Xəbər lenti
23/04/2019 [20:24]:
İlham Əliyev: “Bəzən vətəndaşları incidirlər, onların haqları tapdalanır”
23/04/2019 [20:10]:
Pekində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olacaq
23/04/2019 [20:03]:
UNEC “Only in English” adlı zəngin proqramlı tədbir keçirilib - FOTOLAR
23/04/2019 [20:00]:
TEDxUNEC konfransı: “Azərbaycan. Lider. Tərəqqi”
23/04/2019 [19:58]:
Lənkəranda “Vəhdət dəyərimizdir” adlı üç günlük seminarın açılış mərasimi olub
23/04/2019 [19:55]:
İlham Əliyev: "Manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir"
23/04/2019 [19:31]:
“Planet Parni iz Baku” KVN teatrının konserti bizim üçün əsl istirahət oldu”
23/04/2019 [19:14]:
"Jurnalistlərin gedib-gəlmək təklifi “xalqların sülhə razı salınması” çağırışı kimi tezliklə unudulacaq"
23/04/2019 [19:08]:
PKK terrorçuları Türkiyədə hərbi hissəyə hücum etdilər
23/04/2019 [18:46]:
10 milyonuncu sakinin nənəsi: "Kreditə görə vətəndaşlara kompensasiyaların ödənilməsi çox gözəl təşəbbüsdür" - VİDEO
23/04/2019 [18:44]:
Dietli içkilər paralicə və depressiyaya səbəb olur- Araşdırma...
23/04/2019 [18:32]:
Qurban Qurbanov: "Evdə qol buraxmadan qalib gəlmək üstünlükdür"
23/04/2019 [18:27]:
Medvedev Yerevana gedir
23/04/2019 [18:25]:
Qadının mədəsindən xörək qaşığı çıxardılar - Qəribə olay...
23/04/2019 [18:11]:
“Formula-1" ilə əlaqədar Bakının bəzi məktəblərində tədris dayandırılıb
23/04/2019 [18:08]:
Serj Sarkisyaın 1 il öncəki istefası - TƏFƏRRÜATLAR
23/04/2019 [17:57]:
Tahir İmanov: "Yeddi ildir ki, onlar bizi avara qoyublar"
23/04/2019 [17:38]:
“Nar”-dan kənd məktəbinə dəstək
23/04/2019 [17:24]:
Sürücülərin NƏZƏRİNƏ: İki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
23/04/2019 [17:20]:
Uşaqların əsas problemləri - 801 müraciət edilib
23/04/2019 [17:18]:
Havaların qeyri-sabit keçməsinin səbəbi açıqlandı
23/04/2019 [17:13]:
Azərbaycanla YUNESKO arasında Saziş təsdiqlənib
23/04/2019 [17:11]:
Akademik Zərifə Əliyeva oftalmologiya elminin tərəqqisinə böyük töhfələr verib
23/04/2019 [17:04]:
Azərbaycanda 110 mindən çox insan peyvənd olunub
23/04/2019 [17:00]:
“Hüseyn nəzarət altındadır, vəziyyəti yaxşıdır” - Nazirlik
23/04/2019 [16:57]:
BSU-da startapla bağlı təlim keçirilib
23/04/2019 [16:56]:
Qubada yeniyetmə qız özünü körpüdən atıb
23/04/2019 [16:49]:
Dövlət Komitəsinin Sədri vətəndaşları qəbul edib
23/04/2019 [16:40]:
Müharibə veteranlarına birdəfəlik maddi yardım veriləcək
23/04/2019 [16:31]:
Paytaxtın ictimai nəqliyyatında çətinliklər yaranıb
23/04/2019 [16:29]:
XİN sazişin vaxtı ilə bağlı açıqlama yaydı
23/04/2019 [16:28]:
Bakı metrosunun 3 aylıq gəliri - 16,6 milyon manat
23/04/2019 [16:25]:
BSU-da “İslamda tolerantlıq” mövzusunda mühazirə keçirilib - FOTOLAR
23/04/2019 [16:24]:
Naxçıvanda orta aylıq əməkhaqqı artıb
23/04/2019 [16:12]:
Bu il Azərbaycana 7978 maşın gətirilib
23/04/2019 [16:08]:
Prezident: "Azərbaycan indi inkişafın yeni mərhələsindədir"
23/04/2019 [16:03]:
MTRŞ Real TV-yə yerüstü yayım üçün lisenziya verib
23/04/2019 [16:02]:
Müsəlman dükan sahibi  satıcının 400 minlik kəsirini bağışladı- İbrətamiz…
23/04/2019 [15:56]:
Bakıdakı şadlıq saraylarının bazarı öldü
23/04/2019 [15:53]:
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
23/04/2019 [15:47]:
Sərdar Cəlaloğlu: “Heç kəs müxalifətə rəhbərlik edə bilməz”
23/04/2019 [15:36]:
ADAU-nun rektoru İbrahim Cəfərov Bolqarıstanda səfərdədir
23/04/2019 [15:34]:
"Vətəndaşları narahat edən problemləri həll etməliyik" - İlham Əliyev
23/04/2019 [15:32]:
“İfaçıların səhhətinin üstündə əsirik ki, bu cür problemlər yaşanmasın...”
23/04/2019 [15:22]:
“Formula-1” yarışlarında işıq problemi olmayacaq
23/04/2019 [15:18]:
Ermənilər içməli sudan kütləvi zəhərləndi
23/04/2019 [15:14]:
Millət vəkili əhaliyə verilən təbii qaz limitinin artırılması təklifi ilə çıxış etdi
23/04/2019 [15:12]:
Niyaməddin Orduxanlı ARB TV-nin “Günə Baxış” verlişinin qonağı olub - VİDEO
23/04/2019 [15:01]:
İranın XİN-in başçısı ABŞ-a gedib
23/04/2019 [14:48]:
Rusiyada müflis vətəndaşların sayı 100 mini keçib
23/04/2019 [14:38]:
Fransalı deputat: "Sarı jiletlilər" Azərbaycandakına bənzər islahatlar tələb edirlər"
23/04/2019 [14:38]:
“O, bu gün adını daşıyan məktəbdə təhsil alıb, bir ata kimi mənim üçün ağrılıdır ki..."
23/04/2019 [14:35]:
Nəvələr babalarının kəsdiyi başlara görə təzminat tələb edir: Bütün tarixçilər şokda...
23/04/2019 [14:32]:
ADPU-da "Kitab bilik mənbəyidir" mövzusunda tədbir keçirilib
23/04/2019 [14:24]:
Bakıda məktəbdən 7500 manatlıq oğurluq edildi
23/04/2019 [14:20]:
Gömrükçülər narkotik vasitə aşkarlayıb
23/04/2019 [14:17]:
Nazirlikdən qar uçqununda həlak olan hərbçilərlə bağlı məlumat
23/04/2019 [14:10]:
“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı çəkilib - VİDEO
23/04/2019 [14:08]:
“Biz onun timsalında əsl vətənpərvəri itirmişik”
23/04/2019 [14:07]:
İlham Əliyev vətəndaşlarla görüşdü - FOTOLAR
23/04/2019 [13:56]:
Saakaşvili: "Eybi yox, bir az dözərəm"
23/04/2019 [13:52]:
Qənirə Paşayeva Əhməd bəy Ağaoğluna abidə qoymağa ÇAĞIRDI
23/04/2019 [13:52]:
Yük göndərmə qaydaları dəyişdirilir – Milli Məclis təsdiqlədi
23/04/2019 [13:48]:
Təhsil ekspertləri Ceyhun Bayramovun nazir işlədiyi 365 günə qiymət verdilər...
23/04/2019 [13:45]:
Prezident Mərdəkan-Qala yolunun açılışında oldu
23/04/2019 [13:38]:
Spiker: “Nə üçün müharibəyə çağırış etməliyik?!”
23/04/2019 [13:32]:
“Bizdə bu sahədə vəziyyət ağlamalıdır...”
23/04/2019 [13:30]:
Aqil Abbas İsmayıl Ömərovun müdafiəsinə qalxdı
23/04/2019 [13:24]:
Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırıldı
23/04/2019 [13:16]:
Bakıda 14 dərəcə isti olacaq
23/04/2019 [13:13]:
“ASAN xidmət”in 108 “Çağrı” mərkəzinə 3 milyonuncu zəng
23/04/2019 [13:09]:
Deputat azərbaycanlı jurnalistlərin Qarabağa getmək təkliflərini qınadı
23/04/2019 [13:07]:
Onlar İTV-nin Yayım Şurasına üzv seçildilər - ADLAR
23/04/2019 [13:06]:
Diaspor Gənclərinin II Yay düşərgəsində iştirak üçün 44 ölkədən 352 nəfər müraciət edib
23/04/2019 [13:05]:
"Bu təxribatçılar dərk etməlidir ki, Mübariz Mənsimov başqa bir ölkənin vətəndaşıdır"
23/04/2019 [13:00]:
Hitler həqiqətən Argentinaya qaçıb? – FTB açıqladı
23/04/2019 [12:56]:
Uçqunda itən hərbçilərimizdən birinin meyiti tapıldı
23/04/2019 [12:54]:
İsmayıllıda qadınları fahişəliyə cəlb edən sahibkar tutulub
23/04/2019 [12:50]:
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi
23/04/2019 [12:44]:
Tarixdə iz qoyan 11 dahinin əziyyət çəkdiyi nadir XƏSTƏLİKLƏR
Bütün arxiv bir sırada
16/10/2018 [11:57] - Cəmiyyət - ( 2575 dəfə baxılıb)

Bəsti Sevdiyeva: “Muğam mənim damarlarımda axan qanımdır”



Onu digərlərindən fərqləndirən təkcə səs tonu deyil, eyni zamanda gözəl ürəyə, şən xarakterə sahib olmasıdır.Ətrafına müsbət enerji yayaraq hər kəsin qəlbinə yol tapmağı hər insan bacarmaz. O gözəl muğamlar ifa etməklə yanaşı insanların sevimlisinə de çevrilməyi bacarıb, bacarır. Beləliklə Azərbaycanın Əməkdar Artisti xanəndə Bəsti Sevdiyevanın Moderator.az saytına verdiyi müsahibəni oxuculara təqdim edirik.  

-İllərin sənətkarısınız. İstərdim sənətə gəlişinizdən danışaq...

- Hələ ibtidai sinifdə oxuyarkən məktəbin özfəaliyyət dərnəyinin fəal üzvlərindən  sayılırdım. İlk ifam məktəbin akt zalında ifa etdiyim “Qaranquş” mahnısı olub. Dərnəkdə mənimlə yanaşı bir neçə uşaqlar da iştirak edirdilər. Buna baxmayaraq direktorun, müəllimlərin sevimlisi hər zaman mən olmuşam. Yaxşı yadımdadır ki, 7 ci sinifdə oxuyanda bir tədbirdə “Qadan mən alım” mahnısını oxumaq istədiyimi dedim . Ansamblın rəhbəri , direktor mənə dedilər ki, bu sənin yaşına uyğun ifa deyil. Razı olmasalar da ifa etməyimə icazə verdilər. Sözün qısası bu təsnifi oxudum, arada kiçik bir muğam da ifa etdim. Konsert bitəndən sonra musiqi müəllimim məni o ki var danladı ki, bu sənin yaşına uyğun mahnı deyil. Orta məktəb illərində “Oxu tar 73”, “Oxu tar 75” müsabiqlərində iştirak etdim, müəyyən yerlər tutdum. Yadımdadır ki, həmin müsabiqələrdə münsiflər heyyəti Şövkət Ələkbərova, Cahangir Cahangirov, Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli, İslam Rzayev idi. Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Vokal ifaçılıq fakultəsinə qəbul oldum. Ali məktəbdə müəllimim Lütfiyar İmanov oldu. Musiqi baxımından L.İmanovdan çox şeylər öyrəndim. Yadımdadır ki “Ay Laçın” mahnısı ilə inustituta qəbul olmuşdum. İnustitut illərində bir çox səfərlərim olurdu. L.İmanov məni özü ilə xarici ölkələrə  qastrollara aparırdı. Yadımdadır ki, ilk səfərim zamanı Kiyev,Xarkov və Paltava şəhərlərində olmuşam. Yaxşı ifama görə Lütfiyar müəllim özü ilə qastrollara hər zaman məni aparardı. Oğlu Rauf da ansamblda fəaliyyət göstərirdi. 

Bir dəfə Almaniyada L. İmanovun konset proqramı var idi. Məni də özü ilə aparmışdı. Konsertin açılışı mənim ifamla olacaqdı,  20-25 dəqiqəvaxt verilmişdi. Aparıcı çox danışdığı üçün yorulub oturdum. Bir də gördüm ki, Lütfiyar müəllim sürətlə gəlir. O gələn kimi mən qorxumdan ayaq üstə durdum. Gəlib əsəbi  halda mənə acıqlandı ki, mən sənə deməmişəm səhnə öncəsi əyləşmək olmaz. Paltarın qırışar, səliqəsiz olar. Bu halda səhnəyə, tamaşaçı qarşısına çıxmaq olmaz. Canlı ifa etməliyəm, Lütfiyar müəllimin sözləri ilə kövrəlmişəm, ağlayıram. Sonra gəlib könlümü alıb dedi ki, sən mənim balamsan, səni çox istədiyim üçün, gələcəyini parlaq gödüyüm üçün səni özümlə bura gətirmişəm. Mən istəmərəm ki,sən pis olasan. Çox gözəl insan idi, Allah ona rəhmət eləsin. Hər cəhətdən bizə səhnə mədəniyyəti öyrədirdi. 

-Ailəniz sizə hər zaman dəstək olub...

- Ailəm mənə hər zaman dəstək olub. Atam əlimdən tutub məni dərnəyə aparırdı. Yadımdadır ki, bir gün anam atama dedi ki, bəs bu qız əməlli başlı sənətə yönəlir. Atam da cavab verdi ki, mən ona bir söz demirəm, ancaq muğam ifa edəcəksə oxusun. Ağır, samballı mahnılar ifa etsin. 
Bilirsiz bu ondan irəli gəlir ki, bizim ailəmizdə muğama böyük sevgi var idi. Atam Sevdiyev Sevdiyar uzun illər neft sahəsində çalışıb. Ancaq muğamı çox sevib, yadımdadır ki, həmişə Arif Babayevin, Yaqub Məmmədovun və digər xanəndələrin ifasını dinləyərdi.  Ümumiyyətlə bizim ailədə milli mentalitetə çox böyük bağlılıq olub. 

-Atanızın sözünə görə vokal dərsləri alsanız da məhz muğam ifa etmisiniz?

- Mənim təhsil aldığım illərdə İncəsənət İnustitunda muğam bölməsi yox idi. Atam o vaxt dedi ki, sənətlərini Asəf Zeynallı adına uçilişə ver. Ancaq mən istəmədim, çünki ali təhsil almaq istəyirdim. Lütfiyar  müəllim də bilirdi ki, mənim səsim muğama daha çox uyğundur. O mənə daha çox milli musiqimizdən, xalq mahnılarımızdan dərs keçirdi. Yəni muğama daha yaxın olan musiqiləri mənə öyrədirdi. Belə mahnıların arasında da kiçik muğamlar ifa edirdim. Ancaq buna baxmayaraq o hər zaman qeyd edirdi ki, sən vokalı da çox gözəl ifa edirsən. 

Ümumiyyətlə bizim musiqi çox zəngindir. Xarici ölkələrdə bizim musiqini ayaqüstə alqışlayırlar. Hansı janrda ifa etsən də onlarda böyük diqqət,  sevgi görürsən. Ancaq qeyd edim ki, onlar muğama möcüzəvi bir musiqi kimi baxırlar, zəif bir oxuyan da xaricdə muğam ifa edəndə onu sevirlər.  Mən özüm də xarici ölkələrdə muğam ifa edəndə alqışlardan həvəslənirəm, ruhlanıram. Özümə bir əl qatıram ki, daha nə səsim, ifaçılıq bacarığım varsa qoyuram ortalığa. Ümumiyyətlə sənət adamları daxilən çox kövrək olurlar. Adi bir xoş söz onları ruhlandırır. 

Keçən il Şimali Kiprdə Akdeniz Universitetinin rektoru Abdullah bəy Dövlət bayramı münasibəti ilə məni konsertə dəvət etmişdi. Tamaşaçıların sayı hesabı yox idi, orada dünyanın 68 ölkəsindən tələbələr, müəllimlər iştirak edirdi. Səhnədə Qarabağ Şikəstəsindən bir hissəni ifa etdim. Necə gözəl qarşılandığını ifa etməyə söz tapa bilmirəm. 

Dünyanın bir çox ölkələrində konsertlərim olub. Bir neçə dəfə Almaniyada, Türkiyədə, İsveçrədə, Rusiyanın bir çox şəhərlərində gözəl çıxışlarım olub ki, bu konsertlərdə də həqiqətən anşlaq yaşanıb. Moskva şəhərində özəl dəvətlə solo konsertim olub. Bu konsertlərin hamsında Azərbaycan musiqisinə böyük sevgi müşahidə etmişəm. 

Qəribədir ki, xarici ölkədə olanda bir bayrağımızı görəndə kövrəlirəm, bir də ki, Vətən haqqında mahnı ifa edəndə. Oxuya- oxuya Allaha yalvarıram ki, mənə səbr versin, kövrəlmiyim, səsim titrəməsin. 

-Təhsiliniz vokaldan ibarət olsa da eyni zamanda muğam dərsləri də alırdınız...

- Ali təhsilimi bitirdikdən sonrakı illərdə həm də İslam Rzayevin ansamblının solisti idim. Bir gün məni böyük bir konsertə dəvət etdilər. Yadımdadır ki, “Bağçada güllər” mahnısını ifa edirdim. İfamı bitirdikdən sonra Canəli Əkbərov mənə dedi ki, sən niyə muğam oxumursan. Dedim ki, xalq mahnılarının arasında muğam ifa edirəm. Cavab verdi ki, yox belə muğamı hamı ifa edə bilər. Mən muğam dəstgahını deyirəm. Dedim ki, mən onu necə ifa edim, bilmirəm axı. Bircə Qatar muğamını bilirəm. Canəli müəllim dedi ki, sən mütləq muğam dəstgahları ifa etməlisən, səndə çox gözəl alınar. Beləliklə mən muğam ifa etməyə başladım. İlk ifa etdiyim muğam da Rast oldu. Rast muğamını qadınlar arasında Həqiqət Rzayeva, daha sonra isə Sara Qədimova ifa etmişdi.  İnanın ki, bütün işimi gücü atıb ancaq muğam öyrənirdim. Rəhmətlik qaynatam Filologiya Elmləri doktoru, professor Nazim Axundov da, qaynanam da mənə qəzəllər seçməyə kömək edirdilər. Bir sözlə Rast muğamını öyrənməyə bir neçə ay vaxt sərf etdim. Bu ifam çox bəyənildi. Bundan sonra qəzetdə mənim haqqımda böyük bir yazı getdi. Böyük sənətkarımız Zeynəb Xanlarovanın dilindən mənim ünvanıma təriflər eşitmək böyük qürur idi. Burdan Zeynəb xanımı da salamlayıram, Allah ona uzun ömür versin. Bu sənətdə mənə ilk xeyir dua verən məhz Zeynəb xanım olub. Bu uğurlar əlbəttə ki, məni sevindirir, daha da həvəsləndirirdi. Bundan sonra Rübabə Muradovanın ifasında çox bəyəndiyim Humayun muğamını öyrənməyə başladım. Bu muğamı da öyrənməyə xeyli zaman sərf etdim. Bu muğamlar hər ikisi mənim ifamda Qızıl Fonda salınıb. Yavaş- yavaş Bayatı Qacar muğamını ifa etdim. Sonralar Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Dövlət Filarmoniyasında solo konsertlərim oldu. 

Bilirsiniz mənim səsim qaltanlı səs tonudur. Elə səslər var ki, onlar ancaq zil səslə oxuya bilir, bəm onlarda alınmır. Elə səslər də var ki, bəmdən oxuyur, zilə çıxa bilmir. Mənim səsim  isə hər üç tonda istər bəm, istər orta registrdə, istərsə də zil səsdə oxumaq üçün uyğundur. Mənim muğam müəllimim Canəli Əkbərov olub. Ancaq muğam elə bir janrdır ki, hər xanəndədən bir boğaz, bir avaz öyrənirsən. Elə olur ki, başqa bir müəllimin tələbəsi mənim dərsimdə oturur,  öyrənir. Biz özümüz də elə olmuşuq. Mən özüm də Asəf Zeynallıda dərs deyən Hacıbaba Hüseynovun, konservatoriyada dərs deyən Arif Babayevin  dərslərində çox oturmuşam. Bütün bu xanəndələr mənə qarşı heç vaxt laqeyd olmayıblar. Allah karifey sənətkarlarımıza uzun ömür versin. İndi də bir çətinliyə düşəndə, nəisə bilməyəndə onlardan soruşub öyrənirik. Muğam həqiqətən bir dəryadır, əgər bu dəryadan bir damcı öz qabına əlavə edə bilirsənsə demək ki, sən bu sənətdə nə isə etmisən. Elə olur ki, bir neçə il öncə ifa etdiyin muğamı illər sonra dinləyəndə başqa hisslər keçirir, onu sanki indi daha çox hiss edirsən. İllər öncə oxuduğum Rast muğamını indi dinləyəndə öz özlüyümdə deyirəm ki, burasın indi belə ifa edərdim, və ya başqa bir hissəsinə belə  düzəliş verərdim. İllər keçdikcə insanın hissləri, dünyaya baxışı da dəyişir. Dünən bir çəkilişdə olduq. Proqram 18 ci əsrin sonu 19 cu əsrin əvvəllərində Azərbaycanın şairə qadınlarına həsr olunmuşdur. Fatma xanım Kəminə, Heyran xanım, Xurşidbanu Natəvan ın həyatından, yaradıcılığından bəhs olunurdu. Fatma xanım Kəminənin eləcə də Heyran xanımın çox acınacaqlı həyat hekayələri olub. Hər ikisini də əsərlərində öz həyat acılarını hiss etmək olur. Bu xanımlar haqqında danışmaqda məqsədim odur ki, bu şairələrin əsərlərinə indi müraciət olunmur. Halbuki, işlənmiş qəzəllər üstündə muğamı ifa etməkdənsə belə gözəl qəzəllərimizdən istifadə etsək daha yaxşı olar. Mən özüm də hər zaman tələbələrimə işlənməyən, eşidilməyən qəzəllər üzərində muğamlar ifa etməyi məsləhət görürəm. 

Muğamı çox sevirəm, muğam mənim damarlarımda axan qanımdır. Gözəl musiqi janrı olduğu kimi, eyni zamanda  ağır, çətin bir sahədir. Hərdən deyirəm ki, muğamın bu ağırlığı üçün qadınların zərif çiyni çox balacadır. Ümumiyyətlə bu janr ağırlığı, samballığı sevir. Burda artıq hərəkətlərə, açı- saçıq geyimə, artıq əskik danışmağa yol vermək olmaz. Muğam ifa edən şəxs bu kriteriyalara da uymalıdır. Çünki muğam bizə dədə babalarımızdan miras olaraq ötürülüb, bizdən də gələcək nəsillərə ötürüləcək. Belə desək, muğam özü çəkili, ağır musiqidir. Muğamı zəmanəmizdə dirçəldən, ona yenidən nəfəs verən Birinci xanım Mehriban Əliyeva və Presidentimiz İlham Əliyev oldu. Burdan onların hər ikisinə təşəkkür edirəm. 

-Bir az sizdən danışaq . Ailədə ərköyün uşaq olmusuz...

- Düzünü deyim nənə-baba uşağı olmuşam. Onlar məni daha çox ərköyün ediblər. Ata anama qalsaydı onlar çox qadağalar qoyublar. Atam xaraktercə sakit insan olsa da anam çox sərt qadın idi. Ailədə yeddi bacı olmuşuq, bacılarımdan biri rəhmətə gedib. Qardaşımız olmadığı üçün məni də ailədə oğlan kimi böyüdüblər. Atam hər birimiz çox sevib, heç vaxt aramızda fərq qoymayıb. Ümumilikdə çox mehriban ailəmiz olub. 

-İndi də nazınız çəkilir?

- Yoldaşım hər zaman mənim nazımı çəkib. Sənətdə uğurlar əldə etməyimdə ilk dəstəyim həyat yoldaşım olub. Ailəli qadının işində, sənətində uğur əldə etməsi üçün ilk öncə ona ailəsi tərəfindən, həyat yoldaşı tərəfindən dəstək lazımdır. 

-Çox vaxt şən olursuz ...

 - Mən pozitiv insanam. Ancaq hər zaman da şən olmaq olmur. Bəzən elə olur ki, tək qalmaq istəyirəm. (Allah heç kimi tək etməsin). Bu zaman hər hansı bir qəzəl oxuyuram, ya da özüm üçün muğam ifa edirəm, öz dünyamda oluram, uzaq keçmişə, xatirələrə dalıram. Ancaq yanımda insanlar, dostlarım, tanışlarım və ya ailə üzvlərim olanda şən oluram. Ancaq onu da qeyd edim ki, hər insanla da deyib -gülmək olmur. Elə sənət dostlarım var ki, onlarla ailəvi gediş - gəlişimiz var. Bu insanlarla çox yaxınam, onlarla saatlarla deyirik, gülürük.

Ümumiyyətlə kimləsə pis münasibətim yoxdur. Sadəcə xoşum gəlməyən insanları özümə çox yaxın buraxmıram. Münasibətimiz salam və sağ oldan ibarət olur. Heç kimə qarşı kinim yoxdur. Çox şükr edən insanam. Allah mənə nə lazımdırsa verib. Gözəl sənətim, ailəm, özümə məxsus evim, evimin ağsaqqalı var. Bundan artıq insan Allahdan nə istəyə bilər ki. Allahdan ancaq verdiklərini almamağı xahiş edirəm, dualarım bundan ibarətdir. Bundan əlavə insanın canı sağlam olsun. İnsanın canı sağlam olanda o işləməyə də həvəsli olur. Mən özüm payız fəslini çox sevirəm. Demək olar ki, payızın dəlisiyəm. Payız olanda mənə dəli kimi işləmək, fəaliyyət göstərmək həvəsi gəlir. 

-Xanəndəliklə yanaşı pedoqoji fəaliyyətlə də məşğulsunuz. Hansı sizə daha çətindir?

- Mənim üçün pedooqoq da, xanəndəlik də eyni dərəcədədir. Mən özüm indi gənclərə muğamı öyrədəndə nələrisə yada salıram, nəsə yenidən kəşf edirəm, üzə çıxarıram. Pedogikanı çox sevirəm, düzdür çox yoruluram, eyni zamanda zövq alıram. Yorulmağıma baxmayaraq fəaliyyəti sevən insanam. Sevərək gənclərimizə muğamın sirlərini öyrədirəm. Xarici ölkələrdə qastrol səfərlərində, çəkilişlərdə oluram. Bugün muğamı dünya səviyyəsinə qaldırdığına görə, gənc xanəndələrimiz , eləcə də bizim üçün yaratdığı gözəl şəraitə görə UNESCO və İSESKO- nun xoşməramlı səfiri, birinci xanım Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Presidentimiz İlham Əliyevə Allahdan can sağlığı diləyirəm. Tanrı onları qorusun, hifz etsin. 

Lalə Novruzlu

TEDxUNEC konfransı: “Azərbaycan. Lider. Tərəqqi”
"Jurnalistlərin gedib-gəlmək təklifi “xalqların sülhə razı salınması” çağırışı kimi tezliklə unudulacaq"
Baş redaktorlardan Allahşükür Paşazadə haqqındakı prezident sərəncamına ŞƏRH
İcra başçısının Şəmkirdəki nəhəng biznesi-qızıl balıq, maral və taxıl... -FOTOLAR
14 ildir bu at hər gün şəhərdə tək gəzir - FOTOLAR
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Mədəniyyət
“Planet Parni iz Baku” KVN teatrının konserti bizim üçün əsl istirahət oldu”
Cəmiyyət
Müsəlman dükan sahibi  satıcının 400 minlik kəsirini bağışladı- İbrətamiz…
Cəmiyyət
“İfaçıların səhhətinin üstündə əsirik ki, bu cür problemlər yaşanmasın...”
Mədəniyyət
“Biz onun timsalında əsl vətənpərvəri itirmişik”
Cəmiyyət
“Əleyhimizə səsləndirilən fikirlərin hamısı cəfəngiyyatdır, həmin adamların cavabını verəcəm”
Həftənin ən çox oxunanları
Ukraynanın yeni birinci xanımı: Yelena Zelenskaya kimdir? (FOTOLAR)
“Qarabağ Ermənistanla birləşməlidir” – Prezidentliyə namizəddən sərsəm bəyanat
Ermənilər Aprel savaşı haqda cizgi filmi də çəkdi...-FOTO+VİDEO
"İran fəlakət qarşısında- Azərbaycana da böyük təhlükə var..."
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Həyəcan təbili...
Kəndin imamı evə ikinci arvad gətirdi, mərəkə qopdu - Davanın GÖRÜNTÜLƏRİ - VİDEO
Direktorun təcavüz etdiyi tələbə yandırıldı - DƏHŞƏT...
“A.Mamikonyan və qrupu 1997-ci ildə Xətai metrosu yaxınlığında  yaşayıb və...” 
""Space"in rəhbəri heç olmazsa öz kanalına baxırmı, bu, söyüşdən də pisdir" - QALMAQAL
"Bu millət erməniyə necə qalib gələ bilər?" - Millət vəkilindən həyəcan təbili...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]