Təbriz gecələri, Şəhriyarın məzarı və unutduğumuz Xətai...
Oxunub: 1416
22 Oct 2018 | 10:30
Təbriz gecələri, Şəhriyarın məzarı və unutduğumuz Xətai...
Yenicə istifadəyə verilmiş Ələt-Astara magistralının rahatlığı bizi çox uzaqlara apardı.  Belə ki, Biləsuvar tərəfə dönmək əvəzinə, ötüb az qala Masallıya qədər getdik, sonradan dönüb geri qayıtdıq. Əslində burada yol nişanlarının kifayət qədər olmaması da öz sözünü dedi.

Biləsuvar boyunca uzanan yolun da tezliklə müasir tələblərə cavab verəcəyi ümidi ilə Biləsuvar sərhəd-keçid gömrük məntəqəsinə yetişdik. Bu ilin yazından etibarən İran-Azərbaycan hökumətlərinin imzaladığı memoranduma əsasən, 24 saatlıq iş rejiminə keçildikdən sonra burada insanların sıxlığı nisbətən azalıb. Amma yenə də qonşu ölkəyə ticarət məqsədilə, müalicəyə gedənlərin sayı az deyil. QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Qarabağ konfranslarına qatılmaq üçün İrana gedən heyətimizi ən çox narahat edən buraxılış məntəqəsində insanları daşımaq üçün ayrılan “Nuh əyyamından” qalma mikroavtobusların vəziyyəti idi. (İran tərəfdəki müasir, təzə maşınları gördükdə, düzü, pərt olduq. Özü də ancaq oturaq vəziyyətdə daşınırdı adamlar - E.P.) Təsəvvür edin, maşınlar dayanacağa yaxınlaşan kimi insanlar bir-birini itələyə-itələyə maşına tərəf qaçır, oturanlardan daha çox ayaq üstə, ikiyə bükülmüş vəziyyətdə irəli gedirlər. Sürücüyə yeni maşın arzulayıb ayrıldıq. İnsafən, həm Azərbaycan, həm İran sərhəd-buraxılış məntəqələrinin əməkdaşlarından hörmət gördük. Hətta Qarabağla bağlı tədbirlərə getdiyimizi bildikdə münasibətlərinin birə-beş yaxşılaşması da nəzərimizdən qaçmadı...

Tebriz
İrana qarşı Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar müsəlman qonşumuza öz təsirini göstərib. Belə ki, ölkədən bir sıra ərzaq məhsullarının çıxarılması birmənalı şəkildə yasaqdır. Bu sıraya çay, qənd, düyü, yağ aiddir. Xəbərdarlığın yazıldığı xüsusi lövhələrin yanında saxlanılan məhsullar da diqqətimizi cəlb edir. Sənədləşmə ilə bağlı prosedurlar yekunlaşanda sərhədçinin özü ilə qadağan olunmuş məhsulları aparmaq istəyən qadına dediklərini eşidirik: “Heç bir kilo da olmaz!”

Bizi qarşılamağa gəlmiş avtomobillə tikanlı məftillərin kənarı ilə üzü Təbrizə doğru yolçuluğumuz başlayır. İrana ikinci gəlişim olsa da, Təbrizə ilk dəfə gedirəm. Sol tərəfimizdəki tikanlı məftillərin o üzü Cəlilabad ərazisidir. Yolun sağ tərəfində isə əkin sahələridir. Payız şumu başlanıb artıq. Diqqətçəkən odur ki, buradakı dəmyə torpaqlarının bir qarışı belə boş saxlanılmır. Daha çox taxıl əkilir.

Təbriz şəhərinə yaxınlaşdıqca bizi müxtəlif rənglərə çalan dağlar müşayiət edir. Maqnitofonda ölməz Məhəmmədhüseyn Şəhriyarın səsini - “Heydərbabaya salam”ını dinləyə-dinləyə ruhumuzun paytaxtına doğru gedirik, bu anda hansı hisslər keçirdik, demək belə çətindir.

Təbriz hər guşəsi ilə hər birimizə doğmadır. Təəssüf ki, bizim mühafizəmizlə məşğul olan şəxslər sərbəst hərəkətimizə imkan vermirdilər. Xüsusilə də Əhvazda baş vermiş dəhşətli terror olayından sonra təhlükəsizlik tədbirləri daha da gücləndirilmişdi və Azərbaycan  nümayəndə heyətinin başından bir tük əskik olmasın deyə, bir addım belə kənara atmağımıza izn verilmirdi. Amma konfranslar, görüşlərdən sonra imkan tapıb birgə gəzintiyə çıxmaq şansı qazandıq. Təbrizə gedəsən, onun “Dağüstü parkı”na - Eynalı dağına qalxmayasan, gözəl Təbrizimizin füsunkar mənzərəsini yuxarıdan seyr etməyəsən, bu, günah olardı. Təbrizin  gecələri xüsusilə gözəldir, adamı valeh edir. Dağın üstündə qərar tutmuş qazların, ördəklərin məskəni olan mahi sulu göl də bir əfsanədir. Dağın üstündənsə kanat çəkilib. Bura həm xarici, həm də daxili turistlər üçün olduqca cəlbedicidir.

Ölkəyə qarşı sanksiyalar olsa da, Təbrizdə - özü də təkcə Təbrizdə yox, Zəncanda, Ərdəbildə də - insanlarda aqressiya müşahidə etmədik. Adamlar bir-birinə “başuva dönüm”, “xahiş edirəm” deyə müraciətlər edir, üzləri gülərək. Sanki yaman gün, 40 ilə yaxın artıq davam edən sanksiyalar insanları daha da mehriban edib. Hətta bizim qaldığımız otelin qarşısında iki maşın toqquşanda zənn etdik ki, indi aləm bir-birinə dəyəcək. Amma hər iki sürücü düşdü, heç nə olmamış kimi polisin gəlişini gözlədilər, sənədləşdi hadisə və oradan uzaqlaşdılar. Yəni dəmirə görə bir-birinin qanını zəhərə döndərmədilər.

Təbrizə gedəsən, “Şairlər məəqbərəsi”nə (“Məqbərətüş-şüəra”) getməyəsən, ustad Məhəmmədhüseyn Şəhriyarın məqbərədəki məzarını ziyarət etməyəsən, bu, günah olardı. Biz də ziyarətə getdik. Məqbərədə təmir işləri gedir. Amma deyəsən, sanksiyalar buradakı işlərin də sürətinə təsir göstərib. 

Burada təkcə təbrizli şairlər dəfn olunmayıb, o taylı-bu taylı Azərbaycandan 410 şair bu məkanda özünə əbədi məskən seçib. Bir çoxları məhz öz vəsiyyətlərinə görə məhz burada dəfn olunub. Xaqani, Fələki Şirvandan, Əbülula Gəncədən, Zahiri Faryabi Xorasandan gəlib Təbrizdə məskən salmış, burada yazıb-yaradıb. “Şairlər məqbərəsi” adına hələ 8-ci əsrdən kitablarda rast gəlinib.

“Şairlər məqbərəsi”nin müasir tikilisi 1970-ci ildə bərpa olunub. Həmçinin XII əsrin digər məşhur şairi Beyləqanda dünyaya gəlib Təbrizdə vəfat edən Mücirəddin Beyləqanidir. O, Xaqaninin şagirdi olub. Qatran Təbrizi, Zülfüqar Şirvani, Hümani Təbrizi, Məğribi Təbrizi və digər tanınmış ədiblər də burada dəfn olunublar. Ancaq Təbrizdə baş verən sel fəlakəti və zəlzələ nəticəsində onların qəbirləri itib. Fransa, Azərbaycan, İran, Almaniya araşdırmaçıları üst-üstə üç dəfə bu məkanda qəbirləri axtarıb, amma hər hansı iz tapılmayıb. Deyir ki, bu ərazidə 9 dəfə güclü təbii fəlakət olub, yerin altı üstünə çevrilib: “Ondan əlavə bu şəhər iki dəfə rusların, bir neçə dəfə osmanlıların əlinə keçib. Hər hücumdan sonra böyük insanların məzar daşları ya aparılıb, ya da yoxa çıxarılıb”.

Tebriz
Şəhriyar təxəllüsü ilə şöhrət tapan Məhəmmədhüseyn Behcəti Təbrizi də burada dəfn olunub. Böyük şair 1988-ci ildə sentyabrın 18-də, 82 yaşında vəfat edib və bu məzarlıqda torpağa tapşırılıb. Söhbətimiz elə ustadın məzarı başında davam edir. Ruhuna dualar oxuyuruq Bakı həsrətilə dünyanı tərk edən böyük Şəhriyarın. Ardınca ustadın şeirlərindən parçalar oxundu, onun keçdiyi həyat yolundan danışıldı, ailə üzvləri barədə məlumatlar verildi.

Həmsöhbətimiz şair Muxtar Sədr Məhəmmədi Şəhriyarın ölüm xəbərinin bütün İranı sarsıtmasından danışdı: “O zaman İran İslam Respublikasının prezidenti olan hazırkı dini lider Seyid Əli Hüseyni Xamenei gəlib ustad Şəhriyarın tabutunun qabağında diz çökdü və tabutu öpdü. Ondan sonra tabutu təyyarəyə qoydular və təyyarə Təbrizə uçdu”. Azərbaycan türkcəsini bizə daha da sevdirən ustadın eynilə İranda, fars oxucuları tərəfindən sevildiyini də deyir. Digər otaqlarda kitabxana var, Azərbaycan Respublikasının şair və yazıçılarının da əsərləri yer alır bu məkanda.

Bələdçimiz Muxtar Sədr Məhəmmədi deyir ki, dünyanın hər yerindən buraya qonaqlar, turistlər gəlir: “İranın böyük şəhərlərindən tutmuş, lap balaca kəndinədək hər yerdən gələnlər olur. Turist şirkətlərinin də səfər proqramlarında hökmən bu məkanın adı olur. Xaricilər çox böyük maraq göstərirlər. Həmçinin İran prezidentləri burda olub.  İran parlamentinin üzvləri də bu məkanı ziyarət etməyi özlərinə şərəf bilirlər. Onlardan kim ki, Təbrizə gəlsə, hökmən buraya baş çəkirlər. Rəhmətlik Heydər Əliyev də burada olub, əlyazması da var. Həmçinin Türkiyədən gələnlər çox olur”.

Bu məkanın 15-ə yaxın işçisi var. Hazırda isə kompleksdə təmir işləri gedir. Ona görə də ətrafını dolaşmaq, şairlərin heykəllərini ziyarət edə bilmədik. Amma iki böyük şairimizin - Xaqani Şirvanı və Seyid Məhəmmədhüseyn Şəhriyarın abidələrini ziyarət etmək imkanı oldu.

Sözarası bələdçimiz dedi ki, İran və Azərbaycan şairləri, yazıçılarının davamlı görüşlərinin keçirilməsini, yaradıcılıq günlərinin reallaşdırılmasını çox istəyir. Təbrizdə Qarabağ günləri də keçirilir. Qarabağa aid yazılmış şeirlərin isə ayrıca çap olunmasına dəstək verilməsi xahişini də etdi.

****

Tebriz
Təbrizlə Zəncan arasındakı məsafə 200 km-ə yaxındır. İranın içərilərinə doğru irəlilədikdə infrastrukturun daha yaxşı olduğunu, yolların daha da abadlaşdığını müşahidə edirik. Getdiyimiz pullu yolun sonunda sürücüdən nə qədər ödəniş etdiyini soruşanda təəccübləndik. Bizim pulla 1 manata qədər xərci çıxmışdı. Zəncanın da özünəməxsusluğu var. Bu şəhər suvenir bıçaqlar, xəncərlər, qılıncların düzəldildiyi məşhur məkan kimi tanınıb. Zəncanın özünün maraqlı yeməkləri var. Zəncan küftəsinin dənəsi az qala bir kilodur, pitisi də Şəki pitisinin iki porsiyası həcmindədir. Ayranı başqa aləmdir.

İranda milli valyutanın dollara nisbətdə dəyərdən düşməsi ciddi çətinliklər yaradıb. Hazırda 18 min tümən 1 dollara bərabərdir. 1 Azərbaycan manatı isə 8 min tümən dəyərindədir. Hətta bir neçə ay əvvəl manatımız daha da baha imiş. Bazarlarda sənaye malı, yaxud restoranlarda yemək bizim pulla çox ucuzdur. Amma yerli əhalinin gəlirlərinin elə də yüksək olmamasını da unutmaq olmaz. Hələ qarşıda növbəti sanksiya dalğası var. Bütün bunlara baxmayaraq, əhali o qədər mətin, o qədər cəsarətlidir ki. Dərhal da İran-İraq müharibəsini xatırladıb düşmənə qalib gəldiklərini misal çəkirlər. Üstəlik bizə də tez-tez “niyə gedib torpağınızı ermənidən almırsınız, siz ordan başlayın, biz də hazırıq” mesajlarını da eşidirdik.

****

Zəncan səfərimizdən sonra üzü Ərdəbilə, növbəti 200 km-lik yol başladı. Bu yolda 12 yeraltı tunel var, hərəsi bir imamın adına. Yol kənarları da əkin sahələri. Bütün münbit ərazilər əkilir, İranın kabinəsiz traktorları gecə-gündüz işləyir. Adamlar sabah vəziyyətin daha ağır ola biləcəyini göz önünə gətirib qarışqa kimi işləyirlər.

Yolların kənarına vurulmuş lövhələr kifayət edər ki, Ərdəbilə, Xoya, Miyanəyə, Əhərə, Meşkinə gedəsən. O qədər aydın şəkildə işarələnib ki, yollar. Təkcə əski əlifbanı bilmək yetərlidir. Yol kənarında çay fasiləsi zamanı həmsöhbət olduğum azərbaycanlı, Həsən adlı gənc bir azdan əsgər gedəcəyini fəxrlə dedi. Amma işsiz olduğu üçün çayxanada işləmək məcburiyyətində qaldığını da bildirdi. İşsizlik problemi ciddidir. Bir az qabaqda isə Tehrandan gələn, ayı 50 manata kirayədə qalıb çörək bişirən ailə də problemlərdən danışdı. Azərbaycanlıları dinlədikcə görürsən ki, onların da günü xoş keçmir, amma vətənlərini sevirlər, cəfasına da dözürlər. Adamın ürəyini dağa döndərən bilirsiniz nədir? Hara gedirsənsə, Azərbaycan dilində danışan qan qardaşlarını görürsən, millətinin nə qədər böyük olduğunu bir daha dərk edirsən. Erməninin sayı bu qədər olsa, bizi kürüyüb dənizə atardı...

Ərdəbildə Şeyx Səfi məqbərində olduq, Şah İsmayıl Xətainin, doğmalarının məqarlarını ziyarət etdik, ikinci dəfə bu möhtəşəm kompleksin sehrinə düşdük. Buradakı təmir işləri, ingilislərin Təbriz xalçalarını daşıyıb aparması barədə faktlar sadalayır bələdçi xanım, Şah İsmayılın üzərinə sandıqlar qoyulmuş möhtəşəm məzarı barədə məlumat verir. Daha sonra həyətdəki məzarlığa - şəhidlər xiyabanına baş çəkirik. Çaldıran döyüşünün şəhidlərinin dəfn olunduğu ünvanda iki Türk imperiyasını bir-birinə qarşı qoyanları lənətləyib hər iki tərəfdən şəhid olanları sayğı ilə anırıq. Bu məkanda bizi təəssüfləndirən bir söz eşidirik. Məlum olur ki, Ərdəbilə, Təbrizə dəva-dərman, yaxud ticarət məqsədilə gedənlərimiz çox olsa da, Şah Xətaini ziyarət edənlər arasında Azərbaycan vətəndaşları azlıq təşkil edir. Biz Şahımızı unutmuşuq...

Səfər təəssüratları bitən-tükənən deyil. Amma gəldiyimiz qənaət budur ki, qonşu ölkəyə səfərlər nə qədər çox olsa, rəsmi və ya qeyri-rəsmi görüşlər nə qədər çox həyata keçirilsə, bu, bizim də faydamıza olar. Araya nifaq salmaq istəyənlər var. Xüsusilə də işğalçı Ermənistan və onu dəstəkləyənlər Azərbaycan-İran münasibətlərinə zərbə vurmaq üçün fürsət gəzir. İranda 40 milyona yaxın türk varsa, hər şeyə rəğmən, biz bu ölkə ilə əlaqələrin inkişafına çalışmalıyıq. İran Azərbaycanın qonşuluğunda ən çox türk yaşayan ikinci böyük dövlətdir. Özü də təkcə Təbriz, Zəncan, Ərdəbil və digər Azərbaycan şəhərlərində yox. Söhbət etdiyimi Tehran azərbaycanlısı dedi ki, paytaxtın özündə gündüzlər 10 milyon, gecələr azı 5 milyon azərbaycanlı olur. Onlar Tehranda işləməyə gəlirlər...(musavat.com)
Oxşar xəbərlər
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19 Apr 2024 | 14:09
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib