Xəbər lenti
23/04/2019 [16:03]:
MTRŞ Real TV-yə yerüstü yayım üçün lisenziya verib
23/04/2019 [16:02]:
Müsəlman dükan sahibi  satıcının 400 minlik kəsirini bağışladı- İbrətamiz…
23/04/2019 [15:56]:
Bakıdakı şadlıq saraylarının bazarı öldü
23/04/2019 [15:53]:
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
23/04/2019 [15:47]:
Sərdar Cəlaloğlu: “Heç kəs müxalifətə rəhbərlik edə bilməz”
23/04/2019 [15:36]:
ADAU-nun rektoru İbrahim Cəfərov Bolqarıstanda səfərdədir
23/04/2019 [15:34]:
"Vətəndaşları narahat edən problemləri həll etməliyik" - İlham Əliyev
23/04/2019 [15:32]:
“İfaçıların səhhətinin üstündə əsirik ki, bu cür problemlər yaşanmasın...”
23/04/2019 [15:22]:
“Formula-1” yarışlarında işıq problemi olmayacaq
23/04/2019 [15:18]:
Ermənilər içməli sudan kütləvi zəhərləndi
23/04/2019 [15:14]:
Millət vəkili əhaliyə verilən təbii qaz limitinin artırılması təklifi ilə çıxış etdi
23/04/2019 [15:12]:
Niyaməddin Orduxanlı ARB TV-nin “Günə Baxış” verlişinin qonağı olub - VİDEO
23/04/2019 [15:01]:
İranın XİN-in başçısı ABŞ-a gedib
23/04/2019 [14:48]:
Rusiyada müflis vətəndaşların sayı 100 mini keçib
23/04/2019 [14:38]:
Fransalı deputat: "Sarı jiletlilər" Azərbaycandakına bənzər islahatlar tələb edirlər"
23/04/2019 [14:38]:
“O, bu gün adını daşıyan məktəbdə təhsil alıb, bir ata kimi mənim üçün ağrılıdır ki..."
23/04/2019 [14:35]:
Nəvələr babalarının kəsdiyi başlara görə təzminat tələb edir: Bütün tarixçilər şokda...
23/04/2019 [14:32]:
ADPU-da "Kitab bilik mənbəyidir" mövzusunda tədbir keçirilib
23/04/2019 [14:24]:
Bakıda məktəbdən 7500 manatlıq oğurluq edildi
23/04/2019 [14:20]:
Gömrükçülər narkotik vasitə aşkarlayıb
23/04/2019 [14:17]:
Nazirlikdən qar uçqununda həlak olan hərbçilərlə bağlı məlumat
23/04/2019 [14:10]:
“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı çəkilib - VİDEO
23/04/2019 [14:08]:
“Biz onun timsalında əsl vətənpərvəri itirmişik”
23/04/2019 [14:07]:
İlham Əliyev vətəndaşlarla görüşdü - FOTOLAR
23/04/2019 [13:56]:
Saakaşvili: "Eybi yox, bir az dözərəm"
23/04/2019 [13:52]:
Qənirə Paşayeva Əhməd bəy Ağaoğluna abidə qoymağa ÇAĞIRDI
23/04/2019 [13:52]:
Yük göndərmə qaydaları dəyişdirilir – Milli Məclis təsdiqlədi
23/04/2019 [13:48]:
Təhsil ekspertləri Ceyhun Bayramovun nazir işlədiyi 365 günə qiymət verdilər...
23/04/2019 [13:45]:
Prezident Mərdəkan-Qala yolunun açılışında oldu
23/04/2019 [13:38]:
Spiker: “Nə üçün müharibəyə çağırış etməliyik?!”
23/04/2019 [13:32]:
“Bizdə bu sahədə vəziyyət ağlamalıdır...”
23/04/2019 [13:30]:
Aqil Abbas İsmayıl Ömərovun müdafiəsinə qalxdı
23/04/2019 [13:24]:
Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırıldı
23/04/2019 [13:16]:
Bakıda 14 dərəcə isti olacaq
23/04/2019 [13:13]:
“ASAN xidmət”in 108 “Çağrı” mərkəzinə 3 milyonuncu zəng
23/04/2019 [13:09]:
Deputat azərbaycanlı jurnalistlərin Qarabağa getmək təkliflərini qınadı
23/04/2019 [13:07]:
Onlar İTV-nin Yayım Şurasına üzv seçildilər - ADLAR
23/04/2019 [13:06]:
Diaspor Gənclərinin II Yay düşərgəsində iştirak üçün 44 ölkədən 352 nəfər müraciət edib
23/04/2019 [13:05]:
"Bu təxribatçılar dərk etməlidir ki, Mübariz Mənsimov başqa bir ölkənin vətəndaşıdır"
23/04/2019 [13:00]:
Hitler həqiqətən Argentinaya qaçıb? – FTB açıqladı
23/04/2019 [12:56]:
Uçqunda itən hərbçilərimizdən birinin meyiti tapıldı
23/04/2019 [12:54]:
İsmayıllıda qadınları fahişəliyə cəlb edən sahibkar tutulub
23/04/2019 [12:50]:
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi
23/04/2019 [12:44]:
Tarixdə iz qoyan 11 dahinin əziyyət çəkdiyi nadir XƏSTƏLİKLƏR
23/04/2019 [12:42]:
Pensiya artımından kənarda qalanların problemi həll edildi
23/04/2019 [12:37]:
“Rusiya Cənubi Qafqazda möhkəmlənməyə çalışır” – Polad qanadların gətirdiyi mesaj...
23/04/2019 [12:36]:
Ümumdünya Kitab Günündə “Nar”dan kənd məktəbinə dəstək - FOTO
23/04/2019 [12:34]:
Millət vəkili BNA-nı quru yuyub yaş sərdi: "Hələ çəkilən ağ boyanın keyfiyyətini demirəm..."
23/04/2019 [12:32]:
Məmmədyarovun bacısı Dünya Kubokuna vəsiqə qazandı
23/04/2019 [12:24]:
Anar Məmmədxanovun anım günüdür
23/04/2019 [12:22]:
Rusiya Ermənistana yeni nəsil qırıcılar göndərir
23/04/2019 [12:20]:
BSU tələbələri Cocuq Mərcanlıda - FOTOLAR
23/04/2019 [12:17]:
Baş redaktorlardan Allahşükür Paşazadə haqqındakı prezident sərəncamına ŞƏRH
23/04/2019 [12:14]:
Generalın qalstukunda gizli kamera –Baş redaktoru necə “ilişdiriblər”…
23/04/2019 [12:09]:
"Tanınmış şəxsiyyətlərlə, dəyər daşıyıcılarıyla cəmiyyət arasında bu qədər sədd yaratmaq olmaz”
23/04/2019 [12:09]:
Bu rayonlar üzrə IX sinif şagirdlərinin buraxılış imtahanının nəticələri açıqlandı –Cavabları necə yoxlamaq olar?
23/04/2019 [12:03]:
Formula 1- ə gələnlərin sayı mitinqdəkilərdən 30 dəfə çoxdur” – Əli Həsənov
23/04/2019 [11:55]:
EQAC layihəsi çərçivəsində növbəti görüşdə ADPU-nun əməkdaşları fəal iştirak ediblər
23/04/2019 [11:47]:
Ramil Usubov yeni idarə rəisi təyin etdi
23/04/2019 [11:36]:
”Sevindirici haldır ki, iki ölkənin gəncliyi qarşılıqlı Vətən sevgisi ilə böyüyürlər”
23/04/2019 [11:31]:
“Formula-1”ə görə bağlanan ərazilərin sakinlərinə tibbi yardım göstərilməsi üçün briqadalar ayrılıb
23/04/2019 [11:29]:
ABŞ-da 1 milyard dollardan çox sərvətə sahib olan Azərbaycanlı kimdir? - MARAQLI
23/04/2019 [11:27]:
İcra başçısının Şəmkirdəki nəhəng biznesi-qızıl balıq, maral və taxıl... -FOTOLAR
23/04/2019 [11:27]:
“Əleyhimizə səsləndirilən fikirlərin hamısı cəfəngiyyatdır, həmin adamların cavabını verəcəm”
23/04/2019 [11:24]:
Bakı meriyası bağça müdirlərinə xəbərdarlıq etdi
23/04/2019 [11:21]:
Çingiz Qənizadə seçiciləri ilə daha bir görüş keçirtdi
23/04/2019 [11:06]:
Fəzail Ağamalı seçiciləri ilə görüşdü
23/04/2019 [11:05]:
FHN matros-xilasedici vəzifəsinə müsabiqə elan etdi
23/04/2019 [10:56]:
Məşhur ifaçı Kılıçdaroğlunu müdafiə etdi
23/04/2019 [10:48]:
Polislərlə hərbçilərə verilən kirayə pulu qaldırıldı
23/04/2019 [10:47]:
İndoneziyada 1500-dən çox məntəqədə təkrar seçkilər keçiriləcək
23/04/2019 [10:42]:
DİM-dən əvvəlki illərin məzunlarına müraciət
23/04/2019 [10:36]:
​Nazarbayev prezidentliyə Tokayevin namizədliyini təklif etdi
23/04/2019 [10:30]:
ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı iş adamı...- FOTOLAR
23/04/2019 [10:28]:
Ermənistan atəşkəsi 25 dəfə pozdu
23/04/2019 [10:20]:
“Mən balalarımı güclə saxlayıram, it saxlamaq hayında deyiləm” - İt dişləyən uşağın atasından etiraz
23/04/2019 [10:13]:
Bakı donur, Moskva isə istidən yanır
23/04/2019 [10:12]:
Ögey atasının soyadını daşıyan dünyanın ən varlı ADAMI
23/04/2019 [10:09]:
Milli Məclis bu gün 19 məsələni müzakirəyə çıxarır - SİYAHI
23/04/2019 [10:06]:
Milli Qəhrəman Samid İmanovun adı əbədiləşdirildi - QƏRAR
Bütün arxiv bir sırada
17/10/2018 [10:10] - Köşə - ( 4941 dəfə baxılıb)

Etimadımızı da itirdik... - Bu sima ilə Qarabağı necə azad edəcəyik?

Bu 24 ildə Allah önündə itirdiyimiz ETİMADIMIZI qaytarmasaq, heç vaxt torpaqlarımıza qayıda bilməyəcəyik...
Sultan Laçın

Daha bir qazimizi itirdik – Etimad Əsədovu... Bir ayağı torpaqda, bir ayağı burda olan Etimad  Əsədov artıq bütün canı ilə torpağa qovuşdu. Amma təəssüf ki, uğrunda yarımcan olduğu, canından artıq sevdiyi Qarabağ torpağına yox... 
***
Etimadımızı da itirdik... Fəqət, Etimad bəy sonacan özünü itirmədi,  ömrü boyu həm Qarabağ, həm də təkayaqlı, təkqollu qazilərin təqaüdünə, qanpuluna, evinə, maşınına da göz dikən cütayaqlı korrupsionerlər şəbəkəsi ilə vuruşdu. Allah, Haqq uğrunda savaşdı... 
Amma bizlər-   hər bir əzası yerində olanlar, cüt ayaq üstdə gəzənlər, uca salonlarda nitqlərini pafoslu ibarələrlə bəzəyənlər,  “İrəvanı, Zəngəzuru alacağıq” deyənlər,  “Qarabağda uçan, qaçan nə varsa, vuracağıq” deyə özlərini öyənlər, bir qarın çörəkdən, bir kreslodan,bir paqondan ötrü saxtakarlığa, korrupsiyaya, inhisarçılığa göz yumaraq əlinə keçəni “halal-haram” bilmədən basıb yeyənlər, qarnını doldurmaq üçün iki ayaq üstdə başını canlı və cansız bütlərə əyənlər ETİMADIMIZI  itirdik...
*** 
Son iki ayda  Azərbaycanda Etimad adlı ikinci tanınmış, özü də Allahsevər, haqsevər, İslamsevər, millətsevər, vətənpərvər kimi yaddaşlara həkk olunmuş  vətəndaşımızı itirdik... Bizim təsadüf adlandırdığımızlar Allah dərgahında təsadüf deyil. Bu dünyada görünən, yaşanan, baş verən hər şəy bir ibrətdir, bir dərsdir, bir işarətdir...
***
Doğrusunu  Yaradan özü bilər. Amma bəlkə də Allah-təala Etimad adlı tanınmışları cavan yaşlarında bizlərdən ayırmaqla demək istəyir ki, artıq siz ETİMADINIZI TAM İTİRDİNİZ... MƏNİM qarşımda, xalq qarşısında, Vətən qarşısında, dünya qarşısında... 
Rəbbimiz bizlərə sual edir: “Ey bəndələrim, insan da, müsəlman da, özünü azərbaycanlı, türk hesab edən də 24 il torpağının işğalına dözər? Hanı sizin cihadınız,  hanı sizin mübarizəniz?  Siz mübarizə aparırsız, yoxsa bu xalqla, MƏNİMLƏ oyun oynayırsız?.. BİZİ ələ salırsınız?..” 
*** 
Bizləri YARADAN  haqlı olaraq  sual edir: “Yaxşı deyək ki, 1994-cü ildə zəif idiniz, bacarmadınız, məcbur olub atəşkəsə razı oldunuz.  MƏNİM  sayəmdə  ölkədə zahiri sabitlik yarandı. Bununla sizlərə MÖHLƏT verdim ki, bəlkə ayılasınız. Neftinizi, qazınızı  24 ildir ki, xımır-xımır xaricə satıb milyardlarla dollarlar, avrolar qazanmağınıza şərait yaratdım... Dediyinizə görə, iqtisadiyyatınızı, ordunuzu gücləndirdiniz və regiinda ən güclü dövlətlərdən birinə çevrildiniz. Bu minvalla 5 il keçdi, 10 il keçdi, 15 il keçdi, xaricə neft-qaz, Bakıya milyardlar axdı. Bəs niyə bütövlüklə səfərbər olub, Vətən müharibəsinə qalxıb torpaqlarınızı azad etmədiniz? Niyə?!..”
*** 
Allah-Təala bizlərə suallarını davam etdirir:”Deyirsiz ki, biz çalışırıq sülh yoluyla həll edək məsələni, xalq yenidən qırğına məruz qalmasın, analar-bacılar ağlar qalmasın. “Dünyada erməni lobbisi də çox güclüdür, onlar iki  əsrdir ki, planlı şəkildə torpaqlarımızı işğal etmək üçün iş görürlər, əksəri xtistian olan super, güclü dövlətlər üzdə, sözdə bizi, əməldə  onları dəstəkləyir. Bizə birbaşa, dolayısıyla güclü təzyiqər var. Ona görə ehtiyat edirik. Savaşa başlasaq, yenidən torpaq itirə bilərik...” 
“Yaxşı, bununla da razılaşdıq. Deyirsiz ermənilər iki əsrdir planlı iş görür. Bəs  sizin planlı, sistematik, adekvat işiniz, mübarizəniz hanı? Hanı daxildəki  kütləvi və güclü vətənpərvərlik tərbiyəsi, uşaqların, gənclərin, kişilərin savaşa hazırlığı?  Belə mübarizə yoxdur. Əvəzində torpağının dörddə biri  işğal altında olan bir ölkədə  eyş-işrət, çal-çağır, kütləvi şərabxorluq, əxlaqsızlıq, zinakarlıq, fahişəlik, ləvatlıq görürük. Bunu bağışlamaq olarmı?.. Bunları da super güclər, Rusiya, ABŞ, Britaniya, Fransa məcbur edir?..
*** 
Telekanallarınız, radiolarınız, saytlarınız xalqa, uşaqlara, gənclərə Allahsevərliyi,  vətənpərvəriyi, halallığı, dürüstlüyü təbliğ etmək əvəzinə, açıq-açığına  bayağılığı, bambılılığı, dələduzluğu, əxlaqsızlığı, fahişəliyi, “mavi”liyi təlqin edir. Harda bir əxlaqsız, fahişə, “mavi” varsa, teleekranlardan əxlaq, mənəviyyat, ailə dərsi keçir xalqa. Belələrinə  “əməkdar”, “xalq artisti” adları verirsiz.  Kişilərə avtomat, snayper silahdan atəş açmaq, onları söküb-yığmağı öyrətmək yerinə yemək bişirməyi, bambılı-bambılı geyinməyi, davranmağı, danışmağı örədirsiz. Buna da xarici güclər məcbur edir?..” 
 *** 
Düzdü, qazilərə, əlillərə, qaçqınlara az-çox qayğı göstərilir, ev, maşın  verilir. Amma bu 24 ildə neftdən-qazdan qazanılanlar müqabilində bunlar dəryada damladır. Villalara, otellərə, restoranlara, şadlıq saraylarına, lüzumsuz zahiri bəzək-düzəyə xərclənən pullar, korrupsioner məmurların, tikintilərdən, yollardan, dəmirdən, asfaltdan xımır-xımır sümürüb yedikləri qaziyə, əlilə, qaçqına, təqaüdçüyə xərclənən pullardan on dəfələrlə çoxdur. Bundan əlavə,  icra başçılarının, polisin, məhkəmələrin sadə xalqa, veterana, Qarabağ əlilinə, qaçqına, yoxsula qarşı haqsızlıq faktları yetərincədir. Vətəndaşlar doğum evindən, uşaq bağçasından, məktəbdən, xəstəxanadan tutmuş akademiyalara, nazirliklərədək rüşvətlə, süründürməçiliklə üz-üzədir... Bunları gizlətməyin yeri yoxdur artıq. MƏN  hər şeyi yaxşı görürəm... 
***
Ölkədə dələduzluq baş alıb gedir... Kartof satandan, müəllimdən, həkimdən tutmuş müdirə, rəisə, başçıya, nazirədək əkəsriyyət biri-birini aldatmaqla dolanmağa, “irəli getməyə” çalışır... Yoxsa bunlara da ABŞ, Rusiya, AŞ-filan  məcbur edir sizləri? Bəs  hanı sizin iradəniz, vicdanınız, mənliyiniz, kişiliyiniz? Hanı sizin Mənə, Qurana, Peyğəmbərə(s) imanınız, inamınız?..
***
“Bütün bunları görən, yaşayan vicdanlı insanlar da dözmür intihara əl atır. İntiharlar da baş alıb gedir. Axı bütün bunların qarşısını almaq, mənfi halların qarşısını azaltmaq üçün and içdiyiniz Quran, qəbul etdiyiniz qanunlar, fərmanlar var. Niyə hərəkətə keçmirsiz? Niyə mübarizə aparmırsız?..
   *** 
Xülasə, suallar hədsiz dərəcədə çoxdur. Və bunlara BİZİ  qane edən cavablar verə bilmirsiniz? Deməli, ETİMADINIZI tam iirmisiniz? Nə qədər ki, BİZdən üz döndərmisiz, cavab verə bilməyəcəksiniz heç zaman? Beləcə günahlar içində bu dünyadan köçüb HÜZURUMA dönəcəksiniz. O gün –QİYAMƏT GÜNÜ isə verilən suallar o qədər çox olacaq ki, sonunda CƏHƏNNƏM oduyla əriyəcəksiz. Onda bu dünyada milyardlar toplayıb xərcləyənləriniz də canını qurtara bilməyəcək...
***
Odur  ki, nə qədər, gec deyil, üzünüzü BİZƏ tərəf döndərin, bizdən əfv, imdad diləyin, MƏNİM YOLUMLA deyil, İBLİSİN yoluyla  gedən Amerikadan, Rusiyadan, Fransadan, Vatikandan, İsraildən yox...  Əfv diləyin ki, ETİMADINIZI qaytarım. Yalnız o halda QARABAĞINIZI DA AZAD EDİB qaytara biləcəksiz. Yoxsa bu etimadsız, etibarsız, allahsız, haram sima ilə heç Qarabağ torpağı da sizləri qəbul etməyəcək. Zinakar, şərabxor, sələmçi. yalançı düşmənlərinzlə  “müsəlman”, “türk” adlanan  sizlərə fərq olmalıdır ya yox?..”
*** 
 Kimlərsə, o cümlədən belə yazılar, suallar sərf etməyən, planlarına əngəl olan korrupsioner oliqarxlar bəndəniz kimiləri çarmıxa çəkdirib sual edə bilərlər ki, ə, sən kimsən, Allahın adından danışırsan. Onlara cavab verərəm ki, əstəğfürullah, biz Allah adından danışmırıq, biz bir müsəlman olaraq oxuduğumuz Quran, hədis, qıldığımız namaz, tutduğumuz orucun məntiqi ilə, ab-havasıyla, torpağımıza, xalqımıza dövlətimizə olan sevgi ilə qəlbimizdə qaynayan suallara cavab axtarırıq. Əgər siz də iman gətirsəniz, Allaha, Qurana baş əysəniz, xalqı, torpağı, dövləti sevsəniz, eyni suallar sizi də  belə incidər, qovruldar... 
Və əgər bu sualları yazmaqla günah etmişəmsə, qoy Allah özü keçsn günahımdan!..
*** 
Nə yazıqlar ki, belə imansızların ucbatından Etimadlarımızı da. ETİMADIMIZI DA  itiririk...
Allah Onun önündə etimadını yetərincə doğrultmuş Etimad Əsədova və onun kimi  on minlərlərlə şəhidimizə, qazimizə, soydaşımıza rəhmət eləsin. Yaradan bizlərə də iman, qeyrət, təpər, ağıl, elm, helm versin ki, Onun önündə ETİMADIMIZI qaytaraq. Qaytaraq ki, tək-tək yox, beş-beş yox, on-on yox, yüz minlərlə milyonlarla birləşib Etimadların, Mübarizlərin, Raqufların və s. yolu ilə gedək ki, Qarabağımızı azad edək, qaytaraq!.. Əks halda hər şeyimizi itirə-itirə  Axirət günü Allah qarşısına üzüağ   çıxmaq şansını da itirəcəyik...

Sultan Laçın 

Baş redaktorlardan Allahşükür Paşazadə haqqındakı prezident sərəncamına ŞƏRH
İcra başçısının Şəmkirdəki nəhəng biznesi-qızıl balıq, maral və taxıl... -FOTOLAR
14 ildir bu at hər gün şəhərdə tək gəzir - FOTOLAR
Ağalar Vəliyev daha 30 seçicisini Məşhəd ziyarətinə göndərdi - FOTOLAR
İstanbul seçkisi yenidən sual altında - YSK hər an Türkiyəni şoka salan qərar verə bilər...
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Müsəlman dükan sahibi  satıcının 400 minlik kəsirini bağışladı- İbrətamiz…
Cəmiyyət
“İfaçıların səhhətinin üstündə əsirik ki, bu cür problemlər yaşanmasın...”
Mədəniyyət
“Biz onun timsalında əsl vətənpərvəri itirmişik”
Gündəm
“Rusiya Cənubi Qafqazda möhkəmlənməyə çalışır” – Polad qanadların gətirdiyi mesaj...
Cəmiyyət
“Əleyhimizə səsləndirilən fikirlərin hamısı cəfəngiyyatdır, həmin adamların cavabını verəcəm”
Həftənin ən çox oxunanları
Ukraynanın yeni birinci xanımı: Yelena Zelenskaya kimdir? (FOTOLAR)
Ermənilər Aprel savaşı haqda cizgi filmi də çəkdi...-FOTO+VİDEO
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Həyəcan təbili...
“Qarabağ Ermənistanla birləşməlidir” – Prezidentliyə namizəddən sərsəm bəyanat
Kəndin imamı evə ikinci arvad gətirdi, mərəkə qopdu - Davanın GÖRÜNTÜLƏRİ - VİDEO
Direktorun təcavüz etdiyi tələbə yandırıldı - DƏHŞƏT...
“A.Mamikonyan və qrupu 1997-ci ildə Xətai metrosu yaxınlığında  yaşayıb və...” 
""Space"in rəhbəri heç olmazsa öz kanalına baxırmı, bu, söyüşdən də pisdir" - QALMAQAL
"İran fəlakət qarşısında- Azərbaycana da böyük təhlükə var..."
"Bu millət erməniyə necə qalib gələ bilər?" - Millət vəkilindən həyəcan təbili...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]