ABŞ-ın Ermənistandakı səfiri Riçard Milsin Qarabağla bağlı açıqlaması ermənilər arasında sözün əsl mənasında təlatüm yaradıb. Əslində bu açıqlama gözlənilən idi. Çünki, artıq bir çox dövlət ərazi bütövlüyünün Azərbaycan üçün nə qədər vacib olduğunu anlayır. Bunu Azərbaycanın Qarabağ münaqişəsinin həlli ilə maraqlanan ölkələrin və beynəlxalq təşkilatların qarşısına qoyduğu tələblərin nəticəsi kimi də görmək olar.
Ancaq bu o demək deyil ki, Azərbaycan bu gün müharibə qərarı versə təzyiqə məruz qalmayacaq. Yəni nə isə demək hələ tezdir. Dünyanın fərqli nöqtələrində baş verən münaqişələr bizə ona göstərir ki, Qərb üçün sülh anlayışı işğalı rəsmiləşdirməkdən ibarətdir. Əslində isə ABŞ rəsmisinin bu sözünü erməni hakimiyyətinə bir hədə-qorxu kimi qəbul etmək olar. Çünki hazırki erməni hakimiyyəti balanslaşdırılmış xarici siyasət yürüdə bilmir və bunun da nəticəsidir ki, heç bir ölkə ilə maraqları üst-üstə düşmür. Yəni ABŞ rəsmisi üstüötülü şəkildə qeyd etmək istəyir ki, əgər Azərbaycanla meydanda tək qalsanız bizdən yardım gözləməyin.
Amerika səfiri son açıqaması ilə həm də onu demək istəyib ki, 3 həmsədr dövlətdən yalnız ABŞ Dağlıq Qarabağ ətarfındakı rayonların boşaldılması vacibliyni Ermənistan hakimiyyətinin ə ictimaiyyətinin diqqətinə çatdırır. Həqiqətən digər iki həmsədr – Fransa və Rusiyanı təmsil edən diplomatlar heç zaman Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vaciblidiydən danışırmırlar, bu barədə açıqlama vermirlər.
Bu gün Ermənistanın yürütdüyü siyasətdə buraxdığı səhvlər onun regiondakı təhlükəsizliyini sual qoyur. Həm hakimiyyətin tam formalaşmaması ucbatından addım-addım vətndaş müharibəsinə yaxınlaşır, həm də balanslaşdıra bilmədiyi xarici siyasətinə görə bu günə qədər onu Azərbaycandan qoruyan himayədarları ondan üz döndərir. Bu da Ermənistan dövlətinin addım-addım süquta yaxınlaşdığına işarədir.
Kənan Paşayev
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin araşdırmaçısı