Xəbər lenti
20/11/2018 [18:30]:
Bakıda və Abşeronda avtomobillərdən oğurluq edən şəxslər yaxalandı
20/11/2018 [18:22]:
“Türkiyəni necə məcbur edəcəyimizə qərar verəcəyik” – Gaspar Karapetyandan gülünc bəyanat
20/11/2018 [18:15]:
Havanı çirkləndirən müəssisəyə 12500 manatlıq İDDİA
20/11/2018 [18:13]:
“Azərbaycan Cumhuriyyətinin 100-cü ilində Hüseyin Cavid” adlı proqram düzənləndi
20/11/2018 [18:12]:
Abel Məhərrəmovun milyonluq mülklərinin – Siyahısı
20/11/2018 [18:08]:
“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir
20/11/2018 [18:07]:
31 DOST mərkəzi yaradılacaq -SƏRƏNCAM
20/11/2018 [18:06]:
Nazir: “Onların pensiyası 35 faiz artacaq”
20/11/2018 [18:02]:
Rövşən Rzayev məcburi köçkünləri dinlədi
20/11/2018 [17:51]:
Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşdü
20/11/2018 [17:49]:
Paşinyan cəbhədəki nisbi sakitlik haqda danışdı və…
20/11/2018 [17:41]:
Jek müdiri azadlığa buraxıldı - Binəqədidəki yanğında həbs edilmişdi
20/11/2018 [17:40]:
Dünya çempionu: "Ən böyük arzum Düdənginskinin nəşini Azərbaycana gətirməkdir"
20/11/2018 [17:37]:
Manat və dolların sabahkı məzənnəsi
20/11/2018 [17:31]:
“20 Noyabrdan sonra qəti bildim ki, mənim başım üzərinə kim balta qaldırıbsa…”
20/11/2018 [17:24]:
Təranə Səmədovaya ağır cəza istənilir - MƏHKƏMƏ
20/11/2018 [17:15]:
“Kanalizasiya xətlərinə atılan heyvan leşləri ilə bağlı illər boyu şikayətlər olur”
20/11/2018 [17:09]:
Rusiya daxili işlər nazirliyi bəyanat yaydı
20/11/2018 [16:50]:
Unikal memarlıq abidəsi aşkarlandı VİDEOREPORTAJ
20/11/2018 [16:36]:
Sabah bəzi ərazilərdə işıq olmayacaq
20/11/2018 [16:31]:
Prezident İlham Əliyev sərəncam imzalayıb SİYAHI
20/11/2018 [16:15]:
Erməni millət vəkili Türkiyəni Van hava limanı məsələsində İrəvanla əməkdaşlığa səslədi
20/11/2018 [16:12]:
ADU-da “Kamança” pyesi səhnələşdirildi -FOTOLAR
20/11/2018 [16:10]:
Ayaqqabısında narkotik vasitə gizlətdi
20/11/2018 [16:07]:
“Absheron Hotel Group” turizm sahəsi üzrə əməkdaşlığa başlayır -FOTOLAR
20/11/2018 [15:57]:
"Məktəblərdə dini dərslər keçirilməsə İŞİD-ə qoşulanlar çox olacaq"
20/11/2018 [15:49]:
“Belarusdan hava hücumundan müdafiə sistemlərinin alınması daha aktualdır”
20/11/2018 [15:46]:
Müəllim və şagirdlər arasında kütləvi zəhərlənmə olub
20/11/2018 [15:32]:
Boş giliz və güllə aşkarlandı...
20/11/2018 [15:32]:
Novruz Novruzlunun vəfatı hər kəsi sarsıtdı - VİDEO
20/11/2018 [15:30]:
Avtomibil nəqliyyatı veteranından Ramin Quluzadəyə MÜRACİƏT...
20/11/2018 [15:06]:
İstanbulda "Qara dəniz və Qafqaz ölkələrinin təhlükəsizlik sektorunda islahatlar" mövzusunda beynəlxalq sammit keçirilir
20/11/2018 [15:03]:
190 nömrəli marşrut xəttinin fəaliyyəti dayandırılır
20/11/2018 [15:03]:
İngilis dilinin tədrisində peşəkar səviyyəli müəllim amili başlıca şərtdir
20/11/2018 [14:49]:
MTRŞ telekanal rəhbərlərinə xəbərdarlıq etdi
20/11/2018 [14:43]:
Paşinyan maaş və pensiyaların artırılmasına gəlincə, susur
20/11/2018 [14:29]:
Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi yad olunacaq
20/11/2018 [14:28]:
Aşıqlar Birliyinin sədrindən haqlı məzəmmət: “Televiziyalar səviyyəsiz aşıq müsabiqələri təşkil edib...”
20/11/2018 [14:19]:
Azərbaycanda 97 nəfər dərmandan zəhərləndi - SƏBƏB
20/11/2018 [14:13]:
Bakıda dəhşətli qəza - Sürücünün parçalanmış görüntüləri yayıldı - VİDEO (+18)
20/11/2018 [14:08]:
“İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" Şirvanda...
20/11/2018 [14:05]:
Türkiyədə TürkPA-nın iclası keçirilir
20/11/2018 [14:04]:
Nəcməddin Sadıkov ordu generalı ilə müzakirə apardı
20/11/2018 [14:00]:
Ötən gün Azərbaycan yollarında 5 piyada öldü
20/11/2018 [13:58]:
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul etdi - FOTO
20/11/2018 [13:55]:
O binanın sakinlərinə yeni MƏNZİLLƏR VERİLƏCK - Nazir müavini AÇIQLADI
20/11/2018 [13:51]:
"Fədayə Laçın məhkəmənin tez yekunlaşmasını istəyir"
20/11/2018 [13:51]:
100-dən çox ölkənin südçülük üzrə göstəricisinin əks olduğu hesabatda Azərbaycanın da adı var
20/11/2018 [13:38]:
Bakı metrosundakı soyğunçular tutuldu
20/11/2018 [13:31]:
Lənkəran sakini çaqqalı boğub öldürdü – FOTOLAR
20/11/2018 [13:31]:
Kərəm Həsənov Salyanda vətəndaş qəbulu keçirəcək
20/11/2018 [13:22]:
“Yaltaq", “sözəbaxan” olsaydım, “çətin adam” sayılmazdım”
20/11/2018 [13:17]:
Barselonada qatarın qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 40-a çatıb
20/11/2018 [13:06]:
“Əvvəl sevmək daha gözəl idi, indi qocalmışam..."
20/11/2018 [12:48]:
Gəncə İcra Hakimiyyəti: "Dağıntılar altında qalanların hamısı artıq tapılıb" - Son XƏBƏR
20/11/2018 [12:46]:
Kremldən işğal edilmiş torpaqlarla bağlı SENSASİON QƏRAR: Buna hazırlıq gedir
20/11/2018 [12:42]:
Bakıda baş verən yol qəzasında sürücünün arvadı öldü
20/11/2018 [12:41]:
Bank hesabından 790 manat oğurlayan tutuldu
20/11/2018 [12:39]:
Milli Qəhrəmanın doğum günüdür
20/11/2018 [12:38]:
Kanalizasiyadan mal başları, sement kisələri çıxdı -FOTOLAR
20/11/2018 [12:34]:
Havalar pisləşəcək - Güclü külək, yağış, sulu qar... - XƏBƏRDARLIQ
20/11/2018 [12:30]:
Görüntüsü ilə başgicəlləndirən toyuq - VİDEO
20/11/2018 [12:24]:
Novruz Novruzlu dünyasını dəyişib
20/11/2018 [12:22]:
Qadınlarla bağlı yeni hesabat hazırlanır
20/11/2018 [12:21]:
“Ən vəhşi və qəbuledilməz şey bu millətin gəncliyinin istismarıdır”
20/11/2018 [12:17]:
Millət vəkili Yunanıstan, Yeni Zelandiya, Bəhreyn və Sinqapurun fəal qadınları ilə görüşdü
20/11/2018 [12:14]:
Mühəndislik sahəsi üzrə ilin ən böyük tədbirlərindən biri: “Makers’ Day 2018”
20/11/2018 [12:11]:
Rus ekspertlər kasıb Ermənistan və Rusiyanın bahalı qırıcılarından danışırlar: "Qarabağ savaşı təzələnsə, Rusiya hərbçiləri qarışmayacaqlar” – Araşdırma
20/11/2018 [12:10]:
Qabiliyyət imtahanlarının proqramları və qiymətləndirmə meyarları müzakirə olundu
20/11/2018 [12:09]:
Qorbaçovu ayağa qalxmağa məcbur edən alim – Qarakənd faciəsinin akademik qurbanı
20/11/2018 [12:08]:
DİM yeni buraxılış imtahanı modelində onlayn sınaq imtahanları keçirəcək - Abituriyentlərə “hava-su” kimi xəbər
20/11/2018 [12:04]:
Mikayıl Müşfiqi diri-diri divara hörüblər? - Tədqiqatçı alim Ədalət Tahirzadə bu versiyanı araşdırmağa çağırır
20/11/2018 [11:59]:
“Instagram”da məktəbli qızları fahişəliyə cəlb edən Cəlal həbs edildi - FOTOLAR
20/11/2018 [11:56]:
Aİİ-nin müəllimi beynəlxalq konfransda ölkəmizi təmsil etdi
20/11/2018 [11:48]:
"Şah İsmayıl Xətainin bir tərəfi xristian, avropalı idi” - Professordan açıqlama
20/11/2018 [11:42]:
190 qram narkotik vasitə - heroin aşkarlandı
20/11/2018 [11:39]:
Kəmaləddin Heydərov Gəncədə partlayış baş vermiş ərazidə - FOTO
20/11/2018 [11:33]:
"Müəllimlik etmək", "Fəhləlik etmək" kimi sözlər şübhəli sözlər sırasındadır
20/11/2018 [11:23]:
Nyu-Yorkda Azərbaycan İrəvanı haqqında film Amerika ictimaiyyətinə təqdim edilib
20/11/2018 [11:21]:
“Müsabiqənin məqsədi kitaba qarşı marağın azalmasının qarşısını almaqdır...”
Bütün arxiv bir sırada
18/10/2018 [19:21] - Cəmiyyət - ( 1223 dəfə baxılıb)

"Bəzən qiymətli saat da dil açıb danışır..." - Rüfət Aslanlının zamanını dolduran səbəblər... - FOTOLAR, VİDEO



Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq rəhbəri Rüfət Aslanlının səlahiyyətlərinin əlindən alınması çoxları üçün gözlənilən oldu: quruma rəhbərliyin uzun müddət əvvəldən icraçıya direktora verildiyi, Direktorlar Şurası sədrinin formal rəhbər statusunda olduğu əksəriyyətə bəlli idi.

R.Aslanlının formal səlahiyyətlərinə də xitam verilməsindən həftələrlə vaxt keçsə də, bu hadisənin müzakirəsi hələ də davam etməkdədir. Mediada onun Palata rəhbərliyindən uzaqlaşdırılmasının səbəbləri barədə çoxsaylı versiyalar səsləndirilir: bunun hakimiyyətdaxili qrup mübarizəsinin nəticəsi olduğu deyənlər də var, R.Aslanlının özünü davranışlarından qaynaqlandığını, onun vəzifəsinin öhdəsindən gələ bilmədiyini bildirənlər də.

Reallıqda isə Aslanlının vəzifəsinin yerli-dibli ləğv edilməsinin köklü səbəblərini iki qrupa ayırmaq mümkündür. Birinci qrupa bank sektorunda yaranmış böhranın önlənməsi üçün Palatanın atdığı addımların effektiv olmaması, problemin indiyədək davam etməsini aid etmək olar. Bu sahədə vəziyyət o həddə çatmışdı ki, hətta Avropa Birliyi Palatanın maliyyə-bank sektorunda yürütdüyü siyasətdən narazılığını bildirmişdi. Belə ki, Azərbaycanda işləyən Avropa şirkətləri Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətini sərt tənqidə məruz qoydular.


Avropa Birliyinin "Azərbaycanda biznes-mühiti -2018” hesabatına görə, iqtisadiyyatın sabitləşməsinə və daha müsbət iqtisadi proqnozlara baxmayaraq, hökumət bank sektorundakı həssaslıqlara nəzər yetirməlidir: “Azərbaycan banklarının ümumi vəziyyətinin müəyyən qədər sağlamlaşmasına baxmayaraq, sektorda struktur zəifliklər hələ də qalmaqdadır. Məsələn, 2017-ci ildə, ümumilikdə, bank sektorunun mənfəət əldə etməsinə baxmayaraq, 19 bankdan 11-i ili zərərlə başa vurub. Vaxtı keçmiş kreditlərin həcmi də kifayət qədərdir. Bütün bunlar, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının (FİMSA) müstəqilliyini itirməsi onu deməyə əsas verir ki, Avropa İttifaqı şirkətlərinin 31 faizi FİMSA tərəfindən həyata keçirilən siyasət və tədbirləri effektiv saymır”.


Göründüyü kimi, ölkənin bank sektorundakı problemlər beynəlxalq qurumları da ciddi narahat edirdi. Halbuki məhz həmin problemləri aradan qaldırmaq məqsədilə vəzifəyə gətirilən, istədiyi bütün səlahiyyətlər verilən, maliyyə-bank sektorunda əsas söz sahibinə çevrilən R.Aslanlı daha çox öz əyləncələri barədə düşünürdü. Onun 1 şüşəsi 3 min avroya olmaqla öz adına Fransada şərab buraxdırması, xüsusi ailə gerbi yaratması, əyləncəli məclislərə meylli olması, özünə yüksək əmək haqqı müəyyənləşdirməsi və sair faktlar elə Palataya rəhbərlik etdiyi dövrdə mətbuat gündəminə gəlmişdi. Vəzifəsi ləğv edildikdən sonra da R.Aslanlının dəbdəbə həvəsini sübut edən faktlar yayılmaqdadır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının iclasından çəkilmlş başqa şəkildə R.Aslanlının qolunda “Tourbillon”un 200 min dollar dəyəri olan saatını görmək olar.

Bundan əlavə, R.Aslanlı şəxsi iş kabinetində kamera qarşısında “Patek Philippe Nautilus”un 53 min dollar dəyəri olan daha bir unikal saatını göstərir. Onun “Vacheron Constantin Perpertual”dan olan başqa bahalı saatının qiyməti isə 88 min dollardır.

Bu məlumatlar göstərir ki, R.Aslanlının xərcləmələri nə əvvəlki məmur qazancına, nə də elə Palataya rəhbərlik etdiyi qısamüddətli dövrdəki qanuni gəlirinə uyğun olmayıb. Məsələ burasındadır ki, keçmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəhbəri olarkən R.Aslanlı dövlət məmuru idi. Bu isə onun hər hansı biznes fəaliyyətini istisna edən bir statusdur.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna görə, dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Bundan əlavə,  dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.


Bu, o deməkdir ki, R.Aslanlı Palataya rəhbərlikdən əvvəl 150-200 min dollarlıq avtomobil sürməsini, dəyəri bir neçə on min dollarlarla ölçülən saatlar taxmasını təbii edən sahədə çalışmayıb – necə deyərlər, sadə dövlət qulluqçusu olub. Hansı ki, o dövlət qulluqçusunun işə idman avtomobilində gəlməsi, bir-birindən bahalı saatlarını nümayiş etdirməsi ən azından etik baxımdan mümkün deyildi.

Maliyyə Bazarlarına Nəzarət Palatası dövlət qurumu olmadığı üçün onun rəhbəri də dövlət məmuru hesab olunmur. Bəlkə də elə buna görə R.Aslanlı dəbdəbə həvəsini açıq-aşkar büruzə verməkdən çəkinmirdi. Ölkənin iqtisadi çətinliklərlə üzləşdiyi, kreditlərə görə banklarla əhali üz-üzə gəldiyi bir zamanda Palata rəhbəri dəbdəbənin zirvəsinə can atırdı. Onun vəzifəsi ilə birlikdə aradan qaldırılmasının ən mühüm səbəbi bəlkə də elə bu oldu. Xüsusilə avtoş qaqaşlar kimi işə bahalı idman avtomobilində gəlmək, Fransadan xüsusi şərab sifariş etmək, qoluna gündə bir bahalı saat taxmaq kimi şakərləri onu ölkə rəhbərliyinin nəzərindən salan əsas amillər idi. R.Aslanlı prezidentin özünü harın aparan məmurlara dəfələrlə ünvanladığı xəbərdarlıqları da nəzərə almadı. Sonucu isə əlbəttə, özü üçün yaxşı olmadı.(musavat.com)

Mühəndislik sahəsi üzrə ilin ən böyük tədbirlərindən biri: “Makers’ Day 2018”
Bərəkətli ömür, bərəkətli ruzi, bərəkətli nəsil, bərəkətli mal... - Allahın fəziləti
Həzrət İsanın 1500 illik qısa və buruq saçlı rəsmi tapıldı - MARAQLI
Ölü doğulan uşağı üçün etdikləri şok yaratdı - FOTOLAR
Həyatlarında ilk dəfə paltaryuyan maşın gördülər - MARAQLI
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Abel Məhərrəmovun milyonluq mülklərinin – Siyahısı
Cəmiyyət
"Məktəblərdə dini dərslər keçirilməsə İŞİD-ə qoşulanlar çox olacaq"
Şou-biznes
Xalq artisti FOTOSU ilə izləyicilərini təəccübləndirdi
Müsahibə
“Deputatların çoxunun şəxsi biznesi var, heç maaşa ehtiyacları da yoxdur...”
Cəmiyyət
Abel Məhərrəmovu bitirən konfransdan reportaj - Şeyx və qudası tək oturub (VİDEO)
Həftənin ən çox oxunanları
Xəzər TV rektorun qovulmasının səbəbini açıqladı: Akademiki qara günlər gözləyir - VİDEO
“İsmət Qayıbov vertolyota minəndə Tamerlan Qarayev TƏKİDLƏ ONA DEYİB Kİ...”
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"
Bütün Rusiya AYAĞA QALXDI: Nurməhəmmədovdan İBRƏTAMİZ TƏKLİF...
"Abel Məhərrəmovdan sonra islahatçı rektor təyinatı BDU-nu daha tez böhrandan çıxara bilər"
"Başa düşə bilmirəm ki, hansı məntiqlə qadınları 65 yaşda pensiyaya çıxarırıq?"
Abel Məhərrəmovun rektorluq "kitabını bağlayan" SENSASİON SƏBƏB...
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
Ərdoğan yarım milyard dollarlıq ikimərtəbəli təyyarəsi ilə ilk dəfə uçdu - FOTO
“Bizim sevgimiz də, nifrətimiz də, dostluğumuz da, düşmənliyimiz də kişi kimi olub”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə