Xəbər lenti
21/01/2019 [23:22]:
Mirqafar Seyidov: "Milli Şuranın mitinqinə icazə verilməməsi ilə bağlı BŞİH qarşısında vəsatət qaldıracağam"
21/01/2019 [22:04]:
“Biz deputatların günahı o olub ki, göstəriş altında sözümüzü deyə bilməmişik...”
21/01/2019 [22:00]:
İlham Əliyev İsveçrədə - Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü
21/01/2019 [21:57]:
Dövlət Xidmətinin rəisi vəzifəsindən azad olundu - Fərman
21/01/2019 [21:53]:
Aksiyada ölənlərin sayı 24 oldu - 200-dən çox yaralı var
21/01/2019 [21:44]:
Azərbaycanda avtomobil istehsalı 31 dəfə artıb
21/01/2019 [21:05]:
"Struktur islahatları zamanı bir çox hallarda qiymətli kadrlar belə, kənarda qalır..."
21/01/2019 [21:01]:
Tufandan sonra Neft Daşlarında meydança çökdü
21/01/2019 [20:49]:
“Donuz qripi”ndən ölənlərin sayı 19-a çatdı
21/01/2019 [20:37]:
Makiyajsız Cenifer Lopez hər kəsi təəccübləndirdi - FOTOLAR
21/01/2019 [20:19]:
Bu qidadan istifadə etmək beyin qanamasına yol açır - Bazarlarda diqqətli olun
21/01/2019 [20:12]:
"Siqarət çəkən, hamının qorxduğu, avtoritet qadın..." - Azərbaycanlı aktrisa
21/01/2019 [20:11]:
“İntihar edənlər-cəmiyyətdəki haqsızlıq və ziddiyyətlərin qurbanlarıdır...”
21/01/2019 [20:07]:
Ronaldu keçmiş komanda yoldaşını “Yuve”yə keçməyə razı salmağa çalışır
21/01/2019 [20:00]:
İlham Əliyev Meksika prezidentinə başsağlığı verdi
21/01/2019 [19:53]:
Qazinin heykəli - Şirməmməd Hüseynov
21/01/2019 [19:52]:
Moskva “Twitter” və “Facebook”-a qarşı tədbirlərə başladı –Sosial şəbəkələrdən serverlərini Rusiyada saxlamaq tələb olunur
21/01/2019 [19:45]:
Vəkillər kollegiyası rəyasət heyətinin növbəti iclası keçirildi
21/01/2019 [19:33]:
Azərbaycanda doğulan körpələrin çoxu oğlandır, ya qız?
21/01/2019 [19:32]:
"Qarşı tərəf o qədər arxayındır ki, hətta Ağdamın Şelli kəndində məktəb açılışı edir..."
21/01/2019 [19:28]:
“WhatsApp”da hər kəsin gözlədiyi YENİLİK
21/01/2019 [19:19]:
Prezident Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verdi
21/01/2019 [19:14]:
Bakı mağazalarından Krım dondurmaları yığışdırıldı - Ukrayna səfirliyi işə qarışdı
21/01/2019 [18:58]:
Dumanla bağlı sürücülərə XƏBƏRDARLIQ
21/01/2019 [18:57]:
Əli Həsənovun başı dərddə: “Qaçqınkom”dakı ciddi pozuntular prokurorluğa göndərildi...
21/01/2019 [18:54]:
Müstəntiqin SON QƏRARI: “Hacı Mazan”ı 5 ilədək həbs gözləyir
21/01/2019 [18:43]:
Cahangir Hacıyevin məhkəməsi başlayır - 4,7 milyardlıq cinayət işi
21/01/2019 [18:40]:
Kosmik otelin fotoşəkilləri yayıldı
21/01/2019 [18:38]:
Ucqar bölgələrdə qəbula hazırlıq – “Bəzi materialları ümumiyyətlə, tapa bilmirik”
21/01/2019 [18:34]:
"“Nəsimi dil araşdırmaları qrupu” yaradılacaq" - İnstitut direktoru
21/01/2019 [18:31]:
Ədəbiyyatdan qəbul proqramına salınan yeni mövzular – Fikrət Qoca, Eyvaz Zeynalov...
21/01/2019 [18:29]:
Səfəvi bayrağı Azərbaycan tarixi dərsliyində səhv göstərilib? – Tarixçidən izah
21/01/2019 [18:25]:
Şagirdlərin intellektini müəyyən edən maraqlı metod- Müəllimlərin əl çəkməyəcəyi üsullar
21/01/2019 [18:23]:
11 ayda 13 min 655 boşanma - Əhalinin sayı açıqlandı
21/01/2019 [18:20]:
Hacı İsmayılova “Şöhrət” ordeni verildi - SƏRƏNCAM
21/01/2019 [18:18]:
UNEC-də startap müsabiqəsi keçirildi -FOTOLAR
21/01/2019 [18:07]:
Ulyanovsk vilayətində 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb - FOTO
21/01/2019 [17:41]:
Yanında siqaret çəkərkən öskürən reklam lövhəsi -MARAQLI...
21/01/2019 [17:38]:
Hacı İsmayılovun 75 yaşına...
21/01/2019 [17:34]:
Dünyanın bir sıra ölkələrində 20 yanvar hadisələri ilə bağlı tədbirlər keçirildi
21/01/2019 [17:31]:
MMP toplandı, qərarlar verildi - Partiya rəhbərliyi kampaniyaya başlayır
21/01/2019 [17:25]:
Qərbi Kaspi Universitetində qış imtahan sessiyası davam edir
21/01/2019 [17:09]:
Nazirliyin Aparat rəhbərinin yeznəsi direktor TƏYİN OLUNDU
21/01/2019 [16:59]:
Əsgəranda 4 erməni dəm qazından zəhərləndi
21/01/2019 [16:51]:
İşləmədiyi cinayətə görə, 22 il edamını gözləyən məhbus - FOTOLAR
21/01/2019 [16:48]:
Usta işlədiyi evdən xeyli pul OĞURLADI
21/01/2019 [16:31]:
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildi
21/01/2019 [16:19]:
Mehman Hüseynov Prezidentə müraciət etdi
21/01/2019 [16:16]:
AŞPA üzvlərinin 2019-cu il üçün səlahiyyətləri təsdiq edildi
21/01/2019 [16:15]:
AŞPA-nın sədri seçildi
21/01/2019 [16:10]:
Kirayənişin ev sahibini küt alətlə vurdu
21/01/2019 [16:08]:
“Məhəmməd  rüşvət alır!..”  –Əməllərimiz adlarımıza uyğundurmu?..
21/01/2019 [16:03]:
Sürücülərin nəzərinə! - BNA müraciət etdi
21/01/2019 [16:00]:
Elnarənin açıqlaması ətrafında qalmaqal bitmir - "Müğənnilik nə vaxtdan eyib peşə olub?"
21/01/2019 [15:58]:
“Bu qanun muğam sənətimizin inkişafına, mədəniyyətimizin təbliğinə təkan verəcək”
21/01/2019 [15:47]:
Ötən il Gürcüstan Azərbaycana 98 mln. dollar dəyərində siqaret satıb
21/01/2019 [15:35]:
Adamın diriykən Ruhu yoxdusa, öləndən sonra necə yarana bilər...?
21/01/2019 [15:25]:
ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi
21/01/2019 [15:13]:
Dünya ədəbiyyatında yer alan və ən çox oxunan şairlər - SİYAHI
21/01/2019 [15:09]:
ADNSU-nun rektoru Azərbaycan nümayəndə heyətinin tərkibində İsraildə işgüzar səfərdədir
21/01/2019 [15:00]:
Bu məşhurlar qrafiklə sekslə məşğul olur - Cədvəl intimi müntəzəmləşdirirmiş...
21/01/2019 [15:00]:
Rektor: “Şəhidlərin xatirəsi UNEC-də daim ehtiramla yad edilir, əziz tutulur”
21/01/2019 [14:52]:
Aİİ-də imtahan sessiyasının gedişatını müşahidə etmək məqsədilə mediatur təşkil olundu
21/01/2019 [14:50]:
“Vikipediya”da məşhur bəstəkar Elza İbrahimova haqqında 8 dildə məqalə yaradıldı
21/01/2019 [14:47]:
Həbsdə olan erməni general Fransaya getmək istəyir
21/01/2019 [14:40]:
101 dövlət əmlakı özəlləşdirilir
21/01/2019 [14:37]:
Evdən qızıl və pul oğurlayan şəxs tutuldu
21/01/2019 [14:35]:
Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı
21/01/2019 [14:34]:
Şəfiqə Axundovanın anadan olmasından 95 il ötür
21/01/2019 [14:33]:
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
21/01/2019 [14:29]:
Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ
21/01/2019 [14:28]:
Doğmaları şəhid olan məşhurlar - Gülüstan, Elariz, Nadir...
21/01/2019 [14:26]:
Ucarda yeniyetmə qız qaçırılıb - "Bizə ev və maşın təklif edirlər ki, şikayətimizi geri götürək"
21/01/2019 [14:15]:
Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkar edildi
21/01/2019 [14:01]:
Erməni yazıçı heç vaxt olmayan “ermənilərin Bakı qətliamı”na görə dünyanı ayağa qaldırır...
21/01/2019 [13:53]:
Mehriban Xanlarova anası üçün göz yaşı tökdü - VİDEO
21/01/2019 [13:34]:
60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır
21/01/2019 [13:26]:
Qatı duman Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir edib?
21/01/2019 [13:25]:
"Kriminal aləmdən bəhs edən kitabların nəşri sahəsində nəzarətsizlik var...” - EKSPERT
21/01/2019 [13:23]:
Gürcüstanın Azərbaycana borcu azalıb
Bütün arxiv bir sırada
23/10/2018 [21:56] - Siyasət - ( 3216 dəfə baxılıb)

Qaranlıq tariximizdən: Qarabağ problemi qansız-qadasız həll oluna bilərdi...



Bu il Qərbi Azərbaycandan son deportasiyanın 30 ili tamam olur. Təbii ki, qədim yurdlarımızdan didərgin salınanlar bu ağrını hər birimizdən daha çox hiss edir, vətən nisgilini ürəklərində daşıyırlar. Cəmşid Dərələyəzlinin qələmə aldığı bu məqalə də həmin nisgilin ifadəsidir. Yazar bu məqaləsində təkcə tarixi xatirələrini anlatmaqla qalmayıb, həm də problemdən çıxış yollarına toxunub:

30 il ötdü o mənfur tarixdən. Yaşadıqca anladıq ki, bir toplumu, bir eli məhv etmək istəsən əgər, onu yurdundan didərgin sal, özü-özünə yox olub gedəcək. Çünki vətənsiz heç nə imiş insan. Doğrudan da, yurd-yuvamızdan köçəli, qürbətdə kənd belə ola bilmədik. Əksinə, səpələndik bütün dünyaya, cümlə Azərbaycana, neçə-neçə məzarstanlıq olduq. Qaçqın tanıyıram; ata Gəncədə, bacı Gədəbəydə, ana Bakıda, oğul Türküyədə məzaristanda. Siz deyin, hansına getsin, hansına ağlasın, bu bədbəxt qaçqın soydaş..

   Son yüz ildə neçə tarix, neçə məkan dəyişsə də, nəsillərdən-nəsillərə öz coğrafi məkanı ilə tanındı qaçqın. 1905, 1915, 1918, 1948-53, sonda isə 1988... Sadəcə arxa durulmadığı, sahib çıxılmadığı üçün bu tarixlərdə Qərbi Azərbaycandan gah Gəncəyə, gah İrana, Gah da Türküyəyə üz tutdu dədələrimiz. Sonda Qərbi Azərbaycan da qoparılıldı Bütöv Azərbaycandan.

***

   Tarix 1988-ci il. Bu tarix 1828-ci il tarixi qədər millətimin alnına vurulmuş qara bir ləkə. Qədim Oğuz ellərinin, yəni Qərbi Azərbaycan coğrafiyasının ermənilərin xeyrinə tam süqut tarixi oldu bu tarix. Rusiyanın Azərbaycan torpaqlarında bir erməni dövlətinin qurulması yönündəki son iki yüzillik çabalarının gerçək olma tarixidir bu tarix. Nədən? Qeyd etdiyim kimi, tarixin bütün mərhələlərində Azərbaycanda mövcud xanların, iqtidarların birlik olmamasından, fərsizliyindən və uzaqgörməzliyindən gəldi başımıza bunca fəlakətlər.

Son hadisələrin gerçək mənzərəsindən

   Keçən əsrin 60-cı illərindən sonra, Ermənistanda Türklərlə ermənilərin düşmənçilikləri sanki yox olub getmişdi. Hər iki millətin nümayəndələri dostca, qardaşca, hətta bəzi hallarda kirvəcə yaşayıb gedirdilər. Tıpqı, İmamverdi ilə Allahverdi kimi… Hətta sonradan baş verən olaylarda onların dost olduqarı ailələrin köçü yığılanda ən əziz yaxınlarına ağladıqları qədər göz yaşı tökürdülər. Lakin bütün bu mehribançılığa rəğmən, gizlindən də olsa milli ədavət daşıyıcıları və onların havadarları öz amplualarında qalmaqda idilər. Ara-sıra Türk duşmanlığını yenidən alovlandırmaq üçün Zori Balayan kimi daşnaq quyruqları ədəbiyyatlar yayıb, bəzi qafasız erməni gənclərini qızışdırırdılar.

Heydər Əliyevin şəxsi nüfuzu 60-cı illərdə növbəti köçün qarşısını aldı

  Hətta gizli təşkilatlar yaradıb, müxtəlif adlarla ianələr toplayırdılar. Ara-sıra torpaq iddaları ilə də çıxış edirdilər. Bunun nəticəsi olaraq Ermənistan Ali Soveti 60 illərdə Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı qərar belə çıxarmış və bu qərarı baxılması üçün SSRİ Ali Sovetinə göndərmişdilər. Lakin Heydər Əliyevin 60-cı illərin sonlarında Azərbaycanda Mərkəzi Komitənin Birinci katibi təyin olunması ermənilərin bu qərarı geri çəkmələrinə nədən oldu. Bu, bir gerçəkdir və etiraf edilməlidir.

O zaman Heydər Əliyev vəzifəyə təyin olunduqda, 3 ay Azərbaycanda heç bir naziri qəbul etməyib. Yalnız 3 aydan sonra Kənd Təsərrüfatı Nazirliyində, Moskvada Yerquruluşu ixtisası üzrə (bu ixtisas üzrə Azərbaycanda ilk ali təhsilli məzun) yenicə təhsilini başa vuraraq, Nazirliyin Yer Quruluşu şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş Nadir Hüseyinbəyov adlı bir gənc oğlanı qəbula çağırtdırır. Bu o zaman respublikada böyük bir təəccübə səbəb olur. Qəbulda Heydər Əlitev Nadir Hüseyinbəyovun kimliyi və işi ilə bağlı sorularına cavab aldıqdan sonra (təbii ki, o bunları əvvəlcədən araşdırmamış deyildi) soruşur: - “Siz Rusiyada oxuyarkən Moskva arxivlərindən 19-cu əsrə aid Azərbaycanla bağlı bir xəritə çıxarmısınız. Bu doğrudurmu?” Nadir Hüseyinbəyov cavab verir:

-Düzdür.

Heydər Əliyev:

-Get, Sizə nə vaxt zəng etsələr, onda o xəritəni də özünüzlə götürərsiniz.

Belə də olur, bir müddətdən sonra ona Mərkəzi Komitədən zəng edirlər ki, filan tarixdə Bakı-Qazax qatarında Qazağa gedirsiniz. Nadir Hüseyinbəyov deyir (həmin dövrdə az keçməmiş Kənd Təsərrüfatı naziri təyin olunub):

“Deyilən vaxtda qatara əyləşdim, gecə saat dörd radələrində iki nəfər gəldi ki, arxamızca gəlin. Getdim ki, Heydər Əliyev də qatardadır. O mənimlə xəritə üzərində iki saat söhbət etdi. Səhəri qatar Qazağa çatanda, bizi yerli partiya rəhbərləri qarşıladı. Məni onlara tapşırıb, özü sən demə o zaman Ermənistan Mərkəzi Komitəsinin Birinci katibi olan Demirçiyanla Dilicanda görüşə gedirmiş. Həmin xəritəni də özü ilə götürmüşdü.

Heydər Əliyev o  zaman Demirçiyanla görüşdükdən az sonra Ermənistan Ali Soveti o qərarı geri çəkməli oldu”.

Kamran Bağırovun fərsizliyi

   Lakin 80-cı illərin əvvəllərində ermənilər Kamran Bağırovun fərsizliyindən istifadə edib, Azərbaycanın Qazax –Tovuz rayonlarının ərazilərindən 500 min kv.km yeni torpaq sahələri ələ keçirdilər. Bu, böyük xəyanət idi. Bəli, hadisələrə nəzər saldıqda bəlli olur ki, erməni ideoloqları daima “Böyük Ermənistan” genplanının reallaşması üzərində işləmişlər. Biz isə tarixin bütün mərhələlərində, daima uyumuşuq.

 İrəvandan Qarabağa gedən yollar   

Məhz bütün bunların davamı olaraq, 80-cı illərin əvvəində ermənilər İrəvan-Gorus istiqamətində yolları genişləndirmək qərarını verdilər, adını da qoydular ki, guya NATO Türküyə-İrəvan sərhəddində qoşun toplayıb. Gələcəkdə təhlükə yarandıqda bu yolla Azərbaycandan qoşun birlikləri gətiriləcək. Başladılar yolları genişləndirməyə. Canlı şahidəm ki, 86-cı ilin sonuna yaxın bütün standartlara cavab verən həmin yol artıq Gorus dağlarını haqlamışdır.

    Sadə ermənilər isə öz dostluqlarında və kirvəliklərində idilər. Hətta biz həmin tarixdə Fizulidən Dərələyəzə gəlin aparırdıq. Yolda işləyən ermənilər maşın karvanını saxlayıb, qoyun belə kəsdilər, yeyib içdilər, oynadılar, sonra toy karvanını xoş arzularla yola saldılar.

   Sonradan ermənilər həmin yolu qısa bir zamanda Gorusa çatdırdılar. Gorusun Laçınla qardaşılığını elan edib, Laçına qədər olan yolu asfalt örtüyü ilə yenidən qurdular. Artıq 1988-ci ilə İrəvandan Xankəndinə gedən yol yüksək səviyyədə tam hazır idi.

 1988-ci il hadisələri

   Ermənistanda kütləvi ixtişaşlara 1988-ci ilin Sumqayıt ssenarisindən (erməni və onların havadarlarının yazdığı) sonra təkan verildi. İlk iğtişaşlar, Türklərin (onu da qeyid edim ki, Şura höküməti bizi necə manqurtlaşdırmışdısa, ermənilər daima bizlərə öz adımızla - Türk deyə xitab edərdilər. Bizim isə acığımız tutardı ki, biz Türk deyilik, azərbaycanlıyıq) seyrək yaşadığı mahallarda başlandı. Daşnaq quyruqları əksər hallarda gənc qızlara zorlanmış görüntüsü (üstləri cırılmış və guya ayaqlarından qan axır) verib onları xalqın qarşısına çıxarıb, Sumqayıtda olmayan hadisələrlə bağlı əzbərlətdikləri fikirləri söylədir, xalqı coşdurur və Azərbaycanlı kəndlərinin üzərinə saldırırdılar.

   Keçirilən bütün mitinqlərdə, rayonun Birinci Katibindən tutmuş, bütün rəhbər işçiləri mitinqlərin ön cərgəsində olardı. 1988-ci ilin mart ayından Türk kəndlərinin rayon mərkəzləri ilə əlaqələri tam kəsildi və 1905-ci ildəki kimi, artıq tərəflər bir-birilərinə qarşı səngərə yatdılar. Çünki Moskvada Qorbaçova yaxın erməni daşnakları artıq Sovet hökümətinin yıxılacağını hər kəsdən öncə bilirdilər və bu nədəndən də onlar vəziyyətdən istifadə edib uzun illər yazdıqları ssenarini reallaşdırnaq üçün tam səfərbər olmuşdular. Təbii ki, onlar bu ssenarini yazanda öz xalqlarının başına gələcək müsibətləri və məhrumiyyətləri gözə almırdılar və bunu təbii sayırdılar.

Məhz həmin dövrdə İrəvana yaxın mahallar kimi, Dərələyəz mahalı da yayın ortalarına kimi mühasirə şəraitində qaldı. Ta o zamana kimi ki, yayda dağların qarı əriyəndən sonra Kəlbəcərdən Azərbaycanla nəqliyyat əlaqəsi saxlanıldı. Sən demə, Dərələyəz Kəlbəcərin arxa cəbhəsi imiş. Bu barədə sonra.

 İlk köç karvanı

    May ayını axırlarında artıq ilk köç karvanı Murad təpəsi yaylaqlarını aşaraq, Kəlbəcərdən Azərbaycana ulaşmışdı. Belə bir zamanda dedilər, ən nəhayət, Azərbaycandan hökümət nümayəndələri gəlib. Sabahısı rayonun o dövrdə Birinci katibi olan Tanrverdiyanla Bakıdan gələn nümayəndələr kəndə gəldilər. Kaş, gəlməz olaydılar. Gələnlərdən biri o zaman Azərbaycan Ali Sovet sədrinin birinci müavini Naim Fətəliyev, ikincisi, səhv etmirəmsə, Mərkəzi komitə katiblərindən Ramiz Zeynalov, üçüncüsü isə, adını unutduğum, əslən Ermənistandan olan bir ağsaqqal idi. Onlar gələndə kəndin içərisində yüklənmiş vəziyyətdə yola düşəcək bir neçə köç maşını da dayanmışdı. Onlar camaatla söhbət etdilər. Sonra erməni katibdən aralanıb dedilər: “köçməyinizə bir söz deyə bilmərik, lakin çalışın, evlərinizi satın, sonra çıxın”. Bu sözdən sonra camaatın sonuncu ümid çırağı da sönmüş oldu.

Bəli, biz buyuq. Aylarla Azərbaycandan dəstək gözlə, o da sonda gəlib, manqurtluğunu bir daha bəyan edib getsin.

Bundan sonra köç karvanları daha da xızlanmağa başladı. Həmin dövrdə bir kommunust olaraq ümidlərimi itirməmişdim. Fikirləşirdim ki, sonda Sovet höküməti bunu belə qoymayacaq. Ta o zamana kimi ki, işimlə əlaqədar iyun ayının ortalarında rus əsgərlərinin müşayyəti ilə rayona getmişdim. Birinci katibin yanına gedib onunla görüşməli və vəziyyəti öyrənməli idim. Mən Birinci katibin otağına girəndə qeri-ixtiyari gözüm otaqda divardan asılan xəritəyə sataşdı. Xəritədə qara boya ilə geniş bir dairə çəkilmişdi. Dairədə Azərbaycanın Qarabağ daxil Mingəçevirə kimi əraziləri, Türküyənin Van, Sarıqamış vilayətləri və Gürcüstanın bir hissəsi Ermənistanın ərazisinə aid edilmiş, ortasında isə böyük həriflərlə “Velikaya Armenia” (Böyük Ermənistan) yazılmışdı. Mən bu mənzərəni görəndə artıq Tanrverdiyanla görşüm öz əhəmiyyətini itirmişdi. O anda artıq Sovet hökümətinə olan son ümidlərim də yox olmuşdu. Mən katiblə sağollaşıb gəldim rayona, təhlükəsizlik rəisinin yanına və ona artıq getmək qərarımı verdiyimi bildirdim. Çünki o zaman kənddə olan rəhbər işçilər vəziyyətlə bağlı onlarla çox təmasda olardı. O mənə “nədən” deyə sordu. Mən bu sorunun cavabının Tanrverdiyanın otağında xəritəyə yazıldığını deyib, otağı tərk etdim.

Dərələyəz – Kəlbəcərin arxa cəbhəsi

  Sabahısı kənddən bir yaxınımın köç maşını ilə Murad təpəsindən aşıb Kəlbəcərə ggəldik. Mən Kəlbəcərin yuxarısındakı dağın başına çatanda maşından düşdüm. Sürücü də düşdü. Sürücü Kəlbəcərdən idi. Onunla elə bir yerdə dayanmışdıq ki, Kəlbəcər həmin yüksəkliyin sanki dibində idi. Mən ona “biz çıxandan sonra Kəlbəcər də gedəcək” dedim. O çaşqın-çaşqın mənə baxırdı. Dedim, çünki Dərələyəz Kəlbəcərin arxa cəbhəsi imiş. Dərələyəz gedəndən sonra ermənilərin bu yüksəklikdən Kəlbəcərə bircə dənə top atması kifayət edəcək ki, rayon boşalsın. Nə yazıq ki, belə də oldu.

Bu gün o tarixdən 30 il keçib. Bu 30 ildə erməni daşnaqları öz havadarlarının birbaşa köməyi ilə addım-addım, zamanında Tanırverdiyanın otağında gördüyüm genplanın bir hissəsini Azərbaycanın ozamankı manqurt rəhbərləri sayəsində bizə aid torpaqlarda reallaşdırıb. Nə qədər acı olsa da, artıq bu bir gerçəkdir.

 Qaçqınlığın Azərbaycan günləri

   Başqa ölkələri demirəm, Azərbaycana üz tutan qaçqınlar, çox pərakəndə halda hər yana səpələnirdilər. Ozamanki Azərbaycan rəhbərliyinin hadisələrin ciddiliyinin fərqinə varmaması, hələ də ermənilərdən fərqli olaraq Moskvanın ağzına baxması, bu nədənlə də sərbəst düşünüb qərar verə bilməməsi qaçqınların durumunu daha da ağırlaşdırmışdı. Heç kim hara gedəcəyini və bundan sonra nələr olacağını kəsdirə bilmirdi.

    Ə. Vəzirov başını o dərəcədə itirmişdi ki, Ermənistanın Masis rayonundan Qarabağa üz tutan və Əsgəran rayonunda yerləşən 80 ailəni, o dövrdə Nazirlər Sovetinin sədri olan Seydovu şəxsən oraya göndərtdirib, qaçqınları oradan çıxardıb Şəmkir rayonuna gətirtmişdi. Sonrakı proseslərdə şahid olduq ki, imkanı və şəristəsi olsa idi, o zaman Ermənistandan Azərbaycana üz tutan qaçqınları bütün ölkədən çıxarardı.

  Biz isə o zaman Şəmkir rayonunun Yeni Həyat sovxozunun ərazisində çadır şəhərciyində məskunlaşmışdıq. Orada qala-qala Şəmkirdə, Gəncədə, Xanlarda və Daşkəsəndə olan erməni kəndlərinə gedib, onlarla kəndi kəndə dəyişmək istəyirdik ki, camaatımız bir yerdə yenidən kənd olsun. Heç olmasa mənəvi dünyalar dağılmasın. Biz bu zaman bir çox qeyri-adi mənzərələrlə də qarşılaşırdıq.

Erməni əsilli Azərbaycan kəndlisi: “Biz bir Qarabağın yerinə neçə Qarabağ itirdik”

İlk olaraq Şəmkir rayonunda olan erməni kəndlərinə üz tutduq. Şəmkir çayının boğazında Barun-Barsun kəndi var idi. Biz həmin kəndə varanda hər kənddə 7-8 ailənin yaşadığını və bu kəndlərin ərazisinin bizim Ermənistanda qoyub gəldiyimiz rayonun ərazisinə bərabər olduğunun şahidi olduq. İlk qarşılaşdığımız erməniyə vəziyyəti danışdıqda, o, diz üstə torpağa düşüb ağlamağa başladı və Qarabağ ermənilərini söyərək əllərini ətrafa uzadıb, biz, görün bir Qarabağın yerinə neçə Qarabağ itirdik deyib, ah-nalə etdi.

Sonradan Xanlar rayonunun (idiki Göygöl) ərazisindəki kəndlərə getdik. Qayıdan baş o zaman rayonun Birinci katibi olan, soyadını unutduğum Qərib adlı şəxs qabağımızı kəsdirib bizi hədələtdirdi ki, bir də sizi bu rayonun ərazisində görsəm, hamınızı dama basdıracam. Sonradan Qərib kimi manqurların bu qeyri-milli davranışları sayəsində Gəncə Çaykənd uğurunda neçə-neçə şəhid verdi.

Həmin ərəfədə Gəncədə gedən mitinqlərdə ermənilərin əleyhinə fəallıq edən insanların hamısını evlərindən aparırdılar və ermənilərin Gəncəni tərk etməmələri üçün, onlara firavan həyat, maşın və yeni evlər təklif edirdilər. Bu davranışlar Vəzirov komandasının korluğunun və manqurtluğunun bariz nümunəsi idi. Moskva dağılır, Şura höküməti yıxılır, onlar isə milləti ayaq altına alaraq, sadiq nökərliklərini nümayiş etdirirdilər. Sadəcə o zaman onlarda azacıq uzaqgörənlik, hadisələrin məntiqinə varma bacarığı və ən əsası, zərrə qədər milli mənlik və düşüncə olsa idi, Qarabağ məsələsi qansız-qadasız çözülmüş olacaqdı. Onsuz da Ermənistan qaçqınları hansı erməni kəndinə ayaq basırdısa, həmin kəndlər heç bir dirəniş göstərmədən, oranı tərk edirdilər. Bu nədənlə də qeyd etdiyim kimi, həmin ərəfədə qaçqınların Qarabağa girişi əngəllənməsə idi, Azərbaycan bu gün Qarabağ problemi ilə üz-üzə qalmamış olacaqdı.

Təəssüf ki, belə olmadı və indi onların manqurtluğunun və anti-milliliyinin bədəlini bütün Azərbaycan xalqı ödəyir. Münaqişənin 30 il uzanması və həlli məsələsinin beynəlxalq müstəviyə çıxarılması Azərbaycan dövlətini böyük bir fakt qarşısında qoymuşdur. 30 ildir, hər gün cəhbədən şəhid xəbərləri gəlir. Münaqişə və bu münaqişədən doğan bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ölkənin iqtisadi inkişafının buxovuna çevrilmiş durumda. Nə yazıq ki, öz yarıtmaz fəaliyyətləri və manqurtluqları sayəsində ölkənin təhlükəsizliyinin və gələcəyini bunca təhdid altına alınmasında və dövlətin bir milyon qaçqın ordusu ilə üz-üzə qoyulmasında o dövrdə Azərbaycana rəhbərlik edənlərdən heç biri əməlinin bədəlini ödəmədi. Sanki hər kəs, tarixin qaranlıq səhfələrində ilişib qaldı və bunun da işığa çıxarılmasına heç kim cəhd belə göstərmədi. Təkrar edirəm, keçmişini bilməyən və anti-milli ünsürləri zamanında ifşa edib cəzalandırmayan millət gələcəyini inşa edə bilməz.

Bu gün həmin tarixin şahidləri azala-azala gedir. 30 ildir, ermənistanlı ziyalılar öz gücləri və vətənpərvərlikləri sayəsində baş verən olayları gücləri çatdığı qədər qələmə alıb və öz imkanları ilə kitab şəklinə salmışlar. Bu, bizim tariximizdir və vətən qarşısında borcumuzdur.

Təəssüf ki, dəfələrlə Azərbaycan Qaçqınlar Cəmiyyəti adından hökümətə qaçqınlarla bağlı xatirə abidəsinin qoyulması, arxivin yaradılması və 1988-ci il faciələrinin anım gününün, xüsusən də 30 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı müraciətlər olunsa da, heç bir reaksiya yoxdur. Lakin biz ümid edirik ki, Cənab Prezident bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoyacaq.

   O da unudulmasın ki, Ermənistan camaatı ermənilər tərəfindən zaman-zaman təziqlərə məruz qala-qala millətçi, vətənpərvər yetişmişlər. Onlar harada olurlarsa-olsunlar, hansı vəzifədə işləyirlərsə-işləsinlər, daima milli və dövləti maraqları öz şəxsi mənafeylərindən üstün tutmuşlar. Bunu tarix deyir. Bunu Ulu öndər Heydər Əliyev də deyirdi. Ona görə də bu zümrədən təhlükə obrazı yaratmaq istəyənlərə deyirəm: inanın, ermənistanlıların bu gün amacı, dövlətin və dövlətçiliyin yanında olmaq və vətənə - Göyçəyə, Dərələyəzə, Zəngəzura dönmələri üçün  mübarizə aparmaqdan savayı, başqa heç bir bəkləntiləri yoxdur.

 

Xalq diplomatiyası dövriyyəyə girsin

Qaldı münaqişənin həllinə, hadisələrin içərisində doğulan bir insan kimi, təklif edərdim: xalq diplomatiyası da dövriyyəyə soxulsun. Keçmiş xatirələrimdən, uzun illərin xəbərlərindən, internetdən və qonşu ölkələrdə qarşı-qarşıya gələn hər iki millətin siravi nümayəndələrinin bu münaqişənin millətlərə aid olmadığı söyləntilərindən görünən odur ki, müharibənin davam etməsini nə sadə erməni milləti, nə də Azərbaycan xalqı istəyir. Yaxınlarda Azərbaycanda doğulan erməni vətəndaşlarının ölkəmizə səfər etmələri və bu münaqişəni yaradanlara lənət oxumaları da göz qabağındadır. Sadəcə, xalqları bir araya gətirib, bu münaqişəni özlərinin siyasi alverinə çevirən Ermənistan rəhbərliyini, onların ideoloqlarını və xarici uzantılarının müqavimətini qırmaq gərəkdir.

Təbii ki, bu bir təklifdir. İnanırıq ki, Azərbaycan dövlətinin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və Azərbaycanın bölgədə və beynəlxalq aləmdə aratan nüfuzu, problemin həllində öz sözünü deyəcək.

Tanrı yardımçımız olsun.

Əli Həsənovun başı dərddə: “Qaçqınkom”dakı ciddi pozuntular prokurorluğa göndərildi...
"Kriminal aləmdən bəhs edən kitabların nəşri sahəsində nəzarətsizlik var...” - EKSPERT
Kişilər qalın qaşlı qadınları bəyənir -ARAŞDIRMA
Məşhur milyarder 3 dollarlıq hamburger üçün sıra gözlədi - MARAQLI... +FOTO
600 il 3 qitəyə hökmranlıq etmiş imperiya: Hansı ölkələri neçə il idarə edib + SİYAHI
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Yanında siqaret çəkərkən öskürən reklam lövhəsi -MARAQLI...
Maraqlı
İşləmədiyi cinayətə görə, 22 il edamını gözləyən məhbus - FOTOLAR
Maraqlı
Bu məşhurlar qrafiklə sekslə məşğul olur - Cədvəl intimi müntəzəmləşdirirmiş...
Gündəm
Erməni yazıçı heç vaxt olmayan “ermənilərin Bakı qətliamı”na görə dünyanı ayağa qaldırır...
Cəmiyyət
20 yanvar...
Həftənin ən çox oxunanları
Bakıda gözlənilən tornado Elman Rüstəmovla Əhməd Əhmədzadəni Londondan vurdu - FOTOLAR
Bakıda dəhşətli qəza: "Mazda" 2 ayın gəlinini vurub öldürdü - FOTOLAR 18+
Bu ölkədən idxal olunan 7 ərzağı başınıza silah dirəsələr də YEMƏK OLMAZ!!!
“Sabah ölkədə elə proseslər baş verə bilər ki, eşidəndə adamın tükləri biz-biz olar...”
Xalqı hansı sülhə hazırlayırlar? - Təhlükə başımızın üstündədir, yoxsa...?
Putin Paşinyanı qucaqlayır, Lukaşenko İrəvan yolçuluğunda... - Bəs biz nəyi gözləyirik?
Soydaşlarımız Moskvada "Vı, pustoy narod" sözlərinə etiraza toplaşır - SON XƏBƏR... + VİDEO
"Nənəm erməniyə ərə gedə bilməzdi..." - Həcərin nəticəsi
Ucarda dəhşət: 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarıldı - VİDEO
Şəhər meri 30 il kirayədə yaşayan süpürgəçiyə ev verdi-İbrətamiz- FOTOLAR  
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə