Xəbər lenti
17/11/2018 [16:21]:
Musa Musayev: "Vəzifədə olana yaltaqlanmaq, gedənin isə dalınca danışmaq ənənəsini tərgitməliyik”
17/11/2018 [16:20]:
Sabunçuda maşın qadını vurub öldürdü
17/11/2018 [16:20]:
İğdırda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu -FOTOLAR
17/11/2018 [16:18]:
Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq
17/11/2018 [15:18]:
Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri -SİYAHI
17/11/2018 [15:08]:
Bu gömrük postundan 21 mindən çox nəqliyyat vasitəsi keçdi
17/11/2018 [15:08]:
Separatçı erməni lider Fransadan birbaşa digər HƏMSƏDR ÖLKƏYƏ UÇDU...
17/11/2018 [15:05]:
Azərbaycanda ölüm hallarının rəsmi statistikası açıqlandı
17/11/2018 [14:58]:
Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
17/11/2018 [14:21]:
Məhərrəmovun general qardaşının işdən çıxarılmasını - Nazirlik təkzib etdi
17/11/2018 [14:18]:
Gömrük postunda Ermənistana aid xəritələr saxlanıldı -FOTOLAR
17/11/2018 [14:15]:
“Sona Vəliyeva öz ərizəsi ilə MTRŞ üzvlüyündən çıxıb”
17/11/2018 [14:07]:
Ukraynada uydurma erməni soyqırımı abidəsinin açılış cəhdi etnik qarşıdurmaya səbəb oldu
17/11/2018 [13:58]:
Bakının bu rayonu susuz qalacaq
17/11/2018 [13:57]:
Sabiq nazirin qardaşının nədə ittiham edildiyi məlum oldu - Kürdəxanıda saxlanılır
17/11/2018 [13:53]:
“Ona ən böyük arzum Kəlbəcər dağlarındakı çiçəkləri öz əllərimlə təqdim etməkdir”
17/11/2018 [13:50]:
“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaratdı
17/11/2018 [13:42]:
Sahil Babayev Şəmkirdə kiçik ailə təsərrüfatlarına baxış keçirdi
17/11/2018 [13:39]:
Sabah Bakıda 16 dərəcə isti gözlənilir - PROQNOZ
17/11/2018 [13:37]:
"Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində faktaraşdırıcı missiyanın həyata keçirilməsinə imkan vermir"
17/11/2018 [13:37]:
Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərə müraciət etdi
17/11/2018 [13:19]:
Bakıda zibil yeşiyindən silah-sursat tapıldı
17/11/2018 [13:15]:
Netanyahu İsrailin Müdafiə Nazirliyinə rəhbərlik edəcək
17/11/2018 [13:14]:
Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda -FOTOLAR
17/11/2018 [13:12]:
Sumqayıtda avtomobil oğruları yaxalandı
17/11/2018 [13:11]:
“Vəsaitin yarısı kənardan dəvət edilmiş şəxslərə xərclənib" -DİM sədrindən ittiham
17/11/2018 [13:07]:
DİM sədri: "Yüksək vəzifələrə sənəd verən yoxdur"
17/11/2018 [12:39]:
“Bizim sevgimiz də, nifrətimiz də, dostluğumuz da, düşmənliyimiz də kişi kimi olub”
17/11/2018 [12:38]:
"Bizə azadlığı bağışlamadılar, xalqımız azadlığına mübarizə apararaq qovuşdu"
17/11/2018 [12:31]:
Ramil Quliyev Türkiyə ordusunda... - FOTO
17/11/2018 [12:24]:
Azərbaycan əhalisinin sayı açıqlandı - RƏSMİ
17/11/2018 [12:21]:
26 yaşlı qadın erotik fantaziyasına qurban getdi - FOTO
17/11/2018 [12:14]:
Azadlıq Meydanında ilk dövlət himnimizi ifa edən və noyabr mitinqlərinin ilk aparıcısı...
17/11/2018 [12:01]:
Türkiyədə nazirlik namazın vaxtını dəyişdirdi
17/11/2018 [11:38]:
Gəncədə intihar: 32 yaşlı kişi özünü binadan atdı
17/11/2018 [11:23]:
İngilislər Dərələyəzdə qızıl çıxarırdı... – Güclü uran ehtiyatı tapdılar?!..- FOTOLAR + VİDEO
17/11/2018 [11:16]:
"Gələn il keçiriləcək imtahanlarda ciddi dəyişikliklər olacaq"
17/11/2018 [11:03]:
Röya unitazda FOTOLARINI paylaşdı
17/11/2018 [10:47]:
Kriminal XRONİKA: 117 cinayət törədildi, 24 nəfər saxlanıldı
17/11/2018 [10:47]:
MKİ dəqiqləşdirdi: Xaşoginin ölüm əmrini vəliəhd şahzadə verib
17/11/2018 [10:31]:
Prezident cinayət məcəlləsi ilə bağlı sərəncam imzaladı
17/11/2018 [10:28]:
“Azərsun”un keçmiş vitse-prezidenti narazıdır
17/11/2018 [10:22]:
Paşinyan Lukaşenko və Nazarbayevdən izahat istəyir
17/11/2018 [10:14]:
Yük və sərnişin daşınmada da artım var
17/11/2018 [10:11]:
Payız depressiyasından qurtulmağın yolları
17/11/2018 [10:06]:
İnterpol rəhbəri postuna namizədlər
17/11/2018 [10:00]:
"CinemaPlus"da daha bir premyera baş tutdu
17/11/2018 [09:53]:
26 illik "525"
17/11/2018 [09:46]:
Bu il 103 mindən çox körpə doğulub
17/11/2018 [09:40]:
ABŞ gömrük rüsumlarını saxlamaq niyyətindədir
17/11/2018 [09:36]:
Vüqar Mahmudovun həbs müddəti uzadıldı
17/11/2018 [09:35]:
Ağ Ev Gülənin təhvil veriləcəyi iddiasını yalanladı
17/11/2018 [09:32]:
Əhalimizin sayı artıb
17/11/2018 [09:22]:
Atəşkəs 30 dəfə pozulub
17/11/2018 [09:18]:
"Qol.az" saytı 10 yaşında
17/11/2018 [09:17]:
Müğənni qızıl yedi - “O qızılyeyən “əjdaha”dan bizdə niyə yoxdu?..” + VİDEO
17/11/2018 [09:14]:
Rəsmi Parisdən Bakının etirazına cavab
17/11/2018 [09:12]:
Azərbaycan Milli Dirçəliş Gününü qeyd edir
17/11/2018 [09:12]:
Həftəsonu İstirahətini havaya görə planlaşdıranlara...
17/11/2018 [09:02]:
Həkim səhlənkarlığı: Hər iki böyrəyi çıxdı
17/11/2018 [09:01]:
Emin Ağalarov uzun müddətdir ki, parikdən istifadə edib? - ŞOK FOTO
17/11/2018 [01:12]:
Trampın iradəsinin əksinə SNN-in jurnalisti yenidən Ağ evə döndü...
16/11/2018 [23:43]:
Kamal Abdulla yeni vəzifəyə seçildi
16/11/2018 [23:37]:
KXDR və Koreya Respublikası arasında birbaşa aviasiya əlaqəsi yaradıla bilər -Danışıqlar başlayıb
16/11/2018 [23:34]:
Küveytin hava limanı suyun altında qalıb - VİDEO
16/11/2018 [23:16]:
İspan şərabı, Kataloniya presedenti, biznesmen diplomata möhtac Qarabağ dərdi...
16/11/2018 [23:07]:
Dövlət Gömrük Komitəsi media tur təşkil etdi - FOTO
16/11/2018 [23:04]:
Prezident daha bir sərəncam imzaladı
16/11/2018 [22:56]:
Qazaxıstanda dəhşətli avtobus qəzası: ölən və yaralananlar var
16/11/2018 [22:54]:
Məleykə Abbaszadə Xızı rayonunda vətəndaşları qəbul etdi
16/11/2018 [22:43]:
"Belə bir böyük irəliləyiş aparılan islahatların məntiqi nəticəsidir" -İlham Əliyev
16/11/2018 [22:26]:
“Azərbaycandan gəlmələr” İrəvanda ayağa qalxdı: “Bizi insan yerinə qoymurlar” - VİDEO
16/11/2018 [22:20]:
General Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə baş çəkdi
16/11/2018 [22:06]:
“Heydər Əliyev mənə xəbər göndərmişdi ki...” - Sabiq təhsil naziri SİRLƏRİ AÇDI
16/11/2018 [22:03]:
Braziliyalı təyyarəçi 5500 metr yüksəklikdə İslamı qəbul etdi - VİDEO
16/11/2018 [22:00]:
Şərab qurbanları... - "Ötən günlərimi qaytaraydılar" mahnısı son təsəlli kimi + VİDEO
16/11/2018 [21:47]:
Yataq xəstəsi olan Könül Xasıyevanın son halı - FOTO
16/11/2018 [21:38]:
30 manatla işə başlayıb milyonlar qazanan Əzizə Mustafazadə sirrlərini açdı - FOTO/VİDEO
16/11/2018 [21:25]:
Daşkəsəndəki dəhşətli yanğınla bağlı cinayət işi açıldı
16/11/2018 [21:05]:
Cinsi əlaqəyə girmək qripin qarşısını alır - MARAQLI
Bütün arxiv bir sırada
07/11/2018 [22:11] - Müsahibə - ( 3736 dəfə baxılıb)

"Allah eləməmiş, texnogen qəza olsa, Bakının yarısı ciddi problemlə üz-üzə qalacaq..."



Moderator.az BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin teleqraf.com-a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, son günlər Milli Məclis komitələrinin birgə iclasında 2019-cu ilin büdcə zərfinin müzakirəsi keçirilir. Bü müzakairələr, eləcə də gələn ilin büdcəsi ilə bağlı nə deyə bilərsiniz? Yeri gəlmişkən, həmkarınız Vahid Əhmədov müzakirələr zamanı korrupsiya, kölgə iqtisadiyyatına qarşı mübarizə və şəffaflığın yaradılması sahəsində hökumətin islahat siyasətinin artıq nəticələr verdiyini bildirib. Onun sözlərinə görə, 2018-ci ildə Dövlət Gömrük Komitəsində gömrük yığımı 800 milyon manat artıb…

- Öncə onu qeyd edim ki, 2019-cu il üçün büdcə gəlirləri 22,917 milyard manat proqnozlaşdırılır. Bunun 11,364 milyardı Dövlət Neft Fondundan transfer olunacaq. Qeyri-neft sektoru üzrə gəlirlərin 54,1%-ni, yəni 4,98 milyardını vergi orqanlarının xətti ilə, 37,4 %-ni, yəni 3,451 milyardını isə gömrük orqanlarının xətti ilə daxilolmalar təşkil edəcək. Bura Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən toplanan vəsait daxil deyil. DGK tərəfindən daxilolma qeyri-neft sektorundan vergi orqanları xətti ilə daxilolmaların təqribən 70%-ni təşkil edir. İqtisadiyyatı neft və qaz gəlirlərindən asılı olan Rusiyada bu rəqəm 7% təşkil edir.

Rəqəmlərdən göründüyü kimi, iqtisadiyyatımız idxaldan və neft gəlirlərindən ciddi surətdə asılı vəziyyətdədir. Belə bir vəziyyət davamlı olmayacaqsa, DGK xətti ilə daxilolmaların payının çox olmasından, keçən illə müqayisədə idxalın 27.9 % artmasından çox da narahat olmaq lazım deyil. Bu onu göstərir ki, vətəndaşlar proqnozlara görə evdə saxladıqları 10 milyard dollara qədər vəsaiti iqtisadiyyata qoymağa və istifadə etməyə başlayıblar. Məsələn, keçən illə müqayisədə avtomobil idxalı 3 dəfə artıb. Burada manatın kursunun sabitliyi də öz təsirini göstərməkdədir. Bu həm də o deməkdir ki, insanlar maliyyə və iqtisadi sferada aparılan islahatlara inanmağa başlayıblar.

- Bu il büdcəyə daxilolmaların artması istiqamətində görülən tədbirləri necə qiymətləndirirsiniz? 

- Prezident İlham Əliyev 2018-ci ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirədə vergi və gömrük orqanlarında inzibatçılığın təkmilləşdirilməsi və səffaflığın artırılması istiqamətində görülən işləri təqdir etdi, idxalın artmasını sənayenin inkişafı ilə əlaqələndirdi və daxili istehsalın qorunması və sitimullaşdırılması üçün gömrük rüsumlarının artırıldığını qeyd etdi. Həqiqətən də qeyd olunanlar DGK xətti ilə toplanan vəsaitin həcmini kəskin artırıb.

- Milli Məclisdə büdcə zərfinin müzakirəsi zamanı hansı təkliflərlə çıxış etdiniz?

- Mən Komitə müzakirələri zamanı qeyd etdim ki, vəziyyəti köklü dəyişmək üçün iqtisadiyyatda sürətli artıma nail olmalıyıq. Dövlət Neft Fondu illik 3,7% gəlirlə xaricdə saxladığı 35 milyard dolların bir hissəsini gətirib yerli kommersiya banklarında yerləşdirməlidir ki, sahibkarların aşağı faizli kreditlərə çıxışı olsun. Bu həm də bank sektorunun inkişafına ciddi töhfə verə bilər.

Büdcədən tikintiyə 6,827 milyard manat vəsait ayrılır. “Büdcə sistemi haqqında” qanunun 12-ci maddəsinə görə, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutlan məqsədli proqramlar barədə Milli Məclisə sənəd təqdim olunmalıdır. Amma bizə ümumi formada məlumat verilir ki, 60 yeni layihə maliyyələşdiriləcək, 114 obyekt təhvil veriləcək. Neft Şirkətinə də neftayırma zavodunun yenidən qurulması üçün bizə deyilməyən məbləğdə vəsait ayrılacaq. Yaxşı olardı ki, həmin vəsaitlə şəhərdən kənarda yeni zavodun tikintisinə başlansın. DNF həmin zavoda investisiya qoyarsa, Azərbaycanda daha çox qazana bilər. Hazırda neftayırma zavodu şəhərin mərkəzində yerləşir, gecələr həmin ərazidə nəfəs almaq belə çətinləşir və Allah eləməmiş, texnogen qəza olsa, şəhərin yarısı ciddi problemlə üz-üzə qalacaq.

Hökumət qarşısında qaldırdığım başqa bir məsələ qanunun aliliyinin yüksək səviyyədə təmin edilməsi üçün məhkəmə hakimiyyətinin gücləndirilməsi oldu. Bunun üçün hakimlərin sayı və maaşı artırılmalı, onlar ehtiyacları varsa, mənzillə təmin edilməli, intizam məsuliyyətinə cəlb etməklə onların vəzifədən kənarlaşdırılmasına son qoyulmalı, Konstitusiyaya uyğun olaraq, onlar yalnız cinayət törətdikdə vəzifələrindən kənarlaşdırılmalıdırlar. Güclü məhkəmə hakimiyyəti olmayacaqsa, nə yerli, nə də xarici investorlar iqtisadiyyata əhəmiyyətli həcmdə vəsait qoymayacaqlar.

Başqa bir təklifim də oldu. Hazırda Prezidentin fərmanına əsasən, yol polisi və vergi əməkdaşları tərəfindən təyin olunan cərimələrin, xidmətlərə və hüquqi hərəkətlərə görə tutulan rüsumun 25%-dən 5 %-i Prezident Administrasiyası işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə sərf olunur. Bu təcrübəyə son qoyulmalıdır. Yox, bu, davam edəcəksə, onda həmin vəsaitin 3%-i də Milli Məclis Aparatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün ayrılmalıdır. Təəssüf ki, bəzi qərəzli şəxslər bunu guya mənim deputatlara aid etdiyimi yazıblar.

Təklif etdim ki, Prezidentin sərəncamına əsasən, əvvəllər sığorta pulu alıb-almamasından asılı olmayaraq, bütün şəhid ailələrinə birdəfəlik yardım verilməlidir. Dövlətin imkanı olacaqsa, 2-3 ildən bir belə yardımlar edilməlidir. Şəhid ailələri və əlillər üçün mənzil tikintisinə 45,5 milyon manat vəsait ayrılıb ki, bu da yetərli deyil. Uzun illərdir ki, həmin kateqoriyadan olan insanlar mənzil gözləyir. Bu il qaçqınlar üçün mənzil tikintisinə 200 milyon manat vəsait ayrılıb ki, bu da azdır. Bu vəsaiti ən azı 3 dəfə artırmaq lazımdır. Birinci vitse-prezident Mehriban xanımın təşəbbüsü ilə “Paşa Holdinq” qəzalı mənzillərdə yaşayan qaçqınlar üçün böyük bir yaşayış kompleksi tikdi. Digər tikinti şirkətləri belə bir təşəbbüsə qoşula bilmirsə, əminəm ki, onlar vergilərdən azad olunarsa, qazancsız, yalnız əmək haqqı və tikinti materiallarının verilməsi qarşılığında bu nəcib təşəbbüsə qoşula bilərlərlər. Elə etməliyik ki, heç olmasa, yaşlı qaçqınlar həyatlarının sonunu rahat mənzillərdə yaşaya bilsinlər.

- Sizcə, aqrar sektorun inkişafı ilə bağlı hansı tədbirər görülməlidir? 

- Hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahənin inkişafı üçün ciddi işlər görülür. Bizim təklifimiz ondan ibarətdir ki, fermerlərə hər hansı formada subsidiyaların verilməsi dayandırılsın. Fermerlərin istehsal etdiyi məhsullar onlardan əlverişli qiymətə alınmalıdır. Xaricdən ərzaq idxalına KTN yerli istehsalın həcmini nəzərə alınmaqla icazə verməlidir. Dövlət ehtiyacları üçün yerli mallar alınmalıdır.

Digər bir məsələ. Səhiyyə sistemində ağır xəstəliklərin müalicəsi üzrə 16 dövlət proqramı maliyyələşdirilir. Bu məqsədlə 204,638 milyon manat vəsait ayrılması nəzərdə tutlub ki, bu da artırımalıdır. Bu il keçən illə müqayisədə xərçəng xəstələrinin sayı 3,7 dəfə artıb. Bu ya qida ilə, ya da radiasiya fonunun artması ilə əlaqədardır. Bu məsələ də ciddi araşdırılmalıdır.

- Büdcə müzakirələri zamanı daha hansı sahələrə diqqət ayrılmasını vacib hesab edirsiniz?

- Mühüm məsələlərdən biri universitetlərə ayrılan vəsaitin azlığı ilə bağlıdır. 7 universitetə cəmi 37,5 milyon manat ayrılması nəzərdə tutulub. Universitetlərin böyük əksəriyyətinin yataqxana problemi var. Belə problemi olan universitetlərə ssudalar verilməli, ən geci 3 il ərzində bu problemlər həll olunmalıdır. Belə olarsa, biz xeyli xarici tələbə də cəlb edə bilərik. Əslində bütün sahələrə əlavə vəsait qoyulmalıdır, amma büdcənin kiçik olması buna imkan vermir.

Gələn il ölkədə bələdiyyə seçkilərinin keçiriləcəyi gözlənilir. Bu məqsədlə siyasi partiyalar üçün ayrılan vəsaitin də ən azı bir neçə dəfə artırılmasına ehtiyac var. Güclü siyasi partiyalar olmadan ölkənin demokratik inkişafını təsəvvür etmək belə mümkün deyil.

Komitə iclasında diqqət çəkdiyim məsələlərdən biri də pensiyaların azlığı ilə bağlı məsələ idi. Hesab edirəm ki, orta ayliq pensiyanın həcmi (241 manat) orta aylıq əmək haqqının (641 manat) 80%-i qədər olmalıdır. Hörmətli maliyyə naziri bildirdi ki, dünyada ən yüksək göstərici 60%-dir. Qoy dünyada ən yaxşı göstərici bizdə olsun.

İqtisadiyyatımızın sürətli inkişafı üçün vacib məsələlərdən biri də xidmət sahələrinin – “Azəriqaz”, “Azərişıq”, “Azəristilik” və s qurumların özəlləşdirilməsidir. Dövlət idarəetmə xərcləri azaldılmalıdır. Amma əksinə, gələn il daha 19,3 min yeni işçi büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda işə götürüləcək. Biz böyük özəlləşdirməyə getməsək, büdcənin yükünü azalda bilməyəcəyik.

Çatdırıb münasibət bildirə bilmədiyim digər məsələlər barədə yəqin ki, plenar iclasda münasibət bildirəcəyəm.

Emin Ağalarov uzun müddətdir ki, parikdən istifadə edib? - ŞOK FOTO
Trampın iradəsinin əksinə SNN-in jurnalisti yenidən Ağ evə döndü...
Dövlət Gömrük Komitəsi media tur təşkil etdi - FOTO
Cinsi əlaqəyə girmək qripin qarşısını alır - MARAQLI
Telefonla çox oynadığı üçün 7 yaşlı qızını boğaraq öldürdü - DƏHŞƏT...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
"Bizə azadlığı bağışlamadılar, xalqımız azadlığına mübarizə apararaq qovuşdu"
Cəmiyyət
Ramil Quliyev Türkiyə ordusunda... - FOTO
Hadisə
Azadlıq Meydanında ilk dövlət himnimizi ifa edən və noyabr mitinqlərinin ilk aparıcısı...
Ədəbiyyat
“AYB-yə üzvlük və sənəd qəbulunu gələnilki qurultaya qədər dayandırmışıq”– Fikrət Qoca
Dünya
10 yaşlı qızcığaz təcavüzkarı karate fəndi ilə uzaqlaşdırdı - MARAQLI...+ VİDEO
Həftənin ən çox oxunanları
Xəzər TV rektorun qovulmasının səbəbini açıqladı: Akademiki qara günlər gözləyir - VİDEO
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"
"KİA Motors" Azərbaycanda 1 milyon kilometr maşın sürən şəxsi ŞOKA SALDI...
"Bəlkə içimizdəki ermənilərdənsən ki, şəhid anasını təhqir etməyə özünü borclu bilirsən"
"Başa düşə bilmirəm ki, hansı məntiqlə qadınları 65 yaşda pensiyaya çıxarırıq?"
Xatirənin geyimi başına bəla oldu - FOTOLAR
Abel Məhərrəmovun rektorluq "kitabını bağlayan" SENSASİON SƏBƏB...
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...
Azərbaycanın talanan sərvətlərinin izi ilə daha bir ünvan: Ax, London, London...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə