Rusiya Prezdienti Vladimir Putin amerikalı milyarder İlon Maskı dizayner Sergey Korolyovla (ABŞ və Sovet İttifaqı arasında Kosmos Yarışı zamanı baş sovet raket mühəndisi və kosmik gəmi dizayneri - red.) müqayisə edərək, SpaceX rəhbərinin Marsı xəyal etdiyini qeyd edib.
Bizim.Media xəbər verir ki, Putin bu barədə Bauman adına Moskva Dövlət Texniki Universitetinin tələbələri ilə görüşündə danışıb.
O həmçinin Qırmızı planetə uçmağın çətinliklərini müzakirə edib.
Qeyd edək ki, amerikalı milyarder İlon Mask “SpaceX”in gələcəyi barədə fikirlərini bölüşərkən, Mars planetində məskunlaşma ilə bağlı açıqlama vermişdi.
Bizim.Media