Britaniyadan Rusiyaya YENİ SANKSİYA: Oyun konsollarının ixracı qadağan edildi
280
24 Apr 2025 | 19:55

Britaniyadan Rusiyaya YENİ SANKSİYA: Oyun konsollarının ixracı qadağan edildi

Britaniya Ukraynada dronları idarə etmək üçün istifadə edilən oyun idarəçilərinin (“joystick”) Rusiyaya ixracını qadağan edən sanksiyalar tətbiq edib.

Bizim.Media xəbər verir ki, bundan əlavə, London müdafiə və enerji sektorlarında istifadə olunan proqram təminatının, o cümlədən silah istehsalı və yeni neft və qaz quyularının tapılması və işlənməsi üçün istifadə olunan proqramların ixracını qadağan edib.

"Biz video oyun idarəçilərinin Rusiyaya daxil olmasını tamamilə qadağan edirik, onlardan cəbhə bölgəsində dronları idarə etmək üçün istifadə olunmasının qarşısını alırıq, yəni oyun konsollarından Ukraynada qətl törətmək üçün daha istifadə olunmayacaq", - Böyük Britaniyanın Xarici İşlər Naziri bildirib.

Qeyd edək ki, daha əvvəl Aİ Rusiya Federasiyasına oyun konsollarının ixracına oxşar qadağa qəbul edib.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər