Xəbər lenti
20/01/2019 [16:35]:
Ekspert: "Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu"
20/01/2019 [16:21]:
Afrində avtobusu partlatdılar: ölənlər və yaralananlar var
20/01/2019 [15:20]:
İlham cəsarəti vətənə şöhrət, Fərizə sevgisi eşqə yaraşıq!
20/01/2019 [15:10]:
20 Yanvar 1990 cı il… – NADİR FOTOLAR
20/01/2019 [15:00]:
Trampdan yeni həmlə: Divara qarşı “qaçqınlıq islahatı”...
20/01/2019 [14:44]:
Mahaçqaladan Sabirabada qədər uzanan qisasın təfərrüatları: xüsusi amansız qətl planı
20/01/2019 [14:40]:
Bakıda güclü külək mərasim evini uçurub - VİDEO
20/01/2019 [14:37]:
Məşhur milyarder 3 dollarlıq hamburger üçün sıra gözlədi - MARAQLI... +FOTO
20/01/2019 [14:18]:
Yoldan çıxan "Qazel" "06"nın üzərinə aşdı: ölən və yaralananlar var
20/01/2019 [13:57]:
“Qəlbimin sultanı” rus tamaşaçıların qəlbini fəth etdi - Kanal reytinqini yüksəltdi
20/01/2019 [13:55]:
Haşımova dəhşətli gecədən danışdı: "Yanımda adamlar olmasaydı, bəlkə mən də bu gün həyatda olmayacaqdım"
20/01/2019 [13:37]:
Ər tapa bilmələri üçün qızlara məcburən yemək yedizdirilir
20/01/2019 [13:19]:
“Mona Liza”nı dünyanın məşhur sənət əsəri edən nədir?
20/01/2019 [13:02]:
Göyərçin musiqi sədaları altında rəqs etdi - İNANILMAZ...+ VİDEO
20/01/2019 [13:00]:
Azərbaycanlı alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi İraq mətbuatında dərc olunub
20/01/2019 [12:59]:
Meyxanaçı Ağamirzə özünə qəbir qazdı - VİDEO
20/01/2019 [12:49]:
"İslahatların dərinləşməsi iqtidardakı iddialı adamların maraqlarına cavab vermir..."
20/01/2019 [12:48]:
20 Yanvarda doğulan və şəhid olan şəhidlərimiz - FOTOLAR
20/01/2019 [12:34]:
Bakıda avtobus qəzası: yaşlı qadın ağır yaralandı
20/01/2019 [12:08]:
Qara dənizdə içində azərbaycanlı kapitanın cəsədi olan qayıq tapıldı
20/01/2019 [11:59]:
"Dedi ki, ata evinə qayıda bilmərəm...”- Fərizənin anası...
20/01/2019 [11:37]:
Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
20/01/2019 [11:33]:
600 il 3 qitəyə hökmranlıq etmiş imperiya: Hansı ölkələri neçə il idarə edib + SİYAHI
20/01/2019 [11:30]:
Mübariz Qurbanlı: "Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər"
20/01/2019 [11:22]:
Səfir: "20 Yanvar təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür"
20/01/2019 [11:06]:
Eyni gündə doğulub, eyni gündə şəhid olan Yusif... - Şəhid bacısının XATİRƏLƏRİ
20/01/2019 [10:57]:
Azadlıq yolunda qalxan bir vuruş...
20/01/2019 [10:51]:
Sevgilisinin məktubunu saxladığım şəhid...
20/01/2019 [10:43]:
Atəşkəs 26 dəfə pozuldu
20/01/2019 [10:39]:
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər Xiyabanında - FOTO
20/01/2019 [10:20]:
Rusiya XİN-dən təzyiq - Ya anlamırlar, ya da Azərbaycanın imicinə zərbə vurmaq istəyirlər
20/01/2019 [10:01]:
İçki məclisində dava düşdü: bir nəfəri bıçaqladılar
20/01/2019 [09:50]:
ABŞ-da yaşayan azərbaycanlı işgüzar xanım...
20/01/2019 [09:43]:
Bakının bu küçələrində hərəkət TAM məhdudlaşdırılır
20/01/2019 [09:38]:
Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur
20/01/2019 [09:08]:
"Nənəm erməniyə ərə gedə bilməzdi..." - Həcərin nəticəsi
20/01/2019 [08:42]:
“Şəhidləri yumayın- Qiyamət günü hər qan damlası ətrafa müşk qoxusu saçar...”
20/01/2019 [01:30]:
“Atam “Nəsimi” filminin dünyaya çıxmasını istəyirdi” – İsa Muğannanın qızı
20/01/2019 [01:24]:
Dünyada robotlardan ən çox istifadə edən ölkələr – SİYAHI
20/01/2019 [00:56]:
Dünyanın ən maraqlı döymələri - FOTOLAR
20/01/2019 [00:15]:
Baş məşqçi: "Komandanı futbolçuların cinsi orqanının ölçüsünə uyğun qururam" - MARAQLI
19/01/2019 [23:49]:
Demokratik defisit - “Ah, Avropa”
19/01/2019 [23:11]:
2018-ci ildə Azərbaycanda ən çox qoyulan adlar açıqlandı: Yusif və Zəhra liderlik edib...
19/01/2019 [22:13]:
Yoldan keçən hicablı qadına yumruq atdı - Avropa mədəniyyətsizliyi = VİDEO
19/01/2019 [21:50]:
“20 Yanvarla bağlı sessiyada bəzi deputatlar  qorxudan zaldan qaçmaq istəyirdi...”
19/01/2019 [21:37]:
Ali məktəblərə tələbə qəbuluna dair... - RƏSMİ
19/01/2019 [21:30]:
Məşhur milyarder uşaqlarının atasını axtarır -Kim olduğunu söyləyənə 6 min dollar verəcək
19/01/2019 [21:15]:
Əli Əhmədov: “Səbəb müxalifətin sosial dayaqlarını itirməsidir”
19/01/2019 [21:14]:
Hərbi helikopter qəza təhlükəsi ilə üzləşdi
19/01/2019 [20:04]:
Serbiyada 20 yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirildi
19/01/2019 [19:59]:
ADU-da dəyirmi masa keçirildi - FOTO
19/01/2019 [19:54]:
"Dövlət vəsaitlərindən istifadə sahəsində israfçılıq baş alıb gedir" -Əli Məsimli
19/01/2019 [19:48]:
Qazaxda “Cəhənnəm sakinləri” nümayiş etdirildi -FOTOLAR
19/01/2019 [19:37]:
Naqif Həmzəyev: “Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər”
19/01/2019 [19:34]:
Dəfninə heç kimin qatılmadığı anasını velosipedlə 5 kilometr daşıyıb dəfn etdi
19/01/2019 [19:30]:
UFC rəhbəri Makqreqorun qayıtmasından danışdı
19/01/2019 [19:24]:
Ombudsman 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı silsilə tədbirlər təşkil edib
19/01/2019 [19:24]:
SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb
19/01/2019 [19:21]:
SHXÇDX-də 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
19/01/2019 [19:18]:
Salyanda 1 kq-a yaxın narkotik qanunsuz dövriyyədən çıxarıldı
19/01/2019 [19:07]:
“Muğamlarımız əcnəbiləri belə heyrətləndirir, onları məftun edir”
19/01/2019 [18:48]:
Parisdə etiraz aksiyası zamanı 12 nəfər saxlanıldı
19/01/2019 [18:11]:
“Microsoft” Ermənistan hökumətinin təhlükəsizliyini üzərinə götürdü...-FOTO
19/01/2019 [18:04]:
“Dinc əhaliyə divan tutuldu” – Rövşən Rzayev
19/01/2019 [18:02]:
Milli Şuranın mitinqində 2800 nəfər iştirak edib – RƏSMİ
19/01/2019 [17:59]:
“Onlar 20 Yanvar faciəsinin qarşısını ala bilərdilər” - Etibar Məmmədov
19/01/2019 [17:56]:
Paşinyanın Qarabağ fiaskosu - Erməni mətbuatı baş naziri yıxıb-sürüdü
19/01/2019 [17:23]:
"O, olmasaydı "Nəsimi" çəkilməzdi..." -Rasim Balayev
19/01/2019 [17:16]:
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi -FOTOLAR
19/01/2019 [17:11]:
Ötən il 51 mindən çox şəxs işlə təmin edilib
19/01/2019 [17:08]:
Zimbabve prezidentinin Azərbaycana səfəri başa çatdı
19/01/2019 [17:06]:
“Azərbaycanla ticarətin aparılacağı sahələri tədqiq etmək istəyirik” - Zimbabve prezidenti
19/01/2019 [16:53]:
Şamaxı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərildi -FOTOLAR
19/01/2019 [16:40]:
Tramp Dağlıq Qarabağ haqqında danışdı
19/01/2019 [16:38]:
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” -Amerika ordusunun azərbaycanlı polkovniki
19/01/2019 [16:32]:
İnternetdə şəxsi məlumatları necə qorumaq olar?
19/01/2019 [16:29]:
Türkiyə 79 min suriyalıya vətəndaşlıq verib
19/01/2019 [16:15]:
Fotoqrafçı ananın obyektivində qızının heyvan sevgisi -FOTOLAR
19/01/2019 [16:05]:
Deputat və professor Nəsimi ilə bağlı addımı yüksək QİYMƏTLƏNDİRDİ
19/01/2019 [15:59]:
8 Olimpiya mükafatçısı Bakıda çıxış edəcək – İLK DƏFƏ
Bütün arxiv bir sırada
15/10/2018 [18:19] - Cəmiyyət - ( 675 dəfə baxılıb)

“İsveçrədə diaspor işinin qurulması, inanıram ki, başqa ölkələrdə olduğu kimi çox çətin bir işdir”



Bildiyimiz kimi, xaricdə yaşayan soydaşlarımız və diaspor təşkilatları Koordinasiya Şuraları yaratmaq təşəbbüsü göstərməkdədirlər. Artıq Almaniya, Fransa və İsveçrədə belə şuralar yaradılıbdır. Əsas məqsəd soydaşlarımızın birliyinə, birgə fəaliyyətinə nail olmaqdır.  İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasına əlaqələndirici seçilmiş   "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov Şuranın məqsədi və fəaliyyəti barədə müsahibə vermişdir. 

- Qasım bəy, öncə sizi Koordinasiya Şurasının əlaqələndirici seçilməniz münasibətilə təbrik edirik. Bir qədər Koordinasiya Şurası ilə bağlı danışmanızı istərdik. 

- Hər vaxtınız xeyir olsun. Təbrikiniz üçün təşəkkür edirəm. Azərbaycanlıların İsveçrədəki mədəniyyət mərkəzi (AİMM) 2006-cı ildə rəsmi qeydiyyatdan keçərək fəaliyyət göstərir. Bu ildən etibarən AİMM fəaliyyətini daha da aktivləşdirib. İldə ən azı iki böyük tədbir keçiririk, il ərzində iki-üç dəfə yerli mediada məqalələrlə çıxış edirik və beləliklə də Azərbaycanın təbliği, azərbaycançılığın qorunması istiqamətində əlimizdən gələni etməyə çalışırıq.

- Şuranın əlaqələndiricisi seçilməniz necə baş verdi? 

- Qeyd etdiyim kimi, bizim təşkilat yerli mətbuatla da əlaqəli işləyir. İsveçin müvafiq dövlət qurumları ilə də isti münasibətlərimiz var. Bütün bunlar rəhbərlik etdiyim diaspor təşkilatını həm də yerli cəmiyyətdə tanıdır. Bu səbəbdən də, digər diaspor rəhbərləri və fəalları AIMM-nin qurucusu və rəhbəri olaraq mənim şuranın əlaqələndiricisi seçilməyimi daha məqsədəuyğun hesab etdilər. Şuranın yaradılması və Azərbaycan məktəbinin açılış səbəbi ilə bu ilin 5 oktyabr tarixində  Bern şəhərində keçirilən yığıncaqda İsveçrədə yaşayan bir çox fəal həmvətənlərimizin mənim namizədliyimi irəli sürməsi də bu işlərin gözlənilən nəticəsi olaraq sayıla bilər. Əlbəttə, bu bir etimaddır, eyni zamanda məsuliyyətdir və mən də bunu doğrultmağa çalışacağam. 

- İsçeçrədə Azərbaycan diaspor fəaliyyətini qurmaq çətin deyil ki? Hər hansı əngəllə qarşılaşmısız? 

- İsveçrədə diaspor işinin qurulması, inanıram ki, başqa ölkələrdə olduğu kimi çox çətin bir işdir. Təbii bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. İlk növbədə,  bu işi görmək istəyən şəxs vətənini çox sevməli, öz dilinə və mədəniyyətinə bağlı olmalı, müstəqil bir siyasət aparmalı, heç kimdən və heç nədən asılı olmamalıdır. Yalnız bu halda görülən iş maraq oyada  və diasporumuzu bir yerə toplaya bilər. Hər hansı bir əngəllərlə yaşadığımız ölkə idarələri və ya təşkilatları tərəfindən indiyə qədər qaşılaşmadım. Əksinə hər zaman dəstəkləməyə və kömək etməyə hazırdırlar. Əlbəttə ki, biz də öz tərəfimizdən fəaliyyətimizi yaşadığımız ölkənin qanunlarına və mentalitetinə uyğun şəkildə qurmalıyıq ki, yerli insanlar və dövlət strukturları bizə inansın, güvənsin, yeri gələndə bizi dinləsin və işlərimizi dəstəkləsin.

- Siz Azərbaycanın ən gözəl guşələrindən biri olan Naxçıvandansız. Bir qədər Naxçıvandakı eviniz, ailəniz barədə danışmanızı istərdik. Necə oldu ki, Naxçıvandan İsveçrəyə gedib orada məskunlaşmağa qərar verdiz?

- Bəli mən Naxçivanda anadan olmuşam və orta məktəbi də orada bitirmişəm. Naxçıvan doğrudan da dünyanın ən gözəl bir yeridir. Əsrarəngiz təbiətə və qədim tarixə malikdir. İnsanları isə inanılmaz dərəcədə mərd və cəsurdur. Atam uzun illər yüksək dövlət işlərində çalışaraq vətənimizə xidmət edib. Naxçıvan Ali Məclisində uzun illər məsul vəzifələrdə çalışıb, dövlət təqaüdçüsü olub. Anam isə 45 ildən çox Naxçıvanda orta məktəblərin birində dil və ədəbiyyat müəllimi olaraq işləyib. Hazırda o da təqaüdçüdür. Mən isə orta məktəbi bitirdikdən sonra  Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub oranı bitirmişəm. Uzun illər ixtisasım üzrə xarici ölkələrdə neft şirkətlərində çalışdım. Son olaraq Gürcüstandakı, o zamanın, ən böyük xarici şirkətlərdən olan böyük neft terminalının baş müdiri vəzifəsində çalışdım. 2005-ci ildən etibarən İsveçrədəyəm. Burada yenidən təhsilimi davam etdirərək əvvəl miqrasiya üzrə mütəxəssis ali təhsili aldım. Sonra yuxarı sinif və ali təhsil tələbələrinə dərs demək üçün pedaqoji təhsil aldım. Bundan başqa İsveçrədə yeganə rəsmi tərcümə haqqı olan Azərbaycan, rus və türk dillərindən alman dilinə tərcümə diplomuna sahibəm. İsveçrə çox gözəl və müasir ölkədir. Bundan başqa İsveçrənin dövlət sistemində dünya ölkələri arasında sayılan bir sistemlərdən biridir.  Havası da dağ havası olduğu üçün Naxçıvanı xatırladır. Onu da qeyd etmək istərdim ki, mən Naxçıvanı heç vaxt Azərbaycanımızın başqa bölgələrindən ayırmamışam.  Vətənim Naxçıvan mənə Bakı, Qarabağ, Tovuz, Şəki Astara və sairə kimi əzizdir. 

- Naxçıvanla bağlı nələri İsveçdə həyata keçirə bilmisiz? 

- Hər şeydən əvvəl mən azərbaycanlıyam. Sonra Naxçıvanda doğulmuş naxçıvanlı. Bu səbəbdən də İsveçrədə hər keçirdiyim və keçirəcəyim tədbirlər Azərbaycanı tanıtmaq üçün və bizim haqq səsimizi dünyaya yaymaq üçündür. Yalnız mənim evimdə qonaq olanlar Mömünə Xatun məqbərəsinin rəsmini görə bilərlər. Naxçıvanda bişirilən kəvər plovun ləzzətini və Novruz bayramında içli kökəni dada bilərlər. Azərbaycanın musiqisini, mədəniyyətini, mətbəxini İsveçrədə tanıtmaqdan qürur duyuram. 

- Qarabağ məsələsi hamımızın yaralı yerimizdir. İşğal faktının tanıdılması üçün hansı işləri görürsüz? Bundan sonrakı fəaliyyətinizdə Qarabağla bağlı nələr etməyi düşünürsüz? 

- Sualı “Nələr etməyi düşünürəm deyil, “nələr etmişəm və nələr etməyə davam edəcəm” kimi qoysaq daha doğru olar. Hər il Bern, Cenevrə, Sürix və ya İsveçrənin başqa şəhərlərində Xocalı qətliamı ilə bağlı tədbirlər keçiririk. Bu məsələdə mənə İsveçrədəki cəmiyyətlərdən başqa Azərbaycan səfirliyi də böyük dəstək göstərir. 2012 və 2013-cü illərdə İsveçrə parlamentinin xarici işlər üzrə komissiyasında 2 sədə bizim AIMM tərəfindən hazırlanmış petisiya rəsmi şəkildə müzakirəyə çıxardılıb. Bu barədə İsveçrə parlamentinin rəsmi internet səhifəsində də məlumat var. Bu işi davam edirik və edəcəyik. Burada məqsədlərdən biri İsveçrə parlamenti tərəfindən Xocalı faciəsinin bir soyqırım kimi təsdiqinə nail olmaqdır. Bu bir həqiqətdir və inanıram ki, buna bir gün nail olacağıq. Bundan başqa hazırladığımız və keçirdiyimiz çoxsaylı tədbirlərdə Qarabağ münaqişəsini yerli sakinlərə, onların başa düşəcəyi dildə, çatdırmağa çalışırıq. Bu işdə xeyli addımlar atılıb və daha aktiv olaraq davam edəcəyimizdən də əmin ola bilərsiz. Bu işi etmək üçün nə şuranın əlaqələndiricisi, nə də başqa bir ada ehtiyac var, bunun üçün azərbaycanlı olmaq, vətəni sevmək kifayətdir.

- İsveçdə təxminən nə qədər azərbaycanlı yaşayır və onların əsas problemləri hansı sahələrlə bağlıdır? 

- İsveçrədə 2000-ə yaxın azərbaycanlı yaşayır. Əvvəl bildirdiyim kimi bu insanların İsveçrəyə gəlmə səbəbləri fərqlidir. Amma hamısı bizim qardaş və bacılarımızdır. Problemlərdən biri odur ki, İsveçrə çox bahalı ölkədir və bir şəhərdən başqa şəhərə getmək üçün qatar, avtobus və ya başqa nəqliyyat vasitəsi çox bahadır. Burada yaşayan hər bir azərbaycanlı ailəsinin buna imkanı  yoxdur. İkinci problem azərbaycanlıların sayının azlığı ilə bağlıdır. Buna görə də bir-birindən uzaq yaşayırlar.  Bu səbəbdən də uşaqlar və ailələr bir-birilə tez-tez görüşə bilmirlər. Bu da xüsusən uşaqların ana dilində danışmaqda çətinlik çəkməsinə səbəb olur. Bu problemlərə qarşı iş aparılır və bunun bəhrəsidir ki, Azərbaycan səfirliyinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 5 oktyabrda Berndə Qarabağ adlı Azərbaycan dilli və mədəniyyəti məktəbi açıldı. Məktəb müvafiq qaydada rəsmi qeydiyyatdan keçərək İsveçrə qanunlarına uyğun şəkildə fəaliyyət göstərir. Uşaqların bu məktəbdə alacağı qiymətlər rəsmi orta məktəblərdə də keçərlidir. Hazırda  məktəbdə Azərbaycan dili, ədəbiyyat, rəqs və piano dərsləri keçirilir. Uşaqlar İsveçrənin fərqli yerlərindən gəlirlər. İnanıram ki, uşaqların sayı artdıqca valideynlər də bir-birilə daha sıx əlaqədə olacaqlar və bu daha da sıx birləşməyimizə səbəb olacaqdır.

- Ailəniz də İsveçdə yaşayırmı? Bir qədər ailəniz barədə danışmağınızı rica edərdik

- Bəli, İsveçrədə ailəmlə birgə yaşayıram. Həyat yoldaşım Bakıdandır və İsveçrədə ibtidai sinif müəlliməsidir.  İki övladımız var. Oğlum 21 yaşındadır, Bern Universitetinin hüquq fakultəsini 2019-cu ilin mayında bitirəcək. Qızım 9 yaşındadır. Hazırda 4-cü sinifdə oxuyur. Ailədə azərbaycanca danışırıq. Dilimizi və mədəniyyətimizi qoruyub saxlamağa çalışırıq. Ümid edirik ki, uşaqlarımız dilimizi və mədəniyyətimizi gələcəkdə öz uşaqlarına öyrədəcəklər ki, onlar da öz köklərini unutmasınlar və bununla qürur duysunlar.

- Diasporla İş üzrə Dövlət Komitəsinin işini necə qiymətləndirirsiz?. Əvvəlki illərlə müqayisədə nə dəyişikliklər var? 

- İllərdir ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqəm məhdud idi və müştərək işlərimiz yox idi. Bu səbəblərdən də komitənin işinə qiymətvermə imkanım da yoxdur. Dəyişiklikləri də görmək üçün vaxta ehtiyacımız var. Zaman hər şeyi göstərər. Hələlik onu deyə bilərəm ki, İsveçrədəki Qarabağ Azərbaycan dili məktəbinin fəaliyyət göstərməsinə dəstək verdiyi üçün Komitə rəhbərliyinə öz minnətdarlığımı bildirirəm.

- Komitənin yeni rəhbərliyini necə xarakterizə edə bilərsiz? Komitənin sədri olaraq Fuad Muradovdan gözləntiləriniz nədir? 

- Komitənin sədri Fuad Muradovu çox az tanıyıram və bu səbəbdən xarakterizə edə bilmərəm, sədri olaraq ona işlərində uğurlar arzulayıram. Fuad Muradovdan gözləntilər¬dən ən əsası diaspor hərəkatını gücləndirmək, diaspor təşkilatlarının olduqları ölkələrin qanunlarına uyğun fəaliyyət qurmasına səy göstərməsidir. Bundan başqa istərdim ki, Azərbaycan diaspor nümayəndələrinin konfransları və yığıncaqları əvvəlkindən daha sadə şəkildə keçirilsin, konfrans  nümayəndələrini və iştirakçılarını 5 ulduzlu otel yerinə məktəblərə, universitetlərə, parlament sessiyalarına, qaçqın düşərgələrinə, hərbi hissələrə aparsınlar, Xocalı qətliyamının şahidləri ilə görüşlər təşkil edilsin və sonrakı iş prosesində də bu görüşlər müzakirə edilsin.

Məşhur milyarder 3 dollarlıq hamburger üçün sıra gözlədi - MARAQLI... +FOTO
600 il 3 qitəyə hökmranlıq etmiş imperiya: Hansı ölkələri neçə il idarə edib + SİYAHI
Azadlıq yolunda qalxan bir vuruş...
Dünyanın ən maraqlı döymələri - FOTOLAR
Baş məşqçi: "Komandanı futbolçuların cinsi orqanının ölçüsünə uyğun qururam" - MARAQLI
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Ər tapa bilmələri üçün qızlara məcburən yemək yedizdirilir
Maraqlı
“Mona Liza”nı dünyanın məşhur sənət əsəri edən nədir?
Hadisə
Sevgilisinin məktubunu saxladığım şəhid...
Ədəbiyyat
“Atam “Nəsimi” filminin dünyaya çıxmasını istəyirdi” – İsa Muğannanın qızı
Dünya
Fotoqrafçı ananın obyektivində qızının heyvan sevgisi -FOTOLAR
Həftənin ən çox oxunanları
Bakıda gözlənilən tornado Elman Rüstəmovla Əhməd Əhmədzadəni Londondan vurdu - FOTOLAR
Bakıda dəhşətli qəza: "Mazda" 2 ayın gəlinini vurub öldürdü - FOTOLAR 18+
Bu ölkədən idxal olunan 7 ərzağı başınıza silah dirəsələr də YEMƏK OLMAZ!!!
“Sabah ölkədə elə proseslər baş verə bilər ki, eşidəndə adamın tükləri biz-biz olar...”
Xalqı hansı sülhə hazırlayırlar? - Təhlükə başımızın üstündədir, yoxsa...?
Putin Paşinyanı qucaqlayır, Lukaşenko İrəvan yolçuluğunda... - Bəs biz nəyi gözləyirik?
Ucarda dəhşət: 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarıldı - VİDEO
Şəhər meri 30 il kirayədə yaşayan süpürgəçiyə ev verdi-İbrətamiz- FOTOLAR  
Soydaşlarımız Moskvada "Vı, pustoy narod" sözlərinə etiraza toplaşır - SON XƏBƏR... + VİDEO
“Amerika genetikləri Gəncə yaxınlığındakı bu yer haqqında bizdən çox bilirlər...”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə