Xəbər lenti
20/11/2018 [23:54]:
Nişanlısı Hiltondan 2 milyonluq üzüyünü geri istəyir
20/11/2018 [23:48]:
“Qaşıqçı cinayətindən şahzadənin məlumatı ola bilər” - Tramp
20/11/2018 [23:33]:
Aktyorun döydüyü direktorla bağlı rəsmi - Açıqlama
20/11/2018 [23:31]:
"Onun şərab, içki düşkünü olduğuna inanmıram, bunu deyənlərin xüsusi məqsədləri var"
20/11/2018 [23:22]:
Gürcüstan Saakaşvilinin və müxalifətin dəstəklədiyi Grigol Vaşadzeyə səs verəcək!
20/11/2018 [23:16]:
"Onda belə çıxır ki, “Rembo” rolunu oynayan Silvestr Stallone gərək qabağına çıxanı döyə?"
20/11/2018 [23:11]:
“Rəhmətlik Tofiq İsmayılov Tamerlan Qarayevə dedi ki, sən bizimlə gəlmə...”
20/11/2018 [22:43]:
İsrailin daxili işlər nazirinə şok iddia irəli sürüldü –Maliyyə fırıldağında ittiham olunur
20/11/2018 [22:29]:
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi –6 fiziki və 3 hüquqi şəxs "radar"a düşdü
20/11/2018 [22:26]:
"Məni ağlatmaq kişiləri xoşbəxt edir..."
20/11/2018 [22:10]:
Hədiyyəsinə sevinən uşağın duyğulu anları... VİDEO
20/11/2018 [21:52]:
Çiynində tülkü qatara mindi... VİDEO
20/11/2018 [21:44]:
Ermənilər Avropada 1 milyon avrodan çox pul diləndi - Ən çox Fransadan toplanıb...
20/11/2018 [21:38]:
Afrikalı ovçunun yaydığı görüntülər ölkəni ayağa qaldırdı - FOTOLAR
20/11/2018 [21:24]:
Prezidentin yeni vəzifə verdiyi rəis kimdir?
20/11/2018 [21:23]:
Gursaçlı yapon Canko FOTO
20/11/2018 [21:22]:
Fətəlibəyli Düdənginski nə məqsədlə qətlə yetirildi?
20/11/2018 [21:11]:
Tanınmış aktyor məktəb direktorunu döyüb - Vəziyyəti ağırdır
20/11/2018 [21:10]:
Dünyanın ən kiçik dinozavrının ayaq izləri tapıldı - MARAQLI
20/11/2018 [21:06]:
Qarışqalar yemlərini qurutdu VİDEO
20/11/2018 [21:01]:
Donmuş gölə girən qadın həyatının şokunu yaşadı - VİDEO
20/11/2018 [20:36]:
Mətbəx robotunda tapılan insan dişi qorxunc cinayəti ortaya çıxardı - DƏHŞƏT...
20/11/2018 [20:35]:
Pənah Süleymanov vəzifəsindən azad edildi - Prezidentdən yeni təyinat
20/11/2018 [20:08]:
"Azərbaycanda yaşanan İslamın Hz. Məhəmmədin təbliğ etdiyi İslamla bir əlaqəsi yoxdur"
20/11/2018 [20:00]:
“Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda tədbir keçirildi
20/11/2018 [19:51]:
“Bu layihə Mehriban Əliyevanın təşəbbüsüdür” -Sahil Babayev
20/11/2018 [19:47]:
“İndi də müəllimlərimi görəndə özümü itirirəm” – Novruz Novruzlunun məktəb acıları
20/11/2018 [19:42]:
Bu il narkotiklərlə əlaqədar 28 cinayətkar qrup zərərsizləşdirildi
20/11/2018 [19:23]:
"Banklara borcum olmasa da evimizin qabağındakı dükana 300 manat borcum var..."
20/11/2018 [19:16]:
Türkiyə həbsxanalarında neçə azərbaycanlı məhbus var? - RƏSMİ
20/11/2018 [19:07]:
“Sabiq məmurlara məxsus mülklərin kiminsə istəyi ilə müsadirəsi mümkün deyil”
20/11/2018 [18:59]:
Bu cəriməmərin məbləği 2 dəfə artırılır - DİQQƏT
20/11/2018 [18:52]:
Bakıda Suriya türkmənlərinə həsr olunmuş tədbir keçirildi -FOTOLAR
20/11/2018 [18:46]:
“Bloomberg”: "Dünyada neftin qiymətlərinə üç nəfər nəzarət edir..."
20/11/2018 [18:44]:
“Facebook” və “Instagram”da problemlər yaranıb
20/11/2018 [18:40]:
Bu da nazirliyin yeni loqosu - Saytın adı da dəyişdi
20/11/2018 [18:30]:
Bakıda və Abşeronda avtomobillərdən oğurluq edən şəxslər yaxalandı
20/11/2018 [18:22]:
“Türkiyəni necə məcbur edəcəyimizə qərar verəcəyik” – Karapetyandan gülünc bəyanat
20/11/2018 [18:15]:
Havanı çirkləndirən müəssisəyə 12500 manatlıq İDDİA
20/11/2018 [18:13]:
“Azərbaycan Cumhuriyyətinin 100-cü ilində Hüseyin Cavid” adlı proqram düzənləndi
20/11/2018 [18:12]:
Abel Məhərrəmovun milyonluq mülklərinin – Siyahısı
20/11/2018 [18:08]:
“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir
20/11/2018 [18:07]:
31 DOST mərkəzi yaradılacaq -SƏRƏNCAM
20/11/2018 [18:06]:
Nazir: “Onların pensiyası 35 faiz artacaq”
20/11/2018 [18:02]:
Rövşən Rzayev məcburi köçkünləri dinlədi
20/11/2018 [17:51]:
Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşdü
20/11/2018 [17:49]:
“İnsanlar hər gün İlham Əliyevlə söhbət etdiyimizi düşünürlər…” –Paşinyandan yeni bəyanat “İnsanlar hər gün İlham Əliyevlə söhbət etdiyimizi düşünürlər…” –Paşinyandan yeni bəyanat
20/11/2018 [17:41]:
Jek müdiri azadlığa buraxıldı - Binəqədidəki yanğında həbs edilmişdi
20/11/2018 [17:40]:
Dünya çempionu: "Ən böyük arzum Düdənginskinin nəşini Azərbaycana gətirməkdir"
20/11/2018 [17:37]:
Manat və dolların sabahkı məzənnəsi
20/11/2018 [17:31]:
“20 Noyabrdan sonra qəti bildim ki, mənim başım üzərinə kim balta qaldırıbsa…”
20/11/2018 [17:24]:
Təranə Səmədovaya ağır cəza istənilir - MƏHKƏMƏ
20/11/2018 [17:15]:
“Kanalizasiya xətlərinə atılan heyvan leşləri ilə bağlı illər boyu şikayətlər olur”
20/11/2018 [17:09]:
Rusiya daxili işlər nazirliyi bəyanat yaydı
20/11/2018 [16:50]:
Unikal memarlıq abidəsi aşkarlandı VİDEOREPORTAJ
20/11/2018 [16:36]:
Sabah bəzi ərazilərdə işıq olmayacaq
20/11/2018 [16:31]:
Prezident İlham Əliyev sərəncam imzalayıb - SİYAHI
20/11/2018 [16:15]:
Erməni millət vəkili Türkiyəni Van hava limanı məsələsində İrəvanla əməkdaşlığa səslədi
20/11/2018 [16:12]:
ADU-da “Kamança” pyesi səhnələşdirildi -FOTOLAR
20/11/2018 [16:10]:
Ayaqqabısında narkotik vasitə gizlətdi
20/11/2018 [16:07]:
“Absheron Hotel Group” turizm sahəsi üzrə əməkdaşlığa başlayır -FOTOLAR
20/11/2018 [15:57]:
"Məktəblərdə dini dərslər keçirilməsə İŞİD-ə qoşulanlar çox olacaq"
20/11/2018 [15:49]:
“Belarusdan hava hücumundan müdafiə sistemlərinin alınması daha aktualdır”
20/11/2018 [15:46]:
Müəllim və şagirdlər arasında kütləvi zəhərlənmə olub
20/11/2018 [15:32]:
Boş giliz və güllə aşkarlandı...
20/11/2018 [15:32]:
Novruz Novruzlunun vəfatı hər kəsi sarsıtdı - VİDEO
20/11/2018 [15:30]:
Avtomobil nəqliyyatı veteranından Ramin Quluzadəyə MÜRACİƏT...
20/11/2018 [15:06]:
İstanbulda təhlükəsizlik məsələləri ilə bağlı beynəlxalq sammit keçirilir - FOTO
20/11/2018 [15:03]:
190 nömrəli marşrut xəttinin fəaliyyəti dayandırılır
20/11/2018 [15:03]:
İngilis dilinin tədrisində peşəkar səviyyəli müəllim amili başlıca şərtdir
20/11/2018 [14:49]:
MTRŞ telekanal rəhbərlərinə xəbərdarlıq etdi
20/11/2018 [14:43]:
Paşinyan maaş və pensiyaların artırılmasına gəlincə, susur
20/11/2018 [14:29]:
Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi yad olunacaq
20/11/2018 [14:28]:
Aşıqlar Birliyinin sədrindən haqlı məzəmmət: “Televiziyalar səviyyəsiz aşıq müsabiqələri təşkil edib...”
20/11/2018 [14:19]:
Azərbaycanda 97 nəfər dərmandan zəhərləndi - SƏBƏB
20/11/2018 [14:13]:
Bakıda dəhşətli qəza - Sürücünün parçalanmış görüntüləri yayıldı - VİDEO (+18)
20/11/2018 [14:08]:
“İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" Şirvanda...
20/11/2018 [14:05]:
Türkiyədə TürkPA-nın iclası keçirilir
20/11/2018 [14:04]:
Nəcməddin Sadıkov ordu generalı ilə müzakirə apardı
20/11/2018 [14:00]:
Ötən gün Azərbaycan yollarında 5 piyada öldü
Bütün arxiv bir sırada
16/10/2018 [15:15] - Cəmiyyət - ( 947 dəfə baxılıb)

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ



Seyid Əzim Şirvaninin dünyagörüşündə sufiliyə, sufizmə meylililk də çox hiss olunur. Xüsusilə də, o, riyakar zahidlərə, ruhanilərə nisbətdə özünü bir sufi kimi görür. Yəni onun dindarlığı, möminliyi bir sufi möminliyidir. Məsələn, o, orucluğu bir zahid kimi deyil, bir mömin sufi kimi dərk edir:

Bir ay rəmazan oruc tutub hər axşam,
İftarımı eylədim şərabi-gülfam,
İndi nədir, ey şeyx, şəriət hökmü,
Kəffarə verim, oruc tutum, ya itam? 

Eyni zamanda, o, ramazanın sufilik anlamda mahiyyətini ortaya qoyan bir şeirində yazırdı ki, fani dünyada əsas məqsəd insanla Allah arasına sədd çəkməməkdir. Məhz ramazan ayında riya əhlinin bütün cəhdlərinə baxmayaraq, Allahla insan arasında səmimi bir əlaqənin, ilahi bir sevginin yaranması mümkün olur. O yazır:

Ey saqiyi-gülçöhrə, mahi-rəməzan oldu,
Gülzari-rüxi-dilbər zəf ilə xəzan oldu.

Dildar tutub ruzə, zəf oldu ona qalib,
San yengi çıxan aydır, çərx üzrə əyan oldu.

Qaçmış o güli-alın ləli-ləbinin qanı,
Bağrım tutulub qəmdən, qönçə kimi qan oldu.

Aşüftə olub kakil əbruyi-kəcin tutdu,
Mah idi bu eyd üçün əbr içrə nihan oldu. 

Açıldı dəri-məscid, cəm oldu riya əhli,
Bağlandı səri-mina, qəmdən xəfəqan oldu.

Niyyət gecəsi verdim iymanı, şərab aldım,
Sud oldu bu sövdadə, zahid, nə ziyan oldu?

Ta hübbi-Əlidən mey Seyyid kimi nuş etdim,
Sərməstligim, saqi, məşhuri-cahan oldu.

Seyid Əzim hesab edirdi ki, Allahla insan arasında sədd çəkən İslam dini adı altında çıxış edən riyakar ruhanilərdir. Bu anlamda şair İslam dininin günü-gündən «naxoş»lamasının başlıca səbəbkarı kimi hər hansı məzhəbə qulluq etməsinə baxmayaraq, onun adından çıxış edən bütün riyakar ruhaniləri, zahidləri, mollaları göstərmişdir. S.Əzimin fikrincə, onların riykarlığı nəticəsində mömin müsəlmanlar məscidlərdən üz çevrir, onların övladaları tərəqqidən geri qalır, dini ayin və mərasimlərin mahiyyəti dəyişdirilir, məzhəblərarası təfriqələr daha da vüsət alır və nəticədə «islam milləti» naxoşlayır. 
Bizə elə gəlir ki, Seyid Əzim məhz bütün bunlara son qoymaq, yəni naxoş «islam milləti»ni sağaltmaq üçün Bakıxanovun yolunun davamçısı kimi, ilk növbədə şeirlərində riyakar zahidlərin iç üzlərini ifşa etməklə yanaşı, Allahla insanı bütünləşdirən bir fəlsəfəni iərli sürürdü:

Ey könül, məscid yolunu tərk et, rəhi-meyxanə tut.
Ğuğma əldə zahidin təsbihini, peymanə tut.

Zahidü məscid təmənnasın çox etmə, ey könül,
Zahidi bir cüğd bil, həm məscidi viranə tut. 

Ona görə, zahid bir tərəfdən dini moizələr oxuyub avam müsəlmanları cənnətlə şirinkləşdirib cəhənnəmlə isə qorxutduğu halda, o biri tərəfdən özü bu dünyada “cənnət” içində yaşayır, üstəlik o biri dünyada da cənnətə gözünü dikib. Halbuki əsil mömin müsəlman üçün Allaha qovuşmaqdan, Onunla bütünləşməkdən böyük bir xoşbəxtlik ola bilməz. O yazır:

Zahida, ol sənəmin zülfi-çəlipasına bax,
Aç bəsirət gözüvi, nərgisi-şəhlasına bax.

Ayeyi-xəmr oxuyur, nəfini inkar qılır,
Tutduğu felini gör, verdigi mənasına bax.

Cənnətə getdi və ya düzəxə mürdə, nə qəmin,
İrsinə dik gözüvü, külçəvü həlvasına bax.

İstəyir cənnəti zahid bu qədər hiylə ilə,
Əbləhin fikrini gör, dildə təmənnasına bax.

Eyni zamanda, o, deyirdi ki, zahiddə hünərin olmadığını da, ilahi məhəbbətdən uzaq  olduğunu da, hətta insanlıqla üst-üstə düşməyən əməllərini də yaxşı bilir. İlahi məhəbbətə doğru yürümək üçün gərək insanda o, məhəbbətin bir zərrəsi olsun. O yazır: 

Ey zahidi-xudbin, bilirəm kim, hünərin yox.
Meydani-məhəbbət tərəfə bir güzərin yox.

Mehrabdə əgləş ki, cigərdar degilsin,
Bu nari-qəmə yanmağa əsla cigərin yox.

Ta müxbiri-eşq oldu könül, bixəbərəm mən,
Zahid, xəbərim yox, bu xəbərdən xəbərin yox.

Sən eylə pəri, hur xəyalilə ibadət,
Bəzmində ələnnəqd büti-simbərin yox.

Ey zahidi-xüşk, eyləmə üşaqqə təfaxür,
Ahi-səhərin, suzi dilin, çeşmi-tərin yox). 

Şair onu da yazırdı ki, artıq zahid sözü ilə hər hansı savaba meyil göstərməyin özü də belə doğru hesab edilmir. Çünki zahidin savab dediyinin özündə də, bir riyakarlıq vardır. Bu anlamda zahid kimi aşkarda müsəlman olub, əslində gizlində isə dinini şeytana verməkdənsə, Şeyx Sənan tək açıq-aşkar bir kafir qızına meyil edib ona görə din dəyişdirmək daha məqbuldur. O yazır: 

Zahida, dinivü sən verdin əbəs şeytanə,
Şeyx Sənan verib öz dilbəri-tərsası üçün.

Ümumiyyətlə, Şirvaninin nəzərində zahidlər, riiyakar din xadimləri İslam dininin ən böyük düşmənləridir. Çünki məhz onların şər əməlləri nəticəsində müsəlmanların çoxu məsciddən üz döndəriblər, xalq arasında molla və zahidin adları çəkiləndə ikrah hissi baş qaldırır. Artıq riyakarlıqla zahidlik sinonim kimi başa düşülür. Şirvani yazır: 

Riyanı tərk elədim, cam tutdum, ey zahid,
Mənim də el gözünə parsalığım var idi.

Ya da:

Gecə-gündüz ki, özü məsti-riyadır zahid,
Badədən bəs nə üçün mən qılır ovbaşi?

Kəbədə olsa da zahid ki, təvaf etməzdi,
Səngi-meyxanədən olsaydı gər bir daşi.

Gördüyümüz kimi, Şirvani açıq-aşkar şəkildə zahidləri din düşməni elan etmiş, özünü bir sufi kimi ortaya qoymuşdur. Onun nəzərində zahidlərin, vaizlərin bir qara qəpik dəyəri yox idi. Çünki “naxoş”layıb “xəstə” halına düşən İslam dininin bu vəziyyətində şeytanla əlbir olan zahidlərin payı çox böyük idi:

Vaiz eləyir mənfəəti-badəni inkar,
Meyxanələrə gör ki, nə əfzundu inadı.

Zahid işi zahirdə əbadır və duadır,
Məlun kişidir, hiyləvü təzvir nihadı. 

Ya da:

Girəm ki, dögər başını səccadəyə zahid,
Tərsadə olan məniyi-zünnarı bilirmi?. 

Ya da:

Gər oldu mənim canıma canan varis,
Zahid, ola iymanuva şeytan varis. 

S.Ə.Şirvaninin dünyagörüşü ilə bağlı təhlilimizi yekunlaşdıraraq hesab edirik ki, o, dini fəlsəfi təfəkkürlə yanaşı, xeyli dərəcədə dünyəvi fəlsəfi təfəkkürə meyil göstərmiş mütəfəkkir kimi Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixində özünəməxsus yer tuta bilmişdir. S.Ə.Şirvani köhnəlik və yenilik arasında çırpınan, millətinin nicatını yeniləşmiş dünyada nə qədər axtarsa da, şəriətin müsəlmanlar üçün vacibliyini və əhəmiyyətini vur¬ğu¬lamağı da unutmamışdır. Bütün hallarda Şirvani doğru müəyyənləşdirə bilmişdir ki, son əsrlərdə müsəl¬man xalqları riyakar ruhanilərin, mollaların əməlləri üzün¬dən Quranı, şəriəti və dini elmləri olduğu kimi öyrənə bil¬mə¬miş, eyni zamanda dünyəvi elmlərdən isə tamamilə uzaq qalmışlar. Bu baxımdan onun başlıca hədəflərindən biri o idi ki, Quranın həqiqi mahiyyətini vaxtında müsəlmanlara öyrətməyən din üləmalarının, dünyəvi elmlərin də öyrənilməsinə qənim kəsilməsinin qarşısı alınmalıdır. Çünki müsəlman¬ xalqları yalnız dini elmləri mənimsəməklə deyil, eyni zamanda dünyəvi elmləri öyrənməklə, yəni yeni tipli məktəblərdə təhsil almaq, qəzetlər oxumaq yolları ilə inkişaf edib başqa millətlərin səviyyəsinə çata bilərlər. 
Bu məqsədlə də o, Qərb mədəniyyətinin əldə etdiyi bir çox uğurların müsəlman dövlətlərində də tətbiq olunmasının mümkünlüyünü irəli sürmüşdür. O, Qərb mədəniyyətinə aid uğurların ən azından bir qisminin İslam dininə zidd olmadığını sübuta yetirmək üçün, bununla bağlı Quran ayələrindən nümunələr də vermişdir. Bununla da, o sübuta yetirməyə çalışmışdır ki, əslində həmin yeniliklərin çoxu Quranda da öz əksini tapmışdır. Sadəcə, riyakar ruhanilərlə despotik məmurlar Quranın yenilikçi ruhunu müsəlman xalqlardan gizli tutaraq, ona öz maraqlarına uyğun olaraq etdikləri əlavələrlə birlikdə sxolastik təfəkkürlə kifayətlənmişlər. Bu anlamda Şirvaninin dünyagörüşündə riyakar ruhanilərlə despotik məmurların tənqidi mühüm yeri tutur.

Bütün hallarda hesab edirik ki, Şirvani Əfqani, Zərdabi qədər olmasa da, ancaq İslam-Şərq-Türk mədəniyyəti ilə Qərb-Xristian mədəniyyətinin hansı anlamda uzlaşa biləcəyini qismən doğru müəyyənləşdirə bilmişdir. Xüsusilə, onun dünyagörüşündə islam fəlsəfəsi, türk fəlsəfəsi bir bütünlük təşkil etməsinə, eyni zamanda sxolastik fəlsəfi təfəkkürdən çox uzaq duraraq yenilkçi-insani-dünyəvi xarakter daşımasına qətiyyən şübhə etmirik. Məhz islam fəlsəfəsi və türk mədəniyyətinin dərkində əsasən rasional mövqe tutmasının nəticəsi idi ki, Şirvani də Qərb-Rus mədəniyyətinə olduqca həssas yanaşmışdır. Onun Qərb mədəniyyətindən əsasən əxz elədiyi məsələ, reallıqları görüb dəyərləndirmək bacarığı və Avropa texnologiyasından səmərəli istifadə etmək idi. Hər halda Şirvani türk mədəniyyətinə və islam fəlsəfəsinə dərindən bələd olan bir mütəfəkkirimiz kimi, Qərb mədəniyyətinə aid dəyərlərin hansı anlamda müsəlman türk xalqlarının həyatında müsbət ya da mənfi rol oynaya biləcəyini əsasən, doğru müəyyənləşdirə bilmişdir.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

"Onun şərab, içki düşkünü olduğuna inanmıram, bunu deyənlərin xüsusi məqsədləri var"
Afrikalı ovçunun yaydığı görüntülər ölkəni ayağa qaldırdı - FOTOLAR
Dünyanın ən kiçik dinozavrının ayaq izləri tapıldı - MARAQLI
Donmuş gölə girən qadın həyatının şokunu yaşadı - VİDEO
Mətbəx robotunda tapılan insan dişi qorxunc cinayəti ortaya çıxardı - DƏHŞƏT...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Rəhmətlik Tofiq İsmayılov Tamerlan Qarayevə dedi ki, sən bizimlə gəlmə...”
Hadisə
Fətəlibəyli Düdənginski nə məqsədlə qətlə yetirildi?
Siyasət
“Bloomberg”: "Dünyada neftin qiymətlərinə üç nəfər nəzarət edir..."
Cəmiyyət
Abel Məhərrəmovun milyonluq mülklərinin – Siyahısı
Cəmiyyət
"Məktəblərdə dini dərslər keçirilməsə İŞİD-ə qoşulanlar çox olacaq"
Həftənin ən çox oxunanları
Xəzər TV rektorun qovulmasının səbəbini açıqladı: Akademiki qara günlər gözləyir - VİDEO
“İsmət Qayıbov vertolyota minəndə Tamerlan Qarayev TƏKİDLƏ ONA DEYİB Kİ...”
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"
Bütün Rusiya AYAĞA QALXDI: Nurməhəmmədovdan İBRƏTAMİZ TƏKLİF...
"Abel Məhərrəmovdan sonra islahatçı rektor təyinatı BDU-nu daha tez böhrandan çıxara bilər"
"Başa düşə bilmirəm ki, hansı məntiqlə qadınları 65 yaşda pensiyaya çıxarırıq?"
Abel Məhərrəmovun rektorluq "kitabını bağlayan" SENSASİON SƏBƏB...
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
“Bizim sevgimiz də, nifrətimiz də, dostluğumuz da, düşmənliyimiz də kişi kimi olub”
Lüks hoteldə qeydə alınan görüntülər ölkəni ayağa qaldırdı - FOTO+VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə