baxın. Biz bu müstəqillik əldəetmə dönəmini keçmişik və istəməzdik ki, bizim başımıza gələn müsibətlər bir müsəlman qardaş kimi sizin də başınıza gəlsin. Bunlar haqda sizləri xəbərdar etmək  mənim bir müsəlman kimi borcumdur. Mən bu niyyətlə gəlmişəm Azərbaycana. O danışırdı ki, bir dəfə Bakıda küçədə bir dəstə gəncə rast gəldim. Gördüm ki, hamısı “İstefa!”, “Azadlıq!” qışqırır. Bunlardan bir neçəsinə yaxınlaşıb nəzakətlə soruşdum ki, ay cavanlar, sizin aranızda həbsdə olanı yoxdur ki, dedilər ki, yox. Soruşdim ki, bəs onda niyə “Azadlıq” qışqırırısız. Əgər burada belə sərbəst şəkildə “Azadlıq”, “İstefa” qışqıra bilirsinizsə və sizi yaxalayan, həbs edən yoxdursa, deməli, azadsınız. Mən bu misalı o günlər tez-tez çəkirdim.. Çünki o zaman gəncləri, camaatı beləcə qızışdırıb küçələrə  tökənlər çox idi. Halbuki, onların niyyəti ölkənin azadlığı, müstəqilliyi yox, hakimiyyətə yiyələnmək idi. Onlar bununla əksinə, bizim müstəqillik yolunda və Qarabağın müdafiəsi  üçün atılacaq addımlarımıza mane olurdular...

-O zaman sual çıxır ki, əgər Ayaz Mütəllibov müstəqil olmağımızı istəyirdisə, o halda niyə 1991-ci ilin martın 17-də Azərbaycanda da SSRİ-nin saxlanıb-saxlanmaması haqda ümumittifaq referendumunun keçirilməsinə razılıq verirdi...

-Bu sualın cavabını  o zaman müxalifətə, özünü “demokrat” adlandıranlara da verirdim. Üzümü onlara tutub dedim ki, referendum demokratiyanın təzahürüdür, bu, xalqla məsləhətləşmədir. Siz əgər demokratsızsa, niyə xalqın ağzını yumursuz? Siz nə bilirsiz ki, bu xalq nəyə  tərəfdar çıxacaq, nəyə səs verəcək? Gəlin, onun-bunun sözünə aldanmayaq. Referendumda iştirak etməliyik, sabah da  ehtiyac olsa, yenə demokratik qaydada bir subyekt kimi SSRİ-nin tərkibindən çıxarıq... Biz bu məqamdan Qarabağ probleminin həlli üçün də yararlanmalıyıq...
Qorbaçov 1991-ci ildə həmin ümumittifaq  referendumunu keçirəndən sonra belə düşünürdüm ki, İttifaqda nəsə ciddi bir hadisə baş verəcək. Yəni başda Qorbaçov olmaqla Mərkəzi Komitə və digər qurumlar SSRİ-nin qorunub saxlanması üçün hərəkətə keçəcək. Çünki əhalinin 75 faizindən çoxu İttifaqın saxlanmasına səs vermişdi. Lakin heç nə baş vermədi... Qorbaçov heç bir hesabat vermədi ki, bu referendumu nə üçün keçirdik, məqsəd nə idi, nəticə nə oldu. Bəlkə bu o demək idi ki, Qorbaçovun diqtəsi ilə yaradılmış “xalq hərəkatları”, “demokratik hərəkatlar”a azadlıq veriləcək,  bunların mərkəzlə əlaqəsi qırılacaq? Getdikcə aydın olurdu ki, Qorbaçov bu haqda düşünmür. Yenə də inanmırdım, öz-özümə deyirdim ki, bu minillik nəhəng dövlət belə boş buraxıla bilməz. Kimlərsə sonradan deyirdi ki, biz bilirdik ki, SSRİ dağılacaq, yalan deyirdi. Bunu heç kim bilmirdi. O referendum puça endi, xalqı aldatdılar. Referendumda biz səs verdik. Biz deyəndə, mənim bu prosesə hər hansı təsirim, təzyiqim olmayıb. Yalnız referendum ərəfəsində Ali Sovetin iclasında demişəm ki, Ermənistana, Gürcüstana güzəştə gedərlər, amma bizə əsla. Bizim vəziyyətimiz ağır ola bilər. Bunu bir dəfə 1990-cı ilin yanvarında gördük... Ona görə də ehtiyatımızı əldən buraxmamalıyıq... 

Əslində o zamankı müxalifətin niyyəti  o idi ki, Ayaz Mütəllibovun  mövqeyi zəifləsin, hökumət işləyə bilməsin... Bu “demokrat”lar konkret mənimlə mübarizə aparırdılar. Mən xalqı, dövləti düşünürdüm, ancaq bunların niyyəti yalnız hakimiyyəti ələ keçirmək idi...
Amma bütün hallarda etiraf etməliyik ki, müstəqillik Azərbaycan xalqının çoxdankı arzusuydu. Yəni 100 il də qabaq, ondan da əvvəl... Bu da təbii bir şeydir... Elə adam tapılmaz ki, müstəqil olmaq istəməsin... Hələ  biz ilk dəfə  Türkiyəyə səfərə gedəndə türklər bizi necə təntənə ilə qarşıladı. Mən o zaman baş nazir olsam da, məni prezident kimi qarşıladılar. Təyyarəmiz iki uçaqla müşayiət olunurdu. Bütün bunları görən rəhmətlik Bəxtiyar Vahabzadə vəcdə gələrək pıçıltı ilə məndən soruşdu ki, Ayaz müəllim, bizi çox gözəl qarşılayırlar, ancaq xahiş edirəm, siz mənə söyləyin, biz də müstəqilliyimizi görə biləcəyik, yoxsa, yox. Cavab verdim ki, Bəxtiyar müəllim, səbirli ol, tələsmə, hər şeyin vaxtı var, inşallah, olacağıq...
İndi mən düşünürəm ki, biz o zaman müstəqillik üçün riskə də gedirmişik, bir gecədə hamımızı məhv edə bilərdilər...  Və  sonradan məlum oldu ki, Qorbaçovu idarə edən qüvvələr xaricdə imiş... İnanın ki, bu olmasaydı, biz burada nə qədər qışqırsaq da ki, biz müstəqillik, azadlıq istəyirik, eşidən olmayacaqdı... Gerçək qiymət budur – eşidən olmayacqdı... 

-Məlum referendumdan sonra SSRİ hələ əd mövcudluğunu saxlayırdı. Bəs o halda necə oldu ki, suverenlik, ardınca da  müstəqillik haqda qərarların qəbul edilməsinə razılıq verdiniz? Yəqin müxalifətin təzyiqləri də rol oynayıb burada?..

-Xeyr... Son qərarları mən özüm obyektiv şəraiti qiymətləndirərək verirdim... Bəli, SSRİ hələlik varlığını qoruyub saxlasa da, biz yenə də müəyyən işlər gördük və inamla deyə bilərəm ki, riskə getdik... “QKÇP” adlanan məlum hadisələr bitdikdə və  mən Qorbaçovla Moskvada görüşdükdən sonra belə qərara gəldim ki, artıq hərəkətə keçmək vaxtıdır. Və Bakıya döndükdə dərhal rəhmətlik Elmira Qafarovanı çağırıb  dedim ki, sabah parlamentdə  Azərbaycanın müstəqilliyi haqda konstitusional aktı qoymalıyıq müzakirəyə... İndi Hacıbaba Əzimov deyir ki, birinci variant belə idi, ikinci variant belə idi... Yadımda deyil, orda hansı variantdan danışırdılar. Əsas variant mənim qərarım idi. Mən prezident kimi istəməsə idim, bu alınmayacaqdı...

-Suverenlik haqda qərar qəbul edilməmişdən öncə müxalifətlə məsləhətləşmələriniz olmuşdumu?

-Xeyr, bu məsələ Ali Sovetin müəyyən komissiyalarında müzakirə edilib və orada mübahisələr olubdu. Ancaq prezident səviyyəsində yox... Çünki mən heç kəsdən asılı olmadan qərar vermişdim... Mənim vəzyyətim birmənalı deyildi, mən xalqı küsdürə bilməzdim. Xalqı təmsil edən  xalq hərəkatını küsdürə bilməzdim... Onlarla əməkdaşlıq etməli idim. Obyektiv qərarlar vermək üçün gərək öz xalqının nümayəndələri hesab olunan şəxsləri dindirəydin, onların fikirlərini öyrənəydin, öz fikirlərini də onlara çatdıraydın... Amma əfsuslar olsun ki, 1989-cu ildən bəri önə çıxan Xalq Cəbhəsi xalq hərəkatını tamamilə öz inhisarına, monopoliyasına almağa çalışırdı. Və indi mütləq vurğulamaq  gərəkdir ki, həmin AXC-ni də, xalq azadlıq hərəkatını da, sovet dövründəki Azərbaycan hökumət strukturlarını da suverenlik, müstəqillik uğrunda mübarizəyə kökləyən, qidalandıran məhz xalq, geniş xalq kütlələri olub. 1988-ci ildə xalq kütlələri, fəhlələr, tələbələr meydana axışanda hələ Xalq Cəbhəsinin adı yox idi. Sonradan onlar xalqın enerjisindən, saflığından, azadlıq eşqindən, erməni işğalçılarına nifrətindən və s. yararlanaraq təşkilatlandılar, xalq kütlələrinin, Meydan hərəkatı hesabına öz nüfuzlarını qaldırdılar, imiclərini yaratdılar və bu hərəkatı istədikləri istiqamətə yönləndirməyə çalışdılar... 
Mən də deyirdim ki, ay qardaşlar, bəli bu hərəkatda, mübarizədə sizin hər birinizin payı var. Amma biz müstəqillik uğrunda mübarizəni kiminsə inhisarına çevirməməli, bundan birləşdirici amil kimi yararlanmalıyıq ki, həqiqətən ölkəni gələcək xoşbəxtliyinə nail olaq. Axı biz Hindistan deyildik, bizim Mahatma Qandimiz yox idi...

(Davamı var)
Söhbətləşdi: Sultan Laçın
Fotoların müəllifi: Vasif Əlihüseyn.

Emin Ağalarov uzun müddətdir ki, parikdən istifadə edib? - ŞOK FOTO
Trampın iradəsinin əksinə SNN-in jurnalisti yenidən Ağ evə döndü...
Dövlət Gömrük Komitəsi media tur təşkil etdi - FOTO
Cinsi əlaqəyə girmək qripin qarşısını alır - MARAQLI
Telefonla çox oynadığı üçün 7 yaşlı qızını boğaraq öldürdü - DƏHŞƏT...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
"Bizə azadlığı bağışlamadılar, xalqımız azadlığına mübarizə apararaq qovuşdu"
Cəmiyyət
Ramil Quliyev Türkiyə ordusunda... - FOTO
Ədəbiyyat
“AYB-yə üzvlük və sənəd qəbulunu gələnilki qurultaya qədər dayandırmışıq”– Fikrət Qoca
Dünya
10 yaşlı qızcığaz təcavüzkarı karate fəndi ilə uzaqlaşdırdı - MARAQLI...+ VİDEO
Dünya
Əli və dostları qadağalara rəğmən Tac-Mahalda namaz qılmaqda davam edir...- İbrətamiz
Həftənin ən çox oxunanları
Xəzər TV rektorun qovulmasının səbəbini açıqladı: Akademiki qara günlər gözləyir - VİDEO
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"
"KİA Motors" Azərbaycanda 1 milyon kilometr maşın sürən şəxsi ŞOKA SALDI...
"Bəlkə içimizdəki ermənilərdənsən ki, şəhid anasını təhqir etməyə özünü borclu bilirsən"
"Başa düşə bilmirəm ki, hansı məntiqlə qadınları 65 yaşda pensiyaya çıxarırıq?"
Xatirənin geyimi başına bəla oldu - FOTOLAR
Abel Məhərrəmovun rektorluq "kitabını bağlayan" SENSASİON SƏBƏB...
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...
Azərbaycanın talanan sərvətlərinin izi ilə daha bir ünvan: Ax, London, London...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə