Xəbər lenti
21/01/2019 [23:22]:
Mirqafar Seyidov: "Milli Şuranın mitinqinə icazə verilməməsi ilə bağlı BŞİH qarşısında vəsatət qaldıracağam"
21/01/2019 [22:04]:
“Biz deputatların günahı o olub ki, göstəriş altında sözümüzü deyə bilməmişik...”
21/01/2019 [22:00]:
İlham Əliyev İsveçrədə - Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü
21/01/2019 [21:57]:
Dövlət Xidmətinin rəisi vəzifəsindən azad olundu - Fərman
21/01/2019 [21:53]:
Aksiyada ölənlərin sayı 24 oldu - 200-dən çox yaralı var
21/01/2019 [21:44]:
Azərbaycanda avtomobil istehsalı 31 dəfə artıb
21/01/2019 [21:05]:
"Struktur islahatları zamanı bir çox hallarda qiymətli kadrlar belə, kənarda qalır..."
21/01/2019 [21:01]:
Tufandan sonra Neft Daşlarında meydança çökdü
21/01/2019 [20:49]:
“Donuz qripi”ndən ölənlərin sayı 19-a çatdı
21/01/2019 [20:37]:
Makiyajsız Cenifer Lopez hər kəsi təəccübləndirdi - FOTOLAR
21/01/2019 [20:19]:
Bu qidadan istifadə etmək beyin qanamasına yol açır - Bazarlarda diqqətli olun
21/01/2019 [20:12]:
"Siqarət çəkən, hamının qorxduğu, avtoritet qadın..." - Azərbaycanlı aktrisa
21/01/2019 [20:11]:
“İntihar edənlər-cəmiyyətdəki haqsızlıq və ziddiyyətlərin qurbanlarıdır...”
21/01/2019 [20:07]:
Ronaldu keçmiş komanda yoldaşını “Yuve”yə keçməyə razı salmağa çalışır
21/01/2019 [20:00]:
İlham Əliyev Meksika prezidentinə başsağlığı verdi
21/01/2019 [19:53]:
Qazinin heykəli - Şirməmməd Hüseynov
21/01/2019 [19:52]:
Moskva “Twitter” və “Facebook”-a qarşı tədbirlərə başladı –Sosial şəbəkələrdən serverlərini Rusiyada saxlamaq tələb olunur
21/01/2019 [19:45]:
Vəkillər kollegiyası rəyasət heyətinin növbəti iclası keçirildi
21/01/2019 [19:33]:
Azərbaycanda doğulan körpələrin çoxu oğlandır, ya qız?
21/01/2019 [19:32]:
"Qarşı tərəf o qədər arxayındır ki, hətta Ağdamın Şelli kəndində məktəb açılışı edir..."
21/01/2019 [19:28]:
“WhatsApp”da hər kəsin gözlədiyi YENİLİK
21/01/2019 [19:19]:
Prezident Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verdi
21/01/2019 [19:14]:
Bakı mağazalarından Krım dondurmaları yığışdırıldı - Ukrayna səfirliyi işə qarışdı
21/01/2019 [18:58]:
Dumanla bağlı sürücülərə XƏBƏRDARLIQ
21/01/2019 [18:57]:
Əli Həsənovun başı dərddə: “Qaçqınkom”dakı ciddi pozuntular prokurorluğa göndərildi...
21/01/2019 [18:54]:
Müstəntiqin SON QƏRARI: “Hacı Mazan”ı 5 ilədək həbs gözləyir
21/01/2019 [18:43]:
Cahangir Hacıyevin məhkəməsi başlayır - 4,7 milyardlıq cinayət işi
21/01/2019 [18:40]:
Kosmik otelin fotoşəkilləri yayıldı
21/01/2019 [18:38]:
Ucqar bölgələrdə qəbula hazırlıq – “Bəzi materialları ümumiyyətlə, tapa bilmirik”
21/01/2019 [18:34]:
"“Nəsimi dil araşdırmaları qrupu” yaradılacaq" - İnstitut direktoru
21/01/2019 [18:31]:
Ədəbiyyatdan qəbul proqramına salınan yeni mövzular – Fikrət Qoca, Eyvaz Zeynalov...
21/01/2019 [18:29]:
Səfəvi bayrağı Azərbaycan tarixi dərsliyində səhv göstərilib? – Tarixçidən izah
21/01/2019 [18:25]:
Şagirdlərin intellektini müəyyən edən maraqlı metod- Müəllimlərin əl çəkməyəcəyi üsullar
21/01/2019 [18:23]:
11 ayda 13 min 655 boşanma - Əhalinin sayı açıqlandı
21/01/2019 [18:20]:
Hacı İsmayılova “Şöhrət” ordeni verildi - SƏRƏNCAM
21/01/2019 [18:18]:
UNEC-də startap müsabiqəsi keçirildi -FOTOLAR
21/01/2019 [18:07]:
Ulyanovsk vilayətində 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb - FOTO
21/01/2019 [17:41]:
Yanında siqaret çəkərkən öskürən reklam lövhəsi -MARAQLI...
21/01/2019 [17:38]:
Hacı İsmayılovun 75 yaşına...
21/01/2019 [17:34]:
Dünyanın bir sıra ölkələrində 20 yanvar hadisələri ilə bağlı tədbirlər keçirildi
21/01/2019 [17:31]:
MMP toplandı, qərarlar verildi - Partiya rəhbərliyi kampaniyaya başlayır
21/01/2019 [17:25]:
Qərbi Kaspi Universitetində qış imtahan sessiyası davam edir
21/01/2019 [17:09]:
Nazirliyin Aparat rəhbərinin yeznəsi direktor TƏYİN OLUNDU
21/01/2019 [16:59]:
Əsgəranda 4 erməni dəm qazından zəhərləndi
21/01/2019 [16:51]:
İşləmədiyi cinayətə görə, 22 il edamını gözləyən məhbus - FOTOLAR
21/01/2019 [16:48]:
Usta işlədiyi evdən xeyli pul OĞURLADI
21/01/2019 [16:31]:
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildi
21/01/2019 [16:19]:
Mehman Hüseynov Prezidentə müraciət etdi
21/01/2019 [16:16]:
AŞPA üzvlərinin 2019-cu il üçün səlahiyyətləri təsdiq edildi
21/01/2019 [16:15]:
AŞPA-nın sədri seçildi
21/01/2019 [16:10]:
Kirayənişin ev sahibini küt alətlə vurdu
21/01/2019 [16:08]:
“Məhəmməd  rüşvət alır!..”  –Əməllərimiz adlarımıza uyğundurmu?..
21/01/2019 [16:03]:
Sürücülərin nəzərinə! - BNA müraciət etdi
21/01/2019 [16:00]:
Elnarənin açıqlaması ətrafında qalmaqal bitmir - "Müğənnilik nə vaxtdan eyib peşə olub?"
21/01/2019 [15:58]:
“Bu qanun muğam sənətimizin inkişafına, mədəniyyətimizin təbliğinə təkan verəcək”
21/01/2019 [15:47]:
Ötən il Gürcüstan Azərbaycana 98 mln. dollar dəyərində siqaret satıb
21/01/2019 [15:35]:
Adamın diriykən Ruhu yoxdusa, öləndən sonra necə yarana bilər...?
21/01/2019 [15:25]:
ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi
21/01/2019 [15:13]:
Dünya ədəbiyyatında yer alan və ən çox oxunan şairlər - SİYAHI
21/01/2019 [15:09]:
ADNSU-nun rektoru Azərbaycan nümayəndə heyətinin tərkibində İsraildə işgüzar səfərdədir
21/01/2019 [15:00]:
Bu məşhurlar qrafiklə sekslə məşğul olur - Cədvəl intimi müntəzəmləşdirirmiş...
21/01/2019 [15:00]:
Rektor: “Şəhidlərin xatirəsi UNEC-də daim ehtiramla yad edilir, əziz tutulur”
21/01/2019 [14:52]:
Aİİ-də imtahan sessiyasının gedişatını müşahidə etmək məqsədilə mediatur təşkil olundu
21/01/2019 [14:50]:
“Vikipediya”da məşhur bəstəkar Elza İbrahimova haqqında 8 dildə məqalə yaradıldı
21/01/2019 [14:47]:
Həbsdə olan erməni general Fransaya getmək istəyir
21/01/2019 [14:40]:
101 dövlət əmlakı özəlləşdirilir
21/01/2019 [14:37]:
Evdən qızıl və pul oğurlayan şəxs tutuldu
21/01/2019 [14:35]:
Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı
21/01/2019 [14:34]:
Şəfiqə Axundovanın anadan olmasından 95 il ötür
21/01/2019 [14:33]:
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
21/01/2019 [14:29]:
Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ
21/01/2019 [14:28]:
Doğmaları şəhid olan məşhurlar - Gülüstan, Elariz, Nadir...
21/01/2019 [14:26]:
Ucarda yeniyetmə qız qaçırılıb - "Bizə ev və maşın təklif edirlər ki, şikayətimizi geri götürək"
21/01/2019 [14:15]:
Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkar edildi
21/01/2019 [14:01]:
Erməni yazıçı heç vaxt olmayan “ermənilərin Bakı qətliamı”na görə dünyanı ayağa qaldırır...
21/01/2019 [13:53]:
Mehriban Xanlarova anası üçün göz yaşı tökdü - VİDEO
21/01/2019 [13:34]:
60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır
21/01/2019 [13:26]:
Qatı duman Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir edib?
21/01/2019 [13:25]:
"Kriminal aləmdən bəhs edən kitabların nəşri sahəsində nəzarətsizlik var...” - EKSPERT
21/01/2019 [13:23]:
Gürcüstanın Azərbaycana borcu azalıb
Bütün arxiv bir sırada
04/11/2018 [21:18] - Mədəniyyət - ( 1873 dəfə baxılıb)

“Buzlu cəhənnəm”də sürgün olunan rəssamın illərdən sonra “kam"a çatması...




Onun yaradıcılığı da həyatı kimi ağ-qara zolaqlardan toxunmuşdu. Amma yaratdığı çoxsaylı linoqravüralardan fərqli olaraq onun həyatındakı qara zolaqlar ağ zolaqlardan qat-qat çox idi. Əməkdar rəssam, görkəmli qrafik Ələkbər Rzaquliyevin həyat səhifələrini vərəqləyərkən heyrətlənməmək mümkün deyil. Amansız tale bir istedadlı gəncin qarşısında açılan üfüqləri necə bir anda tar-mar edib, onu bəlkə də heç bir bəşər övladının indiyədək yaşamadığı məşəqqətlərə məhkum edərmiş. 

Ələkbər Rzaquliyev amansız repressiya burulğanının ilk dalğasının qurbanı olur, o, 1928-ci ildə həbs olunur və güllələnməyə məhkum edilir. Sonradan ölüm hökmü səkkiz illik sürgünlə əvəzlənir. O, ümumilikdə həyatının iyirmi beş ilini islah-əmək düşərgələrində keçirəcək. Üç sürgün arasında qısamüddətli fasilələr – valideynləri ilə görüşlər, ailə qurması, övladlarının dünyaya gəlməsi - sanki növbəti məhkumluğun acısını birə-beş artırmaq məqsədi daşıyırdı. Zalım fələk onu yenidən alışdığı həyat tərzindən, sevdiyi insanlardan, arzularından, sənətindən qoparıb ölüm saçan düşərgələrin qoynuna atacaq. 

Həyatında soyuq Arxangelsk, tayqanın donmuş torpaqları, qorxunc Solovki və amansız Altay bir-birini əvəz edəcək, amma sənətkar sınmayacaq, onun ümidi üzülməyəcək, həyat eşqi sönməyəcək. Düşərgənin tikanlı sədləri arasına iyirmi beş yaşlı gənc oğlan ikən girən rəssam orada həyatının böyük hissəsini, ömrünün ən gözəl çağlarını, sağlamlığını itirsə də, yaşayıb-yaratmaq eşqini itirməyəcək. Əlli üç yaşında azadlığa çıxıb yenidən doğulmuş uşaq kimi həyata baş vurur. O, hər zaman vaxt darlığını hiss edəcək və daim itirilmiş illərini, qaçırılmış məqamları geri döndərmək, illərlə düşündüyü planları həyata keçirmək, yaddaşının dərinliklərində qoruyub saxladığı təsvirlərin hamısını kağıza köçürmək üçün tələsəcək. Emalatxanasında 15-16 saat yorulmadan işləyən rəssam gördüklərini, yaşadıqlarını, həyatının müxtəlif mərhələlərinin ovqatını tamaşaçıya ötürmək, onunla bölüşmək istəyirdi. 

Moderator.az xəbər verir ki, Xalq Bankın “Xalq Əmanəti” layihəsinin on yeddinci nəşri Azərbaycan milli qrafika sənətinin sütunlarından biri, Əməkdar rəssam Ələkbər Ələsgər oğlu Rzaquliyevin (1903-1974) həyat və yaradıcılığına həsr olunub.

 Ələkbər Rzaquliyev yaradıcılığı vətənə, doğma torpağa möhkəm tellərlə bağlı olan sənətkarlardan idi. Milli qrafika sənətinin formalaşmasında müstəsna rolu olan rəssam zəngin sənət yolu keçib. O, İçərişəhərdə dünyaya göz açmış, ilk bədii təhsilini Bakıda almış, Moskva şəhərində isə Ali Bədii-Texniki Emalatxanalarında (VXUTEMAS) təhsilini davam etdirmişdi. Bu təhsil ocağı sənətin müxtəlif üslub və istiqamətlərini dərindən öyrənmək üçün əvəzsiz məkan idi. Fəallığı ilə seçilən, təbiətcə ünsiyyətcil Rzaquliyev tezliklə müəllim və tələbə kollektivinin hörmətini qazanmışdı. O, Moskvada əsərlərini sərgiləyən ilk azərbaycanlı rəssam idi. Öyrəndiklərini gənc həmvətənləri ilə bölüşür, sənətdə onlara dəstək olmağı özünə borc bilirdi. Bakıda yerli rəssamların sərgilərinin təşkilində fəal iştirak edir, öz işlərini də nümayiş etdirirdi. O illərdən cəmi iki əsəri - “Azərbaycanlı qadın” və “Pəhləvanlar” rəsmləri günümüzə çatmışdır. İkisi də Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində qorunub saxlanılır. Bu iki rəsm və bir neçə akvareldən başqa Rzaquliyevin bütün boyakarlıq işləri isə həmişəlik itirilmişdir.

Sürgündən qayıtdıqdan sonra Ələkbər Rzaquliyev linoqravüra texnikasını dərindən mənimsəmişdir. Ömrünün qalan hissəsini bu texnikaya həsr edən sənətkar “Köhnə Bakı”, “Tələbəlik illəri”, “Azərbaycan balıqçıları” silsilələri, Solovki adalarına, doğma vətənin mənzərələrinə, müasirlərinə həsr olunmuş çoxsaylı əsərlər yaratmışdı. Onun “Köhnə Bakı” silsiləsi XX əsrin əvvəllərini, insanların yaşayış və məişətini əks etdirən ən müfəssəl panoramıdır. Bu silsilədən olan əsərlər böyük uğur qazanır. Bakı və Moskvada keçirilən fərdi sərgilərlə yanaşı, Rzaquliyevin linoqravürləri dünyanın bir çox ölkələrində təşkil olunan qrup sərgilərdə nümayiş etdirilmişdi. Rəssamın sənəti bu gün də təkcə həmvətənləri tərəfindən yüksək qiymətləndirilmir, xaricdən gələn qonaqlar sənətkarın estamplarını həvəslə əldə edirlər. Onlar üçün rəssamın yaratdığı obrazlar  və əsərlər Azərbaycan xalqının mədəniyyətini təcəssüm etdirən ən dəyərli nümunələrdir.

“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilmişdir. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı və üçcildlik “Aşıq ədəbiyyatı antologiyası” işıq üzü görmüşdür.

Rəssamın əsərlərinin ekspozisiyası noyabr ayının 3-dən başlayaraq Xalq Bankın Əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L) fəaliyyət göstərəcək. Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.

Əli Həsənovun başı dərddə: “Qaçqınkom”dakı ciddi pozuntular prokurorluğa göndərildi...
"Kriminal aləmdən bəhs edən kitabların nəşri sahəsində nəzarətsizlik var...” - EKSPERT
Kişilər qalın qaşlı qadınları bəyənir -ARAŞDIRMA
Məşhur milyarder 3 dollarlıq hamburger üçün sıra gözlədi - MARAQLI... +FOTO
600 il 3 qitəyə hökmranlıq etmiş imperiya: Hansı ölkələri neçə il idarə edib + SİYAHI
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Yanında siqaret çəkərkən öskürən reklam lövhəsi -MARAQLI...
Maraqlı
İşləmədiyi cinayətə görə, 22 il edamını gözləyən məhbus - FOTOLAR
Maraqlı
Bu məşhurlar qrafiklə sekslə məşğul olur - Cədvəl intimi müntəzəmləşdirirmiş...
Gündəm
Erməni yazıçı heç vaxt olmayan “ermənilərin Bakı qətliamı”na görə dünyanı ayağa qaldırır...
Cəmiyyət
20 yanvar...
Həftənin ən çox oxunanları
Bakıda gözlənilən tornado Elman Rüstəmovla Əhməd Əhmədzadəni Londondan vurdu - FOTOLAR
Bakıda dəhşətli qəza: "Mazda" 2 ayın gəlinini vurub öldürdü - FOTOLAR 18+
Bu ölkədən idxal olunan 7 ərzağı başınıza silah dirəsələr də YEMƏK OLMAZ!!!
“Sabah ölkədə elə proseslər baş verə bilər ki, eşidəndə adamın tükləri biz-biz olar...”
Xalqı hansı sülhə hazırlayırlar? - Təhlükə başımızın üstündədir, yoxsa...?
Putin Paşinyanı qucaqlayır, Lukaşenko İrəvan yolçuluğunda... - Bəs biz nəyi gözləyirik?
Soydaşlarımız Moskvada "Vı, pustoy narod" sözlərinə etiraza toplaşır - SON XƏBƏR... + VİDEO
"Nənəm erməniyə ərə gedə bilməzdi..." - Həcərin nəticəsi
Ucarda dəhşət: 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarıldı - VİDEO
Şəhər meri 30 il kirayədə yaşayan süpürgəçiyə ev verdi-İbrətamiz- FOTOLAR  
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə