Xəbər lenti
18/11/2018 [16:59]:
Ekspert: "Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir"
18/11/2018 [16:56]:
ABŞ Xaşuqcinin qatilləri ilə bağlı yekun qərar verəcək –Tramp vəlihəd Məhəmməd bin Salmanın da adını çəkəcəkmi?
18/11/2018 [16:49]:
“Hamını tənqid edən Flora Kərimovanın vannada şəkil paylaşması...”
18/11/2018 [16:46]:
Bakıda məşhur “avtoş”u kim öldürdü? – Dəhşətli qətlin təfərrüatı
18/11/2018 [16:36]:
Uşaq parkında şok mənzərə - KƏSİLMİŞ AYAQLAR TAPILDI
18/11/2018 [16:31]:
"Azərbaycanda yerli pomidoru Rusiyaya satırlar, əhali isə Çin pomidoru yeyir..."
18/11/2018 [16:14]:
Bakı Dövlət Universitetinin giriş-çıxışı bağlandı - Abel Məhərrəmov həbs olunur?
18/11/2018 [15:59]:
Sabiq deputat “Nəsimi” bazarında satıcı işləyir - FOTO
18/11/2018 [15:57]:
Qazaxıstanda azərbaycanlı şair haqda məqalə dərc olunub
18/11/2018 [15:50]:
Fransada keçirilən etiraz aksiyasında 409 nəfər yaralanıb
18/11/2018 [15:30]:
“Belə çıxır ki, sürücülər ötən hadisədən özlərinə dərs götürməyiblər”
18/11/2018 [15:15]:
Ermənistanın müxalifət partiyası Azərbaycana avto-yürüş keçirəcək – Qarabağın de-yure birləşdirilməsi tələbi ilə...
18/11/2018 [15:14]:
Ölən ərinin dərisini soydurub tablo düzəltdirdi- FOTOLAR
18/11/2018 [14:46]:
Bu ərazilərdə 4 gün elektrik enerjisi fasilələrlə veriləcək
18/11/2018 [14:46]:
Əli Həsənov: "Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir"
18/11/2018 [14:44]:
Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
18/11/2018 [14:10]:
ABŞ süni ətin istehsalına hazırlaşır
18/11/2018 [14:06]:
Ötən gün paytaxtda keçirilən mitinqlə bağlı RƏSMİ MƏLUMAT
18/11/2018 [13:55]:
Dövlət Komitəsinin nümayəndə heyətinin Vaşinqton görüşləri davam edir - FOTOLAR
18/11/2018 [13:54]:
Nazirlik 120 minə yaxın ağac payladı
18/11/2018 [13:42]:
Buludlu, bəzi yerlərdə yağış... - SABAHIN HAVASI
18/11/2018 [13:14]:
Tatlısəsi azərbaycanlı həkim sağaltdı
18/11/2018 [12:55]:
"Ölkədən 4 milyard oğurlamış Fazil xəstəliyə saldığı şairin xərclərini niyə ödəməsin ki?"
18/11/2018 [12:45]:
39 yaşlı kişi borca görə bıçaqlandı - BALAKƏNDƏ
18/11/2018 [12:21]:
"Həmişə narahat idim ki, bu 50 ildə nəsə etmişəmmi, konsert mənə həyatı daha çox sevdirdi"
18/11/2018 [12:09]:
Mazımçay gömrük postunda bir gün - FOTOLAR
18/11/2018 [11:57]:
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı...
18/11/2018 [11:33]:
Gəncədə 17 yaşlı qız itkin düşdü
18/11/2018 [11:11]:
Fransızlar benzinə görə etiraza qalxdı: 1 ölü, 106 yaralı
18/11/2018 [11:08]:
Qaşıqçı ilə bağlı daha bir şok məlumat - Gizli evlilik
18/11/2018 [11:05]:
Bu gün hava çiskin olacaq
18/11/2018 [11:00]:
Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq
18/11/2018 [10:57]:
Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı
18/11/2018 [10:44]:
"Əlimdə imkan olsaydı televiziyalardan bütün şou verilişlərini yığışdırardım" - TƏKLİF...
18/11/2018 [10:35]:
Belarusdan Paşinyana sərt cavab: “Deyəsən, bu adam...”
18/11/2018 [10:21]:
Tramp: "ABŞ Qaşıqçının qatillərinin adlarını açıqlayacaq"
18/11/2018 [10:12]:
Viktor Yanukoviç təcili xəstəxanaya çatdırıldı
18/11/2018 [10:10]:
Cəmil Həsənli: "Məni başqa otağa apardılar, Əli Kərimlidən xəbərim yoxdur”
18/11/2018 [10:04]:
Qaradağda idman edərkən köməksiz qalan şəxs xilas edilib
18/11/2018 [09:57]:
Atəşkəs 29 dəfə pozuldu
18/11/2018 [09:19]:
Azərbaycanda çantada daşına bilən minilaboratoriyaların istehsalı təklif edilir
18/11/2018 [08:58]:
ABŞ-da İkinci Dünya Müharibəsi dövründən qalan təyyarə qəzasında 2 nəfər ölüb
18/11/2018 [00:37]:
"FETÖ təhlükəsinin bu gün ayaqda durmasının Azərbaycana da Türkiyə qədər zərəri var"
18/11/2018 [00:03]:
Azərbaycanlı müğənni tanınmaz halda - "Bomj" olub küçələrə düşdü - FOTO
17/11/2018 [23:18]:
BDU-da işləyən vəzifəlilər: Sabiq nazir, vitse-spiker, deputatlar, səfir qızı…
17/11/2018 [23:16]:
Tramp hadisə yerində - Mindən çox insan itkindir
17/11/2018 [22:40]:
“İsmət Qayıbov vertolyota minəndə Tamerlan Qarayev TƏKİDLƏ ONA DEYİB Kİ...”
17/11/2018 [22:24]:
Məşhur müğənni qəfil dünyasını dəyişdi
17/11/2018 [22:15]:
“Ərdoğan güclü və ağıllı adamdır”
17/11/2018 [22:03]:
Messi və Poqbadan “Nüsrət” performansı – VİDEO
17/11/2018 [21:49]:
Rəisin qızına cərimə yazan polis mükafatlandırıldı
17/11/2018 [21:44]:
Tramp ən böyük səhvini etiraf etdi
17/11/2018 [21:30]:
Azərbaycan yığması Farer adaları ilə oyunda hesabı artırıb - YENİLƏNİB
17/11/2018 [21:17]:
Tovuzda piyadanı avtomobil vuraraq öldürüb
17/11/2018 [20:51]:
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
17/11/2018 [20:43]:
Əl-ələ verib Azərbaycanı yaşıla boyayacağıq: Möhtəşəm aksiyada 120 min ağac əkildi...
17/11/2018 [20:25]:
Tramp: “Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtarırıq”
17/11/2018 [20:07]:
Yol qəzasında 7 nəfər ölüb
17/11/2018 [20:00]:
Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək
17/11/2018 [19:49]:
Dövlət qulluğuna qəbula dəyişiklərin edilməsi təklif olunur
17/11/2018 [19:46]:
Cennifer Lopes 20 dəqiqəyə 2 milyon dollar qazandı
17/11/2018 [19:37]:
Qadın kamikadze özünü partlatdı
17/11/2018 [19:28]:
Nazirlik əməkdaşları şəhid ailələri ilə görüşdülər
17/11/2018 [19:25]:
“Bir qarış torpağın belə azad edilməsi böyük hadisədir”
17/11/2018 [19:13]:
Vannadakı görüntüsündən danışdı...
17/11/2018 [19:13]:
"Atalar nə demiş: "El üçün ağlayanın gözü kor olar!""
17/11/2018 [19:07]:
Lüks hoteldə qeydə alınan görüntülər ölkəni ayağa qaldırdı - FOTO+VİDEO
17/11/2018 [19:06]:
Azay Quliyev: "BMT Təhlükəsizlik Şurası təsirli addımlar ata bilər"
17/11/2018 [19:02]:
Dənizdə xilasetmə işləri üçün qurğu hazırlanıb
17/11/2018 [18:46]:
Saysız-hesabsız medal sahibi olan cazibədar idmançı telekanalda aparıcılıq edir – MARAQLI
17/11/2018 [18:33]:
"Millət qarşısında etdikləri naqislikləri unutdurmaq üçün bunu edirlər"
17/11/2018 [18:32]:
Çin NATO-nun proqram təminatını satın alıb
17/11/2018 [18:27]:
Hər il minlərlə heyvanı xilas edən körpülər – MARAQLı + FOTOLAR
17/11/2018 [18:24]:
Qəza zamanı 6 azərbaycanlı xəsarət aldı
17/11/2018 [18:19]:
“Bir şəxsin uzun müddət vəzifədə qalması neqativ nəticələrə səbəb olur”
17/11/2018 [18:14]:
Direktor vəzifəsinə imtahan mərhələsi başlayır
17/11/2018 [18:07]:
Bu Meydan - bu da Şeytan!.. - 30 ildir Şeytana uduzmaqdayıq, bəylər!..
17/11/2018 [18:06]:
"Qarabağ müharibəsi əlillərinə ev veriləcək" -Nazir konfrans keçirdi
17/11/2018 [18:05]:
Yanğın zamanı xəsarət alan montyor öldü
17/11/2018 [17:53]:
"Tənqid edilən bayağı verilişlərlə bağlı addımlar atıla bilər" - Nuşirəvan Məhərrəmli
Bütün arxiv bir sırada
08/11/2018 [15:53] - Müsahibə - ( 871 dəfə baxılıb)

“Haradan bilirdilər ki, apardıqları şəxs Müşfiqdir?”



Dövlət Ədəbiyyat və İncəsənt Arxivinin direktor müavini, repressiya qurbanları tədqiqatçısı Aslan Kənan son günlər media və sosial şəbəkələrdə geniş müzakirəyə çıxarılmış Mikayıl Müşfiq mövzusu ilə bağlı Publika.az-a maraqlı müsahibə verib. 

Moderator.az həmin müsahibəni təqdim edir:

– Aslan müəllim, əvvəlcə bu günlərdə Mikayıl Müşfiqlə bağlı gündəmə gələn iddiadan başlayaq. Rusiyalı milyarder Fərhad Əhmədov Mikayıl Müşfiqin qalıqlarının Qaradağ rayonu, Puta qəsəbəsində tapdığını iddia edir. Bununla bağlı komissiya yaradılıb, DNT analizlərindən sonra dəqiq fikir səsləndiriləcək. Sizcə, həmin qalıqlar Müşfiqə aid ola bilərmi?

– Əvvəlcə onu deyim ki, mən DNT analizlərinin nəticəsinə inanmıram. Çünki texnikadır, həm səhv, həm də düzgün nəticə göstərə bilər. Düşünmürəm ki, tapılan qalıqlar Mikayıl Müşfiqindir.

– Şairin ölümü ilə bağlı müxtəlif versiyalar var. Onu vuran şəxsin illər sonra bunu etiraf etməsi ilə bağlı mətbuatda yazılar da verilmişdi.

– 1937-ci ildə Müşfiq doğum gününə bir gün qalmış həbs edilir, 1938-ci ilin yanvarın 5-dən 6-na keçən gecə onu güllələyirlər. Sual olunur: əvvəllər televiziya yox idi, bir neçə qəzet var idi, onu həmin dediyin cəllad necə tanıya bilərdi? Mikayıl Müşfiq cavan şair idi, onu əsasən yazıçı, şairlər tanıyırdı. Bir də şair harada görüşlər keçirirdisə, həmin yığıncaqda olanlar onu tanıyardı. Cəlladın həmin məclisdə nə işi vardı?!

– Müşfiq necə dəfn edilib?

– Bu barədə heç bir sənəddə yazılmayıb. Cəsədlərin dəfninə gəldikdə, NKVD-nin xüsusi kimsəsizlər yeri olub, bir qəbirdə bir neçə şəxs dəfn edilirmiş. Çünki onları basdırmağa elə bir vaxt da yox idi. Bir güllələnmə hökmü vermək 15-20 dəqiqə çəkirdisə, onları basdırmaq da elə bu şəkildə olurdu. Məsələn, Böyükağa Talıblı ilə Əhməd Cavad bir vaxtda güllələnib. Məgər onların hər birini ayrılıqdamı basdırıblar? Xeyr! Bir neçə güllələnmiş şəxs üçün dərin xəndək qazılır, onları ora atırdılar. Təmtəraqla dəfn etməyəcəkdilər ki… Müşfiq Müsavatın gənclər təşkilatının üzvü olub, onun üzərində 1926-1930-cu illərədə bir neçə əksinqilabçı ilə əlaqədə olmaq “günahı” var idi… Bir gündə 3-4 nəfəri birdən güllələyirdilər, hər biri üçün ayrıca qəbir qazmayacaqdılar ki? Biz nə qədər Müşfiqi sevsək də, onun belə dəfn edilməsini qəbul etmək istəməsək də, bu reallıqdır.

Hesab edirəm ki, əlaqədar nazirliklər bütün işlərə kompleks şəkildə yanaşmalıdır. Repressiya qurbanlarına da bir abidə qoyula bilər. Fikrimcə, repressiya olanlar harada dəfn edilibsə, şəhərdə və ya ondan kənarda, qəbirlərə toxunmamaq şərtilə onlar üçün bir abidə ucaldılsın. Onsuz da şəhərimiz o qədər genişlənib, qəşəngləşib ki, 20-30 kilometr məsafə o qədər də uzaq sayılmır. Yollar, Allaha şükür, şüşə kimidir, əvvəlki kimi narahat deyil. Xaricdən gələn qonaqlar da həm repressiya qurbanlarını ziyarət edər, həm də bizim gözəl paytaxtımızın necə dəyişdiyinin şahidi olarlar.

Güllələnənlər, repressiyaya məruz qalanlar arasında haqlılar da, haqsızlar da var idi. Mikayıl Müşfiq kimi şəxslərin üzünə duranların özləri də repressiyaya məruz qalıb. Bəziləri Müsavatın üzvü olub, onu təbliğ etsə də, donos yazmaqla sağ-salamat çıxa biliblər. Elə şəxslər olub ki, həyət evində yaşayıb, heç kəs bilməsin deyə, ayaqqabılarını qapının ağzında qoyub, ayaqyalın donosluq etməyə gedib.

– Söhbət yazıçı, şairlərdən gedir?

– Bəli! Onlar da var. Amma təkcə söhbət onlardan getmir. Təbii ki, aralarında heykəllər qoyduğumuz şair və yazıçılarımız da var. Onlar nə qədər insanın ölümünə səbəb olub. Üstəlik, təkcə repressiya vaxtı yox, sonra da bu cür işlərlə məşğul olublar. Bütün məsələlərdən arxiv sənədlər əsasında danışıram. Milli Təhlükəsizlik Nazirliyi, Milli Arxiv İdarəsinin sənədləri əsasında 1937-ci ildən hansı şair, yazıçı bir-birinin üzünə durub, hamısı ilə tanışam. NKVD-nin zirzəmisində qələm yoldaşının üzünə duranları günahlandırmıram. Çünki onlara ağlagəlməz işgəncə verirdilər. Bir qrup isə ev almaq, çap olunmaq, vəzifə xatirinə dostlarının üzünə dururdular. Onların çoxu tanınmış şəxslərdir.

Hər dəfə kimisə saxlamaq istəyəndə həbsdə olanları onlar haqqında kəskin fikirlər səsləndiməyə məcbur edir və bu səbəblə də həbs edirdilər. Bu barədə sənədlərin hamısı arxivdə var. Müşfiqin ən çox üzünə duran 1937-ci ildə Yazıçılar İttifaqının sədri və katibi olub. Onların ətrafında olan “qulbeçələr” də var idi.

– Niyə Mikayıl Müşfiq?

– Həmin dövrdə kim parlayırdısa, ona qarşı çıxırdılar.

– Mircəfər Bağırovun özünün Müşfiqi güllələməsi barədə iddialar var. Hətta birinci gülləni onun atdığı, sonra isə başqasının iki dəfə atəş açdığı deyilir.

– Bu iddia ilə razı deyiləm. Biri yazır ki, Müşfiqə birinci Mir Cəfər Bağırov güllə atıb və sonra yanındakı iki güllə vurub. Biri yazır ki, Müşfiqi üç güllə ilə mən vurmuşam, bu da gilizlər, biri yazır ki, suda boğublar. Deyirlər ki, Müşfiqi öldürən şəxs üç gilizi illərdir evində saxlayıb. Bunlar inandırıcı variant deyil. Birincisi, kimin cürəti çatar ki, Bağırovdan sonra tapançaya əl atsın. Bağırovun adı gələndə tük salırdılar. İkincisi, o dövrdə kim cürət edib Bağırovdan sonra güllə ata bilərdi? Sənədlərdə bu barədə heç bir məlumat verilmir. Yuxarıda qeyd etdiyim kimi, o adam necə bilib ki, güllələdiyi şəxs Mikayıl Müşfiqdir? Bir də onun nə ixtiyarı var idi ki, gilizi gizli olaraq özündə saxlasın. Axı həmin gilizləri təhvil verirlər. Sovet dövründə kiminsə üstündə kiçik bir bıçaq tutanda beş il həbs edirdilər. Necə ola bilər ki, həmin adam gilizləri saxlasın? Bu yalandır, fantaziyadır, həmin şəxs gündəmə gəlmək məqsədilə belə bir iddia qaldırır. Bir də kim öldürdüyü adam haqqında belə fikir söyləyər. O çalışar ki, onun cəllad olduğun heç kəs bilməsin.

Bundan başqa, güllələnmə küçədə yox, bağlı qapı arxasında baş verirdi. Atəş açılan qapının üzərində dəlik olurdu, həmin dəlikdən də güllə atılırdı. Güllələnən şəxs öldürüləcəyini bilsə də, hökmün nə vaxt yerinə yetiriləcəyindən xəbəri olmurdu. Güllələnən şəxsi həmin qapıdan ötürürdülər və ona başqa bir istiqamətə gedəcəyini bildirirdilər. Sonra özü də bilmədən gedəcəyi istiqamətin arxa tərəfindən qeyd etdiyimiz dəlikdən atəş açılırdı. Güllə həmin şəxsin başının arxa tərəfdən dəyirdi. Ölümü dəqiq olsun deyə, bir-iki güllə də əlavə atəş açırdılar. Eyni zamanda, güllələyən şəxs də kimə atəş açdığını bilmirdi. Həmin gün güllənməni icra edən şöbənin rəisi tərəfindən hökmün yerinə yetirilməsi haqqında rəhbərliyə arayış yazılırdı. Həmin sənəddə çox zaman ölən şəxsin fotosu da verilirdi.

Deyilənlərdən və oxuduqlarımdan mənə məlumdur ki, bəzən öldürülən şəxsin başında güllə girən yerinə xaç şəklində sap salırdılar. Bununla da həmin şəxsin həqiqətən öldüyü sübut olunurdu.

Müşfiqin dənizə atılması iddiası da yalandır. Təsəvvür edin, bir neçə şəxsi kütləvi basdırmaq üçün aparanda nə üçün yolda dayanıb, onları dənizə atsınlar. Haradan bilirdilər ki, apardıqları şəxs Müşfiqdir? Üstəlik, dəniz qəbiristanlıq deyil ki, ora atılsın.

– Müşfiqlə Bağırovun üzbəüz ünsiyyəti olub?

– İnanmıram belə ünsiyyət olsun. Müşfiq gənc şair idi, onlar arasında necə münasibət ola bilərdi?

– Belə versiyalar var ki, müəllim işləyəndə bir neçə dəfə şagirdlərdən biri pəncərəni örtüb, hər dəfə pəncərə açılır. Müşfiq “Sovetin pəncərəsi belə olar da” deyib; Yaxud da Stalinlə bağlı kəskin fikirlər səsləndirdiyi deyilir. Onun bu fiklirləri “yuxarılar”a çatdırılıb…

– Bu cür fikirlər təkcə Müşfiq yox, başqaları haqqında da səsləndirilib. Belə replikaların olmasını inkar etmirəm. Lakin düşünmürəm ki, Müşfiq bu fikirlərinə görə repressiyaya məruz qalsın. Üstəlik, Stalin haqqında Müşfiqin əsəri var idi. Müşfiq həm də Hüseyn Cavid, Əhməd Cavad ətrafında olduğu üçün öldürüldü. Cavid deyirdi ki, “Müşfiq bir oddur ki, özünü yandıracaq”.

– Müşfiqlə bağlı arxiv sənədlərində hansı materiallar var?

– Qurultay, pleniumlarda Müşfiqə qarşı və onun özünün çıxışları var. Müşfiq haqqında Yazıçılar İttifaqında sərt çıxışlar olub, onu təhqir ediblər. Sonra həmin adamlar Müşfiq haqqında müsbət fikirlər səsləndiriblər. Bəziləri özünü qorumaq üçün belə addım atdığını deyirdi.

– Müşfiq özünü qorumaq üçün nə edib?

– Müşfiq kimə nə deyə bilərdi? Şeirlərini yazırdı. Həmin yazıçılar da onun şeirlərindən cümlələri Sovet hakimiyyətinə qarşı fikirlər kimi təqdim edirdilər.

– Bu yaxınlarda Mikayıl Müşfiqin əmisi nəvəsinin onunla bağlı bir müsahibəsi yayımlandı. Müsahibədə deyilir ki, Müşfiqin dayısı oğlu Əlihüseyn Dağlı komissar olub. O, Beriyadan xahiş edib ki, Bağırovla danışsın. Bağırov isə deyib ki, “uje pozdno”…

– O müsahibəni oxudum. Tamamilə yanlış fikirlərdir. “Pozdno” deyibsə, demək, Müşfiq artıq güllələnmişdi. Müşfiq 1938-ci ildə yanvarın 5-dən 6-na keçən gecə öldürülüb. “Pozdno” deyəndə məlum olur ki, artıq gecdir, Müşfiq güllələnib. Bəs Əlihüseyn Dağlı harada idi? Qeyd edim ki, Əlihüseyn Dağlı “umac ova” bilirdisə, bunu elə özünə edəydi də. O zaman niyə həbs olunurdu? Müşfiq həbs olunandan bir neçə ay sonra, 1937-ci il oktyabrın 17-də Dağlı ilə bağlı order yazılır və həmin ayın 29-da həbsə atılır. Həmin vaxt Müşfiq sağ idi. Əlihüseyn Dağlı həbsdə ola-ola necə Müşfiqlə bağlı xahiş edə bilərdi? Üstəlik, bunu deyən Müşfiqin qohumudur. Bu işi bilmədən necə danışa bilərlər?

– Müşfiqin diri-diri divara hörülməsi iddiası da var. Ümumiyyətlə, repressiya vaxtı belə hallar olub?

– Təkcə Müşfiq yox, repressiya dövründə kiminsə diri-diri divara hörülməsi barədə nə oxumuşam, nə də eşitmişəm. Axı nə üçün belə bir addım atılmalı idi? Bu cür ifadələr səsləndirənlər danışmaq xətrinə söz deyənlərdir. Eşitdiyimə görə, “Qorxulu Tehran” kitabının müəllifi Kazımini bu əsərinə görə divara hörüblər. Amma bu məlumatın da nə qədər doğru olduğunu deyə bilmərəm.

– Sizcə, bu qədər versiyaların səsləndirilməsinin səbəbi nədir? Faktlar yoxdur, yoxsa yetərincə açıqlanmayıb?

– Bilmirəm, repressiyaları daha da şişirtmək üçünmü, yoxsa danışmaq xatirinəmi bu cür fikirlər səsləndirilir? Lakin əvvəl-axır tarix gerçəkləri üzə çıxaracaq.

– Güllələnmə ilə bağlı arxiv sənədlərdə hansı məlumatlar var?

– Arxivdə bu barədə konkret yazılar yoxdur. Mən uşaq olanda məhəlləmizdə güllələnməni yerinə yetirən bir adam olubmuş. Bunu ailəsi açıq şəkildə deməmişdi, amma məhəllədə söz yayılmışdı, həmin kişinin çox pis vəziyyətdə can verdiyindən danışırdılar. Uşaqları da ona, “Ata, sən normal iş tapa bilmədin, bu işlə məşğul oldun? İndi də belə əzab çəkirsən?” deyə soruşurlar. Onlar vurduqları adamı haqlı və ya haqsız yerdə öldürdüklərinin fərqində deyildilər.

– Müşfiqin ailəsi ilə bağlı da iddialar var. Onu apararkən bacısının özünü yandırması və s…

– Müşfiqin özündən böyük bir qardaşı olub. O, tutulandan sonra qardaşı Masallıda yaşayıb. Heç kim onun Müşfiqin qardaşı olduğunu bilməyib. Əvvəl qorxduğundan, Müşfiq bəraət alandan sonra isə nəsə almaq istədiyini düşünərlər deyə, üzə çıxmayıb. Hər cür rə­za­lə­tə əl atan re­jim Müşfiqin kiçik bacısı Ba­laca­xa­nım müəllimə­ni məhz qar­da­şı­na gö­rə iş­dən xa­ric edib.

İş­dən azad ol­duğu­nu bi­lən Ba­laca­xa­nım hə­min gün Voroşilov rayon (indiki Səbail) xalq maa­rif şö­bə­si­nin müdirinə müraciət edir. La­kin on­dan bir müsbət ca­vab ala bil­məy­ən müəl­li­mə Vo­ro­şi­lov ray­on par­tiya ko­­m­i­­tə­­sinin ka­ti­binə müraciət ünvanlayır. Katib mü­ə­l­­li­mənin Mikayıl Müşfi­qin bacı­sı ol­duğu­nu bi­lib, onu хalq düş­məni, ək­sin­qi­lab­çı, an­ti­so­vet­çi ki­mi təh­qir edib, ka­bi­net­indən qo­vur. Bu az­mış ki­mi, bir qrup öy­rə­dil­miş şəхsi ya­nı­na çağı­rıb Balacaхa­nıma qar­şı akt tər­tib etdirir. Hə­min şəхs­lər tərəfindən ray­on po­lis şö­bə­si­nə mü­­­əl­li­mənin “хu­li­qan­lığı” ba­rə­də müraciət edi­lir.

Ak­ta ray­on Xalq Maa­rif Şö­bə­si­nin müdi­ri və özündən başqa yeddi nəfər imza atır. Hə­min ha­di­sə­nin bi­la­va­si­tə iş­ti­rak­çı­sı olan katib nə­dən­sə ak­ta im­za at­mır. La­kin bu ha­di­sə­dən heç хə­bə­ri ol­­­m­ay­an­ları ak­ta im­za at­mağa cəlb edir­lər.

Su­al olu­nur: hə­min ha­di­sə baş ve­rən za­man ay­rı-ay­rı iş sahibi olan bu sək­kiz nə­fər ray­on par­tiya ko­mi­tə­si­nin kabineti­ndə nə edir­di­lər? Bəl­kə, on­lar Ba­laca­хa­nım müəllim­ə­nin ka­ti­bin ka­bi­ne­ti­nə gə­ləcəy­i­ndən duy­uq düşüb bu qa­tı “ci­na­­­y­ət­karı” zə­rər­siz­ləş­dir­mək­dən ötrü bir ye­rə yığışıb təd­bir görürmü­şlər?

13 sentyabr 1937-ci il­də po­lis şöb­ə­si be­lə bir nə­ticəyə gə­lir ki, doğru­dan da Ba­laca­хa­nım Qə­dir qı­zı Aхun­do­va katibi təh­qir edib, ək­sin­qi­la­bi, an­ti­so­vet söz­lər de­mək­lə kifayətlənmə­yib, mürək­kəb­qa­bı­nı on­la­ra tə­rəf atıb. Bunu nəzərə alaraq qə­ra­ra alı­nır ki, Ba­laca­хa­nım İs­mayıl­za­də həb­s olunsun.

Məhz “it­ti­ham­na­mə”də də onun əv­­vəl­cə “se­st­roy ra­zo­bla­çen­no­qo vra­qa na­ro­da İs­mai­lo­va Mika­i­la” yaz­maq­la B.İs­mayıl­za­də­ni хu­li­qan­lıq üstündə yoх, məhz хalq düşmə­ni Mi­kayıl İs­mayıl­za­də­nin bacı­sı ol­duğu­na gö­rə həbs edil­diyi bir da­ha ay­dın olur. O, həbsdən çıxandan sonra Müşfiqin həyat yoldaşı Dilbər xanım evdə qalan əşyaları tələb edib. Amma Balacaxanım qoymayıb. Özü əşyalardan imtina edib, dövlətə verib, amma Dilbər xanımın aparmağına imkan verməyib.

– Dilbərin taleyi necə olur, Müşfiqdən sonra?

– Dilbərə də çox əziyyət veriblər. Həmin dövrdə güllələnməyə məhkum olanların hamısının arvadını beş-səkkiz il həbs edirdilər. Dilbərin də Müşfiqin həyat yoldaşı kimi 1937-ci ilin noyabr ayının 2-də həbsi üçün order yazılır. O, həbs edilərək işgəncələrə məruz qalır. Dil­bər хanım iki ay­lıq əzab-əziy­yə­t­li işg­ənc­ə­lə­rə döz­məy­ə­rək psi­хi gə­rg­in­lik ke­çi­rir. O, 28 fev­ral 1938-ci il­də əsəb хəs­tə­­li­k­­ləri хəs­tə­хa­na­sı­na müa­licəyə gön­­d­ər­ilir.

Hə­min хəs­tə­хa­na­nın baş hə­ki­mi və qa­dın şö­bə­­s­i­nin müdirinin 19 fev­ral 1939-cu il ta­riх­də tər­tib et­diyi ak­tda Dil­bər Aхund­za­də­nin müa­licə olun­duğu za­man gəl­dik­lə­ri nə­ticə­dən ay­dın olur ki, onun da­nı­şığı, su­al­la­ra ca­va­bı ba­şa dü­şülməzdir. Onun heç nə ilə ma­raq­lan­ma­dığı, su­al­la­ra ötə­ri ca­vab ver­diyi qeyd olu­nur. 1938-ci ilin oktyabr ayın­dan o sa­kit­lə­şən­dən so­nra hal­lü­s­in­asiya (qa­ra­bas­ma, gözəgörünmə) hal­la­rı ke­çi­rir. 7 mart 1939-cu il­də Res­pub­li­ka Prokuror­luğu­nun хüsu­si iş­lər şö­bə­si Dilbər Aхund­za­də­nin həbsdən azad olun­ma­sı üçün tə­qdimat ya­zır…

BDU-da işləyən vəzifəlilər: Sabiq nazir, vitse-spiker, deputatlar, səfir qızı…
Əl-ələ verib Azərbaycanı yaşıla boyayacağıq: Möhtəşəm aksiyada 120 min ağac əkildi...
"Millət qarşısında etdikləri naqislikləri unutdurmaq üçün bunu edirlər"
Soyuducudan 44 it cəsədi tapıldı - DƏHŞƏT...
"Vəzifədə olana yaltaqlanmaq, gedənin isə dalınca danışmaq ənənəsini tərgitməliyik”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Belə çıxır ki, sürücülər ötən hadisədən özlərinə dərs götürməyiblər”
Gündəm
Ermənistanın müxalifət partiyası Azərbaycana avto-yürüş keçirəcək – Qarabağın de-yure birləşdirilməsi tələbi ilə...
Maraqlı
Ölən ərinin dərisini soydurub tablo düzəltdirdi- FOTOLAR
Cəmiyyət
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı...
Dünya
Hər il minlərlə heyvanı xilas edən körpülər – MARAQLı + FOTOLAR
Həftənin ən çox oxunanları
Xəzər TV rektorun qovulmasının səbəbini açıqladı: Akademiki qara günlər gözləyir - VİDEO
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"
"KİA Motors" Azərbaycanda 1 milyon kilometr maşın sürən şəxsi ŞOKA SALDI...
“İsmət Qayıbov vertolyota minəndə Tamerlan Qarayev TƏKİDLƏ ONA DEYİB Kİ...”
"Başa düşə bilmirəm ki, hansı məntiqlə qadınları 65 yaşda pensiyaya çıxarırıq?"
Abel Məhərrəmovun rektorluq "kitabını bağlayan" SENSASİON SƏBƏB...
Xatirənin geyimi başına bəla oldu - FOTOLAR
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...
Ərdoğan yarım milyard dollarlıq ikimərtəbəli təyyarəsi ilə ilk dəfə uçdu - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə