Xəbər lenti
21/01/2019 [16:03]:
Sürücülərin nəzərinə! - BNA müraciət etdi
21/01/2019 [16:00]:
Elnarənin açıqlaması ətrafında qalmaqal bitmir - "Müğənnilik nə vaxtdan eyib peşə olub?"
21/01/2019 [15:58]:
“Bu qanun muğam sənətimizin inkişafına, mədəniyyətimizin təbliğinə təkan verəcək”
21/01/2019 [15:47]:
Ötən il Gürcüstan Azərbaycana 98 mln. dollar dəyərində siqaret satıb
21/01/2019 [15:35]:
Adamın diriykən Ruhu yoxdusa, öləndən sonra necə yarana bilər...?
21/01/2019 [15:25]:
ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi
21/01/2019 [15:13]:
Dünya ədəbiyyatında yer alan və ən çox oxunan şairlər - SİYAHI
21/01/2019 [15:09]:
ADNSU-nun rektoru Azərbaycan nümayəndə heyətinin tərkibində İsraildə işgüzar səfərdədir
21/01/2019 [15:00]:
Bu məşhurlar qrafiklə sekslə məşğul olur - Cədvəl intimi müntəzəmləşdirirmiş...
21/01/2019 [15:00]:
Rektor: “Şəhidlərin xatirəsi UNEC-də daim ehtiramla yad edilir, əziz tutulur”
21/01/2019 [14:52]:
Aİİ-də imtahan sessiyasının gedişatını müşahidə etmək məqsədilə mediatur təşkil olundu
21/01/2019 [14:50]:
“Vikipediya”da məşhur bəstəkar Elza İbrahimova haqqında 8 dildə məqalə yaradıldı
21/01/2019 [14:47]:
Həbsdə olan erməni general Fransaya getmək istəyir
21/01/2019 [14:40]:
101 dövlət əmlakı özəlləşdirilir
21/01/2019 [14:37]:
Evdən qızıl və pul oğurlayan şəxs tutuldu
21/01/2019 [14:35]:
Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı
21/01/2019 [14:34]:
Şəfiqə Axundovanın anadan olmasından 95 il ötür
21/01/2019 [14:33]:
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
21/01/2019 [14:29]:
Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ
21/01/2019 [14:28]:
Doğmaları şəhid olan məşhurlar - Gülüstan, Elariz, Nadir...
21/01/2019 [14:26]:
Ucarda yeniyetmə qız qaçırılıb - "Bizə ev və maşın təklif edirlər ki, şikayətimizi geri götürək"
21/01/2019 [14:15]:
Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkar edildi
21/01/2019 [14:01]:
Erməni yazıçı heç vaxt olmayan “ermənilərin Bakı qətliamı”na görə dünyanı ayağa qaldırır...
21/01/2019 [13:53]:
Mehriban Xanlarova anası üçün göz yaşı tökdü - VİDEO
21/01/2019 [13:34]:
60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır
21/01/2019 [13:26]:
Qatı duman Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir edib?
21/01/2019 [13:25]:
"Kriminal aləmdən bəhs edən kitabların nəşri sahəsində nəzarətsizlik var...” - EKSPERT
21/01/2019 [13:23]:
Gürcüstanın Azərbaycana borcu azalıb
21/01/2019 [12:57]:
Gənc ifaçı Narananın yeni klipi təqdim edilir – VİDEO
21/01/2019 [12:45]:
Dəmir yolları zolağı boyunca yeni fiber-optik infrastrukturun tikintisinə başlanıldı
21/01/2019 [12:43]:
Ermənistanda azərbaycanlıya 10 il həbs cəzası verilib
21/01/2019 [12:40]:
Abituriyentlərin NƏZƏRİNƏ: Yeni qəbul modelinə uyğun olaraq sınaq imtahanı keçiriləcək
21/01/2019 [12:29]:
"Təəssüflər ki, vətənpərvərlik mahnılarına ayrılan efir vaxtı kifayət deyil" - Xalq artisti
21/01/2019 [12:21]:
“O, böyük əsərlərin müəllifi olmaqla yanaşı, həm də sinəsi dağlı bir qadın idi...”
21/01/2019 [12:09]:
“Onlar zəifdirlər və qorxurlar...”
21/01/2019 [11:57]:
Aynişan kədərləndi: "Anam 7 il yataqda mübarizə apardı"
21/01/2019 [11:54]:
“Xaricdəki alimlərimizin Vətənə geri dönməsinə inanmıram, çünki...” - ABŞ-dakı soydaşımız
21/01/2019 [11:44]:
Antarktidada sirli orqanizmlər aşkarlandı
21/01/2019 [11:43]:
Nazir: "Çexiya şirkətləri Bakı-Tbilisi-Qars ilə yükdaşımalara maraq göstərir"
21/01/2019 [11:43]:
Texnoloji fəsadlar və ya AİLƏLƏRİ DAĞIDAN YENİLİK
21/01/2019 [11:41]:
ADNSU-nun “Azneft” ŞHK komandası ölkəmizi KiViN-2019 beynəlxalq festivalında təmsil edir
21/01/2019 [11:34]:
“Coşqun ofisiant, mən satıcı işləyir, Azər Axşam və Rafael klounluq edirdi” - Bir qrupun MƏZUNLARI - FOTOLAR
21/01/2019 [11:22]:
İki gün keçirilməyən dərslər necə tənzimlənəcək? - AÇIQLAMA
21/01/2019 [11:03]:
Şəhid polkovnikin şəhadətindən bir il ötür - FOTOLAR
21/01/2019 [10:58]:
Xalq şairinin oğlu: “Doğum günü məsələsinə fikir verən adam deyildi...”
21/01/2019 [10:55]:
Röyanın 20 Yanvar paylaşımına da söz tapdılar, müğənni susdurdu - FOTO
21/01/2019 [10:47]:
Son iki günün “yol terroru”: 7 qəza, 2 ölü, 12 yaralı
21/01/2019 [10:45]:
Vaşinqtonda yanğın aparıcı telekanalların studiyalarına ziyan vurub
21/01/2019 [10:43]:
Gəncədə “20 Yanvar” faciəsi şəhidlərinin xatirəsi anıldı -FOTOLAR
21/01/2019 [10:35]:
Azərbaycanda 3 Ermənistan vətəndaşı   “Niva” ilə  çaya düşüb öldü-FOTO-Yenilənib
21/01/2019 [10:31]:
"20 Yanvar xalqımızın qəhrəmanlıq və birlik günüdür"
21/01/2019 [10:29]:
“Güzəştli mənzil” sistemində YENİLİKLƏR
21/01/2019 [10:15]:
Bu günün HAVASI
21/01/2019 [10:08]:
Mustafa Abbasbəyli nazir müşaviri təyin edilib
21/01/2019 [10:02]:
Ermənilər kəndlərimizi atəşə tutdu
21/01/2019 [09:55]:
Amerikada yaşayan azərbaycanlı ailə...
21/01/2019 [09:43]:
Manat yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı
21/01/2019 [09:41]:
Novruz Novruzlu bu gün anılacaq: “Qısa film və səhnəciklər oynanılacaq”
21/01/2019 [09:34]:
Bu ilin ilk Ay tutulması baş verdi
21/01/2019 [09:30]:
Firuz Mustafanın anası vəfat edib
21/01/2019 [09:27]:
Azərbaycan hakerləri minlərlə erməni  profil və ünvanını sındırdı...
21/01/2019 [09:24]:
Milli Məclisin deputatları Strasburqdadır - AŞPA sessiyası BAŞLAYIR
21/01/2019 [08:43]:
Mollalar məscidlərarası voleybol yarışı təşkil etdi – İbrətamiz...- FOTO
21/01/2019 [07:59]:
"Söyüş  möminə yaraşmaz, amma lənət –zalımla mübarizə vasitəsidir..."
20/01/2019 [22:09]:
20 Yanvar Şəhidləri Qətərdə anıldı - FOTOLAR
20/01/2019 [21:26]:
Kraliçanın 97 yaşlı əri cəzalandırıla bilər
20/01/2019 [20:49]:
İnkişaf etməməyin çox ciddi bir səbəbi
20/01/2019 [20:31]:
8 BMT sülhməramlısı öldürüldü
20/01/2019 [20:21]:
Ehtiyatlı olun, evdən çıxmayın - Tramp amerikalılara səsləndi
20/01/2019 [20:19]:
“Azərbaycanın ağrı-acısını heç vaxt unutmayacağıq”
20/01/2019 [20:07]:
Kişilər qalın qaşlı qadınları bəyənir -ARAŞDIRMA
20/01/2019 [19:56]:
Parisdə 20 Yanvar münasibəti ilə ADR nümayəndələrinin məzarları ziyarət edilib
20/01/2019 [19:55]:
Antalyada şəhidlərimiz anıldı - "Qəbələ"nin oyununda
20/01/2019 [19:53]:
DİN bu gün Şəhidlər xiyabanında baş vermiş insidentə münasibət bildirib
20/01/2019 [19:31]:
Üç ailənin yaşadığı ev yandı
20/01/2019 [19:24]:
“Xəbər gəldi ki, parlamentdəki deputatları  ya güllələyəcək, ya da həbs edəcəklər...”
20/01/2019 [19:24]:
ABŞ-da öldürülən azərbaycanlının meyiti vətənə gətirildi
20/01/2019 [19:11]:
İbn Sinadan xərçəngin qarşısını alan möcüzəvi qarışım
20/01/2019 [19:09]:
Şirvanda 80 yaşlı kişi evində ölü tapıldı
20/01/2019 [18:58]:
20 yanvar...
Bütün arxiv bir sırada
22/10/2018 [23:24] - Gündəm - ( 940 dəfə baxılıb)

Icbari tibbi sığorta – qapımızı döyən “möcüzə”

Yaxud, çarəsizlikdən güvənə atılan “xilas kəməri”


Ölkəmizdə icbari tibbi sığortanın (İTS) tətbiqinin zəruriliyi son illərin ən çox müzakirə edilən məsələlərindəndir. Sevindirici haldır ki, İTS-nin tətbiqi zəruriliyi yalnız müzakirələlər yekunlaşmamış, ölkə başçısının 27 dekabr 2007-ci il 2592 nömrəli sərəncamı əsasında İTS üzrə Dövlət Agentliyi yaradılmış, respublikamızın iki bölgəsində - Mingəçevir və Yevlaxda pilot layihə kimi tətbiq edilmişdir. Habelə, İTS-nin bütün ölkə ərazisində tətbiqi üçün zəruri olan hüquqi baza formalaşdırılmışdır.

Maraqlıdır, icbari tibbi sığortanın tətbiqini zərururi edən nədir? İTS-nin tətbiqi həyatımızda nələri dəyişəcək?

 

Xəstəliklərə qarşı “profilaktiki zireh”: Başlamadan bitən mübarizə…

 

İcbari tibbi sığortanın tətbiqi həyatımızda xəstəliklərlə mücadilə adına bir çox şeyi dəyişəcək ki, bunlardan da biri xəstəliklərə qarşı profilaktiki mübarizə tədbirlərinin gücləndirlməsi, maarifləndirmə prosesinə daha geniş yer verilməsidir. Ailə həkimi sisteminin tətbiqini nəzərdə tutan yeni qaydalara əsasən, vətəndaşlar hazırkı sistemlə müqayisədə tibbi profilaktiki tədbirlərə daha çox cəlb olunacaq, informasiyalarla daha çox təmasda olacaq ki, bu da xəstələnmə riskini əhəmiyyətli dərəcədə azaldacaq. Başqa cür desək, informasiyalı və profilaktiki ortam bir çox hallarda vətəndaşlara xəstəlik ehtimalı ilk fürsətdə dəf etməyə, onlarla mübarizəni başlamadan bitirməyə imkan verəcək. İTS xəstəliklərə qarşı “profilaktiki zireh” rolunu oynayacaq ki, bu da vətəndaşların sağlamlığını etibarlı müdafiə etməklə yanaşı, həkimlərin də işini azaldacaq.

 

Xəstəliklə “cəsarətli mübarizə” üçün yaradılan əlahiddə imkan…

 

İTS sisteminin digər bir üstünlüyü xəstəliklərlə mübarizənin vətəndaşlar üçün daha az maliyyə məsrəfinə başa gəlməsi olacaq. Belə ki, İTS sisteminin tətbiqindən sonra səhhətimizdəki problemin aradan qaldırılması üçün gərəkən vəsaitin böyük əksəriyyəti sığorta tərəfindən ödəniləcək. Daha dəqiq desək, xəstə və ya xəstə yaxınları müalicə xərclərinin tamamının cəmi 15%-ni özləri ödəyəcək ki, bu da 85%-lik maliyyə qənaəti deməkdir.

Heç kimə sirr deyil ki, insanların bir çoxu, xüsusilə də aztəminatlı ailələrə məxsus vətəndaşlar səhhətlərində yaranan problemlərə bəzi hallarda məhz maddi imkanlarının kasadlığı səbəbi ilə biganə qalır ki, bu da sonrakı dövrdə daha ciddi problemlərə səbəb olur. Habelə, tibbi müəssisələrə müraciət etdikləri zaman sırf maddi problemlər səbəbi ilə lazımi səviyyədə müalicə ala bilmirlər ki, bu da xəstə və xəstə yaxınlarının üzüntüsünə, özlərini çarəsiz durumda hiss etməsinə səbəb olur. İTS-nin tətbiqi bu problemi aradan qaldırır ki, bu da xəstəliklərlə “cəsarətli mübarizə” üçün əlahiddə imkan yaradır.

Bunu da qeyd edək ki, məlum sistem vətəndaşlarla yanaşı, dövlətin də maliyyə yükünü əhəmiyətli dərəcədə azaldacaq. Belə ki, İTS sistemində əsas maliyyə yükü işəgötürənlərin və sosial proqramların üzərinə düşəcək ki, bu da dövlət vəsaitinə qənaət etməyə, onu digər layihə və proqramlara yönəltməyə imkan verəcək.

 

Pilot layihələrin statistik göstəriciləri nədən xəbər verir?

 

Mingəçevir və Yevlaxda həyata keçirilən pilot layihələrin təhlili İTS-nin tətbiqi ilə vətəndaşların tibb müəssisələrinə daha çoxmüraciət etdiyini, milli səhiyyəmizin imkanlarından daha çox yararlanmağa başladığını göstərib. Daha dəqiq desək, aparılan statistik araşdırmalar nəticəsində bəlli olub ki, pilot layihələrin tətbqiindən sonra stasionar müqalicə üçün müraciət edənlərin sayı 28 dəfə artıb. Daha böyük artım isə cərrahiyyə əməliyyatlarının sayında özünü göstərib. Belə ki, icbari tibbi sığorta ilə bağlı pilot layihələrin tətbiqindən sonra cərrahiyyə əməliyyatlarının sayı 50 faiz artıb ki, bu da olduqca böyük göstəricidir. Bu rəqəmlər bir daha göstərir ki, İTS-nin tətbiqi əhalinin sosial baxımdan aztəminatlı hissəsinin müalicəsi üçün daha geniş imkanlar yaradıb.

 

“İTS-nin keyfiyyəti ona ayrılan vəsaitdən asılıdır”

 

Saytımıza açıqlamasında İTS-nin önəminə diqqət çəkən tibb elmləri doktoru, professor Adil Qeybulla, bu məsələdə maliyyə faktorunun mühüm rol oynadığını vurğuladı:

“ITS səhiyyə xidmətinin çox mühüm bir hissəsidir. Bu, sosial müdafiənin də çox mühüm bir elementidir. Normal ölkələrdə icbari tibbi sığortasız tibbi xidməti təsəvvür etmək mümkün deyil. İTS-yə kifayət qədər vəsait tələb olunur. İngiltərədə İTS-yə ildə 94 milyard funt sterlinq pul sərf olunur. Əməliyyatların yüksək səviyyədə aparılması, tibbi xidmətin, prosedurların, diaqnostik məsələlərin həyata keçirilməsi böyük vəsaitlər tələb edir.

İTS-nin keyfiyyəti ona ayrılan vəsaitdən asılıdır. Bu vəsait yetərincə olmasa, tibbi xidmət də yetərincə olmayacaq”.

 

“Tibbi sığorta paketinə daxil olan bütün tibbi xidmətlər detallaşdırılmalıdır”

 

A.Qeybullanın sözlərinə görə, İTS paketinə daxil olan bütün xidmətlərin detallaşdırılmasına ehtiyac var:

“Hesab edirəm ki, bütün ölkə ərazisində İTS-nin tətbiqinə başlamaq lazımdır. Hələlik yalnız iki rayonda pilot layihə kimi ticbari tibbi sığorta tətbiq edilib. Hesab edirəm ki, bu, eksperiment edilməyə ehtiyacı olmayan məsələdir. Bunu bütün ölkədə həyata keçirmək lazımdır. Dünya təcrübəsi ortadadır. Qonşu dövlətlərin də təcrübəsi göz önündədir.

ITS paketinə daxil olan bütün tibbi xidmətlər – ilk növbədə doğuş və təxirsəsalınmaz yardım detallaşdırılmalıdır”.

 

Artıq dərmanlara böyük vəsaitlər ödəmək yox!

 

İTS-nin həyatımıza gətirəcəyi digər mühüm dəyişikliklərdən biri də bu sistemdən faydalanan vətəndaşların dərman preparatlarını da baza zərfi çərçivəsində əldə etməsi ilə bağlıdır. Belə ki, təcili və təxirəsalınmaz tibbi yardım, habelə stasionar müalicə üçün gərəkli olan bütün dərman preparatları baza zərfi hesabına əldə edə biləcək ki, bu da xeyli miqdarda vəsaitə qənaət etmək deməkdir. Başqa sözlə desək, daha artır dərmanlara böyük vəsaitlər sərf etməyə ehtiyac qalmayacaq. Xatırladaq ki, 1800-dən çox xidmətin İTS-ninn baza zərfinə daxildir.

 

Həkimləri daha məsuliyyətli olmağa vadar edəcək sistem

 

İTS-nin tətbiqinin daha bir önəmi bu sistemin həkimləri daha da məsuliyyətli olmağa vadar etməsidir. Çünki həkimlərin pasient üçün yazdığı müalicə və resept İTS Agentliyinə daxil ediləcək ki, bu da sözügedən agentliyə müalicə prosesini başdan sona qədər nəzarətdə saxlamağa imkan verəcək. Müalicə üçün gərəkli olan vəsait də məhz müayinənin düzgünlüyünə əmin olandan sonra ayrılacaq.

Bir sözlə, İTS-nin tətbiqi səhiyyə sistemində müsbətə doğru onlarla dəyişikliyə səbəb olacaq ki, bu da daha sağlam fərd, daha sağlam cəmiyyət deməkdir.

 

Seymur ƏLİYEV

 

Məqalə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu" mövzusundakı yazı müsabiqəsinə təqdim edilir.

 

ƏDƏBİYYAT

 

“Icbari tibbi sığorta nəyi dəyişəcək? –Gözləntilər”

https://fins.az/sigorta/900142/Icbari_tibbi_sigorta_neyi_deyisecek___GOZLANTILAR.html

 

http://its.gov.az/az/i-tsda-haqq-nda/umumi-m-lumat/

 

“KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim başa çatıb

https://azertag.az/xeber/KIV_numayendelerinin_icbari_tibbi_sigorta_sahesinde_melumatliliginin_artirilmasi_movzusunda_telim_basa_chatib-1198205

 

““Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu”

http://sehiyye.gov.az/tibbi_sqorta_haqqnda.html

 

Azərbaycanda icbari tibbi sığorta barədə 5 suala cavab

https://www.bbc.com/azeri/azerbaijan-38895956

 

İşləyən və işsizlər üçün icbari tibbi sığorta haqqı dəqiqləşdi

http://cenubxeberleri.com/sehiyye/1360-shleyen-ve-ishsizler-uchun-icbari-tibbi-sigorta-haqqi-deqiqleshdi.html

 

İcbari tibbi sığorta hər kəs üçün faydalıdır

http://serqqapisi.az/index.php/humanitar/s-hiyy/14903-idzbari-tibbi-s-ghorta-haer-kaes-uchun-faydal-d-r

 

“İcbari tibbi sığorta Mingəçevirdə”

https://www.mi-news.az/az/content/sehiyye/4672/%C4%B0cbari-tibbi-s%C4%B1%C4%9Forta-Ming%C9%99%C3%A7evird%C9%99.html

 

“Pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqından azad oluna bilərlər”

https://theworldnews.net/az-news/pensiyacilar-usaqlar-lill-r-icbari-tibbi-sigorta-haqqindan-azad-oluna-bil-rl-r

Adamın diriykən Ruhu yoxdusa, öləndən sonra necə yarana bilər...?
Kişilər qalın qaşlı qadınları bəyənir -ARAŞDIRMA
Məşhur milyarder 3 dollarlıq hamburger üçün sıra gözlədi - MARAQLI... +FOTO
600 il 3 qitəyə hökmranlıq etmiş imperiya: Hansı ölkələri neçə il idarə edib + SİYAHI
Azadlıq yolunda qalxan bir vuruş...
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Bu məşhurlar qrafiklə sekslə məşğul olur - Cədvəl intimi müntəzəmləşdirirmiş...
Gündəm
Erməni yazıçı heç vaxt olmayan “ermənilərin Bakı qətliamı”na görə dünyanı ayağa qaldırır...
Cəmiyyət
20 yanvar...
Maraqlı
Ər tapa bilmələri üçün qızlara məcburən yemək yedizdirilir
Maraqlı
“Mona Liza”nı dünyanın məşhur sənət əsəri edən nədir?
Həftənin ən çox oxunanları
Bakıda gözlənilən tornado Elman Rüstəmovla Əhməd Əhmədzadəni Londondan vurdu - FOTOLAR
Bakıda dəhşətli qəza: "Mazda" 2 ayın gəlinini vurub öldürdü - FOTOLAR 18+
Bu ölkədən idxal olunan 7 ərzağı başınıza silah dirəsələr də YEMƏK OLMAZ!!!
“Sabah ölkədə elə proseslər baş verə bilər ki, eşidəndə adamın tükləri biz-biz olar...”
Xalqı hansı sülhə hazırlayırlar? - Təhlükə başımızın üstündədir, yoxsa...?
Putin Paşinyanı qucaqlayır, Lukaşenko İrəvan yolçuluğunda... - Bəs biz nəyi gözləyirik?
Soydaşlarımız Moskvada "Vı, pustoy narod" sözlərinə etiraza toplaşır - SON XƏBƏR... + VİDEO
Ucarda dəhşət: 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarıldı - VİDEO
"Nənəm erməniyə ərə gedə bilməzdi..." - Həcərin nəticəsi
Şəhər meri 30 il kirayədə yaşayan süpürgəçiyə ev verdi-İbrətamiz- FOTOLAR  
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə