Xəbər lenti
20/11/2018 [23:54]:
Nişanlısı Hiltondan 2 milyonluq üzüyünü geri istəyir
20/11/2018 [23:48]:
“Qaşıqçı cinayətindən şahzadənin məlumatı ola bilər” - Tramp
20/11/2018 [23:33]:
Aktyorun döydüyü direktorla bağlı rəsmi - Açıqlama
20/11/2018 [23:31]:
"Onun şərab, içki düşkünü olduğuna inanmıram, bunu deyənlərin xüsusi məqsədləri var"
20/11/2018 [23:22]:
Gürcüstan Saakaşvilinin və müxalifətin dəstəklədiyi Grigol Vaşadzeyə səs verəcək!
20/11/2018 [23:16]:
"Onda belə çıxır ki, “Rembo” rolunu oynayan Silvestr Stallone gərək qabağına çıxanı döyə?"
20/11/2018 [23:11]:
“Rəhmətlik Tofiq İsmayılov Tamerlan Qarayevə dedi ki, sən bizimlə gəlmə...”
20/11/2018 [22:43]:
İsrailin daxili işlər nazirinə şok iddia irəli sürüldü –Maliyyə fırıldağında ittiham olunur
20/11/2018 [22:29]:
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi –6 fiziki və 3 hüquqi şəxs "radar"a düşdü
20/11/2018 [22:26]:
"Məni ağlatmaq kişiləri xoşbəxt edir..."
20/11/2018 [22:10]:
Hədiyyəsinə sevinən uşağın duyğulu anları... VİDEO
20/11/2018 [21:52]:
Çiynində tülkü qatara mindi... VİDEO
20/11/2018 [21:44]:
Ermənilər Avropada 1 milyon avrodan çox pul diləndi - Ən çox Fransadan toplanıb...
20/11/2018 [21:38]:
Afrikalı ovçunun yaydığı görüntülər ölkəni ayağa qaldırdı - FOTOLAR
20/11/2018 [21:24]:
Prezidentin yeni vəzifə verdiyi rəis kimdir?
20/11/2018 [21:23]:
Gursaçlı yapon Canko FOTO
20/11/2018 [21:22]:
Fətəlibəyli Düdənginski nə məqsədlə qətlə yetirildi?
20/11/2018 [21:11]:
Tanınmış aktyor məktəb direktorunu döyüb - Vəziyyəti ağırdır
20/11/2018 [21:10]:
Dünyanın ən kiçik dinozavrının ayaq izləri tapıldı - MARAQLI
20/11/2018 [21:06]:
Qarışqalar yemlərini qurutdu VİDEO
20/11/2018 [21:01]:
Donmuş gölə girən qadın həyatının şokunu yaşadı - VİDEO
20/11/2018 [20:36]:
Mətbəx robotunda tapılan insan dişi qorxunc cinayəti ortaya çıxardı - DƏHŞƏT...
20/11/2018 [20:35]:
Pənah Süleymanov vəzifəsindən azad edildi - Prezidentdən yeni təyinat
20/11/2018 [20:08]:
"Azərbaycanda yaşanan İslamın Hz. Məhəmmədin təbliğ etdiyi İslamla bir əlaqəsi yoxdur"
20/11/2018 [20:00]:
“Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda tədbir keçirildi
20/11/2018 [19:51]:
“Bu layihə Mehriban Əliyevanın təşəbbüsüdür” -Sahil Babayev
20/11/2018 [19:47]:
“İndi də müəllimlərimi görəndə özümü itirirəm” – Novruz Novruzlunun məktəb acıları
20/11/2018 [19:42]:
Bu il narkotiklərlə əlaqədar 28 cinayətkar qrup zərərsizləşdirildi
20/11/2018 [19:23]:
"Banklara borcum olmasa da evimizin qabağındakı dükana 300 manat borcum var..."
20/11/2018 [19:16]:
Türkiyə həbsxanalarında neçə azərbaycanlı məhbus var? - RƏSMİ
20/11/2018 [19:07]:
“Sabiq məmurlara məxsus mülklərin kiminsə istəyi ilə müsadirəsi mümkün deyil”
20/11/2018 [18:59]:
Bu cəriməmərin məbləği 2 dəfə artırılır - DİQQƏT
20/11/2018 [18:52]:
Bakıda Suriya türkmənlərinə həsr olunmuş tədbir keçirildi -FOTOLAR
20/11/2018 [18:46]:
“Bloomberg”: "Dünyada neftin qiymətlərinə üç nəfər nəzarət edir..."
20/11/2018 [18:44]:
“Facebook” və “Instagram”da problemlər yaranıb
20/11/2018 [18:40]:
Bu da nazirliyin yeni loqosu - Saytın adı da dəyişdi
20/11/2018 [18:30]:
Bakıda və Abşeronda avtomobillərdən oğurluq edən şəxslər yaxalandı
20/11/2018 [18:22]:
“Türkiyəni necə məcbur edəcəyimizə qərar verəcəyik” – Karapetyandan gülünc bəyanat
20/11/2018 [18:15]:
Havanı çirkləndirən müəssisəyə 12500 manatlıq İDDİA
20/11/2018 [18:13]:
“Azərbaycan Cumhuriyyətinin 100-cü ilində Hüseyin Cavid” adlı proqram düzənləndi
20/11/2018 [18:12]:
Abel Məhərrəmovun milyonluq mülklərinin – Siyahısı
20/11/2018 [18:08]:
“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir
20/11/2018 [18:07]:
31 DOST mərkəzi yaradılacaq -SƏRƏNCAM
20/11/2018 [18:06]:
Nazir: “Onların pensiyası 35 faiz artacaq”
20/11/2018 [18:02]:
Rövşən Rzayev məcburi köçkünləri dinlədi
20/11/2018 [17:51]:
Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşdü
20/11/2018 [17:49]:
“İnsanlar hər gün İlham Əliyevlə söhbət etdiyimizi düşünürlər…” –Paşinyandan yeni bəyanat “İnsanlar hər gün İlham Əliyevlə söhbət etdiyimizi düşünürlər…” –Paşinyandan yeni bəyanat
20/11/2018 [17:41]:
Jek müdiri azadlığa buraxıldı - Binəqədidəki yanğında həbs edilmişdi
20/11/2018 [17:40]:
Dünya çempionu: "Ən böyük arzum Düdənginskinin nəşini Azərbaycana gətirməkdir"
20/11/2018 [17:37]:
Manat və dolların sabahkı məzənnəsi
20/11/2018 [17:31]:
“20 Noyabrdan sonra qəti bildim ki, mənim başım üzərinə kim balta qaldırıbsa…”
20/11/2018 [17:24]:
Təranə Səmədovaya ağır cəza istənilir - MƏHKƏMƏ
20/11/2018 [17:15]:
“Kanalizasiya xətlərinə atılan heyvan leşləri ilə bağlı illər boyu şikayətlər olur”
20/11/2018 [17:09]:
Rusiya daxili işlər nazirliyi bəyanat yaydı
20/11/2018 [16:50]:
Unikal memarlıq abidəsi aşkarlandı VİDEOREPORTAJ
20/11/2018 [16:36]:
Sabah bəzi ərazilərdə işıq olmayacaq
20/11/2018 [16:31]:
Prezident İlham Əliyev sərəncam imzalayıb - SİYAHI
20/11/2018 [16:15]:
Erməni millət vəkili Türkiyəni Van hava limanı məsələsində İrəvanla əməkdaşlığa səslədi
20/11/2018 [16:12]:
ADU-da “Kamança” pyesi səhnələşdirildi -FOTOLAR
20/11/2018 [16:10]:
Ayaqqabısında narkotik vasitə gizlətdi
20/11/2018 [16:07]:
“Absheron Hotel Group” turizm sahəsi üzrə əməkdaşlığa başlayır -FOTOLAR
20/11/2018 [15:57]:
"Məktəblərdə dini dərslər keçirilməsə İŞİD-ə qoşulanlar çox olacaq"
20/11/2018 [15:49]:
“Belarusdan hava hücumundan müdafiə sistemlərinin alınması daha aktualdır”
20/11/2018 [15:46]:
Müəllim və şagirdlər arasında kütləvi zəhərlənmə olub
20/11/2018 [15:32]:
Boş giliz və güllə aşkarlandı...
20/11/2018 [15:32]:
Novruz Novruzlunun vəfatı hər kəsi sarsıtdı - VİDEO
20/11/2018 [15:30]:
Avtomobil nəqliyyatı veteranından Ramin Quluzadəyə MÜRACİƏT...
20/11/2018 [15:06]:
İstanbulda təhlükəsizlik məsələləri ilə bağlı beynəlxalq sammit keçirilir - FOTO
20/11/2018 [15:03]:
190 nömrəli marşrut xəttinin fəaliyyəti dayandırılır
20/11/2018 [15:03]:
İngilis dilinin tədrisində peşəkar səviyyəli müəllim amili başlıca şərtdir
20/11/2018 [14:49]:
MTRŞ telekanal rəhbərlərinə xəbərdarlıq etdi
20/11/2018 [14:43]:
Paşinyan maaş və pensiyaların artırılmasına gəlincə, susur
20/11/2018 [14:29]:
Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi yad olunacaq
20/11/2018 [14:28]:
Aşıqlar Birliyinin sədrindən haqlı məzəmmət: “Televiziyalar səviyyəsiz aşıq müsabiqələri təşkil edib...”
20/11/2018 [14:19]:
Azərbaycanda 97 nəfər dərmandan zəhərləndi - SƏBƏB
20/11/2018 [14:13]:
Bakıda dəhşətli qəza - Sürücünün parçalanmış görüntüləri yayıldı - VİDEO (+18)
20/11/2018 [14:08]:
“İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" Şirvanda...
20/11/2018 [14:05]:
Türkiyədə TürkPA-nın iclası keçirilir
20/11/2018 [14:04]:
Nəcməddin Sadıkov ordu generalı ilə müzakirə apardı
20/11/2018 [14:00]:
Ötən gün Azərbaycan yollarında 5 piyada öldü
Bütün arxiv bir sırada
15/10/2018 [20:27] - Cəmiyyət - ( 10445 dəfə baxılıb)

Dədə Şəmşirə uzanan yaman dil "kəsildi"...

Fəzail Ağamalı: "Kim bu qanı öz genetik kodlarında daşımırsa, onlar getsin özlərinin talesizləri ilə üz-üzə qalsınlar"
Jalə Əliyeva: "Sevincimizə, nailiyyətlərimizə sevinə bilməyənlər heç olmasa öz naqisliklərini içlərində saxlasınlar"


Məhərrəm Qasımlı: "Aşıq Şəmşirin Heydər Əliyevlə bağlı münasibəti təkcə bir-iki şeirdə yox, yüzlərlə yazılarında var"

Deyəsən biriləri Aşıq Ələsgərdən sonra şifahi xalq ədəbiyyatımızın ən azman sənətkarlarından olan Aşıq Şəmşirin anadan olmasının 125 illiyinin dövlət tərəfindən təmtəraqla qeyd edilməsindən, bununla bağlı prezident İlham Əliyevin məxsusi sərəncam imzalamasından rahatsız olaraq bulanıq suda balıq axtaran bəzi zavallı mirzələrini işə salıblar. İddia olunub ki, guya Aşıq Şəmşir Heydər Əliyevə şeir həsr etməyib və bu gün aşıqların məclislərdə oxuduqları həmin məşhur şeir Dədə Şəmşirə məxsus deyil. Amma bu zavallı Dədə Şəmşirin 1983- cü ildə vəfat etməsini bilsə də onun hələ o vaxtlar Azərbaycan KPMK-nın birinci katibi olan Heydər Əliyevə şeir həsr etdiyini ya bilməyib, ya da intəhasız ucuzluğa gedib....

Beləliklə, Azərbaycan folklor sənətinin nəhəng klassiklərindən olan, özündən sonra sənətsevərlərə zəngin irs qoyub gedən Dədə Şəmşirin hər hansı müdafiə və tanıtıma ehtiyacı olmasa da, Moderator.az olaraq bu əssassız tənqidi fikirlərə laqeyd qala bilmədik və odur ki, bəzi millət vəkillərinin, sənət, saz-söz adamlarının Dədə Şəmşirə ünvanlanan yaramaz hücuma münasibəti öyrənməyə çalışdıq. 

Millət vəkili Fəzail Ağamalı saytımıza açıqlamasında bildirdi ki, zaman-zaman Azərbaycanın görkəmli şəxslərinə hücum edənlər olub: 

“Dədə Şəmşir siyasi intriqalar hədəfinə çevrilməli deyil, o, Azərbaycanın klassikidir. Onun şeirlərində Azərbaycanın ruhu, tarixi və klassik aşıq sənətinin zirvəsi var. Az və ya çox dərəcədə təəssüf edirəm ki, bu gün yerindən duran, sözü bir qəpiklik olmayan, cəmiyyətdə, ədəbi məkanda özünü tapa bilməyən, bir-iki hekayə, şeir yazıb özünü ədib hesab edənlər zaman-zaman Azərbaycan klassikasına, görkəmli ədiblərinə hücum edirlər, böhtanlar atırlar. Bu cür insanlar əslində Azərbaycanın ədəbi tarixinə böhtan atmış olurlar və mahiyyət etibarı ilə antimilli mövqe nümayiş etdirirlər. Dədə Şəmşirin bu ada layiq görülməsi təsadüfi deyil. Şəmşir adına “Dədə” sözünü verən görkəmli xalq şairimiz Səməd Vurğun olub. Dədə Şəmşir də bu adı doğruldub, bu adın zirvəsində dayanıb. Bu yaxında Rəşid Behbudov adına Mahnı Teatrında Dədə Şəmşirin 125 illiyinin keçirilməsi mərasimində iştirak etdim və çox duyğulandım. Çox gözəl anlar yaşadım, hətta kövrələn anlarım da oldu. Bunun üçün təmiz azərbaycanlı olmaq, türk olmaq lazımdır. Kim bu qanı öz genetik kodlarında daşımırsa, onlar getsin özlərinin talesizləri ilə üz-üzə qalsınlar. Dədə Şəmşir şifahi xalq ədəbiyyatının dili ilə desək, “giriləsi kol” deyil. Bu böyük şəxsiyyət haqqında söz demək üçün sadəcə olaraq sözün, sənətin qədrini biləcək elementar biliyə malik olmaq lazımdır”. 


Millət vəkili Jalə Əliyeva da sayrımıza açıqlamasında sosial şəbəkədə Dədə Şəmşirlə bağlı yazılan bu cür qərəzli fikirdən təəssüfləndiyini bildirdi: 

“Əlbəttə, bu şəkildə sosial şəbəkələrdə yol alan yazıları üzülərək qarşılayırıq. Dədə Şəmşir aşıq sənətinə, Azərbaycan söz sənətinə və şifahi xalq ədəbiyyatına hələ öz sağlığında möhürünü vurmuş klassikləşmiş böyük bir sənətkarımızdır. Onun ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 125 illiyi böyük bir təntənə ilə ölkəmizin bütün ədəbiyyatsevərləri tərəfindən qeyd edilir. Bir neçə gün bundan əvvəl də Rəşid Behbudov adına Mahnı Teatrında möhtəşəm bir yubiley tədbiri keçirildi. Burda təkcə Azərbaycandan deyil, dünyanın türk dilli ölkələrindən qonaqlar da iştirak edərək çıxış etdilər. Biz o çıxışlardan da gördük ki, Dədə Şəmşir Azərbaycan sərhədlərini öz qələmi və sənəti ilə çoxdan aşıb keçmiş bir sənətkardır. Dədə Şəmşir bütün türk dünyasının ehtiram etdiyi Dədə Qorqud qədər obrazlaşdırılan simaya çevrilib. Onun hansı torpaqdan olduğunu da unutmamalıyıq. Bu gün Kəlbəcər torpağı işğal altındadır. O torpaqlarda Dədə Şəmşirin yüzlərlə əlyazması qalıb və onları çıxarmaq mümkün olmayıb, bu çox ağrılı məsələdir. Bütün bunların yanında əsas məsələləri qoyub belə bir sənətkarın yetişməsindən fəxr etmək yerinə, onun əsərlərinin yenidən çapı üçün çalışmaq yerinə, tam əksinə, belə şeylər yazmaq, üstəlik də həyatda olmayan biri haqqında ictimai rəyi çaşdıra biləcək fikirlərin ortaya atılması əlbəttə ki, heç də xoş bir şey deyil. Bunlar üz qarası olacaq bir məsələdir. Sevincimizə, nailiyyətlərimizə sevinə bilməyənlər heç olmasa öz naqisliklərini içlərində saxlasınlar. Bədxah fikirləri ilə cəmiyyətin fikirlərini çaşdırmasınlar. Bu yaxında Dədə Şəmşirlə bağlı keçirilən tədbir bir daha onu göstərdi ki, xalqın öz sənətkarına ehtiramı hər zaman olub və olacaq da. Dədə Şəmşir dövrünün nəbzini tuta bilən, layiqliyə layiqli qiymətini verməyi bacaran bir sənətkar idi. Onun əsərlərində vətən torpağı, Kəlbəcər dağları, Azərbaycanın dilbər güşələri əhəmiyyətli yerdə gəldiyi kimi, siyasi və ictimai mövzular da onun yaradıcılığında yer almalı idi. Bunlara Dədə Şəmşir öz münasibətini bildirməli idi, necə ki, bildirib. Düşünürəm ki, nə qədər Azərbaycan ədəbiyyatı var, Dədə Şəmşir layiqli olan yerdə bu gün necə varsa, orda da qalacaq. Bu bədxah fikirləri yazanlar da yəqin ki, onun ədəbiyyat tarixində qalmağından öz nəsiblərini alacaqlar”. 


Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı da saytımıza açıqlamasında Dədə Şəmşirə dil uzadanların ağılsız olduğunu bildirdi: 

“Aşıq Şəmşir dünya miqyasında tanınmış, Səməd Vurğunun, Heydər Əliyevin, İlham Əliyevin böyük dəyər verdiyi bir sənətkardır. Bütün görkəmli folklorşunaslar həmişə onu çox yüksək dəyərləndiriblər. Aşıq Şəmşir haqqında bu fikirləri işlədən kimdirsə, ağılsız bir adamdır. Məmməd Araz, Osman Sarıvəlli, Məmməd İsmayıl, Məmməd Aslan, Nəriman Həsənzadə və digər tanınmış ziyalılarımız onun yaradıcılığını çox yüksək qiymətləndiriblər. Aşıq Şəmşirin arxivi var və onun Heydər Əliyevlə bağlı münasibəti təkcə bir-iki şeirdə yox, yüzlərlə yazılarında var. Heydər Əliyev Aşıq Şəmşirə “Şərəf” nişanı ordeni, “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adlarını verərək, onu çox yüksək qiymətləndirib”. 


Vasif Əlihüseyn

"Onun şərab, içki düşkünü olduğuna inanmıram, bunu deyənlərin xüsusi məqsədləri var"
Afrikalı ovçunun yaydığı görüntülər ölkəni ayağa qaldırdı - FOTOLAR
Dünyanın ən kiçik dinozavrının ayaq izləri tapıldı - MARAQLI
Donmuş gölə girən qadın həyatının şokunu yaşadı - VİDEO
Mətbəx robotunda tapılan insan dişi qorxunc cinayəti ortaya çıxardı - DƏHŞƏT...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Rəhmətlik Tofiq İsmayılov Tamerlan Qarayevə dedi ki, sən bizimlə gəlmə...”
Hadisə
Fətəlibəyli Düdənginski nə məqsədlə qətlə yetirildi?
Siyasət
“Bloomberg”: "Dünyada neftin qiymətlərinə üç nəfər nəzarət edir..."
Cəmiyyət
Abel Məhərrəmovun milyonluq mülklərinin – Siyahısı
Cəmiyyət
"Məktəblərdə dini dərslər keçirilməsə İŞİD-ə qoşulanlar çox olacaq"
Həftənin ən çox oxunanları
Xəzər TV rektorun qovulmasının səbəbini açıqladı: Akademiki qara günlər gözləyir - VİDEO
“İsmət Qayıbov vertolyota minəndə Tamerlan Qarayev TƏKİDLƏ ONA DEYİB Kİ...”
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"
Bütün Rusiya AYAĞA QALXDI: Nurməhəmmədovdan İBRƏTAMİZ TƏKLİF...
"Abel Məhərrəmovdan sonra islahatçı rektor təyinatı BDU-nu daha tez böhrandan çıxara bilər"
"Başa düşə bilmirəm ki, hansı məntiqlə qadınları 65 yaşda pensiyaya çıxarırıq?"
Abel Məhərrəmovun rektorluq "kitabını bağlayan" SENSASİON SƏBƏB...
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
“Bizim sevgimiz də, nifrətimiz də, dostluğumuz da, düşmənliyimiz də kişi kimi olub”
Lüks hoteldə qeydə alınan görüntülər ölkəni ayağa qaldırdı - FOTO+VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə