Xəbər lenti
23/04/2019 [11:55]:
EQAC layihəsi çərçivəsində növbəti görüşdə ADPU-nun əməkdaşları fəal iştirak ediblər
23/04/2019 [11:47]:
Ramil Usubov yeni idarə rəisi təyin etdi
23/04/2019 [11:36]:
”Sevindirici haldır ki, iki ölkənin gəncliyi qarşılıqlı Vətən sevgisi ilə böyüyürlər”
23/04/2019 [11:31]:
“Formula-1”ə görə bağlanan ərazilərin sakinlərinə tibbi yardım göstərilməsi üçün briqadalar ayrılıb
23/04/2019 [11:29]:
ABŞ-da 1 milyard dollardan çox sərvətə sahib olan Azərbaycanlı kimdir? - MARAQLI
23/04/2019 [11:27]:
İcra başçısının Şəmkirdəki nəhəng biznesi-qızıl balıq, maral və taxıl... -FOTOLAR
23/04/2019 [11:27]:
“Əleyhimizə səsləndirilən fikirlərin hamısı cəfəngiyyatdır, həmin adamların cavabını verəcəm”
23/04/2019 [11:24]:
Bakı meriyası bağça müdirlərinə xəbərdarlıq etdi
23/04/2019 [11:21]:
Çingiz Qənizadə seçiciləri ilə daha bir görüş keçirtdi
23/04/2019 [11:06]:
Fəzail Ağamalı seçiciləri ilə görüşdü
23/04/2019 [11:05]:
FHN matros-xilasedici vəzifəsinə müsabiqə elan etdi
23/04/2019 [10:56]:
Məşhur ifaçı Kılıçdaroğlunu müdafiə etdi
23/04/2019 [10:48]:
Polislərlə hərbçilərə verilən kirayə pulu qaldırıldı
23/04/2019 [10:47]:
İndoneziyada 1500-dən çox məntəqədə təkrar seçkilər keçiriləcək
23/04/2019 [10:42]:
DİM-dən əvvəlki illərin məzunlarına müraciət
23/04/2019 [10:36]:
​Nazarbayev prezidentliyə Tokayevin namizədliyini təklif etdi
23/04/2019 [10:30]:
ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı iş adamı...- FOTOLAR
23/04/2019 [10:28]:
Ermənistan atəşkəsi 25 dəfə pozdu
23/04/2019 [10:20]:
“Mən balalarımı güclə saxlayıram, it saxlamaq hayında deyiləm” - İt dişləyən uşağın atasından etiraz
23/04/2019 [10:13]:
Bakı donur, Moskva isə istidən yanır
23/04/2019 [10:12]:
Ögey atasının soyadını daşıyan dünyanın ən varlı ADAMI
23/04/2019 [10:09]:
Milli Məclis bu gün 19 məsələni müzakirəyə çıxarır - SİYAHI
23/04/2019 [10:06]:
Milli Qəhrəman Samid İmanovun adı əbədiləşdirildi - QƏRAR
23/04/2019 [10:06]:
“Biz bu dövlətin Silahlı Qüvvələri ilə əməkdaşlığı maksimum inkişaf etdirməliyik”
23/04/2019 [10:02]:
“Kim ki, bu cür danışır, deməli təfəkkürü dayaz, siyasi səviyyəsi aşağıdır”
23/04/2019 [10:01]:
Xəzər rayonunda ev sahibi yanaraq kül olub
23/04/2019 [10:01]:
DİN və DMX-nın rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
23/04/2019 [07:23]:
"İran fəlakət qarşısında- Azərbaycana da böyük təhlükə var..."
23/04/2019 [06:36]:
"Nəfsindən uzaq ol ki, Allaha yaxın olasan..."
23/04/2019 [00:19]:
Filippində 6,3 bal gücündə zəlzələ baş verib, 8 nəfər ölüb
23/04/2019 [00:11]:
Putin və Kim Çen Inın görüş tarixi və yeri məlum olub
22/04/2019 [23:29]:
Şri-Lankadakı terror aktlarında 30 ölkənin vətəndaşı ölüb
22/04/2019 [23:26]:
Yevlaxda 14 yaşlı qız cücə dərmanı yeyərək ölüb
22/04/2019 [23:09]:
"Sahibsiz itlər fəaliyyətimə əngəllər yaradır" — "Çinə it əti sata bilərik"
22/04/2019 [22:54]:
Londonda "Vagina" muzeyi açmaq üçün pul yığılır - Sərmayə qoyan hər kəs...
22/04/2019 [22:33]:
Bu heyvanı görənlər heyrətə düşür - FOTO
22/04/2019 [22:18]:
Zelenskinin qələbəsi erməni rejissoru prezident olmağa həvəsləndirib
22/04/2019 [22:07]:
“Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb
22/04/2019 [21:57]:
Polşa prezidenti Zelenskini ölkəsinə dəvət etdi –Tərəflər telefonda danışıb
22/04/2019 [21:42]:
“BakuBus” avtobusu bir manevrlə bütün yolu iflic etdi – VİDEO
22/04/2019 [21:33]:
Azərbaycanda bu şəhərin 28 ildir İcra başçısı yoxdur
22/04/2019 [21:14]:
Səfər Mehdiyev İsrailin Azərbaycandakı səfiri ilə görüşdü
22/04/2019 [20:40]:
Gömrük Akademiyasında qurum əməkdaşları üçün təlimlərə start verildi - FOTOLAR
22/04/2019 [20:35]:
Putin Zelenskini təbrik etməyib - AÇIQLAMA
22/04/2019 [20:16]:
Maaşlarımızdan nə qədər pul tutulacaq? – YENİLİKLƏR
22/04/2019 [20:11]:
Ukraynanın yeni birinci xanımı: Yelena Zelenskaya kimdir? (FOTOLAR)
22/04/2019 [20:10]:
Rus şairi Azərbaycan şəhərində erməniləri başına yığdı...-FOTOLAR
22/04/2019 [19:48]:
Paşinyan: "Qarabağ məsələsini erməni xalqı həll etməlidir, mən yox"
22/04/2019 [19:46]:
“Sabah qərar çıxsa ki, Qarabağı verin, verəcəyik? Əlbəttə yox...”
22/04/2019 [19:37]:
BMT Azərbaycan hərbçilərinin sülh missiyalarında iştirakına görə təşəkkür edir
22/04/2019 [19:31]:
Ağalar Vəliyevin ölkə təhsilinə göstərdiyi dəstək əlahəzrət rəqəmlərin dili ilə...
22/04/2019 [19:29]:
Arvadını maşınla vurub, sonra intihara cəhd edən ər saxlanıldı
22/04/2019 [19:17]:
Bərdədə daha bir körpə ölümü
22/04/2019 [19:15]:
Gürcüstanda etirazlar: Xüsusi təyinatlıları daşqalaq etdilər - VİDEO
22/04/2019 [19:05]:
BDU-nun rektoruna 16 gün ərzində tələbələrdən 663 müraciət daxil olub
22/04/2019 [18:45]:
ABŞ-dan təqaüd təklifi alan gənc: -" Azərbaycanda əla qiymətlərlə oxuyurdum"
22/04/2019 [18:36]:
Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə təsirli tədbirlər görülür
22/04/2019 [18:34]:
Bakıda özünü beşinci mərtəbədən atan qız ağaca ilişib sağ qaldı
22/04/2019 [18:32]:
Azərbaycan Burundi qaçqınlarına yardım ayırıb
22/04/2019 [18:31]:
İlham Əliyev Zelenskini təbrik etdi
22/04/2019 [18:30]:
Şirkət sahibi səhmlərinin 10 faizini işçilərinə bağışladı - İBRƏTAMİZ...
22/04/2019 [18:27]:
Türkiyənin Sürixdəki baş konsulluğuna hücum: üç nəfər həbs edildi
22/04/2019 [18:18]:
Başı bəlalı Kılıçdaroğlu - O, ilk dəfə deyil döyülür
22/04/2019 [18:12]:
Rusiyada azərbaycanlı avtoritet öldürüldü
22/04/2019 [18:10]:
Koçaryanın işi ilə bağlı istintaq yekunlaşıb
22/04/2019 [18:03]:
Azərbaycan xəstəxanalarında niyə  namaz otaqları yoxdur?-Hacı Şahin cavablandırır...
22/04/2019 [17:54]:
Bakı Şəhər Baş Polis İdarəsi cinayətkarlığın statistikasını açıqladı
22/04/2019 [17:52]:
Eldar Əzizov sərəncam imzaladı - “Kiçik Dəniz” küçəsininə Süleyman Ələsgərovun adı verildi
22/04/2019 [17:26]:
Vladimir Zelenskinin andiçmə mərasimi nə vaxt keçiriləcək? –Vaxt açıqlandı
22/04/2019 [17:19]:
Nazirdən xalqa “danışın, mövqeyinizi bildirin” mesajı
22/04/2019 [17:18]:
14 ildir bu at hər gün şəhərdə tək gəzir - FOTOLAR
22/04/2019 [17:13]:
“Logix Academy”də təlim keçən tələbələrə seritikat verildi
22/04/2019 [17:11]:
Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinə yeni dekan təyin edildi
22/04/2019 [17:07]:
Ərdoğandan Kılıçdaroğlunun yumruqlanmasına münasibət -"Şiddəti əsla qəbul edə bilmərik"
22/04/2019 [17:04]:
Vergilər Nazirliyi rəqəmləri açıqladı - 1 milyarddan çox...
22/04/2019 [17:01]:
Ağalar Vəliyev daha 30 seçicisini Məşhəd ziyarətinə göndərdi - FOTOLAR
22/04/2019 [17:00]:
Prokuror: "Fədayə Laçına ədalətli hökm verilib"
22/04/2019 [16:42]:
Prezident yol tikintisinə 6,8 milyon manat ayırdı
22/04/2019 [16:39]:
İran nefti bütün dünyada qadağan olunacaq
22/04/2019 [16:29]:
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi
Bütün arxiv bir sırada
17/10/2018 [14:24] - Cəmiyyət - ( 3650 dəfə baxılıb)

“Erməni Qarabağda Allahın haqqına təcavüz edib” - Ərdəbildə möhtəşəm Qarabağ tədbiri

Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi beynəlxalq konfransda işğalçı Ermənistana xəbərdarlıqlar edildi


Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri başa çatıb. Səfərin sonuncu günü Ərdəbil şəhərində Qarabağın işğalına, həmçinin işğal, terror və separatizmə həsr olunmuş möhtəşəm tədbir keçirilib. 

Yüzlərlə iştirakçının qatıldığı, “Qarabağ islam torpağıdır”, mövzusunda keçirilən beynəlxalq konfrans Ərdəbil vilayətinin Şorabil məntəqəsində yerləşən “Kösər” hotelinin konfrans zalında təşkil olunmuşdu. 

“Qurani-Kərim”in oxunmasından və himnin səslənməsindən sonra tədbirin aparıcısı Ərdəbil Universitetinin müəllimi doktor Səhranə Behnam iştirakçıları salamladı. Ardınca isə Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olmasından bəhs etdi: “Qarabağ islam torpağıdır, dini liderimiz deyib ki, Qarabağ islam torpağıdır. Orada kimsə həlak olubsa, şəhiddir. Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal edilib. 1994-cü ildən indiyədək atəşkəs sazişi imzalanıb. Amma aparılan danışıqlardan heç bir nəticə əldə olunmayıb. Minsk Qrupunun apardığı sülh danışıqları da nəticə verməyib. Bizim mövqeyimiz budur ki, Qarabağ islam torpağıdır və oranı öz sahibinə qaytarmaq bizim əsas vəzifəmizdir”. 

QAT sədri Akif Nağı salonda çoxsaylı insanların bir araya gəlməsini sevindirici hadisə saydı: “Ümumi dərdimiz olan Qarabağın azadlığı uğrunda hamımız bir yerdə olmalıyıq. Əslində bizim bir-birimizə dəstək verdiyimizə görə təşəkkür etməyə də ehtiyac yoxdur, çünki biz qardaşıq. Amma mən tədbirin təşkilatçılarına, Ərdəbil Universitetinin rəhbərliyinə, Ərdəbil imam cüməsi Seyid Həsən Amuliyə təşəkkür edirəm”.

A.Nağı dedi ki, bu gün işğaldan, separatçılıqdan, terrordan danışılırsa, ilk öncə Ermənistanın adı çəkilməlidir: “Həmçinin Fələstinin işğalına görə İsrail, Ukrayna, Gürcüstan ərazilərinin işğalına görə Rusiya qınanmalıdır. Amma bəzi işğalçılara ikili standartlarla yanaşırlar. Erməni separatçılığının üstündən sükutla keçirlər”. QAT sədri dedi ki, Qarabağın işğalının aradan qaldırılması Fələstin probleminin həlli qədər mühüm əhəmiyyətə malikdir: “Biz bu məsələ ilə bağlı İran dövlətinin yardımını həmişə görmüşük. Vaxtilə İran XİN başçısı Vilayətinin rəhbərliyi ilə böyük bir missiya regiona gəldi. 1992-ci ilin mayında prezident Rəfsancaninin başçılığı ilə sülh prosesi başladıldı. Amma böyük güclər buna imkan vermədilər. Amma İran dövləti bu istiqamətdə cəhdlərini davam etdirməlidir”.

“Terror və işğalın hədəfi qorxutmaq, dünyada özünü hamıdan uca, güclü qüvvə kimi tanıtdırmaqdır. Ermənistan Qarabağı işğal edibsə, düşünək, görək onu müdafiə edən hansı qüvvədir, Qarabağ niyə işğala məruz qalıb? Əgər biz Qarabağdakı, İraqda, Suriyadakı terrorçularla savaşmaq istəsək, bilməliyik ki, onların arxasınmda qüvvələr var”. 

Bunu isə doktor İbrahimi söylədi. O, iştirakçıları düşünməyə çağırdı: “Nə edək ki, Qarabağı işğaldan azad edək, bu suala cavab tapmaq lazımdır. Qarabağ təkcə Azərbaycanın deyil, bütün islam dünyasının torpağıdır. Qarabağda insanlar ev-eşiklərindən məhrum olublar. Orda uşaqlar tikə-para olublar, evlər dağılıb”. Natiq dedi ki, Qarabağa görə toparlanmaq, toplaşmaq lazımdır: “Amma ildə bir-iki dəfə yox. Tez-tez toplaşmalıyıq, anlatmalıyıq ki, terrorçular imkan tapsa, Azərbaycana da, Əfqanıstana da, Fələstinə də rəhm etməyəcək. Qarabağın işğalına nail olmaqla əsas məqsəd bu olub ki, Ermənistan özünü güclü bir qüvvə bilsin. Düşünsək, bunun da arxasında ABŞ dayanıb”.

Qarabağ Naminə İslami Müqavimət Hərəkatının rəhbəri Hacı Rövşən Əhmədli iştirakçıları Şəhriyar dili ilə salamladı: “Azərbaycandan, Bakıdan hamınıza salam gətirmişik”. R.Əhmədli Qarabağın işğalının uzanmasına diqqət çəkərək bu ərazilərin ermənilərə aidiyyatının olmadığını vurğuladı: “Orda yaşamaq haqqını Allah bizə verib, erməniyə verməyib. Erməni Qarabağda Allahın haqqına təcavüz edib. Analardan ricam var: körpələrə süd verən zaman, Qarabağla bağlı da körpələrə layla deyin, o uşaqların qan yaddaşına yazılsın bu təcavüz! Biz ilk gündən demişik ki, Qarabağənm işğalı Qüdsün davamıdır. İnşallah bunlar öz azadlığına qovuşacaq, müsəlmanların birliyi ilə”.

R.Əhmədli hər kəsi konkret danışmağa çağırdı: “Heç nədən çəkinmək lazım deyil.Qarabağ islam torpağı olsa da, Azərbaycan adlı müstəqil dövlətin bir hissəsidir. İsrail rejimini məhkum etdiyimiz kimi, Ermənistan rejimini də məhkum etməliyik, işğala son qoymasını tələb etməlidir. Seyid Mübarizi şəhid edənlərə etiraz etdiyinə görə burada kiminsə məhkum olduğunu eşitməmişik. Biz dövlət bayağı ilə yanaşı, islam bayrağı da qaldırıb girmişik və girəcəyik də. Qarabağ savaşının ilk illərində ermənilər bir yaşayış məntəqəsindən rədd olub qaçmışdılar ki, “buraya islam qoşunu gəlir”, deyə. Bizim də gözləntilərimiz var. Qardaş qardaşdan nə gözləyərsə, onu gözləyirik. Verilən dəstəyi də heç kim unutmur”. 

Natiq İran dövləti və cəmiyyətindən gözləntilərini də bölüşdü: “İstəyirik hər zaman deyilsin ki, Qarabağ Azərbaycanın müqəddəs torpaqlarıdır, Ermənistan ordusu ordan rədd olub getsin! Bu gün orda nə qədər əsirlikdə olan şəhidlərimiz var. Onlar təkcə Azərbaycanın əsirləri deyil. Azərbaycanın müqəddəs savaşında ilk növbədə iranlı qardaş-bacılarımıza güvənirik, Allahdan sonra”.

Aparıcı “Rövşən Əhmədli çox gözəl çıxş etdi, biz gərək ondan dərs götürək, ibrət alaq”,- deyə, əlavə etdi.

QAT sədri Akif Nağı bu məqamda söz alaraq ağır xəbəri iştirakçılara çatdırdı, dedi ki, Qarabağ müharibəsi veteranı, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov ağır xəstəlikdən dünyasını dəyişib. “Son günlərdə o, ağır xəstəlikdən müalicə olunmaqdan ötrü Təbrizə pənah gətirmişdi, amma Allahın məsləhəti beləymiş, burada dünyasını dəyişdi. Allahdan Etimad bəyə rəhmət diləyirik” - QAT sədri dedi. Bütün zal E.Əsədova və şəhidlərimizə rəhmət dilədi və ruhuna dualar oxudu.

Ərdəbil Universitetinin müəllimi doktor Rənayi Umidəli də İran-Azərbaycan qardaşlığından danışdı: “Bizim azərbaycanlı qardaşlar bilirlər ki, İran ilk gündən Qarabağ savaşında onların yanında olub, yaralıların müalicəsinə dəstək verib. Elə ki, ABŞ bu prosesə qoşuldu, islam ölkəsinin Qarabağ məsələsinə dəstək verməsinə imkan vermədi. Biz özümüz də terrorizmin hədəfindəyik. İslam ölkələri gərək Qarabağın azadlığına çalışsın. 1994-cü ildənbu günə qədər vəziyyət dəyişməyib. Bu məsələ həllini tapmasa, işğal yarası vaxtında sağalmasa, daha ağır fəsad verəcək. Azərbaycan torpaqlarının azadlıq yolu cihaddır”. Natiq ABŞ-ın bir sıra müsəlman ölkələrində, həmçinin Azərbaycanda möhkəmlənmək istədiyini dedi: “Arxada Ermənistanı müdafiə edirlər, amma bu tərfədə deyirlər Qarabağ Azərbaycanındır. Necə olur ki, 4 BMT qətnaməsi yerinə yetrilimi? Hansı ki, o qərtnamələrdə Azərbaycanın ərazi bütövlüyü tanınıb, amma Ermənistan tələblərə əməl etməyib. ABŞ və digərlərinin Azərbaycandan gərək əli çəkilsin. 

Qarabağ illərdir ki, işğaldadır, gərək azad ola! Vaxtilə bütün dünya bizim əleyhimizə idi, qalib gəldik. Siz bir Ermənsistan nəkarədir ki? Bütün islam dünyası bir olsa, Qarabağ Azərbaycana qayıdacaq. Gün o gün olsun ki, Qarabağ azad olsun və Azərbaycana birləşsin!”

VİP sədri Əli Əliyev dedi ki, şimalda yaşayan azərbaycanlıların əksəriyyətinin cənubdakılarla qohumluq əlaqələri var və bu əlaqələri daha da dərinləşdirmək lazımdır: “Peyğəmbərimiz də buyurub ki, qohumlarınızı ziyarət edin. Biz həm də hesab edirik ki, dövlət başçılarının yaxınlaşması ilə yanaşı, cəmiyyətlər də yaxınlaşmalıdır. Biz bir-birimizi tanımadıqca, problemlərimiz həllini tapmayacaq. İran yeganə ölkədir ki, burada bizə tərcüməçiyə ehtiyac yoxdur. Türkiyə ilə də çox yaxın dövlətik. Amma Yardımlı-Cəlilabad ləhcəsi ilə danışanlar Ərdəbldə, Təbrizdədirlər. Bizi düz başa düşün, biz 200 il müstəmləkədə olmuşuq, bizim din adamlarımızı qətlə yetiriblər, kitablıarımızı yandırıblar. Müstəqillik qazandıqdan sonra çatışmayan məsələlər də tədricən həllini tapacaq. Mənim adım Əli, soyadım Əliyevdir. Vaxtilə bizim adımızı qoymağa da mane olublar. Kimin evində Quran tapılırdısa, onları Sibirə sürgün ediblər”.

Ə.Əliyev Azərbaycan dövlətində yaşayan insanların düşmənə sarsıdıcı zərbə vurmağa hazır olduğunu söylədi: “Əgər bu gün Mübariz “Allahu-Əkbər” deyib 150 kafiri məhv edirsə, deməli, bu, Azərbaycan cəmiyyətinin nümunəsidir. Qarabağ müharibəsinin ilk illərində bizim ordumuz, iqtisadiyyatımız yox idi. Erməni heç vaxt Azərbaycana güc gələ bilməzdi, əgər arxasında güc olmasaydı. Biz bu gün təkcə Ermənistanla yox, onun arxasında duran Rusiya, Fransa, ABŞ-la mübarizədəyik. Bu gün dədə-baba qəbirlərini ziyarətə getmiş iki qardaşımız ermənilərin əlində girovdur, Biz onları azad edə bilmirik. Şahbaz Quliyev, Dilqəm Əsgərov bu gün erməni girovluğundadır. Rusiya da bu məslədə bizə dəstək vermir, baxmayaraq ki, onlar Rusiya vətəndaşıdır. Azərbaycanmı tək buraxmayın! İran bizim də dövlətdir. Həmçinin Azərbaycan sizin də dövlətdir”. VİP sədri bütün islam dünyasını birləşməyə çağırdı: “İran və Türkiyə Qətəri birmənalı dəstəklədi və Qətər məhv olmaqdan xilas oldu. Ona görə də bu gün Türkiyə, İran, Azərbaycanın bir yerdə olması lazımdır. Qarabağ məsələsi Azərbaycan və İran dövlətlərinin, müsəlman dünyasının birləşməsi üçün bir nümunə olar. Bəlkə də Azərbaycan-İran münasibətləri bizim birliyimizin başlanğıcı ola bilər”.

Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev əvvəlcə İranda baş vermiş terror aktı nəticəsində həyatını itirmiş insanlara görə başsağlığı verdi. “Terror harda törədilməsindən asılı olmayaraq, bütün bəşəriyyətə zərbə vurur və ağrılıdır. Bu gün “dərzi” rolunu oynayan dövlətlər meydana gəlib. Onları elə bilirlər ki, istədikləri ölkələrin ərazisini kəsib başqa yerə tikə bilərlər”.

E.Quliyev İsrailin dünyada terror istehsal etdiyini söylədi: “Günahsız uşaqların ölümünə bais olan hər bir dövlətə ölüm olsun! Bizim Qarabağda 25 min şəhidimiz var, əsir və itkin düşənlərlə bir yerdəO şəhidləri yanbayan qoysaq, 25 min km-lik məsafə edir. Bu, Dağlıq Qarabağın yarısıdır”. 

E.Quliyev işğal, terror və separatçılığın qaranlığı özündə simvolizə etdiyi dedi. “Gəlin işıqlı olaq, zülmət işıqdan qorxur. Bu, təkcə Qarabağın xilası deyil, həm də bəşəriyyətin xilasıdır”-deyə, bildirdi.

AMEA-nın əməkdaşı Əkrəm Bağırov dedi ki, təkcə 19-cu əsrdə Qarabağda 100 azərbaycanlı şair olub. O şairlərin hər biri də öz şeirlərini həm azərbaycanca, həm də farsca yazıb. Bu fakt “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra da Azərbaycan şairlərinin İranla, fars dili ilə nə qədər bağlı olduğunu göstərdi. 

QAT-ın sədr müavini İlqar Əli Azərbaycan Respublikasından iştirakçılara salam söyləməklə söz başladı: “Qarabağ Rusiyanın dəstəyi ilə Ermənistan tərəfindən işğal olunub. Heç kim düşünməsin ki, Azərbaycan əsgəri erməni qarşısında acizdir. Qarabağın işğalının yeganə səbəbkarı Rusiyadır ki, Ermənistanın arxasında dayanıb. Mən Arazboyu getdikcə bizim işğal altında qalmasını görüb çox narahat oluram. Həmçinin sizin də bu işğala görə narahat olduğunuzu hiss edirəm. İnşallah biz özümüz Qarabağın işğaldan azad etmək üçün qərarımızı verəcəyik və sizin kimi qardaşlarımızın da dəstəyini gözləyirik”. 

Təbriz Universitetinin müəllimi doktor Məhəmmədra Kəftaş Minsk Qrupunun fəaliyyətini tənqid etdi: “Heç şübhəsiz ki, Minsk Qrupu xristian Ermənistanı müdafiə edəcək, gərək Azərbaycan dövləti bu dövlətlərin tələsinə düşməsin. ABŞ-ın rəhbərliyinə gələn Tramp bütün dünyanı bir-birinə vurub. Ermənistanın başına gələn Paşinyan ABŞ-ın adamıdır. ABŞ öz hərbi qüvvələrini Qarabağda yerləşdirmək istəyir. Bununla da İran, Rusiya sərhədinə yaxınlaşmaq istəhyir. Orda yerləşib öz işləerini görsünlər. Çox silah almaqla iş qabağa getməz. Gərək islam ölkələrinin əhalisi qərarını versin”. 

QAT sədri A.Nağı konfransı yekunlaşdırarkən bəzi fikirləri çatdırdı: “Həqiqətən də gərək biz atəşkəsi bağlamayaydıq və Qarabağ məsələsinin taleyini 3 xristian dövlətlərinə həvalə etməyəydik. Həmçinin belə yanaşma var ki, gərək aprel döyüşlərində dayanmayaydıq, irəli gedəydik. Amma bu gün hər kəs bilsin ki, Azərbaycanın islam ölkələrinin yanında olması vacibdir. Bu gün İran və Türkiyənin Azərbaycana dəstəyi var, əlaqələerimiz çox yaxşıdır. Amma etiraf edək ki, Rusiyanın Ermənistana göstərdiyi dəstək yoxdur hələlik”. 

“Qarabağın azadlığı bizim arzumuzdur” fikirləri ilə aparıcı izdihamlı tədbiri yekunlaşdırdı.(musavat.com)


 

14 ildir bu at hər gün şəhərdə tək gəzir - FOTOLAR
Ağalar Vəliyev daha 30 seçicisini Məşhəd ziyarətinə göndərdi - FOTOLAR
İstanbul seçkisi yenidən sual altında - YSK hər an Türkiyəni şoka salan qərar verə bilər...
"Bunlar eyni cəsarətlə Qarabağda erməni tankının üzərinə getsələr, hamısını xincım-xıncım edərlər"
Leonid Kuçmadan bədbin açıqlama: “Ukraynanın yeni prezidentinə yazığım gəlir”
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
ABŞ-da 1 milyard dollardan çox sərvətə sahib olan Azərbaycanlı kimdir? - MARAQLI
Cəmiyyət
“Əleyhimizə səsləndirilən fikirlərin hamısı cəfəngiyyatdır, həmin adamların cavabını verəcəm”
Cəmiyyət
Ağalar Vəliyevin ölkə təhsilinə göstərdiyi dəstək əlahəzrət rəqəmlərin dili ilə...
Dünya
Şirkət sahibi səhmlərinin 10 faizini işçilərinə bağışladı - İBRƏTAMİZ...
Cəmiyyət
Dahi bəstəkarın adına küçə verildi: Tahir İmanov ölkə başçısına təşəkkür etdi
Həftənin ən çox oxunanları
Ermənilər Aprel savaşı haqda cizgi filmi də çəkdi...-FOTO+VİDEO
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Həyəcan təbili...
Kəndin imamı evə ikinci arvad gətirdi, mərəkə qopdu - Davanın GÖRÜNTÜLƏRİ - VİDEO
“Fahişəxanalar baş alıb gedir, otellərdə və digər obyektlərdə əxlaqsızlıqlıq hökm sürür"
“Qarabağ Ermənistanla birləşməlidir” – Prezidentliyə namizəddən sərsəm bəyanat
Ukraynanın yeni birinci xanımı: Yelena Zelenskaya kimdir? (FOTOLAR)
Direktorun təcavüz etdiyi tələbə yandırıldı - DƏHŞƏT...
“A.Mamikonyan və qrupu 1997-ci ildə Xətai metrosu yaxınlığında  yaşayıb və...” 
""Space"in rəhbəri heç olmazsa öz kanalına baxırmı, bu, söyüşdən də pisdir" - QALMAQAL
"Bu millət erməniyə necə qalib gələ bilər?" - Millət vəkilindən həyəcan təbili...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]