Xəbər lenti
13/11/2018 [01:11]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏBDÜRRƏHİM TALIBZADƏ
13/11/2018 [00:45]:
Evsiz adam terrorçuya mane oldu, əvəzində xeyriyyə təşkilatı ona ev üçün pul yığdı
13/11/2018 [00:40]:
Açıq-saçıq geyiminə görə Luvrdan qovuldu - FOTOLAR
12/11/2018 [23:19]:
Dünyanın ən əzəmətli dağında şərəfli xidmət: “Burada adamın xəstələnmək yadına düşmür”
12/11/2018 [22:48]:
Ukraynada azərbaycanlı polis rəisi: “Çiynində poqon gəzdirən qadın olmaq...”
12/11/2018 [22:16]:
İsrail qırıcıları Qəzza zolağını bombalayır - VİDEO
12/11/2018 [21:58]:
Holoqramla evlənmək üçün 18 min dollar xərclədi - MARAQLI
12/11/2018 [21:37]:
"Qadının ecazkarlığını, gözəlliyini qorumaq üçün hicab bir vasitədir..."
12/11/2018 [21:35]:
Ölkəni ayağa qaldıran iynəli çiyələk qalmaqalının səbəbkarı tapıldı - FOTO
12/11/2018 [21:17]:
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
12/11/2018 [21:13]:
Yüzlərlə işçi bir gündə zəngin oldu - SƏBƏB
12/11/2018 [21:05]:
İlham Əliyev Bakıda açılış etdi - YENİLƏNİB + FOTO
12/11/2018 [20:49]:
Şirkət işçilərinə “çip” taxılması çalışanları ayağa qaldırdı - FOTO
12/11/2018 [20:26]:
Dövlət Gömrük Komitəsinin Akademiyasında "Konstitusiya günü" qeyd olunub - FOTOLAR
12/11/2018 [20:23]:
Artıq ölülər dəfn edilməyəcək, tarlada istifadə olunacaq - MARAQLI
12/11/2018 [20:14]:
Allah, özüm gəlim, ya kimisə göndərəcəksən...?
12/11/2018 [20:10]:
Prezident biznes sahəsində fərqlənənləri təltif etdi – SİYAHI
12/11/2018 [20:09]:
Rusiya bölgədə kimin dostudur?
12/11/2018 [20:08]:
“Daha bura pul gətirməyin!” - “İngiltərənin verdiyi mesajın mahiyyəti budur...”
12/11/2018 [20:04]:
İran sanksiyalara nə qədər tab gətirə bilər?
12/11/2018 [19:56]:
“Rusiya bu ölkəyə vura biləcəyi ziyanı vurub”
12/11/2018 [19:50]:
Mərkəzi Bank 38 min manatdan çox saxta pul aşkar etdi
12/11/2018 [19:37]:
Prezident nazirliyə 3,5 milyon pul ayırdı
12/11/2018 [19:34]:
Azərbaycan İlahiyyat İnstitutunda Konstitutsiya Günü qeyd edilib
12/11/2018 [19:33]:
Qənirə Paşayeva İstanbul Üsküdar bələdiyyə başqanı Hilmi Türkmen ilə görüşüb
12/11/2018 [19:29]:
Azərbaycan İlahiyyat İnstitutunda psixoloqla görüş keçirilib
12/11/2018 [19:17]:
ADNSU-da Konstitusiya Günü ilə bağlı tədbir keçirilib
12/11/2018 [19:17]:
Slovakiyanın baş naziri Azərbaycana gəldi
12/11/2018 [19:09]:
“Başqa ölkələrin müdafiə yükünü daha çəkmək istəmirik” – Donald Tramp
12/11/2018 [19:04]:
Azərbaycanda qaz abonentlərinin sayı artıb
12/11/2018 [18:45]:
Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırıldı
12/11/2018 [18:44]:
Azay Quliyev 17 min tələbənin problemini həll etdi
12/11/2018 [18:42]:
Dolların sabaha olan məzənnəsi
12/11/2018 [18:33]:
BSU-da “Qalxan və qılınc” sənədli filminin nümayişi olub
12/11/2018 [18:26]:
DYP Bakıya girişinə məhdudiyyət qoyulan bu avtomobillərin sürücülərinə müraciət etdi
12/11/2018 [18:08]:
Ermənilər layiqli cəzalarını aldılar - Moskvadakı kütləvi davanın TƏFƏRRÜATI
12/11/2018 [18:01]:
Kanadanın baş naziri Camal Xaşoginin öldürülməsi haqda
12/11/2018 [17:53]:
DİN Bakıdakı güləllənmə ilə bağlı məlumat yaydı
12/11/2018 [17:44]:
30 il əvvəlki son deportasiya
12/11/2018 [17:24]:
Bakıda qadına qarşı zorakılıq - Telefonu əlindən aldılar
12/11/2018 [17:18]:
Vaqif Əsədov yol polislərinin mobil telefondan istifadəsindən danışdı
12/11/2018 [17:14]:
10 tonluq plov hazırlandı
12/11/2018 [17:01]:
Vahid Ələkbərov: “Lukoyl” sanksiyalar aradan qaldırılmayanadək İranla müqavilə imzalamayacaq"
12/11/2018 [16:59]:
İnfarktdan qorunmağın səmərəli üsulu açıqlandı...
12/11/2018 [16:51]:
Zakir Həsənov bu deputatları təltif etdi - SİYAHI
12/11/2018 [16:41]:
“İnsanlar maariflənməlidir ki, “cinçıxaranlar”a və cindarlara müraciət etməsinlər”
12/11/2018 [16:38]:
Yarpaq.Az - Ədəbiyyat və Sənət Portalı fəaliyyətə başladı...
12/11/2018 [16:37]:
Prezident və xanımı açılış ETDİ
12/11/2018 [16:30]:
“Tamerlan Qarayev İsmət Qayıbovla möhkəm dost idi...” - 20 Noyabr: gerçəklik və fərziyyələr
12/11/2018 [16:26]:
Lənkəranda 4 kənd su altında qaldı, 63 nəfər... – RƏSMİ
12/11/2018 [16:23]:
Azərbaycanda 40 ilin məhkumu həbsdə öldü
12/11/2018 [16:16]:
“Bu xəbəri yayanların kim olduğunu bilirəm...” - Mübariz İbrahimovun qardaşı danışdı...
12/11/2018 [16:08]:
Fulbrayt proqramı çərçivəsində daha bir mütəxəssis ADPU-da fəaliyyətə başladı
12/11/2018 [16:01]:
Avropa Birliyinin üzvü Ermənistana hərbi təyyarələr satmaq istəyir - TƏXRİBAT
12/11/2018 [15:57]:
ADPU-da 14 Noyabr-Beynəlxalq Loqopedlər Gününə həsr olunmuş “Məzunlarla görüş” adlı tədbir keçirildi
12/11/2018 [15:39]:
Daxili İşlər Nazirliyindən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
12/11/2018 [15:37]:
"Cin çıxaran" şəxslərin öldürdüyü gəncin FOTOLARI və dəhşətli TƏFƏRRÜATLAR
12/11/2018 [15:37]:
“Quzular, danalar faydadır bizə, həm yemdir, həm yarar hər işimizə...” - "Xeyirxah tülkü"
12/11/2018 [15:33]:
On beş yaşlı gənc intihar etdi - 200-dən çox psixotrop tablet içib...
12/11/2018 [15:31]:
Nazim Süleymanov: "Dözə bilmədiyim üçün rəhbərliyə müraciət etdim"
12/11/2018 [15:28]:
İcra nümayəndəsi Mübariz İbrahimovun anası barədə xəbəri TƏKZİB ETDİ
12/11/2018 [15:13]:
BSU-da beynəlxalq seminar öz işinə başlayıb
12/11/2018 [15:00]:
Rəsmi Bakı Paşinyanın Parisdəki çıxışına cavab verdi
12/11/2018 [14:52]:
Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
12/11/2018 [14:49]:
Nazir özünə 4 müşavir, 213 işçi axtarır - SİYAHI
12/11/2018 [14:44]:
Yollardan ətrafa su və palçıq sıçradan sürücülərə XƏBƏRDARLIQ
12/11/2018 [14:22]:
“Yavaş-yavaş bu yoxluğa öyrəşməyə çalışırıq...” -Həsənağa Sadıqovun oğlu...
12/11/2018 [14:11]:
İlham Əliyev Belarusa gedir - “Razılaşmamız müqəddəsdir”
12/11/2018 [14:02]:
“Anlamır ki, gündəmdə qalmaq istəyi onu son nəticədə “gündəyməzə” salır...”
12/11/2018 [13:43]:
Telman İsmayılovun oteli icarəyə verildi
12/11/2018 [13:41]:
“Uşaqlarımı öldürməklə təhdid edirlər” - Prezidentliyə namizəd
12/11/2018 [13:33]:
“Cinçıxaranlar”ın, falçıların bazarının bağlanması üçün ciddi addımlar atılmalıdır”
12/11/2018 [13:28]:
Moskvada azərbaycanlılarla ermənilərin kütləvi davası –OMON qarışdı
12/11/2018 [13:22]:
Sabahın hava proqnozu - Qar yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
12/11/2018 [13:12]:
Qaxda evləri soyan keçmiş məhkumlar saxlanıldı
12/11/2018 [12:59]:
“Bayrağı meydanda gəzdirəndə mənə dəli kimi baxıb, gülürdülər...” - Otuz il öncə üçrəngli bayrağı tikən qadın...
12/11/2018 [12:58]:
“Boğulura, bu kisəni başımdan çıxarın” – Qaşıqçının son sözləri
12/11/2018 [12:42]:
"Fədayə Laçının səhhəti ağırdır" - Vəkili
12/11/2018 [12:39]:
Səreyndəki güneyli qardaşlarımızdan bu taya çağırış...
12/11/2018 [12:35]:
Əli Məhərrəmzadənin "Covdar çörəyi" təqdim olundu
Bütün arxiv bir sırada
21/10/2018 [18:01] - Araşdırma - ( 2795 dəfə baxılıb)

Gender balansından “qızıl cəmiyyət”ə uzanan yol: XİLAS!



Məlum olduğu kimi, hər bir cəmiyyətdə gender balansının təmini həmin cəmiyyətin uğurlu inkişafını şərtləndirən əsas amillərdən biri kimi dəyərləndirilməkdədir. Gerçəkdən də, qadınların yalnız hüquqi baxımdan deyil, həm də praktiki baxımdan kişilərlə eyni hüquqa malik olduğu, gender balansının təmin edildiyi cəmiyyətlərin təhlili, bu qəbildən olan toplumlarda vətəndaş məmnununluğunun, sosial rifah və mədəni inkişafın daha yüksək olduğunu, aqressiya, şiddət və s. kimi neqativ meyillərin azaldığını, bütövlükdə, cəmiyyətin intellektual göstəricisinin yüksəldiyini göstərir.

Məlumat üçün qeyd edək ki, “gender” termini ingilis dilində qadın və kişi cinsini bildirir. İlk dəfə psixoloq Robert Stoller tərəfindən 1968-ci ildə “Cins və gender” adlı tədqiqat işində yer alan bu ifadə sonradan geniş şəkildə yayılmışdır.

Bəs gender balansını təmin etmək, demək olar ki, əksər cəmiyyətlərə xas olan bu problemi ortadan qaldırmaq üçün hansı addımlar atılmalıdır? Gerçək tarazlığına gedən yol hardan keçir? Bu problemin həlli baxımından “ağırlıq nöqtəsi” təşkil edən, “açar” rolu oynayan amillər hansıdır? Bütün bu suallara cavab vermək üçün gender problemini doğuran səbəbləri ortaya çıxarmaq,  bu səbəblərlə mübarizə üsullarını müəyyənləşdirməyə ehtiyac var.

 

Hüquqi baza gender balansının barometri rolunda

 

Hər bir ölkədə gender balansının mövcud durumunu əks etdirən əsas göstərici gender balansının tənzimlənməsi ilə bağlı hüquqi bazanın hansı səviyyədə təşkil edilməsi ilə bağlıdır. Araşdırma göstərir ki, ölkəmiz gender hüququnun təmin edilməsi ilə bağlı yetərincə təkmil hüquqi bazaya mövcuddur. Ölkəmizdə “Gender bərabərliyinin təminatı haqqında” qanun mövcuddur ki, 21 maddədən ibarət bu qanun bütün sahə və istiqamətlərdə qadın-kişi hüquqlarının bərabərliyini təmin edir. 1 oktyabr 2007-ci il tarixində Milli Məclis “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər həyata keçirdi ki, bu, gender hüququ ilə bağlı qanunun daha da təkmilləşməsinə səbəb oldu.

Azərbaycanda gender balansının tənzimlənməsi, gender əsasalı zorakılıqla mübarizə mqəsədi ilə

Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli qərarı ilə qəbul edilən “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı” da qəbul edilib ki, bu da sözügedən problemlə daha effektiv mübarizəyə şərait yaradır. 2010-ci ildə parlamentin qəbul etdiyi “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun da gender hüquqlarının təminatına yönəldilmiş hüquqi aktdır. 

 

Gender bərabərsizliyinə qarşı açılan daha bir “cəbhə” - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi...

 

Azərbaycanda gender bərabərsizliyinə qarşı aparılan fundamental mübarizə çərçivəsində atılan ən mühüm addımlardan biri də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması olub. Xatırladaq ki, hələ 14 yanvar 1998-ci il tarixində Azərbaycan prezidentinin fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaransa da, sonrakı dönəmlərdə bu problemin ailə və uşaq problemləri ilə birgə dəyərləndiriləsi zərurəti meydana çıxmış, bu baxımdan da ölkə başçısının 6 fevral 2006-cı il tarixli fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

Qadın Problemləri üzrə Dövlət Komitəsi və onun əsasında 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması gender bərabərsizliyinə qarşı açılan yeni bir cəbhə kimi də dəyərləndirilə bilər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gender bərabərsizliyinə qarşı nə dərəcədə qənaətbəxş mübarizə aparması isə heç şübhəsiz ayrıca araşdırma tələb edən bir mövzudur.

 

Beynəlxalq konvensiyaları qabaqlayan milli qanunlar: “Cümhuriyyət dövrünün “qızıl bərabərliyi”

 

Bu gün ölkəmiz gender bərabərliyi məsələsində Avopa dövlətələrdin bir çox baxımdan geri qalsa da, milli tariximizin tədqiqi ölkəmizin qanunvericilik baxımından bu məsələdə heç bir rəqib tanımadığını göstərir. Buna misal olaraq, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) şərq tarixində ilk dəfə kişilərlə yanaşı qadınlara da səsvermə hüququnu verməsini göstərmək olar.

Urxan Ələkbərov bu haqda yazır: “Azərbaycanda qadın hüquqları ilə bağlı ilk ciddi addım Dövlət Dumasının müsəlman fraksiyasının rəhbəri Xasməmmədov azərbaycanlı qadınların səvermə hüquqları barədə qanun layihəsi hazırlayıb. Lakin qadın hərəkatının inkişafı sahəsində ən vacib tarixi fakt 1918-ci ilə təsadüf edir. Məhz həmin il azərbaycanlı qadınlar, bir çox qərb ölkələrindən adha erkən səsvermə hüququ qazanıblar”. (Urxan Ələkbərov.  “Davamlı insan inkişafı və ekoloji sivilizasiyanın əsasları”. (Ali məktəblər üçün dərslik). Bakı, “Təhsil”, 2013. 224 səh.Səh-107).

AXC-nin qadınlarla kişilərin hüquq bərabərliyini təmin etməsi XX əsrin əvvəllərində sensassiya sayılacaq qədər böyük hadisə idi və bunu Cümhuriyyətin öz vətəndaşları üçün yaratdığı “qızıl bərabərlik” hesab etmək olar. Müqayisə üçün qeyd edək ki, AXC-nin qadınlara verdiyi bu hüquq ABŞ-da 1920, İspaniyada 1931, Fransada 1944, İsveçrədə isə 1971-ci ildə verilib.

1921-ci ildə sovet Azərbaycanı qadınlarının ilk qurultayı da gender probleminin həllinə az töhfə vermədi. Sonrakı illərdə mütəmadi surətdə keçirilən bu qurultaylar gender balansının tənzimlənməsində ciddi addımlar atmağa imkan verdi.

 

Milli qanunvericilikdən beynəlxalq konvensiyalara doğru...

 

Çağdaş dünyanın əsas problemlərindən biri olan gender balansının yaradılmasına istiqamətində bir sıra beynəlxalq təkilatlar mühüm addımlar atmaqdadır ki, bunların arasında BMT çərçivəsində görülən işlər öz miqyasına və əhəmiyyətinə görə daha çox diqqət çəkir. Məsələn, BMT Baş Assambleyasının 2000-ci ilin iyun ayında keçirilən sessiyası gender probleminə həsr edilmiş, bütün dünyada ciddi müzakirələrə səbəb olmuş, problemin həllinə hüquqi və psixoloji baxımdan mühüm təkan vermişdir. “Gender bərabərliyi, XXI əsr üçün inkişaf və sülh” şüarı altında keçirilən bu sessiyada gender probleminin həlli yolları müzakirə edilmiş, bunun üçün başlıca istiqamətlər müəyyənləşmişdi.

2002-ci ildə BMT tərəfindən təsdiqlənmiş “Minilliyin Məqsədləri” hesabatında da gender probleminə diqqət yetirilib.

Azərbaycanın gender probleminin həlli məsələsinə verdiyi mühüm diqqətin nəticəsidir ki, ölkəmiz gender məsələsi ilə bağlı bütün beynəlxalq konvensiyaların üzvüdür və bu konvensiyalar əsasında üzərinə götürdüyü öhdəliklərə ciddi əməl edir.

Ölkəmiz BMT və Beynəlxalq Əmək Təşkilatnın “eyni əməyə görə eyni ödəniş” prinsipinə əsaslanan Konvensiyasına(1951) qoşulub. Azərbaycan 1992-ci ildə “Qadınların siyasi hüquqları haqqında” Konvensiyaya, 1995-ci ildə isə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulub ki, bu da ölkəmizin gender balansının təmin edilməsində qərarlı olduğunu göstərir.

 

Qanunverici orqanların gender tərkibi o dövlətlərin gender balansı haqqında nə deyir?

 

İstənilən bir ölkədə gender alansının durumunu müəyyəne ən digər bir amil həmin ölkənin qanunverici orqanındakı qadın və kişilərin nisbəti ilə müəyyən edilir. Məlumat üçün qeyd edək ki, bu günə qədər inkişaf səviyyəsindən asılı olmayaraq, heç bir ölkənin qanunverici orqanında gender balansının qadınların xeyrinə müşahidə edilməsi, yəni, qadınların 50%-lik bariyeri aşması halı baş verməyib. Hətta qanunverici orqanında qadınlara dünyanın digər ölkələrindən daha çox yer ayıran İsveçdə belə 50/50-yə nisbəti müşahidə edilmir. Belə ki, bu ölkədə qadınlar parlamentin 45%-ni təşkil edir. Hansı ki, bu göstərici yalnız Avropada deyil, bütün dünyada ən yüksək rəqəm hesab edilir.

İsveçdən sonra daha ürəkaçıcı nəticə Finlandiya və Norveçə məxsusdur. Belə ki, bu ölkələrdə qadınlar parlamentdəki yerlərin müvafiq olaraq 37 və 36,4%-ni əhatə edir.

Qanunverici orqanlarda təmsilçiliklə bağlı ən aşağı göstərici isə Asiya və Afrika dövlətlərin məxsusdur. Məsələn, Nigerdə bu göstərici 1,2%, Yəməndə isə cəmi 0,3%-dir. Hətta Avropaya inteqrasiya itiqamətindəə ciddi addımlar atan Türkiyə kimi ölkədə belə qadınlar parlamentin cəmi 5%-i təşkil edir.

 

Azərbaycan parlamentinin “gender siması”: rəqəmlər nə deyir?

 

Azərbaycan parlamentində qadınların təmsilçilik səviyyəsinə nəzər salanda, ölkəmizdəki durumun digər qonşu ölkələrlə müqayisədə daha ürəkaçan olduğu bəlli olur. Belə ki, hazırda ölkəmizin parlamentində qadınların təmsilçilik göstəricisi 16%-dir. Bu rəqəm Avropa və Şimali Amerika dövlətləri ilə müqayisədə az olsa da, region dövlətləri, eləcə də İran, Türkiyə kimi ölkələrlə müqayisəfə xeyli dərəcədə yüksəkdir. 

Məlumat üçün qeyd edək ki, Türkiyə kimi qonşu İranda da qadınların parlamentdəki təmsilçiliyi 4-5%-lik bariyeri heç bir halda aşmır. Lakin bununla belə ölkəmizdəki göstərici də heç də qənaətbəxş hesab edilə bilməz. Çünki qanunverici orqandakı gender balansının qismən də olsa qənaətbəxş hesab edilməsi üçün bu göstəricinin ən azı bir neçə dəfə yüksəldilməsinə ehtiyac var. Unutmaq olmaz ki, parlamentin ən azından1/3-nin belə qadınlardan ibarət olmadığı qanunverici orqanı Qadınların İmkanlarının Genişləndirilməsi Əmsalı (QİGƏ) baxımından qənaətbəxş hesab etmək olmaz.

 

Qadın məmurlar kontingenti QİGƏ-nın daha bir göstəricisi rolunda

 

QİGƏ-nin əsas göstəricilərindən biri də qadınların öz ölkələrindəki yüksək vəzifələrdə hansı miqyasda təmsil olunmalarıdır. Qeyd edək ki, bu məsələdə də Şimali Amerika və Qərb ölkələri daha ciddi uğurlara malikdir. Məsələn, Avropanın aparıcı dövlətlərindən biri olan Almaniyada kansler vəzifəsində uzun illərdir ki, xanım siyasətçi – Angela Merkel təmsil olunur ki, bu da həmin ölkədə qadınların vəzifəyə təyinatındakı durumu göstərir. Isveçrə, Finlandiya, Norveç kimi ölkələrdə də bu göstəricisi kifayət qədər yüksəkdir.

ABŞ-da da bu göstərici Avropa dövlətlərindən az deyil. 2017-ci ilin fevralında hüquqşünas Betsi Devosun təhsil naziri, 2017-ci ilin oktyabrında isə Kirstcen Nielseninin ABŞ-ın milli təhlükəsizlik naziri təyin edilməsi faktı bu ölkədə qadınların kifayət qədər yüksək vəzifələrə təyinat aldığını, bu təyinatların məhdud xarakter daşımadığını göstərir.

 

Azərbaycanın gender balansında əldə etdiyi ən yüksək uğur

 

Maraqlıdır ki, Azərbaycanın gender balansının tənzimlənməsi sahəsində əldə etdiyi ən yüksək uğur də məhz qadınların yüksək vəzifələrdə təmsilçiliyi ilə bağlıdır. Ölkəmizin bu nöqtədə demək olar ki, Avropa dövltətləri səviyyəsində nəticə ortaya qoyduğunu anlamaq üçün bəzi nümunələrə nəzər salmaq kifayətdir. Məlumat üçün qeyd edək ki, hazırda ölkəmizdə I vitse-prezident postunda təmsil olunan şəxs Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır ki, bu vəzifə ölkə başçısı postundan sonra ikinci mühüm strateji post hesab edilir. Başqa sözlə desək, ölkəmizdə prezidentdən sonra ikinci mühüm postda məhz qadın təmsil olunur. Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri postunda da yenə də qadın – Hicran Hüseynova təmsil olunur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini postu da qadına -  Sevda Məmmədəliyeva məxsusdur. Nigar Əlyevanın səhiyyə nazirinin müavini, Zəkiyyə Mustafayevanın bu nazirliyin aparat rəhbəri, Elmira Əliyevanın Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi  vəziflərində təmsilçilikləri də ölkəmizin bu məsələdə əldə etdiyi ciddi uğurlardan biri hesab edilə bilər. Abşeron Rayonİcra Hakimiyyətinin başçısı postunda da İradə bir neçə ildir ki, məhz qadın rəhbərlik edir. Bundan başqa, icra başçılaırnın müavinləri arasında da qadınların sayı ilbəil artmaqdadır ki, bu da məlum məsələdə optimist olmağa imkan verir.

Bütövlükdə, qadınların yüksək dövlət vəzifələrində irəli çəkilməsi ilə bağlı atılan mütəmadi addımlar Azərbaycanın gender baınsı məsələsində əldə etdiyi ən böyük uğur hesab edilə bilər.

 

Gender balansının tənzimlənməsində “unudulan” amil: Din faktoru!

 

Gender balansının təmin edilməsi, bu problemin ortadan qalxmasında mühüm rol oynayacaq amillərdən biri də din faktorudur. Bütün səmavi dinlərdə, eləcə də İslam dininin müqəddəs kitabı olan Qurani-Kərimdə qadın hüquqlarına, onların ailədə, cəmiyyətdə roluna mühüm diqqət yetirilmiş, qadınların kişilərlə bərabər hüquq və azadlqlara malik olduğu öz əksini tapmışdı. İslam dininin gender balansını necə tənzimlədiyi, qadınlara hansı nisbətdə önəm verdiyini daha yaxşı dərk etmək üçün bəzi nümunələrə nəzər salmaq kifayətdir.

Gündüz İsmayılovun “Müsəlman”dan İslama qədər” kitabında islamın qadınlara verdiyi hüquq haqqında deyilir:

“İslamda kişi kimi qadının da sosial vəzifələri və hüquqları var.

İslamdan öncə qadınların miras haqqı tanınmırdı. Qadın nə atasının, nə də ərinin mirasına sahib ola bilərdi. İslamın miras qanunu ilə (Nisa surəsi, 7-12 və 176-cı ayələr) müxtəlif qadınlar, xüsusilə də arvad, qız, ana, bacı miras hüququ əldə etdi. Qadın başqasının hesabına himayə olunmaq hüququna malik olduğu halda, islamın ona miras kimi əlavə bir mülkiyyət haqqı verməsi də nəzərdən qaçırılmamalıdır. Qadının həm maddi, həm də mənəvi baxımdan himayə edilməsi İslamda o səviyyədədir ki, şəriətə görə o, öz uşağını əmizdirməyə “məcbur” edilə bilməz. Belə ki, qadın uşağını əmizdirmək istəmədikdə, lazımi xərci ödəyərək körpəyə süd anası tapmaq vəzifəsi atanın üzərinə düşür”. (Gündüz İsmayılov. “Müsəlman”dan İslama qədər”. Bakı-2017. Səh – 50-51).

Qurani-Kərimdə 11 qadın adı çəkilmiş, onlardan məhəbbət və sevgi ilə bəhs edilmişdir. Quranda qadınlarla bağlı ayrıca surənin (Ən-Nisa(Qadınlar) mövcudluğu da İslam dinində qadınlara verilən yüksək dəyərin göstəricisidir.

Qurani-Kərimdə (Tövbə surəsi, 71) qadınlar haqqında səsləndirilən daha bir fikir də İslamın qadın hüqqularına kişi hüquqlarından heç də az dəyər vermədiyini göstərir:

“Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir”.

Göründüyü kimi, din faktoru gender probleminin həllində olduqca böyük töhfə vermək potensialına sahib olsa da, bu potensialdan lazımınca istifadə edilmir. Bu amil sanki göz önündəcə “unudulur” ki, bu da gender probleminə qarşı mübarizənin effektini əhəmiyyətli dərəcədə azaldır.

 

Media və maarifçilik gender probleminə qarşı mübarizənin avanqardı rolunda

 

Gender balansının stimullaşmasında olduqca mühüm əhəmiyyət kəsb edən amillərdən biri də mediadır. Medianı bu məsələdə avanqarda çevirən başlıca məqam isə onun ictimai rəyə təsir imkanının odluqca geniş olması ilə bağlıdır. Istər radio və televiziyalar, istərsə də çap və ya  onlayn media formasında medianın demək olar ki, hər bir evə daxil olduğu birmənalıdır. Bu isə o deməkdir ki, media gender tarazlığının stimullaşdırılması məsələsində maarifçilik baxımından digər vasitələrdən daha böyük üstünlüyə malikdir. 

Lakin medianın apardığı və ya aparacağı təbliğatın daha effektli alınması üçün bu təbliğatın ciddi şəkildə əsaslandırılmasına, maarifləndirmə prosesi zamanı konkret nümunə və faktlara diqqət çəkilməsinə ehtiyac var. Media real faktlar və konkret nümunələr əsasında gender bərabərliyinin önəmini anlamayan hər bir kəsə başa salmalıdır ki, belə bir tarazlığın yaranması yalnız dövlət və cəmiyyət üçün deyil, ilk növbədə hər bir ailə, bu ailənin sosial rifahı, daynıqlığı və s. baxımından zəruridir.

 

“Bəzən medianın özündə gender hüquqları pozulur”

 

Mövzu ilə bağlı açıqlama verən media üzrə hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, medianın bu müstəvidəki rolu böyük olsa da, bəzən medianın özündə gender hüquqlarının pozulması müşahidə edilir:

“Gender balansı məsələsi mahiyyət etibari ilə ayrı-seçkilik məsələsidir. Unutmaq olmaz ki, hüquqda ayrı-seçkiliyin bütün formaları qadağandır. Ayr-seçkiliyin çoxsaylı növləri var ki, bunlardan da biri genderdir.

Azərbaycanda gender məsələsinə streotiplərdən doğan müdaxilələr var və bundan əvvəl də olub. Qadının cəmiyyətdəki rolu ilə kişinin roluna eyni yanaşılmır və  bu yanaşma bəzi hallarda həm də mediada öz əksini tapır”.

 

“Kişi sürücü ola bilər, qadın yox?”

 

Ə.Məmmədlinin fikrincə, bəzən medianın reytinq dalınca qaçması belə bir mənzərənin formalaşmasına səbəb olur:

“Ikincisisi, bəzi hallarda reytinq naminə gender balansının pozulması halları müşahidə edilir. Bəzən müəyyən media orqanları öz reytinqləri naminə cinsi məsələni qabardır. Tutaq ki, hər hansı bir kişi direktor rüvət alan zaman yaxalanır. Bu zaman həmin informasiya cəmiyyətə “kişi direktor yaxalandı” kimi təqdim edilmir. Lakin bu direktor qadındırsa, o zaman “qadın direktor yaxalandı” ifadəsi işlədilir. Başqa bir misal. Hər gün avtmobil yollarında xeyli qəza olur. Kişilər qəza törədəndə sürücünün cinsi mənsubluğuna media diqqət yetirmir. Lakin qəza törədən sürücü qadındırsa, o zaman bu qəza ictimaiyyətə “qadın sürücü qəza törətdi” başlığı ilə təqdim edilir. Media orqanlaır öz reytinqlərini yüksəltmək, məqalənin daha çox oxunmasına nail olmaq üçün bu cür addımlar atırlar. Bu, bəzi halda streotiplərdən doğan hal kimi önə çıxır. Bəzən bu kimi xəbərlərin arxasında “qadınlar niyə sürücü olmalıdır ki” düşüncəsi dayanır. Sanki sürücü qadındırsa, o zaman hökmən idarəetmədə problem yaşanacaq. Yaxud, kişi əxlaqsız ola bilər və bu müzakirə predmeti olmamalıdır. Amma qadın əxlaqsız olmamalıdır. Bunun özü də bir streotipdir. Bu streotiplər bəzən media sahəsində çalışan insanların da düşüncəsində yer tutduğu üçün bu cür məqalələr mediada yer ala bilir!”

 

“Bu kimi məsələlərdə medianın önəmi nəinki böyük, bəzi məqamlarda həlledicidir”

 

“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev hesab edir ki, media bu sahədə böyük imkanlarla malikdir:

“Medianın bu və bu kimi məsələlərdə çox böyük rolu var. Gender məsələsinə gəlincə, hesab edirəm ki, bu, Azərbaycan üçün elə də problemli məsələ hesab edilmir. Azərbayan hətta dünya miqyasında qadınlarla kişilərə bərabər seçki hüququ verən ilk ölkələr sırasındadır. Azərbaycan bu məsəldə ABŞ-ı belə qabaqlayıb. Cəmiyyətdə qadının yeri, hörməti,s tatusu həmişə qorunub. Ona görə də bu, bizim üçün böyük bir problem sayıla bilməz. Ancaq hər halda hər bir dövrün öz çətinlikləri olur. Bu baxımdn gender problemini əsas problem olmasa da, diqqət yetirilməsi gərəkən bir məsələ kimi önəmlidir və digər məsələlərdə olduğu kimi burada da medianın rolu kifayət qədər böyükdür. Bəzi məqamlarda isə deyərdim ki, həlledicidir”.

 

Gender tarazlığının yaradacağı “cənnət”: ideal cəmiyyət və tam güclü “sosial reaktor”

 

Gender tarazlığının bərqərar olması fonunda cəmiyyətdə müsbət mənada bir sıra ciddi dəyişikliklər olacaq ki, bunlardan da biri qadınların sosial-ictimai münasibətlər sistemində aktivliyinin əhəmiyyətli dərəcədə artması, daha hərəkətli, yetkin və dinamik toplumun formalaşması ilə bağlıdır. Hansı ki, daha sivil, mədəni və inkişafa meyilli cəmiyyətin mövcudluğu baxımından bu, olduqca vacibdir.

İkincisi, gender balansının təmin olunması cəmiyyətin intellektual gücünün və rassionallığının artmasına, “sosial reaktor”un tam gücü ilə işləməsinə səbəb olacaq. Bu isə həm maddi, həm də mənəvi dəyərlər sisteminin inkişafı baxımından olduqca önəmlidir.

 

“Dünyanı analar idarə edir”

 

Üçüncüsü, gender balansının təmin olunması daha sağlam, daha intellektual nəslin yetişdirilməsi deməkdir. Çünki gender balansının təmini daha təhsilli, ictimai-siyasi, ictimai-sosial münasibətlərdə daha aktiv qadınların mövcudluğunu tələb edir. Bu isə təhsilli, ictimai-sosial münasibətlər sistemində öz bilik və bacarığına uyğun yer tutan  ananın tərbiyəçiliyi fonunda mənəvi-psixoloji və intelelktual baxımdan daha sağlam gəncliyin yetişməsi deməkdir. Yaddan çıxartmaq olmaz ki, “dünyanı analar idarə edir” fəlsəfəsinin arxasında da məhz onların yetişdirdikləri övladlar nəzərdə tutulur.

 

Viktor Hüqonun təqdim etdiyi çıxış yolu: “Maarif və işıq!”

 

Dördüncüsü, gender balansının təmini həmin cəmiyyətlərdə kriminal meyillərin, cinayətlərin azalmasına da öz töhfəsini verəcək. Aparılan araşdırmalar sübut edir ki, gender balansının kəskin surətdə pozulduğu, təhsilin, maarifin aşağı səviyyədə olduğu toplumlarda cinayətlərin sayı və amansızlıq dərəcəsəsi daha yüksəkdir. Odur ki, dünyanın bütün sivil dövlətlərində cinayətkarlığa qarşı aparılan mübarizə fonunda təhsil müəssisələrinin inkişafına, müxtəlif səbəblərə görə təhsil sistemindən kənarda qalan şəxslərin maarifləndirilməsinə xüsusi fikir verilir.

Hətta bəzi ölkələrdə həbsxanalarda belə mütaliəyə əhəmiyyətli dərəcədə ciddi fikir verilir, kitab oxuyan məhbuslara əlavə güzəştlər edilir. Braziliya nümunəsi bu baxımdan xüsusilə təqdirəlayiq hesab edilə bilər. Belə ki, Braziliya hökuməti hər oxunan kitaba görə məhbusların cəza çəkmə müddətini 4 gün azaltmaqla bağlı qərar qəbul edib. Qərara əsasən törətdiyi cinayətin təhlükəlilik dərəcəsindən asılı olmayaraq, hər bir məhbus bir kitab oxuyacağı təqdirdə onun həbs müddətindən 4 gün çıxılır. Məqsəd, göründüyü kimi, cəmiyyətin bir hissəsi olan məhbusları marifləndirmək, onların içində “işıq yandırmaq”dır.

Xatırladaq ki, vaxtiylə böyük böyük fransız yazıçısı Viktor Hüqo da maarifçiliyi cinayətkarlığa, ədxahlığa, zülmətə qarşı mübarizədə ən universal silah kimi dəyərləndimiş və demişdir: “Bəli, maarif! İşıq! İşıq! Hər şey işıqdan yaranır, işığa da qayıdır!”

 

Hacı Zeynalabdin Tağıyevdən əsrlər ötdükcə dəyərini artıran “ölümsüz kəlam”

 

Gender probleminin tədqiqi göstərir ki, bu problemi yaradan əsas amillərdən biri də qızların savadsızlığı, onların oğlan uşaqlarına nisbətən təhsildən daha çox kənarda qalmasıdır. Lazımı təhsil və dünyagörüşünə malik olmamaq qadınları bir çox hallarda kişilərədn asılı və çarəsiz duruma salır ki, bu da onların hüquqlarının daha çox pozulması ilə paralel müşahidə edilir. Məhz bu səbəbdən də gender probleminə qarşı səmərəli mübarizə çərçivəsində atılması gərəkən addımlardan biri kimi məhz qızların mümkün qədər daha mükəmməl təhsilə cəlb edilməsi vacib hesab edilir.

Xatırladaq ki, bu həqqiət hələ XIX əsrin sonlarında Azərbaycanın bir çox ziyalıları tərəfindən aydın dərk edilirdi. Məhz bunun nümunəsidir ki, 1898-ci ildə məşhur xeyriyəçi Hacı Zeynalabdin Tağıyev Bakıda ilk qızlar məktəbinin tikintisinə başlayır. Məktəb 1900-cu ildə istifadəyə tam hazır vəziyyətə gətirilir. Bu, bütün Zaqafqaziyada tikilən ilk qızlar məktəbi kimi tarixdə qalır.

“Bir oğlanın təhsil alması bir ziyalı deməkdir, bir qadının təhsilli olması isə bütöv ailənin təhsilə yiyələnməsidir” kəlamının müəllifi olan Tağıyev, bununla yeni bir dönəmin başlanğıcını qoyur. Gender probleminin tədqiqi göstərir ki, Tağıyevin əsrlər ötdükcə öz dəyərini daha da artıran bu “ölümsüz kəlam”ı bu gün də yetərincə aktualdır.

 

“Abort “bumu”, yaxud  Hippokrat davamçılarının əli ilə gerçəkləşdirilən “gender terroru”

 

Azərbaycanda gender balansının pozulmasına səbəb olan amillərdən biri də son illər artan, genefond üçün ciddi təhlükəyə çevrilən “abort bumu”dur. Təsadüfi deyildir ki, qız övladlarının ana bətnindəcə məhvinin geniş vüsət alması Azərbaycanda nəinki əlaqədar qurum və təşkilatlar, həm də parlament səviyyəsində ciddi narahatlığa səbəb olmuş, bunun qarşısını almaq üçün bir sıra addımlar atılmışdır. Belə ki, 2013-cü ildə parlament abortların reklamını qanunla yasaqlamışdır. Həmin ərəfədə mediaya açıqlama verən millət vəkili Musa Quliyev abort həyata keçirən həkimlərə qarşı konkret cəza tədbirləri görməyin vacibliyinə toxunaraq demişdir:

"Selektiv abortları həyata keçirənlərin cərimələnməsi, həkimlik fəaliyyətinin məhdudlaşdırılması, hətta cinayət məsuliyyətinə cəlb olunmasına qədər sanksiyalar tətbiq olunmalıdır. Çünki bu işdə inzibati və cinayət xarakterli sanksiyalar olmasa, maarifləndirmə tədbirləri ilə selektiv abortların qarşısını almaq çətin olacaq".

 

“Sifarişli qətl” və qorxunc statistika...

 

Məlumat üçün qeyd edək ki, təxminən bir həftə bundan öncə Roma papası I Fransisk abortla bağlı sərt mövqe ortaya qoymuş və bunu sifarişli qətllə müqayisə edərək demişdir: “Kiçik də olsa, hər hansı probleminin həll etmək üçün aborta müraciət etmək doğru deyil. Bu sanki muzdlu qatil tutub problemini həll etməyə bənzəyir”.

Təəssüflər olsun ki, Azərbaycanda abortlarla bağlı statistika kifayət qədər yüksəkdir. Bircə onu demək kifayətdir ki, ölkəmiz 1990-ci illərdən bəri dünyaya gələn uşaqların cins nisbətinə görə Çindən (hər doğulan 100 qıza, 120 oğlan düşür) sonra 2-ci yerdə qərarlaşıb.

Dövlət Statistika Komitəsinin 2014-cü illə bağlı verdiyi məlumata görə, göstərilən ildə Azərbaycanda qeyri-leqal abortlar da daxil olmaqla bütövlükdə 27 220 abort halı qeydə alınıb. Statistika Komitəsinin araşdırmasına görə, abortlar daha çox 25-34 yaş arasındakı qadınlar tərəfindən gerçəkləşdirilib.

Insanları abortlardan çəkindirmək üçün həyata keçirilən bütün maarifləndirici layihələrə rəğmən, məlum problem bu gün də öz aktuallığını qorumaqdadır.

 

Güclü ordulardakı “zərif sipər”lər...

 

Beşincisi, gender balansının təmini hər bir cəmiyyət və toplumun həm daxili, həm də xarici təhlükələrə qarşı mübarizə gücünü, dirəniş immunitetini də artırır. Çünki gender balansının təmin olunduğu cəmiyyət daha yetkin və dərrakəli toplum olduğundan, o, bu cür təhlükələrə də yekdil və dərrakəli şəkildə reaksiya verir, daha mükəmməl müdafiə və mübarizə vasitələri tətbiq edir. Hətta bəzi ölkələrdə bu amil qadınların ordu və ya hərbiləşmiş təşkilatlara daha çox meyl etməsi, yaxud qadınlarla bağlı hərbi mükəlləfiyyətlərin tətbiqi ilə özünü büruzə verir. 

Məsələn, 2014-cü ilin məlumatına görə, Norveç ordusunda könüllülk prinsipi əsasında 8 min nəfər qadın xidmət edir. ABŞ ordusunun isə təxminən 20%-ni qadınlar təşkil edir. İsrail, Myanma kimi ölkələrdə isə qadınlarla bağlı hərbi mükəlləfiyyətlər mövcuddur.

Gender balansının stimullaşmasının daha onlarla faydası mövcuddur ki, bunu qabaqcıl Qərb ölkələrinin təcrübəsində görmək mümkündür.

 

Seymur ƏLİYEV

 

Məqalə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin "Gender hüququ: gender balansın stimullaşdırılmasında medianın rolu" mövzusundakı müsabiqəyə təqdim edilir.

 

ƏDƏBİYYAT

 

1.“Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu”

http://xidmet-is.az/upload/files/fayllar/Gender_barabarliyinin_taminatlar_haqqnda_Azarbaycan_Respublikasnn_Qanunu.pdf

 

2.“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

http://www.e-qanun.az/framework/14117

 

3.Urxan Ələkbərov. “Davamlı insan inkişafı və ekoloji sivilizasiyanın əsasları”. (Ali məktəblər üçün dərslik). Bakı, “Təhsil”, 2013. 224 səh.

 

4.“Gender göstəriciləri”

https://www.stat.gov.az/source/gender/

 

5.“59 yaşlı qadın ABŞ-ın təhsil naziri oldu”

https://qaynarinfo.az/az/59-yasli-qadin-abs-in-tehsil-naziri-oldu/

 

6.“Müasir anlamda qadın və gender bərabərliyi problem”

https://525.az/site/?name=xeber&news_id=74494#gsc.tab=0

 

7.“Donald Tramp Ağ Evin müşavirini milli təhlükəzilik naziri təyin edib”

 https://www.amerikaninsesi.org/a/tramp-kirstcen-nielsen/4067981.html

 

8.“Mehriban Əliyeva birinci vitse-prezident təyin edilib”

https://www.bbc.com/azeri/azerbaijan-39037096

 

9.http://scfwca.gov.az/page/hicran-huseynova

 

10.“Azərbaycanda yüksək vəzifə tutan qadın məmurlar: Millət vəkilləri, nazir müavinləri, icra başçısı...”

http://olke.az/news/detail/azerbaycanda-yuksek-vezife-tutan-qadin-memurlar-millet-vekilleri-nazir-muavinleri-icra-bascisi-49904

 

11.“Gender bərabərliyi”

https://az.wikipedia.org/wiki/Gender_b%C9%99rab%C9%99rliyi_(B%C9%99hailikd%C9%99)

 

12.“Qadın və Quran”

http://www.azerislam.com/?lngs=aze&cats=1&ids=1895

 

13.http://unec.edu.az/application/uploads/2015/07/Gender.pdf

 

14.Sədaqət Qəhrəmanova: “Gender bərabərliyi Azərbaycan üçün yeni məsələ deyil”

http://www.anl.az/down/meqale/525/2010/oktyabr/135632.htm

 

15.https://www.gender-az.org/index_az.shtml?id_main=19&id_sub=75&id_sub_sub=90

 

16.“AŞPA: Azərbaycanda demokratik qurumların fəaliyyətinə və insan haqlarına dair iki qətnamə qəbul edildi”

https://www.bbc.com/azeri/azerbaijan-41578402

 

17.“Azərbaycanın şəhər məktəblərində qadın, kənd məktəblərində isə kişi müəllimlər üstünlük təşkil edir”

http://aztehsil.com/news/2489-azrbaycann-hr-mktblrind-qadn-knd-mktblrind-is-kii-mllimlr-stnlk-tkil-edir.html

 

18. “Ailədə gender identifikasiyası

 http://realfakt.az/index.php?newsid=6211

 

19.Tərxan Paşazadə. “Media və din”. “Şans mətbəə LTD”MMC. Bakı – 2017.

 

20.Məhəmmədi Reyşəhri. “Mizanul-Hikmət”. Bakı – 2009.

 

21.Gündüz İsmayılov. “Müsəlman”dan İslama qədər”. Bakı-2017.

 

22.“Qurani-Kərimdə adı çəkilən 11 qadın”

http://www.ahlibeyt.ge/islam-elimleri/16167-qurani-kerimde-adi-cekilen-11-qadin.html

 

23.“Qurana əsasən, qadın və kişi bərabərdir”

http://fiqh.az/2016/02/08/qurana-%C9%99sas%C9%99n-qadin-v%C9%99-kisi-b%C9%99rab%C9%99rdir/

 

24.“Kitab oxumaqla cəza müddətini azaldan həbsxana”

http://bilgibazari.com/2016/04/01/kitab-oxumaqla-h%C9%99bs-c%C9%99zasi-azalan-h%C9%99bsxana/

 

25.“Zərif silahlılar”: Dünya ordularında qadınlar – FOTOLAR

https://publika.az/news/dunya/47202.html

 

26.“Azərbaycanda ilin sonunadək uşaqların cinsinə görə abortlara qadağan qoyulması gözlənilir”

https://az.trend.az/azerbaijan/society/2185791.html

 

27.“Abortların reklamına qadağa qoyuldu”

http://arxiv.bizimxeber.az/xeber/31973

 

28.“Papa abortu sifarişli qətllə müqayisə etdi”

http://modern.az/az/news/179943#gsc.tab=0

 

29.“Muştuluq ver, qız atası oldum” - Araşdırma

http://qafqazinfo.az/news/detail/mustuluq-ver-qiz-atasi-oldum-arasdirma-194300

 

30.“Azərbaycanda abortlarla bağlı son statistika”

 https://az.trend.az/azerbaijan/society/2423073.html

Açıq-saçıq geyiminə görə Luvrdan qovuldu - FOTOLAR
Holoqramla evlənmək üçün 18 min dollar xərclədi - MARAQLI
Ölkəni ayağa qaldıran iynəli çiyələk qalmaqalının səbəbkarı tapıldı - FOTO
Yüzlərlə işçi bir gündə zəngin oldu - SƏBƏB
Allah, özüm gəlim, ya kimisə göndərəcəksən...?
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
Evsiz adam terrorçuya mane oldu, əvəzində xeyriyyə təşkilatı ona ev üçün pul yığdı
Siyasət
Dünyanın ən əzəmətli dağında şərəfli xidmət: “Burada adamın xəstələnmək yadına düşmür”
Dünya
Şirkət işçilərinə “çip” taxılması çalışanları ayağa qaldırdı - FOTO
Dünya
Artıq ölülər dəfn edilməyəcək, tarlada istifadə olunacaq - MARAQLI
Cəmiyyət
“Yavaş-yavaş bu yoxluğa öyrəşməyə çalışırıq...” -Həsənağa Sadıqovun oğlu...
Həftənin ən çox oxunanları
İllərin sirr sandığı açıldı -"Çingiz Mustafayevi arxadan vurub öldürdülər"
“Azərbaycan hərbçiləri bizi uzaqdan “Vazgen” deyə çağırırdılar, amma indi...” - Erməni əsgər
Ayaz Mütəllibovdan şok açıqlamalar -"Danışmışdım, Qarabağ qaytarılacaqdı..."
"Bəlkə içimizdəki ermənilərdənsən ki, şəhid anasını təhqir etməyə özünü borclu bilirsən"
Xalq yazıçısından həyəcan təbili: “Vaxt qalmayıb, Bakını xilas etmək lazımdır...”
“Biz sülh naminə bu torpaqları qaytarmağa hazırıq...” - Paşinyandan ermənisayağı etiraf...
Sehrli ingilis barmağı: Dumanlı Albiondan bir qudaya stop, digərinə yaşıl ışıq? + FOTOLAR
“Ələkrəm Hümbətov Azərbaycan bayrağını parçalayıb yerə atdı və...”
Azərbaycanın talanan sərvətlərinin izi ilə daha bir ünvan: Ax, London, London...
Qızının öldürüldüyünü öyrənən deputatın fəryadı ürəkləri dağladı - DƏHŞƏT...+ VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə