Xəbər lenti
23/04/2019 [11:55]:
EQAC layihəsi çərçivəsində növbəti görüşdə ADPU-nun əməkdaşları fəal iştirak ediblər
23/04/2019 [11:47]:
Ramil Usubov yeni idarə rəisi təyin etdi
23/04/2019 [11:36]:
”Sevindirici haldır ki, iki ölkənin gəncliyi qarşılıqlı Vətən sevgisi ilə böyüyürlər”
23/04/2019 [11:31]:
“Formula-1”ə görə bağlanan ərazilərin sakinlərinə tibbi yardım göstərilməsi üçün briqadalar ayrılıb
23/04/2019 [11:29]:
ABŞ-da 1 milyard dollardan çox sərvətə sahib olan Azərbaycanlı kimdir? - MARAQLI
23/04/2019 [11:27]:
İcra başçısının Şəmkirdəki nəhəng biznesi-qızıl balıq, maral və taxıl... -FOTOLAR
23/04/2019 [11:27]:
“Əleyhimizə səsləndirilən fikirlərin hamısı cəfəngiyyatdır, həmin adamların cavabını verəcəm”
23/04/2019 [11:24]:
Bakı meriyası bağça müdirlərinə xəbərdarlıq etdi
23/04/2019 [11:21]:
Çingiz Qənizadə seçiciləri ilə daha bir görüş keçirtdi
23/04/2019 [11:06]:
Fəzail Ağamalı seçiciləri ilə görüşdü
23/04/2019 [11:05]:
FHN matros-xilasedici vəzifəsinə müsabiqə elan etdi
23/04/2019 [10:56]:
Məşhur ifaçı Kılıçdaroğlunu müdafiə etdi
23/04/2019 [10:48]:
Polislərlə hərbçilərə verilən kirayə pulu qaldırıldı
23/04/2019 [10:47]:
İndoneziyada 1500-dən çox məntəqədə təkrar seçkilər keçiriləcək
23/04/2019 [10:42]:
DİM-dən əvvəlki illərin məzunlarına müraciət
23/04/2019 [10:36]:
​Nazarbayev prezidentliyə Tokayevin namizədliyini təklif etdi
23/04/2019 [10:30]:
ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı iş adamı...- FOTOLAR
23/04/2019 [10:28]:
Ermənistan atəşkəsi 25 dəfə pozdu
23/04/2019 [10:20]:
“Mən balalarımı güclə saxlayıram, it saxlamaq hayında deyiləm” - İt dişləyən uşağın atasından etiraz
23/04/2019 [10:13]:
Bakı donur, Moskva isə istidən yanır
23/04/2019 [10:12]:
Ögey atasının soyadını daşıyan dünyanın ən varlı ADAMI
23/04/2019 [10:09]:
Milli Məclis bu gün 19 məsələni müzakirəyə çıxarır - SİYAHI
23/04/2019 [10:06]:
Milli Qəhrəman Samid İmanovun adı əbədiləşdirildi - QƏRAR
23/04/2019 [10:06]:
“Biz bu dövlətin Silahlı Qüvvələri ilə əməkdaşlığı maksimum inkişaf etdirməliyik”
23/04/2019 [10:02]:
“Kim ki, bu cür danışır, deməli təfəkkürü dayaz, siyasi səviyyəsi aşağıdır”
23/04/2019 [10:01]:
Xəzər rayonunda ev sahibi yanaraq kül olub
23/04/2019 [10:01]:
DİN və DMX-nın rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
23/04/2019 [07:23]:
"İran fəlakət qarşısında- Azərbaycana da böyük təhlükə var..."
23/04/2019 [06:36]:
"Nəfsindən uzaq ol ki, Allaha yaxın olasan..."
23/04/2019 [00:19]:
Filippində 6,3 bal gücündə zəlzələ baş verib, 8 nəfər ölüb
23/04/2019 [00:11]:
Putin və Kim Çen Inın görüş tarixi və yeri məlum olub
22/04/2019 [23:29]:
Şri-Lankadakı terror aktlarında 30 ölkənin vətəndaşı ölüb
22/04/2019 [23:26]:
Yevlaxda 14 yaşlı qız cücə dərmanı yeyərək ölüb
22/04/2019 [23:09]:
"Sahibsiz itlər fəaliyyətimə əngəllər yaradır" — "Çinə it əti sata bilərik"
22/04/2019 [22:54]:
Londonda "Vagina" muzeyi açmaq üçün pul yığılır - Sərmayə qoyan hər kəs...
22/04/2019 [22:33]:
Bu heyvanı görənlər heyrətə düşür - FOTO
22/04/2019 [22:18]:
Zelenskinin qələbəsi erməni rejissoru prezident olmağa həvəsləndirib
22/04/2019 [22:07]:
“Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb
22/04/2019 [21:57]:
Polşa prezidenti Zelenskini ölkəsinə dəvət etdi –Tərəflər telefonda danışıb
22/04/2019 [21:42]:
“BakuBus” avtobusu bir manevrlə bütün yolu iflic etdi – VİDEO
22/04/2019 [21:33]:
Azərbaycanda bu şəhərin 28 ildir İcra başçısı yoxdur
22/04/2019 [21:14]:
Səfər Mehdiyev İsrailin Azərbaycandakı səfiri ilə görüşdü
22/04/2019 [20:40]:
Gömrük Akademiyasında qurum əməkdaşları üçün təlimlərə start verildi - FOTOLAR
22/04/2019 [20:35]:
Putin Zelenskini təbrik etməyib - AÇIQLAMA
22/04/2019 [20:16]:
Maaşlarımızdan nə qədər pul tutulacaq? – YENİLİKLƏR
22/04/2019 [20:11]:
Ukraynanın yeni birinci xanımı: Yelena Zelenskaya kimdir? (FOTOLAR)
22/04/2019 [20:10]:
Rus şairi Azərbaycan şəhərində erməniləri başına yığdı...-FOTOLAR
22/04/2019 [19:48]:
Paşinyan: "Qarabağ məsələsini erməni xalqı həll etməlidir, mən yox"
22/04/2019 [19:46]:
“Sabah qərar çıxsa ki, Qarabağı verin, verəcəyik? Əlbəttə yox...”
22/04/2019 [19:37]:
BMT Azərbaycan hərbçilərinin sülh missiyalarında iştirakına görə təşəkkür edir
22/04/2019 [19:31]:
Ağalar Vəliyevin ölkə təhsilinə göstərdiyi dəstək əlahəzrət rəqəmlərin dili ilə...
22/04/2019 [19:29]:
Arvadını maşınla vurub, sonra intihara cəhd edən ər saxlanıldı
22/04/2019 [19:17]:
Bərdədə daha bir körpə ölümü
22/04/2019 [19:15]:
Gürcüstanda etirazlar: Xüsusi təyinatlıları daşqalaq etdilər - VİDEO
22/04/2019 [19:05]:
BDU-nun rektoruna 16 gün ərzində tələbələrdən 663 müraciət daxil olub
22/04/2019 [18:45]:
ABŞ-dan təqaüd təklifi alan gənc: -" Azərbaycanda əla qiymətlərlə oxuyurdum"
22/04/2019 [18:36]:
Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə təsirli tədbirlər görülür
22/04/2019 [18:34]:
Bakıda özünü beşinci mərtəbədən atan qız ağaca ilişib sağ qaldı
22/04/2019 [18:32]:
Azərbaycan Burundi qaçqınlarına yardım ayırıb
22/04/2019 [18:31]:
İlham Əliyev Zelenskini təbrik etdi
22/04/2019 [18:30]:
Şirkət sahibi səhmlərinin 10 faizini işçilərinə bağışladı - İBRƏTAMİZ...
22/04/2019 [18:27]:
Türkiyənin Sürixdəki baş konsulluğuna hücum: üç nəfər həbs edildi
22/04/2019 [18:18]:
Başı bəlalı Kılıçdaroğlu - O, ilk dəfə deyil döyülür
22/04/2019 [18:12]:
Rusiyada azərbaycanlı avtoritet öldürüldü
22/04/2019 [18:10]:
Koçaryanın işi ilə bağlı istintaq yekunlaşıb
22/04/2019 [18:03]:
Azərbaycan xəstəxanalarında niyə  namaz otaqları yoxdur?-Hacı Şahin cavablandırır...
22/04/2019 [17:54]:
Bakı Şəhər Baş Polis İdarəsi cinayətkarlığın statistikasını açıqladı
22/04/2019 [17:52]:
Eldar Əzizov sərəncam imzaladı - “Kiçik Dəniz” küçəsininə Süleyman Ələsgərovun adı verildi
22/04/2019 [17:26]:
Vladimir Zelenskinin andiçmə mərasimi nə vaxt keçiriləcək? –Vaxt açıqlandı
22/04/2019 [17:19]:
Nazirdən xalqa “danışın, mövqeyinizi bildirin” mesajı
22/04/2019 [17:18]:
14 ildir bu at hər gün şəhərdə tək gəzir - FOTOLAR
22/04/2019 [17:13]:
“Logix Academy”də təlim keçən tələbələrə seritikat verildi
22/04/2019 [17:11]:
Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinə yeni dekan təyin edildi
22/04/2019 [17:07]:
Ərdoğandan Kılıçdaroğlunun yumruqlanmasına münasibət -"Şiddəti əsla qəbul edə bilmərik"
22/04/2019 [17:04]:
Vergilər Nazirliyi rəqəmləri açıqladı - 1 milyarddan çox...
22/04/2019 [17:01]:
Ağalar Vəliyev daha 30 seçicisini Məşhəd ziyarətinə göndərdi - FOTOLAR
22/04/2019 [17:00]:
Prokuror: "Fədayə Laçına ədalətli hökm verilib"
22/04/2019 [16:42]:
Prezident yol tikintisinə 6,8 milyon manat ayırdı
22/04/2019 [16:39]:
İran nefti bütün dünyada qadağan olunacaq
22/04/2019 [16:29]:
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi
Bütün arxiv bir sırada
19/10/2018 [15:00] - Köşə - ( 6393 dəfə baxılıb)

Onlar Qarabağ üçün heç bir səy göstərmir - Sadəcə, bizi səy yerinə qoyublar...

Amma bilmirlər ki, daha camaat çörəyi qulağının dibinə yemir...
Sultan Laçın

“Səy” sözündən uşaqlıqdan zəndeyi-zəhləm gedir. Sovet dövründə apostrofla yazdığımız və “çalışmaq”, “cəhd göstərmək” anlamına gələn “səy” sözündən  danışıram. Bu sözdən bəzi qatı türkçülər kimi ərəb mənşəli olduğuna görə deyil,  “axmaq”, “əbləh” mənasını verən  apostrofsuz digər məhfumla eyni yazılışda olduğu üçün xoşum gəlmir. Müstəqilliyin ilk illərində də  süni vətənpərvərliklərini, türkçülüklərini gözə soxmağa çalışan bəzilərinin təklifi ilə apostrofu ləğv etdik və hər iki “səy” məhfumu eyni forma və tələffüzlü sözlə ifadə olunmağa başlandı... 
*** 
...Sovet dövründə “Kommunist” qəzetinin, “Təşviqatçı” jurnalının ön səhifələrində mütləq bu “səy” sözünə rast gəlmək olurdu. Məsələn:”Pambığımızı, üzümümüzü sahələrdən vaxtında toplamaqla partiya və hökumətimizin tapşırıqlarını vaxtında yerinə yetirmək üçün bütün səyləri cəmləşdirək”, yaxud “Elm əldə etmək üçün səylə çalışaq”... 
Elə məktəbli olan vaxtlarda bu cümlələri görəndə, yaxud axşamlar  o vaxtkı “Günün ekranı” xəbərlər proqramında eşidəndə ətim tökülürdü. Təsəvvürümə gəlirdi ki, yəni, məsələn, pambığı toplamaq üçün bütün səylər, axmaqlar, əbləhlər  tarlalara axışmalı, elmdə, təhsildə uğur qazanmaq, irəli getmək üçün mütləq yanında, arxanda bir səy, axmaq, səfeh, nadan olmalıdır...
*** 
Torpaqlarımızın 30 ilə yaxındır ki, işğal altında qaldığı bu günlərsə eyni “səy” sözünü daha çox  süni olaraq  “problem”ə çevrilmiş  Qarabağ məsələsi haqda danışılanda, yazılanda eşidirik, görürük. Demək olar ki, hansısa telekanalda, yaxud saytda belə cümlələr səslənir, yazılır: “ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqisəsini nizamlamaqdan ötrü bütün səyləri cəmləməkdə davam edir...”  Yaxud: “ABŞ (və ya Rusiya, Fransa) münaqişənin ədalətli həlli üçün səy göstərir və ya səylə çalışır”... 
***
İndi də, dediyim kimi, daha apostrofu ləğv etmişik, ona görə də o “səy”lə bu “səy” yazılışca, tələffüzcə qətiyyən seçilmir... 
***
Bu günlərdə Fransa prezidentinin Frankofoniya sammiti ilə bağlı İrəvana səfəri zamanı bizim mediada, səhv etmirəmsə, XİN-in bəyanatından sitat olaraq belə bir cümləyə rast gəldim:”Ermənistan Fransanın Qarabağ münaqişəsinin həlli üçün səylərini əngəlləyir...”  Hörmətli xarici işlər nazirimiz Elmar Məmmədyarovun da  ildə azı, 3-4 dəfə belə cümlələrini eşidirik:” Fransanın(yaxud ABŞ-ın və ya Britaniyanın və s.) Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərini alqışlayırıq...”
***  
Başa düşmürəm, kimi səy yerinə qoyub bunlar?.. 1990-cı illərin  əvvəllərində dermokratiyaya doğru təzəcə addımladığımız vaxtlarda bəlkə də əhalinin xeyli hissəsini inandırmaq olardı ki, ABŞ, Fransa, Rusiya, yaxud Britaniya, İsrail və s. Azərbaycanın torpaqlarının azad edilməsi üçün çalışır... Amma indi- Qarabağsız yaşadığımız  3-cü onillikdə artıq bağçada uşaq, dağda çoban da bilir ki,   ATƏT də, onun qondarma  Minsk qrupunun  həmsədrləri olan ABŞ da, Rusiya da, Fransa da, eləcə də Britaniya, İsrail, Almaniya, Çin kimi bərkgedən dövlətlər də, Vatikan-filan da, hətta müsəlman hesab edilən, xala-xətrin qalmasın, bizlərlə “salaməleykum” edən bəzi dövlətlər də Azərbaycanın nəinki ərazi bütövlüyünü, heç müstəqilliyini də istəmirlər... Çoxları Qarabağın azad ediləcəyi təqdirdə Azərbaycanın gələcəkdə tarixən itirilmiş digər torpaqlarını da birləşdirməyə nail olaraq gerçəkdən qüdrətli bir dövlətə çevrilməsindən ehtiyatlanır...
***
O biri dövlətləri qoyaq kənara, elə guya Qarabağ “problemi”nin həlli üçün “dəridən-qabıqdan çıxan”, “gecə-gündüz ora-bura səfərlər edib danışıqlar, görüşlər təşkil edən” ATƏT-in  həmsədrlərini  götürək. On illərdir ki, gözümüzün qabağında Rusiyanın işğalçı Ermənistana birbaşa hərbi-siyasi dəstəyini, ABŞ-ın, Fransanın isə siyasi, humanitar, hətta dolayısıyla hərbi dəstəyinin də şahidi oluruq.  ABŞ da, Fransa da bir yandan guya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər yandan isə Ermənistana da, Dağlıq Qarabağa da rəsmi, qeyri-rəsmi yardımlar ayırır.  Qarabağın azadlığı üçün “səylə çalışan” bu ölkələr vətəndaşlarının, təşkilat və şirkətlərinin  həftə səkkiz, mən doqquz işğal altındakı torpaqlarına səfər etməsinə, ermənilərin o ərazilərimizdə məskunlaşmasına yardımçı olmalarına, ev, məktəb, bağça tikməklərinə, mina təmizləmələrinə və s. şərait yaradırlar... Səy göstərmək, çalışmaq, bax, budur...  Yoxsa, birdən uşaq kimi bizi sevindirməyə çalışırlar: “Urrra, Rusiya, yaxud İsrail bizə yeni silahlar satdı!..” Nə olsun, bir silahı ki, düşmənə qarşı çəkinmədən, qorxmadan işlədib haqqına nail olmadınsa, onu boş-boşuna üstündə niyə hərləyirsən?..
*** 
Onu da xatırladım ki, “səy” sözü ilə  “cihad” sözü sinonimdir. Məsələn, “Rusiya, yaxud Fransa Qarabağ üçün səy göstərir” deyəndə belə çıxır ki, həmin dövlətlər Şeyximizin, QMİ Fətva Şurasının əvəzinə torpaqlarımızın azadlığı üçün cihad elan edib... 
*** 
Xülasə, çox danışmağa, baş aparmağa lüzum yoxdur. Bəylər, xanımlar, yoldaşlar, cənablar, ağalar, bu günə qədər ABŞ-dan, Fransadan, Rusiyadan, Britaniyadan müsəlmana, türkə, kürdə, talışa, ləzgiyə, tata, avara və s. dost olmayıb, olmayacaq da... Havayıdan boşuna gedən diplomatiya, siyasət xətrinə bunları bizə dost kimi sırımayın. Bunlar bizə Qarabağı alıb verən deyil. Birdəfəik bilmək gərəkdir...
*** 
Dəfələrlə demişik, yenə deyirik, “Ermənistan” adlanan Qərbi Azərbaycanda, Qarabağda, yəni işğal edilmiş torpaqlarımızda bilavasitə doğulub boya-başa çatmış, o torpaqlar uğrunda vuruşmuş köklü sakinlər, qaçqınlar, köçkünlər, qazilər, veteranlar, əlillər bir-bir dünyadan köçürlər. İldən-ilə sayımız azalır və əksinə,  o torpaqlarda qanunsuz məskunlaşan ermənilərin, onların doğulan uşaqlarının, yəni o Azərbaycan torpaqlarını özünə vətən hesab edənlərin sayı artır. ATƏT-ə, AŞ-a, ABŞ-a da bu lazımdır. “Xalqların hazırlanması” deyəndə bunu da nəzərdə tuturlar. Özü də yalnız Azərbaycan xalqını... Yəni, bu xalq tədricən illər, onilliklər ötdükcə Qarabağın de-fakto Ermənistan ərazisi olması ilə razılaşmalıdır. Bizlər dünyadan köçdükdən sonra avropalaşmış, amerikalaşmış, kosmopolitləşmiş gələcək gənc nəslin bununla razılaşmayacağına zəmanət varmı?  Ondan  sonra da  “de-yure”ni də işə salmaq üçün bir dənə saxta referendumdur onun canı...
*** 
Hələ üstəlik, neftimizi, qazımızı da sümürüb, daşıyıb qurtarırlar... Neft-qaz bitəndən sonra hansı pulla ordu saxlayıb müharibə aparacağıq?... Odur ki, müsəlman-türk torpağını xristian ölkənin əlindən alıb müsəlman sahibinə qaytarmaq fikri əsla olmayan super beynəlxalq güclər, mason-filanların əlində oyuncaq olan ABŞ, Rusiya, Fransa kimi dövlətlərə həm canlı insan potensialımızın mənəvi baxımdan tükədilməsi , həm də əsas yeraltı-yerüstü sərvətlərimizin talan edilib bitməsi üçün vaxt yubatmaq, baş qatmaq, “səy göstərmək”, “səylə çalışmaq”  gərəkdir... Məhz ona görə də bizi səy yerinə qoyub boş-boş görüşlərlə, danışıqlarla, “5 rayon”, “7 rayon”, “Madrid prinsipləri, “Soçi prinsipləri” və s. nağılları, bayatıları ilə, hətta ara-sıra lokal döyüşlərə şərait yaratmaqla da başımızı qatmalıdırlar...
***
Dəyərli İlham İsmayıl  son köşəsində sual edir ki, ümumiyyətlə, bu ölkədə Qarabağın azad edilməsi uğrunda çalışan varmı? Hələ də Qərbə, Şimala inananlar cavab verir ki, a kişi, niyə yoxdur. Bəs bu gecə-gündüz prezidentlərin, xarici işlər nazirlərinin görüşlərini, danışıqlarını təşkil edənlər, cəbhə xəttində monitorinq  düzənləyənlər, İrəvana, Xankəndinə gedib-gəlməkdən ayaqları qabar olanlar, diplomatiya, siyasət işlədənlər, sülh platformaları quranlar, QHT-lər çalışdıranlar və s. nə işə baxırlar? Bəndəniz isə bu sualı belə cavablandırır:”Əzizlərim, onlar hamısı  Qarabağın azadlığı üçün heç bir səy göstərmir, sadəcə, bizləri səy yerinə qoyub vaxt uzadırlar... Amma bilmirlər ki, daha camaat çörəyi qulağının dibinə yemir... 

Sultan Laçın


14 ildir bu at hər gün şəhərdə tək gəzir - FOTOLAR
Ağalar Vəliyev daha 30 seçicisini Məşhəd ziyarətinə göndərdi - FOTOLAR
İstanbul seçkisi yenidən sual altında - YSK hər an Türkiyəni şoka salan qərar verə bilər...
"Bunlar eyni cəsarətlə Qarabağda erməni tankının üzərinə getsələr, hamısını xincım-xıncım edərlər"
Leonid Kuçmadan bədbin açıqlama: “Ukraynanın yeni prezidentinə yazığım gəlir”
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
ABŞ-da 1 milyard dollardan çox sərvətə sahib olan Azərbaycanlı kimdir? - MARAQLI
Cəmiyyət
“Əleyhimizə səsləndirilən fikirlərin hamısı cəfəngiyyatdır, həmin adamların cavabını verəcəm”
Cəmiyyət
Ağalar Vəliyevin ölkə təhsilinə göstərdiyi dəstək əlahəzrət rəqəmlərin dili ilə...
Dünya
Şirkət sahibi səhmlərinin 10 faizini işçilərinə bağışladı - İBRƏTAMİZ...
Cəmiyyət
Dahi bəstəkarın adına küçə verildi: Tahir İmanov ölkə başçısına təşəkkür etdi
Həftənin ən çox oxunanları
Ermənilər Aprel savaşı haqda cizgi filmi də çəkdi...-FOTO+VİDEO
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Həyəcan təbili...
Kəndin imamı evə ikinci arvad gətirdi, mərəkə qopdu - Davanın GÖRÜNTÜLƏRİ - VİDEO
“Fahişəxanalar baş alıb gedir, otellərdə və digər obyektlərdə əxlaqsızlıqlıq hökm sürür"
“Qarabağ Ermənistanla birləşməlidir” – Prezidentliyə namizəddən sərsəm bəyanat
Ukraynanın yeni birinci xanımı: Yelena Zelenskaya kimdir? (FOTOLAR)
Direktorun təcavüz etdiyi tələbə yandırıldı - DƏHŞƏT...
“A.Mamikonyan və qrupu 1997-ci ildə Xətai metrosu yaxınlığında  yaşayıb və...” 
""Space"in rəhbəri heç olmazsa öz kanalına baxırmı, bu, söyüşdən də pisdir" - QALMAQAL
"Bu millət erməniyə necə qalib gələ bilər?" - Millət vəkilindən həyəcan təbili...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]