Ermənistan Qarabağdakı dükanlara onlayn kassa aparatları da qoyur  -  Savaşdan arxayınlıqmı?..
3313
06 Nov 2018 | 10:55

Ermənistan Qarabağdakı dükanlara onlayn kassa aparatları da qoyur - Savaşdan arxayınlıqmı?..

Ermənistanxa0 işğal altındakı Azərbaycan torpaqlarında fəaliyyət göstərən ticarət obyektlərini ən müasir kassa aparatları ilə təmin etməyə hazırlaşır.xa0

Moderator.az xəbər verir ki, bu haqda işğalçı ölkəninxa0 Azərbaycan torpaqlarına qanunsuz səfər edən Dövlət Gəlirləri komitəsinin sədri David Ananyan erməni jurnalistlərə qondarma separatçı rejimin başçısı Bako Saakyanla görüşüdənxa0 bəhs edərkən danışıb.xa0

Görüşdə Ermənistanla qondarma qurum arasında vergi və gömrük sahəsində əməkdaşlığı genişləndirmək üçünxa0 müasir kommunikasiya əlaqələrinin vacibliyi vurğulanıb. Odur ki, Xankəndi və Şuşadan başlamaqla bütün ticarət obyektlərində son nəsil kassa aparatlarının qoyulması da nəzərdə tutulub. Çünki həmin aparatlar hər iki tərəfin vergi orqanlarına internet üzərindən obyektlərin gəlirlərinə nəzarət etmək imkanı verəcək.xa0

D.Ananyan qeyd edib ki,xa0 yeni nəsilxa0 kassa aparatları, elə həmin aparatlardır. “Sadəcə, bir fərqi var; onlarda xidmətin növü, alınmış malların sayı, ölçü vahidi və s. də görmək olur. Və bu kassa aparatları onlayn olaraq vergi orqanıyla bağlı olacaq...”

P.S. Sözsüz ki, Ermənistan burada həm də qondarma rejimin işğal altındakı torpaqlarda əldə etdiyi gəlirlərin xeyli hissəsini nəzarətdə saxlamaqla rejimin iqtisadi rıçaqlarını tam olaraq öz alində tutmaqxa0 məqsədi də güdür...

P.P.S.xa0 Qarabağda dinc həyata quruculuğuyla bağlı belə faktlar həm də Ermənistanın yaxın onilliklərdə Qarabağda genişmiqyaslı savaşın olmayacağından arxayınlığına dəlalət edir. Görünür, beynəlxalq güclər işğalçı ölkəyə bu haqda gizli zəmanət verib... Odur ki, terrorçu dövləti bundan sonra yalnızxa0 nəzarətində olan torpaqlarımız vasitəsilə mümkün qədər çox gəlir götürmək maraqlandırır...

Sultan Laçınxa0
Link kopyalandı!
Son xəbərlər