Çempionlar Liqası: "Barselona" və PSJ yarımfinala yüksəldi – VİDEO
388
16 Apr 2025 | 08:47

Çempionlar Liqası: "Barselona" və PSJ yarımfinala yüksəldi – VİDEO

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma təşkil olunub.

İspaniyanın “Barselona” komandası Almaniyada “Borussiya Dortmund”un, Fransanın PSJ klubu isə İngiltərədə “Aston Villa”nın qonağı olub.

"Barselona" və PSJ cavab görüşlərində məğlub olsalar da, ilk oyundakı nəticələrə əsasən, yarımfinala yüksəlib.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

 

23:00. “Borussiya Dortmund” (Almaniya) - “Barselona” (İspaniya) - 3:1

İlk oyun - 0:4.

23:00. “Aston Villa” (İngiltərə) - PSJ (Fransa) - 3:2

İlk oyun - 1:3.

Qeyd edək ki, bu raundun digər cavab matçları aprelin 16-da keçiriləcək.

 

 


Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər