Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu - FOTO
899
27 Apr 2025 | 14:18

Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu - FOTO

Dünya çempionatına hazırlaşan Azərbatcanın minifutbol millisi Monteneqronun Herseq Novi şəhərində təşkil olunan beynəlxalq turnirin qalibi olub.

Bizim.Media xəbər verir ki, Bosniya və Herseqovina, Türkiyə, Monteneqro və Qazaxıstan yığmalarının mübarizə apardığı yarışda komandamız bütün rəqiblərinə qalib gələrək baş mükafata sahib çıxıb.

Yığma üzvü üzvü Təmkin Xəlilzadə turnirin ən yaxşı oyunçusu adına layiq görülüb.

Qeyd edək ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv daha bir beynəlxalq turnirdə iştirak etmək üçün Slovakiyanın Koşitse şəhərinə yollanıb. Aprelin 30-da start götürəcək yarışda milli ilə yanaşı Slovakiya, Ukrayna, Belçika, Polşa və Macarıstan seçmələri də mübarizə aparacaq. Turnirə mayın 1-də yekun vurulacaq.












Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər