Xəbər lenti
23/04/2019 [16:12]:
Bu il Azərbaycana 7978 maşın gətirilib
23/04/2019 [16:08]:
Prezident: "Azərbaycan indi inkişafın yeni mərhələsindədir"
23/04/2019 [16:03]:
MTRŞ Real TV-yə yerüstü yayım üçün lisenziya verib
23/04/2019 [16:02]:
Müsəlman dükan sahibi  satıcının 400 minlik kəsirini bağışladı- İbrətamiz…
23/04/2019 [15:56]:
Bakıdakı şadlıq saraylarının bazarı öldü
23/04/2019 [15:53]:
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
23/04/2019 [15:47]:
Sərdar Cəlaloğlu: “Heç kəs müxalifətə rəhbərlik edə bilməz”
23/04/2019 [15:36]:
ADAU-nun rektoru İbrahim Cəfərov Bolqarıstanda səfərdədir
23/04/2019 [15:34]:
"Vətəndaşları narahat edən problemləri həll etməliyik" - İlham Əliyev
23/04/2019 [15:32]:
“İfaçıların səhhətinin üstündə əsirik ki, bu cür problemlər yaşanmasın...”
23/04/2019 [15:22]:
“Formula-1” yarışlarında işıq problemi olmayacaq
23/04/2019 [15:18]:
Ermənilər içməli sudan kütləvi zəhərləndi
23/04/2019 [15:14]:
Millət vəkili əhaliyə verilən təbii qaz limitinin artırılması təklifi ilə çıxış etdi
23/04/2019 [15:12]:
Niyaməddin Orduxanlı ARB TV-nin “Günə Baxış” verlişinin qonağı olub - VİDEO
23/04/2019 [15:01]:
İranın XİN-in başçısı ABŞ-a gedib
23/04/2019 [14:48]:
Rusiyada müflis vətəndaşların sayı 100 mini keçib
23/04/2019 [14:38]:
Fransalı deputat: "Sarı jiletlilər" Azərbaycandakına bənzər islahatlar tələb edirlər"
23/04/2019 [14:38]:
“O, bu gün adını daşıyan məktəbdə təhsil alıb, bir ata kimi mənim üçün ağrılıdır ki..."
23/04/2019 [14:35]:
Nəvələr babalarının kəsdiyi başlara görə təzminat tələb edir: Bütün tarixçilər şokda...
23/04/2019 [14:32]:
ADPU-da "Kitab bilik mənbəyidir" mövzusunda tədbir keçirilib
23/04/2019 [14:24]:
Bakıda məktəbdən 7500 manatlıq oğurluq edildi
23/04/2019 [14:20]:
Gömrükçülər narkotik vasitə aşkarlayıb
23/04/2019 [14:17]:
Nazirlikdən qar uçqununda həlak olan hərbçilərlə bağlı məlumat
23/04/2019 [14:10]:
“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı çəkilib - VİDEO
23/04/2019 [14:08]:
“Biz onun timsalında əsl vətənpərvəri itirmişik”
23/04/2019 [14:07]:
İlham Əliyev vətəndaşlarla görüşdü - FOTOLAR
23/04/2019 [13:56]:
Saakaşvili: "Eybi yox, bir az dözərəm"
23/04/2019 [13:52]:
Qənirə Paşayeva Əhməd bəy Ağaoğluna abidə qoymağa ÇAĞIRDI
23/04/2019 [13:52]:
Yük göndərmə qaydaları dəyişdirilir – Milli Məclis təsdiqlədi
23/04/2019 [13:48]:
Təhsil ekspertləri Ceyhun Bayramovun nazir işlədiyi 365 günə qiymət verdilər...
23/04/2019 [13:45]:
Prezident Mərdəkan-Qala yolunun açılışında oldu
23/04/2019 [13:38]:
Spiker: “Nə üçün müharibəyə çağırış etməliyik?!”
23/04/2019 [13:32]:
“Bizdə bu sahədə vəziyyət ağlamalıdır...”
23/04/2019 [13:30]:
Aqil Abbas İsmayıl Ömərovun müdafiəsinə qalxdı
23/04/2019 [13:24]:
Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırıldı
23/04/2019 [13:16]:
Bakıda 14 dərəcə isti olacaq
23/04/2019 [13:13]:
“ASAN xidmət”in 108 “Çağrı” mərkəzinə 3 milyonuncu zəng
23/04/2019 [13:09]:
Deputat azərbaycanlı jurnalistlərin Qarabağa getmək təkliflərini qınadı
23/04/2019 [13:07]:
Onlar İTV-nin Yayım Şurasına üzv seçildilər - ADLAR
23/04/2019 [13:06]:
Diaspor Gənclərinin II Yay düşərgəsində iştirak üçün 44 ölkədən 352 nəfər müraciət edib
23/04/2019 [13:05]:
"Bu təxribatçılar dərk etməlidir ki, Mübariz Mənsimov başqa bir ölkənin vətəndaşıdır"
23/04/2019 [13:00]:
Hitler həqiqətən Argentinaya qaçıb? – FTB açıqladı
23/04/2019 [12:56]:
Uçqunda itən hərbçilərimizdən birinin meyiti tapıldı
23/04/2019 [12:54]:
İsmayıllıda qadınları fahişəliyə cəlb edən sahibkar tutulub
23/04/2019 [12:50]:
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi
23/04/2019 [12:44]:
Tarixdə iz qoyan 11 dahinin əziyyət çəkdiyi nadir XƏSTƏLİKLƏR
23/04/2019 [12:42]:
Pensiya artımından kənarda qalanların problemi həll edildi
23/04/2019 [12:37]:
“Rusiya Cənubi Qafqazda möhkəmlənməyə çalışır” – Polad qanadların gətirdiyi mesaj...
23/04/2019 [12:36]:
Ümumdünya Kitab Günündə “Nar”dan kənd məktəbinə dəstək - FOTO
23/04/2019 [12:34]:
Millət vəkili BNA-nı quru yuyub yaş sərdi: "Hələ çəkilən ağ boyanın keyfiyyətini demirəm..."
23/04/2019 [12:32]:
Məmmədyarovun bacısı Dünya Kubokuna vəsiqə qazandı
23/04/2019 [12:24]:
Anar Məmmədxanovun anım günüdür
23/04/2019 [12:22]:
Rusiya Ermənistana yeni nəsil qırıcılar göndərir
23/04/2019 [12:20]:
BSU tələbələri Cocuq Mərcanlıda - FOTOLAR
23/04/2019 [12:17]:
Baş redaktorlardan Allahşükür Paşazadə haqqındakı prezident sərəncamına ŞƏRH
23/04/2019 [12:14]:
Generalın qalstukunda gizli kamera –Baş redaktoru necə “ilişdiriblər”…
23/04/2019 [12:09]:
"Tanınmış şəxsiyyətlərlə, dəyər daşıyıcılarıyla cəmiyyət arasında bu qədər sədd yaratmaq olmaz”
23/04/2019 [12:09]:
Bu rayonlar üzrə IX sinif şagirdlərinin buraxılış imtahanının nəticələri açıqlandı –Cavabları necə yoxlamaq olar?
23/04/2019 [12:03]:
Formula 1- ə gələnlərin sayı mitinqdəkilərdən 30 dəfə çoxdur” – Əli Həsənov
23/04/2019 [11:55]:
EQAC layihəsi çərçivəsində növbəti görüşdə ADPU-nun əməkdaşları fəal iştirak ediblər
23/04/2019 [11:47]:
Ramil Usubov yeni idarə rəisi təyin etdi
23/04/2019 [11:36]:
”Sevindirici haldır ki, iki ölkənin gəncliyi qarşılıqlı Vətən sevgisi ilə böyüyürlər”
23/04/2019 [11:31]:
“Formula-1”ə görə bağlanan ərazilərin sakinlərinə tibbi yardım göstərilməsi üçün briqadalar ayrılıb
23/04/2019 [11:29]:
ABŞ-da 1 milyard dollardan çox sərvətə sahib olan Azərbaycanlı kimdir? - MARAQLI
23/04/2019 [11:27]:
İcra başçısının Şəmkirdəki nəhəng biznesi-qızıl balıq, maral və taxıl... -FOTOLAR
23/04/2019 [11:27]:
“Əleyhimizə səsləndirilən fikirlərin hamısı cəfəngiyyatdır, həmin adamların cavabını verəcəm”
23/04/2019 [11:24]:
Bakı meriyası bağça müdirlərinə xəbərdarlıq etdi
23/04/2019 [11:21]:
Çingiz Qənizadə seçiciləri ilə daha bir görüş keçirtdi
23/04/2019 [11:06]:
Fəzail Ağamalı seçiciləri ilə görüşdü
23/04/2019 [11:05]:
FHN matros-xilasedici vəzifəsinə müsabiqə elan etdi
23/04/2019 [10:56]:
Məşhur ifaçı Kılıçdaroğlunu müdafiə etdi
23/04/2019 [10:48]:
Polislərlə hərbçilərə verilən kirayə pulu qaldırıldı
23/04/2019 [10:47]:
İndoneziyada 1500-dən çox məntəqədə təkrar seçkilər keçiriləcək
23/04/2019 [10:42]:
DİM-dən əvvəlki illərin məzunlarına müraciət
23/04/2019 [10:36]:
​Nazarbayev prezidentliyə Tokayevin namizədliyini təklif etdi
23/04/2019 [10:30]:
ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı iş adamı...- FOTOLAR
23/04/2019 [10:28]:
Ermənistan atəşkəsi 25 dəfə pozdu
23/04/2019 [10:20]:
“Mən balalarımı güclə saxlayıram, it saxlamaq hayında deyiləm” - İt dişləyən uşağın atasından etiraz
23/04/2019 [10:13]:
Bakı donur, Moskva isə istidən yanır
23/04/2019 [10:12]:
Ögey atasının soyadını daşıyan dünyanın ən varlı ADAMI
Bütün arxiv bir sırada
18/10/2018 [23:16] - Köşə - ( 7457 dəfə baxılıb)

"Bu, artıq böhran yox, bizim ən böyük faciəmizdir..."

İlham İsmayıl

Hər bir millətin, dövlətin tarixində bütün sahələr üzrə böhranın hökm sürdüyü, problemlərin baş alıb getdiyi dövrlər olub və adətən belə zamanlarda millətin ağıllı şəxsləri, ziyalıları ölkənin taleyi, dövlətin gələcəyi haqqında narahatçılıq keçirir, yaranmış vəziyyətə dair “nə etməli” sualını verir və çıxış yolları axtarırlar. Müdriklər yalnız sualı verməklə kifayətlənmir və nə etmək lazım olduğunu, onun yollarını da göstərirlər. Xalq nə qədər narahat olsa da, yol göstərəni və o yolun önündə gedəni gözlədiyindən hərəkətsiz olur, uzaqbaşı fərdi qaydada etirazlar bildirir. Amma ləyaqətli biri kimi qəbul etdiyi şəxs önə çıxanda onun ətrafına cəm olur, yəni məşhur ifadədə deyilən kimi, “Siyasətçi çoxluğu təmsil etmir, siyasətçi özü çoxluğu yaradır”. 
 
Azərbaycanın böyük bir ərazisi 30 ilə yaxındır ki, işğal altındadır. Bu, artıq böhran yox, bizim ən böyük faciəmizdir. Bəli, faciə. Əvvəllər buna problem demək olardı, amma qeyd olunan zaman kəsiyindən sonra faciəyə problem demək mümkün deyil. Qalib olan tərəf (hələ ki) Qarabağı problem saya bilər və sayır da, amma bizim üçün bu mərhələ çoxdan keçib. Bu illər ərzində nə hərb, nə sülh istiqamətində uğurun olmaması bütün mövqelərimizi zəiflədib, o dərəcədə ki, beynəlxalq aləm Azərbaycandan güzəşt umur və son illər güzəşti prinsip olaraq daha tez-tez dilə gətirirlər. 

Bu günlərdə ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Millzin dedikləri bunu bir daha təsdiq edir. Səfirin dediyinə görə, hətta Amerika dövləti də indiyədək bu qənaətdə olub ki, ərazi əvəzinə sülh və status həll olunacaq. "Mən ilk dəfə bura gələndə və aydınlaşdıranda ki, görüşdüyüm ermənilərin əksəriyyəti danışıq prosesinin hissəsi kimi işğal edilmiş ərazilərin qaytarılmasına qarşıdır, təəccüblənmişdim. Məni o fakt təəccübləndirir ki, Ermənistanda münasib qərarlar və güzəştlər haqqında müzakirələr praktiki olaraq aparılmır. Uzun illər mənim hökumətimin təsəvvüründə belə bir fikir vardı ki, bu torpaqlar sonradan "ərazilər statusa əvəz olaraq " düsturu üzrə istifadə edilməsi üçün tutulub. Mən həqiqətən təəcüblənmişəm ki, bu variant artıq dəstək qazanmır" - ABŞ diplomatı belə deyir. Sizcə ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələr də bu cür düşünmürlər? Bəs, Azərbaycan XİN necə,  bu mövqedən xəbəri olmayıb? Bu xalqdan niyə gizlədirsiniz real vəziyyəti? Erməni  güzəşti ağlına belə gətirmir, çünki ermənini güzəşt etməyə kim məcbur edib ki, indiyəcən? Baxın, Paşinyanın keçmiş səfirin sözlərinə reaksiyası gecikmədi.  “Bu gedən səfirin gedən mesajıdı. Amma, səfir bir məsələni açıq göstərib ki, “ərazi əvəzinə status” formulu köhnəlib”. Həmsədrləri də status-kvo qane edir, xüsusilə Rusiyanı. Biz isə bu 24 ildə ermənini məcbur edəcək heç bir hərəkət edə bilməmişik. Nə hərbi, nə diplomatik yolla.

25 il qalsın bir tərəfə, son bir ayda baş verənlərə diqqət edək: separatçılar Avropa çempionatının keçirilməsinə hazırlaşır, cəbhə xəttinin 10 kilometrliyində - Ağdərədə yeni stadion tikir. Ermənistan-Qarabağ üçüncü yolu çəkilir, Kəlbəcərdə “Sidney”şəhərciyi salınır, işğal olunmuş rayonlara rəhbərlər təyin edilir və sairə. Yəni tam bir rahatlıq. Biz nə etmişik? Bizim nə etdiyimizin ən yaxşı cavabını Paşinyan verir: ”Azərbaycan sərhəddə tam sakitlik sürəcəyinə söz verib və əməl edir”. Şərhə ehtiyac yoxdur. Sabah Ermənistanla, Dağlıq Qarabağla bütün infrastrukturalrın açıldığı elan olunanda heç təəccüblənməyin.
 
Ümidlərini Rusiya - Paşinyan qarşıdurmasına bağlayanların yanlış düşündüklərini hələ dörd ay əvvəl yazmışdıq. (http://www.moderator.az/news/229853.html) Paşinyan faktiki olaraq Putini neytrallaşdırdı. Putinin Koçaryana telefon zəngi yaddan çıxmayıb. Rusiya lideri Ermənistanın ikinci prezidentinə zəng etməklə yeni baş naziri gərginlikdə saxlamağı, ümumiyyətlə bir zənglə Ermənistanda yeni siyasi hava əsdirməyi, perspektiv seçkilərdə Koçaryana dəstək verəcəyini dolayısı yolla çatdırmaq istəyirdi. Amma, Putinin hesablamaları özünü doğrultmadı. Koçaryan siyasi mübarizəyə qoşulmayacağını elan etdi, çünki heç bir gücü yoxdu. Paşinyanın arxasında xalqın dayandığını son anda Putin də, Koçaryan da qəbul etdi. 
 
Paşinyan, ümumiyyətlə xarici siyasəti nizamlaya bildi, ilk növbədə Rusiya ilə münasibətləri qaydasına qoymağı bacardı. Bundan başqa, Rusiyanın Ermənistanın təhlükəsizliyi barədə məsuliyyətini dəqiq şəkildə nəzərinə çatdırdı  və onun təmin edilməsinə dair öhdəliklərinə sadiq qalmasını tələb etdi. Moskva narazı qalmadı. Dünən RF XİN naziri Sergey Lavrov İrəvanda keçirilən Expo Russia Armenia 2018 beynəlxalq sərgisinə göndərdiyi təbrik məktubunda Rusiya və Ermənistan arasında “çoxəsrlik əlaqənin artan xətt üzrə inkişaf etdiyini” vurğulayıb. Azərbaycanın ümidi isə  Rusiyanı və onun prezidentini Ermənistana hərbi-psixoloji təzyiq göstərməyə hesablanmışdı və əvvəlcədən deyildiyi kimi  bu işdə uğur qazana bilmədi. İndi hətta rus politoloqlar qeyd edirlər ki, məxməri inqilab Azərbaycanla münasibətlərdə Ermənistanın mövqelərini həm Rusiyada, həm də beynəlxalq aləmdə gücləndirib və faktiki olaraq bizi geri tullayıb.

Ölkə daxilindəki mənəvi-psixoloji durumun hədsiz stresli və böhranlı olmasını, beynəlxalq aləmdə bizimlə baş verən hadisələri müşahidə etdikcə, Yusif Vəzir Çəminzəminlinin “ keçmişimiz şübhəli, bu günümüz naməlum, gələcəyimiz mübhəm qaranlıqdır ” sözlərini xatırlamamaq mümkün deyil.
 
Bəs, ağıllı adamlar, yol göstərən ziyalılar? Bu günlərdə böyük ziyalı Xudu Məmmədovun ölümünün 30 illiyi ilə bağlı keçirilən anım tədbirində Əhməd bəy Ağaoğlunun sözlərini yada saldım. Əhməd bəy yazırdı: “Əsl ziyalılar öz inamlarının istisi ilə hərəkətsiz, soyuq kütləni qızdırır, öz qəlb atəşinin qığılcımını kütləyə verir, böyük fədakarlıq və sədaqətlə gələcəyə irəliləyirdilər. Bu cür ziyalılardan məhrum olan xalq məhrumiyyətlərə düçar olacaq”. Biz məhrumiyyətlərə düçar olan xalqıq.  Kütlə məqsədi həyata keçirmək üçün böyük qüvvədir, amma o, Əhməd bəyin dediyi kimi soyuqdur, hərəkətsizdir. Xalqın məhrum olduğu Qarabağı azad etmək üçün “nə etməli” olacağımızı deyən, yol göstərən ziyalılardan da məhrum olmağımız, nə qədər acı olsa da.. reallıqdır. Üstəlik, siyasilər də çoxluq yaratmaq gücündə deyil.
 
Ümumiyyətlə, bu ölkədə Qarabağın işğaldan azad olması ilə məşğul olan varmı? Nə etməli? Bu sual Domokl qılıncı kimi millətini sevən, onun işğaldan azad olmasına çalışan hər bir vətəndaşın başının üstündə durmasa və ondan xilas olmaq üçün çıxış yolları axtarmasa dövlət və millət olaraq “gələcəyimiz mübhəm qaranlıq” olacaq...
 
İlham İsmayıl

Baş redaktorlardan Allahşükür Paşazadə haqqındakı prezident sərəncamına ŞƏRH
İcra başçısının Şəmkirdəki nəhəng biznesi-qızıl balıq, maral və taxıl... -FOTOLAR
14 ildir bu at hər gün şəhərdə tək gəzir - FOTOLAR
Ağalar Vəliyev daha 30 seçicisini Məşhəd ziyarətinə göndərdi - FOTOLAR
İstanbul seçkisi yenidən sual altında - YSK hər an Türkiyəni şoka salan qərar verə bilər...
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Müsəlman dükan sahibi  satıcının 400 minlik kəsirini bağışladı- İbrətamiz…
Cəmiyyət
“İfaçıların səhhətinin üstündə əsirik ki, bu cür problemlər yaşanmasın...”
Mədəniyyət
“Biz onun timsalında əsl vətənpərvəri itirmişik”
Gündəm
“Rusiya Cənubi Qafqazda möhkəmlənməyə çalışır” – Polad qanadların gətirdiyi mesaj...
Cəmiyyət
“Əleyhimizə səsləndirilən fikirlərin hamısı cəfəngiyyatdır, həmin adamların cavabını verəcəm”
Həftənin ən çox oxunanları
Ukraynanın yeni birinci xanımı: Yelena Zelenskaya kimdir? (FOTOLAR)
Ermənilər Aprel savaşı haqda cizgi filmi də çəkdi...-FOTO+VİDEO
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Həyəcan təbili...
“Qarabağ Ermənistanla birləşməlidir” – Prezidentliyə namizəddən sərsəm bəyanat
Kəndin imamı evə ikinci arvad gətirdi, mərəkə qopdu - Davanın GÖRÜNTÜLƏRİ - VİDEO
Direktorun təcavüz etdiyi tələbə yandırıldı - DƏHŞƏT...
“A.Mamikonyan və qrupu 1997-ci ildə Xətai metrosu yaxınlığında  yaşayıb və...” 
""Space"in rəhbəri heç olmazsa öz kanalına baxırmı, bu, söyüşdən də pisdir" - QALMAQAL
"İran fəlakət qarşısında- Azərbaycana da böyük təhlükə var..."
"Bu millət erməniyə necə qalib gələ bilər?" - Millət vəkilindən həyəcan təbili...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]